Həsən Çələbi
“Azərbaycan İnterneyşnl Mayninq
Kompani Limited” şirkətinin
Geologiya Departamentinin baş geoloqu
Danılmaz həqiqətdir ki, irqindən, dinindən, hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir bəşər övladının, ağıldankəmlər və var-dövlət içində üzənlər istisna olmaqla, iç dünyasında hər zaman böyük bir xəzinə tapmaq və birdən-birə varlanmaq kimi xəyali olan ülvi bir istək dolaşır. İnsanda bu istəyin (arzunun) oyanmasına rəvac verən isə itirilmiş və indiyə qədər tapılmamış xəzinələr haqqında ağızdan-ağıza keçən çoxsaylı rəvayətlər və əhvalatların olmasıdır. Oxucular üçün maraqlı olacağını nəzərə alaraq 6 belə xəzinə haqqında dildən-dilə dolaşan əhvalatları onların nəzərinə çatdırırıq.
1. Kəhrəba otaq
“Kəhrəba otaq” Prussiyada, öz ölkəsinin paytaxtının dünyanın ən gözəl və zəngin şəhərinə çevrilməsi üçün heç nəyi əsirgəməyən kral I Fridrixin (Kürfyürst III Fridrix) hakimiyyəti dövründə (1657-1713-cü illər) memar İ. F. Eozander tərəfindən yaradılmışdır. I Fridrix taxta çıxan kimi paytaxtın, ilk növbədə kral igamətgahının – XVI-XVII yüzilliklərin abidələr kompleksinin - yenidən qurulmasına başladı. Kral I Fridrixin niyyətinə görə Berlin özünün dəbdəbəsinə və zənginliyinə görə Fransa Versalını geridə qoymalı idi. Qeyd etmək yerinə düşər ki, 1618-ci ildən etibarən Prussiyanın – Avropanın kəhrəba istehsalının mərkəzinin - sahibi olan Brandenburq Kürfyürstləri ta qədimlərdən “Baltik dənizinin qızılı” adlanan kəhrəbadan digər knyazlara verilən qiymətli diplomatik hədiyyələrin hazırlanması üçün material kimi istifadə edirdilər. Bu da kəhrəba emalı sənətinin sürəkli inkişafına təkan vermiş oldu, bu incəsənət zirvələrindən biri də “Kəhrəba otaq”dır. Onun yaradılma dövrü XVII və XVIII əsrlərin qovşağında alman, o cümlədən Prussiya incəsənətinin çiçəklənmə dövrünə təfavüq edir.
Kralın arvadı - dərin savadı, geniş maraq dairəsi, musiqiyə və incəsənətə sonsuz vurğunluğu ilə seçilən kraliça Sofiya Şarlottanın hələ o vaxta qədər özünə məxsus çox da böyük olmayan Litsenburq yay sarayının versal modelli önündə parkı olan nəfis binaya çevrilməsi üzrə müəyyən planları vardı. 1701-ci ilin dekabr ayında sarayın genişləndirilməsi üzrə memar İ. F. Eozander tərəfindən kral cütlüyünə təqdim olunmuş layihə təsdiq olundu. Çox güman ki, başdan-ayağa qədər o vaxtlar dəyərinə görə gümüşdən geri qalmayan kəhrəba ilə bəzədilmiş Kəhrəba otağın yaradılması da kraliça Sofiya Şarlottanın ideyası olmuşdur. Kəhrəba panellər üzərində oyma işlərinə 1701- ci ilin sentyabrında başlanmış, 1713-cü ilə qədər davam etdirilmişdir.
Lakin, xalqımızın məşhur atalar sözünün (“Sən istəməyində ol, gör fələk nə deyir”) təsdiqi olaraq, sifarişçilərdən heç birinə bu çox təkəbbürlü ideyanın nəticəsini görmək nəsib olmadı: kraliça 1709-cu ildə, kral isə 1713-cü ildə vəfat etdilər. Onların hakimiyyətə gəlmiş oğlu işgüzar I Fridrix-Vilhelm çox bahalı olan bu layihənin maliyyələşdirilməsindən imtina etdi.
1 noyabr 1716-cı ildə Rusiya və Prussiya arasında ittifaqın bağlanması ilə əlaqədar olaraq Prussiya kralı rus imperatoruna hədiyyələr təqdim etdi ki, onların arasında “Kəhrəba otaq” da vardı. I Pyotr o zaman imperatriçə Yekaterinaya yazırdı: “...Kral mənə Potsdamda içərisində çoxlu hədiyyələr, eləcə də çoxdan arzusunda olduğumuz “Kəhrəba otaq” da olan son dərəcədə gözəl bəzədilmiş yaxta peşkəş etdi...”. Yeri gəlmişkən, iki ildən sonra pus imperatoru kralın hədiyyəsinə cavab olaraq 55 pəhləvan cüssəli qrenadyor və şəxsən özünün fil sümüyündən hazırladığı kubok göndərmişdi.
Qorunub saxlanmış siyahıya görə “Kəhrəba otaq” sökülmüş, hazır panellər və əvvəllər istifadə olunmamış çoxsaylı fraqmentlərlə birlikdə 18 böyük və kiçik qutulara yığılaraq Memel (Klaypeda) və Riqadan keçməklə Sankt-Peterburqa çatdırılmışdır.
2 iyul 1717-ci ildə A.D. Menşikov Yay sarayına gətirilmiş pannolara baxış keçirir və onların yararlı vəziyyətdə olduğunu qeyd etməklə “...həyatı boyu belə möhtəşəm gözəlliyə malik olan heç bir nəsnəni görmədiyini...” əlavə edir.
I Pyotrun kəhrəba panellərin harada quraşdırılması üzrə göstəriş verməsi barədə heç bir məlumat yoxdur, belə ki, onların Qış sarayında istifadə olunması haqqında bütün fərziyyələr əsassızdır. Sənədlərlə təsdiq olunmuşdur ki, onun qızı - imperatriçə Yelizaveta Petrovna taxta çıxdıqdan az sonra Berlindən gəlmiş möhtəşəm hədiyyənin məxsusi olaraq onun özü üçün tikilən qış igamətgahında – Üçüncü Qış sarayında istifadə edilməsi barədə göstəriş vermiş və 1743-cü ildə kəhrəba bəzəklərin orada quraşdırılmasına başlanılmışdır. Kəhrəba detalların təmiri və düzəldilməsi italiyalı ustalar A. Martelli və F.B. Rastrelli tərəfindən həyata keçirildi. 1745-ci ildə II Fridrix Yelizaveta Petrovnaya üzərində rus imperatriçəsini mədh edən alleqorik səhnələr rəsm edilmiş daha bir kəhrəba çərçivə də hədiyyə etdi.
1746-cı ildə tam quraşdırılmış “Kəhrəba otaq”dan rəsmi qəbullar üçün istifadə olunmağa başlandısa da, sonralar Qış saryının yenidən qurulması ilə əlaqədar olaraq o dəfələrlə bir yerdən digər yerə köçürülmüşdür.
1755-ci ilin iyulunda Yelizaveta Petrovna Qış sarayındakı Kəhrəba otağın sökülərək Böyük Yekaterina sarayında quraşdırılması barədə əmr verdi. Sökülərək qutulara yığılmış panellər Tsarskoyeselodan gəlmiş xüsusi komanda tərəfindən paytaxtdan şəhərətrafı iqamətgaha əllə daşındı. “Dünyanın səkkizinci möcüzəsi”nin Rusiyada – özünün ikinci vətənində yeni, təxminən ikiyüzillik şan-şöhrət dövrü belə başladı.
“Kəhrəba otaq” üçün ayrılmış zalın sahəsi otağın əvvəlki sahəsindən böyük olduğından (96kv.m) boş qalmış yerlər güzgülü sütunlar və yağlı boya ilə çəkilərək “kəhrəbaya oxşadılan” rəsmlərlə bəzədildi. 1763 –cü ildə isə həmin rəsmlər yenidən kəhrəba panellərlə əvəz olundu. Bu panellərə dörd il ərzində (1764-1768) əlavə olaraq 450 kiloqram kəhrəba sərf olundu və 1770-ci ilin başlanğıcına Kəhrəba otağın yaradılması başa çatdırıldı. Otaq özünün son görünüşünü almış oldu.
Üç divarı tutan kəhrəba “libas” üç yarusda yerləşdirilmişdi. Mərkəzi (orta) yarus səkkiz böyük şaquli pannodan ibarət idi. Onların dördündə dörd hissin: Görmə, Dad bilmə, Eşitmə, Duyma və hiss etmənin (Зрение, Вкус, Слух, Осязание и Обоняние) alleqoriyası təsvir olunan Florensiya mozaikası texnikası ilə rəngli daşlardan hazırlanmış kompozisiyalar yerləşdirilmişdi. Onların arasında hündür güzgülü sütunlar yerləşdirilmişdi. Düzbucaqlı kəhrəba pannolar otağın alt yarusunda yer tutmuşdu. Otağın şimal-şərq küncündə zərif əyilmiş ayaqları olan kiçik kəhrəba stol qoyulmuşdu. Otağın əlavə bər-bəzəyi rus işi olan siyirməli komodlardan və Çin farforundan ibarət idi. Elə burada, şüşə vitrinlərdə XVII-XVIII əsrlərdə alman, polyak və pus ustalarının hazırladıqları və Avropada tayı-bərabəri olmayan kəhrəba məmulatlar kolleksiyası saxlanılırdı.
Böyük Vətən müharibəsinin ilk günlərində Yekatrina sarayında muzey sərvətlərinin evakuasiyasına başlandı; kəhrəba panellərinin kövrək olduğunu nəzərə alaraq onların yerindəcə konservasiya olunması qərara alındı: pannoların ustünə əvvəlcə kağız, onun üstündən isə tənzif yapışdırdılar, pambığa bürüdülər və ağac lövhələrlə bağladılar.
Tərkibində incəsənət sərvətlərinin çıxarılması ilə məşğul olan məxsusi “Kunstkomison” komandasının mütəxəssisləri də daxil olan alman hərbi hissələri Puşkinin şəhərinə soxulduqdan az sonra qablaşdırılmış kəhrəba pannolar yerindən çıxarıldı və Könisberqə göndərildi. Könisberq muzeyinin Hədiyyəetmə Kitabında Kəhrəba otağın Almaniya Dövlət Saraylar və Bağlar İdarəsinin muzeyinə hədiyyə edilməsi barədə 200 №-li qeyd qalmaqdadır
Zəbt edilmiş kəhrəba pannolar və qızıla tutulmuş oyma qapılar Könisberq qalasının Kəhrəba muzeyinin yerləşdiyi zallarından birində sərgiyə qoyulmuşdu. Muzeyin direktoru A. Rode 1944-cü ildə yazırdı ki, “öz vətəninə qayıdan “Kəhrəba otaq” Könisberqin ən möhtəşəm yaraşığıdır”. Elə bura bu nadir sənət əsərinin nümayiş olunduğu sonuncu yer olmuşdur. 1944-cü ildə almanlar geri çəkilərkən kəhrəba panellər yenidən sökülmüş, qutulara qablaşdırılmış və qeyri-müəyyən istiqamətdə aparılmışdır. Elə o vaxtdan da tarixin səhnəsindən Kəhrəba otağın izləri itmişdir. Onun axtarışları bu günə qədər də bir nəticə verməmişdir.
2. ”Lyufthanza”da oğurluq
Almaniyanın “Lyufthanza” aviakompniyasına məxsus təyyarədə baş vermiş bu oğurluq hadisəsi ABŞ tarixində olan ən iri oğurluq hesab edilir. Bu oğurluq 11 dekabr 1978-ci ildə Kennedi (Nyu-York) aeroportunda baş vermişdir. Bu zaman 5 milyon dollar civarında əsisinas və 875 min dollar dəyərində zərgərlik zinət əşyaları oğurlanmışdır. Ötən dövr ərzində baş vermiş inflyasiyanı və qiymət artımını nəzərə almaqla oğurlanmış valyutanın və qızıl əşyaların bu günə olan ümumi dəyəri 20-30 milyon ABŞ dolları təşkil edir. Oğurluq qanqsterlər tərəfindən həyata keçirilmiş, qarətçilərdən birinin adı Henri Hill olmuşdur. Оnun obrazı “İgid oğlanlar” (Goodfellas, 1990) filmində Aktyor Rey Liott tərəfindən ustalıqla canlandırılmışdır. Oğurlanmış daş-qaşın və pulların bu günə qədər tapılmamasının səbəblərindən biri qarətin iştirakçılarından əksərinin zorakı və acınacaqlı şəkildə qətlə yetirilmələridir. Bu qətllər cinayəti planlaşdıran və qarətin federal təhqiqat orqanlarının diqqətini cəlb edəcəyini başa düşən Cimmi Burkonun (Jimmy Burke) sifarişlərinə əsasən icra olunmuşdur. ”Təmizləmə” planının gedişində o, qarət iştirakçılarından kimsə ağzından onun əleyhinə söz qaçırmasın deyə öz komandasının demək olar ki, hər bir üzvünün qətlini sifariş etmiş və həmin sifarişlər tamamilə yerinə yetirilmişdir. Son nəticədə o bütün qəniməti mənimsəmiş, onun az bir hissəsini əyləncələrə sərf etmişdir. Bu var-dövlətin əksər hissəsi bu gün də aşkar olunmamışdır.
3. Çar qızılı
Birinci Dünya Müharibəsinin başlanması ərəfəsində Rusiya imperiyası dünyada ən çox qızıl ehtiyatına (1 311 ton, qızılın 2015-ci ilə olan orta qiyməti ilə 45-50 milyon ABŞ dolları dəyərində) malik idi. Birinci Dünya Müharibəsi dövründə Rusiya həmin ehtiyatların xeyli hissəsini (500 tondan bir qədər çox) müttəfiqlərdən (ABŞ, İngiltərə, Fransa) alınmış silah, barıt və ərzağın pulunun ödənilməsi müqabilində girov kimi Avropa banklarına köçürmüşdü. Oktyabr inqilabından sonra həmin ölkələrdən heç biri həmin qızılı yeni hakimiyyətə qaytarmadı. Görünür ki, həmin qızıl ABŞ, İngiltərə, Fransanın şəxsi banklarında saxlanılmaqdadır.
1917-ci il Fevral İnqilabından sonra Müvəqqəti Hökumət dövlətin qızıl ehtiyatlarının qalan hissəsinin qorunması məqsədi ilə onu ölkənin dərinliklərinə - Nijniy Novqorod və Kazan şəhərlərinə köçürdü (“Kazan qızılı”). Bolşeviklər hakimiyyətə gəldikdən sonra “Kazan qızılı” (505 ton) ağqvardiyaçıların əlinə keçdi və onlar onu Omsk şəhərinə Kolçakın sərəncamına göndərdilər (Kolçak qızılı). O da öz növbəsində əlinə keçmiş milli sərvəti xarici banklara ötürdü – onların sonrakı taleyi naməlum olaraq qalmaqdadır. 1919-cu ildə Kolçakın tabeliyində olan ataman Semyonov silah tədarükünə təminat kimi ABŞ-a göndərilən “Kolçak qızılı”nın bir hissəsini (32,5 ton) ələ keçirdi. Semyonov həmin qızılı hərbi təyinatlı məhsulların tədarükü üçün Yaponiya banklarına yola saldı. Müxtəlif hesablamalara görə, Rusiyanın xarici banklarda olan qızıl ehtiyatlarının ümumi dəyəri 100-300 milyard ABŞ dolları civarında qiymətləndirilir.
4. Leon Trabukkonun qızılı
XX əsrin 30-cu illərində əslən Meksikadan olan milyoner Leon Trubakko Nyu-Meksiko səhrasına bir neçə gizli və mübhəm uçuşlar təşkil etmişdi. Həmin vaxtlar, yəni 1929-1934-cü illərdə Amerika Birləşmiş Ştatları bütün ölkədə tüğyan edən “Böyük Depressiya” burulğanında çabalamaqda idi – dolların dəyəri kəskin şəkildə aşağı düşmüşdü, qızılın qiyməti isə görünməmiş dərəcədə artmışdı. Yaranmış vəziyyətdən istifadə edən Trabukko və onun biznes-ortaqları Meksikada böyük miqdarda qızıl alıb onu Amerikaya keçirmək və baha qiymətə satmaqla külli miqdarda gəlir əldə etmək qərarına gəlmişdilər. Ona görə də onlar bacardıqları qədər çox miqdarda qızıl aldılar və həmin qızılı kontrabanda yolu ilə Amerikaya keçirərək qızılın qiymətinin artmasını gözlədilər. Belə hesab edirlər ki, onlar on altı tondan çox qızıl alaraq Amerikaya keçirmiş və onu Nyu-Meksiko səhrasında - ABŞ-ın cənub-qərbində xəlvət bir yerdə gizlətmişlər. Ancaq, hadisələrin gedişi göstərdi ki, avantüristlər çox yanılmışlar. Belə ki, 1934-cü ildə Amerikada “Qızıl ehtiyatları haqqında Qanun” (Gold Reserve Act) qəbul edildi və həmin qanuna görə ayrı-ayrı şəxslərin böyük qızıl ehtiyatlarına malik olması və qızıl alveri ilə məşğul olması qeyri-qanuni hesab edildi. Bununla da bəxt Trabukko və onun ortaqlarından üz çevirmiş oldu. Əfsanəyə görə, bir çox digər xəzinələr kimi Trabukkonun da qızılları lənətlənmişlər. Belə ki, məşum beş il ərzində Trabukonun bütün ortaqları öldülər, sağ qalmış Trabuko isə qalan bütün ömrü boyu bəxtiqara qızılı satmağa nəticə verməyən cəhdlər etmişdir. Onun ölümündən sonra isə gizlədilmiş xəzinənin yeri naməlum qalmış oldu. Həmin xəzinənin də axtarışı üzrə bütün cəhdlər bu günə qədər nəticə verməmişdir.
5. Tampliyerlərin xəzinəsi
Son illərdə Tampliyerlər Ordeni və onun xəzinəsi Hollivud filmlərinin, macəra romanlarının və hətta kompyüter oyunlarının populyar mövzularından birinə çevrilmişdir. Tampliyerlərin xəzinəsi bütün dünya tarixində ən məşhur və müəmmalı xəzinələrdən birisidir....
Tampliyerlər (məbədgahlar) Ordeninin əsası Birinci Səlib (Xaç) yürüşündən sonra “Müqəddəs torpaq”da (Yerusəlimdə) qoyulmuşdur. Rəsmi olaraq “ Məsih və Süleyman (Solomon) məbədi Ordeni” adlandırılmışdır. Yerusəlim kralı I Balduin “Müqəddəs torpaq”da zəvvarları təmənnasız olaraq mühafizə etmək istəyini bildirən və başçıları Huqo de Peyn olan doqquz cəngavərə sığınacaq vermişdi. Kral onları öz sarayının əvvəllər Çar Solomonun məbədi olan qanadında yer vermişdi. Bu hadisə uzaq 1118-ci ildə baş vermışdir.
Vaxt ötdükcə Orden çox qüdrətli bir cəmiyyət halına gəlmiş, özünə çox böyük sayda tərəfdarlar toplamış, onun rəhbərləri Fransanın siyasi, hərbi və iqtisadi həyatında görkəmli yer tutmağa nail olmuşdular. Tampliyerlər bir çox hərbi əməliyyatlarda, o cümlədən səlib (xaç) yürüşlərində, fəal iştirak etmiş və bütün bunların sayəsində çox böyük sərvət toplamışdılar. Onlar hətta quldurluq etməkdən, yol kəsməkdən belə çəkinmirdilər.
Orden göz qabağında, xüsusən də maliyyə fəaliyyəti hesabına varlanırdı. Ordenin rəhbərləri Avropanın nəhəng kreditorları idilər – bir çox Avropa monarxları pul üçün onlara müraciət edirdilər ki, bu da öz növbəsində Ordenin böyük siyasi təsirini təmin edirdi. Tarixçi Lozinskinin məlumatına görə, Ordenin baş xəzinədarı həm də Fransanın baş xəzinədarı idi.
XIV əsrin Fransası qalalar ölkəsi idi. Daxili müharibələr torpaq sahiblərinin özlərinin özlərini qoruması məcburiyyəti qarşısında qoymuşdu və bunun üçün qalalar, qəsrlər inşa edirdilər. Tampliyerlərin də qəsrləri və qalaları vardı, onlardan ən etibarlısı Böyük maqistr Jak de Mol tərəfindən məxsusi olaraq Orden üçün inşa edilmiş Tampl qalası idi. O dövrə görə müasir olan mürəkkəb qurğular, çox qalın divarlar, su ilə doldurulmuş dərin xəndəklər üzərində yeraltı körpülər sistemi guya onun sahiblərinin müdafiəsinə tam təminat verirdi. 1306- cı ildə kütlənin iti nəzərləri altında Böyük Magistr Jak de Molun Tampliyerlərin xəzinəsi yüklənmiş korteji məhz bu qalaya daxil oldu. Qala müharibə illəri ərzində və quldurluq-yolkəsənliklə toplanmış hər şeyin mərkəzi, etibarlı anbarı olmalı idi.
Qocaman tarixin surətlərin tez-tez dəyişildiyi səhnəsində dəfələrlə olduğu kimi bu dəfə də formalaşmaqda olan zənginliyin və qüdrətin düşmənləri və paxıllığını çəkənlər boy göstərdilər. Tampliyerlər cəmiyyətinin öz siyasi, hərbi və maliyyə gücünə görə kral hakimiyyətinə nisbətən daha nüfuzlu olması, bəzi hallarda onunla rəqabət aparması kralın xoşuna gəlmirdi.
Nəticədə Tampliyerlər elə öz var-dövlətinin qurbanına çevrildilər – XIV əsrin əvvəllərində özgə malının hərisi olan, tampliyerlərin topladıqları var-dövlətə sahiblənmək arzusu ilə alışıb-yanan Fransa kralı Göyçək (Qəşəng) Filipp özünün Papa üzərindəki nüfuzundan istifadə etdi və Ordenin əleyhinə məhkəmə işi qaldırdı. Repressiya və nifrət maşınının təkərləri hərəkətə gəldi, artıq onu saxlamaq mümkün deyildi.
Böyük Ordenin başında duranların üzərində uzun sürən məhkəmə işinə start verildi. Saysız-hesabsız çuğulluq, yalançı şahidlik, etiraflar, eləcə də heç olmayan əməllərin etirafı, hadisələrin dolaşdırılması ilə zəngin olan bu səs-küylü məhkəmə işi tam yeddi il çəkdi! Məhkəmə Böyük Magistrin odda yandırılmaqla edamı ilə başa çatdı. İnsan edamının bir əyləncə olduğu həmin dövrdə meydana çoxsaylı xalq kütləsi toplanmışdı və alovlar içində çabalayan Magistr krala nifrinlər yağdıraraq (18 mart 1314-cü il) onun az müddətdən sonra “gəbərəcəyini” bildirmişdi, məlum olduğu kimi onun bu qarğışı az keçməmiş gerçəkləşmişdir ( I Filipp cəmi 8 aydan sonra - 29 noyabr 1314-cü ildə Pon-sen-Maksans meşəsində ov edərkən ölmüşdür). Ümumiyyətlə, Ordenin 54 fəal iştirakçısı alovlar içində məhv edilmiş, hələ neçələrinin işgəncə kameralarında məhv edildiyi bir sirr olaraq qalır.
Bəs, tampliyerlərin xəzinəsi necə oldu? Kral I Filippin böyük ehtirasla arzuladığı qızıllar, gümüşlər və mirvarilər harada qaldı? Axı, repressiyalar nəticəsində ələ keçirilənlər təsəvvür olunanlarla müqayisədə çox cüzi idi!
Bir rəvayətə görə kral I Filipp tərəfindən qurulmuş məhkəmədən başlarını sağ-salamat qurtara bilən tampliyerlər illər boyu topladıqları var-dövlətin bir hissəsini gəmilərə yükləyərək naməlum istiqamətə yola salmışlar. Deyilənlərə inansaq, sonradan tampliyerlərin qızılları Yeni Şotlandiyaya (Nova Scotia) – müasir Kanadanın ərazisinə gedib çıxmışdır. Belə güman olunur ki, onun bir hissəsi Kanadanın Ouk adasına (Oak Island) aparılmış, məbəd cəngavərlərinin sonrakı nəsilləri tərəfindən çoxlu duzaqları olan yeraltı yolda gizlədilmişdir. Lakin, bütün bunlar fərziyyələrdir. Gizlədilmiş var-dövət bu vaxta qədər qalmaqdadırmı, yoxsa ötən əsrlər ərzində onu bir-neçə dəfə bölüşdürmüşlər – bunu heç kim bilmir.
Bu həqiqətənmi belədir, məlum deyil, lakin məsələ ondadır ki, tampliyerlərin xəzinəsini nə kral Filippin vaxtında, nə də onların edamından və Ordenin ləğvindən neçə illər və əsrlər keçdikdən sonra tapmamışlar. Onu indi də axtarırlar, ona görə ki, zaman-zaman dünyanın müxtəlif yerlərindən XIV əsrdə Tampl qalasının divarları arasından yoxa çıxmış xəzinənin sirrinə işıq sala biləcək yeni-yeni sənədlər üzə çıxır. Kral gözdən düşmüş Ordenin qalalarını və qəsrlərini, həmçinin torpaqlarını ələ keçirdi, lakin bütün bunlar ən əsasının – ələ keçməyən xəzinəni əvəz edə bilməzdi.
Kifayət qədər həqiqətə oxşar və itirilmiş xəzinənin axtarışını istiqamətləndirə biləcək bir neçə hipotez mövcuddur, lakin iki əsr ərzində Ordenin cəngavərləri tərəfindən toplanmış çox böyük xəzinənin tapılacağı çox mübhəmdir.
1745-ci ildə arxivlərdə Böyük Magistr Jak de Mol tərəfindən onun varisi Hiyom de Bojenin adına tərtib edilmiş maraqlı bir sənəd aşkar olundu. Sənəddə deyilirdi, “Sənin əminin, Böyük Magistr de Bojenin qəbrində onun cənazəsi yoxdur. Qəbirdə Ordenin gizli arxivi basdırılmışdır. Arxivlə birlikdə təbərrüklər: yerusəlim çarlarının tacları və Məsihin Yerusəlimdəki qəbrini bəzəyən-müsəlmanların əlinə keçməyən dörd ədəd qızıldan hazırlanmış yevangelist fiqurları saxlanılır. Qalan qiymətli şeylər kriptin girişi ilə üzbəüzdə olan iki sütunun içərisindədir. Sütunların başlıqları öz oxları ətrafında fırlanır və xəlvətxananın ağzı açılır”. Arxivlərdə axtarışa başlanılmış və bu əhvalatın davamı aşkar olunmuşdur: Gənc qraf Hişar de Mole özünün məşhur qohumunun cənazəsinin Tampl qalasından çıxarılmasına icazə verilməsi xahişi ilə kral Filippə müraciət etmişdir. O icazəni almış və cənazəni onların nəslinə məxsus Boje qalasındakı ailəvi məzarlıqda dəfn etmişdir. Güman olunur ki, o bu zaman orada basdırılmış Tampliyerlər xəzinəsini də qaladan çıxara və Boje qalasında bir yerdə gizlədə bilərdi.
Lakin, həmin əsrin 70-ci illərində Parisdə köklü yenidənqurma işlərinin gedişində tamamilə dağıdılmış Boje qalasında xəzinədən əsər-əlamətin olmaması yenidən Ordenin xəzinəsinin axtarışına rəvac vermiş oldu. Digər bir arxiv sənədinə görə Boje ailəsinin kral Qəşəng Filippin əl uzatmadığı yerdə daha bir ailəvi qəsri də olmuşdur və Tampliyerlər xəzinəsinin həmin qəsrdə gizlədilə bilməsi ehtimal edilirdi. Həmin qəsr bizim günlərə qədər qalmışdı və orada aparılan axtarışlar da (hətta xüsusi cihazlarla) heç bir nəticə verməmişdir. Bu xəzinənin axtarışında nəinki fiziki xüsusiyyət anlayışları, hətta əfsanələrə görə Ordenin üzvlərinin maraqlandığı mistik təlimlər işə salınmış, sirrin üzərindəki pərdəni götürmək üçün astroloqlar və cədugərlər dəvət olunmuşdur. Lakin, bütün bunlar yeddi yüz il əvvəl baş vermiş hadisələrin özərinə işıq salmağa kömək etməmişdir.
Digər bir hipotezə görə Ordenin xəzinəsi kütləvi həbslər ərəfəsində Tampl qalasından çıxarılmış və La-Roşel limanından gəmilərlə (18 qalera) Rusiyaya aparılmışdır. Bu hipotezin nə qədər həqiqətə uyğun olduğunu müəyyən etmək üçün Rusiya arxivlərini araşdıran tarixçilər oradan bir sənəd tapdılar. Sənəddə göstərilir ki, 1307-ci ildə knyaz Yuriy Daniloviç Novqorodda olarkən arxiyepiskopun iştirakı və toplaşmış izdihamın gözləri qarşısında ora gələn 18 yelkənli-avarlı gəmini qarşılamışdir. Doğrudur, sənəddə gəmilərin haradan gəldiyi göstərilmir. Elə həmin sənəddə deyilir ki, gəmilərlə çox böyük var-dövlət - “lap çox dəyəri olan qızıl, gümüş və giymətli daşlar” gətirilmişdi və önündə təzim edərək onu Yuriyə verdilər.
Bu hipotezin tərəfdarları Moskva və Moskva knyazığının 1307-ci ildən 1340-cı ilə qədər olan dövrdə sürətlə böyüməsini bu var-dövlətlə izah edirlər. Tarixçilərin sözlərinə görə, Moskva tampliyerlərin dayaq məntəqəsi olmuşdur, 1305-1314-cü illərdə qulluqçu görünüşlü adamların (ola bilsin ki, Fransada kral hakimiyyətinin keçirdiyi repressiyalardan qaçan Tampliyerlər Ordeninin üzvlərinin) kütləvi şəkildə Moskvaya gəlmələrini elə bununla izah edirlər. Tampliyerlərin Pusiya paytaxtında olmalarının izlərini elə indi də görmək mümkündür. Məsələn, Müqəddəs-Danilova monastrının divarlarındakı ornamentlərdə Tampliyerlərin gerbindəki heraldik təsvirlərin və Simonov monastrındakı qəbir daşlarında həmin gerbdəki xaçların olması!
Tamamilə mümkündür ki, Tampliyerlərin xəzinəsi tapılsın, lakin nə vaxt və harada – bax, bu məlum deyil. Bu rəvayətlərə uyan adamlar isə öz axtarışlarından əl çəkmirlər və inanırlar ki, nə vaxtsa həmin xəzinə tapılacaq, öz miqyası və möhtəşəmliyi ilə müasir dünyanı heyrətləndirəcəkdir!
6. Şultsun xəzinəsi
Əslən Hollandiyadan olan Şults Amerika Birləşmiş Ştatlarının ən məşhur qanqsterlərindən biri olmuşdur. O, Amerika Birləşmiş Ştatlarında alkoqollu içkilərin qadağan olunduğu dövrdə (“Suxoy zakon”) “şübhəli işlərin”, yəni Ştatların müxtəlif şəhərlərində qadağan olunmuş alkoqollu içkilərin satışı hesabına çox böyük miqdarda var-dövlətə (5-10 milyon dollar arasında, indiki qiymətlərlə 50-100 milyon ABŞ dolları) sahib olmuşdur. Polisin və istintaq orqanlarının ondan şübhələndiyini hiss edən Şults öz varidatını dəmir sandıqlara yığaraq Nyu-Yorkun yaxınlığında olan Ketskill dağlarında qalın meşələrlə əhatə olunmuş Fonisu (Phoenicia) kəndinin yaxınlığında gizlətmişdir. Bəzi mənbələr isə onun xəzinəsinin İzopus Krik (Esopus Greek) çayının yaxınlığında gizlədildiyini iddia edirlər.
Az vaxtdan sonra 1935-ci ildə o güllələnərək qətlə yetirilmiş və var-dövlətinin dəqiq yeri haqqında məlumatı da özü ilə qəbirə aparmışdır. Onun ölümündən sonrakı səksən il ərzində həmin yerləri dəfələrlə su bassa da yerə basdırılmış xəzinənin üstü açılmamışdır. Həvəskar qızılaxtaranların müxtəlif metalaxtaran cihazların köməyi ilə apardığı axtarışlar da bu günə qədər bir nəticə verməmişdir. İndiyə qədər Ketskilldə gəzinti zamanı hər hansı təsadüfi tapıntının olması faktı da qeydə alınmamışdır. Beləliklə, Şultsun xəzinəsi də izi itmiş və indi də tapılmayan çox böyük xəzinələrdəndir.
YER VƏ İNSAN
№/05/NOYABR-DEKABR/2015
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM