Həsən Çələbi
Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin Geologiya Departamentinin baş geoloqu
Son illərdə dünyanın müxtəlif elmi-tədqiqat mərkəzlərində aparılmış və aparılmaqda olan elmi araşdırmaların nəticələrinə əsasən Kainatın və eləcə də Yer kürəsinin daha cavan olması barədə müxtəlif fikirlər səslənməkdədir. Mütəxəssislər və eləcə də oxucular üçün maraqlı olacağını nəzərə alaraq, bu məlumatların sintezi və ümumiləşdirilməsi əsasında hazırlanmış məqaləni oxucuların diqqətinə çatdırırıq.
Məlumdur ki, Kainatın elmi metodlarla hesablanmış yaşı ~ 14 milyard il, Yer kürəsinin yaşı isə ~ 4.2 milyard il olduğu qəbul edilmişdir. Ümumuyyətlə, elm Yerin yaşının nə qədər olduğunu sübut edə bilərmi? Birmənalı demək olar ki, Kainatın və Yerin yaşının elmi metodlarla sübutu mümkün deyildir. Heç kimə sirr deyildir ki, elmin əsasında müşahidələr və təcrübələr durur. Bu və ya digər hadisənin tarixini səhih şəkildə müəyyən edilməsində yeganə üsul – həmin hadisənin şahidinin (şahidlərinin) mötəbər ifadələridir. Digər tərəfdən tarixi elmlərin təbiəti belədir ki, keçmiş üzərində təcrübələr də aparmaq mümkün deyildir. Konkret olaraq bu halda nə şahidlər var, nə də təcrübələrin aparılması mümkün deyildir. Bu səbəbdən “yaş” üzrə göstəricilər bütün hallarda keçmişə nəzərən ehtimalları, fərziyyələri və gümanları özündə ehtiva edən hesablamalara əsaslanır.
Milyon illəri, “Uniformizm prinsipi”nə əsasən, yəni fiziki proseslərin sürətinin qədimlərdə də indiki kimi olduğunu əsas götürərək alırlar. Əgər bu ehtimallar əsasında hesablanmış “yaş” uniformist təsəvvürə uyğun gəlmirsə, tədqiqatçılar o qənaətə gəlirlər ki, onların ehtimalları bu halda qəbuledilməzdir və onu müvafiq qaydada təshih edirlər. Hesablamalar qəbul edilə bilən nəticə verdiyi təqdirdə isə, nəticələri elan edirlər. Məsələn, Ayda olan kraterlərin miqdarı Ayın daha qədim yaşa malik olmasını ehtimal etməyə əsas verir, o halda ki, onların yaranma sürəti indikinə bərabər olsun. Lakin, nəticə çıxarmaq üçün qədimdə də kraterlərin yaranma sürətinin indiki kimi olduğu ehtimal edilməlidir. Doğrudanmı belə olmuşdur? Axı qədimdə bu sürətin daha çox olduğunu da ehtimal etməyə əsas var! Belə ki, kraterlər Ayın qədim yaşa malik olmasını göstərə bilməzlər.
Bu məqalədə sadalanan “az” yaş nümunələri də həmin uniformizm (eyniləşdirmə) prinsipi əsasında alınmışdır. “Qədim Yer” ideyasının tərəfdarları onun cavan olması sübutlarını bu dəlillərin keçmiş barədə qəbul ediməzliyini əsas gətirərək nəzərə almırlar. Başqa sözlə, elmi müşahidələrin predmeti “yaş” deyil, müşahidə oluna bilməyəndəlillərdən çıxarılmış nəticədir.
Doğrudur, aşağıda sadalanan dəlillərə əsaslanan ehtimallar da sübut olunmalıdır; bununla belə çox müxtəlif hadisələrin bu qədər geniş spektri Yerin daha az yaşa malik olmasından xəbər verir və Yerin yaşının ümumqəbuledilmiş qiymətinə şübhə ilə yanaşmağa əsas verir.
Elə dəlillər də vardır ki, yaşın təyin edilməsində rolu yoxdur, lakin çox uzaq keçmişin tarixinin müəyyən edilməsi üzrə bütün metodların əsaslandığı çox yavaş, tədrici dəyişilmələrin uniformist modelini şübhə altına alır.
Yerin cavan olmasının xeyrinə olan geoloji dəlillər
•Otyeyən heyvanların çoxlu miqdarda daşlaşmış qalıqları olan bir-çox çöküntü qatlarında bitki qalıqlarının olmaması. Təkamülçülərin təsdiq etdiyi kimi, bu süxurlar çox uzun sürən bir zaman ərzində “yerində” basdırılmış hansısa “dövrün” ekosistemi ola bilməz. Belə yatım həmin süxurların qlobal kataklizm gedişində (Ümumdünya Daşqınında) yerlərini dəyişməsi və basdırılması ehtimalını irəli sürməyə əsas verir. Bununla da milyon illərin xeyrinə olan “faktlar” heçə enir.
• Daxilində heç bir ərimə və qırılma əlamətləri olmayan qalın qırışıq layları. Məsələn, Böyük Kanyonda (ABŞ) Kaibab qalxımı qırışıqlığın çox tez, çökmə süxurların bərkiməyə macal tapmadan (qum dənəcikləri təzyiq altında uzunsov forma almamışlar, əgər süxur bərkisəydi bu mütləq baş verərdi) əmələ gəldiyini təsdiqləyir. Bu isə qırışıqlığın milyon illər ərzində formalaşması ideyasına ziddir, əksinə Ümumdünya Daşqını zamanı çox tez bir müddətdə formalaşmasını göstərir.
• Polistrat daşlaşmalar – kömürün içərisində ağac və plaun (qıjıya bənzər meşə bitkisi) gövdələrinin olması. Bu kömürün əmələ gəldiyi üzvü maddələrin çox tez basdırılmasını göstərir.
• Təcrübələr göstərir ki,təbii mühitə çox oxşar şəraitdə qonur kömür bir həftə, daş kömür isə sayılı aylar ərzində fomalaşır. Buna milyon illər tələb olunmur. Digər tərəfdən, uzun müddət kömürün əmələ gəlməsinə mane ola bilər, ona görə ki, bu halda ağacın minerallaşma ehtimalı artır, bu isə kömürləşmənin qarşısını alır.
•Təcrübələr göstərir ki,təbii mühitə çox oxşar şəraitdə neft tez əmələ gəlir, buna milyon illər deyil, minillər tələb olunur.
•Təcrübələr göstərir ki,təbii mühitə çox oxşar şəraitdə opal daha tez – cəmisi bir həftə ərzində - əmələ gəlir. Daha təkamülçülərin təsdiq etdiyi kimi buna milyon illər tələb olunmur.
•Qırıntılı daykalar və intruziv kütlələr göstərir ki, intruziya baş verərkən üstdə yatan süxurlar yumşaq olmuşlar. Beləliklə bu layların formalaşmasına təkamülçülər tərəfindən ayrılmış müddət min dəfələrlə azalmış olur.
•Para(psevdo)uyğunluq (iki qonşu lay arasında geoloji dövrdə yaşı milyon illərlə ölçülən layın olmaması) – həmin layların təmasında hissediləcək eroziya izlərinin (yəni paralel qeyri-uyğun yatımın) olmaması.
•Para(psevdo)uyğunluğun təmasında azömürlü izlərin (yağış damcılarının, su axınlarının izləri, heyvan ayaqlarının izləri) olması onu göstərir ki, üst lay alt layın üzərində dərhal əmələ gəlmişdir, yəni heç bir milyon illik ”fasilə” olmamışdır.
•Yaş fərqi “milyon illər” olan iki qonşu laylarda qarşılıqlı nüfuzetmə hissələrinin mövcudluğu da uzungeoloji dövrü istisna edir.
•Para(psevdo)uyğunluq yerlərində (horizontal qeyri-uyğun yatım) bioturbasiyanın (qurdların gediş-gəlişi, otların bitişi) olmaması həmin layların tez formalaşmasını təsdiq edir. Təkamülçülərin şkalasına görə isə həmin laylar milyon illər ərzində “formalaşmalı” idilər.
•Geoloji sütunda çox asan müəyyən oluna bilən torpaq qatının heç olmaması. Bəzi hallarda geoloqlar bir çox torpaqları (paleotorpaq) tapdıqlarını iddia edirlər, lakin onlar müasir torpaqdan çox fərqlənirlər. Onlarda müxtəlif torpaq tiplərini səciyyələndirən və onları təsnif etməyə imkan verən əlamətlər çatışmır. Bu mövzunu ətraflı və dərindən araşdıran hər bir tədqiqatçı onlarda həqiqi torpaq əlamətlərinin olmadığını təsdiq edər. Əgər “Qoca Yer kürəsinin” tərəfdarlarının dedikləri doğru olsaydı, onda milyon illər bu əlamətlərin formalaşması üçün kifayət idi.
•Daha cavan layları daha qoca laylardan ayıran qeyri-uyğun laylanmada eroziya izlərinin – eroziya səthinin cox məhdud yayılması. Məlumdur ki, səth tez bir zamanda eroziyaya məruz qalır (məs., Bedlendz, Cənubi Dokota - ABŞ), ancaq qeyri-uyğun laylanma çox azdır. Böyük Kanyonun(ABŞ) əsasında “böyük qeyri-uyğun laylanma” mövcuddur, digər yerlərdə isə, guya 300 milyon yaşı olan laylar digərlərinin üzərində nəzərə çarpmayacaq qeyri-uyğun yatımla yatırlar. Bu bir daha göstərir ki, laylar qısa bir zaman kəsiyində çökmüşlər.
•Sualtı sürüşmələrin (“bulanıq axınlar”) 50 km/saat sürətlə hərəkət etməsi və sayılı saatlar ərzində çox böyük sahəyə malik çöküntü qatı əmələ gətirməsi faktının kəşf olunması (Press F, Siever R., 1986). Əvvəllər belə hesab olunurdu ki, çökmə qatlar çox uzun dövr ərzində tədricən formalaşır, indi aydın olur ki, onlar qısa müddətdə əmələ gələ bilirlər.
•Hidrokanallarda müxtəlif ölçüdə olan çöküntülərlə aparılan tədqiqatlar göstərdi ki, göllərin dibində laylanan süxur qatının formalaşması, əvvəllər hesab edildiyi kimi çox uzun dövr ərzində deyil, əksinə çox tez əmələ gəlirlər.
•ABŞ kanyonları üzərində aparılan monitorinq müşahidələri göstərmişdir ki, onlar qısa müddətdə əmələ gəlmişlər və formalaşması guya milyon illər davam etməsi ehtimal olunan digər kanyonlarla eyni görünüşə malikdirlər. Elə buradan da əmələ gəlmələri heç kim tərəfindən müşahidə edilməyən digər kanyonların yaşı barədə şübhələr meydana çıxır.
•Adaların çox tez əmələ gəlməsi nümunələrinin (məs., İslandiyada Surtsey adası) müşahidə edilməsi, belə adaların əmələ gəlməsinə çox böyük zamanın tələb olunması ehtimalını təkzib edir.
•Sahil xətlərinin horizontal eroziyasının və qitələrin vertikal eroziyasının sürəti Yer kürəsinin qədim yaşı ilə əsla uzlaşmır.
•Yaşı milyon illər “hesab olunan” böyük sahəyə malik yastı yaylaların (“yüksək paleodüzənliklər”) mövcudluğu (məs., Avstraliyada Kenquru adası). Məşhur Avstraliya coğrafiyaşünası K.P. Tuideyl yazır: “Belə platformaların bu şəkildə bu gün də qalması landşaft formalaşmasının ümumqəbuledilmiş modelini müəyyən mənada sual altında qoyur”.
•Yer kürəsindəki bütün dağ silsilələrinin (məs., Alp, Himalay, And, Qayalı dağlar) təxminən eyni zamanda əmələ gəlməsi - dağ əmələgəlmə proseslərinin milyard illər ərzində davam etməsi fonunda mövcud hündürlüklərinə guya “5 milyon” il bundan əvvəl çatması.
•Bütün yer üzündə müşahidə olunan və təkamülçü-geoloqlar tərəfindən “axının qeyri-uyğun sistemi” adlandırılan dağ silsilələrini yaran çay vadiləri. Onlar “qədim dövr” nəzəriyyəsi ilə uzlaşmadıqlarından “qeyri-uyğun” adlandırılırlar. Bununla belə, onlar digər zaman şkalası ilə, yəni – Ümumdünya Daşqınının resessiv fazasında və onun ardınca gələn səpələnmə fazasında qısa müddətdə formalaşmaları barədə ehtimalı, yetərincə uzlaşırlar.
• Eroziyanın Niaqara şəlaləsində və digər oxşar yerlərdə ölçülmüş sürəti Daşqından cəmisi bir-neçə min il keçməsi ideyası ilə tam uzlaşır.
• Çay deltalarının (məs., Misisipi, Dəclə, Fərat) inkişaf tempi göstərir ki, Daşqından milyon illər yox, min illər keçmişdir. Bu arqument hələ Mark Tven tərəfindən irəli sürülmüşdür.
• Çox kiçik çayların mövcud axın həcminə uyğun gəlməyən çox böyük vadilərə malik olmaları. Dyüri bütün qitələrdə belə çayların yayıldığını müəyyən etmiş və onların dirsəklərinin vəziyyətlərini tədqiq edərək belə qənaətə gəlmişdir ki, onlarda suyun miqdarı keçmişdə indikindən 20-30 dəfə çox olmuşdur.Bu isə ona dəlalət edir ki, həmin çayların vadiləri təkamülçülərin dedikləri kimi uzun dövr ərzində tədricən deyil, çox tez yarılmışlar.
• Okean sularında duzun miqdarı. Hətta Daşqının nəticələrini nəzərə almadan, okean suyunun başlanğıc duzluluğunu sıfır qəbul edərək, sularda duzların toplanmasına sərf olunan vaxtı daha da uzatmaq üçün duzların suya gətirilməsinin ən aşağı sürətini qəbul etsək belə okeanların maksimal yaşı 62 milyon il (yəni, təkamülçülərin verdiyi yaşın 1/50-dən də az) olar. Bunun özü də Yerin yaşının çox az olduğu qənaətinə gətirir.
• Dənizlərin dibindəki çökmə süxurların miqdarı – qurunun eroziyasının indiki sürəti tempində həmin çöküntülər 12 milyon il ərzində (okean dibinin 3 milyard il yaşı ilə müqayisədə - bir an) toplanardı. Nəzərə alınsa ki, “uzun dövr” tərəfdarları keçmişdə eroziyanın sürətinin dahayüksək olduğunu ehtimal edirlər, o halda bu müddət (12 mln.il) daha da azalar. Beləliklə, dənizlərə gətirilən süxurların miqdarı da Yerin minillik tarixə malik olması ilə tam uzlaşır.
•Dəniz dibində olan dəmir-manqan konkresiyaları (DMK). Bu konkresiyaların artmasının ölçülmüş tempi onların yaşının bir-neçə min il olduğunu göstərir.
• Səpinti çöküntülərin yaşı (ağır metalların möhtəviləri, məs., müasir çöküntülərdə və bərkimiş çökmə süxurlarda qalay). Onların ölçülmüş çökmə sürəti bütün çökmə kompleksin milyon deyil, min illər ərzində toplandığını ehtimal etməyə tam əsas verir.
•Neft və qaz quyularındakı təzyiq neftin və qazın yaxınlarda əmələ gəldiyini göstərir. Əgər onların əmələ gəlmə vaxtı milyon illər olsaydı o halda aşağı keçiriciliyə malik ətraf süxurlarda da təzyiq tarazlığı olmalı idi. “Neftin axtarışı ilə məşğul olan mütəxəssislər qeyd edirlər ki, neftin milyon illər ərzində əmələ gəlməsi əsasında səmərəli axtarış-kəşfiyyat modelinin yaradılması mümkün deyildir” (Petuxov, 2007). Mütəxəssislərin rəyinə görə, milyon illik standart geoxronoloji şkala modeli götürülərsə, o halda ən yaxşı kəşfiyyat strategiyası – quyuların qazılma yerinin təsadüfi seçilməsi olardı(Lolomov A. V.,2007).
•Yerin maqnit sahəsinin istiqamətinin sürətli dəyişməsi süxurların yaşınn təyinində əsas üsullardan olan paleomaqnitizmə olan etibarı azaldır və sürətli proseslərdən xəbər verir; beləliklə zaman şkalası min dəfələrlə “qısalır”.
•Okean qabığındakı yarılmalarda (maqmanın çıxdığı yerlər) zonal maqnit anomaliyalar yenidən maqnitlənməyə min illərin getməsi müddəasının əleyhinədir, daha çox Yerin cavan yaşı ilə uzlaşan okean dibinin sürətlə genişlənməsini və maqnit sahəsinin istiqamətininsürətli dəyişməsini təsdiq edir.
•Yerin maqnit sahəsinin (YMS) zəifləməsi. Aparılmış ölçmələrlə müəyyən edilmişdir ki, YMS həndəsi silsilə üzrə zəifləyir və dünyanın yaranmasından sonra sərbəst parçalanma nəzəriyyəsi ilə uzlaşır ki, bu da Yerin yaşının 20 min ildən az olduğunu göstərir.
•Əhəngdaşı mağaralarında stalaqtit və stalaqmitlərin inkişaf sürətinin ölçülməsi onların bir neçə min il yaşa malik olması ilə uzlaşır.
•Yer kürəsindən bol istiliyin çıxması (hətta radioaktiv parçalanmadan yaranan istiliyi nəzərə almaqla belə) onun milyard illərlə deyil, cavan yaşa malik olması ilə uzlaşır (Voodmorappe J., 1999).
Yerin cavan olmasının xeyrinə olan bioloji dəlillər
•“Qədim” daşlaşmış orqanizmlərin DNK-sı. Bakteriyalardan alınmış DNK-nın təqribən 425 milyon il yaşa malik olması şübhə doğurur, belə DNK-nın min ildən artıq mövcud ola bilməməsi elm tərəfindən təsdiq edilmişdir.
•“Dirilmiş” bakteriyalar – duz kristallarında sağ qalan, guya 250 milyon yaşı olan bakteriyalar – onların yaşı heç də milyon il deyil.
•Hər bir nəsildə bir çox cüzi zərərli mutasiyalar nəticəsində insan genomunun parçalanma sürəti onun bir neçə min il əvvəl əmələ gəlməsi versiyası ilə uzlaşır. Bu genomların yaşının cavan – bir neçə min il olmasıpopulyasiya genetikasının modelləşdirilməsi ilə də təsdiq olunur.
•“Mitohondrial Həvva” barədə dəlillər bütün insanların bir anadan bir neçə min il əvvəl yaranmasına uyğun gəlir.
• Bütün dünya üzrə Y-xromosomlarının DNK sırasında çox cüzi fərqlərin olması insanın min illər əvvəl yaranması ilə uzlaşır.
•Dinozavrların qan hüceyrələri, qan damarları, zülallar (hemoqlobin, ostekalsin, kollagen) onların ehtimal olunan yaşı ilə uzlaşmırlar, əksinə qalıqların “cavan olması” faktı ilə daha yaxşı izah olunurlar.
• Milyon illər “yaş verilən” daşlaşmış sümüklər az minerallaşmış, ya da heç minerallaşmamışlar. Bu Yerin qədim olması ehtimallarına uyğun gəlmir.
•Milyon illər “yaş verilən” daşlaşmış orqanizmlərdə amin turşularının rezemiziyası heç yarıya qədər baş verməmişdir, halbuki onların tam rezemiziyası üçün bir neçə min il kifayət edir.
•Daşlaşmış orqanizmlər zəncirində olan fasilə. Məsələn, selokant, vollemiya və digər “rəhbər” daşlaşmış qalıqların ehtimal olunan qədim qatlarda olması, sonrakı milyon illər “yaşı” olan qatlarda olmaması, ancaq onların indi də mövcud olması. Bu fasilənin olması süxurların çox uzun geoloji dövr ərzində formalaşması ideyası ilə əkslik təşkil edir; axı batimeriyalar 65 milyon il ərzində daşlaşmadan necə “yayınmışlar” (“Lazar effekti”).
•Hal hazırda da yaşayan ən qoca orqanizmlərin – ağacların yaşı Yerin min illik tarixi ilə uzlaşır.
Radioaktiv metodla yaşın müəyyən edilməsi
•Kömürdə, neftdə, daşlaşmış ağaclarda və almazlarda C-14 izotopunun olması onların milyon illər deyil, min illərlə yaşa malik olmasını göstərir.
•Yaşın təyinində eyni metodla (elə müxtəlif metodlarla da) alınmış nəticələrdə milyon illik fərqin olması həmin metodlara olan inamı sarsıdır.
• Eyni sirkon kristalının müxtəlif hissələri, həmçinin eyni süxurda olan müxtəlif sirkon kristalları həmin kristalların yaşı üzrə çox fərqli nəticələr verir ki, sirkonun “tarix müəyyən etməsi”ni sual altında qoyur.
•Qranitlərdə olan sirkonda radioaktiv elementlərin parçalanma məhsulu olan heliumun miqdarı, ehtimal olunan milyard illərlə yox, 6000±2000 il yaşa uyğun gəlir.
•Dərin və dayaz buruq quyularından çıxarılmış sirkonlarda qurğuşunun miqdarı demək olar ki, eynidir. Halbuki, “uzun dövr” ideyasına görə dərin quyularda yüksək hərarətdən diffuziyanın sürəti yüksək olması səbəbindən Pb-ün miqdarı az olmalı idi. Ancaq min illər müddətində Pb-ün miqdarında elə də böyük fərq gözlənilmir və həqiqətdə də belədir.
•Avstraliyadakı “Yanar dağ”ın radioizotop üsulu ilə təyin olunmuş milyon illik (yanan kömür layından götürülmüş lava möhtəvilərinin tarixi yaşına inansaq, həmin kömürlər 40 milyon ildir ki, yanırlar – bu da həqiqətə uyğun deyil) tarixi istər-istəməz şübhə doğurur.
Bəşəriyyətin tarixi Yerin cavan yaşı ilə uzlaşır
•“Daş dövrünün” alətləri və insan skeletləri. Onlar Yerdə 1 milyon (hələ 10 milyon demirik) əhalinin 100 min illik həyatı üçün kifayət deyil.
• Bütün qədim sivilizasiyaların, yazının və s. əmələ gəlməsi tarixi təxminən eynidir – bir neçə min il əvvələ təsadüf edir.
• Dillər və onların arasındakı oxşarlıq (məs.,Avstraliya aborigenlərinin dillərinin cənub-şərqi Hindistan və Şri-Lanka dilləri ilə müqayisəsi onlarda bir çox oxşarlıqların olduğunu göstərir). Bu fakt, guya dillərin bir çox on min illər ərzindəbir-birindən asılı olmayaraq mövcud olması və ehtimal olunan yaşı ilə uzlaşmır
• Müxtəlif mədəniyyətlərdə ortaq “miflərin” (məs., bütün xalqlarda Yer üzərində olan hər şeyi məhv etmiş Daşqın tarixi) olması xalqların yaxın keçmişdə (min illər əvvəl) Yer üzərində yayıldığını təsdiq edir.
• Kənd təsərrüfatının əmələ gəlməsi. Əksər tədqiqatçıların gəldiyi nəticəyə görə kənd təsərrüfütının yaşı 10 min il ətrafındadır. Elə həmin alimlərin özləri təsdiq edirlər ki, Yerdəki müasir insanın yaşı 200 min ildir. Qoy belə olsun, bununla belə, şübhəsiz ki, kim isə qida əldə etmək üçün daha əvvəl bitki toxumlarını əkmək fikrinə düşərdi.
"YER VƏ İNSAN" jurnalı
№/05/NOYABR-DEKABR/2015
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM