Azərbaycan Respublikası ərazisinin geoloji öyrənilmə tarixindən

10:43 / 01.02.2016

Eyzangül Fətullah qızı Qənbərova Azərbaycanın Yuxarı Qarabağ bölgəsinin Şuşa şəhərində anadan olmuşdur. Orta məktəbi qızıl medalla, Bakı Dövlət Universitetinin Geologiya fakültəsini isə fərqlənmə diplomu ilə bitirmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya-Arxiv Fondunda şöbə rəisi işləyir. Bakı Dövlət Universitetinin doktorantıdır.
Azərbaycanın Böyük Qafqaz hissəsinin Cənub yamaclarında aşkar olunmuş mis-pirrotin və kolçedan-polimetal yataq və təzahürlərinin yaranması və təşəkkülü problemləri və ölkə ərazilərinin geoloji öyrənilmə tarixi onun diqqət obyektidir.

Azərbaycan Respublikasının ərazisi geoloji quruluş və geotektonik inkişaf baxımından Avrasiya və Afrika-Ərəbistan litosfer plitələrinin kolliziya (toqquşma) zonasında yaranmış Alp qırışıqlıq qurşağına daxildir. İki nəhəng dağ sisteminin Böyük Qafqaz və Kiçik Qafqaz meqaantiklinoriumunun şərq hissəsini və onların arasındakı Kür dağarası çökəkliyini əhatə edən ölkə ərazisi mürəkkəb geoloji quruluşu olması və faydalı qazıntıların çeşidli və rəngarəngliliyi ilə qonşu ərazilərdən fərqlənir. Burada ən qədim yaşlı süxurlar - yer səthinə Naxçıvan MR və Kiçik Qafqazda Üst Proterozoyun Vend sisteminə aid edilən metamorfik şistlər şəklində çıxırlar. Ərazidə əsasən, Mezozoy və Kaynozoy, qismən də Paleozoy yaşlı çökmə, vulkanogen, vulkanogen- çökmə, intruziv, metamorfik və kontinental süxur və çöküntülər yayılmışdır. 

Bu səbəbdən Azərbaycanın geoloji xəritəsi müxtəlif yaşlı süxur törəmələri və çeşidli faydalı qazıntıları ilə sanki al-əlvan rəngli bir Qarabağ xalısını xatırladır.
Azərbaycan ərazisinin müxtəlif faydalı qazıntılarla (xüsusən neft və qazla) zənginliyi burada geoloji bilgilərin də qədim tarixə malik olmasını şərtləndirən amillərdəndir. Ərazinin geoloji törəmələri və baş verən geoloji proseslər haqqında ilk məlumatlara qədim və orta əsr mənbələrində, o dövrün alim, səyyah və mütəfəkkirlərinin (Strabon, İstəxri, Məsudi, Nizami Gəncəvi, Marko Polo və b.) əsərlərində rast gəlinir.
Respublıikamızın ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan əmək alətləri, zərgərlik və bəzək əşyaları hələ çox qədimlərdə bu ərazidə dağ-mədən işlərinin aparıldığını göstərir. Orta əsr tarixçilərinin məlumatlarına görə, o dövrdə Azərbaycanda mis, gümüş, qurğuşun filizləri aşkar edilmiş və istismar olunmuşdur.
Naxçıvan duz mədəninin qədim qazmalarından və insanların paleolit (qədim daş dövrü) dayanacaqlarından bəlli olan əmək alətləri burada qədim zamanlarda dağ mədən işlərinin aparılmasına sübutdur.
Azərbaycanda eramızdan əvvəl üçüncü minillikdə bürünc dövrünün başlanması ilə daş dövrü sıxışdırılır. Bununla da əvvəlcə mis, sonra isə bürünc məmulatlar istehsal olunur. Həmin dövrdə Kiçik Qafqazın mədənlərindən çıxarılan misdən, daha sonra isə dəmirdən, qızıldan, gümüşdən geniş istifadə edilmişdir.
XIII əsr ərəb tarixçisi və coğrafı Əbu-Duləfa Azərbaycanın dağlarında qızıl, qurğuşun, civə, gümüş, mərgümüş mədənləri olduğunu yazmışdır.
XII-XIII əsr Ərəb tarixçilərinin və coğrafiyaçılarının məlumatlarına görə, Azərbaycan mineral sərvətlərlə zənginliyi ilə bütün Yaxın Şərqdə məşhur olmuşdur. Bu sərvətlərdən neft, qızıl, gümüş, mis, qurğuşun, dəmir oxrası, daş duz, həmçinin yarımqiymətli və bəzək daşları böyük miqdarda digər ölkələrə də daşınmışdır.
XIII əsrn tarixçisi və coğrafı Həmdullah Qəzvini öz qeydlərində Azərbaycan neftindən bəhs edir, Naxçıvanda mis, Gəncə yaxınlığında dəmir filizi (güman ki, Daşkəsən) və Gədəbəydə mis çıxarılmasını qeyd edir.
Yuxarıda qeyd olunanlardan bəlli olur ki, ölkəmizin ərazilərinin rəngarəng geoloji quruluşu və onunla bilavasitə bağlı olan zəngin yeraltı sərvətləri qədim zamanlardan öyrənilmiş, tədqiq və istifadə olunmuşdur. Ölkənin sənayesi üçün bu tədqiqatların zəruriliyini qeyd etməklə yanaşı bildiririk ki, geologiya müstəqil bir elm kimi XIX əsrin birinci yarısından formalaşmağa başlamışdır.
Belə ki, Azərbaycan ərazisində geoloji müşahidələr haqqında qeydlər XIX yüzilliyin 20-30-cu illərində Qafqazın Rusiyaya birləşməsindən dərhal sonra baş vermişdir. Bu Qafqazın müxtəlif regionlarının süxurlarının, həmçinin Abşeron yarımadasında neft quyularının və palçıq vulkanlarının təsvirindən ibarət olmuşdur. Bunlar həmin illərdə Qafqaza gələn rus ordusunun dağ zabitlərinin hesabatları və ayrı-ayrı naturaçıların yol qeydləri sayəsində məlumdur.
Azərbaycanın ərazisinin elmi əsaslarla geoloji öyrənilməsinə Q.V.Abix tərəfindən başlanılmışdır. O 1843-cü ildən 1876-cı ilə qədər Qafqazın, başlıcası isə Cənubi Qafqazın ayrı-ayrı sahələri üzrə çoxsaylı geoloji səfərlər həyata keçirmişdir. Bu səfərlər Avropa ölkələri ərazisində Alp qırışıqlıq sisteminin tamamilə öyrənilməyən hissəsinin süxurlarının, zəngin paleontoloji kolleksiyalarının təsviri ilə, regional, stratiqrafik və litoloji müqayisələri ilə müşayiət olunmuşdular. Toplanmış materiallar Q.V.Abix tərəfindən işlər seriyası şəklində çap olunmuşdur. Bunlardan ən əhəmiyyətlisi alman dilində sonradan isə qısaldılmış halda rus dilində çap olunmuş “Cənub-Şərqi Qafqazın geologiyası üzrə oçerk” (1865) və “Zaqafqaziya üzrə ümumiləşdirilmiş monoqrafiya” (1867) hesab olunur.
Kiçik Qafqazın dağ mədən rayonlarındakı filiz mədənlərinin (Gədəbəy, Daşkəsən, Qafan) işlənilməsi bu dövrə aid edilir. Dağ idarələrinin mütəxəssisləri filiz yataqlarının geologiyasını, mineralogiyasını və yatım şəraitini tədqiq etmiş və məlum yataqlara yaxın yerləşmiş böyük olmayan sahələrdə axtarış və planalma işlərinə başlamışlar. Bu sahələrin xəritəalma işləri müxtəlif miqyaslarda və müəyyən olunmayan stratiqrafik əsasda aparılmışdır.
1882-ci ildən yenidən yaradılmış Rusiya Geologiya Komitəsinin rəhbərliyi altında Abşeron yarımadasında neftli çöküntülərin geoloji tədqiq olunmasına başlanılmışdır.
Böyük Qafqazda A.M.Konşin Samur çayı hövzəsinin geologiya və mineralogiyasını tədqiq etmiş, C.Y.Simovoniç və F.Qavrilov Zaqatala rayonunda mezozoy kəsilişini öyrənmişlər. Cənub-Şərqi Qafqazın mezozoy qatının stratiqrafiyasının tədqiq olunmasında K.İ.Baqdonoviçin (1902 və 1906-cı illər) işləri icmal geoloji xəritə və kəsilişlərlə birlikdə çox mühüm hesab olunmaqla mezozoy əmələgəlmələrinin litoloji-yaş ayrılmalarının əsasını təşkil edir.
Eyni zamanda D.V.Qolubyatnikov Abşeron kəsilişini dəqiqliklə tədqiq etməyə, neftli ərazilərin xəritələrini tərtib etməyə başlamışdır. Müxtəlif ixtisaslı geoloqlar tərəfindən Cənub-Şərqi Qafqaz batımının perspektivli sahələrinin tədqiq olunmasına başlanmışdır. Onların əsərlərinin bir çoxu geologiyanın sahələri üzrə, xüsusən də, neft geologiyasını yeni öyrənməyə başlayanlar üçün nümunə olmuşdur.
1917-ci ilə qədərki dövrün digər işlərindən həmçinin Z.K.Konyuşev (1913 və 1914-cü illər) tərəfindən aparılmış Kiçik Qafqazın şimal yamacı və Tərtər çayının vadisi boyunca paleontoloji toplantılar və Təbaşir yaşlı süxurların təsviri maraq kəsb edir. Kiçik Qafqazın cənubunun paleozoy və mezozoy dövrlərinin stratiqrafik işlənilməsində P. və N. Bonnelərin 1909-1921-ci illərdə topladıqları fauna toplantılarının əhəmiyyətli köməyi olmuşdur.
Geoloji axtarışlar Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra plana uyğun xarakter aldı. Faydalı qazıntıların geniş miqyasda axtarışı böyük sahələrdə orta və iri miqyaslı geoloji planalma işlərinin təşkil olunması ilə başlandı. Bu işlər yeni yaradılmış geoloji institutlar və müəssisələr tərəfindən aparılmışdır.
1932-ci ildə Kiçik Qafqazın şimal yamacında orta miqyaslı planalma ilə Gəncəçay-Şəmkirçay arasının ayrı-ayrı sahələrində və Ağstafaçay-Dabedaçay (1913, 1922) arasında, regionun mərkəzi hissəsində Göyçə gölü və Tərtərçay hövzəsində, cənubda Naxçıvan muldasında isə Naxçıvançay və Şərqi Arpaçay arasında xəritəalma işləri aparılmışdır. Göstərilən ərazilərdə Paleozoy, Mezozoy, Paleogen, Neogen və Dördüncü dövr çöküntülərinin vahid stratiqrafik sxemi işlənilmiş, maqmatizm və tektonikanın ümumi xüsusiyyətləri öyrənilmişdir. Şimalda Alabaşlı dəmir filizi yatağı aşkar olunmuş, Naxçıvan Respublikasında ilkin ehtiyatının hesablanması ilə daş duz yatağı və tikinti materialları yatağı tədqiq olunmuşdur.
Bununla yanaşı 1927-ci ildə Mehmana sahəsində polimetal filizlərinə axtarış işləri bərpa olunmuş, 1929-1930-cu illərdə isə yataq rayonunun dəqiq geoloji xəritəsi tərtib olunmuşdur. Həmin dövrdə Tərtər və Xaçınçay çayları arası sahədə Vankuli-Dromben mis-pirrotin təzahürlərinin, Naxçıvan Respublikasında Gümüşlü polimetal yatağının ayrı-ayrı hissələri dəqiqləşdirilməklə iri miqyaslı planalma işləri aparılmışdır. Dəqiq geoloji planalma işləri Kiçik Qafqazın şimal yamacında Pont dağında və Çıraqdərəsi kükürd kolçedanı yatağı rayonunda aparılmışdır.
1931-ci ildə Ağdərə rayonunda filiz daşıyan sahələrin dəqiq xəritəsilə Gülyataq-Canyataq qrupu polimetal yataqlarının irimiqyaslı icmal geoloji xəritəsinin tərtib olunması başa çatdırılmışdır. İri miqyaslı geoloji-litoloji planalma Şuşa və Xocavənd rayonlarının Zardanaşən mis yatağına yaxın hissəsini əhatə etmişdir.
Tovuzçay hövzəsində Azərbaycan və Ermənistan ərazisinin kvarslı porfir qatına uyğunlaşmış köhnə kükürd-kolçedanı filiz təzahürü rayonunda dəqiq planalma və axtarış işləri aparılmışdır. Zəyəmçay-Gəncəçay arası sahədə isə odadavamlı gillərə axtarış işləri kiçik miqyaslı geoloji xəritənin tərtib olunması ilə müşayiət olunmuşdur.
1932-ci ildə A.N.Solovkin Orta Yura və Təbaşir çöküntülərində Taqavard filiz təzahürü rayonunda dəqiq planalma işləri aparmaqla Cənubi Qarabağın filiz və qeyri-filiz təzahürlərini tədqiq etmişdir. Növbəti 15 il ərzində A.N.Solovkin bütün Dağlıq Qarabağ ərazisinin və Kiçik Qafqazın dağlıq sahəsinin geoloji planalma işlərini həyata keçirmişdir. Kiçik Qafqazın cənub hissəsində planalma işləri iri və orta miqyasda, şimal hissədə isə iri miqyasda aparılmışdır. Xəritəalma başlıca olaraq litoloji komplekslər üzrə və nadir hallarda isə geoloji epoxaların həcmi üzrə müvafiq olaraq, çöküntülər daxilində ayrı-ayrı litoloji-stratiqrafik vahidlərdə bərk paleontoloji əsaslar nəzərə alınmadan regional müqayisələrlə aparılmışdır.
Gəncəçay hövzəsində Xanlar sahəsinə yaxın orta Yura və Təbaşir çöküntülərində 100 km² ərazidə dəqiq miqyasda xəritəalma işləri həyata keçirilmişdir. Axtarış işlərilə üç barit və Bayan kəndi ərazisində bir qurğuşun-sink damarı və Mirzik kəndində mis təzahürü aşkar olunmuşdur.
Ordubad rayonunda axtarış və Mehri-Ordubad plutonunun cənub təmas zolağına uyğun gələn pirit, xalkopirit və qalenit filiz təzahürü rayonunda iri miqyaslı xəritəalma işləri aparılmışdır. Daha intensiv minerallaşma sahəsində dəqiq miqyasla gözəyarı planalma işləri həyata keçirilmişdir. Kələki-Unus, Şəkərdərə və Urumus filiz təzahürlərinə diqqət yetirilmişdir.
1933-cü ildə Tovuz rayonunda Əsrik və Zəyəm çaylarının orta və yuxarı axın hövzələrində orta miqyaslı geoloji planalma işləri aparılmışdır. Axtarış işlərinin nəticələri üzrə Böyükqışlaq, Şamlıq və Səfərli kəndlərində Alt Yuranın aşağı vulkanogen qatlarında mis-kükürd kolçedan filizləri üçün kəşfiyyat işlərinin aparılması təklif olunmuşdur.
Xankəndi və Laçın rayonlarında orta miqyaslı planalma işləri Yuxarı Qarabağın Yura yaşlı vulkanogen qatının inkişaf tapdığı sahəni və Qarabağ silsiləsinin cənub-qərb yamacında üst təbaşirin ofiolit zolağını əhatə etmişdir. Göydərə, İpək və Xələfli hiperbazit massivlərində daha iri xromit filizi təzahürlərində kəşfiyyat işlərinin aparılması əsaslandırılmışdır. 1934-cü ildə köhnə Gədəbəy mis yatağı rayonunda axtarış işləri aparılmışdır. Bununla yanaşı diqqət filiz yerləşdirici struktur kimi parçalanma pozulmaları sistemlərinin və filizçökmə şəraitinin öyrənilməsinə cəlb olunmuşdur. Axtarış işləri Gədəbəy, Novoqorolevka və Bittibulaq sahələrində dəqiq planalma işləri ilə müşayiət edilmişdir.
Şəmkir rayonunda Buzxana, Qarabulaq və İrmaşlı kəndlərində barit daşıyan tektonik çatlar sahəsində iri miqyaslı planalma işləri görülmüşdür. Axtarış və iri miqyaslı planalma işləri Gəncə və Xanlar rayonlarında Kürəkçay və Qaraçayın orta axarı hövzəsində yerinə yetirilmişdir. Burada Çaykəndi, Başqışlaq kəndlərində barit damarları, Mixaylovka və Gülüstan kəndlərində badamvari əqiq və Ballıqayada orta Yuranın vulkanogen qatında xalkopirit təzahürü aşkarlanmışdır. Qaraçay və Bala Kürəkçay arası ərazidə gips daşıyan əhəngdaşları dəqiq miqyasda, Yuxarı Ağcakənd və Manaşid kəndlərinə yaxın ərazidə daha iri gips layları quyular vasitəsilə kəşf olunmuşdur.
Ordubad rayonunda Konqur-Alagöz silsiləsinin cənub-qərb yamacında Mehri-Ordubad intruzivinin Üst Təbaşir və Orta Eosen çöküntüləri ilə təmasında iri miqyaslı planalma və axtarış işləri aparılmışdır. Culfa rayonunda Darrıdağ mərgümüş minerallaşma zonasının çıxışlarının dəqiq xəritəyə alınması həyata keçirilmişdir.
1935-ci ildə qızıl axtarmaq məqsədilə Qoşqarçay, Şəmkirçay, Cəyirçay və Ağstafaçay hövzələrində iri miqyaslı planalma işləri aparılmışdır. Burada paleontoloji tapıntılarla Alp çöküntülərinin iştirakı müəyyən edilmiş və üst Təbaşir horizontunun yaş mövqeyi dəqiqləşdirilmişdir. Qərbdə Köyrük keylan antiklinal qırışıqlığının qanadları üzrə Sarmat qumdaşılarının çıxışları ilə dağönü düzənliyin orta miqyaslı xəritəsi tərtib olunmuşdur.
1936-cı ildə Kiçik Qafqazın şimal yamacında Çovdarçay və Qoşqarçay hövzələrində törəmə kvarsitlər tədqiq olunmuş və onların yayılma sahəsinin xəritəsi tərtib olunur. Neft axtarışı işlərilə əlaqədar olaraq Gəncə və Şəmkir rayonlarında Yura, Təbaşir, Paleogen və Pliosen çöküntülərinin Kür çökəkliyinə gömülməsi hissəsində orta miqyaslı planalma işləri görülmüşdür. Yuxarı Qarabağda isə həmin miqyaslı planalma işləri şərqi dağönü zolaqda Martuni və Ağdam rayonları ərazisində aparılmışdır. Azərbaycanın Qubadlı rayonunun Bazarçay hövzəsinin cənub hissəsinin və Ermənistanın Gorus rayonunun iri miqyaslı geoloji xəritəsi tərtib olunmuşdur.
Böyük Qafqazda 1928-ci ildə Balakənçay hövzəsində ilk iri miqyaslı geoloji planalma işləri aparılmışdır. Nəticədə rayonda yayılmış Yura yaşlı gil şistlərinin dəqiq təsviri verilmiş və Köhnə Balakən mis yatağının filizləri tədqiq edilmişdir. 1930-cu ildə Quruçay və Ağçay arası sahədə dağlıq zolağın xəritəsi tərtib olunmuşdur.
1932-ci ildə Baş Qafqaz silsiləsinin cənub yamacında dəqiq planalma işləri və Oğuz rayonu ərazisində Türyançayın yuxarısında Filfili mis təzahürünün öyrənilməsi üçün axtarış işləri həyata keçirilmişdir. Planalma işləri Yura yaşlı şist qatlarının ayrıldığı 10 litoloji yarusda həyata keçirilmişdir.
1933-cü ildə K.N.Paffenholsun məlumatlarına anoloji olaraq Yura və Alt Təbaşir çöküntülərinin litoloji bölünməsi əsasında Talaçay, Muxaxçay və Katexçayın yuxarılarında cənub yamac zolağının iri miqyaslı xəritələnməsi həyata keçirilmişdir. Balakən rayonu daxilində dəqiq planalma və yeni filiz kütlələrinin aşkar olunması məqsədilə mis yataqlarında axtarış işləri həyata keçirilmişdir. Qəbələ rayonunda iri miqyaslı gözəyarı planalmanın nəticələri üzrə Dəmiraparançay vadisində mezozoy çöküntüləri Yura yaşlı 7 və Alt Təbaşir yaşlı 5 litoloji yaruslara ayrılmışdır.
1931-ci ildə Şamaxı rayonunda paleogen-neogen çöküntülərinin inkişaf tapdığı zolağın iri miqyaslı xəritəyə alınması aparılmışdır. 1932-1934-cü illərdə neft daşıyan strukturların axtarışına istiqamətləndirilmiş bu işlər Ağsu, Pirsaat çaylarının yuxarılarının və Pirəküşkülün ayrı-ayrı sahələrində dəqiq planalma işlərilə davam etdirilmişdir. Bu dövrdə Mingəçevir SES-nin tikintisilə əlaqədar olaraq Kür çayı vadisində gələcək su anbarının bünövrəsinin qoyulacağı sahədə iri miqyaslı planalma işləri aparılmışdır.
1934-cü ildə neft axtarışı ilə əlaqədar olaraq Göyçay rayonunun pliosen yaşlı dəniz və kontinental çöküntülərindən təşkil olunmuş dağönü düzənliyinin xəritəsi tərtib olunmuşdur.
1935-ci ildə V.E.Xain Şahdağın yüksək dağlıq sahəsinin və Qusar maili düzənliyinin orta miqyaslı geoloji xəritəsini tərtib etmişdir. Eyni zamanda həmin miqyasda Quba və Qonaqkənd rayonlarının qovuşma sahələrinin xəritəsi tərtib olunmuşdur. 1936-cı ildə iri miqyaslı geoloji planalma ilə Abşeron və Bakı mərtəbələri üzrə Qaradağ rayonunda nüvəsi eyni adlı palçıq vulkanından təşkil olunmuş Dəvəlidağ sinklinalı aşkar olunmuşdur. 1938-ci ildə Şamaxı və Ağsu rayonlarında, cənubda Kür çökəkliyinə söykənən Təbaşir və Paleogen-Neogen çöküntülərindən təşkil olunmuş sahələrin dəqiq xəritələnməsi həyata keçirilmişdir. 1939-cu ildə Böyük Qafqazın cənub yamacında-Balakən rayonunda Katexçay və Colpançay hövzələrində iri miqyaslı geoloji planalma işləri təşkil olunmuşdur. Eyni zamanda şərqdən Zaqatala və Qax rayonlarında Talaçay-Kürmükçay çaylarının qarışıq sahələrinin orta miqyaslı xəritəalma işləri həyata keçirilmişdir. Növbəti ildə isə Oğuz və Qəbələ rayonları daxilində Vəndamçay və Filfiliçay arası ərazidə geoloji planalma işləri aparılmışdır. Geoloji planalma Yura, başlıcası isə Təbaşir çöküntülərinin yeni stratiqrafiyası əsasında aparılmışdır.
Böyük Vətən Müharibəsi illərində geoloji tədqiqat işləri əsasən müdafiə əhəmiyyətli mineral- xammal ehtiyatlarının axtarılmasına yönəldilmişdir.
Bununla əlaqədar 1939-cu ildə kəşf edilmiş Parağaçay molibden mədənində istismar işlərinə başlanılmış, istismar edilən Şimali Daşkəsən mədənində kobalt filizlərinin çıxarılması sürətləndirilmişdir.
Qeyd edək ik, 1941-45-ci illərdə keçmiş SSRİ-də hasil edilən kobaltın 60%-i Azərbaycanın (Daşkəsən yatağı) payına düşmüşdür. Gədəbəy mədənində mis istehsalına başlanılmışdır.
O Dövrdə İttifaq üzrə istehsal olunan bütün yanacaq-sürtgü materiallarının 75%-ni verən Azərbaycan neft sənayesinin ehtiyacları üçün qeyri-filiz yataqlarına (barit, kükürd kolçedanı, kaolin, odadavamlı gil və s.) kəşfiyyat işlərinin aparılması və istifadəyə verilməsi intensiv davam etdirilmişdir.
Daşkəsən dəmir filizi və Zəylik alunit yataqlarının istismara cəlb edilməsi ilə Azərbaycanda dağ-mədən sənayesinin əsası qoyulmuşdur. Belə ki, 1950-ci ildə Zaqafqaziya metallurgiya sənayesinin xammal bazası olan Daşkəsən dəmir filizi yatağı istifadəyə verilmiş və sonradan Daşkəsən filiz rayonunda daha iki iri yataq aşkar olunmuşdur. Bu filiz yataqlarının ehtiyatları Zaqafqaziya metallurgiya sənayesini uzun illər ərzində xammalla təmin etmiş və həmin yataqların qalıq ehtiyatlarının Azərbaycan qara metallurgiya sənayesini onilliklər ərzində təmin etmək iqtidarına malik olduğu göstərilmişdir.
Naxçıvan Muxtar Respublikasında kəşf edilmiş Gümüşlü qurğuşun-sink yatağının bazasında 1954-cü ildə filizsaflaşdırma müəssisəsi istifadəyə verilmişdir.
1960-cı ildə dünyada ən böyük alunit mədənlərindən biri olan Zəylik yatağında kəşfiyyat işləri başa çatdırılmış və həmin yataq Gəncə və Sumqayıt alüminium zavodları üçün xammal bazası olmuşdur. Alunit həmçinin sulfat turşusu, kalium gübrələri, vanadium və qallium almaq üçün də mənbədir.
1959-cu ildə Böyük Qafqazın Azərbaycan hissəsində böyük ehtiyatlara malik mis, qurğuşun və sink yatağı olan Filizçay yatağı; onun ardınca orta miqyaslı Katex və Kasdağ kolçedan-polimetal yataqları kəşf edilmiş, Kiçik Qafqaz dağlarının mərkəzi hissələrində bir sıra civə yataqları və təzahürləri aşkarlanmışdır.
Mülki və sənaye tikintilərinin geniş vüsət alması nəticəsində tikinti materiallarının kəşfiyyat işləri xüsusilə genişləndirilmiş və kəşf olunmuş yataqların bazasında onlarla yataq sənaye istismarına cəlb edilmişdir.
XX əsrin ortalarından başlayaraq Böyük Qafqaz, Kiçik Qafqaz, Dağlıq Talış və Naxçıvan regionlarının geoloji quruluşu ətraflı öyrənilmiş, qazma və seysmik kəşfiyyat işlərinin genişlənməsi nəticəsində Kür, Qusar-Dəvəşi və Araz depressiyasının geologiyasına dair yeni məlumatlar əldə edilmişdir. Böyük Qafqazda Mezozoy çöküntülərinin struktur xüsusiyyətləri aydınlaşdırılmış və iri geoloji strukturların sərhədləri dəqiqləşdirilmişdir.
Regional geoloji-geofiziki işlərin faydalı qazıntı yataqlarının aşkar edilməsində mühüm rol oynadığını nəzərə alaraq Respublika ərazisində Böyük və Kiçik Qafqazın, Naxçıvan MR-nin, Lənkəran qırışıqlıq əyalətinin, Kür çökəkliyinin nisbətən perspektivli rayonlarında 1:200000, 1:100000, 1:50000 (1:25000) miqyaslı geoloji planalma işləri yerinə yetirilmişdir.
XX əsrin 70-ci illərindən başlayaraq Respublika ərazilərində yerin dərinlik quruluşunun öyrənilməsi, seysmotektonik, seysmogeodinamik proseslərin və zəlzələlərin proqnozlaşdırılması işləri aparılmaqdadır.
Azərbaycanda hidrogeoloji və mühəndisi-geoloji tədqiqatlar XX əsrin əvvəllərindən başlayaraq konkret sahələr üzrə bu və ya digər məsələlərin həllinə cəlb edilmişdir. Ümumiyyətlə, Respublika ərazisində bu qəbildən olan tədqiqatların aparılmasına əsasən 60-cı illərdən başlanılmışdır.
Azərbaycan geoloqlarının gərgin əməyi sayəsində respublika ərazisi geoloji cəhətdən mükəmməl öyrənilmiş, nəticədə ölkə sənayesinin xammala olan tələbatını tam ödəyə biləcək etibarlı mineral-xammal bazası yaradılmışdır.

 


Ədəbİyyat

1. М.М.Алиев, М.А.Кашкай «Из истории геологических понятий и горнорудного дела в древнем и средневековом Азербайджане». Труды инс-та истории, естествознания и техники АН СССР. 1957, стр.138-154
2. M.A.Kaшкай. Из древней металлургии Кавказа, Баку, 1973
3. В.Баба-заде и др.Минерально-сырьевые ресурсы Азербайджана, Баку, 2005
4. Ш.А.Азизбеков, Геология Нахичеванской АССР, М.1961.
5. Э.Ш.Шихалибейли Некоторые проблемные вопросы геологического строения и тектоники Азербайджана, Б.1996
6. Azərbaycan Respublikasının mineral –xammal bazasının inkişafı, Bakı,1988.
7. S.Ə.Bəktaşi, Geokimya Bakı, 1972.

 

YER VƏ İNSAN

№/05/NOYABR-DEKABR/2015


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM