ÇAĞDAŞ DÖVRDƏ NATO ÇƏRÇİVƏSİNDƏ ABŞ-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ

09:00 / 13.06.2016

Eldar Cəfərov,
Bakı Dövlət Universitetinin müəllimi

2000-ci illərdə beynəlxalq sistemdəki əsas dəyişiklik ondan ibarət oldu ki, ABŞ-ın diqqətini “terrorizmə qarşı mübarizə” məsələsinə cəlb etməsi NATO-nun strukturu, üzvlüyü və fəaliyyətində yeniliklər yarandı, təbii olaraq, bunun Türkiyəyə təsir etməməsi isə mümkün deyildi. 

11 Sentyabr hadisələri amerikan ictimaiyyətində dərin şok təsiri yaratmaqla birgə, ABŞ hökuməti bu addımı özünə qarşı müharibə planı kimi dəyərləndirmişdir. NATO da hadisəni ABŞ-a qarşı bir hücum faktı kimi dəyərləndirərək, Vaşinqton anlaşmasının 5-ci maddəsinə əsaslanmaqla, bu hücumun bütün üzv dövlətlərə qarşı olduğunu elan etmişdir. Hadisələrdən dərhal sonra ABŞ bu hücumların arxasında dayandığını düşündüyü Əfqanıstandakı Taliban hakimiyyəti tərəfindən də dəstəklənən “Əl-Qaidə” təşkilatına qarşı mübarizə aparmaq üçün beynəlxalq koalisiya yaratmaq cəhdlərinə başladı. Bu istiqamətdə həyata keçirilən əməliyyatlar nəticəsində Taliban Əfqanıstandakı hakimiyyətdən uzaqlaşdırılmış, “Əl-Qaidə” təşkilatı ilə bağlılığı olan yüzlərlə terrorist isə koalisiya gücləri tərəfindən zərərsizləşdirilmişdir.
11 Sentyabrda Vaşinqton və Nyu-Yorkdakı terror aktlarından sonra Türkiyə müttəfiqi olan ABŞ-a dərhal dəstək verdi. Ecevit hökuməti bir tərəfdən NATO-da ümumi müdafiəni nəzərdə tutan 5-ci maddənin ilk dəfə işlədilməsini dəstəklədi, digər tərəfdən də “Əl-Qaidə” üzvü olduğu iddiası ilə bəzi şəxsləri həbs etməyə və “Əl-Qaidə”-nin maddi qaynaqları mövzusunda ABŞ-la kəşfiyyat ortaqlığına başladı. Türkiyə hava məkanı dərhal ABŞ təyyarələri üçün açıldı və Əfqanıstana insani yardım və dəstək “İncirlik” bazası vasitəsi ilə göndərildi. [3, 40] ABŞ Əfqanıstanı işğala hazırlaşanda və bu məqsədlə ölkədə Talibana qarşı mübarizə aparan “Şimal İttifaqı”-na verdiyi dəstəyi artıranda Türkiyənin də bütün bu müddət ərzində yardımını aldı.
Türkiyə bir müddət idi ki, Şimal İttifaqının tərkibində olan Özbək general R.Dostum ilə təmas halındaydı. 90 xüsusi qüvvələr zabiti “Şimal İttifaqı”-na təlim keçmək məqsədilə Əfqanıstana göndərildi. [6, 8] Eyni zamanda Əfqanıstan, daha sonra da İraq işğalını gerçəkləşdirəcək ABŞ Mərkəz Komandanlığı və Almaniyadakı Avropa Komandanlığına əlaqə zabiti göndərildi. Əfqanıstan hadisələrində tutulan “Əl-Qaidə” və Taliban üzvlərinin Quantanamoya göndərilməsində Türk hava məkanının istifadəsinə və İncirliyə enməyə də icazə verildi.
Əfqanıstan hadisələri zamanı BMT TŞ-nın 1386 saylı qərarına əsasən 5 min nəfərlik “Beynəlxalq Təhlükəsizliyə Yardım Gücü” təşkil olunur. Mərkəzi Kabildə olan BTYG-nin altı aydan bir səlahiyyət müddətinin uzadılması və idarəçisinin dəyişdirilməyi nəzərdə tutulmuşdur. Əvvəl İngiltərənin həyata keçirdiyi nəzarət 2002-ci ilin aprel ayından Türkiyənin öhdəliyinə çevrildi. [2, 377] Ölkələrin burada nəzarətə sahib olmaq barədəki istəksizliyi nəticəsində 2003-cü il 11 avqustdan nəzarət NATO-ya həvalə edildi. Beləliklə, bu problemin müəyyən mənada həllinə gətirdi. Türkiyə isə NATO nəzarətindəki BTYG rəhbərliyini 2004-də təkrar aldı. Aprel 2002-ci ildən fevral 2003-cü ilə qədər 1300 əsgər ilə BTYG-yə rəhbərlik edən Türkiyə, 2005-ci ildə fevral-avqust arasında 30 ölkənin dəstək verdiyi 1450-si türk olan 8000 personala rəhbərlik etmişdir. [2, 378]
Ecevit dövrünün ABŞ ilə əlaqələr barədə ən vacib gündəm maddəsi olan İraqın işğalına gedən müddətdə Vaşinqton Türkiyənin dəstəyini almaq üçün ciddi cəhdlər göstərdi. Beləliklə, 11 Sentyabr hadisələrinin səbəbkarları nəzarət altına alınır, ABŞ isə bütün diqqətini Orta Şərq regionunda öz siyasəti ilə ziddiyyət təşkil edən rejimlərin hakimiyyətdən uzaqlaşdırılmasına verir.
Əfqanıstan hadisələri NATO-nun fəaliyyətində ABŞ-ın rolunun daha böyük olduğunu göstərmiş oldu. Artıq düşmən obrazı və onun necə cəzalandırılması ABŞ tərəfindən müəyyən olunurdu. Beləliklə, NATO Amerikan işğalçılıq siyasətinin itaətkar alətinə çevrilmiş olur.NATO 2003-cü ilin avqustundan Əfqanıstanda sülhqoruma əməliyyatlarına rəhbərlik edir, bununla da, ölkədə təhlükəsizliyin təmin olunması üçün şəraitin yaradılmasına yardım edir. [1, 153]
Fikrimcə, Türkiyə ilə münasibətlərə “NATO reaksiya qüvvələri” çərçivəsində də baxılmalıdır. 2002-ci il Praqa Zirvəsində alınan qərarla “NATO reaksiya qüvvələri” yaradıldı. [4, 314-315] Bu, quru, hava və dəniz ünsürlərindən ibarət, Şimali Atlantika Şurasının verəcəyi qərara əsasən 5 gün içində hərəkətə keçməli olan, sürətli reaksiya qabiliyyətinə malik 20 min nəfərlik bir hərbi birlik olmalı idi.
Türkiyə NATO-nun bu Reaksiya Qüvvələrinə quruluşundan etibarən olduqca həvəsli yaxınlaşdı. Hələ qurulan zaman İstanbul Ayazağadakı 3-cü hərbi komandanlığın bu qüvvələr üçün hazır saxlanılmasını təklif etdi. Bu təklif qəbul edildi və bu komandanlıq NATO içərisindəki 6 qərargahdan biri oldu. [4, 314-315]
Prezident C.Buşun “Şər üçbucağı”-na daxil olan İran, Şimali Koreya və İraqdakı S.Hüseyn rejimi Amerika hökuməti tərəfindən hakimiyyətdən uzaqlaşdırılmalı olan ilk hədəflər kimi müəyyənləşdirilmişdi. Bu məqsədləri həyata keçirmək üçün ABŞ tərəfindən gündəmə gətirilən İraqdakı Kütləvi Qırğın Silahlarının varlığı və İraqın hərbisizləşdirilməsi ideyaları Türkiyə tərəfindən təmkinli qarşılanmışdır.Türkiyəni narahat edən əsas məsələ İraqın ərazi bütövlüyü olmuşdur. Çünki müharibə nəticəsində İraqın parçalanması, nəticədə Şimali İraqda qurulma ehtimalı yaranan Kürd dövləti Türkiyənin təhlükəsizliyinə hədə idi.
ABŞ hələ 2003-cü ilin yanvar ayında NATO-ya müraciətində Türkiyəni gündəmə gətirmiş və İraq hücumu təhlükəsində Türkiyənin müdafiəsini tələb etmişdir. Bu məsələ NATO-da geniş müzakirəyə səbəb oldu [3, 43] Belə ki ,müzakirələr zamanı qərara veto qoymaqla işi pozan Almaniya, Belçika və Fransa ortaq açıqlama edərək bu hərəkətin Türkiyəyə qarşı yox, ABŞ-a qarşı alınmış bir qərar olduğunu bildirmişlər. Onlar eyni zamanda, Türkiyəyə qarşı hər hansı bir təhdid və ya hücum olarsa, NATO çərçivəsində hər növ yardım edəcəklərini də ifadə etmişlər.
NATO-nun 53 illik fəaliyyəti ərzində ittifaqın qarşılaşdığı ən gərgin böhran kimi dəyərləndirilən bu vəziyyətdə Türkiyə NATO anlaşmasının 4-cü maddəsinə əsaslanmaqla özünün təhdid altında olduğunu NATO-ya bildirərək hərbi hazırlıq planlarının həyata keçirilməyini istəyir. ABŞ-ın təklifi ilə bu məsələ Fransanın daxil olmadığı NATO Müdafiə Planlaşdırma Komitəsində müzakirə olunduqdan sonra Türkiyənin tələblərinə razılıq verilir. Türkiyəyə yardım məsələsində NATO üzvləri arasındakı baş verən mübahisələr Trans-Atlantika münasibətlərindəki gərginliyi ön plana çıxarmış oldu. Bu hadisələr NATO içərisində ABŞ-Avropa uyğunsuzluğunu ortaya çıxarmışdır.
ABŞ Reyqan dönəmində “Ulduz müharibələri” adı altında hücum raketlərini havada vurub əngəlləyəcək raketdən müdafiə sistemi proyektini ortaya atmış, bu taktika isə SSRİ-ni silahlanmağa məcbur edərək iqtisadi cəhətdən tükətmiş, lakin proyekt barədə ciddi irəliləyiş əldə olunmamışdı.Daha sonrakı Klinton idarəçiliyində bu mövzu “Raket qalxanı” adı ilə təkrar gündəmə gəlmişdi. Məqsəd isə ABŞ tərəfindən “üç şər qüvvəsi” elan edilən ölkələrin sahib olduğu raketləri vurmaq idi.Pentaqon Raket qalxanının məqsədini Avropanı və Avropadakı Amerika qüvvələrini qorumaq və İranın inkişaf edən nüvə potensialına qarşı müdafiə divarı yaratmaq olaraq elan etdi. NATO rəsmiləri də dünyada 30-a yaxın ölkənin raket sisteminə sahib olduğunu deyərək bu proyektə qoşuldular.
Obama hakimiyyətinin “mərhələlə və uyğunlaşdırılmış yaxınlaşma” olaraq müəyyən etdiyi bu proyekt 2011-ci ildən etibarən Aralıq və Qara dənizdəki raket sistemi daşıyan Aegis tipli döyüş gəmilərinin sayının artırılması, bunların Avropadakı radar istemi ilə uyğun hala gətirilməsi, daha mütəşəkkil və həssas radar sistemlərinin yaradılmasını nəzərdə tuturdu. 2015-ci ildən etibarən qurulacaq quruda raket və radar sistemləri də 2018-ə qədər tamamlanacaqdı. Ümumilikdə proyektin tam başa çatmağı isə 2020-ci ildə planlaşdırılırdı. Bu məqsədlə 400 sayda raket istehsal olunmalı, radar sistemi isə RF-nın daxilini deyil, İranı yoxlayacaqdı. [4, 318]
Raket qalxanı mövzusu, İrana sanksiyalar haqqında BMT qərarına Türkiyənin TŞ-də əleyhinə səs verməyi və bununla əlaqədar olaraq Türkiyənin Qərbdən uzaqlaşmağı barədə mübahisələrin baş verdiyi dövrə təsadüf etdi və Türkiyənin Qərb sistemi içində mövcudluğunu test edəcək bir imtahan kimi göründü.
Türkiyə bu növ havadan müdafiə sisteminə sahib deyildi və NATO çərçivəsində yaradılacaq raket qalxanı proyektinə müsbət yanaşırdı. Türkiyə raket qalxanı barədə mövqeyini 3 istiqamətdə dilə gətirdi: a) Raket qalxanı Türkiyə ərazisini bütövlükdə əhatə etməli idi, b) mövzuyla əlaqədar olaraq veriləcək bəyannamədə hər hansı bir ölkənin, hansı ki, İran nəzərdə tutulur, adı keçməməliydi, c) Türkiyəyə sadəcə radar sistemi qurulmalı idi, raketlər yerləşdirilməli deyildi. Sonuncu tələb dəqiq formada irəli sürülməmişdi. [4, 319]
19-20 noyabr 2010-cu ildə Lissabonda keçirilən Zirvə toplantısında qəbul olunan bəyannamədə RF-nın Raket qalxanına dəvət edilməsi ilə yanaşı, hər hansı bir ölkə təhdid olaraq müəyyənləşdirilmədi və Türkiyə də digər üzvlər kimi proyekti təsdiqlədi.
İnformasiya sisteminin qurulmağı üçün Türkiyədəki Malatya bölgəsinin Kürecik ilçəsi seçildi. Bu seçimdə Kürecikin həm Aralıq dənizindəki döyüş gəmilərinə, həm də İranla sərhəddə olan yaxınlığı mühüm rol oynadı. Türkiyə daxilində tez-tez etirazlara və nümayişlərə səbəb olsa da, 2011-ci ildən başlayaraq təsisatın qurulmağı prosesinə başlanıldı. Təsisatda ABŞ-dan olan hərbi mütəxəssislərin, Almaniyadakı mərkəzdə isə bir Türk komandanın vəzifəyə göndərilməsi qərara alındı. [4, 319]
İctimaiyyətdə Raket qalxanının İsraili də qoruyacağı şəklində mübahisələr baş qaldırdı. Hökumət bunu rədd etdikdə bəzi mənbələr hələ 2008-ci ildə ABŞ-ın İsrailə eyni növdə radar sistemi verdiyini dilə gətirdilər.
İran isə Türkiyənin hərəkətlərinə görə narahatlığını bildirməklə reaksiya verdi və ərazilərini İrana qarşı istifadə edəcək ölkələri düşmən olaraq görəcəyini elan etdi. [4, 319] Bundan əlavə İran rəsmiləri ABŞ və ya İsrail tərəfindən ediləcək hücum hərəkətində Kürecikdəki təsisatı vuracaqlarını elan etdilər. Rusiya da radar bazasının Türkiyədə qurulmağına etiraz etdi. Beləliklə, raket qalxanı bir tərəfdən Türkiyə ilə ABŞ arasındakı münasibətləri daha da dərinləşdirmiş, digər tərəfdən “qonşularla sıfır problem” siyasəti üçün problemlər yaratmışdı.
“Terrorizmə qarşı mübarizə” və Əfqanıstan hərəkatı məsələlərində verdiyi dəstəyi nəzərə alan ABŞ Türkiyəyə 2001-ci ildə 20 mln, 2002-ci ildə 28 mln, 2003-cü ildə 17,5 mln dollar həcmində yardım etmişdi. [4, 319] Lakin Türkiyənin müdafiə sahəsindəki xərclərini nəzərə aldıqda bu miqdarın çox az olduğu da bəlli olurdu.
2011-ci ilin əvvəllərində Liviyada başlayan Qəddafi və hökumət əleyhinə nümayişlər qısa bir müddətdə böyüdü və BMT TŞ Liviyadakı daxili qarışıqlıqların beynəlxalq sülh və təhlükəsizliyi təhdid etdiyini dilə gətirərək həmin ildə Liviya hökumətinə insan haqları barədə beynəlxalq hüquqa zidd hərəkətlər etməyi dayandırmaq barədə tələblər qoyan və tədbir üçün silah embarqosunu nəzərdə tutan 1970 saylı qərarı aldı. Arxasından 2011-ci ildə verilən 1973 saylı qərarla Liviyaya atəşkəs çağırışı edilmiş, təhlükə altındakı mülki əhalinin qorunmağı üçün BMT üzvü ölkələrin və ya regional təşkilatların bir işğala yol açmadan lazımi tədbirləri görməklərinə icazə verilmiş və Liviya ərazisi üstündə uçuşa qadağa qoyan bir sahə yaratmaq haqqında qərar verilmişdir.[2, 382]
Birləşmiş Qoruyucu Hərəkatı adı verilən NATO hərəkatına Türkiyə 29 mart-31 oktyabr 2011 tarixləri arasında 1 dəstək gəmisi, 1 sualtı gəmi, 6 F-16 havadan müdafiə təyyarəsi, iki KC-135 tanker təyyarəsi, xüsusi qüvvə qərargah personalı və sualtı vəzifə, amfibi hərbi dəstələri təmin etmişdir. [2, 382]
2012-ci il Türkiyə ABŞ münasibətlərində əsasən ön plana çıxan məqam Suriyadakı B. Əsəd rejimi ilə bağlı oldu. Hələ 2011-ci ilin martın 15-dən Əsədə qarşı nümayişlər bütün ölkəni bürüdü. Lakin B.Əsədin müqaviməti nəticəsində ölkəni vətəndaş müharibəsi bürüdü. Suriyada sabitliyi pozan əsas amil kimi isə elə ABŞ, İngiltərə, Fransa və İsrail kimi ölkələrlə və Suriyanı bölmək istəyən digər güclər qeyd olunur. 2011-ci ilin iyulunda, hələ Suriyadakı hadisələr rejimə qarşı etiraz formasında mövcud olduqda İran, Suriya və İraq 10 mlrd dollarlıq qaz kəməri tikintisi barədə razılığa gəldilər.ABŞ və Türkiyə isə bu məqamda Suriyaya müxalif ölkələr mövqeyində möhkəmlənsə də, B. Əsəd Çin və Rusiyanın dəstəyini almış vəziyyətdə idi. Lakin bu vaxt ərzində ABŞ tərəfindən qəti addımların atılmadığı qeyd edilməlidir.
Həmin ilin mart ayında İstanbulda Suriyanın Dostları iclası keçirildi. H. Klinton Suriyadakı şiddətin dayanmayacağı təqdirdə bunun ciddi nəticələri olacağını irəli sürdü. R.T. Ərdoğan isə nitqində B. Əsədin verdiyi sözləri tutmadığını dilə gətirdi. [8]
2012-ci il 20-21 mayda ABŞ-da tarixdə ən geniş iştirakçı kütləsi olan NATO zirvə toplantısı baş tutdu. Zirvədə ikitərəfli danışlq aparmayacağını irəli sürən Obama A. Gül üçün bir istisna etdi. A.Gülün Suriyaya ABŞ müdaxiləsini tələb etməyi Obamanın ABŞ-ın bu mözudan kənar qalmağının qeyri-mümkün olduğu cavabı ilə nəticələndi. [5, 147-148] Suriya məsələsi Zirvə toplantısı gündəminə gəlsə də, əsas məsələ halına çevrilə bilmədi.
2013-də NATO-nun ən mühüm gündəm maddələrindən biri Suriya məsələsi oldu. Türkiyə qonşu Suriyadakı vətəndaş müharibəsi zamanı öz təhlükəsizliyini təmin etməyə cəhd göstərmiş, üzvü olduğu NATO da bir təşkilat kimi bəzi qabaqlayıcı tədbirlər almaq məcburiyyətində qalmışdır. Türkiyə Suriyadan gələn qaçqınların sığındığı ölkə olmaqla yanaşı, NATO-nun da böhran ərazisinə sərhəddidir. Türkiyə hələ 2012-ci ilin noyabr ayında NATO-dan havadan müdafiə sisteminə dəstək göndərilməsi tələbi irəli sürdü. [5, 149] Türkiyənin bu tələbi isə həm onun müdafiəsinin gücləndirilməsi, həm də hansısa hücum aktının qarşısını almaq üçün NATO tərəfindən müsbət qarşılanır. 2013-cü ilin yanvar ayı ərzində isə Almaniya, Niderland və ABŞ-dan gələn dəstək qüvvələri Türkiyə ərazisində yerləşdirildi.
Suriya böhranı gözlənildiyi kimi qısa müddət davam etməyib Türkiyə üçün açıq təhdidə çevriləndə NATO-dan Türkiyəyə dəstək açıqlamaları gəldi. Bu ərəfədə NATO Baş Katibi Türkiyəyə ediləcək hücumun bütün təşkilata qarşı çevriləcəyini bildirərək əlavə edir ki, NATO Türkiyənin hücuma məruz qalmayacağı təqdirdə Suriyaya hərbi müdaxilənin əleyhinədir.
Hazırda Birləşmiş Ştatlar öz nüvə arsenalını 5 ölkədə saxlayır ki, bunlar Türkiyə istisna olmaqla, Belçika, İtaliya, Almaniya və Niderlanddır. ABŞ-dan kənarda sadəcə 200 B61 tipli nüvə raketi mövcuddur ki, onların da yarısı Türkiyə ərazisində yerləşir. Ağ ev bu nüvə silahlarından sadəcə ya ABŞ-ın özünə nüvə hücumu baş verdikdə, ya da bu silahlardan istifadə ABŞ-a qarşı ola biləcək nüvə hücumu təhlükəsinin qarşısının alınmağında rol oynayacağı zaman istifadə edə bilər.
Müasir dövrdə NATO çərçivəsində Türkiyədəki hərbi bazaları belə qeyd etmək olar:
Afyonkarahisar Hərbi Hava Limanı. Türkiyənin ən böyük, NATO-nun isə 2-ci böyük hərbi hava limanı hesab olunur. İzmir Hava Bazası- NATO-nun Türkiyədəki ən qədim hərbi bazasıdır.Bundan əlavə Şile Bazası, Van-Pirreşit və Mardində NATO-ya bağlı Birləşdirilmiş Hava Hərəkat Mərkəzlərini də qeyd etməliyik.
Hazırda:
1. İncirlik bazasında ABŞ hava qüvvələrinin 39-cu əsas Jet Bazası yerləşməkdədir.
2. İzmir Hava Bazası 42 təyyarə və 300 hərbi personalı özündə birləşdirir.
3. Şile Bazası Stinger raketlərinin atılmağını təmin edən beybəlxalq standartlarda bir bazadır.
4. Konyada 3-cü əsas Jet Komandanlığı yerləşir. İraq müharibəsi zamanı ABŞ təyyarələri burada saxlanılmışdır.
5. Balıkesir Bazasında 9-cü əsas jet Komandanlığı yerləşir. Bu bazada 6 ədəd “vault” adlanan raket ambarı mövcuddur.
6. Afyonkarahisar Hərbi hava limanı NATO tərəfindən Əsas Jet təmir bazası kimi istifadə olunur.
7. Malatya - Kürecikdə Raket qalxanı radarları yerləşir. [10]
Türkiyə NATO ölkələri içində hərbi gücü yüksək səviyyədə olan bir ölkədir. Türkiyənin Beynəlxalq Təhlükəzsizliyə Yardım Qüvvələri tərkibində Əfqanıstanda 1790 əsgəri yerləşməkdədir. Əfqanıstanda dövlət yaradılması, təhlükəsizlik və sabitliyi təmin etmək sahələrində türkiyənin gündən günə artan rolu NATO üzvləri başda olmaqla bütün dünyanın diqqətini çəkməkdədir. Türkiyənin Əfqanıstan ilə münasibətləri Dost və Qardaş ölkə zəminində inkişaf etməkdədir. Türkiyənin buradakı addımları təkcə Əfqanıstan ya da ABŞ tərəfindən yox, həm də beynəlxalq arenada təqdir edilir. NATO üzvləri 2011-ci ildən başlayaraq hissə-hissə geri çəkilib 2014-cü ilə qədər bu ərazidən tam çıxmağı planlaşdırır. Türk orduları da NATO-nun müəyyənləşdirəcəyi cədvəl üzrə buradan çıxmalıır. [10]
Türkiyə-NATO münasibətlərinin inkişafında ən önəmli hadisələrdən biri də NATO Baş Katibinin müavini vəzifəsinə səfir H.Diriözün gətirilməsi ilə əlaqədardır. H.Diriöz 31 illik fasilədən sonra NATO Baş katibinin müavini vəzifəsinə gətirilən ilk türk rəsmisidir. Bu amil Türkiyənin NATO içindəki mövqeyinin get-gedə inkişaf etdiyini göstərən önəmli göstəricilərdən biridir.
Türkiyənin NATO üçün önəmli olduğu və hər zaman NATO tərkibində təsir dairəsi güclü olan bir mövqedə yerləşdiyi bəllidir. Türkiyə iqtisadiyyatı xarici kapital, aktiv ticarət, iqtisadi və maliyyə əlaqələri baxımından ABŞ, Aİ və Rusiya olmaqla yanaşı, qonşu ölkələrlə yüksək xarakterə malikdir. [8, 17] Obama administrasiyası 2005-ci ildən həyata keçirilən Türkiyə ilə çoxtərəfli əməkdaşlıq xəttini davam etdirir [7, 231]
Əfqanıstan hadisələri də SSRİ-nin çöküşündən sonra yenə də belə güclü təsirin varlığından xəbər vermişdir. Lakin son zamanlarda bu mövqenin, hətta NATO ilə təşkilati bağlılığın da sual altında olduğu da məlumdur. “NATO Türkiyə üçün bir güc deyil, bir yükdür”- deyənlərin sayı artmaqdadır. Bu suallar və tənqidlər həqiqətdə Türkiyənin kapitalist ölkələrin liderləri ilə yaşamaqda olduğu münasibətlərin suallar yaradan və tənqidə məruz qalan olduğunu göstərir.Unutmaq olmaz ki, NATO-nun bir məqsədi də kapitalist sistemi və kapitalist dünyanı qorumaqdan ibarətdir. NATO ilə olan münasibətlərin gələcəyi isə əsasən kapitalis ölkələr və ən çox da ABŞ ilə olan münasbibətlərin xarakterinə əsasən müəyyənləşəcək.

 

 Geostrategiya" jurnalı  № 01 (31)  Yanvar -Fevral 2016


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM