X X X
Azərbaycan-ABŞ münasibətlərinin ölkəmizin xarici siyasət strategiyasının prioritetlərindən birinə çevrilməsi bir sıra mühüm amillərə bağlıdır və onları aşağıdakı kimi sıralamaq olar:
- Soyuq müharibənin bitməsi və SSRİ-nin dağılmasından sonra dünyada mövcud olan ikiqütblülüyün aradan qalxması ilə Amerika Birləşmiş Ştatlarının dünyanın hegemon dövləti səviyyəsinə yüksəlməsi;
-ABŞ-ın müasir beynəlxalq münasibətlərdə mühüm rol oynayan Şimali Atlantika Müqaviləsi Təşkilatında tutduğu mövqe;
-Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması sahəsində ATƏT-in Minsk qrupunun həmsədri rolunda çıxış etməsi;
-BMT TŞ-nin 5 daimi üzvündən biri olması;
-Dünyanın siyasi, iqtisadi, hərbi və digər sahələrdə inkişaf etmiş dövlətlərindən biri olması.
Təbii ki, bütün bunlarla yanaşı, Amerika Birləşmiş Ştatları da Azərbaycan müstəqillik əldə etdikdən sonra onunla qarşılıqlı münasibətlər yaratmaq və inkişaf etdirməkdə maraqlı olmuşdur. İndi isə bu marağın əsas səbəblərinə diqqət yetirək.
Birincisi, Azərbaycan Respublikası ABŞ-ın maraqlarını və xarici siyasətini müəyyən edən üç regionun – Yaxın Şərq, Avropa və Asiya regionlarının kəsişdiyi mühüm strateji nöqtədə yerləşir.
İkinci əsas səbəb Azərbaycanın malik olduğu zəngin neft və qaz ehtiyatlarıdır ki, 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz bu ehtiyatlarını Qərb bazarına açmaq və ABŞ şirkətləri ilə iqtisadi əlaqələri inkişaf etdirmək qərarını vermişdir.
Üçüncü əsas səbəb isə Cənubi Qafqaz regionunda müstəqillik qazanmış digər dövlətlərlə müqayisədə Azərbaycan Respublikasının insan hüquq və azadlıqlarına, demokratiya prinsiplərinə daha çox önəm verməsi, bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasında ardıcıl səylər göstərməsi və qərbyönümlü siyasət nümayiş etdirməsidir. Bu da ABŞ-ın Qafqazla bağlı prioritetlərinin həyata keçirilməsinə imkan yaradan əsas amillər sırasındadır.
Beləliklə, bu maraqlardan çıxış edən hər iki dövlət qarşılıqlı münasibətlərin qurulması və inkişafında 1991-ci ildən bəri mühüm addımlar atmışdır. 1991-ci il oktyabrın 18-də Azərbaycanda müstəqillik haqqında Konstitusiya Aktı qəbul ediləndən sonra onun müstəqilliyini ilk tanıyan dünya dövlətlərindən biri də məhz Amerika Birləşmiş Ştatları oldu. Həmin ilin dekabrın 25-də rəsmi Vaşinqton öz müstəqilliyini elan etmiş Azərbaycan dövlətini rəsmi tanıdığını bəyan etmiş və çox keçmədən iki dövlət arasında diplomatik münasibətlər yaratmaq üçün müəyyən addımlar atmağa başlamışdır.
ABŞ-ın xarici siyasət idarələri Qafqazda əlverişli geosiyasi mövqeyə, bölgənin ən iri, zəngin və perspektiv inkişaf imkanlarına malik ölkəsi olan Azərbaycana tam müstəqil siyasət yeritməyə, gələcəkdə Birləşmiş Ştatların əsl tərəfdaşı və müttəfiqi olmağa qadir bir dövlət kimi baxırdı. Vaşinqtonda hesab edirdilər ki, Azərbaycan ayrı-ayrı dövlətlərin imperiya ambisiyalarından müvəffəqiyyətlə xilas olacaq, tam müstəqil və qərbyönlü siyasət yeridəcək, Qafqazda ABŞ-ın və Avropa İttifaqının strateji tərəfdaşına, sülhün, demokratiyanın, insan hüquq və azadlıqlarının bu bölgədə əsas təminatçısına çevriləcək, dünyəvi, hüquqi dövlət quracaqdır.
Lakin bununla belə, 1992-ci ildə Azərbaycan Respublikasında baş verən hakimiyyət dəyişikliyi və o vaxtkı hökumətin yeritdiyi qüsurlu xarici siyasət, eləcə də Ermənistanın Azərbaycana təcavüzü və erməni lobbisinin fəaliyyəti nəinki ABŞ-da ölkəmizə olan marağı və onun Qafqaz regionunda kəsb etdiyi əhəmiyyəti heçə endirdi, hətta Vaşinqtonun respublikamıza qarşı ciddi sanksiyalar tətbiq etməsinə gətirib çıxardı. Məhz bunun nəticəsində 1992-ci ilin axırlarında ABŞ Konqresi Azərbaycana hər cür yardım göstərilməsini qadağan edən “Azadlığı Müdafiə Aktı”na “907-ci düzəliş” deyilən sənəd qəbul etdi. Bununla da Azərbaycan-ABŞ münasibətlərində ciddi soyuqluq yarandı.
Lakin bu, elə də uzun çəkmədi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin daxili və xarici siyasətində yaranmış xaos aradan qaldırıldı və münasibətlərin normallaşdırılması istiqamətində mühüm addımlar atıldı ki, nəticədə “Azadlığı Müdafiə Aktı”na dair “907-ci düzəliş”ə baxmayaraq, ABŞ Azərbaycana yenidən yardım etməyə başladı. Beləliklə, Heydər Əliyevin hakimiyyətə gəlişi və yeritdiyi məqsədyönlü xarici siyasət Azərbaycan ilə ABŞ arasında yaranmış soyuqluğa son qoyaraq, münasibətlərdə yeni mərhələ açdı.
Qeyd edək ki, Azərbaycan Respublikasının xarici siyasətində ABŞ kimi aparıcı dövlətlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin ən başlıca səbəblərindən biri Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının geri qaytarılması yolunda özünə mühüm tərəfdaş qazanmaq istəyidir. Lakin bununla belə, uzun illər Azərbaycan-ABŞ münasibətlərinin inkişafı istiqamətində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən mühüm addımlar atılsa da, hər iki dövlət artıq strateji tərəfdaşlıq səviyyəsinə qədəm qoysa da, Dağlıq Qarabağ probleminin həllində ABŞ-ın mövqeyi birmənalı deyildir.
Təbii ki, bunun da bir sıra səbəbləri vardır. Ən başlıca səbəb beynəlxalq münasibətlərdə mühüm amillərdən birinə çevrilən din amilidir ki, Azərbaycanda İslam dininin üstünlük təşkil etməsi ABŞ-ı xristian dünyasının təəssübkeşliyini çəkməyə vadar edir. İkinci əsas səbəb isə Dağlıq Qarabağ münaqişəsinin həllinə hələ ki, ABŞ-ın milli maraqları səviyyəsində baxılmamasıdır. Yəni, bu məsələyə sadəcə ümumi maraqlar aspektindən yanaşılır. Bunu Nyu-Yorkda Kolumbiya Universitetinin Harriman İnstitutunda Qafqaz üzrə tədqiqatçı professor Linkoln Mitchellin sözlərindən də görmək olar: “ABŞ Qarabağ münaqişəsinin həllində maraqlıdır, amma biz onu sizin yerinizə edə bilmərik”. Üçüncü amil isə, bu məsələnin həllinin ABŞ-ın digər dövlətlərlə, xüsusilə də Rusiya Federasiyası ilə münasibətlərinə ciddi təsir edə biləcəyidir. Digər bir problem isə ABŞ-da erməni lobbisinin üstünlük təşkil etdiyi ştatların senatorlarının Konqresdə onların mövqeyini dəstəkləmək məcburiyyətində qalmasıdır. Bu da məsələ ilə bağlı fikir ayrılıqlarına, müvafiq olaraq xarici siyasətdə Azərbaycan ilə bağlı müxtəlif mövqelərin yaranmasına gətirib çıxarır.
Bütün bunlarla yanaşı, ABŞ təbii ki, öz maraqları daxilində (əsasən Yaxın Şərqlə bağlı və iqtisadi maraqlar) Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olmasının tərəfdarı kimi çıxış edir. 2010-cu il fevralın 25-də Massaçusets ştatının Nümayəndələr Palatası, 2011-ci ildə Texas ştatı, 2012-ci ilin martında Mein ştatının Nümayəndələr Palatası tərəfindən Xocalıda soyqırımı törədilməsi faktının tanınması haqqında qətnamələrin qəbulu, eləcə də bir sıra digər ştatlarda bununla bağlı bəyanatların yayılması ABŞ-ın məsələnin həllinə o qədər də biganə yanaşmadığını göstərir. Təbii ki, bütün bunlar Azərbaycan diplomatiyasının uğurlu fəaliyyətinin göstəricisidir.
Xüsusən ABŞ-da 2001-ci il 11 sentyabr hadisəsindən sonra, bütün dünyanı təhdid edən terrorizmlə mübarizədə Azərbaycanın Birləşmiş Ştatlarla müttəfiqlik etməsi və 2001-ci ildə Əfqanıstanda yaradılmış beynəlxalq antiterror koalisiyasının fəal üzvlərindən birinə çevrilməsi əlaqələrə müsbət impulslar vermişdir. Məhz bu hadisədən sonra ABŞ hökuməti “907-ci düzəliş”i nəzərdən keçirməyə başlamış, Ağ evin sabiq rəhbəri Corc Buş beynəlxalq antiterror koalisiyasının üzvü olan Azərbaycana qarşı tətbiq edilən “907-ci düzəliş”in dayandırılması məsələsini qaldırmış və nəticədə 2002-ci ilin yanvarından düzəlişin qüvvəsi dayandırılmışdır.
Qeyd etməliyik ki, Azərbaycan-ABŞ münasibətlərinin inkişafı digər sahələrdə öz müsbət nəticəsini verməkdədir. Buraya iqtisadi, elmi-mədəni, enerji, beynəlxalq terrorçuluqla mübarizə və bir sıra digər sahələr üzrə əlaqələri aid etmək olar. Bunlardan ən başlıcası enerji sahəsində əməkdaşlıqdır. Bu əməkdaşlığın əsasını isə neft strategiyası təşkil edir. 1994-cü ilin sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın Qərbin nüfuzlu dövlətləri, xüsusilə də ABŞ üçün sərfəli iqtisadi tərəfdaşa çevrilməsi prosesinin əsasını qoymuşdur. 1990-cı illərin ikinci yarısında 16 ölkənin aparıcı neft şirkətləri ilə ARDNŞ arasında 26 yeni neft müqaviləsi imzalanmışdır ki, onların böyük bir qismində ABŞ-ın Amoko, Yunokal, Pennzoyl, Eksson, Şevron, Mobil şirkətləri fəal iştirakçı olmuşdur.
ABŞ-ın iqtisadi sahədə Azərbaycan ilə əlaqələrə nə dərəcədə önəm verməsini təkcə 1998-ci ilə qədər Azərbaycanın neft sənayesinə qoyulan 1,7 milyard dollar vəsaitin 700 milyon dollarının yalnız ABŞ şirkətlərinə məxsus olması faktı da təsdiqləyir.
Ümumilikdə son 20 ildə Azərbaycan–ABŞ strateji tərəfdaşlığının daim yüksələn xətlə inkişaf etdiyini vurğulamaq olar. Bununla belə, qeyd etməliyik ki, 2009-cu ildə ABŞ-da baş verən hakimiyyət dəyişikliyi – respublikaçıların hakimiyyətdən getməsi və demokrat Barak Obamanın hakimiyyətə gəlməsi təbii olaraq ABŞ-ın xarici siyasət prioritetlərində müəyyən dəyişikliklərlə nəticələndi. Bu, digər məsələlərdə olduğu kimi, Azərbaycanla münasibətlərdə də özünü göstərdi. Belə ki, Prezident B.Obama başda olmaqla, demokratların siyasətə gətirdikləri yeniliklər Azərbaycan-ABŞ münasibətlərində bir müddət soyuqluq yaranmasına səbəb oldu. Bunun əsas təzahürlərindən biri kimi, ABŞ-ın Azərbaycana təyin etdiyi səfir Mətyu Brayzənin geri çağırılmasını göstərmək olar.
Hazırda bütün bunlar geridə qalmışdır və bu gün Barak Obama Administrasiyası da Azərbaycan ilə əlaqələrə önəm verir. İkitərəfli münasibətlərin sağlam inkişafı baxımından Bakıda 2013-cü ilin mayında keçirilən “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumu xüsusi əhəmiyyətə malik olmuşdur. Yüksək səviyyəli bu forumda Azərbaycan və ABŞ-dan dövlət və hökumət nümayəndələri, siyasət, elm xadimləri, hərbi və iqtisadi elitanın təmsilçiləri iştirak etmişlər. Azərbaycan Prezidenti İlham Əliyev forumda çıxışında ABŞ-Azərbaycan əlaqələrindən bəhs edərək demişdir ki, ikitərəfli münasibətlərdə iqtisadi və təhlükəsizlik məsələləri ön planda dayanır: “Biz təhlükəsizlik sahəsində sıx əməkdaşlıq edirik və Azərbaycan hərbçiləri Əfqanıstanda sülhyaratma proseslərində iştirak edir. Azərbaycan Əfqanıstana daşınan yüklərin 40 faizini nəql edir və bizim marşrut ən təhlükəsiz marşrutdur. Terrorizmlə mübarizəyə də Azərbaycan öz töhfəsini verir”. Eyni zamanda, Dağlıq Qarabağ probleminin həllində ABŞ-ın mühüm rolunu vurğulayan Prezident İlham Əliyev yekun nəticənin əldə olunmadığını da təəssüflə qeyd etmiş və münaqişənin həllinin Cənubi Qafqazda inkişafa təkan verəcəyini bildirmişdir.
Beləliklə, bu gün Azərbaycan Respublikası Cənubi Qafqaz ölkələri içərisində Avropanın enerji təhlükəsizliyində əsas rol oynayan layihələrin başlıca aktoru kimi çıxış edir ki, bu da Qərbin, o cümlədən ABŞ-ın Azərbaycan ilə əlaqələrinin inkişaf etdirilməsində ən mühüm amildir.
Təbiidir ki, bu əlaqələrin inkişafında Azərbaycanın son illərdə qazandığı nailiyyətlər də əsas rol oynayır. Artıq Azərbaycan Respublikası beynəlxalq arenada özünü təsdiqləmiş bir dövlət kimi çıxış edir. Bu gün Azərbaycan ilə münasibətlər artıq bir çox dünya dövlətlərinin xarici siyasət prioritetləri sırasındadır. Azərbaycanın beynəlxalq aləmdə malik olduğu mövqe və zəngin enerji ehtiyatları Azərbaycanın ABŞ üçün də marağını artırır.
2013-cü ilin iyununda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Vaşinqtona səfəri çərçivəsində keçirilən görüş zamanı vaxtilə “907-ci düzəliş”i təklif edən ABŞ Dövlət katibi Con Kerri Azərbaycanın ABŞ-ın önəmli tərəfdaşı olduğunu vurğulamış, ölkəmizin Əfqanıstanda NATO-nun Beynəlxalq Sülhə Dəstək Qüvvələrinə (İSAF) yardımını, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni və ABŞ üçün önəmli olan digər məsələlərdə böyük rol oynadığını qeyd etmişdir. Bu fakt özlüyündə münasibətlərin müasir inkişafının təzahürü kimi qiymətləndirilə bilər. Eyni zamanda, C.Kerrinin Ermənistan-Azərbaycan münaqişəsinin regionun sabitliyinə təhdid olduğunu bildirərək, ABŞ-ın Minsk qrupunun həmsədr ölkəsi qismində tərəflərə münaqişənin həllini tapmağa kömək edəcəyini dilə gətirməsi münasibətlərdə bir zamanlar yaranmış soyuqluğun aradan qalxdığını göstərir.
Beləliklə, göründüyü kimi, Azərbaycan müstəqillik dövründə apardığı siyasət nəticəsində, sadəcə olaraq, Böyük İpək Yolunun kəsişdiyi strateji dayanacaq olmaqdan çıxaraq, mühüm əhəmiyyət kəsb edən bir ölkəyə çevrilmişdir. Bu gün də eyni reallıqdan çıxış edərək demək mümkündür ki, getdikcə intensivləşməkdə olan əlaqələr Qafqaz bölgəsində Azərbaycanı ABŞ-ın iqtisadi tərəfdaşı səviyyəsinə yüksəltmişdir.
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM