Azərbaycan Jurnalistlər Birliyinin üzvü
“Azərbaycanda keçmişdə bu qədər araq, spirtli içkilər içən olmayıbdır. Necə olubdur ki, xalqımız bu qədər spirtli içkilər içməyə başlayıbdır?” (Azərbaycan prezidenti Heydər Əliyev cənablarının “Bakı-Xəzər Bitkisel Yağ” fabrikinin açılışındakı nitqindən)
XX əsrin əvvəllərində Bakı Rusiya imperiyası şəhərləri içərisində neft və digər sənaye məhsulları istehsalı, ixracı üzrə aparıcı yerlərdən birini tuturdu. Neftçıxarma, neft emalı sənayesi, mexaniki zavodlara xidmət göstərən yeni-yeniistehsal sahələri meydana gəlirdi. İstehsalatda çalışan fəhlə və mühəndis-texniki işçilərin su, un və digər ərzaq məmulatına olan tələbatının ödənilməsi də iqtisadi baxımdan səmərəli olduğundan burada kiçik xidmət sahələri meydana gəlirdi.
Rus, alman, erməni kapitalı neft əsrinin əvvəllərində Bakı quberniyasında cəmləşirdi. Volqaboyundan, Şimali Qafqazdan, İrandan ucuz işçi qüvvəsi Bakıya axışırdı.
Məhz bu dövrdə də əcnəbi sənayeçilər bir tikə çörək pulu qazanmaq üçün Bakıya pənah gətirən çox millətli fəhlə sinfinə öz “xidmət”lərini təklif etməyə başladılar.
1894-cü ildə rus N. Terentyevin Bakıda erməni küçəsində (indiki Qorki küç.) ilk spirttəmizləmə və araq zavodu işə başladı.
Bir az sonra Saracov və Soqominovlar “Bakı rektifikasiyası” Yoldaşlığı yaradaraq ermənilərin “İstoçnik” və yəhudilərin (İretskilər) Maştağada açdıqları araq zavodlarını özlərində birləşdirdilər.
Beləliklə, əgər 1900-cü ildə Bakıda 127.000 rublluq spirtli içki məhsulları istehsal edilirdisə, 1908-ci ildə bu rəqəm 237.180 rubla çatırdı. Sahə inkişaf edirdi...
Bayılda alman Ştekkerin “Bakı pivəbişirmə və buzdüzəltmə zavodu”, Zığda isə Samara “Fon Vakano və Ko” zavodunun Yoldaşlığı istehsala başlamışdılar. Əsrin birinci on illiyində bu zavodlar Zaqafqaziyada ən iri
kapitalist müəssisələrindən sayılırdı. Təkcə, “Fon Vakano və Ko”-ın əsas kapitalı 3,5 milyon rubldan çox idi (!)
Bu şirkətin Bakı, Yelizavetpol (Gəncə), Lənkəran, Salyan, Xaçmaz, İranın Ənzəli və Təbriz şəhərlərində də satış anbarları var idi. Şərab və pivə satışından gəlir sürətlə artırdı.
Burada spirtli içkilərin şıdırğı satışı Həştərxandan gəlmə yəhudi Veynorovskiləri də 1912-ci ildə Bakıda yeni pivə zavodu tikməyə şirnikləşdirdi.
Yelizavetpolda, Kürdəmirdə, Şamaxıda və bir neçə başqa şəhərlərdə şərab zavodları işə başlamışdı. Neftçıxarma, neft emalı və mexaniki istehsal sahələrində min bir əziyyətlə qazandıqları qəpik-quruşu fəhlə kazarmaları yaxınlığında yerləşdirilmiş meyxanalarda yorğun fəhlələr bu günün dərd-sərini dağıtmaq niyyəti ilə araq, pivə və şəraba xərcləyirdilər. Bir az imkanlılar özlərini restoran və kazinolara verirdilər. Meyxanaların müştəriləri çoxmillətli idilər. Onların yeməkləri də bir idi, içməkləri də, elə dərdləri də.
Meyxana, kazino, araq və pivə zavodlarına sərmayə qoyub işlədənlər isə rus, erməni və yəhudi kapitalistləri idilər. Azərbaycanlılar o vaxt bu işə günah olduğu üçün sərmayə qoymazdılar.
Sonrakı dövrün isə biz hər birimiz kirayənişinləriyik. Hər birimizyaşadıq o günləri. Şampansız, şərabsız dövlət qəbulu və ziyafəti ola bilərdimi? Şəhər və kəndlərimizdə şərabsız toyları barmaqla sayardıq.
Ocaq, pir, seyid məhəllələrində keçirilən şərabsız məclisləri sonradan müzakirə edər, hətta yas mərasimlərinə də bənzədərdilər. Bu bir reallıqdır. Elə bu günümüzdə də mövcud həqiqətdir.
O vaxtlar o qədər də geniş yayılmamışdı şərab. Cəmi 3-5 növ şərab olardı mağazalarda. Yenidənqurma açarı şərabı qadağan etməsi ilə elə bil onun növlərinin artırılmasına sərəncam verildi. İndi tək Bakı şəhərində cəmi 3 zavod və 15 kiçik müəssisə şərab istehsal edir, qeyri-rəsmi qurumların isə hesabını aparan yoxdur. Hələ evlərdəki “kustar” araq
bağlayan sexləri demirik. Bəs hər gün xaricdən axan gözəl və yaraşıqlı şüşələrə qablanmış şərablar?
Nə isə, millət beləcə öyrəşdi şəraba. Bəlanın yaşı yüzü ötür, əsrin əvvəlində gətirdilər bu bəlanı.
Şərab istehsalını, əlbəttə, dayandırmaq səhv olardı. Yüksək keyfiyyəti ilə tanınmış şərab məhsullarını istehsal edərək xarici bazara çıxmaq olar, ölkəyə valyuta da gətirmək mümkündür.
Yalnız tarixi-milli ənənələrimizlə dünyaya açılmamız daha gözəl olardı. Elmimizlə, sənətimizlə, vüqarımızla, qeyrətimizlə,savadlı gənclərimizlə, ən nəhayət, neftimizlə, pambığımızla, filizimizlə olardı dünyaya açılmamız...
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM