Ağamahmud Səmədov
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Milli Geoloji Kəşfiyyat Xidmətinin baş mütəxəssisi
Ötən əsrin 60-cı illərinin sonları idi... Artıq 2 həftə idi ki, Balakən rayonunun dağlıq hissələrində, üç keçmiş Sovet respublikası - Azərbaycan, Gürcüstan və Rusiyanın sərhədyanı ərazilərində idik. SSRİ Geologiya Nazirliyinin Mərkəzi Geoloji Kəşfiyyat Elmi-Tədqiqat İnstitutunun (MGKETİ) Azərbaycan şöbəsinin əməkdaşları nadir, nəcib və əlvan metal yataqları üzrə gərgin tədqiqat işi aparirdı.
Biz - Azərbaycan Dövlət Universitetinin bir neçə adi tələbəsi də öz öhdəmizə düşən vəzifəni, tapşırığı vaxtında yerinə yetirməyə çalışırdıq. Onu da deyim ki, düşərgəmizin yerləşdiyi Cixix adlı ərazilərdən Almaniyanın “Voqau”dağ-mədən firması I Dünya Müharibəsinədək (1902-1914-cü illərdə) mis filizləri çixararaq emal etmişdi.
Kiçik ekspedisiyamızın əməkdaşları arasında söhbət gedirdi ki, bu günlərdə Moskvadan Namiq Qurbanov adlı tanınmış geoloq-alim gələcək, aparılan işləri qiymətləndirəcək və onlara istiqamət verəcəkdir. Bu səfərə ekspedisiya rəhbərliynin xüsusi əhəmiyyət verdiyi hiss olunurdu. Və bir müddət sonra gözlənilən qonaq - MGKETİ-nin bölmə müdiri - Qafqaz Laboratoriyasının rəhbəri Namiq Qurbanov Balakənə, oradan da helikopterlə düşərgəmizə gəldi. Biz tələbələr heyrətimizdən donmuşduq. Moskvada yaşayan və neçə vaxtdır ki, söhbətlərin mövzusu olan bu həmyerlimiz 30-35 yaşlarında bəstəboy, dolu bədənli və yaraşıqlı bir gənc idi. O, Naxçıvanda orta məktəbi bitirəndən sonra Moskva Dövlət Universitetinin Geologiya fakültəsində təhsil almış, sonra adı çəkilən instituta göndərilmiş və orada fəaliyyətə başlamışdı. Elə ilk tanışlıq biz tələbələrin qəlbində dərin təəssürat yaratdı. O, gənc olmasına baxmayaraq yüksək ixtisaslı geoloq-alim, fenomenal yaddaşa malik olan bir insan idi. Doktorluq dissertasiyası üzərində işləyirdi. Bəlağətli, rəvan danışığı vardı. Uralda mis-polimetal yataqlarının tədqiq olunmasında yaxından iştirak etmiş və alimlik dərəcəsi almışdı. N.Qurbanov o zamanlar bizim üçün əlçatmaz bir məkan olan qədim Misirdə işləmiş, Səudiyyə Ərəbistanında - Məkkədə olmuşdu...
Namiq Qurban oğlu Qurbanov 1932-ci ildə Azərbaycanın Naxçıvan şəhərində anadan olmuş, 1954-cü ildə M.Lomonosov adına Moskva Dövlət Universitetinin Geologiya fakültəsini mühəndis-geoloq ixtisası üzrə bitirdikdən sonra SSRİ Geologiya Nazirliyinin Mərkəzi Geoloji Kəşfiyyat Elmi-Tədqiqat İnstitutunda işə başlamışdır. Uralda bir sıra mis-kolçedan yataqlarında (Qay, Deqtyarovsk və s.) elmi- tədqiqat işləri aparmış və 1962-ci ildə namizədlik dissertasiyasını yüksək səviyyədə müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almışdı. O, hələ gənc ikən, SSRİ hökuməti ilə Suriya və Misir hökumətləri arasında bağlanmış saziş əsasında 1958-1960-cı illərdə həmin dövlətlərin ərazilərində elmi tədqiqat işləri aparan Sovet mütəxəssisləri qrupunun texniki rəhbəri olmuşdu.
N.Qurbanov 1958-1982-ci illərdə MGKETİ-nin bölmə müdiri, sonra Qafqaz şöbəsinin rəhbəri işləmişdir. 1982-ci ildə isə ona daha məsul vəzifə - SSRİ-nin Cənub hissəsinin Qızıl şöbəsinin rəhbəri vəzifəsi tapşırılmışdı. O, 1986-1994-cü illərdə əvvəlcə SSRİ, daha sonra isə Rusiya Federasiyası üzrə Qızıl şöbəsinin rəhbəri vəzifəsini yerinə yetirmiş, 1994-1999-cu illərdə İnstitutun filiz yataqları ərazi kompleksləri şöbəsinin rəhbəri, 1999-cu ildən ömrünün sonunadək isə əlvan metalların proqnozlaşdırılması və axtarışı şöbəsinin baş elmi işçisi işləmişdi.
N.Qurbanov yüksək ixtisaslı geoloq, görkəmli alim olduğuna görə bir çox xarici ölkələrdə - Suriyada, Misirdə, Rumıniyada, İranda, Pakistanda, Hindistanda, Çexoslovakiyada və s. - texniki rəhbər, baş mütəxəssis, ekspert və saziş rəhbəri vəzifələrini yüksək peşəkarlıqla, şərəflə yerinə yetirmişdi. Onun faydalı qazıntıların geologiyasına, geoloji kəşfiyyat işlərinin təşkilinə həsr olunmuş məruzələri, elmi mülahizələri və təklifləri ən mötəbər simpoziumlarda, konfranslarda diqqətlə qarşılanmışdır.
N.Qurbanov 1984-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, professor adını almışdı. Beynəlxalq Mineral Ehtiyatlar Akademiyasının, Rusiya Təbiət Akademiyasının və Beynəlxalq filiz Yataqlarının Genezisi Akademiyasının həqiqi üzvü seçilmiş, 1970-1991-ci illərdə SSRİ Nazirlər Soveti yanında Dövlət Ehtiyatlar Komitəsinin eksperti, Rusiya Federasiyası Təbii Sərvətlər Nazirliyinin Ekspertlər Şurasının daimi üzvü və kuratoru olmuşdu. O, həmçinin Cənubi Uralda Uzelgin mis-kolçedan, Kiçik Qafqazda Qızılbulaq, Qırğızıstanda Kumtor, Özbəkistanda Muruntau yataqlarının ilk kəşfiyyatçılarından olmuşdur.
N.Qurbanovun doğma Azərbaycan qarşısında da xüsusi xidmətləri olmuşdur. O, uzun illər boyu rəhbəri olduğu böyük alim-geoloq qrupu ilə birlikdə hər yay mövsümündə Azərbaycana gələr, Böyük Qafqaz dağlarının Azərbaycan hissəsinin cənub yamaclarının geoloji tədqiqi ilə məşğul olar, aşkar olunmuş iri filiz yataqlarında geoloji-kəşfiyyat işlərinin aparılmasında bilavasitə iştirak edər, istehsalatda çalışan geoloqlara metodik tövsiyələr verərdi. Qeyd etmək yerinə düşər ki, Filizçay, Kasdağ və Katex kimi kolçedan-polimetal yataqlarında geoloji- kəşfiyyat işlərinin başa çatdırılması, həmin yataqlar üzrə yekun hesabatların Dövlət Ehtiyatlar Komissiyasında müdafiəyə hazırlanması bilavasitə onun elmi rəhbərliyi altında həyata keçirilmişdi.
N.Qurbanov əlvan və nəcib metalların yaranma və yerləşmə şəraitinə, onların model sistemlərinə, axtarışı və proqnozlaşdırılmasına dair dərc olunmuş 290 elmi əsərin, o cümlədən 27 monoqrafiyanın və 2 yataq modelləri atlasının müəllifidir.
O, 1982-1989-cu illərdə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsinin tələbələri qarşısında vaxtaşırı olaraq “Filiz formasiyalarının geoloji əyalətləri” kursu üzrə mühazirələr oxumuş, yüksək ixtisaslı geoloq kadrların hazırlanmasına əmək sərf etmişdir.
O, 1976-cı ildə Moskvada çap olunmuş çoxcildli “SSRİ geologiyası”nın 47-ci cildinin əsas müəlliflərindən olmuşdur. Həm də ona bir sıra müəlliflik şəhadətnamələri verilmişdi.
Namiq müəllim Rusiya Təbii Sərvətlər Nazirliyinin Moskvada nəşr olunan «Отечественная геология» və «Руды и металлы» kimi dünyanın bir çox ölkələrində yayılan sanballı elmi jurnalların redaksiya heyətinin üzvü idi.
N.Qurbanovun əməyi SSRİ-nin və Rusiya Federasiyasının mükafatlarına, orden və medallarına layiq görülmüş, ona “Yer təkinin Fəxri kəşfiyyatçısı” və “Yer təkinin əlaçı kəşfiyyatçısı” adı verilmişdir.
Namiq müəllim elmi fəaliyyəti ilə yanaşı, eyni zamanda Moskvada yaşayan azərbaycanlılar arasında fəal vətəndaş mövqeyi olan həmyerlimiz idi. O, ölkəmizin hüdudlarından kənarda Azərbaycanla bağlı hər hansı bir məsələyə biganə qalmayan, Qarabağ probleminin ədalətli həllinin ləngidilməsinə ürək ağrısı ilə yanaşan, haqsızlığa dözməyən, gənclərimizə böyük qayğı və ümidlə yanaşan müdrik insan, elmi cəhətdən əsaslandırılmış məsləhətlərini əsirgəməyən böyük alim idi.
Xalqımızın görkəmli oğlu, ömrünün əsas hissəsini elmi axtarışlara, yeraltı sərvətlərin bolluğu hesabına dövlətin güclənməsinə, xalqın firavanlığına sərf etmiş görkəmli alim, fəal ictimai xadim Namiq Qurbanov, bu ilin yanvarında 82 yaşında Moskva şəhərində dünyasını dəyişmişdir. Belə insanlar unudulmurlar.
YER VƏ İNSAN
№/05/NOYABR-DEKABR/2015
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM