İsmayılova Tünzalə
AMEA Akademik Həsən Əliyev adına
Coğrafiya İnstitutu kiçik elmi işçi
Ağazadə Aygün
AMEA akad.H.Əliyev adına
Coğrafiya İnstitutu elmi işçi
Azərbaycanda coğrafiya elminin inkişa-fında, xüsusilə müasir ekocoğrafi problemlərin həlli sahəsində akademik Həsən Əliyevin əvəzsiz xidmətləri olmuşdur.
Onun elmi-ictimai yaradıcılıq fəaliyyəti olduqca geniş və çoxsahəlidir. O, görkəmli təbiətşünas və coğrafiyaçı, eyni zamanda böyük torpaqşünas və ekoloq alim kimi tanınırdı. Yarım əsrdən artıq elmi yaradıcılıq fəaliyyəti Azərbaycanda müasir təbiət-şünaslıq, torpaqşünaslıq elminin təşəkkül və inkişafında mühüm rol oynamışdır.
Keçən əsrin 30-cu illərində respublikamızın iqtisadiyyatının təməli qoyulduğu bir vaxt-larda xüsusilə kənd təsərrüfatının yenidən qurulması, təbii sərvətlərin, o cümlədən torpaq ehtiyatlarının qeydə alınmasını və onların aqrar potensial imkanlarının öyrənilməsini tələb edirdi. Torpaqla bağlı həm elmi-nəzəri, həm də təsərrüfat məsələlərinin həlli qarşıya qoyulmuşdur. H.Əliyevin torpaqşünas alim kimi fəaliyyətə başlaması bilavasitə bu kimi milli aqrar məsələlərin həlli ilə bağlı idi. Ona görə onun həm bir vətəndaş, həm də mütəxəsis alim kimi yaradıcılığı ekocoğrafi problemlərin həllində mühüm rol oynamışdır.
O zamanlar respublikamızda dağətəyi rayonlarda, xüsusən Böyük Qafqaz silsiləsinin ətəklərində yeni meyvə bağlarının salınması məqsədilə əlverişli torpaq sahələrinin ayrılması aktuallığı böyük əhəmiyyət kəsb edirdi. Bununla əlaqədar ilk dəfə olaraq Həsən Əliyev Pirsaatçay, Ağsuçay və Girdimançay hövzələrində böyük miqyaslı torpaq tədqiqatları apardı. Bir müddət sonra, yəni 1940-cı illərdə bu tədqiqatlar “Pirsaatçay hövzəsinin orta və aşağı axarlarının torpaq şəraiti və ondan istifadəyə dair”, “Ağsuçay və Girdimançay dərələrinin torpaqları meyvə bağlarının genişləndirilməsi fondu kimi” və “Böyük Qafqazın cənub-şərq yamacı çaylarının (Pirsaatçay, Ağsuçay, Girdimançay) aşağı hissələrinin torpaqları” və digər əsərlərində öz bəhrəsini verdi. Həmin tədqiqatlarların nəticəsi onun bütün gələcək elmi fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirdi.
Bütün bu illərdə ciddi milli-ictimai və pedaqoji fəaliyyətlə məşğul olmasına baxmayaraq Həsən Əliyev böyük elmi-təcrübi potensialından da səmərəli istifadə etmiş, tədqiqatlarını təcrübi cəhətdən uğurla davam etdirmişdir. Torpaqşünaslıq elminin elmi-nəzəri və praktiki problemlərini incəliklərinə kimi bilən alim, həmişə torpaq coğrafiyasını torpaqşünaslığın ən mühüm sahəsi kimi qiymətləndirirdi. “Ayrı-ayrı relyef elementlərinə görə torpaq örtüyünün səciyyəsi” məqaləsində əslində Azərbaycanda bu elmi istiqamətin əsasını qoydu.
Onun hərtərəfli elmi fəaliyyət dairəsinə torpaqşünaslıq elminin nəzəriyyəsi, torpaq coğrafiyası, ekologiya, botanika, biocoğrafiya, meşəşünaslıq, meşə meliorasiyası, təbii ehtiyatların mühafizəsi və onlardan səmərəli istifadə kimi problemlər və həlli metodları daxil idi. Hələ 1949-1952-ci illərdə onun rəhbərliyi ilə səkkiz cildlik “Azərbaycanın florası” kitabının hazırlanıb nəşrə verilməsi alimin elmi marağının genişliyindən xəbər verirdi. Bununla belə onun çoxsahəli elmi fəaliyyətində ən çox torpaqşünaslıq və ona yaxın təbiətşünaslıq sahələri üstünlük təşkil edirdi.
Coğrafiya İnstitutuna rəhbərlik etdiyi illərdə meşə torpaqlarının coğrafiyasına dair kompleks – ekoloji tədqiqatlara və xüsusilə meşəçilik elminin inkişafına xüsusi fikir verirdi. Azərbaycanda 40 min hektardan artıq meşə altından çıxmış torpaqlardan daha səmərəli istifadə etməyin yollarını müəyyənləşdirmişdir. İlk dəfə quru dağ yamaclarında az istifadəli torpaqlarda, qurumeliorasiya və fitomeliorasiya metodlarının həyata keçirilməsinin təcrübi yollarını araşdırmış və gərəkli tövsiyələr vermişdir.
Azərbaycanın təbiətinin qorunması və bərpası haqqında ilk həyəcan təbilini çalan bilavasitə akademik H.Ə.Əliyev olmuşdur. Həmin kitabında akademik yazmışdır: «Torpaq dilə gəlib şikayətləndi. Kimdən? Özünün “süd verib, bəslədiyi” insanlardan, sinəsinə yara vuranlardan, gözlərinə zəhər tozu üfürənlərdən. Mən isə torpağın övladlarından birisi kimi haray saldım... dedim ki, qoy səsimi hamı eşitsin. “Həyəcan təbilini”ni insanların qulağının dibindən asmaq lazımdır». Elmdə də, həyatda da Həsən Əliyev şəxsiyyəti ömürlük təbiətin ən böyük mühəndis keşikçisi olaraq qalmışdır.
Uzun illərdən bəri keçmiş sovet məkanında respublikamızın yeraltı və yerüstü sərvətləri intensiv istismar olunurdu, lakin onun qorunmasına və bərpasına diqqət olduqca zəif idi. Yaranmış bu boşluqların doldurulmasında, problemlərin elmi əsaslarla hərtərəfli öyrənilməsində 1969-cu ildə Azərbaycan EA Coğrafiya İnstitutunda, bilavasitə akademik H.Ə.Əliyevin təşəbbüsü ilə müstəqil «Təbiəti mühafizə şöbəsi»nin yaradılması mühüm rol oynamışdır. Bunun sayəsində ölkəmizdə ətraf mühitin mühafizəsi və problemlərin həlli ilə bağlı elmi-tədqiqat işlərinin miqyası genişləndi. O cümlədən dağ-mədən rayonlarında pozulmuş torpaqların rekultivasiyası, pozulmuş meşə sahələrinin bərpası, meşə ziyanvericilərinə qarşı bioloji mübarizə üsulları, sənaye, nəqliyyat və kənd təsərrüfatı sahələrinin yenidən təşkili və tətbiqi məqsədilə yeni xəritə sxemlər və layihələr hazırlandı. Meşələrin bərpası işlərində yerli ağac növləri seçildi. H.Ə.Əliyevin rəhbərliyi ilə Qarayazıdan başlamış Xəzər dənizinədək Kürboyu uzanan Tuqay meşələrinin mühafizəsi və bərpasının yeni variantları işlənildi. Meşəçilik sahəsində əldə olunan yeni elmi metodların və təcrübələrin nəticələrindən Qarayazı, İsmayıllı və Hirkan (Lənkəran) dövlət qoruqlarının bərpasında və inkişafında geniş istifadə edildi. «Böyük Qafqazın şimal-şərq hissəsinin meşə və meşə-bozqır torpaqları» (1964), «Qəhvəyi meşə torpaqları» (1965), monoqrafiyalarında nəşr olunmuş yeni elmi-metodoloji fikirlərin böyük təcrübi əhəmiyyəti oldu.
Akademik Həsən Əliyev həddindən artıq təbiətə vurğun alim idi. O dünyanın bir çox ölkələrində olmuş, konfranslarda, seminarlarda iştirak etmiş eyni zamanda bu ölkələrin təbiəti ilə Azərbaycanın meşələrini, ekologiyasını müqayisə etmişdir. Həmçinin Azərbaycanın torpaqlarını qarış-qarış gəzib, tədqiqat aparıb və öz təcrübəsinə əsaslanaraq meşələrin məhsuldarlığını artırmaq, onların sahəsini genişləndirmək, meşə bitkiləri ilə torpaq örtüyü arasındakı əlaqələrin coğrafi asılılıqlarını dərindən öyrənmişdir. Xarici ölkələrdəki təcrübə nümunələrini müqayisə edərək vətənimizə gətirmişdir. Məsələn Almanlar meşələrə çox mənalı və müasir səslənən ad veriblər: “Yaşıl ciyər”. Yaşıllıq insan sağlamlığına çörək qədər lazımdır. Həm də çörəksiz insan məhv olduğu halda, yaşıllıqsız, meşəsiz təkcə insanlar deyil, bütün canlılar da yaşaya bilməz. Almanların meşələrə olan bu qayğı və məhəbbətini qəbul edərək, onların yaşıllıqlar səltənətinə təkrar-təkrar səyahət edib, oradakı səliqə və təmizliyə heyran olduğunu dəfələrlə yazmışdır. Akademik H.Ə.Əliyev müqayisə edərək çox təssüflə qeyd edir ki, Almaniyanın sahəsi Azərbaycanın ərazisindən bir az böyükdür. Ancaq orada müxtəlif heyvanlar, maral, cüyür, qaban, dağ keçisi sürü ilə gəzdiyi halda bizim meşələrdə bunlar barmaqla sayılır. Bunun səbəbini birinci növbədə, özümüzdən soruşmalıyıq və vətənə, təbiətə məhəbbəti axtarmalıyıq.
Azərbaycanın təbiəti olduqca rəngarəngdir, torpaqlarının keyfiyyəti və məhsuldarlığı boldur. Lakin onların hələlik ekoloji şəraitdə inkişafı və məhsuldarlığı fərqlidir. Buna görə də torpaqların coğrafiyası ilə yanaşı, onların geokimyəvi və biokimyəvi tərkibini, makro və mikroelementlərin mübadiləsi və paylanmasını da kompleks stasionar aspektdə tədqiq etmək lazımdır. Ona görə akad. H.Əliyev tövsiyə etmişdir ki, torpaqların coğrafi inkişaf qanunauyğunluqlarını və zonallıq prinsiplərini yaxşı tədqiq etməliyik.
Azərbaycanda onun sayəsində subtropik və xüsusən üzümçülük məqsədləri üçün yeni torpaq ehtiyatları fondu müəyyən olunmuşdur. Dövlət sahə qoruyucu meşə zolaqlarının layihəsinin hazırlanması məqsədilə davamlı olaraq Gəncə, Ceyrançöl zolağı və Qazan göl massivlərində torpaq tədqiqatları aparılmışdır. Bu məqsədlə meşə-kol bitkilərinin inkişafı üçün tətbiqi ekoloji xəritə materialları tərtib olunmuşdur. Xüsusilə quru və dik yamaclarda terrasların salınması məsələsi böyük dövlət əhəmiyyəti daşıyırdı. Böyük və Kiçik Qafqazın yamaclarında, Talış meşə massivlərində torpaq-ekoloji tədqiqatların metodoloji-kompleks yanaşmaları gündən-günə stasionar müşahidələrlə əvəz olunurdu.
Bu dövrdə aparılan torpaq tədqiqatları artıq göstərdi ki, Azərbaycan ərazisinin xeyli hissəsində səthi yuyulma və külək eroziyası güclənmişdir. Ona görə də hələ 1945-ci ildən başlayaraq onun təşəbbüsilə Azərbaycanda torpaq eroziyasını öyrənmək məqsədilə müntəzəm elmi tədqiqatlar aparılmışdır. İlk mərhələdə respublikada torpaq eroziyasının coğrafi xəritəsi tərtib edildi. Eroziyanın coğrafi yayılması, tipləri, eroziya törədici amillərin xarakteri, ayrı-ayrı sahələrin eroziyaya davamlığı, eroziyaya məruz qalmış torpaq sahələri xəritədə öz əksini tapdı. Eroziya ilə mübarizə üçün yeni aqrotexniki, meşə-meliorativ tədbirlər proqramı işlənildi.
Həsən Əliyev müasir Azərbaycan torpaqşünaslıq elminin yaradıcılarından və banilərindən biridir. Həsən Əliyev tərəfindən Azərbaycanın müxtəlif torpaq xəritələri tərtib edilmiş, torpaq örtüyünün coğrafi zonallıq qanunauyğunluğu müəyyənləşdirilmişdir. Yəni Azərbaycanda meşə torpaqların zonallıq prinsipi haqqında ilk elmi fikir söyləmişdir.
Hazırda onun fikirləri əsasında müasir dövrün ən aktual problemlərindən biri olan təbiətin mühafizə məsələsi üzrə respublikamızda çoxlu ekocoğrafi işlər görülür, sanballı elmi-tədqiqat işləri aparılır.
Həsən Əliyev müasir təbiətşünaslıq və ekocoğrafiya elminin bir çox sahələri üzrə çoxlu tədqiqatlar aparmış, yüzlərlə elmi əsərlərin və yeni təbiət abidələrinin müəllifi olmuşdur. Xüsusilə son dövrlərdə təbiətin qorunması məsələsinin ən ağrılı problem kimi “Həyəcan təbili” (1976) əsərini yazdı. O, Azərbaycanda təbiətin kəskin deqrodasiyaya uğramasının səbəblərini və onun qarşısının alınmasına böyük sosial-ictimai və milli vətənpərvərlik qayğısının olmasını göstərdi.
Akademik Həsən Əliyevin vaxtı ilə qaldırdığı milli ekocoğrafi problemlər, bu gün də aktualdır. Onun həyəcan təbili harayı indi də vətənini sevən hər bir kəsin qulağında daim səslənir, doğma ana təbiətin harayına qoşulur.
Ədəbiyyat:
1. H.Ə.Əliyev. X.H.Həsənov Meşələrin torpaq proseslərinə təsiri-Bakı 1973.
2. H.Ə.Əliyev. N.H.Axundov Meşə sərvətdir-“Elm” 1982.
3. H.Ə.Əliyev Həyacan Təbili-B., “Elm”2007.
"YER VƏ İNSAN" jurnalı
№/05/NOYABR-DEKABR/2015
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM