Rəqsanə Cəfərova,
Gəncə Dövlət Universitetinin doktorantı
Azərbaycan Respublikası öz müstəqilliyinin elə ilk illərindəncə dünya dövlətləri ilə, həmçinin, postsovet ölkələri ilə hərtərəfli əlaqələrin qurulmasını xarici siyasi və iqtisadi fəaliyyətinin ana xətti kimi müəyyənləşdirmişdir. Ötən əsrin 80-ci ilərinin sonlarından başlayaraq Ermənistanın işğalçılıq siyasətinin nəticəsində həllini günümüzə qədər tapmayan münaqişəyə cəlb olunmuş Azərbaycan üçün xarici siyasi və iqtisadi əlaqələrin genişlənləndirilməsi xüsusi əhəmiyyət kəsb edirdi. Bunun əhəmiyyətini əsaslandıran professor Əli Həsənov da qeyd edir ki, Ermənistanın təcavüzü və işğalıçılıq siyasəti Azərbaycan diplomatiyasının qarşısında olduqca ciddi vəzifələr qoymuşdur. Erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, Dağlıq Qarabağda millətçi separatizmin qarşısının alınması, həmçinin, Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkəmizə dəyən ciddi zərərlərin dəf olunması dünya dövlətləri ilə səmərəli siyasi və iqtisadi inteqrasiyaya girmək zərurətini, qarşılıqlı faydalı əməkdaşlıq quraraq inkişaf etdirilməsini tələb edirdi. [3, s.212] Təbii ki, postsovet məkanın çərçivəsindı konstruk əməkdaşlığın qurulması və inkişaf etdirilməsi də müstəqilliyinə yeni qovuşmuşAzərbaycanın təhlükəsizlik və inkişaf maraqlarına tam cavab verirdi. İstər düyanın ayrı-ayrı ölkələri ilə, istərsədə postsovet ölkələri ki, perspektivli əlaqələrin qurulması ölkənin həm iqtisadi, siyasi inkişafının, həm də ərazi bütövlüyünün təmin edilməsi üçün bütün zəruri addımların atılması üçün geniş areal açardı. Beynəlxalq əməkdaşlığın möhkəm təməllər üzərində qurulması və ona dinamik inkişaf xarakterinin verilməsi Azərbaycanın zəngin enerji və digər resurslarının ölkənin müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsində, erməni işğalının nəticələrinin aradan qaldırılması istiqamətində səmərəli istifadə olunmasının vacib şərti kimi qəbul oluna bilərdi.
Ümummilli lider Heydər Əliyevin birbaşa nəzarəti altında hazırlanmış Azərbaycan Respublikasının xarici siyasətinin prinsipləri içərisində dünya dövlətləri ilə konstruktiv, bərabərhüquqlu əməkdaşlıq münasibətlərinin qurulması məsələsi önə çəkilir. Məhz belə prinsipə söykənərək xarici siyasi fəaliyyətin reallaşdırılmasına başlandıqdan sonra Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edən dünya dövlətlərinin sayı dinamik artmışdır.
Beləliklə, yuxarıda nəzərdən keçirdiyimiz məqamlardan da göründüyü kimi, Azərbaycan beynəlxalq əməkdaşlıqda iştirakı zamanı çoxistiqamətli hədəflərə çatmağı diqqət mərkəzində saxlayır. Müvafiq olaraq, həmçinin, postsovet ölkələri ilə konstruktiv, qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olan və bu istiqamətdə bir çox hallarda təşəbbüskar rolunda çıxış edən Azərbaycan dövləti əməkdaşlığın siyasi-iqtisadi məsələlərdən tutmuş, təhlükəsizlik məsələlərindək kompleks istiqamətlər üçün səmərəli olmasına çalışır. Postsovet ölkələri arasında Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq özünün xüsusi xarakteri, ən əsası isə, davamlı inkişafa meylli olması ilə seçilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin sentyabrında Belarusun Azərbaycana təyin edilmiş yeni səfirni qəbul edən zaman Belarus-Azərbaycan əlaqələrinin və münasibətlərinin yüksək səviyyəsini xüsusi olaraq diqqətə çatdırmışdır. Belə ki, Azəbaycan Prezidenti qeyd etmişdir ki, Belarus MBD məkanında və bütün dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir.[11] Ölkə Prezidenti səviyyəsində iki ölkə arasındakı münasibətlərin səviyyəsinin belə yüksək qiymətləndirilməsi obyektiv əsaslara söykənir. Həqiqətən Belarus və Azərbaycan Respublikaları demək olar ki, bütün sahələrdə-siyasi, iqtisadi, mədəni, enerji, hərbi-qarşılıqlı səmərəli əməkdaşlıq qura bilmişlər. Tərəfləq arasında əməkdaşlığın konstruktivliyini təmin edən mühüm məqamlardan biri də ondan ibarətdir ki, hər iki tərəf əməkdaşlığın yeni-yeni trendlərinin axtarışındadırlar. İstər ənənəvi, istərsə də, yeni əməkdaşlıq sahələrində qarşılıqlı səmərəliliyə nail olmaq üçün tərəflər konstruktiv təşəbbüslərlə çıxış edirlər. Təbii ki, bu da Belarus-Azərbaycan münasibətlərində ümumilikdə pozitiv tendensiyanın saxlanılımasını şərtləndirir. Məsələn Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycan Belarus dostluq və əməkdaşlıq cəmiyyəti yaradılmışdır. Cəmiyyətin iki respublika arasında əlaqələrin sıxlaşdırılması istiqamətində məhsuldar fəaliyyəti xalq diplomatiyasına ən yaxşı nümunə kimi nəzərdən keçirilə bilər. Cəmiyyətin Belarus Azərbaycan əlaqələrinin daha da pozitiv obraz almasına töhfə verən otuzdan artıq layihəni reallaşdırması qeyd etdiklərimizin əyani sübutudur. Azərbaycan Belarus dostluq və əməkdaşlıq cəmiyyətinin həyata keçirdiyi ən önəmli layihələrdən biri isə Bakı Slavyan Universiteti nəzdində 2010-cu ildə Belarus dili və mədəniyyəti mərkəzinin açılışından ibarət olmuşdur.[9] Mərkəzin açılışında Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun da iştirak etməsi onun iki ölkələ arasında əlaqələrin möhkəmləndirilməsində inkişaf etdirilməsində əhəmiyyətli rolundan xəbər verirdi. Qeyd edək ki, analoji olaraq M. Tank adına Belarus pedaqoji universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi yaradılmışdır. Haqqında qeyd etdiyimiz cəmiyyət Belarus-Azərbaycan əlaqələrinə həsr olunmuş müxtəlif dərgilərin işıq üzü görməsi istiqamətində önəmli addımlar atmışdır. Bir sözlə, Belarusla Azərbaycan arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi həm rəsmi dövlət hakimiyyəti orqanları səviyyəsində, həm də ictimaiyyətin nüfuzlu nümayəndələrinin təmsil olunduğu xalq diplomatiyası səviyyəsində diqqət mrəkəzindədir. Qeyd etdiyimiz bu məqam Belarus-Azərbaycan əlaqələrinin xarakteri və inkişaf səviyyəsi haqqında ilkin, dolğun təsəvvürləri formalaşdırır. Belə ki, nəzərdən keçirdiyimiz məqam ondan xəbər verir ki, Azərbaycanla Belarus arasında əlaqələr həyata fəaliyyətinin ən müxtəlif sahələrini əhatə edir. Digər tərəfdən də iki ölkə arasında əlaqələrin daha da sıxlaşdırılması üçün tərəflər iradə nümayiş etdirirlər və təşəbbüslərlə çıxış edirlər. Həqiqətən də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının qeyd etdiyi kimi, Azərbaycan-Belarus münasibətləri öz xarakterinə və inkişaf səviyyəsinə görə Azərbaycanla digər aktorlar arasındakı münasibətlərdən nəzərə çarpacaq dərəcədə fərqlənir.
Müasir mərhələdə Belarus-Azərbaycan əlaqələrinin intensivlik səviyyəsi də qeyd etdiyimizi sübut edir. Hər şeydən öncə qeyd edək ki, iki ölkə arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etməsində və hazırkı yüksək səviyyəsinə çatmasında konkret amilin təsiri olmuşdur. Məhz bu amilin təsiri sayəsində Belarus-Azərbaycan əlaqələri həm öz dinamikliyi, həm də səciyyəvi xarakteri ilə seçilirdi. Səciyyəvi xarakter dedikdə, Belarus-Azərbaycan əlaqələrində daim nəzərə çarpan inkişaf xəttinin mövcudluğu nəzərdə tutulur. Haqqında qeyd etdiyimiz amil rolunda həm Belarus Respublikasının, həm də Azərbaycan Respublikasının Prezidentinin siyasi iradələri çıxış etmişdir. Təbii ki, hazırkı dövrdə Belarus-Azərbaycan əlaqələri öz dinamik inkişafında ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş etibarlı bünövrəyə söykənir. Məhz Heydər Əliyev yeni müstəqil olmuş respublikalar arasında qarşılıqlı etibar və qarşılıqlı yardım mühitinin formalaşmasında həlledici addımlar atmışdır. Bildiyimiz kimi, SSRİ-nin süqutunda sonrakı ilk illərdə həm Azərbaycanda, həm də Belarusda ciddi daxili problemlər mövcud idi. Ölkənin yeni qazanılmış müstəqilliyinin, dövlətçiliyinin möhkəmləndirilməsi üçün belə qarşılıqlı yardımlar həyati vacib əhəmiyyət kəsb edirdi. Bundan başqa, həm də Azərbaycan özünün xarici siyasətinin prinsiplərinə və prioritetlərinə uyğun olaraq dünya dövlətləri ilə konstruktiv əlaqələrin möhkəmləndirilməsində maraqlı idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Heydər Əliyev tərəfindən qoyulmuş fundamental prinsiplərə söykənərək Belarus Respublikası ilə hərtərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində böyük siyasi iradə nümayiş etdirmişdir və bu, günümüzdə də müşahidə olunmaqdadır. Məhz belə siyasi iradənin nəticəsidir ki, bu gün Belarus-Azərbaycan münasibətləri özünün formalaşması mərhələsini çoxdan keçmişdir. Belarus Respublikasının Xarici İşlər Nazirinin birinci müavini Aleksandr Mixnevitsin sözləri ifadə etmiş olsaq, Belarus-Azərbaycan əlaqələri uzunmüddətli qarşılıqlı səmərəli əməkdaşlıq mərhələsinə qədəm qoymuşdur. Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq ən müxtəlif fəaliyyət sahələrini əhatə edərək əhəmiyyətli dərəcədə genişlənmişdir. Bu da öz növbəsində sərmayə layihələrinin sayının əhəmiyyətli dərəcədə artmasını şərtləndirmişdir. Belə ki, iki ölkə arasında artıq səksəndən artıq beynəlxalq müqavilənin mövcudluğunu qeyd edə bilərik. Aleksandr Mixnevits Azərbaycan-Belarus əlaqələrinin qurulmasının 20 illiyi münasibəti ilə verdiyi müsahibəsində vurğulamışdır ki, Belarus-Azərbaycan ikitərəfli əməkdaşlığının perspektivləri kimi sadə mal dövriyyəsi çərçivəsindən kənara çıxacaq layihələr nəzərdən keçirilə bilər. Diplomat belə layihələr dedikdə, birgə istehsal sahələrinin yaradılmasını, müştərək sərmayə layihələrinin reallaşdırılmasını, təhsil, səhiyyə, tikinti sahələrində əməkdaşlığın intensivləşdirilməsini və s. nəzərdə tuturdu.[6]
Beləliklə, Belarus-Azərbaycan əlaqələrinin formalaşmasının və inkişafının müasir tarixinə diqqət yetirərək, qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin iyununda “Diplomatik münasibətlərin qurulması haqqında” protokolun imzlanması ilə qurulmuşdur. Elə həmin ilin sentyabrında Azərbaycanın Moldova və Ukraynadakı səfiri etimadnaməsini həm də Belarus Respublikasının prezidenti A. Lukaşenkoya təqdim etdmişdir. Bununla da Belarus-Azərbaycan diplomatik əlaqələrinə start verilmişdir. Lakin qeyd edək ki, 2002-ci ilədək Azərbaycan Respublikasının səfirliyinin Belarusda ofisi mövcud olmamışdır. Laynız 2002-ci ilin noyabr ayının 22-də Azərbaycan Respublikasının Belarus Respublikasında səfirliyinin ofisi fəaliyyətə başlamışdır.[8, s.102] Azərbaycan Respublikasının Belarus Respublikasında səfirliyinin fəaliyyətə başlamasından sonra iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu vurğulamaq üçün ciddi əsaslar vardır. Həm Belarus Respublikasının, həm də Azərbaycan Respublikasının dinamik inkişafı münasibətlərin inkişafına ciddi impuls vermişdir. Belə ki, ölkələrin iqtisadi potensiallarının yüksəlməsi iqtisadiyyatın müxətli sahələrində əməkdşlığın genişləndirilməsi üçün zəmin yaratmış oldu. Təbii ki, iqtisadi sahədə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi siyasi münasibətlərin inkişafı fonunda mümkün idi. Artıq qeyd etdiyimiz kimi, Belarus-Azərbaycan əlaqələrinin qurulmasında və möhkəmləndirilməsində Heydər Əliyevin müstəsna rolu olmuşdur. Heydər Əliyev Belarus-Azərbaycan əlaqələrinin qurulmasının və inkişaf etdirilməsinin vacibliyini həmişə qeyd etmişdir və bu istiqamətdə səylərini əsirgəməmişdir. Heydər Əliyev 1998-ci ilin mayında Belarus Respublikasından olan rəsmi nümayəndə ilə görüşü zamanı səsləndirdiyi fikirlər iki ölkə arasında qarşılıqlı etimadın kifayət qədər böyük olduğuna bir işarə idi. Belə ki, Heydər Əliyev qeyd etmişdir: “Biz Belarusun suverenliyinə və dövlət müstəqilliyinə hörmət edirik həmçinin, öz müstəqilliyinin möhkəmləndirilməsi, sərhədlərinin toxunulmazlığı istiqamətində həyata kieçirdiyi tədbirlərə də hörmətlə yanaşırıq. Biz Belarusun da Azərbaycana eyni hisslərlə yanaşdığına görə təşəkkür edirik”.[4] Qeyd edək ki, Azərbaycan və Belarus arasında sıx əlaqələrə meylliliyin həmişə müşahidə olunmasına baxmayaraq, tərəflar arasında təmaslar bəzən sistemsiz xarakter daşıyırdı. Müşahidələr göstərir ki, SSRİ-nin süqutundan sonra Azərbaycanla Rusiya və Ukrayna arasında əlaqələrin sıxlaşdırılmasında daha böyük dinamiklik hiss olunurdu. Ümumiyyətlə isə, hesab etmək olar ki, postsovet ölkələri arasında Rusiya, Ukrayna və Belarusla qarşılıqlı faydalı əməkdaşlığın qurulmasının və inkişaf etdirilməsinin vacibliyi eyni ciddiliklə nəzərdə saxlanılırdı. Belarusla Azərbaycan arasında tam diplomatik təmasların qurulmasına nisbətən gec başlanılmasına baxmayaraq, tərəflər arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində müəyyən addımlar atılırdı. Belə ki, tərəflər arasında tam diplomatik əlaqələrin qurulmasınadək də müəyyən görüşlər, müzakirələr keçirilmişdir ki, bu da gələcək münasibətlər üçün yaxşı əsas hazırlamışdır. Ötən əsrin 90-cı illərində Belarus nümayəndələri və Azərbaycan nümayəndələri arasında təmaslar əsasən müxtəlif beynəlxalq sammitlər çərçivəsində baş tuturdu. Artıq 2000-ci illərin əvvəllərindən başlayaraq tərəflər arassında real əməkdaşlığın qurulmasının ilkin əlamətləri müşahidə olunurdu. Belə ki, 2001-ci ilin avqust ayında Belarus Respublikasının baş naziri V. Yermoşinin rəhbərliyi altında nümayəndə heyəti Azərbayna səfər etmişdir. Nümayəndə heyətinin səfərindən sonra Belarus-Azərbaycan əlaqələrində ciddi pozitiv dəyişikliklər baş verdi. Belə ki, Heydər Əliyev tərəfindən qəbul olunmuş nümayəndə heyəti ilə görüş zamanı Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında gələk əməkdaşlığın trendləri ətrafında, xüsusilə də ticari-iqtisadi əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur. Bu səfərin və görüşün mühüm əhəmiyyəti həm də onda idi ki, Azərbaycanın Belarus Respublikasında səfirliyinin açılması və Azərbaycan-Belarus birgə iqtisadi komissiyasının yaradılması məsələləri müzakirə olunmuşdur. Belarus Respublikasının Azərbaycana səfəri zamanı ölkər arasında gələcək iqtisadi əməkdaşlığın dəqiq konturları da müəyyənləşdi. Belə ki, nümayəndə heyəti bir sıra Azərbaycan mallarının alınmasında Belarus Respublikasının maraqlı olduğunu nəzərdə çatdırmışlar. Həmçinin, Belarusun Azərbaycana kənd təsərrüfatı, yüngül sənaye texnikalarını ixracı imkanları müzakirə olunmuşdur. Görüş zamanı müzakirələr əsnasında məlum olmuşdur ki, Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında neft-kimya sənayesi sahəsində də qarşılıqlı faydalı əməkdaşlıq üçün real imkanlar mövcuddur.[8, s.103] Göründüyü kimi, tərəflər arasındakı sonrakı əməkdaşlıq üçün olduqca mühüm əhəmiyyət kəsb edən bu görüş gələcək əməkdaşlığın çoxşasəliliyi və perspektivliliyi haqqında aydın təsəvvürlər yatamış oldu. Məhz bunun ardınca artıq qeyd etdiyimiz kimi, 2002-ci ildə Belarusda Azərbaycan Respublikasının səfirliyinin ofisi açılmışdır. 2004-cü ilin 31 mart-1 aprel tarixində Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadənin Belarus Respublikasına səfəri olmuşdur. Azərbaycan Baş nazirinin Belarus Respublikasına bu rəsmi səfəri gedişində tərəflər arasında Azərbaycan-Belarus qarşılıqlı əməkdaşlığının dinamik inkişafını şərtləndirəcək bir sıra mühüm məsələlər ətrafında müzakirələr aparılmışdır.
2006-cı ildə isə sinxiron olaraq Belarusda və Azərbaycanda səfirlik səviyyəsində diplomatik nümayəndəliklər açılmışdır. Belə ki, 2006-cı ilin fevral ayında Belarus Respublikasının Azərbaycan Respublikasında, avqust ayında isə, Azərbaycan Respublikasının Belarus Respublikasında səfirlikləri açılmışdır.[10]
Bu baxımdan, məhz 2006-cı ili tərəflər arasındakı münasibətlərdə dönüş ili kimi nəzərdən keçirmək mümkündür. 2006-cı ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasına ilk rəsmi səfərinin baş tutması da münasibətlərdə ciddi irəliləyişdən xəbər verirdi. Azərbaycan Respublikasının dövlət başçısı səviyyəsində reallaşdırılmış bu səfərin başlıca əhəmiyyəti tərəflər arasında ali səviyyədə intensiv dialoqa start verilməsində idi. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə baş tutmuş səfərinə cavab olaraq 2007-ci ilin mayında Belarus Respublikasının Prezidenti A. Lukaşenkonun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə ilk dəfə olaraq rəsmi səfər etmişdir.[5, s.48] Ali səviyyədə belə qarşılıqlı səfərlər əməkdaşlığın sonrakı inkişafı və təmasların sıxlaşdırılması üçün ciddi təkan rolunu oynamışdır. Hesab edirik ki, MDB ölkələri içərisində Azərbaycanın Rusiyadan sonra ən sıx təmaslar qurduğu ölkə Belarusdur. Bunu intensivliyi ilə seçilən ali səviyyəli rəsmi səfərlər və görüşlər təsdiq edir. Belə ki, 2006-2007-cillərdə baş tutmuş qarşılıqlı rəsmi sərəflərdən qısa zaman keçmiş, yəni, 2009-2010-cu illərdə yeni ali səviyyəli səfər mübadiləsi baş tutmuşdur. Belə ki, 2009-cu ilin noyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasına rəsmi səfər etmişdir. Səfər zamanı ölkələr arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur. Hər iki ölkənin prezidenti tərəflər arasındakı əməkdaşlığın səviyyəsindən razı olduqlarını bildirmişlər.[7]
2010-cu ilin iyununda Azərbaycan Respublikasında növbəti dəfə rəsmi səfərdə olan Belarus Respublikasının Prezidenti ilə Azərbaycan Respublikasının Prezidenti arasında baş tutan görüş və müzakirələr münasibətlərin gələcək daha dinamik inkişafı üçün yeni, həlledici təkan oldu. Bu sərəf zamanı ən əlamətdar hadisə “Azərbaycan Respublikasının Prezidenti və Belarus Respublikasının Prezidentinin Birgə Bəyannaməsinin” imzalanması oldu.[2] Bundan başqa, Bakı Slavyan Universiteti bazasında Belarus dili və mədəniyyəti mərkəzinin açılışını da Belarus-Azərbaycan əlaqələrinin inkişafının yüksək səviyyəsinin göstəricisi kimi nəzərdən keçirmək mümkündür.
2012-ci ilin avqustunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasına növbəti, üçüncü rəsmi səfəri olmuşdur. Bu, artıq ondan xəbər verirdi ki, Azərbaycan və Belarus Respublikaları arasında prezidentlər səviyyəsində səfərlərin baş tutması, görüşlərin keçirilməsi əməkdaşlığın inkişaf etdirilməsinin pozitiv bir ənənəsinə çevrilmişdir. Belarus-Azərbaycan əlaqələrinin səxiyyəvi xarakterini şərtləndirən məqam da əlaqələrin dinamik inkişaf etdirilməsi məsələsinin prezidentlər səviyyəsində nəzarətdə saxlanılmasından ibarətdir. Azərbaycan Prezidentinin Belarus Respublikasına sonuncu rəsmi səfəri zamanı Prezident İlham Əliyevin Belarus-Azərbaycan əlaqələrinin yüksək inkişaf səviyyəsinə işarə edərək qeyd etmişdir: “Münasibətlərimiz çox yüksək səviyyəli dinamikliyi, konkretliyi, aydınlığı ilə fərqlənir. Ən başlıcası odur ki, qəbul edilən qərarların həyata keçirilməsi mexanizmi yüksək keyfiyyətə çatdırılıb. Razılaşdığımız bütün məsələlərin nəticəsini konkret işlərdə görürük. Yeni mövcud istehsal sahələri inkişaf etdirilir, yeni təşəbbüslər, ideyalar irəli sürülür və qarşılıqlı əməkdaşlıq sahələri tədricən genişlənir”.[2]
Beləliklə, Belarus-Azərbaycan əlaqələrinin formalaşması və inkişaf tendensiyalarının təhlili nəticəsində belə qənaətə gəlirik ki, SSRİ-nin süqutundan sonra öz müstəqilliklərinə qovuşmuş Belarus və Azərbaycan Respublikarı öz münasibətlərini yeni geosiyasi və geoiqtisadi reallıqlar fonunda qurmalı olmuşlar. Ötən əsrin 90-cı illərində müəyyən siyasi, iqtisadi təmasların əlamətləri müşahidə olunsa da, yüksək səviyyəli əlaqələrdən danışmaq üçün əsas yox idi. Yalnız 2001-ci ildən başlayaraq, Belarus Respublikasının Baş nazirinin Azərbaycana səfərindən sonra münasibətlərdə dönüş müşahidə olunmağa başlamışdır. Ümumiyyətdə apardığımız araşdırmalar göstərir ki, 2001-2012 illər arasındakı zaman kəsiyində Qarşılıqlı olaraq Azərbaycan və Belarusun biri-birilərinin xarici siyasətlərindəki rolu köklü şəkildə dəyişmişdir. Məhz bu dövrdə prezidentlər səviyyəsində qarşılıqlı səfərlər baş tutmuşdur və ən müxtəlif sahələrdə qarşılıqlı səmərəli əməkdaşlığın konturları müəyyənləşdirilmişdir.
Ədəbİyyat
1. Azərbaycan-Belarus əməkdaşlığı daha da möhkəmlənir/Azərbycan qəzeti. 12 sentyabr, 2012-ci il.
2. Azərbaycan-Belarus əməkdaşlığı daha da möhkəmlənir// http://www.azerbaijan-news.az/index.php?mod=3&id=15251
3. Həsənov Ə. M. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı, “Azərbaycan nəşriyyatı”, 2005, 752 s.
4. Бакинский рабочий, 1998, 9 мая.
5. Беларусь-Азербайджан: 20 лет дипломатии.//Меркурий, 2013, №2, с. 48-49
6. Беларусь-Азербайджан: новый этап сотрудничества.// http://delo.by/news/~shownews/belarus-azerbajdjan(müraciət tarixi: 07.10.2015)
7. Велиев Э. Курс на сближение./Зеркало. 13.11.2009.
8. Мамед-заде Н. Взаимоотношения Азербайджанской Республики со славянскими странами СНГ и Восточной Европы. Монография. Баку, Ганун, 2006, 200 с.
9. Торжество народной дипломатии: общность истории, близость менталитетов// http://www.anl.az/down/meqale/kaspi/2014/dekabr/410399.htm(müraciət tarixi: 11.10.15)
10. http://mfa.gov.az/files/file/Azerbaycan_-_Belarus_munasibetleri_17.09.2014.pdf
11. http://www.belta.by/politics/view/azerbajdzhan-schitaet-belarus-odnim-iz-samyh-blizkih-partnerov-v-sng-i-mire-aliev-161477-2015/(müraciət tarixi: 11.10.15)
Geostrategiya" jurnalı № 06 (30) NOYABR-DEKABR 2015
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM