Azərbaycanda geomorfologiya elminin inkişaf tarixi

10:57 / 04.02.2016

Hüseyn Xəlilov

Coğrafiya elmləri doktoru, professor, AMEA akademik
Həsən Əliyev adına Coğrafiya İnstitutu
Nuriyyə Əlibəyova
Azərbaycan Milli Ensiklopediyası


İnsanların həyat və təsərrüfat fəaliyyətinin Yer səthinin quruluşu ilə sıx bağlı olması hələ lap qədim zamanlardan bəşər övladının relyefin əsas xüsusiyyətlərindən istifadə etməsi zərurətini yaratmışdır. Odur ki, relyef haqqında məlumatlar insan cəmiyyətinin yaranması və inkişafının ilk dövrlərindən toplanmağa başlanılmışdır. Belə ki, geomorfologiya elminin, ilkin mənbəyi qədim sivilizasiya mütəfəkkirlərinin yaradıcılığında, xüsusilə qədim yunan və qədim Roma təbiətşünas – filosoflarının əsərlərində izlənilən coğrafiya və geologiya elmlərinin təmasında yaranması, onun da inkişafının tarixi köklərinin uzaq keçmişin dərinliklərində olduğuna dəlalət edir. Bu baxımdan böyük rus alimi V.İ.Vernadskinin Aristoteli (e.ə. 384-322 illər) dinamiki geomorfologiyanın banisi hesab etməsi daha əlamətdardır. Bununla yanaşı relyefi bir tədqiqat obyekti kimi öyrənən geomorfologiya müstəqil elmi istiqamət kimi XIX əsrin sonu XX əsrin əvvələrində inkişaf etməyə başlamışdır. Geomorfologiya (yun. Geo-Yer, morfo-forma, logos-elm ) sözünün özünü isə ilk dəfə olaraq 1893-cü ildə Beynəlxalq geoloji konqresdə amerikalı tədqiqatçı C.U.Mak-Ki relyef haqqında elmi belə adlandırmağı təklif etmişdir (buna qədər o, fizioqrafiya, geomorfiya, morfologiya və s. adlandırılırdı).
Azərbaycanda geomorfologiya elminin inkişafının ilk çağlarında ölkənin relyefi haqqında ilk və səthi məlumatlara, əsasən, Əbdürrəşid Bakuvinin, Zeynalabdin Şirvaninin, Qafur Rəşad Mirzəzadənin və s. müəlliflərin Azərbaycanın coğrafiyasına həsr olunmuş əsərlərində rast gəlinir.
Ümumiyyətlə, geomorfologiya elminin, yer səthinin bütün nahamarlıqlarını ehtiva edən relyefin quruluşu, mənşəyi, yaşı, inkişafı və təkamülü qanunauyğunluqları, dinamikası, Yerin daxili və xarici sferaları arasında maddə və enerji mübadiləsi həyata keçirən təbii mühitin özül ünsürü və eləcə də litosferin daxilində və səthində baş verən endogen və ekzogen proseslərin informasiya daşıyıcısı mahiyyəti haqqında müstəqil tədqiqat sahəsi kimi, inkişaf tarixi cox da qədimliyi ilə səciyyələnmir. Belə ki, geologiyanın və eləcə də fiziki coğrafiyanın bir çox sahələrində olduğu kimi geomorfologiya elminin də inkişafı XIX əsrin təxminən II yarısından etibarən ölkəmizdə aparılan geoloji tədqiqatlarla əlaqədardır. Bu zaman relyefə aid çox bəsit və məhdud məlumatların əldə edilməsi ilə səciyyələnən həmin tədqiqatlar Rusiya İmperiya Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsi və Qafqaz dağ-mədən idarəsinin fəaliyyəti ilə əlaqədar olmuşdur. Bununla yanaşı relyefin öyrənilməsində Qafqazın topoqrafik xəritələrinin tərtib və nəşrini təşkil etmiş Zaqafqaziya hərbi dairəsi qərargahının topoqrafik idarəsi də mühüm rol oynamışdır. Onların əməkdaşlarının fiziki coğrafiya və əsasən də geologiya sahəsində apardıqları tədqiqatlarda Böyük və Kiçik Qafqazın orfoqrafiyası və relyefinə dair ilk məlumatlar toplanır ki, bunlar da bir qayda olaraq təsviri səciyyə daşıyır. Bu zaman relyefin mənşəyinin və inkişaf tarixinin izahına göstərilən təşəbbüslər heç də tam olmayan geoloji məlumatlara əsaslanırdı.
Həmin dövrdə Azərbaycanın oroqrafiyası və relyefi haqqında verilən ilk məlumatlar baxımından Ç.V. Abix, F.K. Osvald, A.V. Pastuxov, V.Y. Lisoyski və başqalarının işləri ən qiymətli mənbə hesab edilir. N.İ. Andrusovun bu sahədə apardığı tədqiqatlar paleocoğrafiya və relyefin inkişaf tarixi haqqında təsəvvürlərin yaranmasında böyük rol oynamış və onun Xəzər dənizinin qədim sahil xətlərinə həsr olunmuş tədqiqatları demək olar ki, Azərbaycanda ilk geomorfoloji tədqiqat işi olmuşdur.
XX əsrdən başlanan sonrakı dövrdə Azərbaycanda Rusiya Geologiya İdarəsi tərəfindən aparılan geoloji planalma və geoloji – axtarış işlərinin xeyli genişlənməsi ilə əlamətdar olmuşdur. Bu zaman D.V. Qolubyatnikov, K.İ. Boqdanoviç, N.İ.Andrusov, İ.M. Qubkin, V.V.Veber və başqa geoloqların işləri mühüm geomorfoloji məzmunu ilə səciyyələnir. Onların işlərində Xəzər dənizinə bitişik ayrı-ayrı regionların relyefinin inkişaf tarixinə aid qiymətli məlumatlar əksini tapmışdır.
Sovet hakimiyyətinin ilk illərində, xüsusilə Böyük Vətən müharibəsinə qədərki dövrdə Azərbaycanda geomorfologiya elminin inkişafında mühüm irəliləyişlər qeyd olunur. Bu zaman geoloji-axtarış və kəşfiyyat işlərinin genişləndirilməsi ilə əlaqədar olaraq aparılan tədqiqatlarda ərazinin geomorfoloji quruluşuna xüsusi diqqət verilir və İ.S. Şukin, A.L. Reynqard, S.S. Kuznetsov tərəfindən Azərbaycan ərazisinin geomorfoloji rayonlaşdırılmasının ilk sxemləri tərtib olunur.
Respublikamızın geomorfologiyasının ayrı-ayrı məsələləri həmçinin İ.M.Qubkin, K.N.Paffenhols, B.F.Dobrınin, S.A. Zaxarov, B.A.Priklonski, S.A.Kovalevski və bir sıra başqa tədqiqatçıların geologiya, hidrogeologiya, fiziki-coğrafiya və torpaqşünaslıq sahələrində apardıqları tədqiqatlarda əksini tapmışdır.
Azərbaycanın geomorfologiyasının öyrənilməsində müharibədən sonrakı dövr böyük rol oynamışdır. Bu zaman geoloji və torpaq tədqiqatları proqramına geomorfoloji müşahidələrin daxil edilməsi qərarı ilə əlaqədar olaraq xüsusi geomorfoloji tədqiqatlar xeyli genişlənir. 1952-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutunun əməkdaşlarının (Ə.Ş.Şıxəlibəyli, A.N.Solovkin, Ş.Ə.Əzizbəyov, Ş.F.Mehdiyev, A.S.Bayramov, M.D.Qavrilov) respublikanın geomorfologiyasına aid ilk işləri nəşr edilir. Eyni zamanda düzəlmə səthlərinə, müasir və qədim buzlaşmaya, çay və dəniz terraslarına xüsusi tədqiqatlar həsr edilir.
Azərbaycanda geomorfologiyanın inkişafında Azərbaycan SSR Elmlər Akademiyası, onun da tərkibində Coğrafiya İnstitutu (1945) və Tətbiqi geomorfologiya laboratoriyasının (1968) yaranması mühüm rol oynamışdır. Bununla yanaşı 1951-ci ildə Bakıda Azərbaycan Elmlər Akademiyası tərəfindən təşkil edilmiş Zaqafqaziyanın geomorfologiyasına həsr olunmuş elmi konfrans geomorfologiyanın inkişafı istiqamətinin müəyyən edilməsinə əsaslı yardım göstərmişdir. 1959-cu ildə böyük müəlliflər kollektivi tərəfindən (M.A.Abasov, B.A.Antonov, B.Ə.Budaqov, N.V.Dumitraşko, M.Ə.Qaşqay, D.A.Lilienberq, Ə.Ə.Mədətzadə, V.Y.Xain, S.H.Rüstəmov, V.R.Volobuyev, Ə.M.Şıxlinski) kecmiş sovetlər məkanında ilk olaraq “Azərbaycanın geomorfologiyası” (1959) monoqrafiyasının nəşri geomorfologiya sahəsində mühüm hadisə olmuşdur. Bu zaman Coğrafiya İnstitutu ilə yanaşı ali məktəblərin coğrafiya fakültələrinin əməkdaşları tərəfindən xüsusi geomorfoloji tədqiqatlar daha da genişlənir və onlar planlı və məqsədyönlü şəkildə həyata keçirilir. Geomorfologiyanın tətbiqi sahələri ilə yanaşı neotektonika ilə relyefin əlaqəsinə (B.Ə.Budaqov, N.V.Dumitraşko, D.A.Lilienberq) müasir və qədim buzlaşmaya (B.Ə.Budaqov, Ə.V.Məmmədov), Naxçıvanın geomorfologiyasına (B.A.Antonov, M.A.Abasov), Xəzərin geomorfologiyasına (O.K. Leontyev, N.N.Mehdiyev, N.Ş.Şirinov, X.Ə.Vəliyev, A.İ.Xəlilov) həsr olunmuş tədqiqatlar xeyli genişlənir.
Azərbaycanda geomorfologiya elminin yüksəliş dövrünü əhatə edən 1970-1990-cı illər morfostruktur təhlil, paleogeomorfologiya, aerokosmik üsulların geomorfologiyaya tətbiqi, geomorfologiyanın metodologiyası sahələrində tədqiqatlar geniş vüsət alır və çoxlu sayda tədqiqatçıların (B.Ə.Budaqov, B.A.Antonov, M.A.Müseyibov, N.Ş.Şirinov, M.A.Abasov, İ.E. Mərdanov, R.Y.Quluyev, X.K.Tanrıverdiyev, H.A.Xəlilov, V.D.Hacıyev, A.S.Səfərov, E.K.Əlizadə, V.Ə.Quluzadə, Y.Q.Əliyev, T.R.Qurbanov, R.F.Abdullayev və s.) işlərinin nəticələri bir sıra monoqrafik əsərlərdə və dissertasiya işlərində ümumiləşdirilir.
Aerokosmik metodların coğrafiyada tətbiqi məqsədilə Coğrafiya İnstitutunda yaradılmış laboratoriyanın əməkdaşlarının (E.Ə.Əlizadə, Ə.Əliyev, S.Tarixazər, A.Mikayılov) apardığı tədqiqatlar nəticəsində Böyük və Kiçik Qafqaz daxilində yeni lineamentlər aşkar edilmiş, ərazilərin morfostruktur bünövrəsi öyrənilmiş, litosfer plitələri tektonikasına əsaslanan morfotektonik sxem hazırlanmış və geodinamiki gərginlik və başqa xüsusi məzmunlu geomorfoloji xəritələr tərtib edilmişdir.
Morfostruktur təhlil istiqamətində aparılmış tədqiqatlar nəticəsində tektonik hərəkətlərin və maqmatizmin morfostrukturların formalaşdırılmasında rolu araşdırılmış, onların genetik və taksonomik təsnifatları işlənilmiş və müxtəlif miqyaslı xəritələri tərtib edilmişdir. Faydalı qazıntı yataqlarının morfostrukturlarla qanunauyğun əlaqəsi əsasında onların axtarışı üçün perspektivli sahələr ayrılmış və bu məqsədlə proqnoz xəritəsi tərtib edilmişdir (H.A.Xəlilov).
Paleogeomorfoloji tədqiqatlar nəticəsində respublika ərazisinin relyefinin Neogen-Dördüncü dövrdə təşəkkül tapması ilə yanaşı onun bünövrəsinin mezozoy erasında qoyulduğu müəyyən edilmişdir (H.A.Xəlilov). Bu sahədə aparılan tədqiqatlar N.Ş.Şirinov, X.K.Tanrıverdiyev, H.A.Xəlilov, A.S.Səfərov, V.D.Hacıyevin elmi hesabatalarında və monoqrafik əsərlərində əksini tapmışdır.
Son illərdə Azərbaycanda geomorfoloji tədqiqatlar plitələrin qlobal tektonikası konsepsiyası zəminində və əsasən də ekoloji istiqamətdə aparılır və bu sahədə mühüm nailiyyətlər əldə edilmişdir.

 

 "YER VƏ İNSAN" jurnalı

№/05/NOYABR-DEKABR/2015


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM