İranın nüvə sahəsində siyasi hədəflərindən güzəştə getməməsinin səbəbləri

12:58 / 08.12.2015

Emin Kərimov
BDU-nun doktorantı

1979-ci il İslam İnqilabından sonra Xomeyni tərəfindən nüvə fəaliyyəti qadağan edilmişdi. Hətta bu silahın İslam qaydalarına zidd olduğu söylənildi. Buna baxmayaraq İran – İraq müharibəsi və xarici təzyiqlər daxildəki qüvvələri anti – amerikan ruhda birləşdirməklə İranı bu məsələyə bir də qaytardı. İran həm xarici siyasətdə ABŞ-a qarşı dayana bilmək, həm də daxildə antiamerikan əhval-ruhiyyə yaratmaq üçün əvvəllər imtina etdiyi nuklear fəaliyyətinə start verdi[2.səh.57]. İran nüvə sənayesi ilə XX əsrin 50-ci illərindən maraqlanmağa başlamışdır. II Dünya müharibəsindən sonra ABŞ kommunizmin genişlənməsinə qarşı İran və digər ölkələrin ərazilərində gizli şəkildə nüvə sənayesi yaradırdı. Sovet İttifaqının nüvə silahı əldə etməsindən sonra ABŞ bu silahın yayılmaması üçün aktiv fəaliyyətə keçdi. Məhəmməd Rza Pəhləvi İranı ən azı regionun hegemon dövlətinə çevirmək istəyirdi. İranın böyük aqrar ölkə olması, heç bir industrial infrastruktura malik olmaması buna imkan vermirdi. İranın xarici gəlirlərinin 80%-i neft sahəsindən gəldiyi üçün şah bu vəsaitin yeni sənaye sahələrinə yönəltməyi qərara aldı[3.səh.237]. Pakistanı, Türkiyəni hətta bəzən İraqı bütün sahələrdə qabaqlamağa çalışan şah ölkəyə ən yeni, qeyri-ənənəvi sənaye sahəsini – Atom sənayesini gətirməkdə israrlı idi. 1974-cü ildən bahalaşan neft qiymətlərinə söykənərək, söylədiyi nitqdə Məhəmməd Rza şah demişdir ki, “...yaxın 20 ildə ölkə ərazisində 20 min vattlıq AES-lər qurulacaqdır”[2.səh.53]. İran şahı 1976-cı ildə Almaniyanın Kraftwerk (KWU) Şirkəti ilə müqavilə bağlayır. Almanlar İranın Buşehr şəhərində 1200 meqavattlıq stansiya qurdular. 1977-ci il müqaviləsi ilə Fransa Bəndərabbas liman şəhərində 900 meqavattlıq stansiya tikməli idi. İran şahının nüvə siyasətinin məqsədləri bunlar idi:
1. Regionda aparıcı dövlətə çevrilmək.
2. Nüvə enerjisi neft gəlirlərindən asılılığı azalda bilərdi, bu enerji ölkədə elektrik ehtiyacını ödəyə bilər, təsərrüfatı inkişaf etdirməkdə yararlı olardı.
3. Nüvə enerjisi ucuz elektrik, inkişaf elmiş təsərrüfatla bərabər həm də narazılığı aradan qaldırar, daxili sabitliyi təmin edərdi[1.səh.55].
1984-cü ildə İsfahanda nuklear (nüvə) araşdırma mərkəzi yaradılmış, Haşimi Rəfsəncaninin başçılığı ilə Almaniya və Fransa ilə danışıqlar aparılmışdır. 1987-ci ildə Çindən kiçik kalutron (uranın zənginləşdirilməsi üçün sınaq aparatı), 1985-ci ildə isə reaktor alındı. Lazım olan miqdarda diosid-uran isə Argentinadan gətirildi. İran-İraq müharibəsindən sonra nüvə enerjisi istehsalına xüsusi diqqət ayıran İran bu məsələdə Rusiya ilə yaxınlaşdı[2.səh.61]. 1992-ci ildə İran ilə Rusiya arasında atom enerjisindən dinc məqsədlər üçün istifadə haqqında saziş imzalandı. 1995-ci ildə Rusiya Buşehrdə AES-in birinci blokunun tikintisinin başa çatdırılması haqqında sazişə imza atdı. Alman mütəxəssislər İranda fəaliyyətini dayandırdıqdan sonra bu tikinti yarımçıq qalmışdı. İranın nüvə proqramı sahəsində Avropa dövlətləri ilə danışıqlar İİR-in Ali Milli Təhlükəsizlik Şurası (Şurayi – Ali – Emniyyete – Milli) tərəfindən aparılırdı[5].
2003-cü ildə isə ABŞ İranı gizli atom silahı üzərində iş aparmaqda ittiham etdi. Bütün imkanlarını səfərbər edən ABŞ İranı beynəlxalq aləmdən təcrid etməyə çalışırdı. Beynəlxalq Atom Enerjisi üzrə Təşkilatın 1993-cü ildə qəbul etdiyi “92+3” protokolunu imzalamaqdan imtina edən İran 2003-cü ildə Fransa, Almaniya və Böyük Britaniyanın təzyiqləri ilə nüvə silahının yayılmaması haqqında sazişə əlavə olan protokola imza atmağa razı oldu. İran parlamenti bu sənədi ratifikasiya etmədi. İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (ingilis dilində “IAEA”, rus dilində “МАГАТЭ”) müfəttişlərinə yoxlama aparmağa imkan vermədi[5].
Rusiya İranı dəstəkləməklə, heç də rəsmi Tehranın güclənməsinə çalışmır, sadəcə ABŞ-ın genişlənməsinin qarşısını almağa cəhd edir[4.səh.269]. 2009-cu ildə yarımçıq qalan nuklear münasibətləri, S – 300 tipli havadan müdafiə qurğularının pulunun alınmasına baxmayaraq, 2015-ci ilə qədər İrana verilməməsi, bir daha yuxarıda qeyd etdiklərimizi təsdiqləyir.
İran xalqı nüvə enerjisindən istifadə etmək və ondan yararlanmağı özünün təbii haqqı sayır. Qərb dövlətlərinin buna qarşı tutduqları mövqe İran daxilində bütün qüvvələri birləşdirən ciddi faktora çevrilir. 2013-cü ilin iyununda Həsən Ruhani İranın prezidenti seçildi. Bundan sonra ölkənin nüvə məsələsi ilə İran Ali Milli Təhlükəsizlik Şurası deyil, İran Xarici İşlər Nazirliyi məşğul olacaq. “Altılıq” ölkələri ilə müzakirə aparacaq İran nümayəndə heyətinə 2014-cü ildən İİR xarici işlər naziri Məhəmməd Cavad Zərif rəhbərlik edir. ABŞ-ın regiondakı planlarına müqavimət göstərən İran Rusiyanın siyasi dəstəyindən yararlanaraq, Suriyadakı vətəndaş müharibəsində təşəbbüsü ələ ala bildi. Hizbullahın hərbi qələbələri ABŞ-ı İranla danışıqlara məcbur etdi. ABŞ Yaxın Şərqdə güclənən İran amilini nəzərə alaraq, nüvə danışıqlarına mane olmadı. “Altılıq” ölkələri ilə İran arasında yenidən uranın zənginləşdirilməsinə dair danışıqlar başlandı. Uzun sürən danışıqlardan sonra 2015-ci ilin iyulun 14-də Vyanada İran və “altılıq” ölkələri arasında yekun razılıq əldə olundu. Razılaşma İranın qarşıdakı 10-15 il ərzində nüvə fəaliyyətindən imtina etməsi, ölkənin nüvə mərkəzlərini beynəlxalq müşahidə üçün açıq elan etməsi və bunun müqabilində İrana qarşı sanksiyaların ləğvini nəzərdə tutur. Lakin nə ABŞ Konqresi, nə də Məclise – Şuraye – İslam bu razılaşmanı ratifikasiya etmədi.

 

ədəbİyyat sİyahısı:

Türk dilində
1. Erceylan M. Büyük Orta Doğu Projesində İranın önemi. Kocaeli: Kocaeli Üniversitesi basımı, 2007, 134 s.
2. Gordon T. Mossad gizli tarihi. İstanbul: Koridor yayıncılık, 2005, 472 s.
3. Ali V. Devrim sonrası İran – ABD ilişkiləri. Ankara: Ankara Üniversitesi basımı, 2011, 109 s.
Rus dilində
4. Примаков Е.М. Конфиденциально. Ближний Восток на сцене и за кулисами (вторая половина XX – начало XXI). М.: ИИК Российская газета, 2012 г., 448 с.
İnternet resursları

5. Vilayəti – Fəqihin mahiyyəti
http://www.ihq.az/index.php?news=883

 

Geostrategiya" jurnalı № 05 (29)  SENTYABR-OKTYABR 2015


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM