Hüseyn Rəhimirad Əyyub oğlu
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu dissertantı
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən nigah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Nigaha daxil olarkən və ailə münasibətlərində sosial, irqi, milli, dini və dil mənsubiyyətinə görə vətəndaşların hüquqlarının hər hansı formada məhdudlaşdırılması qadağandır.
Azərbaycan Respublikasının qanunları bu ölkədə ailənin uzunömürlülüyünün və kənar müdaxilələrdən qorunmasının qarantıdır. Bu qanunlar ailəni tamamilə öz mühafizəsi altına alır və ona demək olar ki, xarici bəlalardan qorunması üçün müəyyən hüquqlar bəxş edir. Lakin bu hüquqlar ailənin daxili psixoloji gərgin durumlarında öz qüvvəsini itirir. Çünki qanunlar insanların mənəvi vicdanlarına nəzarət edə bilməz. Bu səbəbdən ailə üzvləri, xüsusilə də ailə başçıları öz mənəvi hisslərinə etibar etməli və ailənin müqəddəsliyi ali qanununa riayət etməlidirlər. Ailələrdə çıxan problemlərin səbəblərinin əksəriyyəti ailə başçılarının qarşılıqlı anlaşılmamazlığından irəli gəlir. Ailədə çıxan problemlər ailə daxilində həll olunmursa və məsələ ciddiləşirsə, bu zaman dövlətin qanunları köməyə gəlir.
Ailə daxili münaqişələri araşdırdıqda tədqiqatçıların hər birinin bu xüsusda ayrı görüşü olduğu qənaətinə gəlirik. Ümumiyyətlə, münaqişədə əsas mövzu o cümlədən anlaşılmazlıq, kontakta girə bilməmək ziddiyyətli faktorlardan hesab olunur. Münaqişələrdə iki görüş var ki, müxtəlif aspektlərdən diqqətə alınmalıdır. Dominant nəzəriyyə olaraq klassik baxış münaqişəni dağıdıcı və böhran səbəbləri və dezavantajlarına görə diqqətə alır. Bu məqamda münaqişənin təcilli həllinə çalışmaq lazımdır. Digər tərəfdən interaktiv baxışda münaqişənin dərki müxtəlif nəzərlər və ixtilaflı qərarlar nöqsanların davamlılıq faktoru kimi bilinir.
Cəmiyyətin sosial aurası çox rəngarəngdir, çünki bütün bunların əsasında dünya-insan münasibətləri dayanır. Bu baxımdan insanın bir sosial varlıq və fərd olaraq dünyaya qarşı münasibətlərini şərti olaraq obyektivist və subyektivist kimi iki fərqli prizmada dəyərləndirmək mümkündür. Obyektivist konsepsiyaları materialist və yaxud idealist xarakterlərinə bağlı, sırf obyektiv yanaşma olaraq ələ almaq olar. Yəni bu zaman varlıq etibarılə subyektin arzu və iradəsinə bağlı olmadan müstəqil mövcudluq qabiliyyətinə malik olmaq halı nəzərdə tutulur. Hegel, Feyerbax və Marks öz sosial-fəlsəfi nəzəriyyələti ilə məhz bu amala xidmət edirdilər. Bu təlim özü-özlüyündə insan həyatında idrakın rolunu çox yüksək qiymətləndirir. İnsan idrakı bu nəzəriyyədə rasional bilik deməkdir və rasional bilik vasitəsilə biz dünyanı başa düşür, cəmiyyətdə özümüzü idarə edir, başqaları ilə münasibət qurur, ümumi dünyagörüş qazanır, ətrafımızda baş verənləri analiz edir və necə deyərlər "davranışlarımızı" müəyyənləşdiririk. Subyektivlik isə obyektivliyin tam tərsinə olaraq bütün varlıqları və dünyada baş verənləri, fərdlər arası sosial münasibətlərin məcmusunu insana tabe edir. J.P.Sartrın fəlsəfəsi bu tip subyektivizm üçün parlaq misal ola bilər. O, hesab edirdi ki, öz iradəsindən asılı olmayaraq «varlığa atılmış» insan tamamilə azaddır [1, 23]. Ümumi həqiqət və ümumi qaydalar yoxdur. Hər bir insan özünəməxsus qorxu və riskə görə həyatını qurur, nə istəyirsə onu da edir və yalnız öz qarşısında cavabdehdir. Ümumi həqiqətlərə və görüşlərə tabe olmaq onunçun xəyanətdir. Yaspers üçün (Toynbinin dediyi kimi, Z.M.) tarix şəxsiyyət yaradıcılığının nəticəsidir, şəxsiyyətdən kənarda heç bir tarix ola bilməz. Şəxsiyyət özü-özlüyündə sosial sfera üçün bir dünyadır və bir problem olaraq fəlsəfi kateqoriyalar da tədqiqə məhkumdur [3, 67].
Müasir dünyamızda sosial sorğuların forması və tipi də gündən-günə dəyişir. Sosial sorğuların bir növü kimi internet səhifələrində aparılmış axtarışlara görə bu gün dünyada, təqribən 200 milyondan çox narkoman qeydiyyatdadır ki, bunların da əksər hissəsi ailə problemləri, tərbiyə prosesinin düzgün qurulmaması ilə əlaqədardır [3, 45]. Başqa sözlə desək, XXI əsrin ən faciəli və təhlükəli bəlası insanların, xüsusilə azyaşlıların və gənclərin narkotik maddələrə meyl etməsidir.
Ailə fərdin dünyasında əlbəttə ki əvəzsizdir. Belə ki, onun tədricən inkişaf etməsində, yaxşı və pis olmasından asılı olmayaraq cəmiyyətə özünü tanıtdırmasında, davranışlarında və s. xüsusiyyətlərində üzvü olduğu ailə əhəmiyyətli rol oynayır. Araşdırmalardan da məlum olduğu kimi, cəmiyyətə məxsus dialektik dəyişikliklər bir növ sosial institutlara bənzəyir və onlar müxtəlif formalarda ortaya çıxır. Yəni onlar yaranış qaynaqlarına bənzər formalarda həm müəyən müddətdə həm də qısa formalarda və kəskin formalarda özünü biruzə verirlər. Ailədə qeyd olunan bu institutların hamısının böyük təsiri hiss olunur. Onların arasında hüquq da var, siyasət də, din də var, qədimlərdən axıb gələn adət ənənələr də və s. Araşdırmalardan aydın olur ki, cəmiyyətdə yaranan tarixi dəyişikliklər sosial institut kimi ailədə də müxtəlif formalarda ortaya çıxır. Belə ki bu formalar həm tədricən yumşaq şəkildə, həm də sərt şəkillərdə özünü biruzə verir. Bu sahənin tədqiqinin çətinliyi ondan ibarətdir ki, ailə müxtəlif cəmiyyətlərdə siyasət, din, hüquq kimi müxtəlif institutların çox böyük təsiri altındadır. Alimlər ailənin digər tərəfini də onun cəmiyyətə, şəxsiyyətin formalaşmasına, dəyərlərə, ideallara, mədəni irsə münasibətini və təsirini xüsusi ilə qabardırlar. Məsələn, ailə münasibətləri ilə bağlı araşdırmalar aparmış C.Mirdok hesab edirdi ki, ailənin əsas funksiyalarına cinsi, reproduktiv, tərbiyəvi (və ya sosiallaşma), iqtisadi və s. istiqamətlər aiddir. Bu funksiyaların hər biri özünəməxsus əhəmiyyətə malikdir. Amma cəmiyyətdə müəyyən cinayətlərin, yəni ailə daxili münaqişələrin yayılmasının qarşısının alınması kontekstindən yanaşdıqda bu funksiyalar içərisində tərbiyəvi funksiya daha böyük əhəmiyyət kəsb edir. Tərbiyəvi funksiya, ailədə fərdlərin düzgün tərbiyə metoduna riayət edilərək tərbiyə olunmaları ona görə xüsusi əhəmiyyətli hesab edilir ki, burada cəmiyyətin mədəniyyəti, adət-ənənəsi, tarixi-mənəvi dəyərlər sistemi və s. bir nəsildən digərinə keçirilməsində, müvafiq cəmiyyətin formalaşmasında uşaqların normal davranışlarının təmin edilməsində aparıcı rola malikdir.
Qədim dövrdən başlayaraq fəlsəfə tarixində insanın başqaları ilə münasibətdə zorakılığa anadangəlmə meyl göstərməsi haqqında çoxlu fikirlər olmuşdur. Heyvanların davranışını öyrənən yeni elm - etologiya XX əsrin ortalarında meydana gəlib. Bu elmin yaradıcısı K.Lorens müharibə, təcavüz kimi sosial hadisələri insan və heyvan üçün ümumi olan təcavüz instinkti ilə izah edir. Lakin heyvanlarda bu instinktin təzahürü əyləc qurğuları ilə saxlanılır, insanda isə bu qurğular bağlanır, xarab olur; odur ki, bizim əksəriyyətimiz sözün əsl mənasında insan deyilik, heyvan ilə əsl insan arasında aralıq bir dəstəyik [3, 89]. Bizim silaha, zorakılığa anadangəlmə meylimizin qarşısını heç nə ala bilməz. Postindustrial və informasion cəmiyyət şəraitində insana alət hazırlayan məxluq [Homo faber] kimi tərif vermək sivilizasiya konsepsiyalarında о qədər geniş yayılıbdır ki, həyatın məqsədi həyat vasitələri ilə əvəz olunmağa başlayır. Reallığı dəyişdirməyi öyrənən insan, öz ətrafını da dəyişir. Mexanizm və texnologiya ona öz qanunlarını diktə edir və о da süni strukturlara doğru can atır. İnsan özünə üzvi həyatdan uzaqlaşan, texnikalaşmış fərd kompleksini yetişdirir. "Mənasız qəddarlıq, daxili inamsızlıq, intuisiya və hissiyyatın distrofiyası [pozulması] - texniki formanın təbiətə üstün gəlməsinin əlamətləri bunlardır. Texnikalaşmış dünya, bürokratiyanın öldürücü mühafizəkarlığı şəxşsizləşdirmə, insanın təbii vəziyyətdən uzaqlaşdırılmasının əlamətləridir" [6;7]. Bəzi alimlər hesab edirdilər ki, xalq kütlələrini bir qrup yaxşı hazırlıqlı insan [elita] idarə etməlidir. Bir çoxları isə göstərir ki, cəmiyyətə mütləq lider lazımdır. Elitizm konsepsiyasının tərəfdarları hesab edirlər ki, xalq cəmiyyəti idarə edə bilməz, çünki onun, birincisi, siyasətdə, iqtisadiyyatda və başqa sahələrdə səriştəsi yoxdur; ikincisi, bir qayda olaraq kütlə fəaliyyətsiz və ətalətlidir, fəallığı isə dalaşqanlıq, cəmiyyətin əsasını dağıtmaq formasında büruzə verir; üçüncüsü, cəmiyyətin kütlələr tərəfindən idarə edilməsi texniki cəhətdən nıümkün deyil, çünki bütün xalq parlamentdə, nazirlər kabinetində iclas keçirə bilməz, ona görə də mütləq xalqın nümayəndələrini seçmək lazımdır. Deməli, cəmiyyəti idarə etmək üçün yüksək hazırlıqlı, səriştəli adamlar, yəni elita zəruridir [4, 67].
Əlaqələrə öz dünyaları, hissləri, düşüncələri və həyata baxışları, dünyagörüşləri istiqamətində baxmaq qadını xəyallarındakı evlilikdən mən edə bilər. Gözlədiklərinin əri tərəfindən qarşılanmaması qadını ondan uzaqlaşdırır və tədricən soyumasına gətirib çıxarır, ki bu da qadının "öz dünyası"nda xoşbəxt olmaması və s.kimi düşüncələri doğurur. Kişinin buna reaksiyası hirslənmə, qəzəblənmə, vuruşma, dalaşmaq və münaqişələr şəklində olması təcüblü deyildir. Özünü dəyərsiz və əhəmiyyətsiz hiss etməsi çox nadir hallarda kişilərdə özünə məmnunluq hissi doğura bilər, əksər hallarda isə o daxilən əzab çəkər və bunu evdə, öz ailəsində də təbii olaraq hiss etdirər. Bir-birini anlama səyi yerinə bir-birini mühakimə etmə və günahlandırmağa meyl edə bilərlər.
Qadın və kişi genetik, ailə və cəmiyyət yanaşmaları baxımından fərqli fərdi xüsusiyyətləri ilə cəmiyyət həyatında təmsil olunurlar. Əlaqələrdə fərqli şəxsi xüsusiyyətləri bilmək, bu xüsusiyyətlərə uyğun yanaşmalar tapmaq bir çox problemin qarşısının alınmasında köməkçi ola biləcək tutumları ehtiva edər. Yoldaşınızı anlaya bilmək, tutumlarının səbəblərini doğru analiz edə bilmək üçün əvvəlcə onu dinləmək bacarığını göstərə bilmək lazımdır. Dinləmək bacarığı üçün, rahat bir mühitdə sakit duyğu və bədən duruşu ilə özünüzü yoldaşınıza həsr edərək anlamaq səyinizi göstərmək və bunu hiss etdirməkdr. Diqqətli bir dinləməklə yoldaşlar bir-birlərinin sözlərinə səmimiliklə qulaq asarlar. Dinləməyin məqsədi məlumat əldə etməkdir və məlumat əldə etmək üçün dinləmənin əleyhdarı, etiraz etmək üçün dinləməkdir. Professor Ə. Bayramovun qeyd etdiyi kimi, ailə mədəniyyəti çox geniş anlayışdır. Hər bir gənc aydın başa düşməlidir ki, ailə mədəniyyəti bir - birinə hörmətdən, səmimi münasibətdən, qarşılıqlı etimaddan, fikir və hisslərin qarşılıqlı güzəştə getməsindən, ağıllı, təmkinli yaşayışdan yaranır. Ailə mədəniyyətində böyük-kiçik məsələsi yoxdur... Özlüyündə kiçik sayılan məsələni böyütmək, ciddi münaqişə səviyyəsinə çatdırmaq yaxud böyük münaqişələri səbir və təmkinlə həll etmək mümkündür. Buna görə də cavanlar öz ailələrinin tamlığını qoruyub saxlamaq üçün ilk növbədə cəmiyyət qarşısında ciddi məsuliyyət daşıdıqlarını dərk etməlidirlər. Çünki nigahın əsasını məhəbbət hissi ilə borc və məsuliyyət hisslərinin vəhdəti təşkil edir [1, 47].
Cəmiyyətin sosial dinamikası və strukturu elə qurulmuşdur ki, burada fərqlilik, özüəməxsusluq sözün əsl mənasında hakimdir. Sosiallıq və özünəməxsusluq ümumiyyətlə sırf iç-içə olan məfhumlardır. Bu anlamlar istər böyük bir sivilizasiya tərkibində olsun, istərsə də ayrı-ayrı lokal cəmiyyətlərə, demək olar ki, insanın təbiəti ilə bilavasitə bağlıdır və coğrafi mühitlə şərtlənir. Fərdin sosial dünyasının arxa planında təbii ki, onun hazırkı vəziyyətinə qədərki qazandıqlarının rolu mühümdir [4, 67]. Bu qazandıqları şərtləndirici vasitə kimi, onun həyat yoluna, tutduğu mövqeyə ümumilikdə hər şeyə təsir göstərir. Elita nəzəriyyəsinin əsasını İtaliya politoloqu və fılosofu V.Pareto [1848-1923] və H.Mosku [1858-1941] qoymuşdur. Məsələn, H.Mosku demişdir: «Təşkilatlanmış azlığın təşkilatsız çoxluq üzərində suveren hakimiyyəti qaçılmazdır». «Yüz adam həmrəy, işin ümumi anlayışı ilə hərəkət edərək, bir-biri ilə həmrəy olmayan, təkbətək ünsiyyət saxlayan min adama qalib gəlir».Bu nəzəriyyənin tərəfdarları sübut etməyə çalışırlar ki, kütlə «ən yaxşı halda ətalətdə olur», həyəcana gələn vaxt isə qorxulu qüvvəyə çevrilir, nəzərə çarpan mühüm yenilikləri sevmir; bərabərliyə can ataraq insan mədəniyyətini dağıdır, onu keçmiş vəhşilik dövrünə tərəf geriyə atır. Ümumiyyətlə, mütəxəssislərin araşdırmalarında da qeyd edilir ki, bütün cəmiyyəti və dünyanı narahat edən ailə münaqişələri problemini yaradan bir neçə vacib amillər vardır ki, bunlardan biri də ailə münaqişələriin sosial faktorlarıdır. Təbii ki, sosial-iqtisadi amillərdən birincisi ailə həyatı, fərdin tərbiyəsi ilə bağlıdır. Təcrübi faktlardan da aydın olur ki, ailə problemləri olan ailədə lazımi qayğı və nəzarətlə əhatə edilməyən insanlarda narkomaniya kimi xoşagəlməz hallara daha tez-tez rast gəlinir. Bu barədə bir çox fikir və mülahizələr mövcuddur ki, onların birində belə deyilir: "Qanuni narkotiklər - siqaret və alkoqol qəbul edən valideynlər, qеyri-qanuni narkotiklər qəbul еdəcək övladlar yеtişdirir". Reallıqda da bir qayda olaraq ailədə yaranmış problemlər yеniyеtməni "risk qrupuna" sürükləyərək onu "artıq" vasitələrdən istifadə etməyə sövq edir. Psixoloqlar sübut etmişlər ki, tam olmayan ailə özü inkişaf potologiyasını yaradır. Xüsusilə bir valideynli uşaqlarda, əksər hallarda ünsiyyət çətinlikləri yaranır, bеlə uşaqların diqqət və qayğıya daha çox ehtiyacı vardır. Yеniyеtmə diqqət və qayğıdan kənarda qaldığı zaman "ailə çatışmazlığı", "sosial aclıq" və s. kimi hisslərlə yaşayır ki, belə zəruri ünsiyyətin olmaması da onu ailə münaqişələrinə mеylləndirir [1, 6]. Hər iki valideynin tam olduğu ailələrdə də harmoniyanın yoxluğu risk faktorlarından biri sayılır. Ailə daxilində övlada yad münasibət, tеz-tеz baş verən konfliktlər, valideynlərin daimi "sirrləri", bir-birinə və yaxud övlada qarşı etibarsızlıq, maddi və mədəni səviyyənin aşağı olması müşahidə olunan ailələrdə yеniyеtmələr özlərini tənha hiss edir və belə ailələrdə ümumi yaşayış daha darıxdırıcı olur.
İranda ailə münaqişələri zəminində baş verən problemlərin həlli istiqamətində atılan addımlar: Son zamanlar aiələlrin qurulması və sosial fəaliyyətlərinin formalaşdırılması istiqamətində xeyli önəmli dəyişikliklər müşahidə olunmaqdadır. Ailələrin qurulmasında və evlilik həyatlarının formalaşmasında əsas prioritetlər təbii ki, nəslin davamı, cütlərin bir-birilərinə hiss etdiyi ehtiyac, ictimai sosial mövqenin daha da möhkəmləndirilməsi və s.lərdən ibarətdir. Bu faktorlar təbii ki, digər Şərq ölkələrində ailələrin qurulmasında əsas meyarlar olduğu kimi hələdə öz mahiyyətini qoruyub saxlayır.
ƏDƏBİYYAT
1. Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri. Bakı: Azərnəşr, 1981.
2. Исследование мотивационной сферы личности. Под.ред. Леонтьева В.Г., Новосибирск, 1984.
3. Le Bon O., Basiaux P. "Personality profile and drug of choice: A multivanate analysis using Cloninger on heroin addicts, alcoholics and a random population group". Drug and Alcohol Dependence, № 73[2] London, 2004
4. Hoseyni, F. Valideyn münaqişələri ilə uşaqlı evlilərin münaqişə müqayisəsi, Tərbiyə jurnalı // "Pedaqojiyə psixoloji fakültəsi", Elzəhra Universiteti, No4., Tehran, 2008
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM