Davut Ünal,
Odlar Yurdu Universitetinin doktorantı
Giriş
İctimai rəyi, şəxsiyyətlərarası münasibətləri və s. öyrənmək üçün tətbiq edilən metodlardan biri də intervyüdür. Bu sorğu növündən həm sosiologiyada, həm də sosial psixologiyada geniş istifadə edilir. İntervyü sosial tədqiqatlarda tətbiq edilən sorğu üsulları silsiləsinə daxil olaraq "söhbət", "müsahibə" mənasını verir.
Lakin burada ənənəvi, kütləvi informasiya vasitələrində tətbiq olunan ənənəvi müsahibə üsulu ilə elmi-praktik məlumatlar əldə etmək məqsədi daşıyan intervyünü eyniləşdirmək doğru deyildir. Əlbəttə, intervyünün və müsahibənin ortaq, oxşar cəhətləri olduqca çoxdur. Bu çox vaxt hər iki anlayışın eyniləşdirilməsinə gətirib çıxaraır. Belə ki, istər intrevyü, istərsə də müsahibə iki şəxsin açıq ünsiyyətini nəzərdə tutur: biri başqasına informasiya çatdırır, müəyyən suallara əsasən onu məlumatlandırır, digəri isə əldə edilən məlumatları təhlil edərək mənimsəyir. Lakin ortada kifayət qədər fərqlər də mövcuddur. Müsahibədən fərqli olaraq, intervyü konfidensial (məxfi, mübhəm) xarakter daşımır və bu xüsusiyyətinə görə jurnalistika sahəsində geniş şəkildə tətbiq olunur. Müsahibə zamanı həmsöhbətlər arasında rəy mübadiləsi baş verir. İntervyü zamanı isə qarşılıqlı fikir mübadiləsi bir qədər arxa plana keçir. Bu mənada, intervyü daha çox birtərəfli ünsiyyət, kommunikasiya prosesidir. Bu zaman hər hansı məsələ haqqında müəyyən bir şəxsin mülahizəsi soruşulur.
Beləliklə, qarşıya qoyulmuş məqsədə müvafiq olaraq müəyyən informasiya almaq üçün verbal kommunikasiya prosesindən istifadə yolu ilə sorğu aparılması intervyü adlanır.
Sosial psixologiyada intervyü adətən iki istiqamətdə: a) tədqiqatın ilkin, başlanğıc mərhələsində işçi hipotezləri müəyyənləşdirmək, b) problem barədə ilkin məlumat toplamaq, başqa metodlar vasitəsilə yığılmış materiallara zəruri sayılan əlavə faktlar cəlb etmək üçün tətbiq edilir.
İntervyünün müxtəlif növləri mövcuddur:
A) standartlaşdırılmış intervyü. Bu halda suallar, onların ifadə forması, hətta sırası da dəqiq şəkildə irəlicədən müəyyənləşdirilir;
B) standartlaşdırılmamış intervyü. Bu zaman intervyünü həyata keçirən şəxs ümumi tədqiqat planına və konkret vəziyyətə uyğun olaraq müəyyən suallar verir;
V) yarıstandartlaşdırılmış intervyü. Bu halda verilməsi zəruri sayılan suallarla yanaşı, şəraitdən asılı olaraq, başqa suallar da verilir. Bunu bəzən qarışıq intervyü üsulu da adlandırırlar. Belə intervyülərin üstün cəhəti odur ki, sualların çevikliyi, əlavə sualların verilməsi sayəsində daha ətraflı və dərin məlumat əldə etmək mümkün olur. Amma bu yekun nəticənin əldə edilməsini bir qədər yubadır. Bu isə məlumatların sistemləşdirilməsini və təhlilini müəyyən qədər çətinləşdirir.
İntervyü prosesi konkret tədqiqat planına uyğun olaraq həyata keçirilir. Bu prosesin məntiqi şəkildə, sistemli ardıcıllıqla həyata keçirilməsi üçün bir sıra mühüm şərtlərə riayət edilməlidir:
1. Sorğu aparan şəxsin (tədqiqatçının, təcrübə rəhbərinin) olması. O, bu zaman öz gəlişinin məqsədini aydın şəkiləd izah edir. Eyni zamanda, sorğu həyata keçirilərkən necə rəftar etmək, davranmaq qaydası barədə məlumat verir.
2. Rəyi soruşulan şəxsin və ya qrupun mövcudluğu (təcrübə iştirakçıları, rəyi soruşulanlar, tədqiq olunanlar).
3. Sual və cavab formasında cərəyan edən müəyyən informasiya mübadiləsi.
4. Sorğu prosesinin baş verdiyi şərait.
İntervyü zamanı tədqiqatçı sualların qoyuluşu, kəmiyyəti, sırası və s. bu kimi məsələlərdə bir qədər sərbəst olur. Ancaq burada başlıca məqsəd zəruri olan informasiyanı əldə etməkdir. Bu informasiya içərisində müşahidə edilən şərait respondentin subyektiv reaksiyalarını da ehtiva edir. Həmin reaksiyalar əsasında müxtəlif amillərə aid olan vəziyyətləri, səhv cavabları və s. yoxlamaq mümkündür.
İntervyü zamanı əldə olunan materialın dərinliyi və səviyyəsi cavabların zənginliyindən asılıdır. İntervyünün müddəti, kəmiyyəti təhlil edilən problemlərin dairəsi və s. də bununla şərtlənir. Bu üsuldan düzgün istifadə etmək üçün tədqiqatçı geniş təcrübəyə malik olmalıdır. O, öyrənmək istədiyi amilləri, veriləcək sualların hüdudunu, formasını qabaqcadan müəyyənləşdirməlidir.
İntervyü zamanı müxtəlif xarakterli suallardan istifadə etmək mümkündür. Buraya klinik, davranış motivlərini, münasibət motivlərini aşkar etməyə yönələn intervyü aiddir. Klinik intervyü zamanı cavabın məzmunu ilə yanaşı, danışıq prosesində şəxsin davranış tərzinə də diqqət yetirilir, onun səsinin tonu, ahəngi, jestləri, mimikası, pantomimikası və sair bu kimi xüsusiyyətləri nəzərdən yayınmır. İntervyü həyata keçirilərkən sualların verilməsi ilə bağlı meydana çıxan bir sıra xüsusi tələblərə riayət edilməlidir. Bu metodun tətbiqinə mənfi təsir göstərən faktlarla yanaşı, ona müsbət təsir göstərən amillər də vardır. Bu amillərdən biri "nəzakət refleksi" kimi dəyərləndirilir. Adətən, insanlar mədəni, nəzakətli həmsöhbəti incitmək, onun sözünü kəsmək istəmirlər. Buna görə də ciddi, mədəni və nəzakətli tərzdə müraciətlə rəyini öyrənmək istədiyiniz şəxsdə lazımi suallara cavab verməyə meyl, hətta həvəs belə oyatmaq mümkündür. Elə etmək lazımdır ki, rəyi soruşulan şəxsdə özünümüdafiə mexanizmlərinin hərəkətə gəlməsinin qarşısı alınsın. Mədəni, nəzakətli rəftarla yanaşı sualı verərkən gözlənilməzlik prinsipinə də əməl olunmalıdır. Bu sorğunun gedişində dolğun və hərtərəfli informasiya əldə etmək üçün vacib şərtdir. Belə ki, gözlənilmədən verilən sualların cavabında psixoloji cəhətdən zəruri informasiyaların miqdarı daha artıq olur. Bu da prinsip etibarı ilə anlaşılan və başadüşüləndir. Aydındır ki, gözlənilməz müraciət adamı tez və fikirləşmədən cavab verməyə vadar edir. Bu zaman insanın öz fikrini düşünərək cilalamaq və ya onu təhrif olunmuş formada təqdim etmək imkanı olmur. Başqa sözlə, o, veriləcək cavabın öz arzusunua uyğun olaraq qurulmasına imkan tapmır. Belə məlumatlar müqayisədə həqiqətə daha yaxın olur. Ən azı, ona görə ki, həmin şəxs qısa müddət ərzində başqa şey fikirləşə bilmir, yalnış cavab verməyə vaxt tapmır. Müsahibi lazımi suallara cavab verməyə yönəldən səbəblər çoxdur. Onu buna istiqamətləndirən səbəblərdən biri də həmin şəxsin nəyə isə təsir etmək arzusudur. Əgər o güman etsə ki, öz fikirləri, mülahizəsi ilə hər hansı bir müsbət dəyişikliyə təsir göstərmək imkanındadır, onda cavab verməyə həvəslə razı olacaq. Burada əldə edilən cavabların əhəmiyyətliliyi çox vacib xarakter daşıyır. Əhəmiyyətlilik isə öz-özlüyündə müəyyən şəraitdən asılı olan xüsusiyyətdir. Bu mənada şəraitin özü hansı növ intervyüdən istifadə etmək lazım gəldiyini təyin edir. Bir çox hallarda intervyü axtarış səciyyəsi daşıyır.
Bu niyyətlə intervyü alınan şəxslərlə ya geniş söhbət aparıla, ya da onlara müəyyən sahə ilə əlaqədar konkret suallar verilə bilər. Bu halda sualların birbaşa və ya dolayı səciyyə daşıması mümkündür. İntervyü alan şəxsin davranışına müəyyən tələblər verilir. İlk növbədə adamlara yanaşmağı bacarmaq lazımdır. Eyni zamanda, ilk andan səmimi, hərarətli münasibətə nail olmaq da mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, müsahib suala cavab verdiyi müddətdə onun sözünü kəsmək, ona istiqamət vermək, fikirlərinə düzəliş etmək olmaz. Sorğunu, intervyünü aparan şəxs elə etməlidir ki, müsahib və ya rəyi soruşulan şəxs (respandent) başa düşüldüyünü, anlayışla, rəğbətlə qarşılandığını hiss etsin.
Burada mühüm səbəblərdən birini də nəzərə almaq lazımdır. Bu da insanda danışmağa, fikrini bölüşməyə, ünsiyyətə olan sırf psixoloji təlabatdır. Elə bunun nəticəsidir ki, hətta bəzən adam öz dərdini heç tanımadığı adama belə danışır. Əgər intervyü alan adam müsahibin danışmaq arzusunu təmin edirsə, onda sual-cavab çox asanlıqla başlanır və istənilən istiqamətdə davam etdirilir. Bununla yanaşı, intervyü alan şəxsin də davranışına bir sıra tələblər qoyulur. O, öz davranışı ilə müsahibdəki inamsızlığı, mənfi münasibəti aradan qaldırmağa müvəffəq olmalıdır. Əks halda sorğunu həyata keçirmək çox çətin olur. Bunun üçün o, diqqətli, nəzakətli, sakit olmalı, diqqəti özünə cəlb etməyi bacarmalı, xoş təsir bağışlamalıdır. Bundan ötrü tədqiqatın məqsədini aydın surətdə izah etmək çox əhəmiyyətlidir. Bununla da o, özünə qarşı etimadsızılığı aradan qaldıra bilər. Məlumdur ki, tanış olmayan şəxslə müsahibə adamı öz fikrini bildirməkdən çəkindirir. Bunun üçün lazım gəldikdə söhbətin anonim xarakteri müsahibin nəzərinə çatdırılmalı, onda inam yaradılmalıdır. Bu tələblərə riayət edildikdə intervyü zamanı bir sıra səhvlərdən yaxa qurtarmaq mümkün olardı. Məlumdur ki, bu səhvlər əsasən müsahiblə intervyü alanın qarşılıqlı münasibətindən irəli gələ bilir.
Sorğunun harada və hansı şəraitdə aparılmasının əhəmiyyəti böyükdür. Bu, bilavasitə tədqiqatın nəticələrinə öz ciddi təsirini göstərir. Odur ki, əlverişli intervyü şəraiti tədqiqatın dəqiqliyi üçün vacibdir. Nümunə kimi L.S.Korovina və L.D.Katayeva tərəfindən tərtib edilən anketləşdirmə metodikasını nəzərdən keçirək. Bu metodika orta ramkaya aid olan rəhbərləri işgüzar və şəxsi keyfiyyətlərini qiymətləndirmək üçün istifadə olunur. Bu anketlər işçi haqqında onunla birgə işləyən daimi işçilərin kollektiv rəyi əsasında tərtib edilir. Burada 5 qrupda birləşdirilə bilən 15 müxtəlif keyfiyyət əlamətləri göstərilir.
1) rəhbərlərin təsnifatını səviyyəsini müəyyən edən keyfiyyətlər (xüsusi biliklər, idarəetmənin iqtisadi və nəzəri əsaslarını bilmək);
2) istehsal təcrübəsinin təşkilati vərdişləri və öz əməyinin təşkili səviyyəcini müəyyən edən keyfiyyətlər (planın jerinə yetirilməsinin təşkili və kollektiv işin koordinasiyası və planlaşdırılması, işin digər rəhbərlərlə razılaşdırılması, iş qabiliyyəti, iş vaxtına münasibət);
3) rəhbərin digər işçilərlə qarşılıqlı münasibətini, xarakterini ifadə edən keyfiyyətlər (yüksək ranqlı rəhbərlərlə, tabe olanlarla, iş yoldaşları ilə münasibət);
4) rəhbərin psixoloji keyfiyyətləri və xarakterik xüsusiyyətləri (müstəqillik, prinsipiallıq, dözüm, məsuliyyət hissi, tənqidi təfəkkür, iradəli olmaq və s.);
5) rəhbərin ictimai fəallığını müəyyən edən keyfiyyətlər.
Nəticədə, Müvafiq keyfiyyətləri referent (ekspert) qrupları qiymətləndirirlər. Ekspertin peşəkarlığından və prinsipiallığından obyektiv qiymətləndirmə daha çox asılıdır. Metodika üç referent qrupunu nəzərdən keçirir. "YUXARI" referent qrup yüksək ranqlı rəhbərlər və ictimai təşkilatların təmsilçilərindən ibarətdir. "yANAŞI" referent qrup qeyd olunan şəxsin iş yoldaşlarıdır. "AŞAĞI" referent qrup rəhbərin birbaşa tabeçiliyində olan işçilərdir. Ustaların işgüzar və şəxsi keyfiyyətlərinin qiymətləndirilməsi zamanı aşağıdan qiymətləndirməni ustanın rəhbərlik etdiyi sahənin (briqadanın) işçiləri həyata keçirir.
ƏDƏBİYYAT
1. Hacıyeva L.A. Sənaye merketinqi. Bakı.: “Təhsil İşçisi Mətbəəsi” MMC. 2012,Ş – 324 s.
2. Məmmədov A.T. Marketinqin əsasları. Bakı.: İqtisad Universiteti. 2010, -350 s.
3. Paşayev K.R. Kommersiya menecmenti. Bakı.: İqtisad Universiteti. 2012, - 205 s.
4. Psixolojidə kullanılan testlər. İltişim Yayınlar, A.S. İstanbul: 1993, 120s.
5. Emre Konqar. Toplumsal degişme kuralları ve Türkiye gerçegi. Remzi kitab evi, 2000, 264 s.
Geostrategiya" jurnalı № 06 (30) NOYABR-DEKABR 2015
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM