Mənim tar müəllimim

13:59 / 13.04.2016

Məmmədli Ağarəsul

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Qapıbir qonşu idik. Əyalət şəhərinin mərkəzində dar bir küçənin bir tərəfində bizim taxta darvaza, onunla üzbəüz kiçik taxta qapı isə onlarınkıydı. Həftədə üç gün tar dərsinə gedirdim. Tək deyildim, rayonun dördbir yanından yaşıdlarım onun yanına dərsə gəlirdilər. Yaşıdlarım deyəndə, onda mən dördüncü sinifdə oxuyurdum. Altı yaşımda birinci sinfə getdiyimi nəzərə alsaq, demək on yaşım vardı. Birinci sinfə gedəndə o qədər balaca və cansız olmuşam ki, deyirlər atamın nənəsi, Mövlanə Məhəmmədin gəlini Qönçə nənə məni belinə şəlləyib məktəbə aparırmış,  sinfə salandan sonra da məktəbimizin idman meydançasında oturub böyük tənəffüsü gözləyər, iyirmidəqiqəlik tənəffüsdə mürəbbəli çay içirdib sonra evə gedərmiş. Dərslər qurtaranda da məni məktəbdən alıb geri gətirərmiş. Bir müddət sonra uşaqlar məni nənəmin dalında görüb gülüşdülər. Utandım. Sonradan özüm gəlib-getməyə başladım. Çantamı çox da ağır etmirdilər ki, gücüm çatsın. Amma nənəm yenə arxayın olmurdu, çox vaxt arxamca gəlir, məni tək qoymurdu, müşayiət edirdi. Məktəblə evin arası isə yeddi yüz metr ya olardı, ya olmazdı. Nənəm həmişə deyirdi ki, sən istəkli nəvəmin yadigarısan, ona görə də gözümdən kənara qoya bilmərəm.

Həə, mənə tar alınanda 1959-cu il idi. Bazardakı oyuncaq dükanından aldıq, özü də yüz yeddi manata. Tut tarı idi. Tut ağacından düzəldilən tar keyfiyyətli sayılırdı. Əsl tar idi. Uşaq tarı deyildi (Tələbə vaxtı bir kirayə evdən başqasına köçəndə itdi. Günah özümdə oldu, heç tar yada düşmürdü. Altı ayda bir ev dəyışəndə belə olar də).

Doğrudur, mənə çox gözəl bir tar almışdılar, amma bir iş vardı ki, tar özümdən böyük, həm də ağır idi. İlk gün dar küçəni keçib, qonşuya tar dərsinə getdim və müəllimlə üz-üzə oturdum. Müəllim tarıma baxıb “hımm” elədi və mən başa düşdüm ki, tarı bəyənib. Dərsə başladıq və mənə dedi:

- Qonşu, barmaqlarınla tarın qolunu tut.

O, sol əlində olan üç barmağı ilə öz tarının qolunu tutaraq mənə göstərirdi. Həmin əlindəki baş barmağın və kiçik barmağın ucları yox idi. Mən də bir xeyli əlləşəndən sonra tarımı sinəmə qaldırıb müəllimin tutduğu kimi tutmağa çalışdım, amma barmaqlarım çatmırdı.

- Qonşu, sənə hələ tezdi tar çalmaq, gələn il gələrsən”, - dedi. Bu sözləri elə söylədi ki, sanki mən ucqar dağ kəndindən gəlmişəm, bir də bir ildən sonra görüşəcəyik. Ürəyimdə düşündüm ki, sən hələ dayan, mən nənəmə deyim, sonrasına baxarsan. Yerimdən qalxıb tarımı götürdüm və həyətimizə keçdim. Tərslikdən evdə də bir Allahın bəndəsi yox idi ki, bütün hikkəmi, acığımı onun üstünə töküm. Valideynlər işə, nənəm isə kəndə getmişdi. Kənd yaxın idi. Cəmi beş kilometrlikdə.

Axşam nənəm gəldi, gələn kimi də məndən kefimi soruşdu. Mən də gündüz olanları danışdım və təbii ki, özümü saxlaya bilməyib ağladım. Daha bundan sonrasından xəbərim olmadı, nənəm hara getdi, kimə nə dedi, bilmirəm. Amma səhərisi günü evdə oturub dərslərimi hazırlayırdım ki, qapı döyüldü. Qonşu Badam xala idi. Əslində mən yaşıma görə ona “nənə” deməli idim. Amma hamı kimi, mən də eləcə “Badam xala” deyirdim. Badam xala  Ələddin müəllimin, yəni məni dünən dərsdən qaytaran və “gələn il gələrsən” deyən tar müəlliminin anası idi.

- Ay Nacı, tarını da götür, gəl, - Badam xala dedi. Qonşular mənə nənəmin dilindən “Nacı” deyərdilər. Nənəm mənə gözəl mənasında “Laçın” ləqəbi qoyubmuş, amma bu ad dilinə yatmadığından “Nacı” deyərmiş, hamı da onun dilindən məni elə çağırırdı.

- Ələddini biabır eləmişəm ki, uşağı niyə qaytarmısan. Tarı da var. Uşaqlar tarsız-zadsız gəlib gedirlər. Gəl-gəl”, - deyərək təkrarladı. Tarı iki əlimlə götürdüm. Yerə qoyanda tar məndən hündür idi. Ələddin müəllim neynəsin?! Heç torbası da yox idi. Sonradan nənəm torba tikdirdi, yaşıl rəngdə.

Birinci dərsimizdə Ələddin müəllim:  “Yüz bir” öyrənəcəyik”, - dedi, - sonra “Ay Çiçək”, “Lalələr”... və s. və ilaxır. Beləcə, mən tar öyrənməyə başladım. Amma bir ciddi problemim vardı, özü də böyük, utanırdım. Dərsdə nə öyrənirdiksə gəlib evdə, lap içəri otaqda, özü də qapıları bağlayıb dərsimi çalırdım. Sonra qapıları açıb, o biri dərslərimlə məşğul olurdum. Bu dərslərimi valideynlərimlə hazırlaşırdım. Tar dərsimizə gələn uşaqlar evlərində bacı-qardaşlarını, qonşu uşaqlarını da yığıb tar dərslərini çalardılar. Mən isə tək və gizlincə.

Qonşu olsa da, müəllimə pul verməliydik. Valideynlərim danışıbmış. İlk dəfə dərs pulunu aparırdım. İri, palazqulaq yüzlüyü əlimdə bərk-bərk sıxımışdım, üzərində on beş dildə “yüz manat” yazılmışdı. İlk dəfə əlimdə yüz manat küçəni keçəcəkdim. Başımı darvazadan çıxarıb, sağa-sola baxdım. Küçədə kimsə yox idi. Kölgədə 40-45 dərəcə istidə, günorta saat üçdə küçədə kim olacaqdı ki?! Bu vaxtlar hamı yatırdı, ya da valideynləri döyə-döyə yatızdırırdılar. Qaçıb yolu keçdim. Müəllimin həyətinə girdim. Qapıları elə cırıldadı ki, qorxudan diksindim. Elə bil hər gün açdığım qapı deyildi. Həyət, əlbəttə, bu gün boş idi. Adətən, ucqar rayonlardan aşıqlar, musiqiçilər Ələddin müəllimin yanına dərs almağa gələrdilər. Bazar günündən başqa. Bazar günü onlar toylarda olardılar. Hər gün həyətdə beş-altı adam olardı. Badam xalanın da işi onlara çay süzmək idi. Sarı samovar sönmürdü. Samovarın üstündə metal pul şəkli vardı, onun da üstündə saqqallı bir rusun şəkli. Böyüyəndə bildim ki, keçmiş rus çarı Nikolayın şəkli imiş. Hələ deyirdilər ki, 1898-ci ildə rayon mərkəzindəki dəmiryol vağzalını da o tikdiribmiş.

Həyətin ortasında idim. Tar çalınırdı, Ələddin müəllim idi, özü də sarı simdə çalırdı. O qədər həzin, o qədər qəmgin bir musiqi idi ki, üstündən əlli il keçməsinə baxmayaraq, mən indi də o musiqinin təsirindəyəm. O istidə üşüyürdüm. Deyirlər, Azərbaycanın ən məşhur xanəndələri, Sara Qədimova, Hacıbaba Hüseynov, tanınmış aşıqlar Aşıq Şakir, Aşıq Məmmədağa və s. məşq etməyə, muğamın ayrı-ayrı hissələrini öyrənməyə onun yanına gəlirdilər. Musiqi məni valeh etmişdi. Həyətdə tut ağacının dibindəki iri çay daşının üstündə oturub dinləməyə davam etdim. Bu tar nə imiş, ilahi! Ələddin müəllimin sol əlini mən sizlərə təsvir etdim. Sağ əlində isə cəmi ikicə barmağı vardı, baş və şəhadət barmağı. O, iki barmaqla da mizrab tuta bilirdi. Kaş onun kimi mizrab tutub, tar çala biləydim. Amma hələ nə yaşım vardı ki?! Bəlkə elə o tarın, Ələddin müəllimin tarının səsi məni yaşımdan tez böyütdü. Çalırdı. Gözləri yumulu. Ələddin müəllimin ayaqları yox idi. Deyirdilər ki, dəmir yolunu keçəndə qatar gəlib onun üstündən keçib. Ayaq yerinə protez ayaqları bağlayırdı. Protez baha imiş. Tələbələri, tanınmış aşıqlar pul yığıb, ona ayaq düzəltdiriblərmiş.

Həə, Ələddin müəllim gözlərini yumub həzin-həzin çalırdı, mən də taxta darvazadan girib, çay daşının üstündə oturmuş, lal-dinməz qulaq asırdım. Deyəsən, nə Ələddin müəllim, nə də Badam xala mənim gəlişimdən xəbər tutmuşdular. Hər biri öz aləmindəydi. Aradabir yüngülcə tərpənməsəydi,  torpağın üstünə atdığı döşəkçənin üstündə oturmuş Badam xalanı donmuş kimi təsəvvür edəcəkdim. Amma Badam xala ağlayırdı, için-için ağlayırdı, ağladıqca da hərdən çiyinləri qalxıb-enirdi. Uzaqdan da olsa görürdüm. Elə müəllim də ağlayırdı. Gözlərini yummuşdu. Amma ağlayırdı. Gözündə yaş yox idi. İndi başa düşürəm ki, ağlayırdı. Ağlamasa, ağlamasan, o möhtəşəmlikdə ifanı yaşaya, çatdıra bilməzsən, mümkünsüzdü. Bəlkə ürəyində ağlayırmış, qəlbi sökülürmüş.

Əlim tərləmişdi. Pul islanmışdı. Cibim də yox idi ki, ora qoyum, əlim azad olsun. Kaş ki onun həmin anda ifa etdiyi musiqini sizlərə çatdıra biləydim. Melodiyanı xatırlaya bilmirəm, lirik bir musiqi idi.

Ələddin müəllim çalğısını bitirdi. Mizrabı tarın qolunun başında ağ simin altına keçirdi. Sağa əyilib anasını bağrına basdı, gözlərindən öpdü. Ana-bala qucaqlaşıb ağlaşdılar. Bu elə bir mənzərə idi ki, sözlə göstərmək mümkün deyil. Bəlkə də onlar ağlaşaraq bir-biri ilə halallaşırdılar. Bütün dərdlərinin, bütün ağrılarının gözünü o çalğı ilə deşib qanını yerə axıdır, axıtdıqca da yüngülləşir, azad olurdular. Səslərini də eşidirdim. Yerdən oturmuşdular. Mən ayağa qalxdım. Utanırdım. Gizlincə həyətə girdiyimdən utanırdım.

Bir xeyli keçmiş balkona tərəf yaxınlaşdım. Ələddin müəllim elə oturduğu yerdə oturmuşdu, amma protezlərini açıb yanına qoymuşdu. Sağ əlimdəki islanmış pulu ona uzatdım. Pula baxdı:- Badam, - deyə qışqırdı, - Qönçə nənəyə deyərsən ki, mən Mövlana nəvəsindən dərs pulu almayacam. Bu da mənim payım olsun. İstəyir, beş il öyrənsin, istəyir, on il”. Sonra da sağ əli ilə mənə “get” işarəsi verdi.

***

İki il sonra biz yeni ev tikib o məhlədən köçdük. Yeni evimiz şəhərin yeni salınan məhəllələrindən birində idi və əvvəlki evimizdən çox aralı idi. Tar dərslərimə davam etmədim. İllər keçdi, orta məktəbi qurtarıb instituta qəbul olundum, oranı da qurtarıb, işləmək üçün Bakıda qalmalı oldum. Ailə qurdum. Elmi işlə məşğul olurdum. Bir müddət sonra mənə rayonda rəhbər vəzifə təklif olundu və mən bu təklifi məmnuniyyətlə qəbul elədim. Onsuz da Bakıda evimiz yox idi, iki uşaqla kirayələrdə qalmaq da lap ürəyimi sıxırdı. Beləcə, yenidən doğma rayonumuza qayıtmalı oldum. Yeni işim əvvəlcə bir xeyli həyəcanlı, məsuliyyətli gəlirdi mənə. Amma bir müddətdən sonra hər şey qaydasına düşdü və mən getdiyim hər yerdə özümü doğmalarımın, yaxınlarımın arasında hiss edirdim. Amma mən ən çox iki müəllimimi axtarırdım, onlarla oturub dərdləşmək, olub-keçənlərdən danışıb yüngülləşmək, bəlkə də baş-başa verib ağlaşmaq istəyirdim, bizə kimyanı öyrədən Səftər müəllimi və Ələddin müəllimi. Səftər müəllim dərs deməkdə davam edirdi, “Əməkdar müəllim” fəxri adı da almışdı. Ələddin müəllim isə dünyadan köçmüşdü. Doğrusu bu xəbəri eşidəndə çox üzüldüm, içimdə böyük bir boşluq, heç zaman doldura bilməyəcəyim bir yarğanın açıldığını hiss elədim. Çünki ona deməyə o qədər söz hazırlamışdım, təsəlli vermək, hər şeyin ötəri olduğunu, dünyanın imtahandan başqa bir məna daşımadığını deyəcəkdim, amma olmadı, hamısı ürəyimdə qaldı. Amma öyrəndim ki, evlənibmiş. İki uşağı var, onlar da atalarının yolu ilə gedib, tarı seçiblər. İndi də rayon mərkəzində yenicə açılmış musiqi məktəbində oxuyurlar.


Etiket:

Strategiya.az

Müəllifin digər yazıları

Daha çox
Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM