Bakı Dövlət Universitetinin dosenti
İranın nüvə proqramı məsələsi beynəlxalq ictimaiyyəti narahat edən yeni hadisə deyildir. Ölkədə 50 ildən artıq bir müddətdə nüvə proqramı ilə bağlı işlər görülməkdədir və bu prosesi şərti olaraq 2 mərhələdə izləmək mümkündür. Birinci mərhələ sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin hakimiyyəti illərinə təsadüf edir. İkinci mərhələ isə 1979-cu il İslam inqilabından sonra başlayıb, indiyədək davam etməkdədir.
İranın nüvə sahəsində tədqiqatlarının birinci mərhələsinin əsası 1957-ci ildə qoyulmuşdur. Həmin il İran ABŞ-ın « Sülh üçün atomlar» proqramı çərçivəsində rəsmi Vaşinqton ilə atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq haqqında saziş imzalamışdır. Proqramın tələblərinə müvafiq olaraq növbəti il İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (MAQATE) üzv qəbul olunmuşdur. Qeyd olunan proqram nüvə energetikasının inkişafında ABŞ-ın İrana yardım göstərməsini ehtiva edirdi. Daha dəqiq desək, sənədə əsasən ABŞ İranı nüvə qurğuları və avadanlıqları ilə təchiz etmək öhdəliyi götürür, rəsmi Tehran isə öz nüvə obyektlərinin dinc məqsədlərlə istifadə olunduğunu sübut etmək üçün müvafiq monitorinq və müfəttiş işlərinin aparılmasına təminat verirdi.
1960-ci ildə qeyd olunan saziş və MAQATE-nin maliyyə-texniki dəstəyi əsasında ABŞ Tehran elmi-tədqiqat mərkəzini 5 meqavatt gücündə tədqiqat reaktoru ilə təchiz etmişdir. Reaktor yanacaq qismində 5,5 kq yüksək zənginlikli urana malik idi. Elə həmin il ABŞ bu mərkəzə ildə 600 qrama qədər pluton ayrılmasına imkan verən isti kameralar quraşdırdı.
Yeri gəlmişkən onu da qeyd edək ki, İran həmin illərdə kütləvi qırğın silahlarının (KQS) yayılmaması sahəsində beynəlxalq qanunvericiliyin tələblərinə əməl edilməsi istiqamətində konstruktiv mövqe nümayiş etdirmişdir. Ölkə 1969-cu ildə “Kütləvi qırğın silahlarının yayılmaması haqqında müqavilə”yə imza atmış, 1970-ci ildə isə onu ratifikasiya etmişdir.
1970-ci illərin əvvəllərində İranda energetika kompleksinin şaxələndirilməsi (diversifikasiyası) proqramı qəbul edildi. Proqramda atom energetikasının inkişafı prioritet istiqamət kimi müəyyənləşdirildi. Bu mövqe bir tərəfdən dünyada karbohidrogen ehtiyatlarının qiymətinin artması ilə bağlı idisə, digər tərəfdən Məhəmməd Rza Pəhləvinin simasında ölkə rəhbərliyinin ən qabaqcıl texnologiyalar, xüsusilə uranın zənginləşdirilməsi və atom reaktorlarının əldə edilməsi sahəsində müasir imkan və mexanizmlərə malik olmaq istəyi ilə əlaqədar idi. İran şahı neftin satışından əldə edilən böyük gəlirlər, yüksək texnologiyalar və istehsala qoyulan əsaslı vəsait hesabına 1983-cü ilədək ölkəni dünyada beşinci sənayə dövlətinə çevirmək kimi olduqca ambisiyalı vəzifə irəli sürmüşdü. Başqa sözlə, İran orta əsrlərdən nüvə əsrinə sıçrayış etməli və Qərbi Asiyanın Yaponiyası olmalı idi.
Bu baxımdan 1974-cü ilin martında İran şahının ölkənin atom energetikasının inkişaf planını elan etməsi təsadüfi sayılmamalıdır. Plan çərçivəsində ümumi gücü 20 meqavatt olan 23 atom reaktorunun inşası nəzərdə tutulurdu. Bu plan çərçivəsində ABŞ 6-8, Qərbi Almaniya və Fransa isə müvafiq olaraq 4 və 8 reaktorun tikilməsini həyata keçirməli idi. Bu məqsədlə 1974-cü ildə İran Atom Enerjisi Təşkilatı yaradıldı (İAET).
Beləliklə, bilavasitə ABŞ-ın elmi-texniki dəstəyi ilə İranda atom energetikasının əsası qoyuldu. Yeri gəlmişkən, onu da qeyd edək ki, ilk olaraq Atom elektrik stansiyasının (AES) Fars körfəzi sahilindəki Buşəhrdə və ölkənin cənub-qərbindəki Əhvaz şəhərində tikilməsi nəzərdə tutulurdu. Bütövlükdə, İranın energetika bazasının diversifikasiyası planı 1994-cü ilədək tam reallaşdırılmalı idi. Buşəhrdəki 2 enerji blokunun 1980-1981-ci illərdə, Əhvazdakı daha 2 blokun isə 1983-1984-cü illərdə alman mütəxəssislərinin iştirakı ilə istifadəyə verilməsi nəzərdə tutulurdu. Qeyd olunan proqramın həyata keçirilməsi nəticəsində atom enerjisinin İranın enerji balansında xüsusi çəkisi 25% təşkil etməli idi.
Iran bu illərdə nüvə energetikası sahəsində kadr hazırlığına da xüsusi əhəmiyyət vermişdir. Çoxsaylı İran vətəndaşları nüvə fizikası üzrə, əsasən, ABŞ-da, o cümlədən Qərbi Avropada-Belçikada, Böyük Britaniyada, Qərbi Almaniyada, İtaliyada, İsveçrədə və Fransada təhsil almışlar. Hətta ABŞ-ın aparıcı texniki ali təhsil müəssisələrindən biri olan Massaçusets Universitetində atom energetikası sahəsində İran mütəxəssislərini hazırlamaq üçün xüsusi proqram da hazırlanmışdı. Bu fakt da maraq doğurmaya bilməz ki, ABŞ-da nüvə fizikası üzrə təhsil alan iranlılar dissertasiya müdafiəsi üçün uranın zənginləşdirilməsi ilə bağlı mövzuların seçiminə xüsusi prioritet verirdilər.
(Ardı vardır)
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM