PAL­ÇIQ VUL­KAN­LA­RI UNİ­KAL TƏ­Bİİ TƏ­ZA­HÜR­DÜR

09:00 / 30.01.2016

   Adil Əli­yev – ­­AMEA Geologiya və Geo­fi­zi­ka İnstitutunun pal­çıq vul­ka­niz­mi şö­bə­si­nin rəh­bə­ri­dir. Geo­lo­gi­ya-mi­ne­ra­lo­gi­ya elm­lə­ri dok­to­ru, pro­fes­sor­dur. 300-dən çox el­mi mə­qa­lə­nin, 10 mo­noq­ra­fi­ya­nın mü­əl­li­fi­dir. “Mü­qəd­dəs od­lar öl­kə­si” sər­gi­si­nin Lon­don Mu­ze­yin­də təş­kil edil­mə­sin­də xü­su­si xid­mət­lə­ri ol­muş­dur. Ali­min el­mi məs­lə­hə­ti ilə 2 se­ri­ya­lı “Azər­bay­ca­nın pal­çıq vul­kan­la­rı” və “Vul­kan­la üz-üzə” film­lə­ri ona dün­ya şöh­rə­ti qa­zan­dır­mış­dır. Adil Əli­ye­vin rəh­bər­li­yi al­tın­da Azər­bay­ca­nın pal­çıq vul­kan­la­rı­nın 1:500000 miq­yas­lı ye­ni xə­ri­tə­si tər­tib edil­miş­dir. 



Pal­çıq vul­ka­niz­mi prob­le­mi geo­lo­gi­ya el­mi­nin mü­hüm is­ti­qa­mət­lə­rin­dən bi­ri­dir. Be­lə ki, pal­çıq vul­kan­la­rı­nın komp­leks təd­qi­qi geo­lo­gi­ya, geo­fi­zi­ka, coğ­ra­fi­ya və bir sı­ra el­mi-prak­ti­ki mə­sə­lə­lə­rin həl­li, xü­su­sən yer tə­ki­nin qu­ru­lu­şu­nun öy­rə­nil­mə­si və fay­da­lı qa­zın­tı ya­taq­la­rı­nın ax­ta­rı­şı üçün zə­min ya­ra­dır.
Azər­bay­can əra­zi­si pla­ne­ti­miz­də pal­çıq vul­ka­niz­mi­nin in­ki­şaf et­di­yi uni­kal və klas­sik əra­zi­dir. Bu­ra­da qu­ru­da və Xə­zə­rin ak­va­to­ri­ya­sın­da 350-dən çox pal­çıq vul­ka­nı və tə­za­hür­lə­ri möv­cud­dur və on­la­rın müx­tə­lif növ­lə­ri­nə (fəa­liy­yət­də olan, sön­müş, gö­mül­müş, neft çı­xa­ran, su­al­tı, ada vul­kan­la­rı­na) rast gə­li­nir. Pal­çıq vul­kan­la­rı­nın sa­yı­na, mor­fo­lo­ji müx­tə­lif­li­yi­nə və ak­tiv fəa­liy­yə­ti­nə gö­rə dün­ya­da Azər­bay­can əra­zi­si­nə ox­şar əra­zi yox­dur. Məhz bu­na gö­rə də, öl­kə­miz pal­çıq vul­kan­la­rı­nın və­tə­ni sa­yı­lır.
Pal­çıq vul­kan­la­rı və tə­za­hür­lə­ri əsa­sən Şər­qi Azər­bay­can əra­zi­sin­də–Ab­şe­ron ya­rı­ma­da­sın­da, Şa­ma­xı-Qo­bus­tan­da, CŞ Şir­van­da və Ba­kı ar­xi­pe­la­qın­da yer­ləş­miş­lər. Tək­cə Qo­bus­tan­da 100-dən çox pal­çıq vul­ka­nı in­ti­şar tap­mış­dır. 40 vul­kan və tə­za­hür yer sət­hi­nə neft çı­xa­rır. Ba­kı ar­xi­pe­la­qın­da vul­kan mən­şə­li 9 ada var­dır.
Mor­fo­lo­ji cə­hət­dən pal­çıq vul­kan­la­rı nis­bi hün­dür­lü­yü 10 m-dən 400 m-dək kə­sik ko­nus şək­lin­də olub, xa­ri­ci gö­rü­nü­şü­nə gö­rə maq­ma­tik (la­va) vul­kan­la­rı­nı xa­tır­la­dır. Vul­ka­nın zir­və­si kra­ter bən­di­nə uy­ğun gə­lir. Kra­te­rin dia­met­ri 15-500 m, bə­zən 1 km-ə ça­tır, əsa­sı isə 150-4000 metr və da­ha ar­tıq olur.
AMEA Geo­lo­gi­ya İns­ti­tu­tun­da 1965-ci il­dən baş­la­ya­raq el­mi-təd­qi­qat iş­lə­ri apa­rı­lır və pal­çıq vul­kan­la­rı hər­tə­rəf­li öy­rə­ni­lir. At­las­lar, xə­ri­tə­lər, ki­tab­lar və çox­say­lı mə­qa­lə­lər nəşr olu­nub­dur.

 

Pal­çıq vul­kan­la­rı­nın əmə­lə gəl­mə­si və

pay­lan­ma qa­nu­na­uy­ğun­lu­ğu

Pal­çıq vul­kan­la­rı­nın əmə­lə gəl­mə­si ba­rə­də bir çox fər­ziy­yə­lər və nə­zə­riy­yə­lər var­dır. İ.M.Qub­ki­nin (1934) “pal­çıq vul­kan­la­rı­nın və çö­kün­tü qat­la­rı­nın ge­ne­tik əla­qə­si ol­du­ğu” nöq­te­yi-nə­zə­ri, ke­çən əs­rin 50-60-cı il­lə­rin­də Ə.Ə.Ya­qu­bov tə­rə­fin­dən in­ki­şaf et­di­ril­miş­dir. Pal­çıq vul­ka­niz­mi­ni, xü­su­si­lə Azər­bay­can­da, şərt­lən­di­rən amil­lər: geo­lo­ji kə­si­liş­də plas­tik gil­li qat­la­rın, lay su­la­rı­nın ol­ma­sı, KH qaz­la­rı­nın for­ma­laş­ma­sı, tek­to­nik qı­rıl­ma­la­rın in­ti­şa­rı və ye­rin tə­kin­də AVLT-nin hid­ros­ta­tik təz­yiq­dən 2 də­fə­dən ar­tıq ol­ma­sı­dır[15, 16, 17]. Geo­lo­ji-geo­kim­yə­vi ma­te­ri­al­la­rın təh­li­li gös­tə­rir ki, vul­kan­la­rın ya­ran­ma­sın­da tek­to­ni­ka və mə­ka­nın yük­sək qaz­lı­lı­ğı va­cib amil­lər­dir. Pal­çıq vul­ka­niz­mi­nin fi­zi­ki-kim­yə­vi mo­de­li­nə əsa­sən, Azər­bay­can­da pal­çıq vul­kan­la­rı­nın əmə­lə gəl­mə­sin­də flü­id­lə­rin yük­sək təz­yi­qi­ni tə­min edən sıx­laş­ma dis­ba­lan­sı baş­lı­ca amil sa­yıl­ma­lı­dır [12].
Pal­çıq vul­ka­niz­mi neo­gen və ant­ro­po­gen za­ma­nı ak­tiv qı­rı­şıq­lıq hə­rə­kət­lə­ri tə­za­hür­lə­ri ilə sə­ciy­yə­lə­nən əra­zi­lər­lə, yə­ni da­ğa­ra­sı çö­kək­lik­lər­lə əla­qə­dar­dır. Vul­kan­la­rın ya­yıl­dı­ğı bü­tün əra­zi­lər çö­kün­tü qa­tı­nın bö­yük qa­lın­lıq­la­ra ma­lik ol­ma­sı ilə sə­ciy­yə­lə­nir. La­kin müx­tə­lif re­gi­on­lar­da on­lar fərq­lə­nir­lər. Qa­lın­lıq çox ol­duq­da vul­kan­la­rın sa­yı da ar­tır, mə­sə­lən Cə­nu­bi Xə­zər çö­kək­li­yin­də qa­lın­lıq 25 km-dən ar­tıq­dır. Azər­bay­can­da vul­kan­la­rın sa­yı­nın yük­sək ol­ma­sı da bu­nun­la izah olu­na bi­lər.
Son il­lər Azər­bay­can­da pal­çıq vul­ka­niz­mi­nin in­ki­şaf et­di­yi əra­zi­lər tek­to­ni­ka­sı­na aid ye­ni mə­lu­mat­lar alın­mış­dır. Şa­ma­xı-Qo­bus­tan re­gio­nun­da ye­ni qı­rıl­ma struk­tur­la­rı, on­la­rın ara­sın­da yer­lə­şən və bir-bi­rin­dən fərq­lə­nən mik­rob­lok­lar aş­kar edil­miş, pal­çıq vul­kan­la­rı­nın pay­lan­ma qa­nu­na­uy­ğun­luq­la­rı mü­əy­yən­ləş­di­ri­lib, on­la­rın sub­me­ri­dia­nal re­gio­nal struk­tur­lar, en dai­rə­si is­ti­qa­mət­li an­tik­li­nal zo­na­lar üz­rə yer­ləş­mə­si, həm­çi­nin neft-qaz ge­ne­ra­si­ya edən eosen-mio­sen çö­kün­tü­lə­ri­nin pal­çıq vul­ka­niz­mi­nin ya­ran­ma me­xa­niz­min­də ro­lu əsas­lan­dı­rıl­mış­dır[4, 5].


Pal­çıq vul­kan­la­rı­nın püs­kür­mə­si və
on­la­rın bə­zi xü­su­siy­yət­lə­ri

Tə­bi­ət­də baş ve­rən ma­raq­lı ha­di­sə­lər­dən bi­ri də göz­lə­nil­mə­dən püs­kü­rən vul­kan­lar­dır. Vul­kan püs­kü­rən­də part­la­yış baş ve­rir, kra­ter üzə­rin­də 100-500 metr­lik alov sü­tu­nu əmə­lə gə­lir.Pal­çıq­la bir­lik­də sü­xur qı­rın­tı­la­rı 40-100 m hün­dür­lü­yə tul­la­nır, yer tə­kin­dən çı­xa­rı­lan küt­lə vul­ka­nın ya­ma­cı ilə axa­raq qə­ri­bə axın “dil­lə­ri” ya­ra­dır. Bun­dan baş­qa, vul­ka­nın kra­ter sa­hə­sin­dən baş­la­ya­raq müx­tə­lif is­ti­qa­mət­də çat­lar əmə­lə gə­lir. On­la­rın uzun­lu­ğu bə­zən 1-2 km və da­ha ar­tıq olur.
Hər il Azər­bay­can­da 3-5 və da­ha çox vul­kan püs­kü­rür. Son il­lər pal­çıq vul­kan­la­rı­nın ak­tiv­ləş­mə­si 2001-ci il­də qey­də alın­mış­dır (16 püs­kür­mə). Tez-tez püs­kü­rən vul­kan­lar: Ab­şe­ron­da – Lök­ba­tan, Key­rə­ki, Şa­ma­xı-Qo­bus­tan ra­yo­nun­da – Şıx­zar­lı, Quş­çu, Xə­zər­də – Xə­rə-Zi­rə və Gil ada­la­rı­dır. So­nun­cu­la­rın ilk püs­kür­mə­lə­ri 1810-cu il­də baş ver­miş­dir. Qo­bus­tan­da 2 vul­kan (Çe­il­dağ və Qo­tur­dağ) püs­kür­mə­si pal­çı­ğın uzun il­lər bo­yu sı­xı­lıb çı­xa­rıl­ma­sı ilə sə­ciy­yə­lə­nir. Son iki əsr­də Azər­bay­can­da qu­ru­da və də­niz­də 93 vul­kan­da 400-dən çox püs­kür­mə baş ver­miş­dir[6].

 

Azər­bay­ca­nın pal­çıq vul­kan­la­rı püs­kür­mə­lə­ri­nin in­ten­siv­li­yi

Pal­çıq vul­kan­la­rı­nın fəa­liy­yə­ti 30-35 mln il bun­dan əv­vəl, er­kən mio­sen­dən baş­lan­mış­dır. Güc­lü püs­kür­mə­lər ara­sı vul­ka­nın kra­ter sa­hə­sin­də çox­lu fəa­liy­yət gös­tə­rən mik­ro­form­lar (sal­za, qri­fon, sop­ka) əmə­lə gə­lir. On­lar vax­ta­şı­rı qaz, su, lil­li pal­çıq, bə­zi­lə­rin­də neft çı­xa­rır. Bu ka­te­qo­ri­ya­ya təx­mi­nən 60 % vul­kan­la­rı aid et­mək olar. Apa­rı­lan təd­qi­qat­lar nə­ti­cə­sin­də mü­əy­yən edil­miş­dir ki, tez-tez püs­kü­rən vul­kan­la­rın kra­ter sa­hə­sin­də püs­kür­mə­dən son­ra qri­fon-sal­za­lar ya­ran­mır (Lök­ba­tan, Key­rə­ki) və ya on­la­rın tə­za­hü­rü çox zə­if olur (Şıx­zar­lı, Quş­çu).

Püs­kür­mə məh­sul­la­rı­nın geo­lo­ji-geo­kim­yə­vi təd­qi­qi

Vul­ka­nın yer sət­hi­nə çı­xar­dı­ğı qaz­lar, su­lar, pal­çıq, sü­xur qı­rın­tı­la­rı da­im təd­qi­qat ob­yek­ti ol­muş­dur.
Qaz­la­rın tər­ki­bin­də əsas kom­po­nent me­tan­dır (99 %-ə ki­mi), az miq­dar­da ağır KH-lər (AK), CO2, N2 və di­gər inert qaz­lar (he­li­um, ar­qon). So­nun­cu­la­rın fai­zi cü­zi­dir. Qaz­la­rın miq­da­rı müx­tə­lif re­gi­on­lar­da fərq­lə­nir. Qaz­lar­da­kı he­liu­mun nis­bə­ti 2.8-30.0x10-8 ara­sın­da də­yi­şir. Me­ta­nın kar­bon izo­top tər­ki­bi (KİT) isə 61‰-dən 36 ‰ ara­sın­da olur[1, 16].
Vul­kan su­la­rı 4 ge­ne­tik tip­lə təq­dim olun­muş­dur. Bun­lar hid­ro­kar­bo­nat­nat­ri­um­lu (HKN), xlor­kal­si­um­lu (XK), xlor­maq­ni­um­lu (XM) və sul­fat­nat­ri­um­lu (SN) su­lar­dır. Üs­tün­lük təş­kil edən və sə­ciy­yə­vi olan qə­lə­vi (HKN) və xlor­kal­si­um­lu (XK) tip­li­dir­lər. Su­la­rın ümu­mi mi­ner­la­laş­ma­sı 28 mq/ekv-dən 1380 mq/ekv ara­sın­da (100 qr üçün) də­yi­şir. Pal­çıq vul­kan­la­rı su­la­rı­nın dai­mi kom­po­nent­lə­ri yod (100 mq/l), bor (480 mq/l) və brom­dur (120 mq/l).
Vul­kan­la­rın yer sət­hi­nə çı­xar­dı­ğı neft­lər naf­ten-aro­ma­tik və me­tan tər­kib­li­dir. Kar­bo­nun izo­top tər­ki­bi -28.5 ‰-dən – -25.4 ‰-ə qə­dər (doy­muş frak­si­ya­da) də­yi­şir. Eosen, May­kop çö­kün­tü­lə­ri­nin ge­ne­ra­si­ya et­di­yi neft­lər izo­top yün­gül­dür­lər, (δ13C= -28.5 – -24.5 ‰). Dia­tom neft­lə­ri isə izo­top ağır­dır­lar (δ13C= -24.5 ‰)[7].
Vul­kan­la­rın sülb məh­sul­la­rı­nın kay­no­zoy komp­lek­sin­də əsa­sən pa­leo­gen-mio­se­nin ter­ri­gen-kar­bo­nat sü­xur­la­rı üs­tün­lük təş­kil edir. Vul­kan brek­çi­ya­sın­da 90-a qə­dər mi­ne­ral tə­yin olun­muş­dur. Mi­ne­ra­lo­ji tər­kib aşa­ğı­da­kı si­nif­lə­ri əha­tə edir: sul­fid­lər, ok­sid­lər, si­li­kat­lar, kar­bo­nat­lar, fos­fat­lar, bo­rat­lar, sul­fat­lar və he­lo­id­lər. Vul­kan pal­çı­ğın­da və sü­xu­run pe­lit his­sə­sin­də gil­li mi­ne­ral­lar – hid­ro­mi­ka, smek­tit, kao­li­nit və xlo­rit iş­ti­rak edir. Bun­dan baş­qa, son il­lər ye­ni mi­ne­ral­lar tə­yin edil­miş­dir: alu­nit, bas­sa­nit, sa­ni­din, adul­yar, mi­ra­bi­lit və te­nar­dit[3, 13, 14].
Pal­çıq vul­ka­nı brek­çi­ya­sın­da 30 mik­roe­le­ment aş­kar olun­muş­dur. On­la­rın ən sə­ciy­yə­vi­li­si bor, ci­və, man­qan, ba­ri­um, stron­si­um, qə­lə­vi me­tal­lar – li­ti­um, ru­bi­di­um və se­zi­um­dur. Bo­run və so­nun­cu 3 ele­men­tin yük­sək fai­zi gü­man ki, pal­çıq vul­ka­niz­mi pro­se­si­lə əla­qə­dar­dır.

Vul­kan fəa­liy­yə­ti­nin zəl­zə­lə­lər­lə əla­qə­si

Pal­çıq vul­ka­niz­mi­nin seys­mik­lik­lə əla­qə­si çox­dan mü­əy­yən edil­miş­dir. 1813-cü il­də Xə­zər­də Ya­nan Ta­va ban­kə­sin­də­ki zəl­zə­lə ey­ni ad­lı pal­çıq vul­ka­nı­nın püs­kür­mə­si­nə sə­bəb ol­muş­dur. Güc­lü zəl­zə­lə­lər vul­kan­la­rı püs­kür­mə­yə “va­dar edir” və bu fi­kir çox­say­lı fakt­lar­a əsas­la­nır. Ge­ne­tik ba­xım­dan hər iki ha­di­sə yer qa­bı­ğın­da top­la­nan tek­to­nik gər­gin­li­yin tə­za­hü­rü­dür. Uzun il­lər apar­dı­ğı­mız stas­tis­tik təh­li­l gös­tə­rir ki, güc­lü zəl­zə­lə­lər vul­kan­la­rın ak­tiv­ləş­mə­si­nə sə­bəb olur, ye­ral­tı tə­kan­lar püs­kür­mə­nin “təh­rik­çi­si” ro­lu­nu oy­na­yır[5]. Bu­nun­la ya­na­şı, hə­lə ke­çən əs­rin 80-cı il­lə­rin­də vul­kan­lar­da apar­dı­ğı­mız mü­şa­hi­də­lər gös­tər­di ki, zə­if zəl­zə­lə­lə­rin so­nun­cu “ha­zır­lıq” mər­hə­lə­si döv­rü, zəl­zə­lə oca­ğı­na ya­xın olan vul­kan­la­rın fəa­liy­yə­ti ak­tiv­lə­şir və yer sət­hi­nə çı­xa­rı­lan flü­id­lə­rin (qaz, su) bə­zi kom­po­nent­lə­ri­nin miq­da­rı ano­mal sə­viy­yə­də ar­tır. Bu da baş ve­rə­cək zəl­zə­lə­nin xə­bər­çi­si ki­mi qə­bul olu­na bi­lər. Bu nə­ti­cə son il­lər­ki mü­şa­hi­də­lə­ri­miz­də də öz təs­di­qi­ni tap­mış­dır[2, 7].

Pal­çıq vul­kan­la­rı mil­li sər­və­ti­miz­dir

Öl­kə­miz­də ge­niş in­ti­şar tap­mış pal­çıq vul­kan­la­rı bi­zim tə­bii eh­ti­ya­tı­mız və mil­li sər­və­ti­miz­dir. Bu­na gö­rə də, uni­kal tə­bii abi­də olan pal­çıq vul­kan­la­rı gə­lə­cək nə­sil üçün qo­ru­nub sax­lan­ma­lı­dır. Vul­kan­lar çox də­rin kəş­fiy­yat qu­yu­su ki­mi ye­rin də­rin qat­la­rın­da kar­bo­hid­ro­gen ya­taq­la­rı­nın ax­ta­rı­şın­da neft­çi geo­loq­la­ra kö­mək edir. Vul­kan tul­lan­tı­la­rın­da­kı müx­tə­lif sü­xur­lar la­zım­lı mik­roe­le­ment­lər­lə (bor, man­qan, va­na­di­um, mis, li­ti­um və s.), vul­kan su­la­rı yod, bor, brom­la zən­gin­dir. Vul­kan pal­çı­ğı tə­ba­bət­də ge­niş is­ti­fa­də olu­nur. Vul­kan gi­li key­fiy­yət­li ke­ram­zit xam­mal­dır, in­şa­at­da is­ti­fa­də olu­nur, gil­lər­dən kər­pic də ha­zır­la­nır. Möh­tə­şəm gö­rü­nüş­lü pal­çıq vul­kan­la­rı eko­tu­rizm ob­yek­ti­dir.
Aşa­ğı­da bu mə­sə­lə­lər şərh olu­nur.

Pal­çıq vul­kan­la­rı neft-qaz ya­taq­la­rı­nın ax­ta­rı­şın­da

Pal­çıq vul­kan­la­rı ilə neft-qaz ara­sın­da olan ge­ne­tik əla­qə hə­lə 20-ci əs­rin əv­vəl­lə­rin­də aka­de­mik Qub­kin tə­rə­fin­dən mü­əy­yən edil­miş­dir. Am­ma son­ra­lar neft­çi geo­loq­la­rın ək­sə­riy­yə­ti he­sab edir­di ki, vul­kan­lar yer tə­kin­də ya­taq­la­rı da­ğı­dır və on­la­rın yer­ləş­di­yi sa­hə­lər sə­na­ye ba­xım­ından pers­pek­tiv­li de­yil­dir. Uzun il­lər da­vam edən mü­ba­hi­sə­li mü­za­ki­rə­lər 1933-cü il­də so­na çat­dı. Lök­ba­tan pal­çıq vul­ka­nı ya­xın­lı­ğın­da qa­zıl­mış 45 say­lı qu­yu, sut­ka­da 20 min ton ol­maq­la, fəv­va­rə vur­du və bu­nun­la da sü­but edil­di ki, vul­kan­lar ya­taq­la­rı da­ğıt­mır və on­la­rın yer­ləş­di­yi əra­zi­lər­də qu­yu­lar qa­zıl­ma­lı və ya­taq­lar açıl­ma­lı­dır. Məş­hur 45 say­lı qu­yu in­di­yə­dək neft ve­rir. Hal-ha­zır­da Azər­bay­can­da, xü­su­sən də Cə­nu­bi Xə­zər­də is­tis­mar­da olan neft-qaz, kon­den­sat ya­taq­la­rı­nın ək­sə­riy­yə­ti vul­kan struk­tur­la­rı ilə əla­qə­dar­dır. Pal­çıq vul­kan­la­rı tə­bii kəş­fiy­yat qu­yu­la­rı­nın ro­lu­nu ye­ri­nə ye­ti­rir və yer tə­ki­nin, xü­su­si­lə qaz­ma iş­lə­ri ilə aş­kar ol­ma­yan də­rin­lik­lə­rin neft­qaz­lı­lı­ğı ba­rə­də çox va­cib mə­lu­mat ve­rir.

Vul­kan pal­çı­ğı – müa­li­və­vi pre­pa­rat­dır

Vul­kan pal­çı­ğı neft­li-qaz­lı ra­yon­lar­da yer­ləş­di­yin­dən, on­la­rın kim­yə­vi tər­ki­bi, müa­li­cə­vi xas­sə­lə­ri ye­rüs­tü mən­şə­li lil, torf mən­bə­lə­rin­dən fərq­lə­nir. Bö­yük də­rin­lik­lər­dən çı­xan eko­lo­ji tə­miz pal­çıq yük­sək bi­os­ti­mul­laş­dı­rı­cı tə­si­rə ma­lik kim­yə­vi mik­roe­le­ment­lər və üz­vi mad­də­lər­lə zən­gin­dir.
Özü­nün müs­təs­na yük­sək bal­neo­lo­ji xas­sə­lə­ri­nə gö­rə, vul­kan pal­çı­ğı bir ne­çə xəs­tə­lik­lə­rin: hə­rə­kət apa­ra­tı, oy­naq­lar, onur­ğa sü­tu­nu, pe­ri­fe­rik-əsəb sis­te­mi, də­ri, mə­də-ba­ğır­saq trak­tı, şə­kər dia­be­ti, ate­rosk­le­roz və bo­yun os­teo­xond­ro­zunun müa­li­cə­si za­ma­nı, elə­cə də gi­ne­ko­lo­gi­ya, uro­lo­gi­ya və kos­me­to­lo­gi­ya­da is­ti­fa­də edi­lir.
Ke­çən əs­rin 70-80-cı il­lə­rin­də AMEA Geo­lo­gi­ya İns­ti­tu­tu tibb elm­lə­ri dok­to­ru F.M.Əfən­di­ye­va və baş­qa mü­tə­xəs­sis­lər­lə bir­gə təd­qi­qat­lar apa­ra­raq vul­kan pal­çı­ğı­nın bal­neo­lo­ji xas­sə­lə­ri və geo­kim­yə­vi xü­su­siy­yət­lə­rini öy­rə­nib öl­kə­nin 15-dən çox tib­bi mü­əs­si­sə­lə­rin­də vul­kan pal­çı­ğı müa­li­cə prak­ti­ka­sı­na tət­biq edi­lib­dir[9].

 

Ba­har pal­çıq vul­ka­nı

Pal­çıq vul­kan­la­rı eko­tu­rizm ob­yek­ti­dir
Pal­çıq vul­kan­la­rı di­ya­rı olan Azər­bay­can­da möh­tə­şəm, gör­kəm­li, ak­tiv fəa­liy­yət­li vul­kan­lar çox­dur və öl­kə­mi­zə gə­lən tu­rist­lə­rin bir qis­mi əl­bət­tə on­la­rı gör­mək is­tə­yir­lər. Ələt qə­sə­bə­si ya­xın­lı­ğın­da yer­lə­şən Daş­gil vul­ka­nın­da Ba­kı­ya gə­lən tu­rist­lə­ri da­im gör­mək olar. 2008-ci il­də mə­nim nəşr olun­muş azər­bay­can, in­gi­lis və rus dil­lə­rin­də “Azər­bay­ca­nın pal­çıq vul­kan­la­rı” ad­lı bə­ləd­çi ki­tab­çam­da 25 vul­ka­na get­mək üçün tu­rist marş­rut­la­rı ve­ril­miş­dir.
Bun­lar­dan bi­ri Ba­kı­dan cə­nub is­ti­qa­mə­tin­də olan vul­kan­lar­dır. On­lar san­ki pa­ra­da dü­zül­müş ki­mi, bü­tün land­şaft­la­rı əha­tə edir. Püs­kür­mə­lə­ri­nin sa­yı­na gö­rə “dün­ya re­kord­çu­su” ad­la­nan Lök­ba­tan, hün­dür zir­və­li Ot­man­boz­dağ, B.Kə­ni­zə­dağ, To­ra­ğay, Xə­zə­rin sa­hi­lin­də yer­lə­şən Ba­har, Qo­bus­tan mə­də­niy­yət-ta­ri­xi qo­ru­ğu­nun ya­xın­lı­ğın­da­kı yu­xa­rı­da qeyd et­di­yim Daş­gil­dir. Qərb is­ti­qa­mə­tin­də – Pi­rə­kəş­kül, Ki­çik Mə­rə­zə, Şa­ma­xı­da Pir­qu­lu rə­səd­xa­na­sı əra­zi­sin­də gö­zəl mən­zə­rə­li və sə­fa­lı bir yer­də yer­lə­şən Də­mir­çi vul­ka­nı­dır. Ma­raq­lı­dır ki, tu­rist­lər müa­li­cə­vi vul­kan pal­çı­ğın­dan da is­ti­fa­də edə bi­lər­lər.
He­sab edi­rəm ki, Azər­bay­ca­nın pal­çıq vul­kan­la­rı­na get­mək­lə eko­tu­rist­lər on­la­rın tək­ra­ro­lun­maz­lı­ğı­na, un­kal­lı­ğı­na də­yər­li qiy­mət ve­rə­cək, gö­zəl tə­əs­sü­rat­la ge­ri qa­yı­da­caq və nə vaxt­sa vul­kan­la­rı gör­mək ar­zu­sun­da ola­caq­lar. Öl­kə­mi­zin pal­çıq vul­kan­la­rı­nın Döv­lət sə­viy­yə­sin­də bey­nəl­xalq tu­riz­mə cəlb olun­ma­sı əl­bət­tə va­cib mə­sə­lə­dir və bu gü­nün tə­lə­bi­dir.

Vul­kan­lar və ət­raf mü­hi­tin eko­lo­gi­ya­sı

Mü­hüm mə­sə­lə­lər­dən bi­ri də pal­çıq vul­kan­la­rı­nın eko­lo­ji ba­xım­dan öy­rə­nil­mə­si­dir. On­la­rın fəa­liy­yə­ti­nin müs­bət və mən­fi cə­hət­lə­ri var­dır. Vul­kan püs­kü­rən­də yer sət­hi­nə me­tan qa­zı ilə zə­rər­li olan kar­bon qa­zı da çı­xa­rı­lır. Bə­zi vul­kan­lar, mə­sə­lən Bi­nə­qə­di qə­sə­bə­si­nin ya­xın­lı­ğın­da yer­lə­şən Key­rə­ki vul­ka­nı püs­kü­rən­də, kar­bon qa­zı­nın fai­zi yük­sək ol­du­ğun­dan, alov sü­tu­nu alın­mır, vul­ka­nın sa­kit fəa­liy­yə­ti döv­rün­də ye­nə də qaz, su, lil­li pal­çıq, bə­zən çox­lu neft çı­xa­rı­lır və nə­ti­cə­də hə­min sa­hə­lər­də qey­ri-adi şo­ran tor­paq­lar və geo­kim­yə­vi cə­hət­dən na­dir land­şaft­lar ya­ra­nır. On­la­rın bə­zi mik­roe­le­ment­lər­lə (mə­sə­lən bor, mo­lib­den, stron­si­um və s.) zən­gin ol­ma­sı can­lı or­qa­nizm­lə­rə tə­si­ri ba­xı­mın­dan öy­rə­nil­mə­si ma­raq kəsb edir və bu is­ti­qa­mət­də də el­mi-təd­qi­qat iş­lə­ri da­vam et­di­ril­mə­li­dir[10].
Hal-ha­zır­da, AMEA Geo­lo­gi­ya və Geo­fi­zi­ka İns­ti­tu­tun­da ilk də­fə azər­bay­can, in­gi­lis, rus dil­lə­rin­də bö­yük həcm­də tər­tib edil­miş “Dün­ya pal­çıq vul­kan­la­rı”at­la­sı İta­li­ya­da nəşr olu­nur.

Ədə­biy­yat
1. Алиев Ад.А., Кабулова А.Я. Изотопы гелия в газах грязевых вулканов Азербайджана ДАН АзССР. 1980. №3, с.52-56.
2. Алиев Ад.А., Гасанов А.Г., Кабулова А.Я. 1989. Грязевые вулканы и сейсмичность Шамахино-Гобустанского района. В кн. «Материалы юбилейной сессии, посвящ. 50-летию ИГАНА». Баку, «Элм», с.215-217.
3. Алиев Ад.А., Бабаев И.А. 1993-1994. Первая находка алунита в выбросах грязевого вулкана Ахтарма-Карадагская. Изв. АНА. Науки о Земле, №1-6, с.136-139.
4. Алиев Ад.А., Байрамов А.А.,2000. Новые данные об особенностях проявления грязевого вулканизма в Шамахы-Гобустанском регионе. Труды ИГАНА. Изд-во «Naf­ta-Ргеss». №28, с.5-17.
5.Алиев Ад.А.Грязевой вулканизм и землетрясения. 2007-ci il­də Azər­bay­can əra­zi­sin­də seys­mop­roq­noz mü­şa­hi­də­lə­ri­nin ka­ta­lo­qu. Ba­kı, 2008, 81 -92 s.
6. Алиев Ад.А., Гулиев И.С., Рахманов Р.Р. 2009. Каталог извержений грязевых вулканов Азербайджана(1810-2007 гг.) Баку, Naf­ta-Press, 110 с. (на руском и английском языках).
7.Алиев Ад.А., Сарыджалинская Т.М. 2011. Новые данные о минералогии глинистых пород- выбросов грязевых вулканов Азербайдждана. AMEA Xə­bər­lə­ri, Yer elm­lə­ri, №1, 36-45.
8.Алиев Ад.А. Эволюция представлений о грязевом вулканизме Южно-Каспийской впадины. Труды ИГНАНА. 2010. №37, с.13-34.
9.АлизадеАк.А., Эфендиева Ф.М., Алиев Ад.А. Грязевой раствор сопочных грязей грязевых вулканов Азербайджана – новый лечебный препарат. ДАН АзССР. 1989. т.39, №3, с.49-51.
10. Əli­yev Ad.A. Pal­çıq vul­kan­la­rı və ət­raf mü­hit. “Elm və hə­yat”, № 3, s. 18-20.
11. Губкин И.М.,1934.Тектоника юго-восточной части Кавказа в связи с нефтегазоносностью этой области. Ленинград, Москва, ОНТИ, 52с.
12. Иванов, В.В., Гулиев, И.С. 1988. Физико-химическая модель грязевого вулканизма. В сб.: Проблемы нефтегазоносности Кавказа. Наука, с.92-100.
13.Мамедова А.Н., Маслаков Н.А., Рыбак Е.Н. и др. 2014. Сезонная минерализация на грязевых вулканах Азербайджана. Геология и полезные ископаемые мирового океана. №2, с.100-104.
14. Хеиров М.Б., Алиев Ад.А., Сафарова О.Б. 1989. Минералогический состав глинистых пород – продуктов извержений грязевых вулканов. Изв. АН Азерб., серия наук о Земле, №1, с.13-20.
15.Якубов А.А. Грязевые вулканы Азербайджана и их связь с нефтяными месторождениями. Изд-во АН АзССР, 1948, 213 с.
16. Якубов, А.А., Али-Заде, А.А., Зейналов, М.М. 1971. Грязевые вулканы Азербай­д­жанской ССР. Атлас, Элм, Баку, 256с.
17.Якубов А.А., Алиев Ад.А., Кабулова А.Я. О генезисе газов грязевых вулканов. Изд-во АН АзССР, 1979, №5, с.12-17.


 YER VƏ İNSAN

№/05/NOYABR-DEKABR/2015


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM