“PERESTROYKA” VƏ POSTSOVET MƏKANINDA SİLAHLI MÜNAQİŞƏLƏR: SƏBƏB VƏ NƏTİCƏ?!

09:00 / 05.02.2016

Fuad Babayev,
Siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist

8 dekabr 1991-ci ildə Rusiya, Ukrayna və Belorusiya dövlət başçıları Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç tərəfindən “Belovejskaya Puşşa” adlanan yerdə, Viskuli bağ evində Sovet İttifaqının mövcudluğuna xitam verən müqavilə imzalandı. 25 dekabr 1991-ci ildə isə Mixail Qorbaçov SSRİ prezidenti kimi istefaya gedərək hakimiyyəti Boris Yeltsinə təhvil verdi. Yeni mərhələ – postsovet dövrü başlandı.
Bu həm də Qorbaçovun “perestroyka”sının - tarixin uğursuz siyasi eksperimentlər arxivində layiqli yerini çoxdan tutmuş “layihə”nin sonu oldu. “Perestroyka”nın yaratdığı miqyaslı böhranın dövlətçiliyin parçalanmasına, ölkənin iqtisadi sisteminin dağılmasına və sosial-mənəvi sferanın tənəzzülünə gətirib çıxarması artıq hamıya məlumdur. (1;236) Ölkənin rəsmi inkişaf kursu kimi elan edilmiş “perestroyka”nın ilk iki ümumdövlət kampaniyası - sərxoşluqla və zəhmətsiz gəlirlərlə mübarizə kampaniyalarının yumşaq desək arzuolunan nəticələri vermədiyini çoxları xatırlayır. Əlbəttə, bu 1985-91-ci illərdə adıçəkilən “layihə” çərçivəsində atılan uğursuz addımlardan bəziləridir.
Doğrudur, politoloqlar “perestroyka” ətrafında müzakirələri davam etdirirlər. Bütün iri miqyaslı hadisələr kimi, “perestroyka” da öyrənilməli, təhlil edilməlidir. Bu baxımdan 2015-ci ilin mayında Rusiya Elmlər Akademiyasının Sosiologiya İnstitutunun sosial-siyası prosesləriin təhlili şöbəsində keçirilmiş dəyirmi masa diqqətəlayiqdir. “Perestroyka”nın başlanmasının 30-cu ildönümünə həsr edilmiş diskussiyada bu hadisəni müxtəlif formalarda öyrənməyin mümkünlüyü vurğulanıb. Qeyd edilib ki, “akademik sakitliklə o dövrün hadisələrinin ardıcıllığını gözdən keçirmək, bu hadisələrin
daxili məntiqini aydın-laşdırmaq, aparıcı aktorların maraq və ehtiraslarının toqquşmalarının dramatizmini göstərmək və nəticədə ötən əsrin 80-ci illərində ölkədə və dünyada cərəyan edən hadisələrin real, imkan dairəsində çoxrəngli mənzərəsini aydınlaşdırmaq olar. Bu yanaşmanın nəticələri xüsusilə ötən illər ərzində böyümüş və “perestroyka” haqqında təsəvvürləri onun opponentlərinin mifik ideologemlərinin təsisi altında formalaşmış nəsillər üçün xüsusilə vacibdir. Amma bu günün mövqelərindən dəyərləndirmə də eyni dərəcədə əhəmiyyətli yanaşmadır. Biz özümüz mənbələri “perestroyka”ya aparıb çıxaran reformasiya proseslərinin iştirakçısıyıq. Ona görə də indiki kəskin problemlərin həlli üçün bizə “perestroyka”nın tarixindən əldə edə biləcəyimiz təcrübənin – uğur və uğursuzluqların, xoş məramların və reallaşdırılmamış gözləntilərin təhlili lazımdır.” (2; 160-173)
Əlbəttə, bu, Rusiya politoloqlarının sərgilədiyi mövqedir. İstisna edilməməlidir ki, postsovet məkanının digər ölkələrinin alimlərinin yanaşması fərqli ola bilər. Hətta bəlkə bu yanaşma fərqli olmalıdır. Xüsusilə, “perestroyka”nın aqressiv erməniliyin necə deyərlər əl-qolunu açmasını yaxşı xatırlayan Azərbaycan alimlərinin.
“Perestroyka”nın çoxsaylı fəsadları artıq onun startından az sonra aydın şəkildə hiss edilməyə başladı. Bu fəsadlardan biri 1986-cı ildə Qazaxıstanda yaşanıb. “Perestroyka”nın başlanmasından təqribən il yarım sonra 1986-cı ilin sonunda Qazaxıstanda etiraz-lar əsl qiyam kimi başladı. Bu qiyam öz növbəsində bir-birinin ardınca millətləri silkələyən dramatik hadisələr seriyasının prelyudiyası oldu. (3; 347)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Qazaxıstan Prezidentinin adından Azərbaycan Prezidentinin şərəfinə təşkil edilmiş rəsmi qəbulda aşağıdakıları deyib: “1986-cı il, dekabr. Sovet İttifaqı, Kommunist Partiyası mövcuddur. Biz hamımız bu dövlətə, bu partiyaya mənsubuq, sədaqətlə xidmət edirik. Qazaxıstan rəhbərliyini dəyişdirmək vaxtı gəlib çatır və buraya elə bir adamı göndərməyi qərara alırlar ki, o, burada heç vaxt yaşamayıb, işləməyib və bu millətə mənsub deyildir - söhbət Kolbindən gedir. O vaxt mən Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü idim, o hadisələrin, yəni həmin prosesin iştirakçısı olmuşam. Təəccüb doğururdu ki, nə üçün belə qərar qəbul edilir. Məsələn, şəxsən mən belə qərarlara çox həssaslıqla yanaşırdım, çünki hesab edirdim ki, milli mənsubiyyətindən asılı olmayaraq, Sovet İttifaqında biz hamımız bərabərik. Lakin azərbaycanlı olduğumdan, müsəlman mənşəli olduğumdan məhz bu qruplara mənsub xalqlar barəsində nə isə ədalətsiz bir iş görüldükdə, buna xüsusilə həssaslıqla yanaşırdım.
O vaxtlar izah edib dedilər ki, bilirsinizmi, Qazaxıstanda layiqli adam yoxdur və buna görə də oraya Kolbini göndərmək lazımdır. Müzakirə qurtardıqdan sonra bu mövzuda Mixail Qorbacovla söhbətlərim oldu. Mən hətta soruşdum ki, siz nə üçün belə edirsiniz? O dedi: Sən ki eşitdin, biz müzakirə edərkən dedim ki, qazaxların özləri bildirirlər ki, orada layiqli bir adam yoxdur, elə Dinmühəmməd Kunayevin özü də demişdir ki, indiki şəraitdə burada münasib adam yoxdur, oraya, məhz bu işə mərkəzdən rus millətindən olan adam göndərmək lazımdır.
Əlbəttə, bu, doğru deyil-dir, mən bunu qəbul edə bilməzdim, yəni bununla razı deyildim. Lakin belə də oldu və belə olan halda məni xüsusilə təəccübləndirdi ki, Qorbaçov bunu təkcə mənə demişdi, Siyasi Büronun iclasında bildirmişdi: qazaxların özləri və hətta Dinmühəmməd Kunayev deyir ki, buraya rus göndərmək lazımdır və hətta onun familiyasını da çəkdi, dedi ki, burada Kruçinanı gözləyirlər, o, Selinoqradda işləyirdi.
Lakin vaxt gəlib çatdıqda, bu məsələni yerində həll etmək lazım olduqda gənclər, tələbələr, qazaxlar bunun əleyhinə çıxdılar və düz etdilər.” (4; 176-177)
Əlbəttə, Qazaxıstanda başlanan zəncirvari reaksiya davam və inkişaf etməyə bilməzdi. Az sonra erməniliyin fəallaşması müşahidə olundu. 1987-ci ilin oktyabrında Heydər Əliyev Sovet İttifaqı ‎Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun ‎və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi ‎xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa ‎verdikdən dərhal sonra, həmin ilin noyabrında akademik Aqanbekyan Parisdə “Qarabağ iqtisadi cəhətdən Ermənistana daha çox bağlıdır, nəinki Azərbaycana” fikrini səsləndirdi. Müvafiq güclər tərəfindən vaxtilə tarixi Azərbaycan ərazilərinə gətirilmiş ermənilər bu dəfə də havadarlarına arxalanaraq çirkin niyyətlərinə çatmaq üçün fəaliyyətə keçdilər.
Çox mühüm bir məqamı xüsusi vurğulamaq lazımdır. Erməniliyin azərbaycanlılara qarşı törətdiyi cinayətlər zənciri ötən əsrin 80-ci illərinin sonlarında sadəcə olaraq davam etdirilmişdir. Münaqişənin məhz 1987-1988-ci illərdə meydana gəlməsini həmin vaxta qədər Qafqazın sərt və sayıq nəzarət altında olması ilə izah edilməsi (həmin nəzarət yoxa çıxdıqdan dərhal sonra regionda müharibələr başlanır) həqiqəti əsasən əks etdirir. (5; 30)
Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzündən əvvəl özünəməxsus “artilleriya hazırlığı” keçirildiyi yetərincə araşdırılmış mövzulardandır. Əvvəllər gizli fəaliyyət göstərən erməni “Qarabağ Komitəsi”, onun DQMV-dəki separatçı-terrorçu təçkilatı “Krunk” (“Durna”) açiq işə keçməsi, “Miatsum” (“Birləşmə”) hərəkatının formalaşdırılması “perestroyka”nın dırnaqarası nailiyyətlərindəndir. Ermənilərin siyasi səfərbərliyi “Qarabağ Komitəsi”, “Krunk” kimi təşkilatların və sonralar Ermənistanın ilk prezidenti olmuş və Qarabağ hərəkatında aparıcı rol oynamış Levon Ter-Petrosyanın təsis etdiyi plan – erməni Ümummilli Hərəkatı kimi siyasi partiyanın yaradılması ilə nəticələnməsi tarixi faktlardır. (6; 114-116) Bütün bunların Qorbaçovun “perestroyka”sı sayəsində ortaya çıxmasının əlavə sübuta ehtiyacı yoxdur.
Odur ki, erməniliyin aktivləşməsinin təkcə nəzarətin itməsi ilə deyil, həm də mərkəzdən özünəməxsus istiqamətləndilmənin, səxavətlə yaradılmış imkanlarla izah etmək lazımdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 21 yanvar 1990-cı ildə, 20 yanvar faciəsi ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilmiş yığıncaqda demişdi: “Artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərarası münaqişə gedir. Həmin münaqişəni Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətmişdir. Azərbaycan və Ermənistan, eləcə də, ölkənin ali siyasi partiya rəhbərlərinə bu məsələni tənzimləmək, daxili müharibəyə, millətlərarası münaqişəyə son qoymaq və milli mənsubiyyətindən asılı olmayaraq hər bir adamın ümumi federativ ittifaq olan SSRİ-də azad yaşamasına şərait yaratmaq üçün iki illik müddət kifayət idi.
Hesab edirəm ki, ötən iki ildə bu istiqamətdə lazımi səviyyədə iş aparılmamışdır. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı. (7)
Xeyli dərəcədə məhz Qorbaçov “perestroyka”sı sayəsində ortaya çıxmış silahlı münaqişələrin çoğrafiyası kifayət qədər genişdir. Keçmiş Sovet İttifaqının ən müxtəlif bölgələrində qaynar nöqtələr yaranmışdı.
Qeyd edilməlidir ki, bu münaqişə ocaqlarının “həyat qabiliyyəti” və “dağıdıcılıq əmsalı” kifayət qədər yüksəkdir. Tutaq ki, yenə də 1980-ci illərin sonlarında, Gürcüstan ərazisində yaranmış gürcü-abxaz və gürcü-osetin münaqişələri 08.08.08 müharibəsinə çevrildi. Və yaxud Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizə dəymiş maddi zərər “2011-ci ilin əvvəllərinə olan məlumata əsasən 431,536 milyard (dörd yüz otuz bir milyard beş yüz otuz altı milyon) ABŞ dolları təşkil edir.
Eyni zamanda qeyd etmək lazımdır ki, göstərilən məbləğ özündə işğal nəticəsində Azərbaycana vurulmuş maddi zərərin tam miqdarını əks etdirmir.” (8; 91).
Obrazlı desək, “perestroyka”nın müəllifliyi ilə yaranmış Dnestryanı münaqişə də həllini tapmamışdır. (9; 66)
9-10 aprel 2005-ci ildə, “perestroyka”nın 20-ci ildönümündə, Rusiya Federasiyasının 44 subyektindəki 100 yaşayış məntəqəsində, 1500 respondent arasında sorğu keçirilib. Respondentlərin 53 faizi “perestroyka” sözünün onlarda neqativ assosiasiyalar yaratdığını bildirib. (10)
Təəssüf hissi ilə qeyd etməliyik ki, bu “layihə”nin neqativ “irs”i həm də həllini gözləyən silahlı münaqişələrdir.

 

İstİfadə edİlmİş ədəbİyyat:

1. Большая актуальная политическая энциклопедия. М., 2009. c.236
2. Галкин А.А., Красин Ю.А 2015. Перестройка - с дистанции в три десятилетия.- «Полис» № 5. С.160-173
3. Каррер д’ Анкосс Элен . Евразийская империя. История Российской империи с 1552 г. до наших дней. М., 2010. C.347
4. “30 tarixi səfər”. Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşri. B., 2013. S.176-177
5. Жирохов М.А Мечь и огонь Карабаха. Хроника незнаменитой войны. 1988-1994. М. 2012. С 30
6. Dədəyev B., Mahmudlu C., Əbilov Ş. Qarabağ 99 sualda. B., 2014 S. 114-116
7. http://lib.aliyevheritage.org/az/6990816.html)
8. Süleymanov E., Süleymanov V. Ermənistanın Azərbaycan qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri. B.,2013. S.91
9. Жирохов М.А.Приднестровье. История конфликта М.2014. c.66
10. http://bd.fom.ru/report/map/projects/dominant/dom0515/ddd051531

Geostrategiya" jurnalı № 06 (30)  NOYABR-DEKABR 2015


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM