Azərbaycan ailələrində gəlin-qaynana münasibətlərinin sosial-psixoloji xüsusiyyətləri

12:01 / 10.04.2014

 

                  Каmalova Afət  

BDU-nun dissertantı, AMEA Fəlsəfə, Sosialogiya və Hüquq İnstutunun “Etikanın nəzəri və tətbiqi problemləri” şöbəsi, kiçik elmi işçi

 

Ailə dövlətin təməli olduğu kimi, insanlığın, bəşəriyyətin də davamı üçün çox önəmli bir ünsür, hamının rahatlıqla sığınıb isindiyi bir yuvadır. Heç şübhəsiz ki, hər bir xalqın, millətin özünə xas olan ailə ənənələri, ailə müna­si­bət­ləri sistemi, ailənin əsaslarını təşkil edən əxlaqi, dini normaları və davranış qay­da­la­rı mövcud olmuşdur. Tarixən təşəkkül tapmış bu münasibətlər sistemi nəinki xalqın şüurunda adət-ənənə, stereotip və yönüm şəklində sabitləşir, həm də xalqın təh­təlşüur sferasına nüfuz edir və orada möhkəmlənir. Ənənələr isə “akkum­liya­si­ya mexanizmdir və insanların təcrübəsinin ötürülməsi və aktuallaşması, real surətdə hə­yata keçməsi, eləcə də indinin keçmişlə əlaqələr sistemidir” (4, s. 109).

   Azərbaycan ədəbi irsinin tədqiqi əsasında ailə problemlərinin araşdırılması istiqamətində Ə.S.Bayramov və Ə.Ə.Əlizadənin apardığı araşdırmalar da diqqəti cəlb edir. Belə ki, Ə.S.Bayramov və Ə.Ə.Əlizadə Azərbaycan yazıçılarının əsərlərində ailə problemləri ilə bağlı məsələlərin təhlili əsasında ailə xoşbəxtliyi, ailədə psixoloji uyuşma, ailədaxili münaqişələr, böhranlar və onların aradan qaldırılması ilə bağlı məsələləri araşdırmış və ailədaxili ünsiyyət, eləcə də ailədaxili münasibətlərin uşaq şəxsiyyətinin inkişafına təsiri məsələlərinə aydınlıq gətirməyə çalışmışlar. Bu isti­qa­mətdə maraqlı nəticələr əldə etmişlər. Onların fikrincə “Ailə məişəti və ailə üzvlərinin normal həyat fəaliyyəti ilə bağlı olan bütün məsələlər ərin arvadla, ananın uşaqlarla, bacının qardaşla, nənənin  nəvələri ilə ünsiyyəti şəraitində həll olunur” (2, s.507).

Nəzərə almaq lazımdır ki, müasir ailə ənənəvi ailə modelindən yeni modelə keçməklə bağlı çox mürəkkəb bir keçid dövrü yaşamaqdadır. İqtisadiyyatda baş verən krizis ailələrin bir qismini aztəminatlı etmiş, digər qismini isə yoxsullar sırasına salmışdır. Gənc ailələrin əksəriyyəti ilk uşağın doğulmasını qeyri-müəyyən vaxta qədər təxirə salırlar. Bununla bərabər, nikahdan kənar doğulan uşaqların sayı da ildən-ilə artır. Bu və ya digər səbəblərdən müasir ailələr bir neçə onilliklər bundan əvvəlki ailələrdən az möhkəm olur. Statistik məlumatlar da bunu təsdiq edir. Belə ki, həmin məlumatlardan aydın olur ki, bütün dünyada, o cümlədən də Azərbaycanda boşanmaların sayı artır. (Təkcə bir faktı qeyd etmək lazımdır ki, Azərbaycanda 2011-ci illə müqayisədə 2012-ci ilin ilk üç ayı ərzində boşanmaların sayı 19,1 % artmışdır.) Bütün bunların nəticəsi olaraq müasir ailənin strukturu sadələşir (daha çox valideynlərdən və uşaqlardan ibarət olan  iki nəsilli ailələr üstünlük təşkil edir), ailədə hakimlik və tabeçilik sistemi dəyişir (eqalitar tip rəhbərlik), ənənəvi ailə funksiyaları azalır. Lakin, müasir ailələrin üzləşdiyi bu gözlənilməz çətinliklərə baxmayaraq, qeyd olunan dəyişiklikləri bəzi tədqiqatçılar “krizis” deyil, ailənin təkamülü adlandırırlar. Hətta, belə bir optimizmdən çıxış edirlər ki, iki minilliyin sərhədində ailənin keçid variantı əmələ gəlir, hansı ki, yaxın gələcəkdə yeni ailə tipinə transformasiya olunacaqdır. Bununla bərabər belə bir proqnoz da verirlər ki, ailənin əsas dəyişikliklər balansında intellektual və sosial-psixoloji parametrlərin, ailə üzvlərinin şəxsi keyfiyyətlərinin, onların ümum əhəmiyyət kəsb edən dəyərlərinin yeri və rolu artacaqdır. Şübhəsiz ki, inteqrasiyaedici hadisələrə baxmayaraq, yaxın gələcəkdə onun statusunda destruktiv proseslərin də təsiri aradan qalxmayacaq. Təbii ki, bu belə də olmalıdır. Çünki, ailə cəmiyyətdə insan münasibətlərinin ilk və daha təbii forması olub, hər bir insan üçün əsas və əvəz olunmaz mühitdir. Elə bir mühit ki, insanın bütün tələbatları kompleks halında yalnız orada ödənilə bilər. Heç şübhəsiz ki, hər bir xalqın özünəməxsus ailə dəyərləri, təcrübəsi, adət-ənənələri və stereotipləri vardır ki, onu zaman-zaman qoruyub saxlamaqda, nəsildən  nəslə ötürməkdə maraqlıdır.

Bu baxımdan Azərbaycan xalqının tarixi təcrübəsi, onun mədəniyyəti, nikah-ailə münasibətləri praktikası və ənənələri qədimliklə müasirliyi, ümumi bəşəri elementlərlə regional və milli elementləri birləşdirən unikal fenomendir. Heç şübhəsiz ki, qədimliklə müasirlik, köhnə ilə yeni arasında uyuşma, uyğunlaşma  prosesi o qədər də hamar bir proses deyildir. Ailə kontekstində bu proses nəsillərarası münasibətlər (oğul-ata, qız-ana, qız-ata, oğul-ana, gəlin-qaynana, gəlin-qayınata) zəminində daha çox diqqəti cəlb edir.

Bu münasibətlər sırasında əsrlər boyu ən çox söz-söhbətə səbəb olanı, daha çox müzakirə obyektinə çevriləni gəlin-qaynana münasibətləridir. Ailənin mənəvi həyatında digər münasibətlərdən heç də az rol oynamayan gəlin-qaynana münasibətləri bütövlükdə ailənin taleyində önəmli yer tutur. Təsadüfi deyildir ki, istər nağıllarda, dastanlarda, rəvayətlərdə, ədəbiyyatda istərsə də real həyatda zaman-zaman “yaxşı” və ya  “pis” gəlin, eləcə də “yaxşı” və ya “zalım” qaynana obrazları yaradılmış və bu insanların təsəvvürlərində müvafiq şəkildə əks olunaraq, gələcək gəlin və qaynanalar üçün müəyyən yönüm formalaşdırmışdır. Həmin yönümün formalaşmasında gəlin və qayınanalarla bağlı meydana gələn xalq deyimləri az rol oynamamışdır. Bu qəbildən olan deyimlərlə bağlı professor Ə.Ə.Əlizadə özünün “Azərbaycan etnopsixologiyasına giriş” adlı əsərində yazır: “Onların (qayınana deyimləri nəzərdə tutulur) hamısı üçün bir cəhət səciyyəvidir. Bu deyimlərdə qayınana həm də ana rolunda təqdim olunur. Eyni bir məqamda onun öz qızı və gəlini barəsində deyimləri verilir... Deyimlərin birində doğmalıq, digərində isə ögeylik, soyuqluq aydın hiss olunur” (3, s. 203).

Necə olur ki, illər boyu oğluna toy etmək, gəlin gətirmək arzusu ilə yaşayan, narahatlıq keçirən qaynana bu arzusuna çatdıqdan sonra gəlinə münasibətdə belə ögey, yad, soyuq mövqe sərgiləyir?

Burada qayınananın ön plana çəkilməsi, daha çox qınaq obyekti olması bəlkə də gəlindən fərqli olaraq onun gəlinlik həyatını yaşaması, qayınanası ilə aralarında yaranmış müxtəlif problemlərin nədən qaynaqlandığı ilə bağlı müvafiq təcrübəyə malik olmasına baxmayaraq, qayınana rolunda gəlinə münasibətdə adekvat mövqe ortaya qoya bilməməsi ilə şərtlənir. Müşahidələrimiz göstərir ki, gəlin olanda öz qayınanası kimi zalım olmayacağına söz verənlər qayınana olanda tam əksinə daha zalım olurlar və yaşadıqları mənfi təcrübəni başqalarına da yaşatmaq istəyirlər. Hətta belə qayınanalara gəlin olduqları zaman dedikləri: “mən qayınana olanda öz qaynanam kimi zalım olmayacam” ifadəni xatırlatdıqda, onlar “mən belə gəlin olmamışam” deyirlər.

Bəzi tədqiqatçılar çox vaxt bunu onunla izah edirlər ki, qayınana mövqeyindəki şəxs öz gəlinliyində bu tip qayınana mövqeyi görmüş və ola bilsin ki, başqa davranış modelinə malik deyil. Amerikan alimi E.Şostrom A.Maslounun fikirlərini konkretləşdirərək bəzi insanların digər insanlara münasibətlərindən asılı olaraq iki tip şəxsiyyəti fərqləndirir: aktualizator və manipulyator. Birinci tip insanlar başqaları ilə məhz özlərinə necə münasibətdə olduqları kimi münasibətdə olurlar. İkinci tipdən olanlar isə digərlərini əşya kimi qavrayır və buna müvafiq olaraq da onlarla münasibət qururlar. Yəni “gəlin mənim süpürgəmdir, harada istəsəm ora da qoyaram” deyən qayınanalar məhz manipulyator şəxsiyyət tipinə malik olan qadınlardır. Hər iki tipdən olan insanların ünsiyyət zamanı təzahür etdirdikləri psixi xassələri tədqiq edərək E.Şostrom insanlarla qarşılıqlı münasibətlərdə onlar üçün xarakterik olan bir sıra xüsusiyyətləri müəyyən etmişdir. Belə ki, aktualizator  adlandırılan tip insanlar digərləri ilə qarşılıqlı münasibətlərində dəqiq və səmimi olur, onlara davamlı maraq göstərirlər, öz mövqelərini müstəqil və açıq şəkildə ifadə edirlər. Manipulyator adlandırılan tiplər üçün başqaları ilə ünsiyyətdə çox diqqətlə pərdələnmiş hiyləgərlik, insanlara faktiki etinasızlıq halında həyəcanlılıq görüntüsü  yaratmaq, öz xeyrini güdməklə, bilərəkdən onlara təsir vasitələri seçmək  və əsas həyat və mədəni dəyərlərə çox incə şəkildə gizlədilmiş aşağılayıcı münasibətin olması xarakterikdir.  Manipulyator tip şəxsiyyətin müxtəlif variantları vardır ki, bunlar da fərqli davranış təzahürlərinə malik olurlar. Lakin bütün hallarda onlar digər insanlarla qarşılıqlı münasibətlərində çox vaxt gərginlik yaradırlar və bu da sonda münaqişəli vəziyyətlərin meydana gəlməsinə gətirib çıxarır. Təbii ki, manipulyator şəxsiyyət tipinə aid olan qayınanalar hətta ən uyğun cütlərdən yaranmış ər-arvad arasında da dava-dalaş yarada və ailədaxili münasibətlərdə harmoniyanı poza bilirlər.

Bununla əlaqədar professor Ə.Əlizadə düzgün olaraq göstərir ki, “indi qayınanalar cavanlaşıb: Onların təhsil səviyyəsi də  yüksəlib” (3, s.204). Həmçinin də “ nuklear ailələrin vüsətlə inkişaf etdiyi bir şəraitdə qayınana və qayınataların çoxu ayrı yaşayır. Gəlinlərin də böyük əksəriyyətinin öz ev-eşiyi vardır, maddi cəhətdən qayınata və qayınanadan asılı deyildir” (3, s.204). Bütün bunların nəticəsində isə “qayınata və qayınanaların rol repertuarları da dəyişib: onların qayınata-qayınana rolu əslində epizodik rola baba-nənə rolları isə əsas rola çevrilir” (3, s.204). Yəni, gəlin-qayınana problemi yalnız hansısa ayrıca bir xalq üçün deyil, dünyanın hər yerində mövcuddur və bu problem istər-istəməz diqqət mərkəzində qalmaqdadır. Baxmayaraq ki, qayınana-qayınata “bu gün oğul evinə qayınana və qayınatadan daha çox baba-nənə kimi gəlirlər, nəvələrini gəzməyə aparır, məktəbə yola salır və s.” problem bu və ya digər şəkildə, az və ya çox dərəcədə indi də mövcuddur və hesab edirik ki, bundan sonra da mövcud olacaqdır.

Bir cəhət də özünü qabarıq sürətdə büruzə verir ki, ailənin xarakterində baş verən köklü dəyişikliklər ailədaxili münasibətlərdə gərginliyin kimlər arasında yaşanması istiqamətində də dəyişiklikliyə gətirib çıxarmışdır.

Fikrimiz aydın olsun deyə 128 nəfər ali məktəb tələbələri ilə apardığımız anket sorğusunda qoyulmuş “Ana (gəlin) və nənənin (qayınananın) münasibətlərində təzahür edən gərginlik ən çox hansı səbəblərdən yaranır?”

Sorğunun nəticələrinə görə irəli sürülən səbəbləri sıralasaq aşağıdakı mənzərə alınar.

  1. Qayınananın oğlunu paylaşmaq istəməməsi və ya onu gəlinə qısqanması;
  2. Qayınana və gəlin arasında anlaşılmazlıq;
  3. Gəlinin başqa mühitə uyğunlaşa bilməməsi və qayınananın bunu başa düşməməsi;
  4. Qayınananın gəlinin işlərinə müdaxilə etməsi;
  5. Dünyagörüşlərinin uyğunsuzluğu;
  6. Qarşılıqlı hörmətin olmaması;
  7. Gəlinin  dilli, səbirsiz olması;
  8. Gəlinin diqqət mərkəzində olmasına dözməmək;
  9. Maddi səbəblər (pulla, evlə bağlı);
  10. Qayınananın övladlarına və nəvələrinə fərqli münasibəti;
  11. Kənar müdaxilə;
  12. Gəlinin qayınananın onunla bağlı gözləntilərinə uyğun gəlməməsi və s.

Göstərilən səbəbləri diqqətlə nəzərdən keçirdikdə aydın olur ki, onların bir qismi əslində səbəbdən daha çox nəyinsə nəticəsidir.

Fikrimiz aydın olsun deyə bəzi məqamlara diqqət yetirək.

Bir sıra hallarda olur ki, ananın istəmədiyi halda oğlanın istəyi əsasında qızla oğlan arasında izdivac baş verir. Yəni qaynananın gəlinə elə başlanğıcdan münasibəti yaxşı olmur və bunu gəlin də bilir. Bunların hər ikisində biri digərinə münasibətdə neqativ yönüm formalaşır ki, bu da sonrakı mərhələlərdə onların biri digərinə hörmətinin olmamasına, biri digərini sinirə bilməməsinə, anlaşılmazlığa, fikir ayrılığına və s. gətirib çıxarır. Əksinə əgər həm gəlində, həm qayınanada biri digərinə münasibətdə müsbət yönüm formalaşarsa onda gəlinin yeni mühitə uyğunlaşması prosesi də, qayınana ilə dil tapması da nisbətən normal axarda gedəcək, onların münasibəti qarşılıqlı hörmətdən qaynaqlanacaq, qarşılıqlı anlaşma da olacaqdır. Digər tərəfdən, hər kəsə bəllidir ki, hər bir ana öz övladını çox sevir. Həm də bilir ki, övlad gec-tez ailə quracaq, ayrılacaq, özünün ayrıca evi olacaq. Amma bu ayrılığa yüksək emosional reaksiya verən, onu qəbul edə bilməyən anada, sonda övladını paylaşa bilməmək, onu qısqanmaq kimi dəyərləndirilən durum yaranır: “Onu mən böyütmüşəm, mən ona yuxusuz gecələr həsr etmişəm, sevə-sevə bəs­ləmişəm, indi ailəyə yad bir qız ona sahib çıxıb. Mən bunu qəbul edə bilmirəm”.

Təbii ki, elə ailə yoxdur ki, orada bu və ya digər şəkildə problem yaşanmasın, gərginlik olmasın hətta problemlərin olması və ər-arvadın onları birlikdə həll etməsi ailəni möhkəmləndirən amillərdən biri kimi dəyərləndirilir. Lakin çox böyük olmayan problemlərin sadəcə ər-arvad arasında qalması və həll edilməsi çox vacibdir.

Problemi ailənin inkişaf dövrlərindən çıxış edərək  araşdırdıqda da istər ailənin yaranması, uşaqların tərbiyəsi, böyüməsi dövrlərində də gəlin-qayınana münasibətlərinin dinamikasında hansısa meyllərin olduğunu müəyyən etmək çətin deyildir. Çünki bütün dövrlərdə ailənin strukturunda hansısa dəyişikliklər baş verir ki, bu da ailədaxili münasibətlərdə bu və ya digər şəkildə əks olunaraq onun ayrı-ayrı struktur elementi arasındakı münasibətlərə də bu və ya digər şəkildə təsir göstərir. Gəlin-qayınana münasibətlərinin dinamikasında bioloji amillər də az və ya çox dərəcədə rol oynayır. Yəni hansısa yaş dövründə qadının orqanizmində baş verən  hormonal dəyişikliklər orqanizmin bütün sistemlərinə mühüm dərəcədə təsir göstərir. Klimaks adlandırılan bu dövr adətən qadının böyük uşaqlarının ailə qurması dövrünə təsadüf edir. Bu dəyişikliklər qadının xarakter əlamətlərinə, əhvalına təsir edərək onun davranışından da yan keçmir. Qadınların əksəriyyəti bu dövrü psixoloji planda da çox kəskin yaşayır.

Bu dövrdə davranışda özünü biruzə verən kədər notları gəlin-qayınana münasibətlərində də bu və ya digər dərəcədə iz buraxmaya bilməz.

Göründüyü kimi gəlin-qayınana münasibətlərinin dinamikasını müəyyən edə biləcək xeyli sayda amillər vardır ki, bunları kompleks şəkildə nəzərə almadan və mövcud ailə situasiyasından çıxış etmədən bu münasibətlərin dinamikasını aşkara çı­xarmaq çox çətindir və hətta mümkün deyildir. Bu amillərin bir qismi sosial xa­rakter daşıyır, digər qismi sosial-psixoloji mahiyyət kəsb edir, üçüncü qismi fər­di-psixoloji xüsusiyyətlərlə bağlıdır. Burada bioloji amillərlə şərtlənən mə­qam­lar da mühüm rol oynayır. Bütün bu amillərin optimal surətdə əla­qə­lən­diri­lmə­si və ailə inkişafının müxtəlif mərhələlərində nəzərə alınması olduqca vacibdir və ailə­da­xili münasibətlərin tənzimində istifadə olunması mühüm əhəmiyyət kəsb edir.

 

 

 

QEYDLƏR:

  1. Аzərbaycan Respublikasında İnsan inkişafı haqqında hesabat, 2007. Azərbaycan gender münasibətləri: tendensiyaları və problemləri. Bakı, 2007, 104 с.
  2. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı, Çinar-çap. 2002.
  3. Əlizadə Ə.Ə. Azərbaycan etnopsixologiyasına giriş. Bakı, “Renessans”, 2003.
  4. Чистов К.Б. Народные традиции и фольклор, М: 1986.

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM