Soyqırımı kim-kimə qarşı törətmişdir? 1914-1922-ci illərdə qətlə yetirilmiş dinc ermənilərin və müsəlmanların sayı məsələsinə dair

15:30 / 17.04.2014

Vüqar Seyidov

Tarix üzrə fəlsəfə doktoru

Birinci Dünya müharibəsi illərində, 1922-ci il yayın axırlarına qədər erməni və türk əhalinin birgə yaşadığı ərazinin çox hissəsində ermənilər tərəfindən başlanmış çoxsaylı zorakılıq və qırğın aktları törədilmişdir. Zorakılığın məhz ermənilər tərəfindən təhrik edilməsi və türklərin əvvəlcə etnoslararası qarşıdurmaya və hərbi əməliyyatlar zonasında müxtəlif daxili iğtişaşlara yol verməmək cəhdləri tam sübut edilmişdir.
1914-cü ildən 1922-ci il yayın sonuna qədər Anadoluda və Cənubi Qafqazda silahlı erməni bandaları tərəfindən mülki (dinc) əhali arasında 523.955 müsəlmanın (türk, azərbaycanlı, kürd, çərkəz) dəqiq adları, yaş dəftərlərində onlara aid məlumatlar və onların hansı şəraitdə qətlə yetirilməsi müəyyən edilmişdir. Öldürülmüş şəxslərin adlarının siyahısı və Türkiyə jandarmeriyasının müvafiq sənədləri, o cümlədən şahid ifadələri, adamların həlak olması şəraitinin və ölüm səbəblərinin təsviri Türkiyənin dövlət arxivlərində saxlanılır. Söhbət məhz ermənilər tərəfindən qətlə yetirilmiş mülki müsəlman əhalinin sənədlər əsasında qeydiyyata alınmış sayından gedir.
Vurğulamaq lazımdır ki, yuxarıdakı rəqəmə itkin düşənlərin, qardaş məzarlarında dəfn edilənlərin, naməlum şəraitdə öldürülənlərin, habelə zorakılıq tətbiq edilmədən, lakin birbaşa erməni vəhşilikləri nəticəsində – valideynlərin və ya ailəni dolandıran digər yaxınlarının itirilməsi, aclıq, soyuq, dağıntı və xəstəliklər səbəbindən ölmüş şəxslərin sayı daxil deyildir.
“523.955” ədədinə yunan ordusunun və Kilikiyada Fransa ordusundakı Erməni Legionunun tərkibindəki erməni könüllüləri tərəfindən dinc müsəlman əhali arasında qətlə yetirilmiş qurbanların sayı da daxil deyildir. Bu, sübut olunmuş və inkar edilməsi mümkün olmayan ən minimal rəqəmdir.
Qərbli tədqiqatçılar (məsələn, professor C.Makkarti) ermənilər tərəfindən qətlə yetirilmiş mülki müsəlman əhalinin ümumi sayının təxminən 2,5 milyon olduğunu bildirir.
Həlak olmuş ermənilərin real sayı təxminən 300.000 nəfər, yəni həlak olmuş müsəlmanların sayından 8,5 dəfə azdır. Bunların təqribən dörddə bir hissəsi mənəviyyatca pozulmuş Rusiya ordusunun qalıqları ilə birlikdə Anadoludan Qafqaza qaçarkən yolda, zorakılıq tətbiq edilmədən ölmüş, təxminən bir o qədəri isə Suriyaya gedərkən yolda, yenə də zorakılıq tətbiq edilmədən ölmüşdür. Həm köçürülməyə qədər, həm də köçürülmə zamanı təqribən 150.000 erməni kürdlərin, ərəblərin və qətlə yetirilmiş qohumlarına görə qisas alan türklərin hücumları nəticəsində zorakılıqla öldürülmüşdür.
Öldürülmüş ermənilərin sayının 1,5 milyon olması cəfəngiyyatdır. Birinci Dünya müharibəsi başlanmazdan əvvəl aparılmış siyahıyaalmanın nəticələrinə görə, Osmanlı imperiyasında cəmi 1.294.000 erməni yaşayırdı. Erməni Ümumi Xeyriyyə İttifaqının rəhbəri Boqos Nubar Paşa özü etiraf edir ki, müharibənin sonuna qədər azı 700.000 erməni salamat qalmışdı. “Deportasiya edilənlərin ümumi sayının 600.000-dan 700.000-a qədər olması ehtimal edilir. Mənim gətirdiyim rəqəmlər yalnız hazırda müttəfiq qoşunlar tərəfindən tutulmuş ərazidə salamat olanların sayını əks etdirir. Deportasiya edilənlərin hələ səhralara səpələnmiş hissəsinə gəldikdə isə bu barədə bizdə indiyə qədər heç bir məlumat yoxdur” – Boqos Nubar Paşa bu sözləri 1918-ci il dekabrın 12-də (yəni, Birinci Dünya müharibəsi artıq başa çatandan sonra) Fransa xarici işlər nazirinə ünvanlanmış məktubunda yazırdı.
Təkcə Ermənistan Respublikasına (azərbaycanlılar tərəfindən ermənilərə bağışlanmış İrəvana və Zəngəzura) Anadoludan 420.000 qaçqın erməni gəlmişdir (erməni tarixçisi Riçard Ovanisyan isə Ermənistanda sığınacaq tapmış ermənilərin yarım milyon olduğunu yazır). Sonradan onlar yerli Azərbaycan əhalisini həmin ərazidən sıxışdırıb çıxarmışlar. Müharibədən sonra, əsasən Suriya və Livandan, daha 455.000 erməni Avropaya köçmüşdür. Türkiyənin özündə isə 1923-cü ilə qədər 123.000 erməni sakitcə yaşamaqda davam edirdi. Bəs, “1,5 milyon” erməninin qırılması barədə deyilənlər nəyə əsaslanır??? Erməni əhalisi arasında – həm zorakı, həm də qeyri-zorakı ölüm nəticəsində - ümumi itki 300 min nəfərdən heç cür artıq ola bilməzdi. Fransız tədqiqatçısı Jorj de Malevil də bu rəqəmlə razılaşır.
Beləliklə, 300.000 erməni və 2,5 milyon müsəlman öldürülmüşdür... Hətta adları dəqiq müəyyən edilmiş 523.955 müsəlmanın öldürüldüyünü götürsək, belə bir sual çıxır: soyqırımı kim-kimə qarşı törətmişdir?


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM