ARDNŞ-nin Azərbaycan Respublikasının neft və qaz sənayesi üçün mühəndİs-texniki kadrların hazırlanmasında rolu

09:00 / 07.02.2016

İlyas Baqiyev

Bu gün Azərbaycan dünyada əsas “Brendi” olan nefti ilə tanınır. Bakı şəhəri məhz neft sənayesi sahəsində dünyada məşhur olmuşdur.Azərbaycanın neft tarixi qədim dövrlərə təsadüf edir və bu nəinki ölkənin həm də xarici alimlərin də maraq dairəsinə daxil olmuşdur.Bu tarix dəfələrlə tətbiq olunmuş, araşdırılmış və hər dəfəsində də tarixə yeni faktlar aşkar olunmuşdur.
Əlbəttə ki, müasir dövrdə bu sənaye sahəsini daha da inkişaf etdirmək əsas məqsədlərdəndir.Ötən illər ərzində ölkənin neft sənayesində müşahidə olunan müsbət meyllər xalqın sosial-iqtisadi həyatında öz əksini ciddi şəkildə tapmışdır.Tarixi inkişafın indiki mərhələsində inteqrasion meyllər o qədər güclənmişdir ki, hazırda məhsuldar qüvvələrin xarici iqtisadi əlaqələrdən kənarda inkişafı perspektivsizdir. Bildiyimiz kimi bunun üçün yüksək ixtisaslı kadrlar, həmçinin yüksək peşə qabiliyyəti olan fəhlələrə ehtiyac vardır.Bu gün Azərbaycanın neft və qaz sənayesində yüksək səviyyəli mühəndis-texniki kadrların hazırlanması preoritet sahələdəndir.Yeni minillikdə ölkə iqtisadiyyatının inkişaf bazasını yüksək texnologiyalar təşkil edəcəkdir. Yüksək texnologiya dedikdə yüksək, elmtutumlu işləmələrdə, unikal texnoloji proseslərdə, cihazlarda və materiallarda istifadə edilən, fundamental və tətbiqi tədqiqatların beynəlxalq səviyyəsini müəyyənləşdirən müasir texnologiyalar başa düşülür.Elmtutumlu texnologiyaların işlənməsi və transferi iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasının və texnoloji modernləşdirilməsinin vacib şərtlərindəndir. Elmin prestijini yüksəltmək məqsədilə mövcud intellektual potensialın imkanlarından rasional istifadə etməklə bərabər, elmi sahəyə dünyanın qabaqcıl elm mərkəzlərində təcrübə keçmiş, yüksək texnologiyaların yaradılmasında iştirak etmiş, Avropa dillərini bilən gənc mütəxəssislərin axınını gücləndirmək lazımdır.Təbii ki, dövlət bu sahədə vahid kadr siyasəti həyata keçirməlidir, təhlil olunmalıdır. Elmi araşdırma olmadan səmərəli nəticələr əldə etmək mümkün deyildir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Socar) bu gün İsveçrə, Türkiyə, Rumıniya, BƏƏ, Ukraynada, Gürcüstanda uğurlu biznes fəaliyyəti ilə məşğul olur.Və gələcəkdə də bu fəaliyyəti daha da genişləndirəcəkdir. Yeni-yeni layihələr həyata keçirəcəkdir.Bunun üçün ARDNŞ-yə elm və texnikanın son nəaliyyətlərini mənimsəmiş, bacarıqlı, və yeni təfəkkürlü gənc mütəxəssislərə, savadlı rəhbərlərə, maliyyə möhkəmliyinə, istedadların cəlb edilməsinə ehtiyac duyulacaqdır. ARDNŞ-nin təşkilatlanması yüksək ixtisaslı mütəxəssislərsiz mümkün deyildir. Məhz buna görə də, idarəetmənin təkmilləşdirilməsi ardıcıl kadr hazırlığı strategiyası ilə müşayiət olunmalıdır. (8)
Bir çox böyük layihələrə imza atmış ARDNŞ bu gün dünyada tanınmış neft şirkətləri ilə rəqabət aparmaq qabiliyyətində olmalıdır. Rəqabət aparmaq isə eyni qaydalarla oynamağı tələb edir. Bu qaydalar həm texnologiya, həm ekologiya, həm insan resurslarının idarə edilməsi, həm də digər sahələrdə qəbul olunmuş beynəlxalq standartlardır.
ARDNŞ artıq bununla bağlı mütərəqqi addımlar atmaqdadır. Şirkət perspektivli kadrların hazırlanması sahəsində öz siyasətini müəyyənləşdirmişdir və 2005-ci ildən etibarən orta, orta-texniki və ali məktəbləri əhatə edən bir sıra proqramlar həyata keçirir.
ARDNŞ-nin mütəxəssisləri orta məktəblərdə görüşlər keçirir, onların beynəlxalq layihə və olimpiadalarda iştirakını maliyyələşdirir. ARDNŞ-nin maliyyə dəstəyi ilə 2005-ci ildən 300-dən artıq orta məktəb şagirdi İndoneziya, Çin, Yunanıstan, Makedoniya, Serbiya, Cənubi Koreya, Tayvan, Rumıniya, Türkiyə, Qazaxıstan, Brazilyada keçirilən müxtəlif fənn olimpiadalarında iştirak etmiş 100-dən artıq medallarla təltif olunmuşdur.
2007-ci ildən Bakıda məktəblilər arasında INEPO-Avrasiya Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının keçirilməsi ənənə halını alıb. Buradda Azərbaycanın bölgələrdəndən olan qabaqcıl məktəb şagirdləri və dünyanın müxtəlif 33 ölkəsindən şagirdlər iştirak edir (1,s9).
ARDNŞ-də çalışan işçilərin 65%-dən çoxu fəhlə kateqoriyasına aiddir. Müasir tələblərə cavab verən fəhlə kadrların hazırlanması məqsədi ilə yüksək maddi-texniki bazaya malik, beynəlxalq standartlar səviyyəsində Kadr Ha-zırlığının Təşkili Mərkəzi (KHTM) yaradılmışdır. Mərkəzdə 10-dək ixtisas üzrə peşəkar fəhlə kadrlar hazırlanır və şirkətin idarələrində işlə təmin olunurlar. 2011-ci ildə isə “Azərikimya” İB-nin peşəkar fəhlələrə artan tələblərini nəzərə alaraq Sumqayıt şəhərində daha bir peşə məktəbi istismara verilmişdir. Eyni zamanda, Təhsil Nazirliyinin peşə-texniki məktəbləri ilə əməkdaşlıq genişləndirilir, ən bacarıqlı şagirdlər işlə təmin olunur.(9)
2005-ci ildə ARDNŞ-nin nəzdində Peşə-Texniki Təhsili Mərkəzi açılmışdır.Bu mərkəz beynəlxalq standartların tələblərinə uyğun olaraq təşkil edildiyinə görə TS EN İSO 9001, TS EN İSO 14001, TS 18001/OHSAS, TS EN İSO/İEC 17024, AZS İSO/İEC 17024, TS EN 287-1 sertifikatlarına layiq görülmüşdür. Hazırda Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin “Kadr Hazırlığının Təşkili Mərkəzi” adlanan bu müəssisədə yeni fəhlə kadrları hazırlanır, həmçinin bir çox peşə və ixtisas üzrə fəhlə və mütəxəssislərin ixtisasartırma kursları da təşkil edilir. (1,s,9).
Həmçinin ARDNŞ ölkənin ali məktəb tələbələrinə də 2004-2005-ci tədris ilindən başlayaraq təqaüd ayırır. Bu təqaüdlər seçilmiş ixtisaslar üzrə bakalavr pilləsində hər kursdan təhsil alan tələbələrə müsabiqə əsasında verilir.Bu təcrübə ilkin olaraq Azərbaycan Dövlət Neft Akademiyasından başlasa da hazırda ölkənin bütün ali məktəblərində təhsil alan bakalavr və magistr tələbələri iştirak edə bilər.Müsabiqə tam şəffaf şəkildə keçirilir və şirkətin rəsmi internet saytında (socar.az/tehsil) yerləşdirilir. Şirkət daima həmin tələbələri diqqət mərkəzində saxlayır. Onlar üçün istehsalat təcrübəsi təşkil edir, müvafiq informasiya ilə təmin olunmasına yardım edir. Təhsili başa vurmuş təqaüdçülərin işlə təmin olunmasına, xaricdə magistr təhsili almalarına şərait yaradır. Əksər məzunlar əsasən də müsabiqələrdə fərqlənmiş tələbələr ARDNŞ-də işlə təmin olunurlar.Hazırda belə məzunların sayı yüzdən artıqdır.Həmçinin Daxili Təqaüd adlanan bu proqramın məzunlarından 50-yə qədəri xarici universitetlərdə şirkətin maliyyə dəstəyi ilə təhsillərini davam etdirirlər.Müsabiqə ildə 2 dəfə semestr imtahanları başa çatdıqdan sonra elan olunur və hər dəfə 1000-dən artıq tələbə iştirak edir. İlk vaxtlar təqaüd 40 manat təşkil edirdisə indi bu məbləğ 100 manatdır.Təqaüd alan tələbələrin sayı isə 40 nəfərə qaldırılmışdır (5).
Bundan əlavə ARDNŞ-nin Gürcüstan nümayəndəliyi də 2009-cu ildən Gürcüstanın ali məktəblərində təhsil alan qabaqcıl azərbaycanlı tələbələrə də təqaüd ayırır.
Dövlətimizin dövlət siyasətinə uyğun olaraq, ARDNŞ-də gənc mütəxəssislərin hazırlanması, kadr hazırlığı, karyera yüksəlişi məsələsinə çox ciddi yanaşır.Və ildən ilə yeni proqram və layihələrlə gənc mütəxəssisləri motivasiya edir. Bunun uğurlu alınmasının əsas səbəbi isə şirkətin daim gənclər arasında elektron sorğular aparması, onların nəticələrinin təhlil etməsi, bu nəticələri öz layihələrində dəyərləndirməsidir.
ARDNŞ-nin daxildəki və xaricdəki tələbə və gənclərlə həyata keçirtdiyi digər layihələrdən biri, gənclər arasında rəğbət qazanmış şirkətin ödənişli Yay təcrübəsidir. 2010-cu ildən başlayaraq ölkənin və xarici dövlətlərin ali məktəblərində neft-qaz yatqlarının işlənməsi, neft-qaz qurğuları, qazma, geofizika, geologiya, proseslərin avtomatlaşdırılması, inşaat, boru kəmərləri, ekologiya, neft-kimya, kimya mühəndisliyi, energetika, iqtisadiyyat, proqramçı, insan resurslarının idarə edilməsi, kompressor maşın və qurğuları, mühasibat uçotu, vergi işi, maliyyə, mühəndis-iqtisad, beynəlxalq iqtisadi münasibətlər, gəmiçilik, neft və qaz sənayesi üzrə menecment landşaft memarlığı, şəhərsalma, tətbiqi geodeziya, xüsusiləşdirilmiş radiorabitə sistemləri, şəbəkələr rabitə sistemləri və informasiyanın paylanması ixtisasları üzrə təhsil alan Azərbaycan vətəndaşı olan tələbələrə yay tətili müddətində istehsalat təcrübəsi keçmək üçün bu proqrama başlamışdır. Bu proqram sayəsində ARDNŞ tələbələrə real iş şəraitində neft sənayesi ilə tanış olmasına, nəzəri biliklərin təcrübədə yoxlanılmasına şərait yaradır. Təcrübə tələbənin istəyindən asılı olaraq 1 və ya 2 ay müddətinə davam edə bilər. Proqramın davam etdiyi müddətdə tələbə ilə müvəqqəti əmək müqaviləri bağlanır və o ən əşağı dərəcəli mütəxəssis kimi işə qəbul olunur. Tələbələrin yay təçrübəsi ARDNŞ-nin tərkibində olan 16 müəssisəsində- "Azneft" İB, "Azərikimya" İB, "Azəriqaz" İB, "Azərneftyağ" Neft Emalı Zavodu, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, "Neftqaztikinti" tresti, Kompleks Qazma İşləri Tresti, Xəzər Dəniz Neft Donanması, Geofizika və Geologiya İdarəsi, Qaz Emalı Zavodu, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, Neft Kəmərləri İdarəsi, Ekologiya İdarəsində, Marketinq və İqtisadi Əməliyyatlar idarəsi, Sosial inkişaf idarəsi və İnsan resursları departamentində təşkil edilir. Müddət bitdikdən sonra tələbələrin təcrübə haqqında təəssüratları çox müsbət olur. Proqrama ölkə daxilində və xaricində 31 ali məktəbdə ali təhsil alan 600-dən artıq tələbə müraciət etmiş və onlardan 300-dən artığı yay təcrübəsinə cəlb edilmişdi.Təcrübə bitdikdən sonra isə iştirakçılar arasında "Mənim ARDNŞ-də Yay Təcrübəm” adlı inşa müsabiqəsi keçirilir.Müsabiqənin qalibləri müxtəlif hədiyyə və diplomlarla təltif olunurlar (6).
Ölkədə və xaricdə təhsil alan gənclərimizi neft-qaz sektoruna marağını artırmaq üçün ARDNŞ-nin digər maraqlı layihələrindən biri “Socar Yay Məktəbi” layihəsidir.Məktəbə avtomatika və İKT, boru kəmərləri, ekologiya,energetika, geoloji kəşfiyyat, hüquq, qaz-neft-mədən, qazma, iqtisadiyyat, kimya-texnologiyası, neft-mexanika, gəmiçilik və insan resurslarının idarəedilməsi ixtisasları üzrə təhsil alan və qiymətləri “yaxşı” və “əla” olan gənclər cəlb edilir. Məktəb Bakının "Ramada" oteli və Balakənin "Qubek" oteli kimi istirahət məkanlarında keçirilir. Hər gün iştirakçılara ARDNŞ-nin yüksək ixtisaslı, təcrübəli işçiləri tərəfindən mühazirələr oxunur, praktiki məşğələlər aparılır, ekskursiyalar təşkil olunur. Proqrama qısa müddət ərzində ölkəmizin 18 və xarici ölkələrin 13 ali təhsil ocaqlarından 300-ə yaxın tələbə müraciət etmişdir. Yay Məktəbi layihəsinin tələbələrinə proqramda iştirak etdiklərinə dair sertifikatlar və şirkət tərəfindən müxtəlif hədiyyələr verilir.Yay Məktəbi proqramının tədrisində xaricdə nüfuzlu universitetlərdən məzun olmuş gənc mütəxəssislər iştirak edirlər. Tələbələr üçün dərslərdən sonra maraqlı sosial proqram da təşkil olunur. Layihə müddətində aktivliyə görə qalib seçilən komandanın ARDNŞ tərəfindən Türkiyənin İzmir şəhərinə səfəri təşkil olunmuşdur. Tələbələri ARDNŞ-nin Türkiyədəki fəaliyyətləri ilə, xüsusilə də PETKİM və STAR ofisi ilə yaxından tanış etmək və dünya bazarına sürətli inteqrasiyası haqqında iştirakçılarda əyani fikir formalaşdırmaq səfərin əsas məqsədlərindən olmuşdur.Yay məktəbinin qalib komandası PETKİM Akademiyasının əməkdaşları tərəfindən qarşılanmış və PETKİM Qonaq evində yerləşdirilmişlər.Burada onlar rəsmi şəxslərlə görüşmüş təqdimat olmuş, Görüşdən sonra tələbələrin STAR Emal Zavodunun tikiləcəyi sahəyə ekskursiyaları təşkil olunmuşdur. Səfərin ikinci günü iştirakçılar PETKİM Konteyner Limanı Layihəsinin direktoru Doğan Çırakoğlu və Liman Əməliyyat Rəhbəri Süleyman Çokanla görüşmüşlər.Həmçinin gəncləri şəhərin turistik yerlərini də gəzərək dünya görüşlərini artırmışlar.Ümumilikdə “Socar Yay Məktəbi” gənclərin təcrübəsinin artırılması üçün əvəz olunmaz layihələrdən biridir (6).
2006-cı ildən istedadlı və perspektiv milli kadrların ARDNŞ-nin vəsaiti hesabına “Xarici Təqaüd Proqramı” çərçivəsində hər il 50-yə qədər gəncin xarici ölkədə təhsil almasına imkan yaradılmışdır.Hazırda ARDNŞ Təqaüd Proqramının məzun və tələbələrinin sayı 300-dən artıqdır.Onlar Böyük Britaniyanın, Almaniyanın, Fransanın, ABŞ-ın, Türkiyənin, Hollandiyanın, Norveçin, Kanadanın, Ukraynanın, Avstriyanın, İsveçin, Rusiyanın və Maltanın dünyaca şöhrətli ali təhsil ocaqlarında təhsil alırlar.Təhsilini başa vurmuş gənclər şirkətdə işlə təmin olunmuşlar.Bu ilə kimi olan statistikaya görə əksər məzunlar Böyük Britaniya universitetlərinə üstünlük verirlər və ümumilikdə magistr təhsili alanların sayı üstünlük təşkil edir. Təqaüdçülərin 49%-i iqtisadiyyat üzrə ixtisaslara yiyələnirlər.Proqram çərçivəsində tələbələrin xaricdə təhsil almaları üçün ARDNŞ Almaniyanın DAAD (Alman Akademik Mübadilə Xidməti) təşkilatı, Amerika Birləşmiş Ştatlarının Oklahoma və Texas universitetləri, Böyük Britaniyanın Heriot-Vatt və Nyukasl universitetləri, Fransanın TOTAL şirkəti vasitəsi ilə Fransa Neft İnstitutu və digər universitetləri ilə sıx əməkdaşlıq edir. ARDNŞ ilə DAAD arasında 18.04.2007-ci il tarixində bu məqsədlə müqavilə bağlanmışdır. Bunun nəticəsi olaraq, Təqaüd Proqramına qoşulan tələbələrin 19 nəfəri DAAD xətti ilə təhsillərini Almaniyada davam etdirirlər və ya bitirmişlər.(3)
Məzun gənclər üçün sosial güzəştlər sistemi işlənib hazırlanmışdır: həm xarici, həm daxili Təqaüd Proqramlarının iştirakçıları, həm də xarici ölkələrin nüfuzlu universitetlərinin digər gənc məzunları işə qəbul olunduqdan sonra onların güzəştli şərtlərlə mənzillə təmin edilməsi üçün imkan yaradılır (4).
Kadr hazırlığı fasiləsiz bir proses olduğu üçün əməkçilərin təkmilləşdirilməsi işi də daim diqqət mərkəzindədir. Bu məqsədlə 2011-ci ildə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi (TTSİ) yaradılıb və şirkətin müxtəlif müəssisələrinin tabeliyində olan təlim mərkəzləri bu idarədə cəmləşdirilib. Bütün mərkəzlər ən müasir təlim texnikası və avadanlıqları ilə təchiz edilib. Dərslər, əsasən, xaricdə xüsusi hazırlıq keçmiş və müvafiq şəhadətnamə almış, böyük istehsalat təcrübəsi olan yüksəkixtisaslı mütəxəssislər tərəfindən aparılır. Hazırda təlim mərkəzlərimizdə 100-ə yaxın peşə üzrə fəhlə və mütəxəssis kadrlar üçün ixtisasartırma, yenidən hazırlanma və 2-ci peşəyə yiyələnmə kursları təşkil olunur. Bundan əlavə, yerli və xarici təlim şirkətlərinin xidmətlərindən də istifadə edilir (9).
ARDNŞ-nin kadr hazırlığından danışarkən yeni fəaliyyətə başlamış Ali Neft Məktəbindən danışmamaq olmaz. Şirkətin inkişaf perspektivləri nəzərə alınmaqla müasir texnika və texnologiyalar, idarəçilik metodlarına yiyələnmiş yüksək səviyyəli gənc mütəxəssislərə tələbatı olduqca böyükdür.Yəni nə daxildə, nə də ki, xaricdə hazırlanan mütəxəssislər keyfiyyət və kəmiyyət baxımından şirkətin inkişaf dinamikası ilə ayaqlaşa bilmirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şirkətin tərkibində Bakı Ali Neft Məktəbinin yaradılması haqqında sərəncamı bu istiqamətdə çox vaxtında atılmış addım oldu. Dünya təcrübəsinin öyrənilməsi məqsədilə neft-qaz ixtisasları üzrə tanınmış ali təhsil ocaqlarında – Amerikanın Rays və Texas “A&M”, Böyük Britaniyanın Robert Qordon və Herriot Vatt, Türkiyənin Qoç universitetlərində görüşlər keçirilmiş, Bakı Ali Neft Məktəbində (BANM) beynəlxalq tədris standartlarının tətbiqi ilə bağlı müzakirələr aparılmışdır. TQDK-nın 2012-ci il üçün qəbul planında artıq bu nəzərə alınmışdır.Gələcəkdə isə Bakı Ali Neft Məktəbi beynəlxalq standartlara cavab verən və dünyaca tanınmış ali məktəblərindən biri olacaq.(1,29)
Bu gün kadr hazırlığını yüksək səviyyədə həyata keçirmək üçün ARDNŞ zəruri olan bütün addımları atmaqdadı. Bu da təbiidir ki, şirkət dünya bazarına bir brend kimi çıxmaq istəyirsə yüksək texnologiyaya və bu texnologiyada səmərəli istifadə etməyi bacaran və inteqrasion proseslərə, dünya bazarında gedən meyllərə müvafiq olaraq, maliyyə uçot sisteminin beynəlxalq standartlara uyğun olaraq uyğunlaşdırılması, vergi və qanunvericilik şəbəkəsinin təkmilləşdirilməsi üçün kadrlara yiyələnməlidir. ARDNŞ həm şirkət daxili, həm də şirkət xarici kadrlar üçün bütün imkanları yaratmışdır. Bu da reallıqdır ki, ölkə gəncləri öz karyeralarını ARDNŞ-də qurmaq və bu yolda öz gələcəklərini təmin etmək arzusundadırlar.
Bu ənənəni qorumaq üçün ARDNŞ nəinki kadr hazırlığını təkmilləşdirməli, həmçinin kadrların qayğısına da qalmalıdır. Çünki kadrların qayğısına qalmaq, onların hüquq və vəzifələrini təşkilatın məqsədlərinə uyğunlaşdırmaq rəhbərliyin əsas borcudur. Buna görə də təşkilat mütərəqqi metodlardan istifadə etməklə idarəetməni daima yaxşılaşdırmalı və kadr hazırlığı məsələsinə xüsusi diqqət ayırmalıdır.


ƏDƏBİYYAT

1. “Socar plus” jurnalı. Bakı; spring 2012, s. 29.
2. Socar 2011 illik hesabat. Bakı; 2012, s. 64.
3. http://socar.az/khs/upload/sayt%20uchun/sayt%20v4.0/telim%20ve%20inkisaf/TP/tarixce.html
4. http://socar.az/khs/upload/sayt%20uchun/sayt%20v4.0/telim%20ve%20inkisaf/atm/tarixce.html
5. http://socar.az/khs/upload/sayt%20uchun/sayt%20v4.0/telim%20ve%20inkisaf/yay%20mektebi/tarixce.html
6. https://hrweb.socar.az/
7. http://www.ikisahil.com/index.php/neft-qaz/item/7125-kadr-haz.html
8. http://www.aztv.az/readnews.php?lang=az&id=4800

 Geostrategiya" jurnalı № 06 (30)  NOYABR-DEKABR 2015


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM