ATƏT-in Minsk qru­pu: ikili stan­dart­lar si­ya­sə­tinin Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qişə­sinə tə­siri

09:00 / 12.06.2016

SƏ­Fİ­YƏ MÖH­BƏ­Lİ­YE­VA,
Azər­bay­can Res­pub­li­ka­sı­nın
Pre­zi­den­ti ya­nın­da
Döv­lət İda­rə­çi­lik Aka­de­mi­ya­sı­nın “Bey­nəl­xalq
mü­na­si­bət­lər və xa­ri­ci si­ya­sət” ka­fed­ra­sı­nın dis­ser­tan­tı

Son illərdə dünya nizamınının tarazlığının pozulması, transmilli münaqişələrin getdikcə dərinləşməsi, dövlətlərin milli təhlükəsizliyin təhdid altında qalması,bir tərəfdən beynəlxalq münasibətlər sistemində cərəyan edən ikili standartların mövcudluğu, digər tərəfdənsə dünyada sülhün və təhlükəsizliyin əsas qarantı hesab olunan BMT və ATƏT kimi hökumətlərarası təşkilatların ayrı-ayrı dövlətlərin beynəlxalq hüquqa zidd fəaliyyətinə göz yumması reallığı ilə bağlıdır. Məhz elə bu reallığın nəticəsidir ki, iyimi ildən artıq bir dövrdə işğalçı Ermənistanın hərbi təcavüzünə məruz qalmış Azərbaycan kimi dövlətlərin və xalqların bu təşkilatlara olan ümidləri getdikcə azalmaqdadır. 1988-ci ildən davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin indiyə qədər öz həllini tapa bilməməsinin əsas səbəblərindən biri məhz bu problemin BMT və ATƏT kimi təşkilatların apardığı ikili standartlar siyasətinin girovuna çevrilməsidir. Xüsusilə, münaqişənin bilavasitə həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun problemin aradan qaldırılması üçün uzun illərdir hər hansı bir irəliləyişə nail ola bilməməsi, əvəzində hərbi təcavüzkar olan Ermənistanla işğala məruz qalmış Azərbaycana eyni mövqedən yanaşması bu təşkilatın beynəlxalq hüququn tələblərini, haqqı və ədaləti nə vaxtsa bərpa edəcəyinə olan bütün ümidləri heçə endirir.
Dağlıq Qarabağ probleminə münasibətdə ATƏT-in ikili standartlar siyasəti münaqişənin yarandığı ilk dövrlərdən özünü göstərməyə başlamışdır. Belə ki, 1992-ci ildə Azərbaycan və Ermənistan Respublikaları ATƏM-in üzvü olduqdan sonra Dağlıq Qarabağ münaqişəsi bu təşkilatın prinsiplərinə uyğun olaraq üzv dövlətlər tərəfindən müzakirə olunmağa başladı. ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci il martın 24-də keçirilmiş görüşündə Azərbaycanın təklifi ilə Dağlıq Qarabağdakı vəziyyət müzakirə edildi və münaqişənin sülh yolu ilə nizama salınması istiqamətində aparılan danışıqların səmərəliliyini artırmaq məqsədilə ATƏM-in Dağlıq Qarabağa dair xüsusi sülh konfransının çağırılması haqqında qərar qəbul edildi. 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa və Laçının işğal olunması və işğal faktının Dağlıq Qarabağın hüdudlarını aşaraq Azərbaycanın ətrafdakı digər rayonları əhatə etməsi münaqişənin mahiyyətini dəyişərək yeni siyasi reallıq yaratdı ki, bu da sülh missiyasını öz üzərinə götürmüş ATƏM-in Minsk konfransının tezliklə keçirilməsi yolunda böyük maneəyə çevrildi. 1992-ci ildən sonrakı illərdə Minsk qrupu çərçivəsində aparılan danışıqlarda qarşı tərəflər arasında ziddiyyətlərin getdikcə kəskinləşməsi, xüsusilə Ermənistanın qeyri-konstruktiv mövqe tutması ilə yanaşı, qrupun üzvü olan böyük dövlətlərin problemə yekdil münasibətlərinin olmaması sülh prosesinin zəifləməsinə və münaqişənin dondurulmuş vəziyyətdə qalmasına gətirib çıxartdı. Mütəxəssislərin fikrinə görə, Minsk qrupunun fəaliyyətində müşahidə olunan ziddiyyətli yanaşmalar daha çox Ermənistanın maraqlarına xidmət etməyə başladı və bu vəziyyət sonrakı dövrlərdə də özünü açıq şəkildə büruzə verdi. Qurumda təmsil olunan dövlətlərin münaqişəyə özlərinin geosiyasi maraqlarından yanaşması problemin həllini getdikcə çətinləşdirməyə başladı.(1, s.313)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT çərçıvəsindəki vasitəçilik tarixinə nəzər salsaq və onu şərti olaraq mərhələlərə bölsək, bu mərhələlərin hər birinin xeyli dərəcədə Rusiya ilə Qərb dövlətləri arasındakı geosiyasi qarşıdurmadan asılı olduğunu görərik. Belə ki, 1992-ci ilin martında Minsk qrupu yaradılarkən Rusiya bu təşəbbüsü müdafiə etsə də, münaqişənin nizama salınması ilə bağlı dünya dövlətləri və beynəlxalq təşkilatların vasitəçilik səylərinin fəallaşmasını birmənalı qarşılamadı. Görünən o idi ki, Rusiya həmin dövrdə regionda özünün zəifləmiş mövqelərini möhkəmləndirmək üçün münaqişənin dinc vasitələrlə həlli prosesində təşəbbüsü beynəlxalq təşkilatların və dünya dövlətlərinin əlindən almağa çalışırdı. Odur ki, Rusiya öz qoşunlarını “sülhməramlı qüvvələr” adı altında münaqişə bölgəsinə yerləşdirmək və münaqişə tərəflərini öz geosiyasi təsiri altında saxlamağa cəhd edirdi. Lakin 1992-1993-cü illərdə bu məqsədinə nail ola bilmədiyini görən Rusiya sonrakı illərdə Ermənistandakı qoşunlarının sayını artırmağa başladı və erməni ordusunu silahlandıraraq Azərbaycanın rayonlarının bir-birinin ardınca işğal olunmasına dəstək verdi.
1997-ci ilin əvvəllərində Rusiya Dövlət Dumasının Müdafiə məsələləri komissiyasının sədri Lev Roxlin Rusiyadan Ermənistana gizli olaraq 1 milyard ABŞ dolları məbləğində silah satışı barədə hesabatla çıxış etdi. O bildirdi ki, bu qədər silahların əvəzsiz olaraq münaqişədə iştirak edən tərəflərdən birinə- Ermənistana verilməsi Rusiyanın Cənubi Qafqaz ölkələrinə münasibətdə apardığı təhlükəli seçim siyasətidir və bu münasibət Qafqazda yeni-yeni münaqişə vəziyyətləri yaradacaqdır. L.Roxlinin hesabatındakı faktlardan məlum oldu ki, Rusiya 1993-cü ildən etibarən, yəni Ermənistanla Azərbaycan arasında qızğın hərbi əməliyyatlar getdiyi bir dövrdə münaqişə tərəflərindən birinə bir milyard ABŞ dolları dəyərində silah-sursat göndərmiş və nəticədə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsinə şərait yaratmışdır. (2, s.319-322)
1994-cü il mayın 12-də Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında razılığın əldə edilməsi Azərbaycan tərəfində böyük ümidlər yaratdı ki, bundan sonra Minsk qrupu çərçivəsində danışıqlar sürətlənər vəmünaqişənin dinc vasitələrlə nizamlanması üçün əlverişli imkan yaranar. Həmin il dekabrın 5-6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında beynəlxalq sülhməramlı qüvvələrin yaradılması və münaqişə bölgəsinə göndərilməsi qərara alınaraq, Minsk prosesi çərçivəsində həmsədrlik institutu təsis olunmuşdur. Bu tədbirdə “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” adlı Qətnamə (3) qəbul edilir. Lakin, sonrakı dövrdə də problemin həlli və münaqişənin nəticələrinin aradan qaldırlmasına əlverişli imkanlar olsa da ATƏT heç bir ciddi addım atmadı və sülh sazişinə nail olunmaq imkanlarını qaçırdı.
ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə münaqişənin dinc yolla həll olunacağına Azərbaycan dövlətinin ümidi qurumun1996-cı il dekabrın 2-3-də Lissabonda keçirilən Zirvə toplantısında münaqişənin nizama salınmasının beynəlxalq hüquqi bazasını təşkil edən sənədin - bəyanatın qəbul edilməsindən sonra yenidən artdı. Bu bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasın üç əsas prinsipi ortaya qoyulmuşdu. Həmin prinsiplər: 1. Ermənistan və Azərbaycan respublikalarının ərazi bütövlüyünün tanınması; 2. Razılaşma əsasında Azərbaycanın tərkibində Dağlıq Qarabağa öz müqəddəratını təyin etmə prinsipinə söykənən ən yüksək özünüidarəetmə hüququ statusunun verilməsi; 3. Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinə beynəlxalq təminatın verilməsindən ibarət idi.(4, s.14) ATƏT-in fəaliyyətdə olan sədrinin bəyanatı Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən müdafiə edildi və sənəd Lissabon sammitinin yekun qərarında öz əksini tapdı.
Sonrakı dövrdə Lissabon sammitində qəbul edilən sənədlərdə göstərilən prinsiplərin yerinə yetirilməsi təəssüf ki, ATƏT-in qeyri-prinsipial mövqeyi ilə ildən-ilə uzadılaraq sonrakı illərdə tamamilə unudulmağa başladı.Münaqişə ətrafında Minsk qrupu çərçivəsində cərəyan edən hadisələrin sonrakı gedişindən belə göründü ki, bu təşkilat üçün Ermənistanın maraqlarını qorumaq, beynəlxalq hüquqi norma və prinsiplərə əməl etməkdən daha vacibdir. Minsk qrupunun həmsədrləri olan üç dövlət - ABŞ, Rusiya və Fransa 1997-ci ilin ikinci yarısından indiyə qədər Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən, işğal olunmuş 7 rayonun azad edilməsi və Qağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə dair bir neçə təkliflə çıxış etmişlər.Onların 1997-ci ilin iyun ayında təqdim etdikləri ilk təklif münaqişənin “paket” (Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsi), həmin ilin sentyabr ayında irəli sürdükləri ikinci təklif isə “mərhələli” (münaqişənin mərhələlərlə nizama salınması) həllini nəzərdə tutmuşdur. (5) Azərbaycan tərəfi həmin təkliflərlə tam razı olmasa da, sülh prosesinin ətalət vəziyyətindən çıxarılması məqsədilə həmsədrlərin hər iki təklifini qəbul etmişdir. Ermənistan isə hər iki halda qeyri-konstruktiv mövqe tutaraq təkliflərlə razılaşmamışdır. Bu məsələdə ATƏT-in Minsk qrupunun ikili standartlar siyasəti növbəti dəfə özünü göstərmiş, təşkilat beynəlxalq və yerli ictimai rəyin manipulyasiyasına istiqamətlənmiş bəyanatlar verməklə münaqişənin dinc yolla həll olunmasını istəməyən Ermənistanın qeyri-konstruktiv mövqeyini ört-basdır etməyə çalışmışdır.
Minsk qrupu işğala məruz qalmış Azərbaycanın beynəlxalq hüquqa əsaslanan tələblərini bir kənara qoyaraq, sonrakı mərhələdə - 1998-ci il noyabrın 9-da “ümumi dövlət” təklifini irəli sürdü.(5)Beynəlxalq hüquq normalarına zidd, Azərbaycan üçün qəbul edilməsi mümkün olmayan bu təklif dünya praktikasında mövcud olmayan “ümumi dövlət” ideyasına əsaslanırdı. Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qətiyyətlə rədd edilən bu təklif ATƏT-in Budapeşt və Lissabon Zirvə toplantılarında qəbul edilən sənədlərdə əksini tapmış prinsiplərə hörmətsiz və etinasız yanaşmanın göstəricisi idi.1999-cu il fevralın 8-də Azərbaycan Prezidenti Heydər Əliyev Minsk qrupunun həmsədrləri olan dövlətlərin başçılarına məktubunda “ümumi dövlət” ideyasının ATƏT-in prinsiplərinə uyğun olmadığını və sülh prosesinə maneçilik törətdiyini bildirdi, ABŞ, Fransa və Rusiyanın dövlət başçılarını Dağlıq Qarabağ münaqişənin ədalətlə və tezliklə aradan qaldırılması üçün səylərini artırmağa çağırdı. (6, s. 67-68)
1999-cu il noyabrın 18-19-da keçirilən ATƏT-in İstanbul Zirvə toplantısında Ermənistan istisna olmaqla təşkilatın üzvü olan dövlətlərin demək olar ki, hamısı münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması və Dağlıq Qarabağın bütün əhalisinin (buraya ərazidə yaşayan azərbaycanlılar da daxildir) təhlükəsizliyinin təmin edilməsi şərtləri daxilində həllinin mümkünlüyünü təsdiqlədilər. İstanbul sammitində qəbul olunmuş Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə sülh prosesinin davam etdirilməsinin vacibliyi vurğulandı. (7) Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev bildirdi: “Mən Minsk konfransının həmsədri olan ölkələrin dövlət və hökumət başçılarını Minsk qrupu çərçivəsində danışıqların tezliklə bərpası üçün zəruri səylər göstərməyə çağırıram. Dünya birliyi münaqişənin aradan qaldırılmasına dair bəyan edilmiş prinsipləri ardıcıl surətdə və qətiyyətlə müdafiə etməlidir. Biz üzümüzə gələn yüzillikdə ATƏT-in roluna bu problemlərin prizmasından baxırıq. ATƏT öz prinsiplərini müdafiə etmək məqsədi ilə qətiyyətlə fəaliyyət göstərməli və özünün əməliyyat imkanlarını xeyli gücləndirməli, ilk növbədə çoxmillətli sülhyaratma qüvvələrini inkişaf etdirməlidir”.(6, s.72) Təəssüf ki, İstanbul sammitində qəbul olunmuş sənədlərdəki tələblərə Ermənistan tərəfindən ənənəvi olaraq etinasız və saymazyana münasibət göstərildi, ATƏT-in Minsk qrupu isə təcavüzkar dövlətin məhz bu cür mövqedə duracağını sanki əvvəlcədən bilirmiş kimi yenə də susdu.
2001-ci ilin yanvar ayında Fransada Azərbaycan və Ermənistanın dövlət başçıları arasında danışıqların növbəti mərhələsi başlandı. Görüşdə münaqişənin həllinə dair ciddi müzakirələr aparılsa da, konkret bir nəticə əldə edilmədi. Bununla belə, Azərbaycan və Ermənistan prezidentləri dialoqun davam etdirilməsinin zəruriliyini bildirən bəyanatla çıxış etdilər, tərəflər arasında kompromis əldə olunması üçün səylərin bundan sonra da davam etdiriləcəyini vurğuladılar.(7) Həmin il aprelin 3-6-da Minsk qrupu həmsədrlərinin iştirakı ilə ABŞ-ın Florida ştatının Ki-Vest şəhərində Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüş keçirildi. Danışıqların yekunu olaraq həmsədrlər bəyan etdilər ki, onlar yeni təklif üzərində işləyirlər və bunu həmin ilin iyun ayında Cenevrədə keçiriləcək görüşdə prezidentlərə təqdim edəcəklər. Lakin sonradan bu görüş Ermənistanın qeyri-konstruktiv mövqeyi, ATƏT-in Minsk qrupunun isə qətiyyətsizliyi ucbatından təxirə salındı. Qeyd edək ki, Ki-Vest danışıqları zamanı tərəflər arasında bir çox məsələlər ətrafında razılıq əldə olunacağı proqnozlaşdırılsa da, bu ehtimallar yenə də özünü doğrultmadı. Ki-Vest görüşü zamanı Azərbaycan Prezidenti Heydər Əliyev bəyanat verərək ATƏT-in həmsədrlərini ciddi şəkildə tənqid etdi, onların fəaliyyətinin qaneedici olmadığını vurğuladı, tədbirdə iştirak edən ABŞ-ın dövlət katibi K.Pauell isə bu bəyanatın obyektiv olduğunu və münaqişənin həlli üçün daha fəal şəkildə iş aparmağa ehtiyac duyulduğunu bildirdi.(7)
ATƏT-in Minsk qrupunun Azərbaycana ikili standartlar mövqeyindən yanaşması, Ermənistanın isə işğalçılıq siyasətindən əl çəkməməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların “Praqa prosesi”nə münasibətdə bir daha sübut olundu. Belə ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin təklifi ilə Azərbaycan və Ermənistan prezidentlərinin şəxsi nümayəndələri səviyyəsində danışıqların davam etdirilməsi nəzərə alındı. Bundan irəli gələrək, 2002-ci il mayın 13-15-də və iyulun 29-30-da Praqada, noyabrın 15-də isə Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin şəxsi nümayəndələrinin görüşü keçirildi. Öz mahiyyətinə görə, münaqişənin “mərhələli həll” planını nəzərdə tutan “Praqa prosesi”ni Azərbaycan tərəfi dəstəkləsə də, Ermənistan Dağlıq Qarabağın statusu məsələsinin yenidən ilkin şərt kimi müzakirə olunması tələbi ilə çıxış etdi.
2004-cü ildən başlayaraq Minsk qrupunun həmsədrləri “Praqa prosesi” çərçivəsində “Madrid prinsipləri” kimi tanınan təkliflər paketini irəli sürmüş və tərəflərin müzakirəsinə təqdim etmişlər. Yeni təkliflərin əsas prinsipləri haqqında tərəflərin açıqladığı fikirlər onu göstərir ki, Azərbaycan ATƏT-in Lissabon sammitində bütün üzv dövlətlərə qəbul etdirdiyi “münaqişənin həllinin üç əsas prinsipindən” bütövlükdə imtina etməmiş, lakin ona, məzmunu hələ acıqlanmayan bəzi redaktələrin aparılmasına razılıq vermişdir. “Madrid prinsipləri” əsasında Azərbaycan və Ermənistan prezidentləri arasında çoxsaylı görüşlər keçirilsə də, mövqeləri uzlaşdırmaq hələ ki, mümkün olmamışdır.Ermənistan danışıqlar prosesini müxtəlif bəhanələrlə uzatmağa çalışdığından və münaqişə ilə bağlı mövcud status-kvonun dəyişilməz olaraq qalmasına səy göstərdiyindən problem hələ də öz həllini tapa bilmir.
Beynəlxalq hüququn əsas qarantı rolunu oynayan BMT-nin mövqeyinə gəlincə, qeyd etmək lazımdır ki, bu qurumun Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistan silahlı qüvvələrinin zəbt etdikləri Azərbaycan ərazilərindən dərhal çıxması tələbinin irəli sürülməsinə baxmayaraq, Ermənistan bu günə qədər buna məhəl qoymamaqda davam edir. Bu günə qədər nə BMT, nə ATƏT, nə də ki, Minsk qrupunun həmsədrləri təcavüzkar Ermənistan dövlətinə ciddi təzyiq göstərərək BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl edilməsini tələb etməyiblər.1992-ci ildən - 2015-ci ilə qədər, yəni 23 il ərzində ATƏT-in Minsk qrupuna 6 ölkədənin ümumilikdə 30 nəfər yüksək ranqlı diplomatı həmsədrlik edib: İtaliyanI – 1 nəfər; İsveçİ – 1 nəfər; Finlandiyanı – 1 nəfər; ABŞ-ı – 11nəfər; Fransanı – 9 nəfər; Rusiyanı – 7 nəfər təmsil edib.(8)Ötən illərdə ATƏT-in Minsk qrupunun həmsədrləri regiona dəfələrlə səfərlər etsə də, bunun heç bir realnəticəsi olmamış və qurumunfəaliyyəti yalnız mücərrəd və qeyri-müəyyən bəyanatlar verməklə yekunlaşmışdır.
Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərəfdarıdır və münaqişənin ilk günündən bu məsələdə öz prinsipial mövqeyini dəyişməmişdir. Beynəlxaq hüquq normaları deyəndə, ilk növbədə BMT Nizamnaməsinin əsas müddəaları (9) və ATƏT-in Helsinki Yekun Aktında öz əksini tapmış dövlətlərarası münasibətlərin 10 əsas prinsipi (10) nəzərdə tutulur.Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin yubanmasının səbəblərinə toxunaraq bildirmişdir ki, işğal faktının 20 ildən artıq davam etməsinə hazırda dünyada müşahidə olunan ikili standartlar siyasətinin də təsiri az deyildir. Faktlar sübut edir ki, beynəlxalq birlik dünyanın ayrı-ayrı nöqtələrində baş verən oxşar hadisələrə selektiv yanaşma nümayiş etdirir. Bəzi hallarda işğal faktı kəskin qınanmaqla yanaşı, həm də problemin həlli üçün ciddi təsir mexanizmləri işlənib hazırlanır və qısa zamanda tətbiq edilir. Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, passiv yanaşma müşahidə olunur və münaqişə tərəfləri – işğalçı ilə işğala məruz qalana eyni münasibət göstərilir. Bu ədalətsizlik həm də müsəlman dövləti olduğu üçün Azərbaycana qarşı nümayiş etdirilən fərqli yanaşmadan - dini ayrı-seçkilikdən qaynaqlanır. Biz beynəlxalq hüquqa bu qədər açıq hörmətsizliyi, işğalçılıq siyasətinə bu qədər aşkar bəraət qazandırmaq cəhdini anlaya bilmirik”.(11)
ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycana qarşı ikili standartlar mövqeyindən yanaşması 2016-cı ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” və “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi” adlı layihələrin müzakirəsinə münasibətində bir daha özünü göstərdi. Belə ki, həmsədrlər layihələrlə ilə tanış olan kimi dərhal sərt mövqe tutaraq, bunu “ATƏT-in Minsk qrupunun mandatına xələl gətirən və sülh danışıqları prosesini çətinləşdirəcək addımlar” kimi dəyərləndirdilər və münaqişənin nizamlanmasında ATƏT-in Minsk qrupunun “yeganə format” olduğunu bəyan etdilər. (12) Bütün bunlar uzun müddətdir vasitəçilik missiyasında heç bir irəliləyişə nail ola bilməyən ATƏT-in Minsk qrupunun münaqişənin aradan qaldırılmasında maraqlı olmadığını bir daha göstərdi.
Son dövrlərdə artıq bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları da ATƏT-in Minsk qrupunu üzərinə düşən missiyanı yerinə yetirməməkdə tənqid edir və onun fəaliyyətsizliyinin regional təhlükəsizliyin təmin edilməsinə maneçilik törətdiyini bildirirlər. Məsələn, Avropa İttifaqı məsələləri üzrə ixtisaslaşmış, mənzil-qərargahı Brüssel şəhərində yerləşən nüfuzlu Avropa Siyasəti Mərkəzinin (European Policy Center) Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı “Dağlıq Qarabağ və Avropa sərhədlərində böhranlar mənbəyi” adlı hesabatında ATƏT-in Minsk qrupu ciddi şəkildə tənqid edilir: “Ermənistan Minsk qrupunu “hazırkı status-kvonun uzanması” formatı kimi qavrayır. Ancaq məsələ burasındadır ki, bu qavrayış reallığa söykənir, erməni fantaziyası deyil. Ona görə də, ümid edirik ki, ən azından Avropa Birliyinin aparıcı dövləti sayılan Almaniya bu hesabatdan nəticə çıxaracaq. Hazırda ATƏT-ə sədrlik onun üzərində olduğundan Minsk qrupu turistlərinin münaqişənin həllinin uzadılmasına xidmət edən hərəkətsizlikləri və inhisarçı davranışlarına son qoymaq üçün qətiyyətli mövqe sərgilənəcək. Elə bir mövqe ki, sözügedən hesabatda da vurğulandığı kimi, regionda hər an başlana biləcək savaşı önləsin, Avropa Birliyinin özünün marağında olan Cənub Qaz Dəhlizini təhlükə altında qoymasın və Qərb yeni bir miqrant axınıyla üzləşməsin”.(13)
Yuxarıda qeyd olunduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi hazırda heç bir müsbət nəticə vermir. Azərbaycanın müharibə çağırışları və yaxud “öz torpaqlarını azad etmək hüququnu” bəyan etməsi hər dəfə beynəlxalq güclərin etirazı ilə qarşılanır və onlar bu məsələdə öz səylərini bir az da artırmaq imitasiyası nümayiş etdirirlər. Dağlıq Qarabağ probleminin həlli istiqamətindəki bütün səyləri o cümlədən, münaqişənin mövcud vəziyyətini dəyərləndirən beynəlxalq tədqiqatçıların fikrinə görə, problemin həlli, bir tərəfdən dünya birliyinin ciddi iradə nümayiş etdirməkdən imtina etməsi, digər tərəfdənsə münaqişəyə cəlb olunmuş Azərbaycan və Ermənistanın ciddi şəkildə silahlanması, müharibə meylinin artması fonunda günü-gündən çətinləşir ki, bu da Cənubi Qafqazın və bütövlükdə Avrasiyanın regional təhlükəsizliyini ciddi şəkildə təhdid edir.
Hazırda Dağlıq Qarabağ münaqişəsinin həllində həm Minsk qrupu və onu təmsil edən üçlük – ABŞ, Rusiya və Fransa, həm də digər beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və Dağlıq Qarabağın separatçı rejimini dəstəkləməsi faktını birmənalı şəkildə beynəlxalq hüquqa zidd hal kimi qiymətləndirməkdən, münaqişənin həlli istiqamətində vahid yanaşma nümayiş etdirməkdən boyun qaçırırlar. Onlar etnik separatizmə mənfi qiymət vermək, beynəlxalq hüququn “ölkələrin ərazi bütövlüyünün pozulmazlığı” prinsipini dəstəkləmək əvəzinə, “ərazi bütövlüyü” ilə “özünümüəyyənetmə” hüququ arasında tərəddüd etməkdə və balans axtarmaqda davam edirlər. Fikrimizcə, bu hal münaqişənin yaxın zamanlarda dinc yolla həllinə mane olan birinci əsas amildir. Konkret olaraq Dağlıq Qarabağ problemini və Cənubi Qafqazdakı digər etnik separatizm üzərində yaranmış münaqişə ocaqlarını təcavüzkar separatçılıq təmayüllərini birmənalı şəkildə pisləmədən və ciddi formada qarşısını almağa cəhd göstərmədən sülh yolu ilə həll etmək qətiyyən mümkün deyil. Əgər beynəlxalq aləm, xüsusən, sülhyaratma prosesinə cəlb edilmiş ATƏT-in Minsk qrupu bu məsələdə birmənalı mövqe nümayiş etdirməsə və ona uyğun da separatçı rejimlərə, onları açıq şəkildə dəstəkləyən ölkələrə qarşı ciddi tədbir görməsə, o zaman münaqişənin həlli mümkün olmayacaqdır.
Cənubi Qafqazın regional təhlükəsizlik sistemini ən çox təhdid edən münaqişələrin, xüsusən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolundakı ikinci əsas maneə bu separatçı rejimlərin 1990-cı illərdəki “ictimai təşəbbüslər” formasında deyil, təpədən dırnağadək silahlanıb millitaristləşmələri, hər birinin arxasında güclü hərbi baza və təminatçı dövlətin dayanması ilə bağlıdır. Belə halda nə Azərbaycan, nə Gürcüstan, nə də ki, oxşar aqressiv separatçı rejimlərlə mübarizə aparan hər hansı başqa ölkə bu münaqişələri dinc yolla həll etmək iqtidarında deyillər.
Hazırda beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını təsdiqləsələr də, bu halı birmənalı formada pisləməkdən, işğalçı dövləti ittiham etməkdən və beynəlxalq təsir mexanizmlərindən yararlanaraq, onu BMT-nin qətnamələrinə tabe etdirməkdən çəkinirlər. Ən yaxşı halda, həm BMT, həm ATƏT və Avropa Birliyi, o cümlədən sülhyaratma prosesinə cəlb olunmuş Minsk qrupunun həmsədrləri “iki ölkə arasında kompromis mövqelər axtarmaq” və “onların özlərinin ortaq nöqtələr tapması” yolu ilə gedərək, münaqişəni həll etməyə cəhd edirlər ki, bu da faktiki olaraq status-kvo vəziyyətini neçə illərdir ki, uzatmaqda davam edir.
Beynəlxalq təşkilatlar hesab edir ki, münaqişəni “iki tərəf” həll etməlidir, onlar isə bu işdə “əldə olunacaq razılığın pozulmazlığına” təminat verməlidirlər. Mütəxəssislərin fikrinə görə, əgər nəzərə alınsa ki, Azərbaycan üçün münaqişənin həli onun “ərazi bütövlüyünün təmin olunması və bu ərazilər üzərində suveren dövlət hüquqlarının tanıması” hesab olunur, Ermənistan və separatçı Dağlıq Qarabağ rejimi üçünsə - “Dağlıq Qarabağın Azərbaycandan qoparılması”, o zaman bu münaqişənin həllində qarşılıqlı kompromislərin nədən ibarət olacağını heç bir ekspert müəyyən edə bilməz.(14, s. 857-859)
Azərbaycan münaqişənin dinc vasitələrlə nizamlanması imkanlarının hələ də tükənmədiyi nəzərə alıb, Ermənistanla danışıqlar prosesini davam etdirir. Prezident İlham Əliyevin sözlərinə görə, “Biz danışıqlar aparırıq, ancaq bununla bərabər, hər an torpaqlarımızı işğalçılardan hərbi yolla azad etməyə hazır olmalıyıq”. (15)Ermənistanın hərbi təcavüzü Azərbaycanın təhlükəsizlik mühitinə əsas təhdidlərdən biri olaraq qalmaqdadır. (16)
Münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Buna görə də Azərbaycan Respublikasının Hərbi Doktrinasında qeyd edildiyi ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkmədiyi təqdirdə Azərbaycan “beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə hərbi güc daxil olmaqla bütün lazımi vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır”. (17)

 Geostrategiya" jurnalı  № 01 (31)  Yanvar -Fevral 2016


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM