AZƏRBAYCAN-UKRAYNA MÜNASİBƏTLƏRİ (1995-2000-ci İllər): ƏMƏKDAŞLIQDAN STRATEJİ TƏRƏFDAŞLIĞA DOĞRU

13:00 / 11.06.2016

Alı Balayev,
tarix üzrə fəlsəfə doktoru

 

Azərbaycanın xarici siyasətində bütün dövrlərdə Avropanın ən qədim və güclü dövlətlərdən biri olan Ukrayna ilə ikitərəfli və təşkilatdaxili (GUAM) münasibətlər daim yüksək səviyyədə inkişaf etmişdir.
Hələ XX əsrin əvvəllərində ilk müstəqillik dövründə Azərbaycan Xalq Cümhuriyyəti və Ukrayna Respublikası arasında diplomatik əlaqələr yaranmış, sonralar hər iki dövlət keçmiş SSRİ tərkibində «sovet müttəfiq respublikaları» kimi iqtisadi, mədəni əlaqələrini gücləndirmişlər.
XX əsrin sonlarında hər iki respublika müstəqillik qazandıqdan sonra onlar arasındakı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. «Əvvəla, ikitərəfli dostluq əlaqələri tarixi keçmiş və ənənələrlə sıx bağlıdır. Başqa sözlə, Azərbaycan-Ukrayna dostluq əlaqələri çoxəsrlik tarixə malikdir. Hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynanın paytaxtı Kiyevdə diplomatik nümayəndəliyi açılmışdır. 1919-cu ildə isə Ukrayna Respublikasının Bakıda diplomatik missiyası fəaliyyətə başlamışdır. Əfsuslar olsun ki, bu münasibətlərə hər iki gənc respublikanın bolşeviklər tərəfindən işğalı nəticəsində son qoyulmuş və ikitərəfli əlaqələr yalnız XX əsrin sonlarında, hər iki ölkə yenidən müstəqillik qazandıqdan sonra bərpa olunmuşdur. İkincisi, eyni siyasi-coğrafi arealda - Sovet İttifaqının tərkibində olmağımız və bu reallıq çərçivəsində əməkdaşlıq etməyimiz nəticə etibarilə ikitərəfli münasibətlərimizin həmin və sonrakı tarixi dövrlərdə inkişafı üçün münbit şərait yaratmışdır. Üçüncüsü, müstəqil Azərbaycan və Ukrayna dövlətlərinin öz xarici siyasət fəaliyyətlərində ortaq dəyərlərə üstünlük vermələri də ikitərəfli əlaqələrin inkişaf dinamikasına müsbət təsir göstərmişdir. Dördüncüsü, hər iki dövlət qarşılıqlı olaraq bir-birinin maraq dairəsindədir, xüsusilə iqtisadi-enerji və hərbi sferalarda əməkdaşlığın möhkəmləndirilməsinin geniş potensialı vardır. Nəhayət, hər iki ölkənin rəhbərliyi arasında dostluq münasibətlərinin olması da nəticə etibarilə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət göstərmişdir» [3, 5].
Azərbaycanla Ukraynanı tarixi, ənənələrlə yanaşı, müasir geosiyasi, siyasi, iqtisadi, hərbi, mədəni maraqlar birləşdirir. Azərbaycanla-Ukrayna arasındakı münasibətlər strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. Onlar hər ikisi bir-birilə əməkdaşlıqda maraqlıdırlar, münasibətləri uzunmüddətlidir, onların əməkdaşlığının reallaşması üçün hüquqi baza yaradılıb. Azərbaycanla Ukrayna arasında sözün əsl mənasında strateji əməkdaşlıq formalaşıb, çünki «strateji əməkdaşlıq zamanı digər əməkdaş-ölkələrin geosiyasi və geoiqtisadi maraqları ilə əlaqədar bir sıra şərtlər nəzərə alınmalıdır. Strateji əməkdaşlığın mahiyyətini təşkil edən amillər aşağıdakılardır:
- yüksək dərəcədə əməkdaşlıq və etimad;
- münasibətlərin tərəfdaşlığı, beynəlxalq işlərdə geniş qarşılıqlı əlaqə və üçüncü ölkəyə qarşı durmamaq;
- yalnız iqtisadi sahədə deyil, həm də siyasi sahədə (məsələn, regional təhlükəsizliyin möhkəmləndirilməsi) də geniş əməkdaşlıq;
- İnkişafın ikitərəfli və dünya səviyyəli əsas problemlərinin bütün istiqamətlərində xarici siyasi addımların sıx əlaqələndirilməsi;
- strateji əməkdaşlıq edən ölkələrin münasibətlərinin heç bir konyuktur təsirlərə məruz qalmayan kifayət qədər möhkəmliyi və genişliyi;
- kompleks siyasi və hərbi qarantiyaya malik münasibətlərin uzunmüddətli olması» [16].
Uzunmüddətli strateji əməkdaşlıq üçün Azərbaycan və Ukrayna arasında dövlətlərarası müqavilələr mövcuddur. Qeyd etmək lazımdır ki, Azərbaycan-Ukrayna arasındakı strateji əməkdaşlığa dünya güc mərkəzlərinin rəqabəti ciddi təsir göstərir.
Ukrayna Azərbaycanla ikitərəfli münasibətləri inkişaf etdirdiyi kimi MDB GUAM, TRACEKA, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də qarşılıqlı əlaqə qurur.
Ukrayna Azərbaycanla enerji-nəqliyyat layihələrində birgə fəaliyyət göstərməyə çalışır ki, Rusiyanın enerji asılılığından azad olsun.
Ukrayna Cənubi Qafqazda Azərbaycan və Gürcüstanla daha sıx əməkdaşlıq edir. Hələ XX əsrin 90-cı illərinin birinci yarısında Ukrayna Rusiyada bu bölgədə onun alternativi kimi çıxış etməyə başlamışdı. «Ukraynanın birmənalı şəkildə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməsi müvafiq olaraq bu ölkələrin də Ukraynanın bölgədəki geosiyasi və geoiqtisadi planlarına müsbət yanaşmasını şərtləndirir. Lakin Ukraynanın ciddi səylərinə baxmayaraq hələ ki, bu ölkə Cənubi Qafqazda ciddi geosiyasi faktor kimi özünü göstərə bilmir və Türkiyə, İran, Rusiya, ABŞ, Avropa İttifaqının aktiv siyasəti fonunda passiv müşahidəçi rolunda çıxış edir. Məsələn, indiyədək region ölkələri tərəfindən Cənubi Qafqazda təhlükəsizlik sisteminin formalaşmasına dair bir sıra təkliflər səslənsə də, bu səsləmələrin heç birində Ukraynanın iştirakı nəzərdə tutulmayıb. Yalnız bir dəfə 2000-ci ildə Türkiyə Prezidenti (mərhum – A.B.) Süleyman Dəmirəl Ukraynanın regiondakı təhlükəsizlik sistemində iştirakının mümkünlüyü fikrini səsləndirib [5, 579].
Hər iki ölkə arasında uzunmüddətli əməkdaşlıq uğurla davam etdirilir, bu zaman milli, strateji və cari maraqlar nəzərə alınır. Əməkdaşlığın praktiki olaraq həyata keçirilməsi üçün baza prinsipləri əsaslanıb.
Azərbaycan Respublikası ilə Ukrayna arasında diplomatik münasibətlər 1992-ci il yanvarın 31-də yaradılmışdır.
1995-ci ildə hər iki ölkə arasında müxtəlif əməkdaşlığa aid - ticarət – iqtisadi əməkdaşlıq, azad ticarət, istehsal kooperasiyası, hava yolları, pensiya təminatı, neft-qaz çıxarma sahəsində əməkdaşlıq haqqında sazişlər – 11 sənəd imzalandı: «Bunlar hər iki ölkə arasında siyasi-ticarət-iqtisadi, elmi-texniki və başqa sahələrdə əməkdaşlığa təkan verdi» [9, 152].
1995-ci il iyulun 28-də Azərbaycan Respublikası və Ukrayna arasında səfirliklərin açılması haqqında protokol imzalandı. Bu protokola əsasən 1996-cı ildə Ukraynanın Azərbaycanda, 1997-ci ildə Azərbaycanın Ukraynada səfirliyi açıldı.
1995-ci il iyulun 27-də Bakıda Ukraynanın Təhlükəsizlik Xidməti və Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq və qarşılıqlı münasibətlər haqqında müqavilə imzalandı. Hər iki dövlət bu müqaviləyə əsasən təhlükəsizliklərinə və müstəqilliklərinə təhlükə yarada biləcək ekstremal və fövqəladə hallar barədə bir-birilərinə operativ informasiya verilməsi öhdəliyini üzərlərinə götürdülər.
Bir sözlə, artıq 1995-ci ildən başlayaraq «Ukrayna ilə münasibətlərində Azərbaycan iqtisadi, siyasi, regional və hərbi (o cümlədən dövlət təhlükəsizliyi – A.B.) sahədə əməkdaşlığa xüsusi əhəmiyyət» [9, 152] verməyə başladı.
1997-ci il martın 24-25-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Ukraynaya səfər etdi. Bu zaman Azərbaycan və Ukrayna arasında memorandum və 17 sənəd imzalandı. Bu sənədlər hər iki dövlətin əməkdaşlıq və tərəfdaşlığının dərinləşməsində, neft-qaz sənayesi sahəsində əməkdaşlığın inkişafında mühüm rol oynadı.
Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi, ticarət, mədəniyyət, elm, təhsil və humanitar sahələrdə normativ-hüquqi bazanın yaradılması və əlaqələrin tənzimlənməsi məqsədi ilə 1994-1997-ci illərdə 30-dək müqavilə, saziş və protokollar imzalanmışdır. Həmin sənədlər müvafiq qaydada təsdiq olunmuş nazirlik, komitə, şirkət, konsern, birlik, mərkəzi idarə və təşkilatlara onların müddəalarından irəli gələn tədbirlərin həyata keçirilməsi tapşırılmışdır.
Görülmüş işlər nəticəsində son dövrdə Ukrayna ilə əlaqələrin miqyası xeyli genişlənmişdir.
Belə ki, 1995-ci ildə iki ölkə arasında 66,9 mln. ABŞ dolları dəyərində qarşılıqlı məhsul göndərilmişdir. 1996-cı ildə qarşılıqlı məhsul göndərilməsinin həcmi 1995-ci ilə nisbətən 1,8 dəfə artaraq 116,2 mln. ABŞ dolları təşkil etmişdir.
1997-ci ildə Ukrayna ilə ümumi əmtəə dövriyyəsinin həcmi 117,7 mln. ABŞ dolları dəyərində olmuşdur. 1996-cı illə müqayisədə Azərbaycandan ixracın həcmi 47,1 faiz (10,3 mln. ABŞ dolları dəyərində) artaraq 32,1 mln. ABŞ dolları təşkil etmişdir. Ukraynadan 85,6 mln. ABŞ dolları dəyərində məhsul idxal olunmuşdur. İdxalın həcmi 1996-cı il ilə müqayisədə 9,3 faiz və ya 8,8 mln. ABŞ dolları dəyərində azalmışdır.
Azərbaycan Respublikasında müxtəlif fəaliyyət növü ilə məşğul olan 100 faiz Ukrayna kapitallı 14 müəssisə və 17 birgə müəssisə qeydə alınmışdır [14].
Azərbaycan-Ukrayna münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsində Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Hakimiyyətə ikinci dəfə gəlişindən – 1993-cü ildən ömrünün sonunadək H.Əliyev bu dostluğu, tərəfdaşlığı göz bəbəyi kimi qoruyub saxlamışdır. Bu ənənənin Azərbaycan Prezidenti Cənab İlham Əliyev uğurla davam etdirir. Qədirbilən Ukrayna xalqı H.Əliyevin xidmətlərini layiqincə qiymətləndirib və onu:
- Ukraynanın ali mükafatı – «Yaroslav Mudray» ordeni ilə təltif etmiş;
- Ona Kiyev şəhərinin fəxri vətəndaşı adı verilmiş;
- Kiyev şəhərinin mərkəzində H.Əliyevin abidəsi ucaldılmış;
- Ukraynanın ali təhsil ocaqlarından birinə – Beynəlxalq Sosial Elmlər İnstitutuna Heydər Əliyevin adı verilmişdir. «Bu adlar uzun illər dahi bir şəxsiyyətin zaman-zaman bir xalqın qəlbində özünə ucaltdığı əbədi sevgi təcəssümüdür» [15].
Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanla-Ukrayna arasında siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə möhkəm normativ-hüquqa baza yaradıldı və bu baza üzərində indiki strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri quruldu.
Ötən dövr ərzində inkişaf edərək Cənubi Qafqazda lider dövlətə çevrilən Azərbaycan Respublikası beynəlxalq aləmdəki mövqelərini daha da gücləndirmək, milli dövlətçilik maraqlarını təmin etmək və dünyadakı etibarlı tərəfdaşları ilə əlaqələrini genişləndirmək istiqamətində çox böyük nailiyyətlər əldə edib. Bu mənada, inamla demək olar ki, Azərbaycan ilə Ukrayna arasında strateji müttəfiqlik münasibətləri durmadan inkişaf edərək möhkəmlənib. Ölkələrimiz beynəlxalq forum və sammitlərdə eyni mövqedən çıxış edərək, qarşılıqlı maraq doğuran məsələlərdə birgə əməkdaşlığı inkişaf etdirirlər. Hər iki ölkə müstəqilliklərini əldə etdikləri gündən indiyədək beynəlxalq aləmdə mühüm tərəfdaşlar kimi tanınırlar. Fərəhləndirici haldır ki, Azərbaycan Ukrayna arasındakı mehriban dostluq münasibətləri səmimiyyət üzərində qurulub [15]. Çətin məqamlarda hər iki ölkə bir-birinə dayaq olmaq prinsipini bu gün də böyük əzmlə qoruyub saxlayır. Ukraynanın keçmiş prezidenti Leonid Kuçma dəfələrlə minnətdarlıq hissi ilə qeyd edib ki, bu ənənələrin əsasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qoyub: - «Ukraynanın ən ağır illərində Heydər Əliyev ölkəmizə əsl dost və qardaş dəstəyini verib, 1990-cı illərdə məhsul yığımı zamanı Ukrayna yanacaq böhranı ilə üzləşəndə yaxın dost və məsləkdaşımız kimi bizə əsl dost yardımını dahi Heydər Əliyev və Azərbaycan xalqı edib.
Biz münasibətlərimizin müxtəlif dövrlərini, ölkəmizin yaşadığı çətin anlarını heç zaman unutmuruq. Dostlar həmişə çətin anlarda tanınır. Bu baxımdan Ukraynanın çətin və mürəkkəb vəziyyətlə üzləşdiyi bir zamanda Heydər Əliyev Ukraynaya təmənnasız yardım göstərməklə xalqımıza arxa-dayaq olub. Azərbaycanın müharibə şəraitində olmağına baxmayaraq Ukraynanı məhsul yığımını həyata keçirmək üçün yanacaqla təmin etdi. Bu o zaman Ukraynanın energetikasını və kənd təsərrüfatını xilas etmək demək idi. Bu yaxşılıq əlbəttə ki, Ukrayna xalqı tərəfindən heç zaman unudulmayacaq» [15].
1998-ci il sentyabrın 7-də Bakıda «Böyük İpək yolu»nun bərpası üzrə Beynəlxalq Konfransda iştirak edən Ukraynanın keçmiş dövlət başçısı L.Kuçma və Ulu Öndər Heydər Əliyev hər iki ölkə arasında kommunikasiya sistemlərinin daha da təkmilləşdirilməsi zərurətini diqqət mərkəzinə gətirdilər. Ulu Öndər H.Əliyevin göstərişi ilə 1998-ci il aprelin 6-da Azərbaycan Respublikasının Nazir Kabineti «Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi və sosial-mədəni əlaqələr sahəsində imzalanmış müqavilə və sazişlərin icrasının vəziyyəti haqqında» qərar qəbul etdi.
Qərarda göstərildi ki, Ukrayna ilə münasibətlərin hazırkı hüquqi-müqavilə bazasının ikitərəfli iqtisadi əlaqələrə əlverişli şərait yaratmasına baxmayaraq, bəzi müqavilə və sazişlərin müddəalarının həyata keçirilməsi ilə bağlı tədbirlərin ayrı-ayrı nazirlik və təşkilatlar tərəfindən lazımi səviyyədə yerinə yetirilməməsi hər iki ölkənin təsərrüfat subyektlərinə mövcud potensial imkanlardan səmərəli istifadə etməyə mane olur. Buna görə də Azərbaycan Respublikasının Nazirlər Kabineti (ARNK) qərara aldı ki: «Azərbaycan Respublikasının nazirlik, komitə, şirkət, konsern, birlik, mərkəzi idarə və təşkilatları Ukrayna ilə imzalanmış ikitərəfli iqtisadi və sosial-mədəni müqavilə və sazişlərin icra vəziyyətini bir daha təhlil edib onların yerinə yetirilməsi üçün əlavə tədbirlər görsünlər və bu sahədə qısa müddətdə lazımi dönüş yaratsınlar» [14].
ARNK ticarət, iqtisadiyyat, maliyyə, kənd təsərrüfatı, təhsil, mədəniyyət nazirlikləri, dövlət gömrük, dövlət elm və texnika, dövlət xüsusi maşınqayırma və kommersiya komitələrinə, «Azərbaycan», «Azneftkimyamaş» dövlət şirkətlərinə, «Çinar» İstehsalat Birliyinə, hava yolları, «Azəravtonəqliyyat» dövlət konsernlərinə tapşırdı ki, «öz sahələrinin fəaliyyətini canlandırmaq məqsədilə zəruri halda Ukraynanın müvafiq təşkilatları ilə qarşılıqlı əməkdaşlıq haqqında hökumətlərarası və sahələrarası müqavilə və sazişlərin layihələrini razılaşdırsınlar» [14].
Bundan sonra Azərbaycan-Ukrayna arasında iqtisadi və sosial-mədəni sahələrdə canlanma və dönüş başlandı.
Azərbaycanla Ukrayna arasında əsil dönüş mərhələsi iki ölkə arasında 2000-ci ildə Bakıda bağlanmış «Dostluq və tərəfdaşlıq haqqında» müqavilənin bağlanmasından sonra başlandı. Bu müqavilə iki ölkə arasında strateji tərəfdaşlığın inkişafında mühüm mərhələ oldu.
«Azərbaycan-Ukrayna münasibətlərində «Sülh naminə tərəfdaşlıq» proqramı çərçivəsində regional əməkdaşlıq da mühüm yer tutur. Beynəlxalq və regional təşkilatlarda, formlarda bir-birini dəstəkləyərək eyni mövqedən çıxış edirlər. Belə ki, Azərbaycanın Avropa Birliyində bu təşkilata daxil olması haqqında müzakirə gedəndə, Ukraynanın nümayəndə heyəti Azərbaycan tərəfini dəstəkləmişdir. Ukrayna nümayəndə heyətinin səlahiyyətlərinin AŞPA-da dayandırılması məsələsinin müzakirəsində Azərbaycan bu qətnaməyə qarşı çıxdı. Ermənistan-Azərbaycan münaqişəsində Ukrayna həmişə Azərbaycanın mövqeyini müdafiə etmişdir. Ukraynanın rəsmi mövqeyi Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək dərəcəli muxtariyyatın verilməsindən və bölgənin əhalisinin təhlükəsizliyinin təmin edilməsindən ibarətdir.
2000-ci ilin mayında Azərbaycan-Ukrayna Komissiyasının həmsədri Bakıya rəsmi səfərə gəldi. Həmin ilin mayında Azərbaycan Respublikasının Xarici İşlər Naziri V.Quliyev Ukraynaya səfər etdi. Bu səfərin gedişində imzalanan sənədlər iki ölkə arasında münasibətləri dərinləşdirdi. Qarşılıqlı münasibətlərdə Ukrayna və Azərbaycanın siyasi mövqeyindən irəli gələn mənafe birliyi özünü göstərmişdir. Onları böyük siyasi maraqlar birləşdirmişdir» [9, 153-154].
1997-ci ildən Azərbaycan ilə Ukraynanın müdafiə nazirlikləri və hökumətləri arasında hərbi və hərbi-texniki əməkdaşlığa dair sazişlər imzalandı. Azərbaycanın Silahlı qüvvələrinin güclənməsində Ukraynanın hərbi-sənaye kompleksinin, tədris mərkəzləri və hərbçiləri mühüm rol oynamağa başladı.
Ə.Həsənov Ukraynanın regiondakı zəif mövqeyinin səbəblərindən biri kimi bu ölkənin öz iqtisadi əlaqələrini yalnız enerji daşıyıcıları ilə məhdudlaşdırması ilə izah edir [5, 580].
Ukrayna Azərbaycanla enerji layihələri sahəsində əlaqələri gücləndirərək Bakı-Supsa neft kəmərinin davamı kimi Odessa-Brodı kəmərinin reallaşmasının marağındadır.
1995-2000-ci illərdə Azərbaycan, Ukrayna, Gürcüstan və Türkiyə ilə hərbi və təhlükəsizlik sahəsində birgə əməkdaşlığın formalaşmasına çalışırlar. Onlar Kollektiv Təhlükəsizlik müqaviləsinə qoşulmadılar. Bu ölkələr NATO üzvü olan Türkiyə ilə təhlükəsizlik sahəsində əməkdaşlığa xüsusi əhəmiyyət verirlər.
Beləliklə, hələlik rəsmi Kiyevin Cənubi Qafqazda ciddi geosiyasi oyunçu qismində çıxış etmək imkanı olmasa da, Qərb ölkələrinin verdiyi dəstək onun perspektivləri haqqında optimist fikir söyləməyə əsas yaradır [9, 704].
Azərbaycan-Ukrayna ikitərəfli əməkdaşlığı ilə yanaşı 1997-ci ildə yaradılmış GUAM çərçivəsində əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir. GUAM-la əlaqədar çıxışlarının birində Ulu Öndər Heydər Əliyev demişdir: «Ötən illər ərzində Birliyimiz özünün həyat qabiliyyətini təsdiqləmiş və əməkdaşlıq üçün böyük potensial olduğunu göstərmişdir… Bu baxımdan biz GUÖAM çərçivəsində əməkdaşlığı dövlətlərimizin suverenliyi və müstəqilliyinin möhkəmlənməsinə, onların sabit inkişafının təmin olunmasına və xalqlarımızın rifahının yüksəlməsinə, dünya sisteminə inteqrasiyaya kömək etməli olan mühüm amil kimi qiymətləndiririk» [4, 190-191].
Mütəxəssislər Azərbaycan Ukrayna arasındakı siyasi, iqtisadi, mədəni və tarixi əlaqələr və oxşar geosiyasi şəraitdə hərbi-siyasi alyansa transformasiya edilə biləcəyini də ehtimal edirdilər.
Beləliklə, ikitərəfli və müxtəlif təşkilatlar (MDB, GUAM) çərçivəsində Azərbaycan və Ukrayna arasında əlaqələr məhz 1995-2000-ci illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
- Onlar bir-birilərinin suverenliyinə və ərazi bütövlüyünə hörmət edirlər;
- aralarında əməkdaşlığın strateji sahələri mövcuddur;
- xarici siyasi addımlarını əlaqələndirirlər;
- müəyyən ekstremal və fövqəladə şəraitlərdə bir-birilərinə kömək edirlər;
- digər dövlətlərlə qarşılıqlı əlaqələri zamanı bir-birilərinə ziyan vurmadan əməkdaşlıq edirlər.

 Geostrategiya" jurnalı  № 01 (31)  Yanvar -Fevral 2016


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM