Azərbaycanda dini tolerantlıq: sosial-fəlsəfi təhlil

09:00 / 15.02.2016

Gülçin Mehdiyeva
AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun «Dinşünaslıq və mədəniyyətin fəlsəfi prob- lemləri» şöbəsinin dissertantı

Tolerantlıq latınca «tolerantia» sözündən olub «dözüm», «dözümlülük» mənalarında işlənir. Bu anlayış fəlsəfi-sosioloji termin kimi yad dünyagörüşünü, həyat tərzini, adət-ənənələrinə, mədəniyyətinə, dininə, dözümlülük ifadə edən termindir.
Bəşəriyyətin mənəvi həyatında mühüm rol oynayan tolerantlıq milli və ümumbəşəri dəyərlərin vəhdətindən ibarət olub aşağıdakı formalarda təzahür edir:
- gender tolerantlığı
- irqi və milli tolerantlıq
- əlillərə münasibətdə tolerantlıq
- dini tolerantlıq
- siyasi tolerantlıq[15]
Müasir qloballaşan dünyada din siyasi şəraitə ciddi təsir edən amillərdən birinə çevrilmişdir. Buna görə də dini tolerantlıq hər hansı dövlətin, ölkənin, xalqın daxili birləşdirici, stabilləşdirici qüvvəsi kimi çıxış edir.Dini tolerantlıq bir dini- konfesional birliyin dəyərlərinə tolerant münasibətidir. Hər kəs öz dini etiqadlarına riayət etdiyi kimi başqalarının da bu cür hüququnu qəbul edir. [12]
Çoxcəhətli məzmunlu anlayış kimi dini tolerantlığı müxtəlif aspektlərdən şərh edirlər. Müsbət mənada dini tolerantlıq yad dini-konfessional dəyərlər və ideyalara hörməti, mənfi mənada isə digər dini-konfessional baxışlara biganəliyi, hətta düşmənçiliyi ifadə edir. Çoxmillətli müxtəlif dini nümayəndələrin yaşadığı ölkələrdə dini və etnik tolerantlıq ictimai stabilliyi təmin edir. Dini və etnik tolerantlığın vəhdət halında tədqiqinin zərurətini göstərən N.M.Vahabova haqlı olaraq yazır: «Çox mədəniyyətli regionda etnik (həm də dini – G.M) tolerantlığın tədqiqinə müraciət edilməsi zərurəti bir tərəfdən ictimai inkişafda iki meylin mövcudluğu ilə bəşər birliyində (qloballaşmanın, sosial və mədəni inteqrasiya prosesinin yüksəlməsi və bununla yanaşı Qərb və Şərq ölkələri arasında pozğunluğun, intolerantlığın, bəşəriyyətin mövcudluğunu təhlükə altında qoyan dini və etnik münaqişələrin, beynəlxalq terrorizmin güclənməsi ilə) digər tərəfdən isə fəlsəfi biliklərin özünün inkişafı ilə, onda fəlsəfi antropoloji və aksioloji problemlərin rolunun artması ilə şərtlənir» [14] Deməli, tolerantlığın öyrənilməsi zərurəti beynəlxalq aləmdə baş verən həm də intolerant-deskrutiv proseslərin artması ilə əlaqədardır.
Doğrudur, dini tolerantlığı təmin edən mexanizmlərdən ateizm və sekulyarlaşma da mövcuddur. Ateizm marksizmin hakim olduğu ölkələrdə geniş yayılıb. Sekulyarlaşma Qərb cəmiyyətində əsas yer tutur. Sekulyarlaşma demokratik mədəniyyətə və dünyəvi xarakterli münasibətlərə üstünlük verməklə dini tolerantlığı təbliğ etməyə cəhddir.
Dini tolerantlığın bir neçə növünü göstərirlər:
«1. Digər dindarlara (xristianın-müsəlman, müsəlman-buddist) tolerant münasibət;
2. Digər konfessiya nümayəndələrinə (katolik – protestant, protestant -pravoslav) tolerant münasibət;
3. Təriqət hərəkatlarına tolerantlıq;
4. Allaha etiqad bəsləyən dindarlar və inamsızlar (ateistlər) arasında tolerantlıq». [13]
Bir sözlə, dini tolerantlıq müxtəlif xalqlara, ayrı-ayrı dini nümayəndələrə xas olan ümumbəşəri problemdir. Müxtəliflikdə ahəngdarlığı ifadə edən dini tolerantlıq siyasi, hüquqi və əxlaq borcun vəhdətidir.
Bu gün Azərbaycan Respublikasında tolerantlıq modeli bütün dünyada etiraf olunan, xalqlara nümunə olan ümumbəşəri təcrübədir. Dünyada dini intolerantlığın, ayrı-seçkiliyin, dini zəmində münaqişələrin baş verdiyi bir zamanda ölkəmizdə dini müxtəlifliyin vəhdətini təmin edən tolerantlıq burada yaşyan bütün xalqların, etnik qrupların şüuruna hakim kəsilmişdir. «Bu gün Azərbaycan dini müxtəliflik baxımından çox zəngindir. Amma xoşbətlikdən müxtəlif dinlərin və dini fəlsəfi cərəyanların yayılıdığı ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşmış, mili, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmamışdır». [1]
Azərbaycan dövlət – din münasibətlərinin ən yaxşı tənzimləndiyi, dini azadlığın, ideal birgəyaşayış mədəniyyətinin hökm sürdüyü, ksenofobiya, dini ektrelizm, radikalizm, anti semitizmdən uzaq bir ölkədir. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva Azərbaycanda dini tolerantlığın möhkəmlənməsi və inkişafı naminə öz səylərini əsirgəməmiş və bu gün də bu yolda inamla çalışır. O, Parisdə 2015-ci il sentyabrın 8-də «Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti» mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında demişdir: «Azərbaycan tarix boyu sivilizasiyaların, mədəniyyətlərin, dinlərin qovuşuğunda yerləşib. Əsrlər boyu bu qədim diyarda müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin, etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində bir ailə kimi yaşamışlar. Biz minilliklərə cəmiyyəti- mizdə formalaşan tolerantlıq və dözümlülük ənənələrini müstəqilliliyimizi bərpa etdikdən sonra da qoruyub saxlamışıq və daha da möhkəmləndirməyə çalışırıq…
Provaslav və katolik kilsələri,sinaqoqlar, atəşpərəstlər məbədi-bütün bunlar Azərbaycanın mədəni irsinin tərkibidir. Biz öz ənənələrimizə, öz köklərimizə, öz tariximizə çox böyük hörmətlə yanaşırıq. Eyni zamanda, biz dünyaya açıq və bütün ölkələrlə əməkdaşlıq qurmağa çalışan bir ölkəyik…
Azərbaycan xalqında olan dözümlülük, əsrlər boyu formalaşan bu mühit ona gətirib çatdırıb ki, bizim üçün bu, normal yaşayış, həyat tərzidir» [8]
Azərbaycanda din dövlətdən ayrılsa da ölkəmizdə hüquqi, demkoratik, dünyəvi dövlət formalaşmış və bütün dini dəyərlər cəmiyyətdə müxtəlif xalqların mənəvi sərvətinə çevrilmişdir. Tolerantlığın təbliği və həyat tərzinə çevrilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkədə Milli Tolerantlıq Mərkəzi fəaliyyət göstərir. Gənclərimiz tolerantlıq tərbiyəsi rühünda böyüyür. Buna görə də Azərbaycan dünyada beş ən tolerant dövlət sırasına daxil olub. Hər cür millətçi-liyin qarşısında sipər olan birliyin təzahürü kimi çıxış edir.
Azərbaycanda dövlət – din münasibətlərini tənzimləyən, tolerantlığın bərqərar olmasında çoxcəhətli fəaliyyət göstərən Ulu Öndər Heydər Əliyev tolerantlığı belə səciyyələndirmişdir: «Tolerantıq… həm insani münasibətlərin, həm cəmiyyət səviyyəsində gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir…». [5,154]
Deməli, tolerantlıq fərdlərarası, xalqlararası, dinlərarası, mədəniyyətlərarası münasibətlərə aid fenomendir. Tolerantlığı mədəniyyətin yüksək təzahürü kimi səciyyələndirən H.Əliyev yetişməkdə olan nəslə hələ erkən yaşlardan tolerantlıq mədəniyyətinin, dini dözümlüyün formalaşdırılmasını tövsiyə edir.
Ulu Öndər Heydər Əliyev tolerantlığın Azərbaycanda gerçəkləşməsi üçün aşağdakı tədbirlər gördü:
- dövlət – din münasibətlərini daha da təkmilləşdirdi, onu dövlət siyasətinin tərkib hissəsinə çevirdi; tolerantlığın hüquqi bazasını formalaşdırdı;
- Beynəlxalq tolerantlıq gününün ölkəmizdə qeyd edilməsinə nail oldu;
- Dini qurumlarla bağlı Dövlət Komitəsi yaratdı;
- Dini, milli, etnik tolerantlığı, vicdan azadlığını həyata keçirdi;
- Məscidləri bərpa etdirdi, yenilərini tikdirdi, kilsələri, sinaqoqları təmir etdirdi, yenilərini inşa etdirdi;
- Milli azlıqlar, qeyri-müsəlmanlar üçün tolerantlıq mühiti yaratdı;
- Dini radikalizmə və ektrelizmə qarşı amansız mübarizə apardı;
Ulu Öndər Heydər Əliyev üç prinsipi bir-birilə vəhdətdə görürdü: 1. Dini etiqad azadlığının təmin edilməsi. 2. Dünyəvi dövlətçilik prinsiplərinin qorunub saxlınması; 3. Dini təəsübkeşliyin dini təkəbbürə, sonra fanatizmə və ekstrelizmə keçməsinin qarşısının alınması. [7,79]
H.Əliyev Azərbaycanda müxtəlif dinlərin birgəyaşayışını Azərbaycan xalqının dini dözümlüyünün, tolerantlığının ən yüksək göstərişi hesab edirdi. O, Azərbaycanda dini tolerantlığın və dövlət-din münasibətlərinin nadir modelini formalaşdırmışdır. «Bu gün Azərbaycan dini əmin-amanlığa və sabitliyə ilham verən örnəkdir. Bunun əsası Azərbaycan predizenti H.Əliyevin müdrik siyasəti əsasında qoyulmuşdur. Dünyəvi hakimiyyətin və ənənəvi dini icmaların konstruktiv fəaliyyəti və qarşılıqlı ünsiyyəti nəticəsində yaranmış dövlət- din münasibətlərinin nadir modeli Azərbaycan Respublikasında öz əksini tapmışdır. Belə zənn edirəm ki, bu sahədə Azərbaycanda tolerantlığın təcrübəsi diqqətlə öyrənilməli və təhlil olunmalıdır» [9,10]
Azərbaycanda dini tolerantlıq modeli bütün dünyada etiraf olunur, təqdir olunur, öyrənilir və həyatda tətbiq olunur.
Fəlsəfə elmləri doktroru S.Hüseynov özünün «Azərbaycanda dini tolerantlıq mədəniyyəti: Tarix və müasirlik» əsərində haqlı olaraq əsrlər boyuk ölkəmizdə formalaşmış dini tolerantlığın inkişaf etdirilməsini aşağıdakı şəkildə göstərir:
1. H.Əliyev və Azərbaycanda dini tolerantlıq mədəniyyətinin yüksəldilməsi
2. Dini tolerantlıq mədəniyyətinin inkişafında Qafqaz Müsəlmanları İdarəsinin rolu.
3. Müstəqillik dövründə dini tolerantlıq səhəsində Azərbaycanın yeri və rolu (Müəllif burada Dini İşlərlə Dövlət Komitəsinin, H.Əliyev fondunun Prezidenti Mehriban xanım Əliyevanın və AR Prezidenti cənab İlham Əliyevin fəaliyyətini xüsusi qeyd edib).
Göründüyü kimi, Azərbaycanda tolerantlıq dini etiqad azadlığına, dünyiliviliyə əsaslanır, ekstremlizm, feyndamentalizm və radikalizmdən uzaqdır.
İndi ölkəmizdə 1802 məscid, 5 provaslav, 1 katolik, 4 gürcü provaslav kilsəsi, 6 sinaqoq fəaliyyət göstərir. [10,101]
Bu gün Ulu Öndər H.Əliyevin tolerantlıq siyasətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.
İ.Əliyevin göstərişilə ölkədə tolerantlıq yüksək dərəcədə inkişaf etmişdir.
Prezidentin sərəncamı ilə hətta Gürcüstanda yaşayan azərbaycanlıların rahat yaşamaları üçün bir sıra addımlar atıiıb. Prezident Azərbaycanda olan tolerantlığın Gürcüstanda da olmasını istəyir. Əgər dini tolerantlıq olarsa, orada azərbaycanlıların yaşaması daha rahat olar. Azərbaycan tərəfindən Gürcüstanda olan 440-a yaxın kilsə, məbəd və məscidəlrə pulsuz qaz verilir. Hətta erməni kilsələri də qazla təmin edilir, Allah yolunda. [4]
İ.Əliyev dini tolerantlıq sahəsində Azərbaycan təcrübəsini bütün ölkələr üçün örnək hesab edir.
Bu gün respublikamızda azərbaycançılıq həm də mükəmməl tolerantlıq və real inkişaf modelidir. Azərbaycançılıq ideologiyası, dini tolerantlığın, polietnik mövcudluğun qarantii kimi çıxış edir…Azərbaycanda dözümlü ictimai mühitin formalaşmasını bu gün və gələcəkdə təmin edən tolerantlığın praqmatik konsensus modeli daim inkişafdadır. [2,425]
Tolerantlıq bütün demokratik ölkələr tərəfindən qəbul edilsə də, onun praktiki surətdə həyata keçirilməsi üçün mərkəzlər, institutlar yaradılsa da,lakin bu sahədə hələ də çətinliklər mövcuddur.
Tolerantlıq müxtəlif elmi aspetklərdən – psixoloji, sosioloji, kulturoloji, fəlsəfi aspektlərdən təhlil olunur. «Fəlsəfi baxımdan tolerantlıq dedikdə – həmçinin müxtəliflik və fərqin qəbul edilməsi, onlara hörmət və rəğbət nəzərdə tutulur. Tolerantlıq həm də başqalarının hüquqlarını tanımaq əsasında, fərqi düşünmək tərzinə malik olduğunu anlamaq əsasında münaqişə və ziddiyyətlərin həllinin axtarılmasını təmin edən əxlaqi imperativ, maksimadır». [3,166]
R.Aslanova tolerantlığın düşüncə tərzi kimi mədəni-mənəvi prinsiplərin məzmunu kimi, sülh, əmin-əmənlıq, mədəni müxləiflik mühitinin yaranmasına kömək edən bir mənəvi-əxlaqi və fəlsəfi kateqoriya olduğunu iddia edir.
Ölkə Prezidenti İ.Əliyev müasir dövrdə dini tolerantlığın yüksək mədəniyyəti və həyat tərzinə, dövlət siyəsətinə çevirmişdir: «Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərinin inkişafında öz rolunu oynamışdır. İctimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycanda dini, milli dözumlülük, tolerantlıq çox yüksək səviyyədə olub. Bu, Azərbaycan xalqının döümlülüyünün, eyni zamanda müstəqil Azərbaycan dövlətinin siyasətidir və Azərbaycanda fəaliyyət göstərən dini qurumların əməyinin praktiki nəticəsidir». [6,30]
Göründüyü kimi Azərbaycan xalqının özünün dözümlülüyü, dövlət və dini qurumların birgə fəaliyyəti ölkəmizdə dini tolerantlığın inkişafının əsas, mühüm amilidir.
Əsası Azərbaycan xalqının öz təbiətindən, onun milli mədəniyyətinin tərkib hissəsi olan islam dinindən irəli gələn, ölkəmizdə dövlət səviyyəsində yaranan dö- zümlülük mühiti Azərbyacanda dini tolerantlığın inkişafında mühüm rol oynayır.
«Hazırda Azərbaycanda formalaşan dini tolerantlıq mühitinin qorunub saxlanması və onun daha da möhkəmlənməsində Prezident İ.Əliyev mühüm rol oynamışdır. Məhz Prezident İ.Əliyevin dini tolerantlığın möhkəmləndirilməsi sahəsində həyata keçirdiyi tədbirlər nəticəsində respublikamızda rəsmi olaraq 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir. Hazırda ölkəmizdə 1802 məscid, 550-yə yaxın pir və zayarətgah bərpa və təmir edilərək dindarların ixtiyarına verilmişdir».[11,165]
Azərbaycan özünün mədəniyyəti, sivilizasiyasının, milli dini müxtəlifliyinin, özündə etnik və etiqad rəngarəngliyini əks etdirmişdir. Dözümlülük, tolerantlıq azərbaycanlıların öz təbiətindən, mənəviyyatından, dünyagörüşündən, mentalitetindən, milli psixologiyası və xarakterindən irəli gəlir: «Sayca dominant üstünlüyə malik olan azərbaycanlı özünə hörməti zor və basqı ilə deyil, qarşılıqlı münasibətlərdəki davranışla qazanmağa üstünlük verir… Xəyanətə, böhtana və təcavüzə dözümsüzlük, ailəyə, dostluğa və peşəyə sədaqət azərbaycanın ən çox dəyərləndirdiyi keyfiyyətdir… Öz milli mənsubluğu ilə fəxr edən azərbaycanlı digər millətlərə də hörmətlə yanaşmaq, onlardan özünə və millətinə hörmət etmək haqqı əldə edir». [10,115]Müəllif haqlı olaraq tolerantlıq münasibətinin qarşılıqlı olması fikrini əsaslandırır: tolerantlıq birmənalı olmamışdır, əks təqdirdə dinlərarası, millətlərarası ziddiyyyətlər yarana bilər. Başqalarına dözümlülük özünə dözümlülüyün yaranmasını tələb edir
Bir sözlə, tolerantlıq fərdlərarası münasibətlərdən başlayaraq sosial qruplar, millətlər, mədəniyyətlər, sivilizasiyalar arasında dözümlülüyün məzahürüdür. Azərbaycanda tolerantlıq müxtəlif mədəniyyətlərə, milli azlıqların dilinə, dininə, bütün vətəndaşların hüquq və azadlıqlarınan hörmət, əmin-amanlıq, sülh mədəniyyəti, həyat tərzi və düşüncə tərzidir.

 

İstİfadə edİlmİş ədəbİyyat

1.Aran Səyyad. Tollerantlıq – dini müxtəliflikdə birgəyaşayışın «qızıl ortası». // http. // www/. scwra.gov.az/article/114
2.Aslanova R. XXI əsr: Yeni mədəniyyət məkanına inteqrasiya. Bakı, Nurlan, 2007. 439 s.
3.Aslanova R Qloballaşma və mədəni müxtəliflik. Bakı: Elm, 2004,283 s.
4.«Cənab Prezident dini tolerantlığın tərəfdarıdır» // http: www/ann/az
5.Əliyev Heydər. Dinimiz xalqımızın milli-mənəvi sərvətidir. Bakı: İrşad, 1999. 165 s.
6.Əliyev İlhamın tolerantlığa dair çıxışı.// Дювлят вя дин Иътимаи фикир топлусу. №6 (14) 2009, с. 30

7.Əliyev R. Dövlət və din.(Çıxışlar və məqalələr toplusu). Bakı, Avropa nəşriyyatı, 2006, 94s.
8.Əliyeva Mehriban. «Dini Tolerantlıq; «Azərbaycanda birgə yaşamaq mədəniyyəti» mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışı» http // www/mehriban-aliyeva.org/activitet/node/845721
9. Щейдяр Ялийев вя Азярбайъанда дин сийасяти: эерчякликляр вя перспективляр. Бакы: Ябилов, Зейналов вя оьуллары. НПЕ, 2007, 190 s.

10.Həsənli A. Müasir şəraitdə Azərbaycanda dini-mənəvi dəyərlərin inkişaf xüsusiyyətləri. Bakı, Nur Art. 2014, 144s.
10.Hüseynov S. Азярбайъанда дини толерантлыь мядяниййяти: Тарих вя мцасирлик.Бакы: Тякамцл, 2012. 176 s .
12.Абуов А.П. Межконфессиональный диолог как основа социального согласия // http: // www/etkaztm.org / article/142
13.Ахметбеков А.Б. О сущности и значении религиозной толерантности // http: // www.din .aktove. doğ.kz/ru/note/ 11766
14.Вагабова Н.М. Этническая толерантность в поликультурном общество. Автореферат диссертации по философии. Махачкала, 2007, 25c.
15.Толерантность // htpp: // ru. wikipedia.org / wiki/ Tolerantnoso

Geostrategiya" jurnalı № 06 (30)  NOYABR-DEKABR 2015


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM