İnformasiya cəmiyyətinin formalaşmasında informasiya təhlükəsizliyinin yeri və rolu

10:03 / 13.03.2014

Şöhrət Eyvazov,

AMEA FSHİ-nin dissertantı

 

 Elmi Texniki Tərəqqinin (ETT) təsiri ilə postindustrial iqtisadiyyat formalaşdı. Buraya elektron hesablama maşınlarının istehsalı və informasiya xidmətləri aid idi. Postindustrial inkişaf mərhələsinə keçiddə xidmət dairəsi böyüyür və ölkənin inkişaf səviyyəsini əks etdirən başlıca göstəriciyə çevrilirdi. “Xidmət dairəsinin” yeni “ağ yaxalıqlar” (elm, informasiya, kadr hazırlığı, mədəniyyət) və “qızıl yaxalıqlar” (yeni informasiya texnologiyalarını yaradan və xidmət edən mütəxəssislər) bölmələri yarandı. İnformasiya sahəsinin sürətli inkişafı, informasiya texnologiyalarının daha çox sahələrə tətbiqi nəticəsində bəşəriyyət yeni – informasiya sivilizasiyası dövrünə qədəm qoydu. (1, s.55-56) 

Ötən əsrin 40-cı illərinin sonu, 50-ci illərinin əvvəllərində ETT-nin əsas xüsusiyyətinin atom energetikasının inkişafı olduğu haqqında konsepsiya hakim idi. XX əsrin 60-cı illərindən kibernetika sahəsində olan elmi-texniki nailiyyətləri ETT-nin əsas hissəsi hesab edən konsepsiya inkişaf etməyə başladı. Bir sıra müəlliflər kibernetizasiyanı dünyada baş verən proseslərin əsası hesab edirdilər və elmi-texniki inqilabla kibernetik inqilabı eyniləşdirirdilər. Digər müəlliflər isə kibernetik və energetik inqilabların eyni zamanda baş verdiyini düşünürdülər. Həmçinin üçqat inqilab: kibernetika, silahlanma və insan hüquqları sahələrində inqilablar baş verməsi haqqında nəzəriyyələr mövcud idi.

Ötən əsrin ikinci yarısında kibernetik inqilabı yeni kommunikasiya texnologiyalarının inkişafı ilə əlaqədar olan informasiya-kommunikasiya inqilabı (İKİ) əvəz etdi. Lakin alimlər hələ də İKİ-nin hansı tarixdən başladığı haqqında yetkin fikrə gələ bilmirlər.

O. Şevçuk yazır: “XX və ya XXI əsrin hüdüdlarında əhəmiyyətli hadisə baş verən istənilən tarixi İKİ-nin başlanma nöqtəsi hesab etmək olar. Bu, Massaçuset Texnoloji İnstitutunun tələbəsi Leonard Kleronun faylı hissələrə bölərək müxtəlif yollarla şəbəkə ilə ötürülməsini təsvir etdiyi 1961-ci il və ya ARPA komputer laboratoriyasının rəhbəri Con Likliderin ilk dəfə olaraq komputer şəbəkəsi konsepsiyasını təfərrüatları ilə təklif etdiyi dövr – 1963-cü il ola bilər... Yaxud ARPANET-in fəaliyyətə başladığı 1969-cü il”.

İKİ siyasətə, iqtisadiyyata, sosial sferaya, gündəlik həyata və mədənyyətə ciddi təsir edir. Hələ məlum deyil ki, yaxın gələcəkdə kommunikasiyaların inkişafı ictimai münasibətlərdə hansı dəyişiklikləri yaradacaq (2, s.25). Bunun nəticəsidir ki, menecment üzrə amerikalı mütəxəssis Luis D.Eygen aşağıdakı kimi düşünür: “Tezliklə yalnız iki qrup işcilər qalacaqdır: komputeri idarə edənlər və komputerin idarə etdikləri. Çalışın birinciyə düşün” (3).

İnformasiya-kommunikasiya inqilabı qloballaşma ilə münasibətdə üçlü rol oynayır: 1) qloballaşmanın katalizatoru; 2) onun tərkib hissəsi; 3) qloballaşmanın nəticəsi.  Qloballaşma və informasiya-kommunikasiya inqilabı bir-birinə qarşılıqlı təsir edən proseslər kimi çıxış edirlər. İnfromasiya mühitində qlobal proseslərin qloballaşmanın tərkib hissəsi olduğu əsasən qloballaşma, KİV və telekommunikasiya haqqında tədqiqatlarda araşdırılır. A.İ.Smirnov informasiya qloballaşması terminini təklif edir və bu zaman qloballaşma şəraitində informasiyanın rolu iqtisadi baxımdan öyrənilir. Müəllif infromasiya-kommunikasiya inqilabının nailiyyətlərinə əsaslanan “yeni iqtisadiyyatın” formalaşmasından söz açır.

V.V.Kopev də öz tədqiqatlarında informasiya-kommunikasiya inqilabının iqtisadi əhəmiyyətini vurğulayır. “Bu gün dünya infromasiya bazarı özlüyündə fasiləsiz olaraq nəhəng informasiya axını ötürən transmilli kommunikasiyalar şəbəkələrini birləşdirən lokal və regional bazarlar yığımından ibarətdir”.

İKİ qloballaşmanın əsas texnoloji faktorlarından biridir. Qloballaşmanın əlamətlərindən olan informasiya cəmiyyəti məhz İKİ nəticəsində formalaşır.

BMT-nin rəsmi sənədlərində qloballaşmanın istiqamətlərindən biri kimi informasiya texnologiyalarında inqilab göstərilir. Belə ki, informasiya texnologiyalarının tətbiqinin genişlənməsi sayəsində iqtisadiyyat getdikcə “maddilikdən qeyri-maddiliyə çevrilir”. Bu gün inkişaf etmiş ölkələrdə və inkişaf etməkdə olan ölkələrdə olan dəyişikliklər informasiya texnologiyalarının inkişafından asılıdır. Qloballaşmanın digər bir əlaməti isə KİV-də inqilabdır. Lakin KİV-in, xüsusilə də televiziyanın təsirinin kəskin surətdə genişlənməsi bu və ya digər dərəcədə milli mədəniyyətin, yerli sivilizasiyanın pozulmasına səbəb olur (1, s. 65-69).

İnformasiya üstünlüyü iqtisadi, sosial və siyasi resursların yenidən paylanmasına təsir edən vacib sosial gücə çevrilir. İnfromasiya bərabərsiziliyi, öz növbəsində, sosial bərabərsizlik yaradır. Dövlətin milli təhlükəsizliyinin bütün - siyasi, iqtisadi, hərbi, hüquq mühafizə, ekoloji və s. hissələrində informasiya faktorunun çəkisi sürətlə artır.

Mövcud olan proqnozlara görə dünyada olan vəziyyət yaxın 10-15 il ərzində əhəmiyyətli dərəcədə dəyişəcəkdir. Belə ki, dövlətin iqtisadi qüdrəti və inkişaf səviyyəsi xammal və energetik resurslarla deyil, elmi texnologiyaların inkişafı və tətbiqi səviyyəsindən asılı olacaqdır. Zənginliyin ənənəvi fomaları ilə yanaşı informasiya zənginliyi də xüsusi əhəmiyyət kəsb edir. Məsələn, bu gün ABŞ-da olan resursların 60%-ni informasiya resursları təşkil edir və əhalinin 80%-ə qədəri informasiya emalı ilə bağlı olan sahələrdə çalışır. İnformasiyanın emalı yeni industriyaya çevrilib və iqtisadiyyatın güclü informasiya sektoru formalaşıb (4, s. 204). Qeyd edək ki, informasiya cəmiyyəti haqqında ideya ötən əsrin 60-cı illərinin sonu – 70-ci illərinin əvvəlindən formalaşıb. “İnformasiya cəmiyyəti” termininin kəşfi Tokio Texnologiya İnstitutunun professoru Y.Hayaşiyə aid edilir. Bu gün bir cox alimlər D.Bell və O. Toffler ilə razılaşaraq, bəşər sivilizasiyasının aqrar və industrial mərhələsindən sonra yeni – informasiya dövrünə qədəm qoyduğunu düşünürlər. Bu dövrdə cəmiyyətin əsas sosial strukturunu informasiya təşkil edir.

Terminin çox geniş yayılmasına baxmayaraq, alimlər “informasiya cəmiyyəti” anlayışı haqqında hələ də yekdil fikrə gələ bilmirlər. Mütəxəssislərin əksəriyyəti “informasiya cəmiyyəti” anlayışının əsasını  bir-biri ilə bağlı bir neçə prosesə bağlayırlar:

- informasiya və bilik sosial-iqtisadi, texnoloji və mədəni inkişafın əsas hərəkətverici qüvvəsi və resursuna cevrilir;

- əmək və kapital bazarı ilə bərabər səviyyədə olan bilik və informasiya bazarı formalaşır;

- informasiyanın yaradılması, ötürülməsi və istifadəsini təmin edən sahələrin xüsusi çəkisi surətlə artır;

- inkişaf etmiş informasiya strukturu nəqliyyat kommunikasiyasından geri qalmayan səviyyədə milli və regional rəqabətədayanıqlılıq şərtinə cevrilir;

- yeni informasiya-kommunikasiya texnologiyalarının inkişafı və bütün fəaliyyət sahələrində tətbiqi təhsil, əmək, ictimai həyat və istirahət modellərini dəyişdirir. 

Beləliklə, informasiya cəmiyyəti konsepsiyası yeni beynəlxalq informasiya qaydaları konsepsiyası daxil olmaqla, informasiya mübadiləsi təşkilinin bazasında yaradılır. Hələ ki, hüquqi tənzimləmə informasiya cəmiyyətinin bütün suallarını əhatə edə bilmir. İnformasiya cəmiyyətində göstərilən xidmətlərin konkret qaydaları nə beynəlxalq səviyyədə, nə də ayrı-ayrı dövlətlər səviyyəsində təyin edilməyib. Telekommunikasiyalar haqqında qanunvericilik əsasən texniki  problemlərin həllinə yönəlib. Sosial həssas qruplar da daxil olmaqla İKT-dan ümumi istifadə, kontentin müxtəlifliyinin təminatı kimi problemlər indiyədək həllini tapmayıb. Müxtəlif aktlarla formalaşdırılan informasiya cəmiyyəti konsepsiyası dəqiq hüquqi tənzimləmələrə salınmalıdır (2, s.66).

Cəmiyyətin informasiya mühitinin inkişaf səviyyəsi iqtisadiyyat, müdafiə qabiliyyəti, siyasət və digər dövlətçilik  elementlərinə ciddi təsir edir. Buna gorə də, inkişaf etmiş ölkələrdə sosial-iqtisadi, siyasi və mədəni inkişafların əsas xətti kimi kəskin daxili və xarici problemlərin həllində yeni İKT-lərdən və informasiya cəmiyyətinin inkişafından istifadə edirlər. Məsələn, Avropada “Banqeman təşəbbüsü” kimi tanınan fəaliyyət proqramında deyilir: “İnformasiya cəmiyyətinə erkən daxil olan ölkələr  üstünlüklər əldə edəcək və arxasınca gələnlər üçün şərtləri təyin edə biləcək”. Buna görə də Avropa ictimaiyyəti 1994-cü ildən informasiya cəmiyyətinin qurulmasını ən prioritet məsələlərdən biri kimi qəbul edib (4, s. 202).  ABŞ hökuməti isə hələ 1993-cu ildə milli informasiya infrastrukturunun inkişafı ilə bağlı plan hazırlayıb.

Müasir informasiya texnologiyaları bütün qlobal məkanı fəth etməyə can atır. Buna görə də informasiya cəmiyyəti konsepsiyası da tədricən beynəlxalq səviyyədə qəbul edilməkdədir. Artıq informasiya cəmiyyəti haqqında bir sıra beynəlxalq sənədlər qəbul olunub: “Yeni informasiya texnologiyaları sahəsində Avropa siyasəti haqqında deklarasiya” (1999), “Qlobal informasiya cəmiyyətinin Okinava xartiyası” (2000), “İnformasiya cəmiyyətinin qurulması – yeni minilliyin qlobal məsələsidir” deklarasiyası (2003), “İnformasiya cəmiyyətinin inkişafı haqqında  MDB ölkələrinin birgə bəyanatı” (Sankt-Peterburq deklarasiyası – 2003), İnformasiya cəmiyyəti üzrə Ümumdünya sammitinin fəaliyyət planı” (2003) və s. (2, s.36-37)

Qeyd edək ki, informasiya cəmiyyəti bütün üstünlükləri ilə yanaşı, yeni risk və problemlərin yaranmasına səbəb olur. İstənilən informasiya cəmiyyəti mükəmməl deyildir. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi isə siyasi qərar və dəyərlərdən asılıdır. Son illərdə Avropada komputer təhsilinin müsbət tərəfləri ilə yanaşı neqativ nəticələri haqqında daha çox danışılır. Xüsusilə, LOGO-öyrədici sistemləri haqqında diskussiya səngimir. Bu sistemdə məktəblilərə komputerlərin köməyilə interaktiv təhsil verilir. Bəzi mübahisələrdə LOGO sistemin tətbiqinin məktəblilərin “vidiot”lara çevrilməsi haqqında fikirlər irəli sürülür. (9, s.463) Əlbəttə ki, video və komputer mədəniyyətinin yaratdığı vəya yarada biləcəyi təhlükələrə biganə qalmaq olmaz. Perspektivli informasiya texnologiyaları və informatizasiya təkcə istehsalın effektivliyinə, əməyə qənaətə xidmət etməli deyil, həm də yeni elmi biliklərin tez yayılmasına, cəmiyyətin ümumi intellekt səviyyəsinin yüksəlməsinə stimul verməlidir.

İnformatizasiya – daxilində müəyyən subyektlər (insanlar, təşkilatlar, dövlətlər) arasına informasiya mübadiləsi, toplanması, emalı və saxlanması həyata kecirilən vahid informasiya məkanının yaranmasına gətirib cıxarır. Nəticədə inkişaf etmiş olkələrin hamısıın qoşulduğu vahid informasiya-telekommunikasiya sistemi yaranır. Beləliklə, kommunikasiya və informasiya texnologiyalarının inkişafı nəticəsində informasiya milli resursdan dünyəvi resursa çevrilir. İnsanların və cəmiyyətin informasiya tələbatı yüksək dərəcədə artır və getdikcə iqtisadiyyatın daha çox sahələri bu tələbatının ödənilməsinə yönəldilir. İnformasiya cəmiyyətində ilkin olan əməyin dəyəri yox, biliyin dəyəridir (4, s.203).

Bütün insanların İKT-dən istifadə etmək imkanın yaradılması informasiya cəmiyyətinin əsas məsələlərindən biridir. 22 iyul 2000-ci ildə qəbul edilmiş qlobal informasiya cəmiyyətinin Okinava Xartiyasının 10-cu maddəsində deyilir ki, dövlətlərin strategiyalarında əsas məsələlərdən biri İKT-dən istifadəyə hər kəs üçün şərait yaradılmasına nail olmaqdır. Xartiyada gotərilir ki, dövlət İKT-dən ümumi istifadənin təmin edilməsi və insanlara kommunikasiya sahəsində xidmət göstərilməsi ücün münbit bazar şəraiti yaratmalı; geniş kütlə üçün açıq olan müəssisə və təşkilatlar vasitəsilə əlavə istifadə imkanları yaratmalı; geri qalmış şəhər, kənd və rayonlarda şəbəkə xidmətinin təkmilləşdirilməsinə diqqəti artırmalı; daha az sosial təminatlı insanların, o cümlədən məhdud əmək qabiliyyətli və yaşlı insanların tələbatlarına xüsusi diqqət ayırmalı;  internet şəbəkəsindən mobil istifadə, həmcinin pulsuz  ümumi informasiya yığımından və bütün istifadəçilər üçün açıq proqram təminatlarından daha geniş istifadə də daxil olmaqla “istifadə üçün münasib”, “maneəsiz” texnologiyaların gələcək inkişafına dəstək olmalıdır.

İnformasiya cəmiyyətinin problemlərindən biri də mədəniyyət və dil müxtəlifliyidir. 2 noyabr 2001-ci ildə YUNESKO-nın qəbul etdiyi “Mədəni müxtəliflik haqqında deklarasiya”da mədəni müxtəliflik bəşəriyyətin ümumi sərvəti qəbul edilib. Mədəni müxtəliflik beynəlxalq həmrəylik, incəsənət və insan hüquqları ilə sıx bağlıdır. Bu baxımdan İKT bir tərəfdən  yeni rəqəmsal imkanlar yaradır: milli azlıqlar ənənələri, mədəniyyəti və problemləri haqqında məlumatların yer aldığı sayt vasitəsi ilə özləri haqqında bütün dünyaya car çəkə bilirlər. Digər tərəfdən İnternetdə ingilis dilinin üstünlüyü ilə məhdud sayda dillərdən istifadə olunur ki, bu da öz növbəsində rəqəmsal vasitələrin köməyi ilə beynəlxalq informasiya və mədəniyyət mübadilələrini çətinləşdirir. Bundan başqa, nadir dillər İnternet istifadəçilərinin əksəriyyəti üçün anlaşılmaz olduğu ücün istifadəsi məhduddur. Lakin getdikcə İnternetdə dil müxtəlifliyinin təmini istiqamətində irəliləyişlər müşahidə olunur. Belə ki, artıq İnternet saytların üçdə biri ingilis dilindən istifadə etmir (2, s.53-56).

İnfokommunikasiya inqilabının da daxil olduğu elmi-texniki tərəqqi beynəlxalq münasibətlər sistemində müəyyən dəyişikliklərə səbəb olub. Beynəlxalq hüquqi tənzimləmələrdə qloballaşma prosesinin yaranması və inkişafı yeni şərtlərin diktə olunmasına gətirib çıxarıb. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı 3 qrup beynəlxalq münasibətlərin yaranması ilə nəticələnib: 1) İKT-nin inkişaf prosesi ilə bağlı (əsasən standartlaşma, texniki tənzimləmə məsələləri) münasibətlər; 2) İKT-nin fəaliyyətini təmin edən münasibətlər (müxtəlif telekommunikasiya xidməti operatorları, eləcə də operatorlar və istifadəçilər arasında olan münasibətlər); 3) İKT-nin fəaliyyətinin bilavasitə təsir göstərdiyi münasibətlər (elektron ticarətin həyata keçirilməsi, istehlakçı hüquqlarının qorunması, komputer cinayətlərinin qarşısının alınması və s.). Telekommunikasiyanın inkişafı beynəlxalq əlaqələrin sadələşməsinə və güclənməsinə əhəmiyyətli təsir edir. Bu gün başqa ölkədə olan malı İnternetlə sifariş etmək, kommersiya müqaviləsi bağlamaq çox asandır. Beynəlxalq munasibətlər daha dinamikləşib və tez formalaşır. Bunula belə qloballaşmanın neqativ faktorları informasiya mühitində də özünü göstərir. Belə ki, ingilisdilli rəqəmsal irs bir çox xalqların və milli qrupların mədəniyyətləri üçün müəyyən mənada təhlükə yaradır. Eləcə də informasiya sahəsində başqa sferalarda olduğu kimi transmilli kapitalın təsiri hiss olunur. Dünya informasiya bazarında meqaşirkətlər “qlobal oyunçular” kimi çıxış edir (2, s.34-35).

A.A.Çernov informasiya cəmiyyəti haqqında nəzəriyyələrin formalaşmasını 3 dövrə bölür: 1) ilk dəfə yapon hökümətinə qeyri-hökümət təşkilatlarının verdiyi hesabatlarda informasiya cəmiyyətinin xarakteristikalarının verildiyi XX əsrin 60-cı illərinin ikinci yarısı; 2) D.Bellin informasiya cəmiyyəti nəzəriyyəsinin sistemli izah edildiyi “Yaxınlaşan postindustrial cəmiyyət. Sosial proqnozlaşdırma təcrübəsi” kitabın nəşr olunduğu 1973-cu ildən sonrakı dövr. 3) Piter Draker və Manuel Kastelsin informasiya və biliklərə əsaslanan iqtisadi sistemə keçid haqqında nəzəriyyəni yaratdıqları 1980-90-cı illərdən sonrakı dövr.

N.V.Litvak informasiya cəmiyyəti nəzəriyyələrini texnoloji və sosial hissələrə bölməklə birincidə əsasən elmi-texniki tərəqqinin öyrənildiyini, ikincidə isə yeni cəmiyyət tipinin yarandığı sosial dəyişikliklərin araşdırıldığını bildirir.

F.Uebster isə informasiya texnologiyaları nəzəriyyələrini 5 qrupa bölür: texnoloji, iqtisadi, professional, məkan və mədəni.

Texnoloji nəzəriyyənin əsasını A.Toffler qoyub. Bu nəzəriyyədə ictimai münasibətlərin yeni strukturunun formalaşmasında texnologiyaların rolu araşdırılır.

İqtisadi nəzəriyyədə informasiya biznesi öyrənilir və informasiya iqtisadiyyatının formalaşması əsaslandırılır. İlk dəfə bu nəzəriyyəni F.Maxluq araşdırıb.

Professional nəzəriyyə D.Bellin işlərində inkişaf etdirilib. Onun fikrincə, yeniləşən cəmiyyətin sosial strukturunda əsas rolu informasiya texnologiyalarından istifadə edən və intellekt əməyi ilə məşğul olan professionallar sinfi oynayır.

Məkan nəzəriyyəsi M.Kastelsin şəbəkə cəmiyyəti nəzəriyyəsini öyrənir. Bu nəzəriyyə çərçivəsində komputer şəbəkələrinin məkan və zamana təsiri araşdırılır. Bu zaman virtual məkan fenomeninin ictimai münasibətlərə təsiri diqqət mərkəzində saxlanılır.

Mədəni nəzəriyyə müasir həyatın simvollar və işarələrlə bütövləşməsindən çıxış edir. Biz dünyanı müəyyən işarələr sistemi ilə qəbul edirik. Müasir mədəniyyət əvvəlkilərdən informasiya baxımından daha dolğundur. Bu zaman mədəni inkişafda kütləvi kommunikasiya vasitələri mühüm rol oynayır.

Bir qrup rus alimi araşdırmalarında informasiya təhlükəsizliyi siyasətinin 3 səviyyədə aparılması fikrini irəli sürür:

- təşkilati;

- qanunvericlik;

- texnoloji.

Təşkilati səviyyədə ölkənin beynəlxalq informasiya cəmiyyətinə daxil olmasının təminatı üçün görüləcək tədbirlərin koordinasiyalı aparılması, dövlət provayderinin təyini və internet şəbəkəsi ilə əlaqənin təkmilləşdirilməsi, yerli informasiya resurs və texnologiyalarının yaradılmasına dövlət dəstəyi, eləcə də beynəlxalq təşkilatlarla əlaqələrin aktivləşdirilməsi nəzərdə tutulur.

Qanunvericilik baxımından isə aşağıda göstərilənlər həyata keçirilməlidir:

- məlumatların KİV, reklam, informasiya resurslarında və beynəlxalq mübadilədə istifadəsinin qanuni tənzimlənməsi;

- informasiya resurslarına qanunsuz müdaxilələrin və zərərli informasiyanın emalının qanunvericiliklə qadağan olunması;

- müəllif hüququ, şəxsiyyət azadlığı və informasiya əldə etmə hüquqlarının qanunvericiliklə tənzimlənməsi;

- “ikiqat kriminal” prinsipinə əsasən internet şəbəkədən istifadə zamanı yaranan problemlərin həllinin yerli və beynəlxalq qanunvericiliyə uyğunlaşdırılması.

Texnoloji səviyyədə internet şəbəkəsi ilə əlaqəli işləyən dövlət şəbəkəsinin yaradılması, icazəsiz müdaxilələrə imkan verməyən informasiya emalı vasitələrinin hazırlanması və tətbiqi, informasiya məhsulları və xidmətlərinin sertifikasiya və lisenziyalaşdırılması, verilənlər bazasına müdaxilənin qarşısını alan proqram-linqivistik “filtr”lərin yaradılması və tətbiqi təklif edilir (7, s. 16).

İnformasiya təhlükəsizliyi anlayışı haqqında V.A.Tixonov və V.V.Royx belə deyirlər: “...İnformasiya təhlükəsizliyi deyərkən, geniş mənada informasiya mühitində informatizasiyanın gedişində yaranan neqativ proseslərin, hadisələrin, təzahürlərin aşkar edilməsi, neytrallaşdırılması və aradan qaldırılması situasiyasını anlamaq lazımdır. İnformasiya təhlukəsizliyi qorunan obyektin (şəxsiyyətin, cəmiyyətin, dovlətin, muəssisənin və s.) sonrakı inkişafını təmin edir”.

Cəmiyyətin informasiya təhlükəsizliyi bütün subyektləri, o cümlədən dövlətin informasiya təhlükəsizliyini özündə birləşdirir və ictimai həyatın bütün sahələrini: siyasi fəaliyyəti, ictimai birlikləri, iqtisadiyyatı, elmi, mədəniyyəti əhatə edir.

Şəxsiyyətin informasiya təhlükəsizliyi psixika və şüura manipulyasiya, dezinformasiya, intihara həvəsləndirmə, təhqir və s. kimi təhlükəli informasiya təsirlərindən qorunma dərəcəsi ilə xarakterizə olunur. İnformasiyanın təsirinin mahiyyəti də onun özündən mürəkkəb parametrlərə malik olan maddi-energetik prosesləri “başlatması” və nəzarətdə saxlamasıdır.

 

QEYDLƏR:

1. Gərayzadə T.P. Regional coğrafiya. Bakı, 2004, 320 s.

2. Талимончик В.П. Международно-правое регулирование отношений информационного обмена. С.Петербург.: «Юридееский центр Пресс», 2011, 385 с.

3. http://iso27000.ru/chitalnyi-zai/kiberugrozy-i-kiberterrorizm/samye-uspeshnye-proekty-amerikanskogo-pravitelstva-v-oblasti-informacionnoi-bezopasnosti

4. Гончаренко Л.П., Куценко Е.С. Управление безопасностью: учебное пособие. М.: КНОРУС, 2010, 272с.

5. Попов Л. Л., Мигачев Ю.И., Тихомиров С. В., Информационное право: учебник. М.: «Норма», 2010, 496 с.

6. Информационное общество: Сб. М.:  «Издатедство АСТ», 2004 , 507 с. 

7. Садеринов А.А., Трайнев В.А., Федулов А.А. Информационная безопасность предприятия: учебное пособие. М.: «Дашков и К», 2005, 336 с.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM