Müslümov Bəhruz,
Cinayət hüququ və kriminologiya kafedrasının III kurs qiyabi şöbə magistrantı
Qüvvədə olan CM-in 126.2-ci maddəsilə müəyyən olunmuş qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin ağırlaşdırıcı hallarının məzmunu ilə bağlı məsələlərin, habelə təcrübədə onlara hüquqi qiymət verilməsi ilə bağlı çətinliklərin dəf edilməsinə nail olmaq üçün onları ayrılıqda nəzərdən keçirmək lazımdır.
CM-nin 126.2-ci maddəsi qəsdən sağlamlığa ağır zərər vurmanın tövsifedici əlamətləri qismində CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin aşağıdakı hallarda törədilməsini nəzərdə tutur: a) iki və a daha çox şəxsə qarşı, habelə, təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə; b) zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə; c)xüsisi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə; ç) ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə; d) zərərçəkmiş şəxsin orqan-larından və ya toxumalarından istifadə etmək məqsədi ilə törədildikdə.
İki və ya daha çox şəxsin sağlamlığına qəsdən ağır zərər vurma bir neçə nəfərin sağlamlığına qarşı yönəldiyi üçün qanunverici tərəfindən daha yüksək ictimai təhlükəli hesab edilir və bu səbəbdən, sağlamlığa ağır zərər vurmanın ağırlaşdırıcı halı kimi nəzərdə tutulmuşdur. Qeyd edək ki, məhkəmə təcrübəsində belə işlərə nadir hallarda rast gəlinir.
İki və daha çox şəxsin sağlamlığına ağır zərər vurma əməlinin tövsifi praktikada çətinlik törətmir. Lakin zərərçəkənlərdən birinin sağlamlığına ağır, digərinin sağlamlığına az ağır və ya yüngül zərər vurulduğu hallarda əməlin tövsifində bəzən səhvlərə rast gəlinir.
Sağlamlığa ağır zərər vurmanın təkrar törədilməsi əlaməti o vaxt yaranır ki, şəxs əvvəllər sağlamlığa ağır zərər vurmağa görə cinayət məsuliyyətinə cəlb olunmuş və məhkum edilmiş, məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda yenidən həmin cinayətə yol vermişdir. Təkrarlıq əlaməti hər bir halda cinayət törədən şəxsin daha yüksək ictimai təhlükəliliyini özündə ehtiva edir.
Bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən sağlamlığa ağır zərər vurma yüksək ictimai təhlükəlilik ifadə edir. Çünki bu halda cinayət zərərçəkmiş şəxsin öz həyatını müdafiə etmək imkanını məhdudlaşdıran və cinayətkar hərəkətlərin başa çatdırılmasını asanlaşdıran bir şəraitdə həyata keçirilir.
Qəsdən sağlamlığa ağır zərər vurma o halda bir qrup şəxs tərəfindən törədilmiş hesab edilir ki, onun həyata keçirilməsində qabaqcadan razılaşmadan iki və ya daha çox icraçı birgə iştirak etmiş olur. Qabaqcadn razılaşmadan qəsdən sağlamlığa ağır zərər vurma cinayəti əksər hallarda bir nəfərin təşəbbüsü ilə başlayır, digər iştirakçılar da ona qoşulurlar. Qabaqcadan razılıq olmadan iştirakçılıqla törədilən qəsdən sağlmalığa ağır zərər vurma cinayətində ümumi razılıq belə əmlin törədilməsi prosesində əldə olunur.
Göstərilən şəxslər ağır zərər vurmağa yönələn qəsdlə birgə hərəkət edərək, zərərçəkmişin sağlamlığına zərər vurulması prosesində bilavasitə iştirak edirlər. Bu zaman iştirakçıların fəallıq dərəcəsi həm eyni, həm də fərqli ola bilər. Qəsdən sağlamlığa ağır zərər vurmada iştirak edənlərin bir halda hamısı zərərçəkmişə zərbə endirir, başqa halda, iştirakçılardan biri zərərçəkmişin müqavimətini qırmaq məqsədi ilə onu tutur, digər iştirakçı isə sağlamlığı üçün təhlükəli olan zərbələr vurursa, belə vəziyyətdə birgə iştirakçılıqla yol verilən hərəkətlərin ictimai təhlükəliliyi müxtəlif olur.
Qəsdən sağlamlığa ağır zərər vurmanın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi, cinayətin həyata keçirilməsində qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakıdır. Bu halda qəsdən sağlamlığa ağır zərər vurmağa qəsd yalnız birbaşa ola bilər, hərçənd sağlamlığa ağır zərər vurmanın bir qrup şəxs tərəfindən törədilməsi zamanı iştirakçıların qəsdi həm birbaşa, həm də dolayı ola bilər.
Ümumiyyətlə, sağlamlığa ağır zərər vurma o zaman bir qrup şəxs (qabaqcadan razılaşmadan və ya qabaqcadan razılaşmaqla) tərəfindən törədilən cinayət kimi tövisf edilir ki, onun həyata keçiril-məsində iştirak edən şəxslər zərərçəkmişə münasibətdə razılaşmış hərəkət edirlər, hər bir iştirakçı əməlin törədilməsində digər iştirakçılara köməklik göstərildiyini dərk edir (3,73).
Belə hallarda yalnız zərərçəkmişə konkret zərər yetirən şəxslərin hərəkətləri deyil, həmçinin bu məqsədə nail olmaq üçün zərərçəkmişə fiziki zorakılıq tətbiq edən şəxslərin hərəkətləri də dəstə (qrup) tərəfindən törədilən cinayət kimi tövsif edilməlidir.
Əgər sağlamlığa ağır zərər vurma cinayəti mürəkkəb iştirakçılıq formasında törədilərsə zərərçəkmiş şəxsə bilavasitə fiziki zorakılıq tətbiq etməyən təşkilatçılar, təhrikçilər və köməkçilər CM-in 126.2.1-ci maddəsi üzrə məsuliyyət daşımırlar. Onların əməlləri CM-in 32-ci və 126.1 və ya ağır-laşdırıcı halı müəyyən edən müvafiq maddənin məcmusu ilə tövsif edilir.
Mütəşəkkil dəstə tərəfindən törədilən sağlamlığa ağır zərər vurma cinayəti qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar birlik tərəfindən törədilməsidir. Bir qayda olaraq, mütəşəkkil dəstə cinayətin törədilməsinin mükəmməl planını hazırlayır, iştirakçılar arasında rol bölgüsü aparır, cinayətin törədilmə alətlərini əvvəlcədən hazırlayır.
Mütəşəkkil dəstə tərəfindən sağlamlığa ağır zərər vurma hallarında dəstə üzvləri arasında vəzifə bölgüsünün aparılmasından asılı olmayaraq, dəstə üzvlərinin hamısının məsuliyyəti birbaşa ağırlaşdırıcı halda sağlamlığa ağır zərər vurmağa görə həll edilir. Bu səbəbdən, tövsif zamanı Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur.
Cinayətkar birlik tərəfindən törədilən sağlamlığa ağır zərər vurmada isə, cinayət ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi məqsədi ilə yaradılan sabit mütəşəkkil cinayətkar qrup və ya eyni məqsədlərlə iki və ya daha çox mütəşəkkil cinayətkar qrupun sabit birliyi tərəfindən törədilir. Təşkilat üzvlərinin fəaliyyəti müxtəlifdir: iştirakçının konkret hərəkəti ümumi məqsədə daxil olan cinayətin icrasına yönələ; maneləri aradan qaldırmaqla icraçının fəaliyyətinə kömək etməyə; təşkilat üzvlərini gizlətməyə xidmət edə bilər və s. təşkilatın hər bir üzvünün hərəkəti onun törətdiyi cinayətin zərərli nəticəsi ilə səbəbli əlaqədə olur və bu əlaqə şəxsin kriminal təşkilatın üzvlüyünə daxil olduğu andan yaranır. Kriminal təşkilatın üzvlərinin hamısı birlik tərəfindən törədilən və onun məqsədləri ilə bağlı olan hər bir cinayətə görə məsuliyyət daşıyır.
Zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarının sağlamlığına qəsdən ağır zərər vurma (CM-in 126.2.2-ci maddəsi). Göstərilən cinayət zərərçəkmiş şəxsin xidməti fəaliyyətini həyata keçirməsi və ya ictimai vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qanunauyğun fəaliyyətinə mane olmaq məqsədilə, habelə bu fəaliyyətə görə qisas almaq motivi üzrə törədilir. Əməli CM-in 126.2.2-ci maddəsi ilə tövsif etmək üçün, onun zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu bilavasitə yerinə yetirməsi zamanı törədilməsi məcburi deyildir (1, 343).
Xidməti vəzifələrin yerinə yetirilməsi şəxsin dövlət, bələdiyyə və mülkiyyət formasından asılı olmayaraq qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş digər idarə, müəssisə və təşkilatlarla, habelə sahibkarlarla olan əmək müqavilələrindən irəli gələn və qüvvədə olan qanun-vericiliyə zidd olmayan, xidməti vəzifələrinə daxil olan hərəkətlərin edilməsidir. Bu halda cinayətdən zərərçəkmiş rəhbərdən tutmuş mühafizəçi və ya gözətçiyə qədər istənilən şəxs ola bilər.
İctimai vəzifəni yerinə yetirmə anlayışı həm xüsusi olaraq vətəndaşların üzərinə qoyulan ictimai vəzifələrin icra edilməsini, həm də cəmiyyətin və ayrı-ayrı vətəndaşların mənafeyinə xidmət edən hərəkətlərin edilməsini nəzərdə tutur.
CM-nin nəzərdən keçirilən maddəsi təkcə xidməti və ya ictimai vzəifəsini yerinə yetirən şəxsləri deyil, həmçinin onların yaxın qohumlarının da mühafizəsini təmin edir. Zərərçəkmiş şəxsin qohumları – onun həm yaxın qohumları (valideynləri, uşaqları, övladlığa götürülənlər və götürənlər, doğma bacı və qardaşları, baba, nənə və nəvələri, əri (arvadı), habelə konkret şəraitdə əlaqədar, zərərçəkənə mənəviyyatca yaxın olan digər şəxslər (məsələn, digər qohumlar, nişanlı, sevgilisi, dostları və s.) başa düşülür. Onların sağlamlığına ağır zərər vurulması da bu halda məhz zərərçəkmişin xidməti və ya ictimai fəaliyyəti ilə əlaqədar baş verir.
Xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma (CM-in 126.2.3-cü maddəsi). Bu maddə dörd ağırlaşdırıcı əlamət müəyyən edir: 1) xüsusi amansızlıq; 2) ağır iztirablar vermə; 3) sifarişlə; 4) köməksiz vəziyyətdə olan şəxsə qarşı .
Xüsusi amansızlıq cinayətdə ehtiva olunan niyyətin həyata keçirilmə üsulunun və onun nəticə-lərinin (bura cinayətin törədilməsinin zərərçəkən üçün xüsusi əzabverici üsulu da daxil edilir) xüsusi amansızlığını, həm də cinayəti törədənin özünün xüsusi amansızlığını (müstəsna dərəcədə amansızlığı, rəhmsizliyi, qəddarlığı) nəzərdə tutur. Xüsusi amansızlığın mövcud olub-olmamasının araşdırılmasında əməlin obyektiv xüsusiyyətləri həlledici əhəmiyyət kəsb edir (4,19). Məsələn, cinayətin qəsd edilmə üsulu, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri, təqsirkarın istifadə etdiyi alətlər, cinayətin motivi və s. amillər xüsusi amansızlığın mövcudluğu haqqında nəticə çıxarmağa əsas verən başlıca hallardır. Lakin bununla belə, subyektiv amilə – təqsirkarın cinayəti xüsusi amansızlıqla etməyə yönəldilmiş niyyətinə əsas diqqət yetirilməlidir.
Xüsusi amansızlıq – zərərçəkmişə işgəncə verməklə (bədənə çoxsaylı xəsarət və ya əzabverici zərər yetirməklə, uzun müddət ac və susuz saxlamaqla və s.) bağlı olur.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adamöldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 №li qərarına uyğun olaraq, xüsusi aman-sızlığın əlamətləri, o cümlədən cinayətin törədilməsi prosesində zərərçəkmiş şəxsə əzab, əziyyət, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, masqaraya qoyulması və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda bədən) xəsarətləri yetirilməsi, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq, həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi halda onun şikəst edilməsində də ifadə oluna bilər (2, 298).
Zərərçəkmişə çoxlu sayda zərbələr endirməklə törədilən hər cür əməl xüsusi amansızlıqla törədilən hesab edilə bilməz. Məhkəmə və istintaq təcrübəsində zərərçəkmiş şəxsə yetirilən tək bir xəsarət nəticəsində onun sağlamlığına zərər vurulmasının xüsusi amansızlıqla sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilməsinə təsadüf edilir. Məsələn, təqsirkarın zərərçəkmiş şəxsə yetirdiyi bir xəsarət nəticəsində onda güclü qanaxma əmələ gəlir və eyni zamanda heç kəsi ona kömək etməyə qoymur, nəticədə zərərçəkmiş şəxs qanaxmadan şok vəziyyətinə düşür. Əgər təqsirkar zərərçəkmişi şikəst etmək istəmiş, lakin birinci zərbə ilə buna nail olmayaraq, sonradan iki və ya daha çox zərbə vuraraq buna nail olmuşdursa, bu da, xüsusi amansızlıqla sağlamlığa ağır zərər vurma kimi qiymət-ləndirilə bilməz.
«Xüsusi amansızlıq» tibbi deyil, hüquqi termin olduğundan, onun müəyyən edilməsi məhkəmə-tibb ekspertizasının səlahiyyətinə aid edilə bilməz. Bu məsələ istintaq və məhkəmə orqanları tərəfindən həll olunur.
Zərərçəkmiş şəxsə ağır iztirablar verməklə qəsdən sağlamlığa ağır zərər vurma – zərərçəkmiş şəxsi uzun müddət qidadan, sudan və ya istidən, yaxud yaşayış sahəsindən məhrum etməklə və ya sağlamlığı üçün zərərli şəraitdə saxlamaqla və sair üsulla ağır iztirablar verən hərəkətlər başa düşülməlidir.. Çoxsaylı və ya uzunmüddətli ağrılar yetirməklə bağlı hərəkətlər də iztirablardır: çimdik-ləmə, kəsmə, termik təsirlər və s. bu kimi hərəkətlər. Ağır iztirablar əlaməti əksər hallarda xüsusi amansızlığın nəticəsi kimi çıxış edir. Lakin qanunverici bunu ayrıca əlamət kimi nəzərdə tutmaqla, fikrimizcə, düzgün mövqe seçmişdir. Xüsusi amansızlıq təqsirkarın öz əməlinə münasibətini ifadə edirsə, ağır iztirablar qəsd nəticəsində zərərçəkənin yaşadığı hisslərlə bağlıdır. Təqsirkar öz əməlinin xüsusi amansızlıqla törədilməsini arzu etməyə bilər, lakin belə hərəkət nəticəsində zərərçəkənin ağır iztirablara məruz qalması əməlin CM-in 126.2.3-cü maddəsilə tövsifinə əsas verir.
Sifarişlə sağlamlığa ağır zərər vurma respublikanın məhkəmə təcrübəsində az rast gəlinən hal olsa da, onun cinayət hüquqi təhlilinin aparılmasını zəruri hesab edirik. Belə hallarda təqsirkar şəxs (cinayət icraçısı) maddi və s. mükafata görə və ya başqa istənilən əvəz müqabilində zərərçəkənin sağ-lamlığına ağır zərər vurulmasına razılıq verir və bunu həyata keçirir. Sifarişlə sağlamlığa ağır zərər vurma zamanı sifariş verən şəxsin də, sifarişlə sağlamlığa ağır zərər vurmada iştirakçılığa görə məsuliyyəti yaranır.
CM-in 126.2.3-cü maddəsinin nəzərdə tutduğu digər əlamət köməksiz vəziyyətdir. Cinayət hüququnda köməksiz vəziyyət dedikdə, zərərçəkmiş şəxsin cinayətkara təsirli müqavimət göstərmək imkanından məhrum olması anlaşılır. Bu hal cinayəti törədən tərəfindən dərk olunur və o, cinayəti həyata keçirərkən zərərçəkmişin həmin vəziyyətindən istifadə edir. Əməl o halda bu ağırlaşdırıcı əlaməti kimi tövsif edilir ki, zərərçəkmiş şəxs fiziki və ya psixi vəziyyətinə görə özünü müdafiə edə, təqsirkar şəxsə fəal müqavimət göstərə bilmir və bu hal cinayət törədilərkən təqsirkar tərəfindən dərk edilir. Köməksiz vəziyyətdə olanlara ağır xəstələrə və qocalar, azyaşlı uşaqlar, psixi pozuntulardan əzab çəkən şəxslər aid edilir. Huşunu itirmiş huşsuz, ağır sərxoşluq vəziyyətində olan, yatan və s. şəxslərin sağlamlığına ağır zərər vurulması da bu əlamət üzrə CM-in 126.2.3-cü maddəsi ilə tövsif edilir.
Əməlin köməksiz vəziyyətdən istifadə etməklə törədildiyinin təsdiqlənməsi üçün, zərərçəkmişin belə bir vəziyyətə təqsirkarın hərəkəti nəticəsində gətirildiyi (məsələn, spirtli içki, narkotik və ya yuxu dərmanı qəbul etdirmək və s.), yaxud onun hərəkətlərindən asılı olmayaraq, belə vəziyyətdə olduğu bu xüsusda əhəmiyyət kəsb etmir. Zərərçəkmiş psixi pozuntuya malikdirsə, pozuntunun xarakteri və dərəcəsi, habelə onun edilən qəsdin mahiyyətinin dərk etmək qabiliyyətində olmasını aşkar etmək üçün psixiatriya ekspertizası təyin olunur.
Ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma (CM-in 126.2. 4-cü maddəsi) iki mühüm əlaməti nəzərdə tutur. Ümumi təhlükəli üsul dedikdə, bir dəstə şəxsə nizam-sız atəş açma, adamların çox olduğu yerlərdə (küçədə, binada və s.) atəş açma, kütləvi istifadə təyina-tına malik suyu və ya ərzağı zəhərləmə, adamların toplandığı yerdə partlayış törətmə və s. bu kimi hal-lar nəzərdə tutulur. Başqa sözlə, bu halda təkcə təqsirkarın sağlamlığına ağır zərər vurmaq istədiyi şəxs deyil, başqaları da zərər çəkir, zərər çəkmək təhlükəsinə məruz qalır.
Bela hallarda şəxsin əməlindən bir nəfər zərər çəksə də, əməl CM-in 126.2.4-cü maddəsi ilə tövif edilməlidir. Şəxsin ümumi təhlükəli üsulla törətdiyi sağlamlığa ağır zərər vurma cinayəti nəticəsində müəyyən şəxslə yanaşı digərləri də ağır zərər çəkirsə, törədilən əməl CM-in 126.2.1 və 126.2.4-cü maddələrinin məcmusu üzrə tövsif edilir. Digər şəxslərin sağlamlığına az ağır və ya yüngül zərər vurulduqda isə əməl CM-in 126.2.4-cü maddəsi və zərərin dərəcəsində asılı olaraq, müvafiq maddəsi ilə məcmu tövsif olunur.
Yandırılmaqla, partaltmaqla və ya başqa ümumi təhlükəli üsulla sağlamlığa ağır zərər vurma başqasının əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət olunarsa, törədilən əməl CM-in 126.2.4-cü və 186-186.2.2-ci maddələrinin məcmusu ilə tövsif olunur.
Xuliqanlıq niyyətilə sağlamlığa ağır zərər vurma cəmiyyətə və əxlaq normalarına açıqdan-açığa hörmətsizlik zəminində törədilən cinayətdir. Əməlin bu ağırlaşdırıcı halı üçün xuliqanlıq motivləri səciyyəvidir. Xuliqanlıq hissi – şəxsdə azğınlıqla, qatı eqoizmlə bağlı yaranan daxili tələbatdır.
Belə hisslər zəminində təqsirkar cəmiyyətə, ictimai əxlaqa açıqdan –açığa hörmətsizlik ifadə edən, ictimai qaydanı kobud surətdə pozan xuliqanlıq gedişində başqasının sağlamlığına ağır zərər vurur.
Təqsirkar şəxs tərəfindən xuliqanlıq hissi ilə sağlamlığa ağır zərər vurma ilə yanaşı, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətdə açıqdan- açığa hörmətsizlik ifadə edən və vətəndaşlara zor tətbiq edilməsi və ya bu cür hərəkətlərin tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi yaxud zədələnməsi ilə müşayət edilən digər qərəzli hərəkətlər törədilmişsə, əməl CM-in 126.2.4-cü və 221-ci maddələrinin məcmusu üzrə tövsif edilməlidir (2, 296).
Zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə qəsdən sağlamlığa ağır zərər vurma (maddə 126.2.5). Zərərçəkmiş şəxsin orqan və toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmənin ağırlaşdırıcı əlamət kimi qanuna daxil edilməsi donor materialına təlabat şərtləndirən orqan və toxumaların bir şəxsdən digərinə köçürülməsi üzrə tibbi imkanların geniş yayılması ilə əlaqədardır. Bu təlabat zərərçəkmiş şəxsin orqan və ya toxumalarından transplantasiya məqsədi ilə istifadə etmək üçün adam öldürmə cinayətlərinin törədilməsi təhlükəsi yaradır. Cinayətin motivi əsasən tamahdır. Lakin bu cinayətin digər motivlərlə törədilməsi də mümkündür (məsələn, yaxın qohumunun həyatını xilas etmək, tibbi eksperimentin uğurlu keçməsini təmin etmək və s.).
Göstərilən cinayət zərərçəkmiş şəxsin orqan və toxumalarından yalnız transplantasiya üçün istifadə etmək məqsədi ilə deyil, digər məqsədilə də törədilə bilər (məsələn, sadizm, cinsi fetişizm və s.) İnsanların orqan və toxumalarının sənaye məqsədləri üçün götürülməsi də rast gəlinən faktdır. İstənilən halda, zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə törədilir və istifadənin xarakteri tövsif üçün əhəmiyyət kəsb etmir.
Sağlamlığa ağır zərər vurmanın ehtiyatsızlıq üzündən zərərçəkənin ölümünə səbəb olması bu cinayətin xüsusilə ağırlaşdırıcı halı kimi nəzərdə tutulmuşdur (CM-in 126.3-cü maddəsi). Cinayətkar qəsdin bir tərəfdən zərərçəkmiş şəxsin sağlamlığına, digər tərəfdən həyatına yönəlməsi bu cinayətin obyektini mürəkkəbləşdirir. Tədqiq edilən tərkibin bir sıra əlamətlərinə görə ehtiyatsızlıqdan adam-öldürmə cinayəti ilə oxşar olması konkret cinayətin tövsifi zamanı bir sıra çətinliklər doğurur. Bu çətinliklərin əsas səbəbini CM-də ehtiyatsızlıqdan ölümə səbəb olmuş qəsdən sağlamlığa ağır zərər vurma tərkibinin əbəs yerə cinayət qanununa daxil edilməsi ilə izah edən bir sıra sovet müəllifləri onun qanundan çıxarılmasını təkidlə tələb etmişlər (5, 26-27; 8, 35-39). Bu fikrin əsassız olmasını göstərilən iki tərkibin sadə müqayisəsi zamanı aşkar etmək mümkündür.
Həqiqətən də, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan sağlamlığa ağır zərər vurmağa görə məsuliyyət haqqında normanın təcrübədə tətbiqi ciddi çətinliklər törədir. Çünki, keçmiş Məcəllənin oxşar normasında (102-ci maddənin II hissəsində) ağırlaşdırıcı əlamət kimi yalnız zərərçəkmiş şəxsin ölümünə səbəb olmanın adı çəkilir və bu halda təqsirin forması göstərilmirdi. Bu tərkibdə ölümün baş verməsinin təqsirkar şəxsin qəsdi ilə əhatə olunmadığını nəzərə alaraq (bu, ehtiyatsızlıqla baş verir) göstərilən əməli qəsdən adam öldürməyə aid etmək səhv olardı. Burada təqsirkarın qəsdi ilə yalnız zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurma əhatə olunur. Buna görə də, təhlil edilən əməl CM-in 126-cı maddəsindən kənara çıxmır.
Tədqiq olunan cinayətin obyektiv cəhəti zərərçəkənin sağlamlığına ağır zərər vurmağa yönəlmiş və sonradan ehtiyatsızlıq üzündən onun ölümünə səbəb olmuş fəal hərəkətlərdə ifadə olunur. Obyektiv cəhətin ən mühüm əlaməti kimi hər bir halda təqsirkarın hərəkətləri nəticəsində sağlamlığa vurulmuş zərərlə ölümdən ibarət nəticə arasında səbəbli əlaqə aşkar olunmalıdır. Ümumi formada, «Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası qaydaları»na uyğun olaraq, sağlamlığa vurulmuş zərərlə ölümdən ibarət nəticə arasındakı əlaqə məhkəmə-tibb eksperti tərəfindən müəyyən olunur. Məhkəmə-tibb eksperti aşağıdakı məsələlri araşdırır: zərərçəkənin sağlamlığına vurulmuş zərər ağırdırmı, onun ölümdən ibarət nəticə ilə səbəbli əlaqəsi mövcuddurmu; sağlamlığa vurulmuş zərər ağır deyildirsə, zərərin hansı aşağı dərəcədən olması, ölümün səbəbi və vurulmuş zərərlə ölümün hansı əlaqədə olması (6). Bu halların aşkar olunması ona görə zəruridir ki, vurulmuş zərərin ağır zərər olması və onun zərərçəkənin ölümünü şərtləndirməsi kimi iki mühüm əlamət sübut edilmədən, əməl CM-in 126-3-cu maddəsilə tövsif oluna bilməz. Təəssüf ki, praktikada bu tələbə heç də həmişə əməl olunmur.
Konkret əməl o halda CM-in 126.3-cü maddəsilə tövsif oluna bilər ki, subyekt ölümün baş vermə imkanını görməli olduğu halda görməmişdir, arzu etməmişdir və ona şüurlu surətdə yol vermə-mişdir, qəsdən sağlamlığa ağır xəsarət isə birbaşa və ya dolayı qəsdlə yetirilmişdir. «Bir qayda olaraq, bu cinayətdən o halda söhbət gedə bilər ki, şəxsin ölümü həyati əhmiyyət kəsb etməyən orqanların zədələnməsi nəticəsində, yaxud həyati əhəmiyyət kəsb edən, lakin təqsirkar şəxsin onlara zərər yetirilməsini əvvəlcədən görmək imkanını istisna edən alət və vasitələrlə zərər vurması nəticəsində baş verir» (3,117-118; 6, 261-262)
Bu göstərişlər Ali Məhkəmə Plenumunun izahatlarında da mövcuddur. Plenumun 12 dekabr 2002-ci il tarixli 3 №li qərarına uyğun olaraq, «…qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərər-çəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur (2, 294).
Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yektirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır» (3, 117-118; 6, 261-262).
Məhkəmə təcrübəsində digər problem CM-in 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin ehtiyatsızlıqdan adamöldürmə cinayəti ilə oxşarlığı zəmnində yaranır. Bu cinayətlərin əsas oxşarlığı ondan ibarətdir ki, hər iki halda təqsirkarın zərərçəkənin ölümünə münasibəti ehtiyatsızlıq forma-sındadır. Lakin ehtiyatsızlıqdan adamöldürmə zamanı nəinki ölümdən ibarət nəticə, habelə ölümə səbəb olmuş konkret hadisəyə təqsirkarın münasibəti ehtiyatsızlıq formasında olur. CM-in 126.3-cü maddəsinin mənasında isə, ölümə səbəb olmuş hala, yəni sağlamlığa yetirilmiş ağır zərərə təqsirkarın münasibəti qəsdlə səciyyələnir. Bu hala diqqət yetirilməməsi bir sıra hallarda məhkəmə təcrübəsində səhvlərə səbəb olur, məhkəmələr ehtiyatsızlıqdan sağlamlığa vurulmuş zərərin ölümə səbəb olma hallarını səhvən CM-in 126.3-cü maddəsilə tövsif edirlər.
İstİfadə edİlmİş ədəbİyyat:
1.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Kommentariyası.(h.e.d.,prof.F.Y. Səmən-dərovun redaktəsi ilə), Bakı, 2013, 1120 səh.
2.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlar Məcmuəsi (1962-2003). Bakı, «Hüquq ədəbiyyatı», 2003,384 s.
3.Əfəndiyev E.M. Azərbaycan Respublikası Cinayət məcəlləsinin şərhi. Ümumi və Xüsusi hissə. Bakı, «Hüquq ədəbiyyatı, 2010, 1016 s.
4.Əliyeva Z.O. Sağlamlığa qəsdən ağır zərər vurma əməlləri ilə mübarizənin cinayət-hüquqi problemləri. h.e.n. alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı.Bakı, 2005.
5.Bulatov S.Ə. Voprosı uqolovnoqo zakonodatelğstva i uqolovnoy praktiki po delam o telesnıx povrejdeniəx. Vıp. Ş.Alma-Ata, 1957.
6.Kommentariy k Uqolovnomu kodeksu Rossiyskoy Federaüii, Pod red. Prof. Ö.İ. Skuratova i V.M. Lebedeva. M., Norma-İnfra,1999, 832 s.
7. Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası qaydaları. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 10 yanvar 2001-ci il tarixli 7 saylı əmri.
8.Heloçinin A. İzmenitğ statği otvetstvennosti za telesnıe povrejdeniə. – «Sovetskaə östiüiə», 1957, №7.
Geostrategiya" jurnalı № 06 (30) NOYABR-DEKABR 2015
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM