Piri Axundov,
AMEA Fəlsəfə və Hüquq İnstitutunun dissertantı
Türk tayfaları İslam dinini qəbul etdikdən sonra bu dinin əsas təlim-tərbiyə metodlarını da mənimsəmiş və bunları həyatlarının ayrılmaz normalarına çevirmişlər. İslam təhsil müəssisələrində verilən təhsil, cəmiyyətin İslam əsaslı yeni təşkilatlanma prosesinə daxil olmasında əhəmiyyətli rol oynamışdır. Anadolu Səlcuklu dövləti vaxtında, daha əvvəl Böyük Səlcuklu dövlətində də müşahidə edildiyi kimi, təhsil və tərbiyə çox əhəmiyyətli yerə sahib olmuşdur.
Osmanlı dövlətinin yüksəliş dövründə dünyanın aparıcı təlim-tərbiyə qurumları arasında yer alan mədrəsələr sosial həyatdan, dövlət idarəsindən və ölkənin iqtisadi şərtlərindən asılı olmuşdur. Bir tərəfdən təhsil verdiyi şagirdlər sayəsində bu sferalara təsir edərkən, digər tərəfdən də onlardakı dəyişmələr mədrəsələrə təsir etmişdir. Kiçikdağın da dediyi kimi, Osmanlının tənəzzülündə kiçik bir mərhələ olan “Lalə dövrü”ndə ölkədə mədrəsələrin sayı sürətlə artmışdır.[10, s.48] Bunun en əsas səbəblərindən biri, xeyriyyəçi konyalıların, tənəzzülün əsas səbəblərindən biri kimi kütləvi savadsızlığı görmələri və çöküşün qarşısının təhsil müəssisələri sayəsində alına biləcəyinə olan inamları olmuşdur. Bu mədrəsələr, özlərindən əvvəlkilər kimi varlı şəxslər, dövlət adamları və ya üləmanın liderliyində şəhər xalqının yardımları ilə qurulmuşdur.
Osmanlı dövlətinin son dövrlərində mədrəsələrin vəziyyəti olduqca dramatikdir. XVI əsrdən etibarən əksəriyyətinin tədris planında bəzi elm sahələri yer almamış, bunun əvəzinə lazımsız tədbir və mərasimlərə daha çox əhəmiyyət verilmişdir. Mədsərələrin tənəzzül etməsində dövlətin də rolu olmuşdur.[7, s.322] Bu qurumlardakı idarə sisteminin yaxşı işləməməsi qabiliyyətsiz insanların yüksək vəzifələr tutmasına, ədalətsizliklərə, özbaşınalığa yol açmış, bu prosesinin davam etməsinin nəticəsi olaraq üləmanın dövlət və xalq qarşısında nüfuzunu itirməsi qaçınılmaz olmuşdur. Tələbələrin elmi potensialı get-gedə aşağı düşmüş, onların dövlət qurumlarında işlə təmin edilməsində rüşvət və qeyri-etik faktorlar aparıcı rol oynamışdır. Üləmanın maaşının azalması səbəbi ilə, mədrəsələr elmi tədqiqat işləri yerinə “çörək qapısı” olaraq qəbul edilmiş, daha çox tələbələr işləməyə başlamışlar. Dövlətdə müntəzəm olaraq müşahidə edilən saray çəkişmələri da bu tənəzzülü daha da sürətləndirmişdir.
Osmanlı İmperiyasının Birinci Dünya müharibəsində məğlub olması nəticəsində Anadoluya sıxışması və bəzi bölgələrinin işğal edilməyə başlanması ilə qaçınılmaz bir dirəniş hərəkatı başlamışdır. Mustafa Kamalın Anadoluya, sultanın göstərişi ilə gəldiyi və milli qurtuluş hərəkatını başlatdıyı ümumi qəbul görən hipotezlərdən biridir. Sosioloq Şərif Mardin, Anadoludakı istilaya qarşı təşkilatlanmanın bir sıra bölgədə din adamları tərəfindən həyata keçirildiyini ifadə edərkən, misal olaraq İsparta kimi tarixən din adamı yetişdirən bir vilayətdə, təşkilatlanmanı İsparta Müftüsünün həyata keçirdiyini göstərir.[15, s.28] Türkiyə Böyük Millət Məclisinə keçirilən birinci seçkilərdə iştirak edən və məclisə daxil olan nümayəndələrin içində din adamları və təriqət şeyxlərinin də sayı az olmamışdır. Baxmayaraq ki, millətçilər də Milli Azadlıq Hərəkatının həm milli, həm də dini duyğularla gerçəkləşdiyini qəbul etsələr də, buradakı dini hisslərin İslamçılıq və şəriətçilik əqidəsindən meydana gələn klerikal düşüncənin məhsulu yox, sadəcə insanları bir-birinə bağlayan və milli duyğuyu möhkəmləndirən vasitə olduğunu müdafiə edirlər.[19, s.86] .Dövrün və bu günün islamçılarına görə milli azadlıq mübarizəsinin məqsədi “islamlaşmaq” olmuşdur və hərəkatın lideri Mustafa Kamal və silahdaşları bundan öz məqsədləri üçün istifadə etmişdir. Tədqiqatçı Mim Kamal Ökeyə görə bəhs edilən dövrdə türklərdə milli şüur, İkinci Məşrutiyə ilə sürətlənən “türkçülük” ideyalarının yayılmasına baxmayaraq, Anadoluda hələ bu ideyalar cücərmə mərhələsində olmuş, bu səbəblə Mustafa Kamalın xalqı öz vətənlərini müdafiə etmək üçün təşkilatlandırmaq məqsədilə İslama meyl etməsi qaçınılmaz olmuşdur. Türk millətçiliyinin oyanmasında İslamı çıxış nöqtəsi olaraq görməsi də onun mahir sosial layihələşdirici olduğuna işarədir.[17, s.45] 23 aprel 1920-ci ildə açılan Birinci Millət Məclisində Ankara müftüsü tərəfindən çap edilən və Anadoludakı 152 müftü tərəfindən təsdiq edilən fətvada müsəlmanların xəlifəni əsarətdən xilas etmək üçün əllərindən gələni etməsi səslənilirdi.[9, s.133] Mustafa Kamal, geri qalmışlığın dindən meydana gəldiyini fikirləşən Qərb meylli bir şəxsiyyət olduğu halda, konyonkturun tələbi istiqamətində dinə qarşı açıq şəkildə müxalifət mövqeyi tutmamışdır. Ancaq, dini siyasi sferadan uzaqlaşdırma məqsədi həmişə ön planda olmuşdur. Mustafa Kamal bir ideoloq deyildi. Bu səbəblə, dövlət nəzəriyyəsini teorik səviyyədə inkişaf etdirəcək bir formasiyaya da malik deyildi. Mətin Heperə görə onun dövlət düşüncəsi, özünün şərh etdiyi kimi tarixi hadisələrə reaksiya olaraq formalaşmışdır.[8, s.224] Respublikanın elan edilməsindən əvvəl, bir jurnalistin M. Kamala “yeni qurulan dövlətin dini olacaqmı?” şəklindəki suala cavab verməsinə baxmayaraq, bu hadisəyə dörd il sonra etdiyi tarixi “nitq”də belə açıqlıq gətirir: “jurnalistin sualına, “hökumətin dini olmaz!” deyə bilmədim. Əksinə, “vardır əfəndim, İslam dinidir” dedim. Lakin davamında “İslam dini hürriyət-i əfkara malikdir” cümləsi ilə cavabımı yenidən şərh etməyi hiss etdim. Demək istədim ki, hökumət, fikir və vicdana riayət etmək məcburiyyətindədir. Həmsöhbətim, verdiyim cavabı açıqlayıcı olaraq görmədi və sualını bu tərzdə yenidən təkrar etdi: “Yeni hökumət bir dini rəsmi din kimi qəbul edəcəkmi?” “Edəcəkmi, etməyəcəkmi bilmirəm!” dedim və mövzunu yekunlaşdırmaq istədim. Lakin mümkün olmadı”. [4, s.15]
Respublika elan edildikdən sonra da M. Kamal bu ideyalarını tez-tez ifadə etmişdir. İslam əleyhinə işlətdiyi cümlələr dövrün mürəkkəb şəraitində böyük əsk-səda doğurmasa da, bir müddət sonra islamçılar tərəfindən “anti-kamalist” və “anti-dünyəvilik” fəaliyyətlərində istinad mənbəyinə çevrilmişdir.[12, s.336]
Milli Azadlıq hərəkatının qalib gəlməsi ilə, İstanbul və Ankara hökumətləri Lozan Sülh Konfransına dəvət edilmişdir. Lakin M. Kamal, İstanbul hökumətinin konfransda yer almasının padşahın mövqeyini Ankara hökuməti qarşısında möhkəmləndirəcəyinə inanmış və 1 noyabr 1922-ci ildə Böyük Millət Məclisinin aldığı qərarla “sultanlıq” titulu ləğv edilmişdir.[9, s.137] Xilafət isə hələlik ləğv edilməmişdir, çünki M. Kamal, dini qüvvələrin siyasi dəyişikliyə qarşı müxalifətini gözə ala bilməmişdi və bu məsələni yaxın gələcəyə buraxmışdı. Ancaq xilafəti keçmişlə bir rabitə vasitəsi olaraq görürdü və vasitəni qoparmağa qərarlıydı.[14, s.263] Çünki ona görə bu əlaqə, milli dövləti öz sərhədlərindən kənarda baş verəcək böhranların içinə çəkəcək və beləliklə, milli dövlətin prinsiplərinə zidd olduğu kimi, habelə xəlifə və ölkədəki digər İslami müəssisələr mövcud olduğu müddətdə, köhnə rejim tərəfdarlarının durmadan İslamın simvollarını islahatçılara və onların proqramlarına qarşı güclü silah kimi istifadə etmək ehtimalı davam edəcəkdi.[1, s.70] Məclis və Cumhuriyyət Xalq Partiyası içindəki mühafizəkarlar etirazlarını ifadə edərək M. Kamala açıq şəkildə müxalif mövqe nümayiş etdirməyə başladılar. Vaxt keçdikcə, M. Kamalın fikirləri yavaş-yavaş şəffaflaşdıqca bu cəbhəni qarşısında görməsi çətin olmamışdır. Respublika, bu mübahisələr və münaqişələr içində qəbul və elan edilmişdir. Ancaq respublikanın, məclisin tam sayı 286 olduğu halda 158 deputatın iştirakı ilə qəbul edilməsi islamçıların müxalifətini göstərməsi baxımından diqqəti cəlb edir.[21, s.139]
Osmanlı dövlətinin din siyasətinin xarakterik xüsusiyyətlərinin olduğunu qeyd etmək olar. Belə ki, Osmanlı dövlətinin din siyasəti İslam hüququ ilə türk dövlətçilik ənənələrinin sintezindən ibarət idi. Bu siyasətin ən bariz xüsusiyyəti, müxtəlif etnoslardan meydana gələn müsəlman və müsəlman olmayanları tək idarə altında, hər hansı münaqişəyə meydan vermədən bərabər səviyyədə yaşatmaq bacarığından meydana gələn praktiki və funksional metodlardan formalaşmasıydı. Bu mənada hüquqi bağ, milli mənsubiyyətə görə deyil, dinə görə formalaşdırılmış, dini icmalara geniş fəaliyyət imkanı tanınmışdır. Bu politikaların iki əsas prinsipinin: vicdan azadlığı və dini icma və məzhəblərə tanınan imtiyazlar olduğunu qeyd etmək mümkündür.[24, s.174-175] Tədqiqatçı Narlı, Osmanlı dövlət sistemi içində dinin həm dövlət, həm də sosial həyata böyük təsir göstərdiyini, Tənzimatdan (1839) sonra sosial qurumların bir hissəsində din əsaslı olmayan struktur islahatların aparıldığını, bu prosesin “nizamiyə məhkəmələri” – “şəriyə məhkəmələri”, dünyəvi təhsil müəssisələri-mədrəsələr kimi dünyəvi olan ilə dünyəvi olmayanın bir yerdə mövcud olduğu sosial strukturun formalaşdığına diqqəti çəkir. Lakin 1923-cü ildə yeni siyasi rejimin əsas prinsiplərindən biri olan “dünyəvilik” prinsipinin geniş surətdə tətbiq olunması prosesində siyasi və ictimai həyatda ortaya çıxan bu ikili xarakter ləğv edilmiş, mədrəsələr bağlanmışdır.[16, s.24]
Türk fikir tarixində, xüsusilə də günümüzdə din sahəsində aparılan tədqiqatlar əsasən “dünyəvilik” və “dünyəviləşmə prosesləri” ətrafında cəmləşmişdir. Belə baxış tərzi dinin psixoloji, mədəni və ictimai ünsürlərini əhəmiyyətsizləşdirməkdədir.[15, s.81] Bu eyni zamanda dövləti quran siyasi elitanın dinə qarşı mövqeyinin də təzahürüdür. Belə ki, din ictimai həyat daxilində hər zaman icra hakimiyyətinin bir ünsürü olmuşdur. Dinin, hər bir fərdin həm sosial həyatında, həm də öz daxili aləmində funksional əhəmiyyəti vardır. Dini sadəcə siyasi sferaya məhkum edən və ya bu şəkildə görmək arzusunda olanlar, dinin cəmiyyət həyatı üçün sabitləşdirici və qoruyucu funksiyasını başa düşməmiş, ya da başa düşmək istəməmişlər.
Türk siyasi həyatında və sosial strukturda din-dövlət münasibətlərinin keyfiyyətinə istiqamətlənən ən əsaslı dəyişiklik Türkiyə Respublikasının elan edilməsindən sonra baş vermişdir. Bu dəyişikliyin tarixi kökləri respublikanın yaranmasından əvvəlki tarixlərə qədər gedib çıxsa da, islahat mahiyyəti kəsb edən dəyişikliklər məhz respublikanın elan edilməsindən sonra həyata keçirilmişdir.[11, s.180-181]
“Dünyəvilik”, fransızca mənşəli bir sözdür. Lüğəti mənası ilə, ruhani olmayan fərd, dini olmayan fikir, qurum, ölçü, qayda, sistem deməkdir.[2, s.151] Y.Sezen, dünyəviliyi fəlsəfi baxımdan inanmanın yerinə ağlın qoyulması, hüquqi nöqteyi-nəzərdən kodifikasiya prosesinin dini təsirdən azad olması, fərdin inanma və inanmama hüququnun qanuni təminat altına alınması, idarəetmə baxımından bu prosesin dindən ayrı olması və siyasət baxımından isə dünyəviliyi siyasi hakimiyyət ilə dini hakimiyyətin bir-birindən ayrılması olaraq tərif etmişdir.[20, s.28]
Dünyəvilik, siyasi sferada, militan və konsensuna meylli olmaq üzrə iki tətbiq formasına malikdir. Militan dünyəvilikdə dövlət, dini siyasi sahədən uzaqlaşdırır, fərdlərin daxili aləmlərini maraqlandıran hadisə kimi qiymətləndirir. Fransa belə bir dünyəvilik təcrübəsinin yaşandığı ölkələrə misal olaraq göstərilə bilər. Konsensus dünyəvilik anlayışında isə din dövlətdən ayrılsa da, burada dövlət, dini təşkilat və normaları hüquqi məhdudiyyət altına almır, onların ictimai həyat üçün əhəmiyyətini qəbul edir. Belə dünyəvilik təcrübəsi ABŞ-da həyata keçirilir. Bu təcrübə əsasında din və vicdan azadlığı, bir dini və ya ateizmi seçə bilmək hüququnun insanlara verilməsi, əgər hər hansı dini seçimi varsa, dini kultları azad və heç bir təzyiqə məruz qalmadan yerinə yetirə bilməsi, aid olduğu dinin hökmlərinə riayət etməsi, dini görüşlərini açıq şəkildə ifadə edərək təbliğ edə bilməsi, əgər fərdin hər hansı bir dini seçimi yoxdursa, belə fərdlərin də həyatını bu seçiminə görə formalaşdırmasına dair hüquq və azadlıqlardan mütəşəkkildir.[24, s.189]
Türkiyə Respublikası təcrübəsində dünyəvilik, bir sıra Qərb dövlətlərində olduğunun əksinə, din və dövlətin bir-birindən tamamilə ayrılması kimi yox, dövlətin dini həyata nəzərət etməsi kimi başa düşülmüş və tətbiq edilmişdir. Türkiyə, Fransada olduğu kimi dini nəzarətdə saxlamağa çalışmış, bu məqsədlə Başnazirə bağlı Diyanət İşləri Başqanlığını təsis etmişdir. Rabasa və Larrabee, respublika idarə formasının, dini müəyyən müəssisələr vasitəsilə nəzarət altına almaq, təqib etmək və məhdudlaşdırmaq şəklində özünü göstərən Osmanlı təcrübəsindən istifadə etdiklərini və bunun üçün Osmanlıdakı Şeyx-ül-İslamlığa oxşar, Başnazirə bağlı bir təşkilat yaratdığını qeyd edirlər.[18, s.11]
Türkiyədə din ilə dövlətin qanunvericilik səviyyəsində bir-birindən ayrılması, dünyəvi siyasi quruluşun dövlətin hüquq sisteminə yerləşdirilməsi və sosial həyatın “dünyəvilik” prinsipi istiqamətində formalaşdırılmasına yönəlik olaraq 3 mart 1924-cü il taricdə Xilafətin, Şeyx-ül-İslamlığın, Şərriyə və Evkaf Vəkalətinin ləğv edilməsi, 18 aprel 1924-cü ildə dini məhkəmələrin ləğv edilməsi, 25 noyabr 1925-ci ildə “Şlyapa qanunu”, 30 noyabr 1925-ci ildə dini təriqətlərin qadağan edilməsi, 1 yanvar 1926-ci ildə “miladi təqvimi”nin qəbul edilməsi, 1 iyul 1926-cı ildə yeni Cinayət Məcəlləsinin qəbul edilməsi, 4 oktyabr 1926-cı il tarixdə yeni Ailə Məcəlləsinin qəbul edilməsi, 10 aprel 1928-ci ildə Konstitusiya dəyişikliyi ilə İslam dininin dövlətin rəsmi dini olmaqdan çıxarılması, 1 noyabr 1928-ci ildə latin qrafikasının qəbul edilməsi [15, səh.96-97], konstitusiyada yer verilən and içmə mətnindən “Vallahi” ifadesinin çıxarılaraq, yerinə “namusum üzərinə söz verirəm” ifadəsinin əlavə edilməsi, 1929-cu ildə ərəb və fars dillərinin orta məktəb müfrədatından çıxarılması, 1932-ci ildə Əzanın “türkcələşdirilməsi”, 1933-cü ildən sonra Quran kursları xaricində rəsmi din təhsilinin tamamilə ləğv edilməsi [6, s.28] və 1937-ci ildə dünyəvilik prinsipinin Türkiyə Konstitusiyasına daxil edilməsi qərarları alınmışdır.
Aparılan bu islahatlar onu göstərir ki, yeni yaradılan dövlətin İslam və Osmanlı keçmişi ilə bağları qoparılmaq əsas məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur. Respublika Türkiyəsi köhnə ictimai-siyasi ənənələri aradan qaldıraraq, öz orijinal, siyasi idarə sistemini formalaşdırmaq üçün dünyəvilik anlayışına müraciət etmişdir.[18, s.9,33,63]
Yeni dil nəzəriyyəsi, Osmanlı tarixini kənara atan rəsmi tarix konsepti, yeni əlifbanın qəbul edilməsi kimi tətbiqatlar bu yeni kimlik yaratma prosesinin əsas vasitələridir.[15, s.66] A.Çeçen, siyasi mədəniyyətin yenidən formalaşdırılması nöqtəsində M.Türkönənin fikirlərini dəstəkləyən mövqeyə malikdir. Bir cəmiyyəti idarə edənlər, yeni siyasi sistem və idarə formasının davam etməsi, istiqrarın qorunması üçün öz siyasi mədəniyyətlərini cəmiyyətə qəbul etdirmək məcburiyyətindədir. Bunun mümkün olmadığı halda cəmiyyətdə hakim mövqeyə malik olan köhnə siyasi mədəniyyətin öz mövqeyini qoruyub saxlayacağı və yeni idarə formasında hakim siyasi mədəniyyətə yer verilməsinin qaçınılmaz olacağına diqqəti çəkir.[5, s.36]
Tək partiya dövründə rəsmi ideologiyanın dünyəvi dövlət anlayışının, millət terminində aşağıdakı şəkildə təzahür etdiyini qeyd etmək mümkündür: dini ünsürdən ayrılmış bir millət anlayışı ilə İslam dinindən ayrı dəyərlər sistemi qurmaq məqsədi güdülmüşdür. Dünyəvilik ilə türk cəmiyyətində yaşayan insanların öz kimliklərini ifadə etmələri üçün yeni alternativ kimlik formalaşdırmaq istənmişdir.[23, s.8] Lakin, dünyəvilik prinsipinin bütün ölkə ərazisində tətbiq edilməsi, geniş xalq kütlələrinin dəstəyini almaq məqsədi ilə həyata keçirilən bu islahatlar şəhər mərkəzləri ilə məhdudlaşmışdır. Qanunlar çıxararaq cəmiyyəti yuxarıdan aşağıya doğru müasirləşdirməyə çalışmaq CXP-nin Osmanlı dövlətindən miras aldığı bir metoddu. Bu yuxarıdan aşağıya enən tək istiqamətli müasirləşmə prosesi və siyasi sistemlə inteqrasiya etmə fikri yeni qurulan respublikanın siyasi elitasının müasirləşmənin hərəkətə gətirən cəhətini nəzərdən qaçırmaları səbəbi ilə tək başına yetərli olmamışdır. Yuxarıda da qeyd etdiyimiz kimi, dinin avtoritar metodla dövlət tərəfindən nəzarət altına alınaraq dünyəvilik ətrafından yeni bir din yaratma cəhdi, türk dövlət mədəniyyətində mövcud olmuş dövlətlə həmahəng din hissinin ortadan qalxmasına səbəb olmuşdur. Bu yeni idarəetmə forması, deyişikliyə açıq və elmi əsasları olan İslami ənənənin yerinə daha muhafizəkar olan “xalq islamı”nı önə çıxararaq, 1950-ci illərdən sonra yüksələn sağ siyasət daxilində yer alan İslami cinaha zəmin yaratmışdır.[22, s.34]
Türk siyasi həyatında, 1945-ci ilə qədər ortaya çıxan müxalif hərəkatların böyük əksəriyyətinin ümumi xüsusiyyəti dini xarakter kəsb etməsi, Qərbə və onun atributlarına qarşı olmaları idi. Yücəkök bunda xalq arasında sosial mənafe və şüur səviyyələri arasında böyük fərqliliyin olmaması, sistemə qarşı mövcud olan etirazın təbii olaraq tək ümumi və aparıcı dəyərlər bütünü olan din ətrafında toplanmasının aparıcı rol oynadığı təsbitini ortaya qoymuşdur. Prosesin belə inkişaf etməsinə baxmayaraq, yeni rejimin siyasi iştirakçıları, dini məzmunlu tələbləri və onun siyasi göstəriciləri olan siyasi partiyaların sistemə daxil olmalarına imkan verməmişdir.
Nəticə etibari ilə, yuxarıda da təfərrüatı ilə izah edildiyi kimi, tək partiya dövründə, dövlətin dinin cəmiyyətdəki nüfuzunu azaltmağa istiqamətlənən islahatlar əhalinin böyük əksəriyyəti tərəfindən dəstəklənməmişdir. O dövrün Türkiyə Respublikası əhalisinin təxminən 75 faizi kəndlərdə yaşayırdı. Bundan əlavə, şəhərlərdə yaşayan əhalinin əksəriyyətini təşkil edən fəhlə sinfinin, tacir və sənətkarların əksəriyyətinin həyatında din hələ də güclü təsirə malikdi. Feroze dünyəvi dövlət modelinin formalaşdırılmasına xidmət edən siyasi addımların cəmiyyətdə ancaq CXP tərəfdarları və üzvləri tərəfindən mənimsəndiyini ifadə edir.[6, s.29] 1925-ci ildə qadağan edilmələrinə baxmayaraq, Nakşibəndi təriqəti və Nur camaatı kimi dini təşkilatlar qeyri-rəsmi olaraq fəaliyyətlərinə davam edirdilər. Bu təşkilatlar İslami hərəkatın da fundamentini təşkil edərək, İslam kimliyinin formalaşmasında bəsləyici mənbə rolunu oynamışlar.
Geostrategiya" jurnalı № 02 (32) Mart-Aprel 2016
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM