Günay Məmmədova,
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun doktorantı
Azərbaycan Səfəvi dövlətində XVII əsrin son onilliyinə qədər davam edən əmin-amanlıq şəraiti Şah Sultan Hüseynin hakimiyyətə gəlməsi ərəfəsində artıq böhranla əvəzlənmişdi.1694-cü il avqustun 6-da onun hakimiyyətə gəlişi [2, 92] isə sadəcə Azərbaycan Səfəvi dövlətinin tənəzzülünü dərinləşdirib süqutunu tezləşdirmişdi. Lokhartın “həmişə səhv seçim etməyə meylli” [9,148] hökmdar kimi dəyər-ləndirdiyi Şah Sultan Hüseyn Səfəvilər sülaləsinin əvvəlki nümayəndələrindən kəskin surətdə fərqlənirdi. Dinc və mülayim adam olub, hətta hökmdar hakimiyyətinə biganəydi, heç bir iddiası yox idi. Bir sözlə şah taxt-tacından artıq zahid həyatına yarayırdı [10, 7]. Bunun ən mühüm səbəbi kimi hərəmxana divarları arasında yaşaya-yaşaya idarə edəndən çox idarə edilən şəxsiyyət olaraq yetişməsi və şəxsi mənfəətini güdən xacələrin təsiri altına düşməsi göstərilə bilərdi [10, 6]. Bunun nəticəsində də Azərbaycan Səfəvi dövləti əvvəlki nüfuzunu və gücünü itirir, onun simasında “öz əvvəlki şöhrətinin işığında mövcudluğunu davam etdirirdi” [11, 568-570; 2, 91].
Şah Sultan Hüseynin hakimiyyətə gəlişi zamanı da müxtəlif dövlətlərin, o cümlədən, Avropa ölkələrinin Azərbaycan Səfəvi dövlətinə mütəmadi olaraq öz səfir və elçilərini göndərməsi, bu dövlətin beynəlxalq münasibətlər sistemində əhə-miyyətli yer tutmasına dəlalət edirdi. L. Lokhartın yazdığına görə, 1699-cu ildə Pa-palıq, Venesiya respublikası və Böyük Toskana hersoqunun nümayəndəsi – Ankor arxiyepiskopunun xüsusi missiya ilə İsfahana gəlişi, habelə sarayda “...Konstanti-nopol (İstanbul - G.M.), Moskva, Moğol, ərəb, tatar, kalmık, siam və həbəş kimi digər qonşu xalqların, səfirləri”nin [9, 51] olması bunu təsdiq edən faktlardandır. Səfəvi sarayına, həmçinin “İsveç və Polşadan da səfirlər təşrif buyurmuşdular. İsveç elçisi Lüdviq Fabritsius 1697-1698-ci illərdə İsfahanda olmuşdur. 1698-ci ilin payızında İsfahana gəlmiş Polşa elçisi Zurabəy (Zurabek) adlı şamaxılı katolik ermənisi idi [9, 51-52]. L.Lokhart Səfəvi dövlətinə Avropa dövlət başçılarının müşa-yiətçi məktubları ilə təşrif buyurmuş elçilərin heç də hamısının sırf diplomatik missiya ilə gəlmədiklərini vurğulayaraq göstərmişdir ki, “... belə (müşayiətçi - G. M.) məktublar, adətən missionerlərə, həmçinin səfərləri zamanı dövlətin (Səfəvi-lər - G.M.) himayəsində olmaq istəyində olan səyahətçilərə verilirdi... Belə ki, Persiya (Səfəvi - G. M.) sərhəddini təqdimat məktubu ilə keçənlərə şah adından gündəlik müavinət və ... digər imtiyazlar verilirdi” [9, 52]. Beynəlxalq münasibətlərdə Azərbaycan Səfəvi dövlətinin əslində əvvəlki üstünlüyündən əsər-əlamət qalmamışdı. Şah Sultan Hüseynin daxili böhranı önləməkdə çətinlik çəkməsi və möv-cud problemləri həll etmək əvəzində etdiyi dəyişikliklərlə daha da dərinləşdirməsi xarici siyasətinə də mənfi təsirini göstərdi. Nəticədə də Səfəvi dövləti Osmanlılar və Rusiya İmperiyası üçün açıq işğal hədəfinə çevrilirdi.
Məlum olduğu kimi, Azərbaycan Səfəvi dövlətinin mövcud olduğu müddətdə xarici siyasətində Osmanlı dövləti ilə münasibətlər uzun zaman hakim, başlıca yer tutmuşdur. 1639-cu ildə bu münasibətlərdə uzun müddətli sülhün bünövrəsi qoyulsa da, yalnız Şah Sultan Hüseynin hakimiyyətə gəlməsindən az sonra Osmanlı-Səfəvi münasibətlərinə xələl gətirə biləcək hadisə baş verir. Belə ki, Bəsrədə o zaman Osmanlıların mövqelərinin zəifləməsindən istifadə edən Müntəfiq tayfasının başçısı Şeyx Mani 1694-cü ildə buranı tutur. Osmanlılar tezliklə şəhəri geri alırlarsa da, 1695-ci ilin yazında Şeyx Mani şəhəri bir daha ələ keçirir və on səkkiz ay ərzində əlində saxlayır. Ərəbistanın nüfuzlu Muşaşa tayfasından Seyyid Fərəculla Bağdad hakimi Həsən paşadan və Şah Sultan Hüseyndən Şeyx Manini Bəsrədən sıxışdırıb çıxarmaq barədə izn alıb, onu nəinki Bəsrədən, həmçinin Qurnadan qovub çıxarır [9, 53]. “İşin öhdəsindən gələn Seyid Fərəculla şəhərin açarını şaha, o da öz növbəsində qiymətli hədiyyələrlə birlikdə Osmanlı sultanına göndərir. Beləliklə, şəhər üzərində Osmanlıların hakimiyyəti tanınır, lakin o, hələ uzun müddət Səfəvi qüvvələrinin nəzarəti altında qalır” [9, 53-54; 3, 352-353]. 1697-1701-ci illər arasında Səfəvi dövləti Bəsrənin hakimi vəzifəsində heç bir səbəb və lüzum olmadan dörd nəfəri dəyişirlər. Lazımi qüvvə toplayan Osmanlılar 1701-ci ilin yazında hücuma keçib, Səfəvi hökumətinin təyin etdiyi hakim Davud xanı öldürüb, ciddi müqavimətlə rastlaşmadan şəhərə daxil olurlar. Beləliklə, “Bəsrənin Səfəvilər (əs-lində ərəblər - G.M) tərəfindən işğalı Osmanlı dövləti ilə hərbi münaqişə səviyyəsinə qalxmadan sona çatır” [9, 54]. Osmanlı sultanı Səfəvi dövlətində baş verənlərlə yaxından maraqlanır, lakin bu bölgə ilə bağlı aldığı məlumatlar onu qane edən səviyyədə deyildi. Digər tərəfdən Osmanlı artıq Avstriya və Venesiya ilə Passarovits (1718) sülh müqaviləsini bağlamışdı. Bundan sonra elə yenə də Passarovitsdə həmin dövlətlər arasında ticarət və naviqasiya barədə müqavilə imzalanmışdı. Avstriya səfiri Osmanlı sultanından xahiş edir ki, bu müqavilənin 19-cu bəndinin şərtlərini dəqiqləşdirməkdən ötrü səlahiyyətli türk rəsmisi Dürri Əfəndini Səfəvi dövlətinə yollasın [9, 123]. Beləliklə, Sultan həm Səfəvi dövləti barədə yerindəcə müfəssəl məlumat toplamaq, həm də adı çəkilən müqavilənin şərtlərini müəyyənləşdirmək məqsədilə Dürri Əfəndini Səfəvi dövlətinə ezam edir. Osmanlı elçisinin gəlişi xəbəri Səfəvi sarayında təşvişə səbəb olur. Belə ki, elçinin gəlişinin əsl səbə-bindən bixəbər olan nazirlər Osmanlı sultanının sərhədyanı bölgələrə iddia irəli sürəcəyini zənn edirlər. L.Lokhart göstərir ki, “sülhü qoruyub saxlamaq məqsədilə onlar (burada Səfəvi sarayındakılar - G.M.) Sultana hətta Çuxur-Sədin bir hissəsini və ya cənubda müəyyən ərazini güzəştə getməyə tam hazır idilər” [9, 123]. Dürri Əfəndi Tehrana 1721-ci ilin yanvarında yetişir. Dürri Əfəndinin xatirələrinə isti-nadən L.Lokhart yazır ki, şahla görüşü zamanı Dürri Əfəndi Bağdad hakimi Həsən paşanın məktubunu Etimadül-dövlə (bu zaman Səfəvi dövlətinin Etimadül-dövləsi artıq Məhəmmədqulu xan idi-G. M.) vasitəsilə şaha təqdim edərkən, sonuncu (şah), paşa haqqında xeyli xoş söz söyləyir, onun şəxsi keyfiyyətlərini tərifləyir, əla qonşu kimi xarakterizə edir, Nəcəfə gedən Səfəvi zəvvarlarına yaxşı münasibət bəslədiyini xüsusi qeyd edir [9, 124]. Osmanlı höküməti öz səfirinə şahdan Rusiya ilə ticarəti dayandırmağı, Avropa ölkələri ilə ticarəti Osmanlı ərazisi vasitəsilə aparılması tələbini, İrəvan vilayətinə iddiaları bir daha şaha təqdim etməyi, onu Rusiya ilə lüzumsuz dostluğa, xüsusilə də ona öz ərazisində Niyazabad qalasını tikməyə razılıq verdiyinə görə töhmətləndirməyi tapşırmışdır. Bu zaman Tehranda olan və vaxtı ilə İstanbulda Dürri Əhməd Əfəndi ilə tanış olan Rusiya elçisi Florio Benevenin Rusiya xarici İşlər Kollegiyasına göndərdiyi 1721-ci il 25 may tarixli məktubu təsdiq edir ki, Osmanlı elçisi Səfəvi baş vəziri ilə danışıqlar zamanı Osmanlı sultanının yuxarıda qeyd olunan tələblərini Səfəvi nümayəndə heyətinə çat-dırmışdır. Səfəvi etimadül-dövləsi Osmanlı elçisinə cavabında qeyd etmişdir ki, onlar tacirləri yalnız bir yol seçməyə güclə məcbur edə bilməzlər, tacirlər malları satmaq üçün sərfəli olmayan yerlərə getmirlər, rusların tikdiyi qalaya gədikdə isə, Niyazabad qala yox, gəmilər üçün sığınacaq yeridir və həm də münbit olmayan düzənlikdə, ticarət məsədilə tikilmişdir. Danışıqlar, o cümlədən, Etimadül-dövlə ilə sərhəd məsələlərinin müzakirəsi başa çatdıqdan sonra Dürri Əfəndi 1721-ci ilin aprelində vətənə yola düşdü [3,366]. Bir il sonra Şah “yüksək təhsil və mədəniyyətə malik Murtazaqulu xanı Dürri Əfəndi missiyasına cavab olaraq Osmanlıya səfir qismində göndərir. Bu səfir Şah Sultan Hüseynin Osmanlı sarayına göndərdiyi son elçi olur” [9, 125; 2, 218].
Osmanlı sultanı kimi, rus çarı da Səfəvi dövlətində baş verən hadisələrdən bir an da olsa, diqqətini yayındırmırdı. A.Volınskinin təqdim etdiyi məlumatlar əsasında çar I Pyotrun (1682-1721) Səfəvi dövlətindəki vəziyyət barədə təsəvvürü artıq formalaşmışdı. Hadisələrin sonrakı inkişafını izləmək məqsədilə I Pyotr Rəştdəki rus konsulu Semyon Avramovu Tehrana ezam edir, ona tənəzzül prosesinin kulminasiya mərhələsinə çatdığı Səfəvi dövlətinin tənəzzül keçirdiyi barədə ara-sıra gələn xəbərlərin həqiqiliyini öyrənib, bu haqda raport verməyi tapşırır və eyni zamanda çar, qvardiya kapitanı Aleksey Baskakovu gizlincə Kaplana hərbi kəşfiyyat məqsədilə göndərir [4, 6]. Şah Sultan Hüseynin dövründə mollabaşıların (Məhəmməd Bağır Məclisi, sonralar isə Mir Məhəmməd Hüseyn Xatunabadi-G. M.) təkidləri nəticəsində həyata keçirilən dini siyasətin Səfəvi dövlətinin xarici ölkələrlə münasibətinə təsiri faciəvi idi. Belə ki, R.Seyvorinin təbirincə, “Osmanlı sultanı III Əhməd (1703-1730) sülhsevər dövlət başçısı idi... Onun vəziri Damad İbrahim də əsasən ədəbiyyat və incəsənət təəssübkeşi idi... və Persiyanın (Səfəvi dövlətinin - G.M.) işlərinə qarışmamaq siyasəti və dostluq nümayiş etdirirdi; lakin həm o, həm də Sultan Şirvan və Dağıstanın şiələr tərəfindən təqib olunan sünni əhalisinə yardım göstərmək istəyində idi” [12, 251]. L.Lokhart bununla bağlı yazır ki, “Persiyaya (Səfəvi dövlətinə-G.M.) münasibət məsələsində Sultan III Əhməd və onun baş vəziri Daməd İbrahimlə hərbi və dini liderlər arasında böyük fikir ixti-lafı mövcud idi” [9, 251]. 1718-ci ildə Avstriya və Venetsiya ilə bağlanmış Passa-rovits sülhü Osmanlının qərbdə əl-qolunu açdıqdan sonra onun daxilində hələ Sul-tan III Murad (1574-1595) dövründə zəbt olunmuş şimal-qərbi Səfəvi ərazilərini yenidən ələ keçirmək məqsədilə Azərbaycan Səfəvi dövlətinə qarşı hərbi əməliy-yatlar lehinə təbliğat güclənir. 1722-ci il əfqanların Səfəvi dövlətinin mərkəzi İsfahana təcavüzündən sonra da Osmanlılar bu istəklərini reallaşdırmaq məqsədi ilə fəaliyyətə başlayırlar. Bu da Səfəvi dövlətinin iki imperiyanın-Osmanlı və Rusiyanın arasında bölüşdürülməsi ilə nəticələnir. İşğalçı tərəflərdən ikincisi Rusiya imperiyası idi ki, onlarla münasibət osmanlılardan fərqli idi. Artıq Şah Süleyman dövründə Səfəvilərlərlə ruslar arasında gərginlik vardı. Bu gərginlik Şah Sultan Hüseyn dövründə daha da şiddətlənərək hətta elçilərin həbsinə qədər gəlib çıxmışdı. Lokhart P.Qavderana istinadən göstərir ki, “ruslar Şah Sultan Hüseyni türklərə (Osmanlılara-G.M.) qarşı müharibəyə cəlb etməyə cəhd edir, eyni zamanda Şah Səfinin dövründən qalmış 300.000 tümən miqdarında borc pulun ödənilməsini tələb edirdilər. Lakin ...rus səfirinin, adətən olduğu kimi etimadnaməsini və notanı Etimadül-dövlə vasitəsilə şəxsən şaha çatdırmaq niyyətində olduğunu bildirməsini iranlılar (Səfəvilər-G.M.) çox cürətli addım kimi qiymətləndirir, həmçinin iki dövlət arasında əlaqələrin kəsilməsi məqsədi daşıdığını zənn edirlər. Odur ki, ...səfiri həbs etməyi və onu, hərəkəti ilə bağlı Moskvadan izahat alınmayana qədər buraxmamağı qərara alırlar. Səfir 1699-cu ilin yayına qədər həbsdə saxlanılır və yalnız Ankor arxiyepiskopu işə qarışdıqdan sonra azad olunur” [9, 61-62]. Moskvanı dəniz dövləti etmək ehtirası “Baltik və Qara dənizlərinə çıxmaq uğrunda mübarizəyə hakimiyyətdə olduğu illərin böyük hissəsini həsr etmiş çarı (I Pyotru - G.M.) Xəzər dənizinə biganə qoya bilməzdi” [9, 59]. P.P.Melqunovun sözləri ilə desək, “Baltik dənizinin əhəmiyyətini dərk edən Pyotr digər bir dənizi - Xəzər dənizinin də mühüm əhəmiyyətini dərk etməyə bilməzdi” [7, 248]. Çar, Xəzər dənizinin Moskvaya verə biləcəyi imkanlara - Kəngər körfəzi, Transxəzər, Mərkəzi Asiya və ən əsası Hindistanla kommunikasiya imkanlarına böyük əhəmiyyət verirdi. L.Lok-hart çar I Pyotrun maraqlarının “ən əvvəl sırf kommersiya maraqları” olduğunu vurğulayır: “Belə ki, o, bir tərəfdən İranın (Səfəvi dövlətinin-G.M.) qərblə ipək ticarəti marşrutunun Hələb, Smirnadan deyil, Rusiyadan keçməsinə çalışır, digər tərəfdən Orta Asiyadan pambıq xammalı gətizdirmək niyyətində idi” [9, 59].“I Pyotr Persiya (Səfəvi dövləti-G.M.) ilə bağlı məlumatları müxtəlif mənbələrdən - Moskva ətrafında yerləşdirilmiş gürcü koloniyasının üzvləri, xüsusilə I Pyotrla şəxsən dostluq münasibətlərində olan şahzadə Aleksandr Arçiloviç, Şamaxıdakı konsul və tacirlər, Moskva şirkətində xidmətdə olan ingilislərdən və b. əldə edirdi” [9, 60]. Osmanlıların XVI əsrin sonu - XVII əsrin əvvəllərində Xəzər ətrafında bər-qərar olduqları zaman rusların Dağıstana nüfuz etmək üçün bir neçə dəfə - 1594-cü ildə Xvorostininin, 1604-cü ildə isə Buturlin və Pleşeyevin başçılıqları altında – uğursuz cəhdlər etdiyini qeyd edən V.V.Bartold da “...rusların Xəzər dənizini daxili rus dənizinə çevirmək məqsədlərinin” mövcudluğunu təsdiq edir [5, 754-763]. L.Lokhart qeyd edir ki: “1700-cü ildə Xivə (Xarəzm-G.M.) xanının I Pyotra səda-qət andı içməsi, bir neçə ildən sonra isə Amu-Dərya qumlarının tərkibində qızıl mövcud olması barədə xəbər çarın Xəzər dənizi və ona bitişik regionlara olan marağını daha da rövnəqləndirir. Lakin çar (İsveçlə uzun sürən müharibə səbəbindən-G.M.) yalnız 1716-cı ildə Bekoviç - Çerkasskini Transxəzər kəşfiyyat ekspedisiyasına göndərir” [9, 61]. P.P. Melqunov bununla bağlı yazır: “Böyük Pyotr daima ...Xivə və Buxara vasitəsilə Hindistandan Rusiyaya mal gətizdirmək barədə düşü-nürdü; odur ki, Asiyanı diqqətlə müşahidə edir və onun (Asiyanın-G.M.) sərvətləri barədə məlumat toplamaqdan ötrü heç bir imkanı boşa vermirdi. Məsələn, Dərya (Amu-Dərya - G.M.) çayının mənbəyində yerləşən Erketi adlanan yerdə guya qızıl mədənini görənlər olduğu haqda xəbər aldıqda, Böyük Pyotr yubanmadan...ora – Xivəyə knyaz Bekoviç – Çerkasskinin başçılığı altında qoşun göndərdi ki, həmin məkanı zəbt edib, orada rus şəhəri inşa etsinlər. Lakin məlum olduğu kimi, həmin yürüş tam uğursuzluqla nəticələndi, belə ki, həm yol boyu qoşun xeyli tələfat verdi, həm də xivəlilər tərəfindən Bekoviç hiyləylə tələyə salındı və onun demək olar ki, bütün qoşunu qılıncdan keçirildi. Beləliklə, Böyük Pyotrun bu cəhdi nəinki təkcə uğursuzluqla nəticələndi, hətta Asiya ilə münasibətlərimizi korladı” [7, 248]. Artıq XVII əsrin sonuna yaxın Moskvanın Xəzər dənizində müəyyən sayda gəmiləri vardı. 1700-ci ildə rus eskadronunun komandiri kapitan E. Meyer, rus gəmilərilə Bakı buxtasına azad giriş hüququnun verilməsini tələb edir. Səfəvi rəsmiləri bu tələbi rədd edir, Bakının müdafiəsiz olduğunu nəzərə alaraq, onu möhkəmləndirməyə başlayırlar [9, 62]. Xəzərin şərq sahillərinin tədqiqi Çerkasski ekspedisiyasının 1717-ci ildə məhv olması ilə əlaqədar olaraq yarımçıq qaldıqdan sonra Xəzər dənizi haqqında tam təsəvvürə malik olmaq istəyən I Pyotr Xəzər dənizinin xəritəsinin çəkilməsi işini davam etdirmək və bu məqsədlə yaxından tanıdığı, təcrübəli və yüksək təhsilli zabitlərin xidmətindən istifadə etmək qərarına gəlir. Bir neçə hərbçi və donanma zabitləri Xəzər sahillərinə səfərə hazırlıq üçün ciddi iş aparmağa baş-layırlar [12, 248]. Artıq 1719-cu ilin oktyabrında Volqa çayının mənsəbindən Kür çayının mənsəbinədək olan hissədə Xəzər dənizinin 73 x 157 sm ölçülü, 1: 470.000 (holland mili ilə-G.M.) miqyaslı xəritəsi hazır idi: Abşeron boğazı və Bakı körfəzinin kiçik xəritələri ayrıca çəkilmişdi. Bu xəritəni F. İ. Soymonov 1719-cu ilin dekabrında I Pyotrun diqqətinə təqdim edir. Pyotr xəritəni nəzərdən keçirərək 1720-ci ilin 17 yanvarında Soymonov Admirallıq kollegiyasından ekspedisiyanı davam etdirmək haqqında sərəncam alır. 1720-ci il mayın sonundan etibarən ekspedisiya Kür çayının mənsəbinə doğru hərəkət edir. Kür, Qızılağac körfəzlərini tədqiq etdikdən sonra Ənzəli körfəzinə doğru istiqamət götürür. Bütün sahil boyu gəmilərin lövbər salması üçün əlverişli yerlər, Xəzər dənizinin eni müəyyən edilir. L.Lokhar-tın da yazdığı kimi “1721-ci ildə həmin ərazilərin (Xəzər sahillərinin - G.M.) in-diyədək tərtib olunmuş ən müfəssəl xəritəsi” hazır idi [9, 177]. Çar I Pyotr Xəzəryanı bölgələrə yürüş üçün planlar tərtib etdiyi bir vaxtda Səfəvi dövlətində baş verən hadisələri də diqqətlə izləyir və Səfəvi sarayına elçilər göndərməyə davam edirdi. 1708-ci ildə İsrail Ori adlı Moskva elçisinin gəlişi xəbəri Səfəvilər sarayını təşvişə salır. Ori missiyası barədə P.P.Buşev yazır ki, I Pyotr Vatikanın şahın hüzuruna İsrail Orini (1658-1711) göndərməsindən istifadə edərək, ona (Oriyə - G. M.) polkovnik rütbəsi verərək, Şah Sultan Hüseynə təqdim etmək üçün etimadnamə ilə təchiz edir. Oriyə eyni zamanda, Səfəvi dövlətində vəziyyətlə bağlı Peterburqu məlumatlandırmaq həvalə olunur. Lakin İsrail Ori ölkənin müflisləşməsi barədə ümumi sözlərdən əlavə heç bir qiymətli məlumat vermir [6, 8-9]. Çar I Pyotr öz dövlətinin Osmanlı dövlətinə qarşı mübarizəsində Səfəvi dövlətinin siyasi əhəmiyyətini qəbul edirdi. Burada vəziyyətin hədsiz pisləşdiyi barədə məlumatlar alan çar düzgün məlumat əldə etmək məqsədilə 1697-1698-ci illərdə şah sarayında rezident postu təsisinə çalışırdı. Bu məqsədlə çar I Pyotr Vasili Kuçukovu Səfəvi dövlətinə yollayır. Lakin “incə bacarıqlı diplomat və çox güman ki, o qədər də ağıllı olmayan...Kuçukov Şah Sultan Hüseynin çar qramotasını şəxsən onun əlin-dən qəbul etməsində israr etdiyi üçün tapşırığını yerinə yetirə bilmir və İrandan (Səfəvi dövlətindən-G.M.) qovulub çıxarılır” [6, 8]. Şimal müharibəsinin taleyi həll olunmamış Səfəvi imperiyasına qarşı birbaşa hərbi müdaxiləyə keçə bilməyə-cəyini anlayan çar I Pyotr ölkədə baş verən hadisələrin gedişatını izləmək, nəbzini tutmaq üçün 1715-ci ildə ticarət müqaviləsi bağlamaq bəhanəsi ilə İsfahana rəsmi elçi göndərməyi qərarlaşdırır: çarın seçimi Artemi Petroviç Volınski üzərində olur. Çar 28 yaşlı Volınskinin qarşısında ticarət müqaviləsi bağlamaqdan əlavə Səfəvi imperiyasının hərbi qüvvələrinin vəziyyəti, kommunikasiyası haqqında geniş və müfəssəl məlumat toplamaq kimi vəzifələr qoymuşdu [8, 663-664]. Qeyd edək ki, Şah Sultan Hüseyn də artıq rusiyalı nümayəndənin göndərilməsinə qədər artıq 1713-cü ildə Rusiya ilə “dostluq və ticarət müqaviləsi” bağalamaq üçün Fəzlulla bəyi Peterburqa göndərmişdi [1, 321]. Lakin, zəif iradəli Səfəvi hökmdarından fərqli olaraq Rusiyanın məqsədi tamam fərqli idi. Belə ki, Səfəvi dövlətinə göndərilən A.P.Volınski Xəzər sahilini Astrabada kimi tədqiq etməli, yol boyu dənizə hansı çayların tökülməsini, harada daha əlverişli liman olmasını öyrənməli idi. Bu ekspedisiya müəyyən etdi ki, Xəzərin qərb sahilində ən yaxşı liman Bakıdır. A.P. Volınski missiyasını başa vurub geri qayıdarkən Gilan marşrutunu seçir. Bu yolu missiya üzvləri çox uzun müddətə qət edirlər. Bunun səbəbini P.Buşev belə izah edir: “Səfirlik Gilandan keçən yolu tələsmədən qət edirdi ki, I Pyotrun qarşıya qoy-duğu vəzifənin yerinə yetirilməsinə-İsfahana gedən bu, ən qısa və birbaşa yolun diqqətlə tədqiq olunmasına kifayət qədər vaxtı olsun” [6, 180]. Həmçinin Astrabada Volınskinin yanına praporşik Nekrasov və İqnati Yudin gəlirlər. “Yudin mühəndis təhsili almışdı və Volınskinin hüzuruna ətraf yerlərin topoqrafik şəklini çəkmək üçün göndərilmişdi” [6, 188]. Bunlar çar I Pyotrun Səfəvi dövlətinə müdaxilə et-mək planının mövcudluğunu sübuta yetirən daha bir dəlildir. Hadisələrin sonrakı inkişafı və çarın Xəzəryanı bölgələrə yürüşü də bunu bir daha təsdiqləmiş oldu.
Göründüyü kimi, bir zamanlar beynəlxalq münasibətlərdə nüfuz sahibi olan
Azərbaycan Səfəvi dövlətində daxili böhranın yaratdığı fəsadlar nəticəsində Şah Sultan Hüseyn dövründə elə bir vəziyyətə düşdü ki, hər an qonşularının hücum təh-lükəsi qorxusu ilə yaşayan dövlətə çevrildi. Bu qorxu sonda şahın öz təbəələri olan əfqanlar tərəfindən taxtdan salınması və dövlətin tamamilə iflası ilə nəticələndi.
Mənbələr və ədəbİyyat.
1. Azərbaycan tarixi. Yeddi cilddə, üçüncü cild. Bakı: Elm, 1999, 584 s.
2. Dadaşova R.İ. Səfəvilərin son dövrü: ingilisdilli tarixşünaslıqda. Bakı: Nur-lan, 2003, 439 s.
3. Nəcəfli T.H. Səfəvi-Osmanlı münasibətləri. (Türkiyə tarixşünaslığında) Bakı: Turxan NPB, 2014, 516 s.
4. Бутков П.Г. Материалы для новой истории Кавказа, с 1722 по 1803 гг в 3 ч. Часть 1. СПб: Тип. Имп. Акад. Наук, 1869, 649 c.
5. Бартольд В.В. Сочинения в 9 томах. Том II, часть 1. Москва: Издатель-ство Восточной Литературы, 1963, 1024 с.
6. Бушев П.П. Посольство Артемия Волынского в Иран в 1715-1718 гг. (По русским архивам). Москва: Наука, 1978, 291 с.
7. Мельгунов П.П. Очерки по истории русской торговли IX-XVIII вв.
Москва: Издание магазина «Сотрудник школ» А.К. Залесской, 1905, 285 с.
8. Соловьев С.М. История России с древнейших времен в 29 томах в 6 книгах. Книга четвертая. Том XVI-XX. CПб.: Товарищество Общес-твенная польза, 1851-1879, 840 c.
9. Lockhart L. The fall of the Safavi dynasty and the Afghan occupation of Persia. Cambridge: University press, 1958, 583 p.
10. Lokkart L. Nadir Şah. Bakı: Qanun, 2013, 552 s.
11. Malcolm J. The history of Persia, from the most early period to the present time. Volume I. 1815, 644 p.
12. Savory R.M. Iran under the Safavids. Cambridge: Cambridge University Press, 2007, 288 p.
Geostrategiya" jurnalı № 06 (30) NOYABR-DEKABR 2015
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM