Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmasının məqsədləri. Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə XIX əsrdə köçürülən ermənilərə 1923-cü il iyulun 7-də muxtar vilayət statusu verildi ki, bu da sovet Rusiyasının himayəsi və iştirakı ilə həyata keçirildi. Halbuki, keçmiş SSRİ məkanındakı digər respublikalarda Qarabağda yaşayan ermənilərdən daha çox erməni yaşayırdı. Bundan başqa, Ermənistanda tarixən yaşayan azərbaycanlıların sayının Qarabağ ermənilərindən çox olmasına baxmayaraq, Azərbaycan onlar üçün Ermənistandan milli-dövlət qurumu yaradılmasını heç vaxt tələb etməmişdi.
DQMV yaradılan zaman Azərbaycanın 1923-cü ilə qədərki inzibati-ərazi bölgüsü kobudcasına pozuldu və qəbul edilən qərara görə Cavanşir, Qubadlı, Şuşa qəzalarının əraziləri bölünüb DQMV yaradılmışdır. Bu hadisə təkcə Azərbaycanın inzibati-ərazi bölgüsünün pozulması deyil, həm də ermənilərin ölkəmizə qarşı gələcək ərazi iddiaları üçün bir vasitə olmuş və elə o vaxtdan da Dağlıq Qarabağ termini meydana çıxmışdır.
1924-cü il noyabrın 26-da Azərbaycan, erməni və rus dillərində mətbuatda dərc edilən “DQMV haqqında Əsasnamə”də göstərilirdi ki, Şuşa qəzasından Şuşa, Xankəndi və 115 kənd, Cavanşir qəzasından 52 kənd, Qaryagin qəzasından 30 kənd, Qubadlı qəzasından isə Qaladərəsi DQMV-nə verilmişdir. Muxtariyyətin yaradılması haqqında qəbul edilən dekretdə vilayət mərkəzinin Xankəndi olması göstərilirdi. Ancaq az sonra, 1923-cü il sentyabrın 18-də Dağlıq Qarabağ vilayət partiya komitəsinin qərarı ilə Xankəndinin adı dəyişdirilib S.Şaumyanın şərəfinə Stepanakert adlandırıldı. Bununla da, Qarabağda Azərbaycanın tarixi yerlərinin, mahal, rayon və kənd adlarının dəyişdirilməsinin təməli qoyuldu.
1923-cü ildə Şuşanın Xankəndi, Xocalı, Kərkicahan, Ulubab, Pircamal, Cəmilli, Aranzəmi, Ballıca, Dəmirçilər, Sığnağ, Qarabulaq, Muxtarkənd, Dağdağan, Şuşakənd, Daşbaşı kimi onlarla kəndi alınıb Xankəndinə (Stepanakert) verilmiş, sonralar isə həmin torpaqlar hesabına Əsgəran rayonu yaradılmışdır. Sonradan isə, yaradılan Stepanakert (Xankəndi) və Əsgəran rayonları bütünlüklə Şuşa qəzasının, əvvəllər Karyagin (Füzuli) rayonunun bir kəndi hesab edilən Hadrut rayonu isə Füzuli rayonunun ərazisi hesabına yaradılmşdır. Dağlıq Qarabağ Muxtar Vilayəti yaradüdıqdan sonra onun tərkibinə verilmiş yaşayış məskənləri inzibati baxımdan rayon-nahiyə-kənd pillələri əsasında bölünmüşdü: 1. Dizaq rayonu. 2. Vərəndə rayonu. 3. Şuşa rayonu. 4. Xaçın rayonu. 5. Ceraberd rayonu.
Daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati-ərazi bölgüsündə yeni dəyişiklik baş vermişdir. Belə ki, 1930-cu ilin avqustunda Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisi yenə də 5 rayona bölünmüşdür: 1. Ceraberd, 2. Martuni, 3. Stepanakert, 4. Dizaq, 5. Şuşa.
Bu bölgüdə artıq, Vərəndə rayonunun ərazisi Martuni rayonu, Xaçın rayonunun ərazisi Stepanakert rayonu, Ceraberd rayonunun ərazisi Mardakert rayonu, Dizaq rayonunun ərazisi isə Hadrut rayonu adlandırılmışdır. SSRİ-nin süqutunadək olan dövrdə Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati-ərazi bölgüsü belə qalmış və 5 rayondan ibarət olmuşdur: Şuşa, Mardakert, Martuni, Hadrut, Əsgəran.
1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü başladı. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Ali Sovetinin növbədənkənar sessiyasında Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli, 279-XII nömrəli Qanununa əsasən “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul tarixli Dekreti və "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" Azərbaycan SSR-in 1981-ci il 16 iyun tarixli Qanunu qüvvədən düşmüş hesab edilmişdir.
Bu Qanuna əsasən, Stepanakert, Mardakert, Martuni şəhərlərinin tarixi adları qaytarılaraq Stepanakert şəhəri Xankəndi şəhəri, Mardakert şəhəri Ağdərə şəhəri və Mardakert rayonu Ağdərə rayonu, Martuni şəhəri Xocavənd şəhəri və Martuni rayonu Xocavənd rayonu adlandırılmışdır. Bundan əlavə, Əsgəran və Hadrut rayonları ləğv edilmiş, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılmış, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilmişdir.
Xankəndi və Şuşa şəhərləri respublika tabeli şəhərlərin, Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonları respublika tabeli rayonların sırasına daxil edilmişdir.
Ancaq DQMV ləğv edildikdən sonra, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının Ağdərə rayonu ləğv edilmişdir. Bu Qərara əsasən, ləğv edilmiş Ağdərə rayonunun 8 kəndi (Xatınbəyli, Qazançı, Maniklu, Baş Güneypəyə, Orta Güneypəyə, Sırxavənd, Yeni Qaralar, Kiçan) və onlara məxsus torpaq sahələri Ağdam rayonunun; 23 kəndi (Çərəktar, Vaquas, Kotavan, Verin Oratağ, Arutunaqomer, Qoçoqot, Poqosaqomer, Drombon, Çıldıran, Mehmana, Araçadzor, Hayad, Tomaqahoğ, Şahmasur, Vənkli, Qarnakar, İmarət Qərvənd, Zardaxaç, Çapar, Aterk, Nareştar, Damğalı, Kolatağ) və onlara məxsus torpaq sahələri Kəlbəcər rayonunun; Ağdərə şəhəri və 13 kəndi (Umudlu, Zəylik, Metsşen, Möhrətağ, Ağabəyələnc, Mağavuz, Akop Kamari, Minqrelsk, Nerkin Oratağ, Qasapet, Canyataq, Dəmirli, Gülyataq) və onlara məxsus torpaq sahələri Tərtər rayonunun inzibati tərkibinə verilmişdir.
Ağdərə rayonu Xankəndidən 62 kilometr şimalda yerləşir. 1930-cu ildə rayon statusu almışdır. 1960-cı ildə şəhər tipli qəsəbə, 1985-ci ildə şəhər statusu alıb. Sahəsi 1705 kvadrat kilometrdir. İşğala qədər Ağdərinin 14 kəndində (Sırxavənd, Bəşirlər, Qaraşlar, Qaralar, Baş Güneypəyə, Orta Güney, Xatınbəyli, Manikli, Tellibinə, Narınclar, Çərəktar, İmarət-Qərvənd, Umudlu, Yeni Qaralar) və Gəncxana sovxoz qəsəbəsində 14 mindən çox azərbaycanlı yaşamışdır.
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM