Bakı Dövlət Universitetinin dosenti
Strategiya.az Bakı Dövlət Universitetinin dosenti Vüsalə Dadaşovanın növbəti yazısını sizə təqdim edirik
İslam inqilabından sonra İranda hakimiyyətə gəlmiş Ayətullah Xomeyni hökuməti nüvə silahını antiislam mahiyyətdə ittiham edib, ölkədə nüvə proqramının fəaliyyətini dayandırdı. Əslində yeni rejimin başqa yolu da yox idi, çünki ABŞ başda olmaqla qərb dövlətləri ilə münasibətlərin qarşıdurma səviyyəsində olması nüvə energetikası sahəsində köhnə tərəfdaşların itirilməsinə gətirib çıxarmışdı. Rəsmi Vaşinqtonun təzyiqləri nəticəsində İranın müraciət etdiyi digər ölkələr də nüvə sahəsində əməkdaşlıqdan imtina etmişdilər. 1989-cu ildə Ayətullah Xomeyninin vəfatından sonra Ali Əkbər Haşimi Rəfsəncaninin rəhbərliyi altında hakimiyyətə gəlmiş praqmatiklər «xomeynizm»in ideoloji doqmalarından imtina etməmək şərtilə xarici siyasət məsələlərində, əslində bir qədər fərqli prioritetlərə üstünlük verdilər. Bu prosesin ən mühüm mexanizmlərindən biri İranın nüvə potensialının formalaşdırılması olmalı idi. Elə bu məqsədlə də İranın Atom Enerjisi Təşkilatı yenidən quruldu.
Bununla da 1990-cı illərin əvvəlində İran nüvə proqramı üzərində işlərini bərpa etdi və 1995-ci ildə bu istiqamətdə mühüm addım olaraq əsası 1975-ci ildə qoyulan Buşəhr AES-in tikintisi ilə bağlı prosesə yenidən başladı. Dəyəri 800 milyon dollar məbləğində qiymətləndirilən və Rusiya tərəfindən Buşəhr reaktorunun tikintisinin başa çatdırılmasını nəzərdə tutan kontrakt bu prosesdə təkanverici rol oynadı.
Onu da qeyd edək ki, keçən əsrin 90-cı illərində İranın nüvə proqramını bərpa etməsi təsadüfi hadisə olmayıb, konkret amillərin təsiri altında atılmış addım idi. Burada ilk növbədə region ölkələrindən, xüsusilə də İraqdan istiqamətlənən potensial və real təhlükələri qeyd etmək lazımdır. 1980-ci ildə İraqın İrana hücumu ikincinin nüvə silahı ilə bağlı mövqeyində ciddi dəyişikliyə səbəb oldu. ABŞ tədqiqatçısı Ceffri Kempin fikrincə, dolayısı ilə İranın hərbi nüvə tədqiqatlarının günahkarı Səddam Hüseyn hesab olunmalıdır. İraqın müharibə dövründə İrana qarşı kimyəvi silahlardan istifadə etməsi, Tehran və digər iri şəhərləri raket atəşinə məruz qoyması, habelə 1987 və 1988-ci illərdə Buşəhr AES-ə ciddi xətər yetirməsi təkcə İranı sülh danışıqlarına təhrik etmədi, eyni zamanda kütləvi qırğın silahları ilə bağlı mövqeyində radikal dəyişikliyə səbəb oldu. İranın məlum mövqeyinin formalaşmasına qonşu dövlətlərin təsiri də danılmazdır. Pakistan və Hindistanın nüvə bombasının hazırlanması istiqamətində intensiv işlər aparması, İsrailin isə rəsmən etiraf etməsə də belə, əslində bu silaha malik olması rəsmi Tehranın nüvə proqramı ilə bağlı siyasətinin vektorunun müəyyənləşməsində xüsusi rol oynadı.
Bu dövrdə İran ABŞ və digər qərb ölkələrinin tətbiq etdiyi sanksiya və embarqoların nəticəsi olaraq nüvə proqramı sahəsində ciddi bir uğur əldə edə bilm Bu bir həqiqətdir ki, rəsmi Tehranın nüvə proqramına münasibətdə həm ABŞ, həm də Avropa eyni məqsəd güdürdülər: İranın nüvə silahına malik olmasına heç bir vəchlə imkan verilməməlidir. Fərq bu məqsədə çatmaq yollarındakı müxtəlifliklə bağlıdır. İranla danışıqların iştirakçısı olan dövlətlər- Böyük Britaniya, Fransa və Almaniya problemin həllində çəkindirmə siyasətinə üstünlük verirdilərsə, ABŞ əksinə, problemin BMT TŞ çərçivəsində əvvəlcə sanksiyalar, nəticəsi olmadığı təqdirdə isə hərbi yolla tənzimlənməsi üsuluna prioritet verdiyini gizlətmirdi.
Əslində problemə yanaşmadakı bu müxtəlifliyin kökünü, zənnimizcə, ABŞ və Avropa dövlətlərinin siyasi mədəniyyətlərindəki fərqlilikdə axtarmaq lazımdır. ABŞ siyasi mədəniyyəti üçün təhlükə mənbəyinin dinc yolla, bu mümkün olmadıqda isə hərbi yolla aradan qaldırılması xarakterikdir. Avropa isə təhlükə mənbəyi ilə barışıb, əsas vəzifəni onun müəyyən çərçivədə saxlanılmasında görür. Avropa uzun əsrlər boyu permanent xarici təhlükə şəraitində yaşadığından müəyyən immunitetə malikdir və həmin vəziyyətdə onun üçün əsas məqsəd təhlükə daşıyıcılarına iqtisadi və siyasi təsir vasitələrini tətbiq etmək hesabına qarşı tərəfi izafi radikal addımlardan çəkindirməkdən ibarətdir. Avropa dövlətləri cənub sərhədlərinin yaxınlığında böyük müharibənin başlanması riskinə hazır deyillər. Bu, ən azı onların iqtisadi maraqları, xüsusən də enerji təhlükəsizlikləri üçün ciddi problemlər yarada bilərdi.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM