MƏHƏRRƏM ZÜLFÜQARLI ,
Tarix üzrə fəlsəfə doktoru
Müasir dövrdə dünyada, o cümlədən regionda baş verən siyasi prosesləri düzgün dərk etmək üçün tarixə nəzər salmaq, tarixi faktlara tənqidi münasibət bəsləmək olduqca vacibdir. Fikrimizcə XXI əsrin əvvəllərində beynəlxalq aləmdə gedən proseslərin səbəblərini araşdırarkən XX əsr tarixinə nəzər salınması vacibdir. Azərbaycan tarixinin ağ ləkələrdən təmizlənməsində, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində sovet dövrü tarixşünaslığına tənqidi münasibətin xüsusi əhəmiyyəti var.
Azərbaycan Respublikasının ali və orta məktəblərində “Azərbaycan tarixi ” fənninin tədrisində müsbət irəliləyişlər əldə olunsa da, bir sıra ciddi problemlər hələ də qalmaqdadır. Bu problemlərdən ən başlıcası dərsliklərdə sovet tarixşünaslığının təsirinin hələ də qalması, bir sıra məsələlərə sovet tarixşünaslığı prizmasından yanaşılmasıdır. Fikrimizcə sovet tarixşünaslığına tənqidi münasibət bəsləmək, tarixi
hadisələrə subyektiv deyil, obyektiv mövqedən yanaşmaqla bu problemi həll etmək olar.
Azərbaycanın XI rus ordusu tərəfindən işğalı dövlət müstəqilliyimizlə yanaşı tarix elminin də müstəqil inkişafına son qoymuşdu. Sovet tarixçiləri 70 ildən artıq bir dövrdə tarix elminə obyektivlikdən uzaq, sinfi nöqteyi - nəzərdən yanaşaraq burjua tarixşünaslığına təftişçi, ehkamçı və millətçi damğaları vurmaqla ona qarşı mübarizə aparmışlar.
Sovet dövründə tarix kitablarının yuxarıların sifarişi və təzyiqi ilə yazılması faktdır. Bu müxtəlif formalarda - ideoloji, mənəvi, metodoloji, inzibati və repressiv formalarda həyata keçirilib. Bəzi sovet tarixçilərinin fikrincə bu işə 30 - cu illərdən Pokrovski məktəbinə qarşı mübarizə ilə başlanılıb, “ ÜİK(b)P tarixi. Qısa kurs” kitabı nəşr olunandan sonra daha da güclənib. Sov. İKP XX qurultayından sonra sosialist cəmiyyəti tarixinin yaradıcılıqla tədqiqinə müəyyən şərait yaransa da, az sonra yenə də tarixçilərin arxivlərə buraxılmasına məhdudiyyət qoyulub, yenə də “sərfəli” və “sərfəli olmayan” həqiqət konsepsiyası dövriyyəyə buraxılıb.
Sovet hakimiyyətinin müxtəlif illərində sovet dövrü tarixinin obyektiv yazılmasına cəhdlər olmasına baxmayaraq, bu işi həyata keçirmək mümkün olmayıb. Kommunist partiyasının rəhbərlik etdiyi təkpartiyalı bir cəmiyyətdə rejimin mahiyyəti tarixi tədqiqatlara birtərəfli, sinfi mənafedən yanaşmanı tələb edirdi.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra sovet tarixşünaslığına alternativ tarixşünaslığın yaradılması aktual bir məsələ kimi ortaya çıxmışdı. Azərbaycan Respublikasının Prezidenti H. Əliyev Azərbaycan Milli Elmlər Akademiyasında keçirdiyi 31 yanvar 1997 - ci il tarixli
görüşündə Azərbaycanın XX əsr tarixinin yenidən yazılmasının aktuallığı haqqında demişdir: “Azərbaycanın XX əsr tarixi yazılmalıdır… Bu əsrdə dünyada və respublikamızın həyatında baş verən ictimai-siyasi hadisələr məlumdur. Ancaq bu XX əsrdə yaşadığımız ideologiyaya və onun konsepsiyasına görə bizim
tariximiz təhrif olunmuşdur. Ona görə də mən çox çalışırdım ki, biz XX əsr tarixini tez yazaq. Çünki, bilirsiniz tariximiz bir tərəfdən təhrif olunub, digər tərəfdən isə bəziləri keçmişdə nə varsa, götürüb qəzetlərdə, kitablarda qaralamağa, pisləməyə başlayıblar.”( 2, s.369)
Sovet tarixçiləri uzun illər marksist və qeyri- marksist tarixşünaslığın mövcudluğu haqqında fikri müdafiə edərək, qeyri-marksist tarix elmini ümumiyyətlə elm hesab etməyiblər. Bu fikrə hələ sovet dövründə tənqidi yanaşan professor Ə. A. İsgəndərov yazırdı: “ Hər bir elmdə olduğu kimi, tarix elmində də dünya tarixi fikrinin müəyyən inkişaf mərhələsinə uyğun gələn ümumdünya elmi kriteriyalar var. Əminəm ki, sovet tarix elmi özünə dünya tarix elminin tərkib hissəsi kimi baxmalıdır.”( 4, № 3, 1990)
Sovet tarixşünaslığında qarşıya qoyulan məqsədləri aydın başa düşmək üçün o dövrdə nəşr olunan istənilən kitabın girişində irəli sürülən fikirlərə diqqət yetirmək kifayətdir. Məsələn, Azərbaycan Kommunist Partiyası tarixinin oçerklərinin 1986 - cı ildə çapdan çıxmış 1-ci cildində redaksiya heyəti və müəlliflər kollektivi qarşılarına aşağıdakı məqsədləri qoymuşlar ki, bu da bütün sovet tarixşünaslığına xas xüsusiyyətləri özündə əks etdirir:
- Sov. İKP tarixi ilə qırılmaz əlaqədə Azərbaycan KP - nin tarixinin ən mühüm mərhələlərini işıqlandırmaq, istismarçı quruluşun devrilməsi, proletar diktaturası yaradılması, sosializm və kommunizm quruculuğu uğrunda Azərbaycan kommunistlərinin mübarizə təcrübəsini göstərmək;
- V.İ. Leninin
Azərbaycanda inqilabi mübarizəyə və sosializm quruculuğuna rəhbərlik sahəsində fəaliyyətini, onun ideya və vəsiyyətlərinin respublikada həyata keçirilməsini hərtərəfli işıqlandırmaq;
- sovet xalqının həyata keçirdiyi böyük dəyişikliklərdə cəmiyyətin siyasi sisteminin rəhbər və istiqamətverici qüvvəsi, özəyi olan Kommunist Partiyasının rolunu dərindən açıb göstərmək;
- sosialist millətlərinin tərəqqisinə və bir-birinə yaxınlaşmasına yönəlmiş Sov. İKP Lenin milli siyasətinin, proletar beynəlmiləlçiliyinin pirnsiplərinin təntənəsini Azərbaycan SSR - in timsalında göstərmək;
- planların və partiya göstərişlərinin yerinə yetirilməsində, zəhmətkeşlərin səfərbər edilməsində Azərbaycan KP-nin təcrübəsini elmi surətdə ümumiləşdirmək;
- sovet tarix elminin nailiyyətlərini, ictimaiyyatşünaslığın ən yeni müvəffəqiyyətlərini tamamilə nəzərə almaq, yeni tarixi mənbələrin aşkara çıxarılması, öyrənilməsi və elmi ədəbiyyata daxil edilməsi yolu ilə “Oçerklər”in mənbəşünaslıq zəminini genişləndirmək. (1, s. 13-14)
Akademik Z. Bünyadov Azərbaycanın sovet dövr tarixinin tədqiqinə münasibətini konkret olaraq belə bildirib: “ Sovet dövrü ilə bağlı tariximiz qərəzli yazılıb. Onu yenidən işləmək lazımdır.” ( 3, 16 fevral 1997)
Azərbaycanın qərbə intenqrasiyasının daha da dərinləşməsi, Avropa Şurasına qəbul olunması, Türkiyə Cümhuriyyəti ilə dostluğun, NATO ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi Rusiyanın regionda strateji mövqelərinin get - gedə zəifləməsinə gətirib çıxarır ki, bu da onun ciddi narahatlığına səbəb olur. Məhz buna görə də Rusiya əvvəlki mövqelərini bərpa etmək üçün bütün vasitələrdən istifadə etməyə çalışır. Bu vasitələrdən biri də Azərbaycan tarixinin obyektiv tədqiq olunmamasından sui - istifadə edilməsidir. Belə halların qarşısını almaq üçün Azərbaycan tarixinin tərəfsiz mövqedən tədqiq olunaraq xalqa çatdırılmasına ciddi ehtiyac var.
Sovet hakimiyyəti dövründə fikir plüralizminin olmaması, təkpartiyalı sistemdə alternativ fikirlərə düşmən münasibət bəslənilməsi, tarixi proseslərə sinfi nöqteyi nəzərindən yanaşılması ona gətirib çıxarmışdır ki, yuxarıların göstərişlərinə tarixçilər bir nəfər kimi “bəli” söyləmiş və birtərəfli tarix yazmışlar. Məhz bu cəhətlərinə görə çox zaman tədqiqatçılarda belə yanlış təsəvvür yaranır ki, sovet tarixşünaslığını tədqiq edərkən ayrı - ayrı mövzulara aid yazılmış yüzlərlə kitab və məqalələrin müsbət və mənfi cəhətlərini üzə çıxarmaq üçün bunlardan bir neçəsi ilə yaxından tanış olmaq kifayət edər. Çünki bu kitab və məqalələr qabaqcadan hazırlanmış bir qəlibə salınmış və bu çərçivədən çıxmağa heç kimə imkan verilməmişdir. Sovet tarixşünaslığının bu cəhəti ilk baxışdan tədqiqatçıların işinin müəyyən qədər asan olması təsəvvürünü də yarada bilər. Lakin fikrimizcə əsl həqiqətdə bu cəhət tədqiqatçıların işini asanlaşdırmaq əvəzinə daha da çətinləşdirir. Çünki fikrimizcə tədqiqatçı yalnız məhz sovet tarixşünaslığına aid yüzlərlə kitab və məqalələrlə yaxından tanış olduqdan sonra bu təsəvvürün yanlış olduğunu özü üçün yəqin edə bilər. Bundan başqa problemin tədqiqi nəticəsində gəldiyimiz qənaətlərdən biri də odur ki, sovet tarixşünaslığının tədqiqini çətinləşdirən digər amil məhz elə onun rəngarəng olmamasıdır. Buna görə də tədqiqatçı uzun axtarışlardan, yüzlərlə kitablara tənqidi yanaşdıqdan sonra çox az sayda lazımi faktlar əldə edə bilir.
Müasir dövrdə sovet tarixşünaslığında mövcud olan saxtakarlıqların aradan qaldırılmasını zəruri edən amillər aşağıdakılardır:
- Obyektiv faktlar
əsasında tərəfsiz tarix yazılması sahəsində problemlərin tam aradan qaldırılmaması;
- 1918 - ci ildən başlanan və 3 respublika dövrü kimi xarakterizə edilən yaxın tarixin obyektiv öyrənilməsində hələ də problemlərin qalması ;
- ABŞ - da 11 sentyabr 2001 - ci il terror hadisələrindən sonra bir sıra ölkələrdə anti - müsəlman əhval ruhiyyəsinin yaranması;
- Müasir dövrdə Avropa ölkələrində mövcud olan miqrant problemi ilə əlaqədar müsəlman əhaliyə münasibətdə ziddiyyətlərin yaranması;
- Ukraynada, Suriyada baş verən son hadisələrdən, Şimali Qafqazda uzun müddət davam edən gərginlikdən Rusiyanın öz məqsədləri üçün istifadə edərək cənubi Qafqaz Respublikalarında öz nüfuzunu bərpa etmək cəhdləri;
- Gürcüstanla Rusiya arasında 2008 - ci ilin avqustunda baş vermiş 5 günlük müharibədən sonra bölgədə strateji maraqları olan dövlətlərin Azərbaycana olan maraqlarının artması;
- Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra mövcud olan sosial - iqtisadi problemlərdən istifadə edərək kommunistlərin yenidən revanş götürmək cəhdləri;
- SSRİ – nin başqa adla bərpası istiqamətində son vaxtlar postsovet məkanında vahid gömrük ittifaqı, Avrasiya birliyi kimi bir sıra praktik addımların atılması;
- Rusiyanın GUAM-ın əleyhinə olaraq MDB-ni gücləndirmək cəhdlərinin artması;
- Bəzi tarixçilərin öz tədqiqatlarında sovet konsepsiyalarından xilas ola bilməmələri və s.
Azərbaycanın sovet dövrü tarixşünaslığının tədqiqi belə bir ümumi nəticəyə gəlməyə imkan verir ki, həmin dövrə aid çoxlu sayda kitab, məqalə və dissertasiyalar yazılmasına baxmayaraq dövrün obyektiv tədqiqi sahəsində tarixçilərin görməli olduğu mühüm işlər hələ qabaqdadır. Tarixşünaslıq sahəsində sovet dövründən qalmış köhnə konsepsiyaların aradan qaldırılması, hər bir dövrə aid yazılmış çoxsaylı kitab və məqalələrə, arxiv sənədlərinə tənqidi münasibət bəsləməklə sovet hakimiyyəti illərinin müxtəlif dövrlərinin tarixinin yenidən yazılması bu mühüm işlərin tərkib hissəsidir. Məhz bu işlərin görülməsi Azərbaycan tarixinin tədrisini daha keyfiyyətli, daha səmərəli edə bilər.
İstİfadə edİlmİş ədəbİyyat
1. Azərbaycan Kommunist Partiyası tarixinin oçerkləri. 1-ci cild,XIX əsrin 80-ci illəri - aprel 1920-ci il. Bakı, Azərnəşr,1986, 504 s.
2. Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. Bakı, Azərnəşr, 1998, 488 s.
3. “ Xalq ” qəz., Bakı ( azərb. dilində)
4. “ Вопросы истории” жур., Москва ( на рус. языке)
Geostrategiya" jurnalı № 05 (29) SENTYABR-OKTYABR 2015
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM