İnsan hüquqları qədimdən bu günə

14:00 / 07.06.2016

Həmidova Leyli,
siyasi elmlər üzrə fəlsəfə doktoru

İnsan hüquqları probleminin tarixi 2- 2,5 min il bundan əvvələ təsadüf edir. Tarixi qaynaqlarda hüquqların ilk dəfə müdafiəsi ilə bağlı məlumat akkad dilində yazılmışdır. Hələ e.ə. 539 – cu ildə Fars hökmdarı Kir Babili işğal etdikdən sonra qulların azad edilməsini elan etmiş, həmçinin bütün insanlara öz dinlərini azad şəkildə seçmək hüququ vermişdi. Bu sənəd dünyada insan hüquqları haqqında ən qədim xartiya hesab olunur.(7,15) Babilistandan başlayaraq İnsan hüquqları ideyası Hindistana, Yunanıstana , oradan isə Romaya yayılaraq genişləndi.
Yunanıstanda e.ə. V əsrin ortalarında “siyasi hüquq”, “insanların bərabərliyi”, “təbii qanun ”, “təbii hüquq” şəklində ilk dəfə insan hüquqları ifadə edilməyə başladı. Demokratlar partiyasının başçısı Periklin verdiyi “Təmiz vətəndaşlıq haqqında ” qanuna əsasən geniş hüquqlardan əslən ata – babası afinalı olanlar istifadə edə bilərdiər. Əlbəttə, qanun məhdud verilmişdi və demokratik deyildi. Lakin, buna baxmayaraq insanların bir hissəsi artıq qanunla qorunurdular. (1,42)
Romada insan hüquqları “təbii hüquqlar ” şəklində roma qanunları çərçivəsində təmsil edilməyə başladı. Lakin hələlik bu ideya mükəmməl deyildi və özünün inkişaf prosesini keçirirdi.(7, 15)
İnsan hüquqları sahəsində ən mühüm irəliləyiş İngiltərənin Lamriminq qəsəbəsində baş vermiş hadisədən sonra öz inkişafında mühüm mərhələnin əsasını qoydu. İngiltərədə kral Plantagentin hökmranlığına nəinki sadə xalq , hətta iri feodal təbəqəsi də narazılıq edirdi. Səbri daşıran hadisə isə 1215 – ci ilin iyunun 15-də baş verdi. Kralın ölkə sərhədlərindən xaricdə hərbi mükəlləfiyyəti yerinə yetirməklə bağlı tələbi feodalların ciddi narazılığına səbəb oldu. Krala qarşı mübarizə müəffəqiyyətlə sona çatdı. Lakin onu hakimiyyətdə saxlayan baronlar öz haqq və imtiyazlarını təsdiq və təsbit edən sənədi krala təqdim etdilər. İlk insan hüquqlarını özündə əks etdirən sənəd kral hakimiyyətini məhdudlaşdıraraq hüquqi norma və prosedurların siyahısından ibarət idi. Magna Carta adlanan sənəd 63 maddəni özündə birləşdirmişdi. (1,43)Sənədin ən diqqət çəkən cəhəti ondan ibarət idi ki, bundan sonra baronların icazəsi olmadan heç bir mühüm siyasi və iqtisadi qərar qəbul edilə bilməzdi. Əslində Magna Carta ilk dəfə konstitusiyalı hakimiyyətin qurulması prosesində atılmış ən mühüm addım idi.
İngiltərədə başlanmış bu ideya sonrakı əsrlərdə də öz inkişafına davam etdi. XVII əsrdə artıq krala qarşı həm feodalların , həm də demokratların üsyanları nəzərə çarpırdı. 1628- ci ildə yeni çağrılmış parlamentdə deputatlar kraldan Magna Cartaya əsasən kralın parlamentin icazəsi olmadan vergi toplanılmasını və həmçinin İngiltərə xalqının azadlığını təsdiq edən “Hüquqlar haqqında müştərək ərizəni( Petiton of Rights) qanuniləşdirməsini istədilər. Lakin tələbin qəbul edilməməsi parlamentin buraxılması ilə nəticələndi. Yalnız 1640- cı ildə kral I Karl yenidən parlamenti topladı. Bu dəfə də İngiltərədə analoji hadisələr müşayiət olunmağa başladı. Belə ki, parlament kralın bütün hərəkətlərinə parlamentin nəzarət etməsi üçün qanunar sisteminin yaradılmasını tələb etdi. Kralın bu tələbə qarşı çıxması hər iki tərəf arasında münasibətlərin pozulmasına və qarşıdurmaya gətirib çıxardı.1649- cu ildə parlamentin qərarı ilə kral edam olundu və İngiltərə respublika elan edildi. (9, 7)
İngiltərə inqilabının mühüm cəhətlərindən biri inqilab çərçivəsində radikal demokrat qrupunun ayılaraq ilk dəfə insan hüquqlarını dövlətin müdaxiləsindən qorumaq üçün yazılı konstitusiyanın qəbul olunmasını tələb etməsi oldu. Tarixdə Ievellerlər (bərabər hüquqların tərəfdarları) adlanan bu mübarizlər İngiltərədə qanun qarşısında bərabərlik , parlamentin ölkəni idarə etməsini, məhkəmədə öz əleyhinə şəhadətlik etmək hüququ, söz və din azadlığı, əmək və ticarət azadlığı, inhisarların ləvği uğrunda mübarizəyə başladılar. Levellerlərin bu ideyaları “Xalq sazişi” adlanan sənəddə öz əksini tapmışdı. İlk bərabərlik carçıları dörd il mübarizə aparıb məğlub olmalarına baxmayaraq, onların ideyaları sonradan yaradılan yenisuverendövlətlərin təməl prinsipləri içərisinə daxil oldu.
İngiltərədə inqilabi hərəkat XVIl əsrin sonlarında özünün pik nöqtəsinə çatdı.1689 – ci ildə ingilis kralı “Hüquqlar haqqında Qanunu” ( Bill of Rights) qəbul etdi. Bu qanuna əsasən parlamentin kral hakimiyyəti üzərində nəzarəti gücləndirilir, konstitusiyalı monarxiyanın qurulmasını təmin edirdi . (9,8)
İnsan hüquqlarının qorunması və bu hüquqlar uğrunda mübarizə Amerikada da geniş vüsət almağa başlamışdı. 1776- cı ildə II Kontental konqres Fladelfiyada Pensilvaliya ştatında Azadlıq deklorasiyası qəbul edildi. Deklorasiya Tomas Cefferson tərəfindən yazılmışdı. Deklorasiyada 2 əsas ideya önə çəkilirdi. Bunlardan birincisi şəxsi hüquqların qorunması məsələlərinə, ikinci isə inqilabın hüquqlarına həsr olunmuşdu. Bu təməl prinsiplər sonradan ABŞ- ın konstitusiyasında öz əksini tapmışdı. “Hüquqlar haqqında qanun” isə 1591- ci ilin dekabrın 15-də verildi. Bu qanun bütün ABŞ vətəndaşlarının və hətta qonaqların da hüquqlarının qorunmasnı təmin etməli idi. (7, 17)
ABŞ konstitusiyasından ilham alan Fransa xalqı 1789- cu ildən başlayaraq inqilabi mübarizəsini gücləndirdi və inqilab böyük qələbə qazandı. Avqustun 26-da Milli Asambleya əsas insan hüquqlarının toxunulmazlığını elan edərək “ İnsanın və vətəndaşlarının hüquqları haqqında bəyannamə” qəbul etdi. Milli Assamleya hər kəsin vətəndaş bərabərliyini və dövlətdə hər vəzifəni tutmaq hüququnu qanuniləşdirilir, katolik kilsəsinin torpaqlarını milliləşdirilir, kilsəni dövlətdən ayrıldığını elan edirdi. İnsan və vətəndaşın hüquqları haqqında bəyannamə dünyada bu günə qədər insan hüquqları sahəsində yaradılmış dəyərləri qorumaqla yanaşı yeni ideyaları da ehtiva edirdi. Fransa inqilabı məğlub olsa da, insanın azadlığı, aliliyi və hüquqları ilə bağlı mühüm dəyərləri insanlara çatdıra bilmişdi. Fransa vətəndaşları artıq yeni qanunlarla yaşamağa başlamışdı.(2,104)
II Dünya müharibəsindən sonra insan hüquqlarının qorunması məsələsi daha da aktuallaşdı.Beləki, Birləşmiş Millətlər Təşkilatının 1945- ci ilin iyunun 26-da qəbul etdiyi xartiyada irqinə, cinsinə və dininə görə heç bir ayrı – seçkiliyə yol vermədən insan hüquqlarına və azadlıqlarına hamılıqla hörmət və əməl edilməsinə vacibliyi ön plana çəkilirdi. Bu xartiya insan hüquqlarının beynəlxalq hüququn subyekti kimi tanınması yolunda ilk addım oldu.
Demokratik ölkələrin təşəbbüsü ilə ABŞ prezidenti Ruzveltin həyat yoldaşı Eleonoranın rəhbərliyi altında xüsusi komitə İnsan Hüquqları Bəyannaməsini hazırladılar. Bu bəyannamə 1948- ci il dekabrın 10-da BMT – nin 48 ölkəsi tərəfindən qəbul edildi. Böyük əhəmiyyət daşıyan bu bəyannamə insan hüquqlarının universal – ümumdünya xarakteri daşıdığını və dünya ölkələri arasındakı mədəni, tarixi və ictimai fərqlərdən asılı olmadığını iddia edirdi. Bəyannamədə əsas olaraq hər bir şəxsin yaşamaq , azadlıq və şəxsi toxunulmazlıq hüququ götürülürdü. Bütün insanların qanun qarşısında bərabərliyi və qanun tərəfindən müdafiə hüquqlarına malik olmaları önə çəkilirdi. Qanunun aliliyi məsələsi xüsusi önəm qazanır, cəmiyyətin bütün üzvlərini əhatə edir və nəticədə cəmiyyət ayrı –seçkilik hallarının baş verməsinin önünə keçərək insan ləyaqətinə hörmət və ədalətli cəmiyyətin yaradılmasına münbit şərait yaranır.(2,105)Baş Asambleya elan edirdi: “ Bütün xalqların və bütün dövlətlərin yerinə yetirməyə can atmalı olduqları hazırki Ümumdünya İnsan Hüquqları Bəyannaməsini bəyan edir; bu məqsədlə ki, hər bir insan və cəmiyyətin hər bir qurumu hazırki Bəyannaməni daim nəzərdə tutaraq , bu hüquqlara və azadlıqlara , maarifçilik və təhsil yolu ilə, onların həm Təşkilata üzv olan dövlətlərin xalqları, həm də bu dövlətlərin yurisdiksiyası altında olan ərazilərin xalqları arasında hamılıqla və səmərəli şəkildə qəbul edilməsi və həyata keçirilməsi yolu ilə hörmət edilməsinə və onların təmin edilməsinə köməklik göstərməyə can atırlar.”(3,420)
Bəyannaməni 2 – ci maddəsində qeyd edilirdi ki, hər bir insan irqi, dərisinin rəngi, cinsi, dili, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti və digər vəziyyətlərinə görə heç bir fərq qoyulmadan hazırki Bəyannamədə bəyan edilən bütün hüquqlara və azadlıqlara malik olmalıdır. Bundan əlavə, insanın mənsub olduğu ölkənin və ya ərazinin müstəqil, asılı, özünü idarə etməyən və ya suverenliyi hər hansı digər şəkildə məhdudlaşdıran ərazi olub – olmamasından asılı olub olmayaraq , heç bir fərq qoyulmamalıdır.(10)
Bəyannamədə xüsusi olaraq qeyd edilən məsələlərdən biri insan istismarına son qoyulması, bütövlükdə köləliyin bütün formalarının ləğvinə həsr edilmişdir.
Günahsızlıq prezumpsiyası insan hüquqlarının ən vacib tərəflərindən biri kimi qeyd olunan sənəddə bildirilirdi ki, hər hansı şübhəyə və ya iddiaya görə insanı müqəssir hesab etmək və ya müttəhim elan etmək olmaz. Hüququn aliliyi, qanunların müqəddəsliyi onda təzahür etməlidir ki, şəxsin günahı məhkəmə istintaqı tərəfindən sübuta yetirilir.(2,107)
İnsanın şəxsi və ailə həyatının, evinin toxunulmazlığı, məktublaşmasının gizliliyi, şərəf və nüfuzunun qəsdə məruz qalmaması digər vacib amillərdəndir. Həmçinin, öz ölkəsini və istənilən ölkəni tərk etmək, təkrar öz ölkəsinə qayıtmaq insan hüquqlarının mühüm prinsiplərindən hesab olunur. İnsanların mülkiyyət əldə etmək, onu qoruyub saxlamaq, satmaq və başqasına vermək hər bir şəxsin təbii hüquqlarına aiddir.
Fikir, vicdan və din azadlığı insan hüquqlarının xüsusi göstəriciləri içərisində mühüm yer tutur. İnsanlar dini əqidəni sərbəst seçmək və onu dəyişə bilmək hüququna malikdirlər. 18- ci maddədə qeyd edilirdi:” “Hər bir insan düşüncə, vicdan və din azadlığı hüququna malikdir. Bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə, dini təlimdə, ibadətdə və dini mərasim qaydalarının yerinə yetirilməsində açıq və özəl qaydada etiqad etmək azadlığı daxildir.”(3,423)
Dövlət idarəçiliyində vətəndaşın iştirakı onun ayrılmaz hüquqları sırasına daxildir. Bu hüquqlar onun bilavasitə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirilə bilər. Demokratik və ədalətli seçki sistemi İnsan Hüquqları Bəyannaməsinin ana xətlərindən birini təşkil edir.Həmçinin bəyannamədə sosial təminat hüququ mühüm yer tutur. Cəmiyyət insanın ləyaqətlə yaşaması , özünü və ailəsini təmin etməsi üçün şərait yaratmağa borcludur. Hər bir şəxsin sərbəst iş yeri seçmək hüququ , əmək haqqı almaq hüququ , həmkarlar təşkilatı yaratmaq hüququ var.Həmçinin , hər bir şəxs qida, geyim , tibbi xidmət , sosial təminat hüququna malikdir. Təhsil və mədəni hüquqlar da bunların sırasına daxildir.(2,107 )
1950- ci ildə noyabr ayının 4-də on iki dövlətin Romada imzaladığı “İnsan haqları və azadlıqları haqqında Avropa konvensiyası” insan haqlarının beynəlxalq müdafiəsini təşkil etmək üçün kollektiv səylərin birləşməsini nəzərdə tutan, ilk dəfə olaraq Ümumdünya İnsan Hüquqları Bəyannaməsində elan edilən prinsipləri hüquqi qüvvəsi olan öhdəliklərə çevirən, insan haqlarının universal mahiyyət kəsb etməsi prinsipinə söykənən ilk sənəddir.(5,89)Konvensiyanın məqsədi təkcə avropalıların haqlarını yox, ümumi Haqların müdafiəsini təmin edə biləcək məhəlli sistemin yaradılması idi.
Avropa konvensiyası tamamilə olmasa da, əsasən vətəndaş və siyasi hüquqların təmin edilməsini nəzərdə tutur. Konvensiyanın mühüm əhəmiyyəti ondan ibarətdir ki, o özündə təkcə geniş hüquqlar spektrini etiva etmir, insan haqlarının pozulmasının qarşısının alınmasına yönələn, sənəddə nəzərdə tutulan öhdəliklərin həyata keçirilməsini təmin edən çox tərəfli nəzarət mexanizmlərini formalaşdırır.
Avropa məhkəməsi də burada çox mühüm və əhəmiyyətli yer tutur. Məhkəmənin əsas vəzifəsi üzv dövlətlərdə qanunvericiliyin inkişafınamüsbət təsir göstər-məkdədir.
Avropa Şurası və onun üzvləri öz fəaliyyətlərində iki prinsipi əsas götürür: insan haqlarının bölünməzliyi və universiallığı. Bu prinsiplər 1993- cü ildə Vyana konfransında bir daha təsdiqləndi. Avropa Sosial Xartiyası 1961- ci ildə qəbul edilsədə,1997- ci Strasburqda keçirilən toplantıda xartiyanın yeni versiyası qəbul edildi. Burada uşaqların və gənclərin hüquqlarına diqqət artırıldı. Həmçinin Xartiyada pulsuz ibtidai və orta təhsil hüququ verilirdi. (5, 91)
İşgəncələrin və insan ləyaqətini alçaldan cəzaların qadağan edilməsi haqqında konvensiya insan hüquqlarının beynəlxalq müdafiəsi sahəsində ən mühüm sənədlərindən biridir.Bu sənəd Konvensiyanın təsis etdiyi monitorinq mexanizmi təftişi həyata keçirən təsisatlara böyük səlahiyyətlər və hüquqlar verir. İşgəncələrin və insan ləyaqətini alçaldan cəzaların qarşısını almaq üçün yaradılan Avropa Komitəsi azadlıqdan məhrumedilmə yerlərinə,həbsxanalara,polis məntəqələrinə, hərbi kazarmadakı cəza yerlərinə, psixiatrik xəstəxanalara baş çəkmək hüququna malikdir.
İnsanın siyasi və iqtisadi azadlıqları kimi onun mənəvi azadlığı da ən önəmli şərtlərdən biridir.Şəxsiyyətin söz və fikir azadlığı cəmiyyətin demokratikləşməsi yönundə mühüm rol oynamaqla yanaşı , həm də mövcud cəmiyyətin ictimai- siyasi tərəqqisinin başlıca şərti kimi də çıxış edir. Söz, fikir və mətbuat azadlığı cəmiyyətin sinir sisteminin mərkəzi nahiyyəsidir. Cəmiyyətdə söz və mətbuat azadlığını həyata keçirən Kütləvi İnformasiya Vasitələri (KİV) demokratik idarəçilik formalarının bərqərar olması üçün böyük əhəmiyyət daşıyır.
İnsan hüquqları üzrə Avropa Konvensiyasının 10-cu maddəsinin I paraqrafında deyilir: “Hər kəsin azad özünümüdafiə etmək hüququ var”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin fikrincə, hüquqi dövlətdə mətbuat xüsusi rol oynamaqla, ideya və fikirlərin yayılmasında xüsusi əhəmiyyətə malikdir. Özünü müdafiə azadlığı (fikir və söz azadlığı ) demokratik cəmiyyətin təməl daşı olmaqla, onun gələcək inkişafının başlıca şərtidir. (4, 368)
Mətbuat azadlığı ilk növbədə hakimiyyət orqanlarının fəaliyyətini işıqlandırmaq üçün lazımdır. Bu azadlıq yalnız informasiya vermək, yaxud ictimai diskussiyalara şərait yaratmaq üçün deyil, həm də bu azadlıq cəmiyyətdə müstəqil müşahidəçi rolu oynamaq, bütün təsiri güc mərkəzlərinin, o cümlədən hakimiyyətin bütün təbəqələrinin işinə nəzarət etmək üçün lazımdır.
Mətbuat azadlığı ilə əlaqədar dövlətlərin götürdükləri öhdəliklər, yəni 10 – cu maddənin dəstəklənməsi və onun bir qədər başqa aspekdən inteqrasiyası Avropa Şurası İnsan Hüquqları üzrə Komissiyasının 1985- ci ildə keçirilmiş Siviliya Kollokviumunda öz əksini tapır. Qeyd olunan 10-cu maddə bir daha təsbit olunduqdan sonra bildirildi ki, demokratik cəmiyyətdə dövlət informasiya və fikir azadlığına necə riayət olunduğuna nəzarət etməklə yanaşı, KİV – in fəaliyyətinə dövlət orqanlarının müdaxiləsinin qarşısını almalı, plüralizmi təmin etməli, bərabərsizliyi aradan qaldırmalıdır.(4,370)
1966- cı ildə BMT qərb ölkələrinin təzyiqi ilə insanların “İqtisadi , sosial və mədəni hüquqlar haqqında” və “Mülki və siyasi hüquqlar haqqında” Ümumdünya Bəyannaməsini formalaşdıran pakları qəbul edir. Bu paktın artıq beynəlxalq müqavilə statusu var idi. İlk dəfə olaraq sosial- iqtisadi və mədəni hüquqlar sistem halına salınmış və onların yerinə yetirilməsi bütün dövlətlərə tövsiyyə edilmişdi. Paktda xalqların öz müqəddəratını təyinetmə hüququ xüsusilə məşhur prinsipə çevrilmişdi. Birinci maddədə qeyd olunur: “Bütün xalqlar öz müqəddaratını təyinetmə hüququna malikdirlər. Bu hüquq sayəsində onlar öz siyasi statuslarını sərbəst müəyyən edir və öz iqtisadi , sosial və mədəni inkişaflarını sərbəst təmin edirlər. Bütün xalqlar öz məqsədlərinə nail olmaq üçün qarşılıqlı fayda prinsiplərinə əsaslanan beynəlxalq əməkdaşlıqdan və beynəlxalq hüquqdan irəli gələn hər hansı bir öhdəliyə ziyan vurmadan öz təbii sərvətləri və ehtiyatlarını sərbəst şəkildə sərf edə bilərlər. Heç bir xalq heç bir halda ona məxsus olan dolanışıq vasitələrindən məhrum edilə bilməz. Bu paktda iştirak edən bütün dövlətlər, o cümlədən özü idarə olunmayan və asılı ərazilərin idarə olunmasında məsuliyyət daşıyan dövlətlər, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq öz müqəddaratını təyinetmə hüququnun həyata keçirilməsini təşviq etməli və bu hüquqa hörmət etməlidirlər”. (3, 428)
Paktda xüsusi yer tutan məsələlər içərisində insanların əmək hüququ ana xətt hesab olunur. Bu məqsədlə insanların əsas siyasi və iqtisadi hüquqlarının təmin olunduğu şəraitdə durmadan iqtisadi sosial və mədəni inkişafa, tam və məhsuldar məşğulluğa nail olmanın yolları və üsulları daxildir. Əmək sadəcə maddi və mənəvi tələbatı ödəmir, həmçinin insanıın bütün yaradıcı imkanlarını və fiziki potensialını üzə çıxaran prosesdir. Paktda qeyd edilir ki, cəmiyyət öz insanına ədalətli və münasib iş şəraitinin yaradılmasına, bu məsələnin hüquqi bazasının daima təkmilləşdirilməsinə borcludur.
Sosial – iqtisadi hüquqlar içərisində hər bir şəxsin azad surətdə birləşmək hüququnun təmin edilməsi xüsusi əhəmiyyətə malikdir. Həmçinin buraya müstəqil həmkarlar ittifaqlarında birləşmək və ya onlara daxil olmaq hüquqları da aiddir. Sosial – iqtisadi hüquqlar çərçivəsində çalışan əməkçinin tətil hüququna malik olması da mühüm əhəmiyyət kəsb edir. Bu paktda, həmçinin sosial sığorta daxil olmaqla hər bir şəxsin sosial təminat hüququna malik olması, uşaqların və yeniyetmələrin iqtisadi və sosial istismardan müdafiə olunmaları vacib olan məsələlər sırasında yer alır.
Təhsil hüququ insan hüquqlarının fundamental istiqamətlərindəndir. Pakta imza atmış dövlətlər razılaşdılar ki, təhsil insan şəxsiyyətinin tam inkişafına və ləyaqətinin dərk olunmasına yönlənməli, insan hüquqlarına və əsas azadlıqlarına hörməti möhkəmləndirməlidir. (2, 114)
Paktda milli azlıqların hüquqları ilə bağlı məsələlərə də toxunulurdu:” Etnik, dini və dil azlıqlarının mövcud olduğu ölklərdə bu azlıqlara mənsub olan şəxslərə, həmin qrupun digər üzvləri ilə birlikdə öz mədəniyyətindən istifadə etmək, öz dininə etiqad etmək və onun ayinlərini icra etmək, habelə doğma dilindən istifadə etmək hüququ verilməsindən imtina edilə bilməz.”(3,436)Bütün bunlar 1976- cı ildə İnsan Hüquqları haqqında Beynəlxalq Bill qüvvəyə mindikdən sonra reallığa çevrilmişdir.
1979 – cu ildə Qadınlara qarşı ayrı – seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında konvensiya qəbul edildi .1981- ci ildə təsdiq olunan konvensiyaya əsasən Ümumdünya İnsan Hüquqları Bəyamnaməsində ayrı – seçkiliyə yol verilməməsi prinsipinə uyğun olaraq bütün insanların öz ləyaqətləri və hüquqları baxımından azad və bərabər doğulduğunun və heç bir fərq, o cümlədən, cinsi fərq qoyulmadan hər bir insanın onda bəyan edilən bütün hüquqlara və bütün azadlıqlara malik olduğunu bəyan edirdi. Qadınlara qarşı ayrı – seçkiliyin hüquqbərabərliyi və insan ləyaqətinə hörmət olunması prinsiplərini pozduğunu , qadınların kişilərlə bərabər səviyyədə öz ölkələrinin siyasi, iqtisadi və mədəni həyatda iştirak etmələrinə əngəl törətdiyini, cəmiyyətin və ailənin rifahının yüksəlməsinə mane olduğunu və öz ölkələrinin rifahı naminə qadınların imkanlarının tam şəkildə önünün açılmasını bildirirdi. (6,133)
Konvensiya qadınların vəziyyətini üç mühüm cəhətlərini əhatə edirdi: 1)Vətəndaş hüquqları və qadınların hüququ statusu
2) İnsan artımı, həmçinin mədəni amillərin cinsi münasibətlərə təsiri
3)İnsan hüquqları haqqında dünyagörüş
Konvenssiyanın 1- ci maddəsində məhz “siyasi , iqtisadi , sosial , mədəni , mülki və hər hansı digər sahədə cinsi mənsubiyyət prinsipi əsasında qoyulmuş hədlər , məhdudiyyətlər, qadağalar ”ın aradan qaldırılması , qadınların tam və hərtərəfli inkişafını və fəaliyyətini təmin etmək üçün bütün müvafiq tədbirlərin, həmçinin qanunverici tədbirlərin görülməsini tələb edilirdi. Qadınların hüququ statusu məsələsi də xüsusilə vurğulanır və konvensiyada hüquq bərabərliyi prinsipinin müddəaları 14 müvafiq maddədə öz əksini tapmışdı. (6,135)
1993- cü ildə Avropa Şurasının Vyana toplantısında irqiçiliyin,ksenofobiyanın, antisemitizmin və bütövlükdə insan ləyaqətinin alçaldılmasının bütün formalarına qarşı mübarizə üçün xüsusi Deklolasiya və Tədbirlər planı hazırlandı. Bu plana əsasən irqiçiliyə və dözümsüzlüyə qarşı mübarizə aparan Avropa Komissiyası təsis edildi.(5,92) Azlıqların hüquqlarının müdafiəsi haqqında 1994 -cü ildə Çərçivə Konvensiyası və Protokol qəbul edilmişdir. 1998- ci ildə qüvvəyə minən sənəd milli azlıqların müdafiəsinə yönələn və iştirakçı dövlətlər üçün məcburi öhdəliklər qoyan əsas sənəddir. Regional dillərin və millin azlıqların dillərinin müdafiəsi haqqında Avropa Xartiyası isə bu dillərin qorunmasını və inkişafını nəzərdə tutur.
İnsan hüquqlarının müdafiəsi Avropada, Afrikada və Amerikada fəaliyyət göstərən beynəlxalq sturukturların çərçivəsində yaradılan regional sturukturlar vasitəsilə həyata keçirilir. Hökümətlər və müvafiq beynəlxalq təşkilatlar da əlavə köməklik göstərirlər.İnsan hüquqları ilə bağlı bu və ya digər müqaviləni təsdiq etdikdən sonra dövlət onun qaydalarını bilavasitə öz daxili qanunvericiliyinə daxil edir və ya o müqavilədə öz üzərinə götürdüyü öhdəlikləri başqa bir yolla yerinə yetirəcəyinə söz verir. Buna görə də insan hüquqları sahəsində hamı tərəfindən qəbul edilmiş standartlar və normalar bu gün əksər ölkələrin daxili qanunvericiliklərində öz əksini tapmışdır. İnsan hüquqlarının qorunmasını və təşviqində milli təsisatların unikal rol oynaya biləcəyinin etiraf edildiyi 1960 – cı il qətnaməsində geniş yer verilir. Presudura görə Baş katib informasiyalar barədə İnsan hüquqları Komissiyasına, Baş Assambleyaya və üzv dövlətlərə təqdim edilir.
XX əsrin sonu insan hüquqlarının dünyada tam qələbəsi ilə məhşurlaşmağa başladı.Əgər əsrin 20- ci illərində dünyada insan hüquq və azadlıqlarına hörmət edən 12 ölkə qeydə alınmışdısa, 60- cı illərdə bu ölkələrin sayı 36 – ya bərabər idi. 90 – cı illərdə isə artıq müxtəlif qitələri əhatə edən 60 ölkə insan hüquqlarının beynəlxalq müdafiə təşkilatları tərəfindən azad və demokratik ölkə hesab olunurdu. Dünyanın bir çox ölkələrində insan hüquqları faktiki olaraq pozulmasında davam etsədə, dünya ictimaiyyəti insan hüquqları və azadlıqları ideyasını, mədəniyyət fərqlərindən asılı olmayaraq, hər bir cəmiyyətin can atacağı ümumbəşəri bir dəyər kimi qəbul edilir.

 Geostrategiya" jurnalı  № 02 (32)  Mart-Aprel 2016


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM