Əli Əliyev
Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
Milli Geoloji Kəşfiyyat Xidmətinin
Geoekoloji Monitorinq Mərkəzinin direktoru
Tələt Kəngərli
AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru,
Geologiya və Geofizika İnstitutunda şöbə rəhbəri
Naxçıvan MR ərazisi geoloji-tektonik və seysmogeodinamik şəraitinə görə regionun seysmoaktiv zonalarından sayılır və burada zaman-zaman çoxsaylı güclü, hiss ediləcək zəlzələlər müşahidə edilmişdir və gələcəkdə də belə proseslərin baş verməsi qaçılmazdır. Mürəkkəb geoloji-inkişaf tarixi keçmiş bu region tektogenezin müxtəlif tsikllərinə uyğun qırışıqəmələgəlmə və orogen mərhələlərdə geodinamik proseslərin təsirinə məruz qalaraq mozaik xarakterli regional və 2-ci tərtib tektonik pozulmalarla mürəkkəbləşərək pilləli-bloklu quruluş almışdır ki, bu tektonik elementlərin hər biri indvidual seysmogeoloji xüsusiyyətlərə malikdir.
Məlumdur ki, mantiyadan daxil olan endogen enerjinin bir hissəsi qırışıqəmələgəlməyə, digər bir hissəsi isə daha üst kəsimlərdə strukturlaşmaya və bloklaşmaya sərf olunduğundan elastik dalğalar şəklində yer səthinə ötürülür və seysmik titrəyişlər doğurur. Bu proseslər isə əsasən blokları sərhədləndirən aktiv tektonik pozulmalar boyunca konsentrasiya olunurlar. Adətən seysmik proseslər gücü tektonik pozulmaların ölçüləri və nüfuzetmə dərinliyindən asılı olduğundan bu proseslərlə geoloji-tektonik şərait arasında genetik asılılıq mövcuddur. Bu səbəbdən hər bir regionun seysmikliyinin qiymətləndirilməsi zamanı seysmostatistik ümumiləşdirmələrlə yanaşı geoloji-tektonik təhlillərin aparılması zəruridir.
Son dövrlərdə Azərbaycan ərazisində seysmik təhlükəli zonaların coğrafi yerləşməsi haqqında yetərli məlumatlar toplanmış və regional seysmotektonik rayonlaşdırma xəritə-sxemləri tərtib edilmişdir. Bu bölgülənmədə əsasən M>4 maqnitudalı seysmik proseslərin paylanma qanunauyğunluqları baza kimi qəbul edilmişdir. Regionda zəlzələlərin 90%-dən artıq kütləsi yer qabığı hüdudlarında, çox az hissəsi isə üst mantiya ilə əlaqədar olmuşdur.
SEYSMOTEKTONIK VƏ SEYSMIK RAYONLAŞDIRMA, SEYSMOGEN ZONA VƏ STRUKTURLAR
Neotektonik mərhələdə Naxçıvan ərazisi normal çökmə qatın toplanması ilə dayanıqlı differens enmə rejimində formalaşmışdır. Bu proseslər tağlı-bloklu qalxımların irsiliyinin saxlanılması fonunda davam etmişdir. Neotektonik proseslərin təzahürünü xarakterizə edən üç əsas morfostruktur ayrılmışdır ki, məhz onların mövcudluğu regionun geodinamik xüsusiyyətlərini şərtləndirən əsas struktur elementlər hesab edilir. Zəngəzur davamlı və intensiv tağlı-bloklu qalxımı ilə Şərur-Culfa diferensasiya olunmuş qalxımı mürəkkəb, Naxçıvan muldası isə sadə geoloji-tektonik quruluşları ilə səciyyələnirlər. Müasir mərhələdə Naxçıvan muldasında ümumi nisbi qalxma fonunda 0-2 mm/il enməyə, ondan cənub-şərqdə yerləşən dağlıq hissə isə 2-8 mm/il qalxmaya məruz qalır. Məhz bu səbəbdəndir ki, Zəngəzur morfostrukturu ərazisi daha çox dislokasiyaya uğradığından zaman-zaman güclü zəlzələlər generasiya etmək qabiliyyətinə malikdir.
Seysmotektonik rayonlaşdırma. Naxçıvan MR ərazisinin regional tektonik plandakı yeri, geoloji-tektonik inkişaf yolu və müasir morfostruktur xüsusiyyətləri onun seysmogeoloji şəraitinin mövcud vəziyyətini formalaşdırmışdır. Regionun seysmikliyi və seysmogeoloji şəraiti bilavasitə seysmotektonik şəraitin mürəkkəbliyi ilə izah olunur. Xüsusilə, strukturlaşmanın uzanması istiqamətli xəritələnən və demək olar ki, yer səthində aydın sezilən müxtəlif dərəcəli dərinlik tektonik pozulmaları ərazini indvidual seysmotektonik xüsusiyyətlərə malik iri bloklara ayırmağa imkan vermişdir. Bu zaman hər bir seysmotektonik elementin dərinlik geoloji-tektonik quruluşu, hüdudlandırıcı və blokdaxili aktiv tektonik pozulmaların fəza-məkan yerləşməsi, həndəsi parametrləri, geodinamik xüsusiyyətləri, habelə seysmik proseslərin hiposentral səviyyəsi, episentral sahəsi, seysmik enerjinin paylanması kimi əsas parametrlər təhlil edilmişdir. Zəlzələ episentrlərinin konsentrasiyası və iri struktur mənsubiyyətləri seysmotektonik blokların aktivlik səviyyəsini qiymətləndirməyə kömək etmişdir. Tektonik rayonlaşdırmada əsas elementlər kimi xəritələnmiş Zəngəzur antiklinorisi, Ordubad sinklinorisi, Şərur-Culfa antiklinalı və Naxçıvan qoyma muldası seysmogeoloji xüsussiyyətlərinə və geodinamik parametrlərinə görə fərqli olsalar da xüsusilə, zəlzələ episentrlərinin paylanması, hiposentral səviyyəsi və zəlzələ enerjisinin yayılmasına görə bir sıra kəsimləri ilə bənzərlik təşkil edir. Buna görə də seysmotektonik rayonlaşdırma zamanı bir sıra hallarda tektonik strukturların ayrı-ayrı elementləri vahid seysmotektonik hüdudlarına daxil edilmişdir. Bu əsasən Zəngəzur və Ordubad morfostrukturlarına aid edilə bilər. MR ərazisi seysmotektonik cəhətdən 4 bloka ayrılmışdır (şəkil 1).
Hər bir blok tektonik və seysmik parametrlərinə görə ciddi fərqlərlə xarakterizə olunur. Bu blokların seysmogeoloji şəraiti bilavasitə onların geodinamik plandakı yerindən asılıdır. Cənub-şərqdən şimal-qərb istiqamətdə regionda Ordubad, Şahbuz, Naxçıvan və Sədərək seysmotektonik blokları xəritələnmişdir. Onların sərhədləri isə en istiqamətli Nehrəm-Ləkətağ (Əlincəçay), Vəlidağ-Qabaqyal və uzunluq istiqamətli Naxçıvan kənar tektonik pozulmaları boyunca keçir.
Ordubad seysmotektonik bloku. Zəngəzur antiklinorisinin cənub-şərq qanadının cənub kəsimlərini və Ordubad sinklinorisinin şərq hissəsini qapayan bu seysmotektonik blok geoloji-tektonik quruluşu, aktiv tektonik pozulma zonaları və cavan vulkanizm proseslərilə mürəkkəbləşmə dərəcəsinə digər bloklardan kəskin seçilir. İntensiv blokdaxili dislokasiya nəticəsində burada ərazinin kontrast seysmogeoloji şəraiti formalaşmışdır. Bu səbəbdən blok İrəvan-Ordubad dərinlik qırılması boyu Zəngəzur və Ordubad yarımbloklarına ayrılmışdır. Daha intensiv geodinamik proseslərin baş verdiyi Zəngəzur blokunda seysmogeoloji şərait Ordubad yarımblokundan nəzərəçarpacaq dərəcədə mürəkkəbdir. Məhz bu mürəkkəblik Zəngəzur blokunun seysmikliyinin yüksək olmasını şərtləndirir. Zəlzələ episentrlərinin konsentrasiya olunduğu əsas kəsimlər bilavasitə Zəngəzur yarımbloku daxilində və ya yarımblokların sərhəddində xəritələnmişdir. MR ərazisində qeyd olunmuş maksimal energetik sinifli zəlzələlər də bu ocaqlardan generasiya olunmuşdur. Zəngəzur blokunun seysmotektonik şəraitini mürəkkəbləşdirən digər mühüm amil isə şimal-şərqdən onun daha mütəhərrik Dəbəkli qırılmsi ilə hüdudlanmasıdır. Hər iki yarımblokun çoxsaylı en istiqamətli pozulmalarla mürəkkəbləşməsi blokdaxili seysmikliyin səviyyəsini də yüksəldir. Lakin blokdaxili seysmik aktivlik nisbətən zəifdir. Ordubad seysmotektonik blokunda zəlzələlərin hiposentral səviyyələri bir qayda olaraq geoloji-tektonik quruluşun xarakterinə uyğun olub nisbətən yer səthinə yaxındır. Belə ki, blok daxilində baş vermiş M>5 maqnitudalı zəlzələlərin hamısının dərinliyi 20 km-lik qatda baş vermişdir. Bu qat 1-ci hiposentral qat kimi ən güclü zəlzələlər generasiya edə bilər. Hiposentral səviyyələrin dayaz olması səbəbindən güclü zəlzələlərin makroseysmik və pleystoseyst sahələri də böyük həndəsi ölçülərə malik olmurlar. Ordubad seysmotektonik blokunda maksimal energetik sinifli zəlzələlərin baş vermə periodu da yüksək olub 100 il qəbul edilmişdir.
Şahbuz seysmotektonik bloku. Bu blok da Zəngəzur antiklinorisinin cənub-şərq qanadı ilə Ordubad sinklinalının qərb tektonik elementlərini özündə birləşdirmişdir. Şimaldan blok Dəbəkli, cənubdan isə Naxçıvan kənar qırılması ilə ayrılır. Tektonik plandakı yeri, seysmikliyi və seysmogeoloji xüsusiyyətlərinə görə qonşu Ordubad seysmotektonik blokundan dizyunktiv dislokasiya dərəcəsinə və seysmogeodinamik proseslərin xarakterinə görə fərqlənir ki, bu da blokun nisbətən zəif seysmikliyində özünü göstərir. Seysmostatistik təhlillərə əsasən Şahbuz blokunda instrumental ölçmələr başlayandan güclü zəlzələ qeyd edilməmişdir. Burada yalnız qonşu və yaxın zəlzələlərdən hiss edilən intensivliyin səviyyəsi yüksək olmuşdur. Blok daxilində əsas zəlzələ ocaqları İrəvan-Ordubad uzunluq istiqamətli və Əlincəçay en istiqamətli dərinlik qırılmalarının kəsişmə həlqəsində konsentrasiya olunmuşdur. Bu zəlzələlər adətən M<5 maqnitudalı olub kiçik makroseysmik sahələrlə xarakterizə olunurlar. Zəlzələlərin əsas hissəsi 1-ci hiposentral səviyyədən generasiya olunsalar da Ordubad seysmotektonik blokundan fərqli olaraq burada 2-ci hiposentral səviyyədə də (H>20 km) seysmik proseslər üstünlük təşkil edir. Maksimal energetik sinifli zəlzələlərin təkrarlanma periodu 100- 200 il qəbul edilmişdir.
Naxçıvan seysmotektonik bloku. Bu blok Şərur – Culfa antiklinalı və Naxçıvan qoyma muldası morfostrukturlarını əhatə etməklə Şahbuz seysmotektonik blokundan Naxçıvan kənar dərinlik qırılması ilə ayrılmışdır. Blok şərqdən Ordubad seysmotektonik bloku ilə Əlincəçay dərinlik qırılması, qərbdə Sədərək seysmotektonik blokundan Vəlidağ – Qabaqyal qırılması ilə ayrılır. Naxçıvan bloku qonşu bloklara nisbətən zəif dislokasiyaya uğradığından intensiv məxsusi zəlzələ ocaqlarına malik deyil. Yalnız Culfa kalderasında Cuğa ocaq zonası ilə bağlı İ=4 intensivlikli zəlzələlər qeyd edilmişdir. Zəlzələlərin hiposentral səviyyəsi isə adətən 1-ci və 2-ci hposentral səviyyələrə uyğun gəlir. Blok ərazisi adətən güclü İran və Türkiyə zəlzələləri zamanı 3-4 ballıq titrəyiş zonalarına daxil olur. Məxsusi ocaqlar isə Aşağı Araz ümumqafqaz istiqamətli dərinlik qırılmasınım ayrı-ayrı fraqmentləri ilə əlaqədardır. Maksimal energetik sinifli zəlzələlərin təkrarlanma periodu 500 il qəbul edilmişdir.
Sədərək seysmotektonik bloku. Blok Naxçıvan və Şahbuz seysmotektonik bloklarından Vəlidağ-Qabaqyal tektonik pozulması ilə ayrılıb Şərur-Culfa və Daralagöz tektonik elementlərini qapayır. Onun mərkəzindən keçən Naxçıvan kənar dərinlik qırılması blokun seysmotektonik şəraitin bərqərar olmasında əsas rol oynayır. Sədərək blokunun seysmikliyi əsasən İğdır və Ani ocaq zonaları ilə bağlıdır. Hər iki ocaq zonası katastrofik zəlzələlər generasiya etmək qabiliyyətinə malik olduğundan bu blokda yüksək seysmik aktivliyi ilə fərqlənir. Tarixi dövr ərzində burada məxsusi ocaqlardan yalnız İ=5-6 bal intensivlikli zəlzələlər müşahidə edilmişdir. Bu zəlzələlərin ocaqları əsasən blokun şimal kəsimlərində və cənubi-qərbində konsentrasiya olunmuşdur. Maksimal energetik sinifli zəlzələlərin təkrarlanma peridu 200 il qəbul edilmişdir.
Seysmik rayonlaşdırılması. Naxçıvan MR ərazisi seysmik aktivlik etibarı ilə Kiçik Qafqaz meqantiklinalının xüsusi seçilən kəsimlərindən sayılır. Seysmostatistik analiz və ümumiləşdirmə, ərazinin geoloji-tektonik və seysmotektonik şəraitinə uyğun olaraq regionda maksimal energetik sinifli zəlzələlərin müşahidə olunduğu ərazilərin rayonlaşdırılması zamanı MR-in bütün ərazisi 9 ballıq (MSK-64, 12 ballıq şkala) zonaya aid edilmişdir (şəkil 2). Baxmayaraq ki, xüsusilə Naxçıvan və Sədərək seysmotektonik bloklarında 9 ballıq zəlzələlər müşahidə olunmamışdır. Regionun ümumi tektonik plandakı yeri və geodinamik vəziyyəti bütün ərazi üzrə 9 ballıq zəlzələlər üçün əlverişli sayılır. Yeganə fərq 9 ballıq zəlzələlərin təkrarlanma periodunun müxtəlifliyindədir. MR-nin İrəvan – Ordubad dərinlik qırılmasından şimal kəsimləri daha yüksək seysmik aktivliyi ilə seçilən Zəngəzur antiklinalının cənub-şərq qanadı və Ordubad sinklinalının şərq kəsiminə aid olduğundan rayonlaşdırma xəritəsində 91 ballıq zona kimi ayrılmışdır.Yəni, regionun bu ərazilərində İ=9 ballıq zəlzələlərin baş vermə ehtimalı 100 il qəbul edilmişdir. Digər qalan ərazilər isə şərti olaraq 92 ballıq zonaya daxil edilmişdir. Seysmik titrəyişlərin səviyyəsi ocaq zonalarının fəza məkan yerləşməsindən ciddi sürətdə asılıdır. Belə ki, intensiv dizyunktiv dislokasiyaya uğramış Zəngəzur və Ordubad morfostrukturlarında baş vermiş zəlzələlər adətən dayaz fokuslu olduğundan onların makroseysmik sahələri də kiçik əraziləri qapayır. Naxçıvan və Şərur seysmotektonik bloklarında isə zəlzələ hiposentrlərinin nisbətən dərin olması səbəbindən makroseysmik sahələr daha böyük əraziləri əhatə etməklə adətən strukturların uzanma xətti istiqamətlidirlər. Zəngəzur və Ordubad zəlzələlərinin makroseysmik sahələri əsasən strukturları en istiqamətdə kəsən dərinlik qırılmalarının uzanması boyu olub, assimetrik formalıdırlar. Ordubad və Naxçıvan seysmotektonik blokları bir qayda olaraq güclü İİR zəlzələlərinin hiss ediləcək təsir dairəsinə daxildirlər. Seysmik aktivlik xəritəsinə əsasən Zəngəzur ocaq zonasında seysmik aktivlik səviyyəsi A10=0,2-0,5; digər qalan ərazilərdən A10=0,2 hesablanmışdır. Ehtimal olunan zəlzələ ocaqları xəritə sxemindən göründüyü kimi MR ərazisində 9 ballıq kateqoriyaya daxil olan ocaqlar regionun seysmotektonik əlamətləri, intensiv kontrast müasir hərəkətlər seysmogen strukturların ölçüləri və digər faktorlarla yaxşı uzlaşır. Naxçıvan MR ərazisində zəlzələlərin maksimal müşahidə edilmiş energetik sinfi 15,5, seysmik effektin intrensivliyi İ0 = 9 bal seysmik aktivliyin orta səviyyəsi A10 =0,56, təkrarlanma qrafikinin bucaq əmsalı ɤ = 0,58 makmsimal zəlzələlərin təkrarlanma periodu 40-50 il təşkil edir. Maksimal seysmik aktivlik MR-nin cənub – şərqində - Zəngəzur ocaq zonasında müşahidə olunub, A10 = 0,6 təşkil edir. 09.06.0968- ci il (yerli vaxtla saat 04:57) Naxçıvan MR ərazisi, Mehri, Qacaran, Qarakilsə, Qubadlı, Laçın, Zəngilan rayonları ərazisində ciddi dağıntılara səbəb olan güclü zəlzələ baş vermişdir. MR ərazisində ən güclü seysmik titrəyişlər Ordubad rayonu ərazisində hiss edimişdir. Zəlzələnin episentri Zəngəzur antiklinalının cənub şərq qanadında tağ hissəyə yaxın Dəbəkli aktiv tektonik pozulması üzərində yerləşmişdir. Ocaq zonasında Ümumqafqaz istiqamətli Dəbəkli dərinlik qırılmasının Gilançay, Vənəndçay en istiqamətli qırılmaları ilə mürəkkəbləşməsi zəlzələnin pleystoseyst sahəsində ciddi dizyunktiv dislokasiya meydana gəlməsinə səbəb olmuşdur. Zəlzələnin makroseysmik sahəsi 5 ballıq izoseyst uzrə 4000 km2 sahəni əhatə eləmişdir. Ordubad rayonunun ərazisi 6-8 ballıq intensivlikli titrəyiş zonasına daxil olmuşdur. 7-8 ballıq izoseystlərin qapadığı dağlıq ərazilərdə çoxsaylı uçqunlar, sürüşmə və çatlar yaranmışdır. Qeyd edilən zəlzələ ocağında 01.09.1968-ci ildə təkrar (İ=5 bal) seysmik təkan müşahidə olunmuşdur. Bu təkandan sonra bir ay ərzində çoxsaylı avterşoklar baş vermişdi.
NAXÇIVAN MR-İN ƏRAZİSİNDƏ ZƏLZƏLƏLƏRİN
MAKROSEYSMIK VƏ PLEYSTOSEYST SAHƏLƏRI
Naxçıvan ərazisində zəlzələlərin instrumental tədqiqatlarına ötən əsrin 50-ci illərindən sonra başlanmışdır. Tarixi dövr ərzində burada baş vermiş katastrofik və dağıdıcı zəlzələlər haqqında yazılı xronoloji məlumatlardan istifadə edilmişdir. İnstrumental ölçmələrin aparıldığı son 70 il ərzində Naxçıvan ərazisində və yaxın seysmoaktiv zonalarda (Naxçıvan ərazisində hiss edilmiş) M>4 maqnitudalı 100-dən artıq zəlzələ qeyd edilmişdir. Bu zəlzələlərin böyük hissəsi əsasən Zəngəzur sırası seysmogen zonası, Türkiyə, Ermənistan və İİR ərazisi ilə əlaqədar olmuşdur. Zəngəzur seysmogen zonası ümumqafqaz istiqamətli Qirratax dərinlik qırılmasının ayrı-ayrı aktiv seqmentləri ilə əlaqədardır. Bu zona əsasən iri geostrukturların sərhəddi kimi ən yüksək intensivlikli (İ=8-9 bal, bəzən hətta 10 bal) zəlzələlər generasiya edə bilər. Digər seysmogen zona isə Aşağı Araz ümumqafqaz istiqamətli dərinlik qırılmasının yaratdığı seysmogen zona ilə əlaqədar olub İ=7-8 ballıq seysmik proseslər generasiya edə bilər. MR-in bütün ərazisi boyu xəritələnmiş şimal-qərb - cənub-şərq istiqamətli və daha çox blokdaxili xarakterli İrəvan-Ordubad dərinlik qırılması da zaman-zaman ayrı-ayrı seysmogen kəsimləri ilə 7-9 ball intensivlikli zəlzələlər generasiya edə bilərlər və tarixi dövr ərzində bu zonanın qərb seqmentində İ=9 ballıq zəlzələlər baş vermişdir. Yüksək seysmikliyi ilə seçilən Ordubad sinklinoriumu seysmotektonik cəhətdən vahid Zəngəzur seysmotektonik blokunun Ordubad yarımzonasında yerləşir. Bu ərazi yerli zəlzələlərlə yanaşı daha çox ocaqları Zəngəzur silsiləsinin şimal-şərqinə təsadüf edən güclü yaxın zəlzələlərin təhlükəli təsir dairəsinə düşür. Zəlzələ enerjisinin paylanma qanunauyğunluguna, habelə ərazinin seysmogeoloji şəraitinə əsasən (zəlzələ enerjisinin udulma dərəcəsi) bir çox hallarda bilavasitə qeyd edilən ocaqlarda baş vermiş zəlzələlərin MR-nin cənub-şərq kəsimlərində hiss edilmə səviyyəsi İ=7-8 ballıq izoseystlərlə ayrılır. 1905-ci il Mehri, 1931-ci il Qubadlı və 1968-ci il Liçk zəlzələləri zamanı məhz Ordubad rayonunun yerləşdiyi ərazilər bilavasitə 8 ballıq titrəyiş zonaları kimi ayrılmışdır. Bu zəlzələlərin hamısının hiposentral səviyyəsi yer səthinə yaxın (H=8-12 km) olduğundan pleystoseyst sahələri də çox böyük əraziləri əhatə etməmişdir .
Son 50 il ərzində Naxçıvan MR və qonşu seysmoaktiv zonaların ərazisində M > 3 maqnitudalı 50-dən artıq zəlzələ qeyd edilmişdir. Bu seysmik proseslərin böyük əksəriyyəti əsasən birinci hiposentral səviyyədə (0-10 km) baş vermişdir. XX əsrin birinci yarısında regionda iki dağıdıcı zəlzələ (1905-ci il Liçk, 1931-ci il Qafan-Qubadlı) qeyd edilmişdir. İnstrumental məlumatlar olmasa da paleoseysmik bərpa yolu ilə müəyyən edilmişdir ki, qeyd edilən bu zəlzələlər zamanı Ağyurd və Piyazbaşı qızıl yataqlarının hər ikisi 7-8 ballıq zonaya daxil edilmişdilər. Bu zaman xüsusilə, dağlıq ərazilərdə çoxsaylı dağ uçqunlarına təsadüf edilmişdir.
Seysmostatistik təhlillərin ümumiləşdirilmiş analizinə uyğun olaraq regionda 1960-cı ildən sonra baş vermiş zəlzələlərin xronoloji ardıcıllığı aşağıdakı kimi klassifikasiya edilmişdir.
29.04.1968-ci il zəlzələsi. Naxçıvan MR ərazisində İ=4 bal intensivliklə müşahidə edilən zəlzələnin episentri İİR-nın şimal-qərb bölgəsində baş vermişdir. Ciddi problemlər qeyd edilməmişdir.
09.06.1968-ci il zəlzələsi. İyun ayının 9-u saat 4:57-də Naxçıvan MR-nin bütün ərazisi, Mehri-Qafan və Qubadlı-Laçın zonalarında güclü təkanlar müşahidə edilmişdir. Zəlzələnin peystoseyt sahəsi Ordubad və Mehri rayonlarının sərhədlərinə təsadüf etmişdir və burada İ=7-8 bal hüdudlarında müşahidə edilmişdir. Əsas təkandan sonra coxsaylı hiss ediləcək afterşoklar baş vermişdir. Qafan, Qacaran, Sisian və Ordubad rayonalra ərazisində dağıntılar qeyd edilmişdir. Nəticədə, Qacaran mis – molibden kombinatı müvəqqəti olaraq sıradan çıxmışdır. Minlərlə insan uzun müddət çadır düşərgələrində yaşamışdır. Zəlzələnin makroseysmik sahəsi böyük oxu şimal-qərbdən cənub-şərqə uzanmış ellips şəklində olmuşdur. Buna görə də ən güclü təkanlar Ordubad, Qacaran və Laçın rayonları ərazisində qeyd olunmuşdur. Ordubad rayonu ərazisində 7-8 ballıq zonaya Pəzməri, Nürgüt, Nəsirvaz, Tivi, Behrud, Çənnəb, Yuxarı və Aşağı Əylis, Ələhi, Parağa, Unus, Dırnıs və Nüs-nüs kəndləri daxil olmuşdur. Culfa rayonu ərazisi və Ordubad rayonunun digər kəndləri isə 6, 6-7 ballıq intensivlikli titrəyiş zonasına aid edilmişdir.
10.06.1968-ci il zəlzələsi. 9 iyun zəlzələsinin baş verdiyi ocaq zonasında İ=5 bal intensivlikli təkrar təkan baş vermişdir.
14 və 16.06.1968-ci il zəlzələləri. Zəngəzur ocaq zonasında İ=4-5 bal intensivlikli təkan qeyd edilmişdir.
01.09.1968-ci il zəlzələsi. Saat 09:40-da Naxçıvan MR ərazisində güclü seysmik təkanlar qeyd edilmişdir. MR-in bütün ərazisində İ>4 bal intensivliklə hiss edilən bu zəlzələnin ocağı 09.06.1968-ci il tarixli zəlzələ ilə eyni olmuşdur. Ordubad və Culfa rayonunun dağlıq ərazilərində zəlzələnin gücü 7-8 bal intensivlikli olmuş, bir çox yaşayış məntəqələrində ciddi dağıntılar baş vermişdir. Dağlıq ərazilərdə isə çoxsaylı uçqunlar qeyd olunmuşdur.
16.09.1968-ci il zəlzələsi. Zəngəzur ocaq zonasında generasiya olunmuş bu zəlzələnin intensivliyi İ=5 bal qiymətləndirilmişdir. Dağlıq ərazilərdə çoxsaylı uçqun və dağıntılar qeyd olunmuşdur. Qeyd olunan ocaqda 01.10.1968-ci ildə 4 ballıq təkrar təkanlar müşahidə edilmişdir.
05.02.1969-cu il zəlzələsi. İ=4 bal intensivliklə Naxçıvan MR-in bütün ərazisində hiss edilən bu zəlzələnin episentri İİR ərazisində olub M=4,5 maqnitudalı olmuşdur. Episentral məsafənin böyük olmasına baxmayaraq zəlzələ enerjisinin zəif udulması səbəbindən daha geniş ərazilərdə müşahidə edilmişdir.
26.01.1975-ci il zəlzələsi. Episentri İİR ərazisində yerləşən və Naxçıvan MR ərazisində 4 bal intensivliklə müşahidə olunan zəlzələ baş vermişdir.
26.05.1977-ci il zəlzələsi. Zəlzələnin episentrinin Türkiyə ərazisində olmasına baxmayaraq Naxçıvan MR ərazisində İ=4 bal intensivlikli titrəyişlər qeyd edilmişdir.
25.03.1980-ci il zəlzələsi. Naxçıvan şəhərindən 10 km cənubda baş vermiş zəlzələnin intensivliyi 5-6 bal hüdudlarında dəyişmişdi. Bütün MR ərazisində müxtəlif intensivlikli titrəyişlər hiss edilmişdir.
04.01.1982 və 17.04.1982-ci il zəlzələləri. Hər iki zəlzələ 4 bal intensivlikli olub Cuğa ocaq zonasından generasiya olunmuşdur.
08.02.1993-cü il zəlzələsi. İ=4 bal intensivlikli yerli zəlzələ baş vermişdir. Zəlzələnin ocağı Ərəfsə kəndindən 8 km şimal-şərqdə qeyd olunmuşdur.
16.06.1996-cı il zəlzələsi. Culfa rayonu Gülüstan dərəsində episentri 21 km dərinlikdə olan İ=5 bal intensivlikli zəlzələ qeyd olunmuşdur. Zəlzələ Ordubad rayonunun bütün ərazisində 4-5 bal intensivlikdə hiss edilmişdir.
04.06.2003-cü il zəlzələsi. Episentri Qapıcıq yüksəkliyinin 6 km cənubunda İ=6 bal intensivlikdə qeyd edilmişdir. Zəlzələnin episentri 5 km dərinlikdə olduğundan makroseysmik sahəsi də kiçik olmuşdur.
2003-cü ildən sonra MR ərazisində ciddi seysmik proseslər müşahidə edilməmişdir. 25.02.2009-cu il (M=3,1; H=4 km), 10.05.2010-cu il (M=3.0; H=16 km), 16.09.2010-cu il (M=3,6; H=2 km), 23.07.2014-cu il (M=3,1; H=16 km), 24.08.2014-cü il (M=3,2; H=10 km) və 21.09.2014-cü il (M=3,3; H=9 km) tarixli yerli zəlzələlər lokal xarakterli olub kiçik makroseysmik sahələrə malik olmuşlar. Yalnız 11.08.2012-ci ildə İİR-in Əhər bölgəsində baş vermiş M=6,4 maqnitudalı zəlzələ zamanı xüsusilə, Ordubad rayonu ərazisi 4-5 ballıq titrəyiş zonasına daxil olmuşdur. Zəlzələ ocağının 120 km məsafədə olmasına baxmayaraq seysmik enerjinin zəif udulması səbəbindən (seysmogeoloji səraitin mürəkkəbliyi) zəlzələnin makroseysmik sahəsi çox böyük əraziləri qapamışdır.
Naxçıvan MR ərazisində baş vermiş zəlzələlərin operativ tərtib edilmiş makroseysmik sahələri əsasən regional və bloklar arası dərinlik tektonik pozulmalarının uzanma istiqamətində olub, asimmetrik formalıdırlar və pleystoseyst sahələri (dizyunktiv dislokasiyaya uğramış sahələr) adətən kiçik əraziləri əhatə edir. Bu isə güclü zəlzələlərin hiposentral səviyyələrinin dayaz olması ilə izah olunur.
YER VƏ İNSAN
№/05/NOYABR-DEKABR/2015
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM