DÖVLƏTİN MİLLİ TƏHLÜKƏSİZLİK SİYASƏTİNİN REALLAŞDIRILMASI MEXANİZMLƏRİ

14:00 / 05.06.2016

Zeynal Həsənalıyev,
Tarix elmlər doktoru, professor

Dövlətin təhlükəsizliyi hər şeydən öncə siyasi institutların və münasibətlərin qorunmasını nəzərdə tutur. Bu da özü-özlüyündə olduqca mürəkkəb məsələdir. Belə ki, siyasi institutların təzahür formaları kifayət qədər müxtəlif olmaqla, dərin fərqli xarakterlərə malik olurlar. Müvafiq olaraq siyasi institutlar arasındakı münasibətlər də özünün mürəkkəbliyi ilə fərqlənir.[4, s.121] Ən ümumi şəkildə milli təhlükəsizlik dedikdə, şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyi başa düşülür. Qeyd edək ki, əksər tədqiqatçılar “milli təhlükəsizlik” anlayışının mahiyyətini məhz bu prizmadan izah edirlər. Daha dəqiq detalları ilə ifadə etmiş olsaq, şəxsiyyətin təhlükəsizliyi kompleks hüquqi və mənəvi normaların, ictimai institutların və təşkilatların yaradılmasını nəzərdə tutur. Çünki, bunlar şəxsiyyətə, dövləti hər hansı bir məneəsi olmadan inkişaf etməyə, özünün sosial əhəmiyyətli təlabatlarını təmin etməyə imkan verir. Şəxsiyyətin təhlükəsizliyini səciyyələndirərkən, qeyd edək ki, müasir dövrdə şəxsiyyətə qarşı müəyyən cinayətlər daha təhlükəli xarakter almışdır.
Cəmiyyətin təhlükəsizliyi ictimai institutların, normaların, ictimai şüurun inkişaf etmiş formalarının mövcudluğunu nəzərdə tutur. Bunlar da öz növbəsində əhalinin bütün təbəqələrinin hüquq və azadlıqlarının reallaşdırılmasına, cəmiyyətin parçalanmasına aparacaq fəaliyyətlərin qarşısının alınmasına imkan verir. Cəmiyyətin təhlükəsizliyinin mahiyyəti, onun şəxsiyyət təhlükəsizliyinin davamı olduğunu göstərir. İctimai təhlükəsizlik ictimai əsayişin və sakitliyin, maddi və mənəvi dəyərlərin, ictimai birliklərin hüquq və azadlıqlarının qorunmasını nəzərdə tutur. Deməli, ictimai təhlükəsizliyin mahiyyəti bütövlükdə vətəndaş cəmiyyətinin mövcudluğuna təhlükə yaradan halların aradan qaldırılmasından ibarətdir.
Dövlətin təhlükəsizliyi siyasi qüvvələrin və ictimai qrupların fəaliyyətinin idarə olunmasının və koordinasiyasının səmərəli mexanizmlərinin mövcudluğu fonunda təmin olunur. Təbii ki, siyasi qüvvələrin və ictimai qrupların müdafiəsi də vacib məqam kimi nəzərdən keçirilir. Ümumiyyətlə, dövlətin təhlükəsizliyi dedikdə, ölkənin idarə olunması aparatının fasiləsiz, normal səmərəli fəaliyyət göstərməsi nəzərdə tutulur. Bu idarəetmə aparatı isə, məlum olduğu kimi, üçlü hakimiyyət institutunu, yəni, dövlət hakimiyyətinin qanunverici, icra və məhkəmə qollarını ifadə edir.
Dövlət ixtiyarında olan bütün maddi və mənəvi resursları səfərbər edərək milli maraqlarının və milli təhlükəsizliyin ən yüksək səviyyədə qorunmasını təmin edir. Dünya dövlətləri özlərinin milli təhlükəsizliyinin təmin olunması istiqamətində siyasi, iqtisadi, hərbi, ideoloji və s. resurslarını istifadə edir.[3, s.104] Dövlət özünün daxili və xarici resurslarından istifadə etməklə, müxtəlif istiqamətlərdə milli təhlükəsizlik siyasətini həyata keçirir. Müasir mərhələdə dövlətin milli təhlükəsizlik siyasətinin aşağıdakı əsas istiqamətlərini qeyd etmək mümkündür:
-siyasi təhlükəsizlik siyasəti;
-hərbi təhlükəsizlik siyasəti;
-sərhəd təhlükəsizlik siyasəti;
-iqtisadi təhlükəsizlik siyasəti;
-informasiya təhlükəsizliyi siyasəti;
-ekoloji təhlükəsizlik siyasəti və s.
Milli təhlükəsizlik siyasəti dövlətin, cəmiyyətin və şəxsiyyətin bütün real və potensial təhlükələrdən kompleks müdafiəsini təmin edir. Həyat fəaliyyətinin demək olar ki, bütün sahələrində milli təhlükəsizlik siyasəti müvafiq resurslara və prinsiplərə istinad olunaraq həyata keçirilir. Ümumiyyətlə, milli təhlükəsizlik siyasətinin əsas subyekti rolunda dövlət çıxış edir. Dövlət milli təhlükəsizlik siyasətinin həyata keçirilməsi prosesində ixtiyarında olan bütün maddi və mənəvi resurslardan istifadə edir. Hesab edirik ki, milli təhlükəsizlik siyasətinin səmərəliliyini təmin etmək üçün hər bir sahə üzrə ayrıca təhlükəsizlik konsepsiyasının hazırlanması vacibdir.
Inzibati hüquq nəzəriyyəsində milli təhlükəsizliyin təmin olunması məsələsinin mahiyyətinin izahı demək olar ki, əksər tədqiqatçılar tərəfindən qəbul olunur. İnzibati hüquq nəzəriyyəsində milli təhlükəsizliyin təmin olunması probleminin mahiyyəti təhlükəsizlik obyektlərinin mühafizəsinin tələb olunan səviyyədə saxlanılmasına, şəxsiyyətin, cəmiyyətin və dövlətin həyati vacib maraqlarının qorunması istiqamətində müvafiq tədbirlərin və vasitələrin yaradılmasına və tətbiq olunmasına yönəldilmiş dövlət siyasəti kimi izah olunur.[5, s.23]
Milli təhlükəsizliyin təmin olunması mexanizmi dedikdə, əsasən dövlətin hərbi gücünün və iqtisadi potensialının qarşılıqlı çümasibətləri sistemi başa düşülür. Bu mexanizmə bir çox hallarda həmçinin, dəyərlər sistemi, insanların mənəvi cə ictimai vəziyyətləri, dövlətin siyasi güc resursu kimi qanunyaradıcılığı daxil edilir. Milli təhlükəsizliyin təmin olunması əksər hallarda sadəcə siyasi təhlükəsizliyin təmin olunması kimi nəzərdən keçirilir. Bu baxımdan əsas diqqət də elə siyasi təhlükəsizliyin təmin olunması mexanizminin mahiyyətinə yönəldilir. Siyasi təhlükəsizliyin təmin olunması mexanizmi subyektiv-obyektiv siyasi münasibətlərlə, həmçinin, təhlükəsizlik sahəsinin vasitələri, metodları və məqsədləri ilə səciyyələnir. Siyasi təhlükəsizliyin və onun təmin olunmasının müasir vəziyyətinin əsas problemi ondan ibarətdir ki, hakimiyyət səlahiyyətlərinə çıxışı olan subyektlər siyasi təhlükəsizliyi şəxsi təhlükəsizliyi kimi qəbul etməklə kifayətlənməyərək, həmçinin, qanun çərçivəsində fəaliyyət göstərirlər. Yəni, onlar siyasi təhlükəsizliyin, bu halda deməli, həmçinin şəxsi təhlükəsizliklərinin səmərəli təmin olunması üçün qanun çərçivəsində fəaliyyət göstərməyin vacibliyini dərk edirlər.
Dövlət üçün milli təhlükəsizlik siyasətinin həyata keçirilməsinin vacibliyini şərtləndirən beş əsasın olduğunu qeyd etmək mümkündür:
-dövlət tərəfindən bütün mövcud təhlükələrə kompleks yanaşmanın təmin edilməsi;
-milli təhlükəsizlik sahəsində fəaliyyət göstərən subyektlərin iştirakının optimallaşdırılması yolu təhlükəsizlik sektorunun səmərəliliyinin yüksəldilməsi;
-siyasətin reallaşdırılmasının idarə olunması;
-daxili məsələlərdə konsensusun əldə olunması;
-regional və beynəlxalq əməkdaşlığın və etimad münasibətlərinin yaxşılaşdırılması.[6, s.31]
Milli təhlükəsizlik siyasətinin ümumi kompleks proqram olması üçün bir sıra prinsipal məqamlara diqqət yetirmək lazımdır. Bu məqamları lokanik olaraq aşağıdakı kimi nəzərdən keçirmək mümkündür:
-birincisi, milli təhlükəsizliyə qarşı yönəlmiş bütün təhdidlər dəqiq təhlil olunmalıdır. Daxili və xarici təhlükələr uzun müddət biri-birilərindən təcrid olunmuş şəkildə nəzərdən keçirilirdi. Lakin milli təhlükəsizlik siyasət tədricən həm daxili, həm də xarici şəraitə tam qiymət verməyə başlamışdır. Belə strategiya yaratmaqla, onun reallaşdırılması zamanı bütün dövlət strukturlarının tələbləri nəzərə alınmalıdır. İdealda isə, bütün beynəlxalq və qeyri-hökumət təşkilatlarının tələblərinə həssaslıqla yanaşılması tələb olunur;
-ikincisi, milli təhlükəsizlik siyasəti milli təhlükəsizliyin təmin olunması prosesinin sayı artan iştirakçılarının fəaliyyətlərini uzlaşdıra bilər. Bu proses milli institutları, hökuməti, işgüzar təbəqəni, vətəndaş cəmiyyətinin müxtəlif təşkilatlarını, həmçinin, regional və beynəlxalq təşkilatları əhatə edə bilər;
-üçüncüsü, milli təhlükəsizlik siyasəti milli təhlükəsizlik sahəsinin bütün subyektləri üçün siyasi rəhbər rolunu oynayır. Milli təhlükəsizlik siyasəti milli təhlükəsizlik sahəsində qısamüddətli və uzunmüddətli vəzifələrin reallaşdırılması haqqında qərarların əlaqələndirilməsini təmin edir. Mərkəzləşdirilmiş proses resursların optimal istifadə olunmasına imkan verir. Bu da strategiyanın reallaşdırılması zamanı ziddiyyətlərin, fikir ayrılıqlarının, gərəksiz detalların aradan qaldırılmasını təmin edir;
-dördüncüsü, milli təhlükəsizlik siyasəti hökumət üzvlərinin, mütəxəssislərin, ayrı-ayrı partiya nümayəndələrinin müzakirələrini və qarşılıqlı fəaliyyətlərini dərinləşdirmək və ya intensivləşdirmək yolu ilə təhlükəsizlik siyasətinin prioritetlərini nəzərə alır. Belə dialoq milli dəyərlər və prioritetlər əsasında ümumi konsensusun formalaşmasını və bütün mümkün təhlükələrin nəzərə alınmasını şərtləndirir;
-beşincisi, milli təhlükəsizlik siyasəti regional və beynəlxalq səviyyədə qarşılıqlı etimadın təmin olunması aləti rolunda çıxış edir. Ardıcıl və şəffaf siyasət ayrı-ayrı ölkələrlə beynəlxalq birlik arasında qarşılıqlı fəaliyyət üsuludur. Bununla da, bütün səviyyələrdə qarşılıqlı anlaşmanı və əməkdaşlığı təmin edir.
Milli təhlükəsizlik siyasətinin reallaşdırılması mexanizmlərini təhlil edərkən onun qanunvericilik bazasına xüsusi diqqət yetirmək vacibdir. Çünki, əksər hallarda milli təhlükəsizlik siyasətinin səalhiyyət dairəsi xüsusi qanunlarla müəyyənləşdirilir. Müxtəlif ölkələrdə bu məsələ fərqli şəkildə tənzimlənir. Məsələn, ABŞ-da prezidentin milli təhlükəsizlik strategiyasını həl il konqresin müzakirəsinə təqdim etməsi tələbi mövcuddur. Lakin qeyd edək ki, təcrübədə ABŞ prezidenti milli təhlükəsizlik strategiyasını heç də hər il konqresin müzakirəsinə təqdim etmir. Latviyada seym hökumət tərəfindən işlənib hazırlanan və milli təhlükəsizlik üzrə şura tərəfindən təsdiq olunan milli təhlükəsizlik siyasətini qəbul etməlidir. Digər hallarda isə, milli təhlükəsizlik siyasəti ilə bağlı məsuliyyəti icra hakimiyyəti öz üzərinə götürür. Məsələn, Rusiya Federasiyasında milli təhlükəsizlik şurası milli təhlükəsizlik strategiyasını işləyib hazırlayıq ki, onu da hökumət təsdiq etməlidir. 2001-ci ildə Avstraiya parlamenti milli təhlükəsizlik üzrə şuranı təsis etmişdir. Burada milli təhlükəsizlik üzrə şura milli təhlükəsizlik sahəsində siyasəti müəyyənləşdirmə səlahiyyətinə malikdir. Göründüyü kimi, dünyanın müxtəlif ölkələrində milli təhlükəsizlik siyasətinin qanunvericilik bazası fərqli instansiyalarda, müxtəlif tərzlərdə işlənib hazırlanır. Lakin buna baxmayaraq, bütün ölkələrdə milli təhlükəsizlik siyasətinin prioritetləri demək olar ki, tam oxşarlıq təşkil edirlər.
Dövlətin milli təhlükəsizlik siyasəti dövlət mexanizmlərinin vasitəsilə həyata keçirilir. Bu baxımdan, dövlət mexanizmləri haqqında müəyyən təsvvürlərə malik olmaq vacibdir. Dövlət mexanizmi dedikdə, elə təşkilari maddi güc başa düşülür ki, dövlət ona malik olmaqla, hakimiyyəti həyata keçirir. Mexanizm dövlətin struktur və predmet təzahürü kimi nəzərdən keçirilə bilər. Həmçinin, qeyd etmək olar ki, mexanizm dövlətin daim funksiya göstərən ifadə formasıdır.[2, s.9] Yəni, dövlətin bütün fəaliyyət sahələrində bu və ya digər məqsədlərə çatılması istiqamətində tətbiq etdiyi metodların, vasitələrin və üsulların məcmusu onun mexanizmi kimi nəzərdən keçirilə bilər. Həmçinin, dövlətin milli təhlükəsizlik siyasətinin reallaşdırılması zamanı tətbiq etdiyi kompleks metodlar və üsullar onun bu siyasəti reallaşdırılması mexanizmi kimi qəbul olunmalıdır.
Qeyd edək ki, hüquq elmində biri-birini tamamlayan iki element nəzərdən keçirilir:
-dövlət orqanlarının sistemi kimi dövlət mexanizmi;
-hüquqi vasitələr sistemi kimi hüquqi tənzimləmə mexanizmi.[7, s.87]
Əksər tədqiqatçılar hüquq elminin nəzəriyyələrindən çıxış edərək milli təhlükəsizlik siyasətinin reallaşdırılması mexanizmlərini milli təhlükəsizliyin təmin olunması məqsədi ilə yaradılmış və ya xüsusi funksiyalarla təmin olunmuş xüsusi dövlət təşkilatlarının, orqanlarının, təsisatlarının sistemi kimi nəzərdən keçirirlər.[8, s.49] Belə yanaşmanı dəstəkləyən tədqiqatçılar V. Babayev və V. Baranov hələ ötən əsrin sonlarında əsaslandırırdılar ki, milli təhlükəsizliyin təmin olunması mexanizmi dövlət tərəfindən formalaşdırılmış xüsusi orqanların məcmusudur. Bu xüsusi orqanlar fərdin, cəmiyyətin və dövlətin maraqlaeından çıxış edərək milli təhlükəsizlik məsələlərini həll edirlər və bu məqsədlə dəqiqliklə müəyyənləşdirilmiş formada dövlət rəhbərliyini həyata keçirir, praktiki olaraq öz fəaliyyətində milli təhlükəsizliyin təmin olunması funksiyasını reallaşdırır.[1, s.176]
Milli təhlükəsizlik siyasətinin həyata keçirilməsi mexanzimlərinin mahiyyətinə fərqli yanaşma tərzlərinə də rast gəlinir. Belə ki, digər bir qrup tədqiqatçıların fikrincə, milli təhlükəsizlik siyasətinin həyata keçirilməsi mexanizmi təhlükəyə məruz qalan ictimai münasibətlərə və sosial proseslərə cəmiyyətin və dövlətin həyati vacib maraqlarının qorunması məqsədi ilə təsir edilməsi vasitələrinin sistemidir.
Hesab edirik ki, təqdim olunan yanaşmalarla müəyyən mənada razılaşmaq mümkündür. Lakin, bu yanaşmalar milli təhlükəsizlik siyasətinin reallaşdırılması mexanizminin mahiyyətini tam ifadə edə bilmirlər. Milli təhlükəsizlik siyasətinin həyata keçirilməsi mexanizmi dövlət mexanizmindən və hüquqi tənzimləmə mexanizmindən asılıdır. Bu baxımdan, fikrimizcə, milli təhlükəsizlik siyasətinin reallaşdırılması mexanizmini özünə dövlət orqanlarını və hüquqi vasitələri daxil edən bütöv bir sistem kimi nəzərdən keçirmək daha doğrudur. Şəxsi və ictimai və dövlət təhlükəsizliyi bu sistemə daxil olan dövlət orqanlarının və hüquqi vasitələrin köməyi ilə həyata keçirilir.
Aydındır ki, milli təhlükəsizliyin təmin olunmsının əsas subyekti rolunda dövlət çıxış edir. Müvafiq olaraq, dövlət milli təhlükəsizlik siyasətini reallaşdıran əsas subyektdir. Milli təhlükəsizlik siyasətini reallaşdıran əsas subyekt olmaqla, dövlət milli təhlükəsizliyin qarantı rolunda çıxış edir və bu sahədə əsas funksiyaları həyata keçirir və təşkilati və rəhbərlik problemlərini həll edir. Təbii ki, dövlət bu istiqamətdə fəaliyyətini müvafiq strukturlarının vasitəsilə həyata keçirir. Milli təhlükəsizlik sahəsində dövlətin fəaliyyətinin bir sıra vacib prinsiplərə söykəndiyini artıq əvvəlki hissələrdə əsaslandırdıq. Belə ki, dövlət milli təhlükəsizliyə qarşı yönəlmiş təhlükələri aradan qaldıran zaman bütün hallarda hüquqi mexanizmlərə istinad edir. Yəni, dövlət milli təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyətini hüquqi çərçivədə qurur. Milli təhlükəsizliyin təmin olunmasının normativ hüquqi əsasları bu sahədə fəaliyyət göstərən bütün subyektlərin səlahiyyət çərçivəsini və fəaliyyət istiqamətlərini dəqiqliklə müəyyən edir. Bu baxımdan, milli təhlükəsizlik siyasətinin reallaşdırılmasının hüquqi əsaslarının da nəzərdən keçirilməsi vacib əhəmiyyət kəsb edir.
Milli təhlükəsizlik siyasətinin həyata keçirilməsinin hüquqi əsasları bu sahədə ictimai münasibətləri reqlamentləşdirən milli və beynəlxalq hüququn kompleks hüquqi mənbələrini daxil edirlər. Müvafiq olaraq dünya dövlətlərində milli təhlükəsizliyin təmin olunması sahəsindəki fəaliyyət milli hüququn müxtəlif sahələrinin tənzimləmə obyekti kimi nəzərdən keçirilir. Qeyd edmək lazımdır ki, milli təhlükəsizliyin təmin olunmasının başlıca hüquqi əsası rolunda konstitusiya hüququnun normaları çıxış edir. Digər hüquq sahələri tərəfindən də milli təhlükəsizlik sahəsində münasibətlərin tənzimlənməsi məhz konstitusiya hüququ normaları əsasında həyata keçirilir.
Milli təhlükəsizlik siyasətinin uğurlu həyata keçirilməsinin vacib şərti rolunda dayanıqlı milli institutlarının mövcudluğu çıxış edir. Dünyanın əksər ölkələrinin təcrübəsi də sübut edir ki, dayanıqlı milli institutların mövcudluğu şəraitində milli təhlükəsizlik siyasətinin səmərəli reallaşdırılması üçün bütün əsaslar mövcud olur. Xüsusilə də, milli təhlükəsizlik siyasətinin həyata keçirilməsi ilə məşğul olan strukturlarının mövcudluğu və onlarının fəaliyyətinin davamlı olaraq təkmilləşdirilməsi vacib əhəmiyyət kəsb edir. Milli təhlükəsizlik siyasətinin səmərəli həyata keçirilməsini şərtləndirən vacib məqamlardan biri də ondan ibarətdir ki, idarəetmə orqanları, güc strukturları və ümumilikdə cəmiyyət arasında konstruktiv münasibətlər təmin olunmalıdır.

 Geostrategiya" jurnalı  № 02 (32)  Mart-Aprel 2016


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM