İyulun 29-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin “Qax”, “Zaqatala” və “Balakən” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Strategiya.az SOCAR-ın saytına istinadən məlumat verir ki, təmir müddətində Qax, Zaqatala və Balakən rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.