Dağıdan yox Düzəldən olmaq

10:27 / 10.11.2015

 

İnsanlarda “dağıdıcı”  kimi tərif edə biləcəyimiz  bir xarakter növü var.  Bu xarakterin əsas göstəricisi insanların mübahisəli məsələlərdə bir-birinin şəxsinə,  mövqeyinə, fikirlərinə radikal, çox sərt  bir münasibat bəsləmələridir. Mənim qısa  təsvir etdiyim bu xarakterin, əslində,  daha qabarıq təzahürlərinə gündəlik həyatda hər kəs daim şahid olur. Bu xarakterin səbəb olduğu nəticələri istər şəxsi münasibətlərdə, istər cəmiyyətlərdəki qarşılıqlı münasibətlərin mənfi müstəvidə irəliləməsində, istərsə də qarşılıqlı dözümsüzlüyün yaratdığı münaqişələrin  cinayətlərlə nəticələnməsində müşahidə etmək olar. Hətta qlobal müstəvidə baxsaq, dövlətlərarası siyasi, hərbi münasibətlərdə  adi səbəblərdən belə müharibə həddinə qədər çatan gərginliklərdə, demək olar ki, bütün təhlükəsizlik təşkilatlarının mülki vətəndaşlarla sərt davranış qaydalarında da görmək mümkündür. Beynəlxalq münasibətlərdə anlaşmaq, ortaq məxrəcə gəlmək prinsipinin yerinə daha çox hədə, sanksiya, təzyiq və cəza metodlarına üstünlük verilməsinin də səbəbinin qaynaqlarından biri də məhz bu xarakterin təzahürləridir.

Dağıdıcı kimi tərif etdiyim xarakteri ən sadə qarşılıqlı münasibətlərdə də görürük.  Əksər insanlarda səhv edən şəxsə qarşı bağışlayıcı əxlaq göstərmək mümkünsüzdür. Məsələn, yanlış addım atan, səhv mövqe seçən insanlara qarşı "onsuz da, yanlış yoldadır" məntiqi ilə ətrafındakılar tərəfindən çox sərt, o insanı gözdən çıxaran, mərhəmətsiz münasibət bəslənir. Bu isə qarşısındakı insanın yanlışlarını düzəltmək əvəzinə daha da cəbhələşməyə səbəb olur. Əgər hələ qarşısındakı insan tanınmış şəxsdirsə, onu təhqir edəcək, alçaldacaq, gözdən salacaq mövqe seçib,  daima kin bəsləyərək sevgisizlik göstərirlir. Buna görə də əxlaqi pozuntunun, cəmiyyətdə mənəvi boşluqların yaranması qaçınılmaz olur.  Eyni zamanda insanların şiddətə meyilliyinin artması, psixoloji problemli insanların çoxalması, intiharların artması və s. kimi bir çox sosial problemlərin də qaynağında bu xarakter dayanır.

 

Həm adi, həm də qlobal sferada bu xarakterin mənfi təsirlərini müşahidə etmək mümkündür. Bəs bu xarakterin qaynağı və həll yolu nədir?

 

İnsanları sərtliyə, dözümsüzlüyə, radikallığa, qarşılıqlı anlaşmazlıqlara,  hətta psixoloji və fiziki şiddətə yönəldən bu “dağıdıcılıq” xarakterinin qaynağı sevgisizlik, imansızlıq və materializmdir. Əsas kökündə duran səbəbi isə imansızlıqdır. Çünki sevgisizlik və materializm  də imansızlıqdan yarananır. 

 

Allaha inanmayan, Allahdan qorxmayan, imandan qaynaqlanan  sevgi anlayışına sahib olmayan, insanları kortəbii proseslərlə formalaşmış heyvan yığını kimi görən materialist düşüncəyə sahib insanların çox təbii olaraq insanları sevməsinə, gözəl əxlaqı yaşamasına, şiddətin deyil şəfqətin yayılmasına cəhd etməsinə heç bir səbəb yoxdur. Materialist bir şəxsə görə, insanlığın inkişafının yollarından biri də şiddətdir. Cəmiyyətlərin də  sözdə inkişafının əsası şiddətə dayanan seleksiya prosesi olduğu qəbul edilir. Dolayısı ilə materialist dünyagörüşünə görə,  dünyada sevginin, şəfqətin, insanlar arasındakı münasibətlərdə də mülayimliyin, xoş münasibətin təsis edilməsinin əsası yoxdur. Əksinə,  güclü fərdlərin, güclü amillərin seleksiyası üçün şiddət mühitinə ehtiyac duyulur və bu mühit də məhz hal-hazırda dünyada gördüyümüz kimi yaradılır. Dünyada görülən bu əxlaqi pozuntu "dağıdıcı" xarakterinin kökündə duran səbəbdən qaynaqlanır. Başqa bir tərəfi də insanın nəfsinin mənfi meyillərini tərbiyə etməməsidir. Hər bir insanda əksik, yanlış, qüsurlu xüsusiyyətlər var. Məhz materialist düşüncəyə əsasən, bunlar,  düzəldilməli bir qüsur deyil, əksinə,  hər kəsə məxsus olan “standart” xarakterlərdir.

 

Problemin həlli isə din əxlaqıdır. Dindən qaynaqlanan sevgi və şəfqət mühiti formalaşdırmaq istəyidir. İnsanların dünyanın məqsədsiz, heyvani mübarizə meydanı olmadığını, sağ qalmaq üçün başqalarını əzməli olmadıqlarını anlaması, dünyanın bir təlim yeri olduğunu, sevgi, şəfqət, mərhəmət göstərərək  özümüzü və digər insanları da təşviq edərək daha gözəl əxlaqa sahib olmaq üçün yaradılan bir imtahan yeri olduğunu mənimsəməsi bu istiqamətdə ən təsirli həll yolu olacaqdır.

 

Bu xarakterin qarşılıqlı münasibətlərə, problemlərin həlli prosesinə, sülh şəraitinə çox ciddi zərər verdiyi ortadadır. Hər sahədə fərqli formalarda qarşımıza çıxan, özündə aqressivliyi, nifrəti, kini, radikallığı, pis əxlaqı, şiddəti əks etdirən bu “dağıdıcı” kimi tərif edilə bilinəcək xarakter formasının zərərlərinin qarşısına keçə bilmək üçün təsirlərin nisbətində bir neçə formada mübarizə aparmaq olar. Həm dünya miqyasında materialist qaynaqlı, xürafələrdən qaynaqlanan şiddətə, radikallıq ideologiyalarına qarşı elmi mübarizə aparmaq, həm də dayanmadan sevginin vacibliyini vurğulamaq, insanlara sevgini aşılamaq lazımdır.

 

Dağıdıcılığa qarşı düzəldici olmaq.

 

Edilən yanlışlıqlardan, şiddətdən və s. mənfi xüsusiyyətlərdən təsirlənməmək, yaxud o rəftara cavab olaraq eyni rəftarı mənimsəmək heç bir zaman çarə deyil. Hər cür dağıdıcılığa, şiddətə, yanlışa, mənfiyə qarşı hər zaman düzəldici, şəfqətli, sevgi dolu, doğru, müsbət üslubla cavab vermək lazımdır.  Pisliyə yaxşılıqla cavab vermək ən gözəl üslubdur. Müqqəddəs kitab olan Quranda da bununla bağlı bir ayədə Allah buyuyur:

 

Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!  (Füsillət surəsi, 34)

 

 

Fərqli sahələrdəki fərqli dərəcələrdəki mövcud şiddət mühitinin əsas səbəblərindən biri də, məqalə ərzində vurğulandığı kimi, insanlardakı “dağıdıcılıq”  xarakteridir. Bu xarakteri düzəltməyin ən effektiv yolunu isə ayədən də gördüyümüz kimi Allah bizə öyrətmişdir. Beləliklə, insanların  “pisliyi yaxşılıqla dəf etmək”  əxlaqını mənimsəməsi, yəni, dağıdıcı xarakterə qarşı düzəldici bir üslub sərgiləməsi bu ciddi problemin həll yolu olacaqdır.

 

 

 


Etiket:

Strategiya.az

Müəllifin digər yazıları

Daha çox
Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM