AZƏRBAYCANÇILIQ MİLLİ, ÜMUMBƏŞƏRİ VƏ MULTİKULTURAL DƏYƏRLƏRİN VƏHDƏTİ KİMİ

09:00 / 01.12.2016

Azərbaycançılıq ideyası və milli-mənəvi dəyərlər tarixi inkişaf nəticəsində təşəkkül tapıb formalaşmış, milli, ümumbəşəri və multikultural xüsusiyyətləri özündə əks etdirərək xalqımızın həyat tərzindən, insanların birgəyaşayışından doğan baxışlar sistemidir. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının tarix boyu qazandığı milli-mənəvi dəyərlərin azərbaycançılıq ideyalarının yaranmasında əvəzsiz roluna xüsusi əhəmiyyət verərək, bu dəyərlərin millililiyin, ümumbəşəriliyin və multikulturallığın vəhdətindən ibarət olduğunu diqqətə çatdırır: “Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir. Məqsədimiz xalqımızın mənəviyyatını qorumaq və zənginləşdirməkdir” [3, 114].
Hər bir xalqın, o cümlədən xalqımızın milli-mənəvi dəyərlər sistemi onun sosial-mədəni, həyat tərzində yaranmış azərbaycançılıq ideyasının tərkib hissəsini təşkil edən fenomendir. Akademik Ramiz Mehdiyev yazır: “Azərbaycançılığın milli ideologiya kimi qəbul edilməsi ölkəmizin sivilizasiyalı dövlətlər sırasına daxil edilməsi, ümumdünya oriyentləri və meylləri kontekstində daha uğurlu inkişaf üçün möhkəm zəmin yaradır” [6, 29]. Göründüyü kimi müəllif azərbaycançılığın yalnız milli deyil, həm də ümumdünya yönümlü hadisə olduğunu göstərir.
Milli ideologiyamız - azərbaycançılıq milliliyn, ümumbəşəriliyin və multi- kulturallığın sintezindən ibarətdir: “Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlər sintezindən, inteqrasiyasından bəhrələnməsi… deməkdir” [2,73].
Azərbaycançılıq ideyası və Azərbaycan xalqının yaratdığı milli-mənəvi dəyərlər tarixən dəyişmiş, onun etnik varlığının, tarixi mövcudluğunun ilkin dövründə mənəvi həyatı inkişaf etdirən xalqın aparıcı nümayəndələri maddi və mənəvi dəyərlər yaratmışlar. Bir sözlə, milli ideya - azərbaycançılıq ideyası və milli-mənəvi dəyərlər insan həyatına daxil olaraq fərdi mənsub olduğu xalqın ideallarına qovuşdurur. Milli ideya və milli-mənəvi dəyərləri xalq, cəmiyyət yaradır, şəxsiyyət isə onu mənimsəyərək formalaşır. Milli ideya və milli-mənəvi dəyərləri mənimsəyən insan onu özününküləşdirir. İnsan mənimsədiyi dəyərləri tərəddüd etmədən həqiqi dəyərlər kimi qəbul edir. Nəticədə xalqın milli-mədəni həyatının daxili ruhunu özündə cəmləşdirən milli-mənəvi dəyərlər yaranır ki, xalqın həyat tərzi, dünyagörüşü, dünyanı dərketmə tərzi də bu əsasda formalaşır.Tədqiqatçı Əli İbrahimov haqlı olaraq yazır: “…Milli ideologiyamızda ehtiva olunan Azərbaycan cəmiyyətinin milli-mənəvi dəyərləri, xalqımızın öz əxlaqi mentaliteti və bütün bunların ümumbəşəri dünya dəyərləri ilə sintezi əsasında formalaşdırılan təməl prinsiplər artıq maarifçilər, böyük ziyalılar ordusu, həmçinin alimlər tərəfindən irəli sürülmüş və böyük səylə həyata keçirilməkdə olan konseptual əsaslardır” [4,72].
Azərbaycanlıların milli ideyası və milli-mənəvi dəyərlərindən söhbət gedərkən burada ümumtürk ruhunun və Şərq ənənələrinin və milliliyin üstün amil olmasını xüsusi qeyd etmək lazımdır. Bunu azərbaycanlıların formalaşmasında burada yaşayan digər qafqazdilli, irandilli etnik qruplarla qaynayıb-qarışan türkdilli, soybirləşmələrinin üstünlük təşkil etməsilə izah etmək olar. “Türkdilli” soybirləşmələri azərbaycanlıların formalaşması prosesində çoxluq təşkil etdikləri kimi, onların mənəvi aləmində də üstün yer tutmuşlar. İnamlar silsiləsinin, mifik görüşlərin, həyati idrak formasının soy psixikasının, xalq yaradıcılığının başlıca türkdilli qəbilələrlə bağlılığı belə bir qənaətə gəlməyə əsas verir.
Azərbaycanlıların milli ideyası və milli-mənəvi dəyərlər sistemində dil, adət-ənənə, mentalitet və yüksək mədəniyyətin sintezi vəhdət təşkil etmişdir. Bu sistemdə türklərə xas ənənəvi adət-ənənə də xüsusi yer tuturdu. Azərbaycanlıların həmin dəyərlər sistemində etnik, etatik, teoloji, mədəni əsasları diqqəti cəlb edir.
Türk-islam və azərbaycançı milli-mənəvi dəyərlər XIX əsrdə Qərb dəyərlərilə qovuşdu. Rus mədəniyyəti vasitəsilə Azərbaycan cəmiyyətinə nüfuz edən maarifçilik fəlsəfəsi dini xurafatın, savadsızlığın hökm sürdüyü bir şəraitdə yeni, müasir dəyər xarakteri kəsb edərək, Azərbaycanın milli-mənəvi dəyərlərinə yeni ruh, yeni ab-hava gətirdi. Milli-siyasi elita, ziyalılar milli vəhdətin yaranmasında böyük rol oynadılar. Bu dövrdə milli-mənəvi dəyərləri və azərbaycançılığı səciyyələndirən, ona təsir edən amillər mövcud idi. Azərbaycanda Rusiya çarlığının anti-türk, anti-islam siyasəti yürütdüyü bir şəraitdə despotik idarəçilik hökm sürür, o isə özü ilə cəmiyyətdə qorxaqlıq, yaltaqlıq, riyakarlıq, bədgümanlıq kimi mənfi keyfiyyətlər doğururdu. Lakin bunlara baxmayaraq, azərbaycanlılar arasında həqiqət və Tanrı axtarışı, elmə, təhsilə yiyələnmək milli-azadlıq, ədalət ideallarına qovuşmaq meyili güclənirdi. Milli-mənəvi dəyərlərə əxlaqi və milli zənginlik çaları verən islam dinini xurafatdan ayırmaq, dildə osmanlılaşma, ruslaşmaya qarşı azərbaycanlaşmanı ön plana keçirmək cəhdi və mübarizəsilə yanaşı, millətin yaranması, dilin, mədəniyyətin, iqtisadi yeniləşmənin, inkişafın, sənayeləşmənin doğurduğu milli burjuaziyanın təşəkkülü də baş verirdi. Lakin yeni yaranan burjuaziya içərisində milli maraqlara xidmət edənlər, milli-mənəvi dəyərləri zənginləşdirənlərlə yanaşı, milliliyə yad olan kosmopolitik maraqları ifadə edənlər də vardı. XIX əsr – XX əsrin əvvəllərində milli ideya və milli-mənəvi dəyərlər sistemində mühüm yer tutan dövlətçilik və idarəetmə təsisatlarının olmaması xalqı siyasi-mədəni, tarixi ənənədən məhrum edirdi. Bu dövrdə siyasi birliyin olmaması, milli şüurun zəifliyi və sünni-şiə ədavəti türk-müsəlman dünyasını və dəyərlərini parçalayırdı.
Sovet dövründə milli-mənəvi dəyərlər sistemində ciddi dəyişikliklər baş verdi. Bütün ideoloji tərbiyə, təbliğat sistemi yeni sovet mənəvi-əxlaqi dəyərlərinin yaranmasına yönəlmişdi. Köhnəliyə, milliliyə, keçmişə qarşı yönəlmiş yeni sovet əxlaqı, sovet adamı formalaşdırılır, mənəviyyat, dəyərlər yeni sovet-kommunist şüuru ruhunda yaranırdı. Yeni sovet dəyərləri tarixdən, ənənələrdən, keçmişdən tamamilə qopub-ayrılmış dəyərlər idi.Köhnə dünya keçmişin qalığı kimi bünövrəsinə kimi dağıdılır, sonra isə yerinə yeni sovet dünyası qurulurdu. Yeni sovet dəyərləri dini dəyərləri də inkar edirdi. Milli ideya və milli-mənəvi dəyərlə- rin yaradıcıları olan bütün mütəfəkkirlər, alimlər, ziyalılar, şairlər, yazıçıların əsərləri təftiş edilir, yeni quruluşa uyğun cəhətlər, dəyərlər “yaşamaq hüququ qazanır”, qalanlar “köhnəliyin qalıqları” adı altında məhv edilirdi, yaddaşlardan silinirdi.
XX əsrin 20-ci illərindən Azərbaycanda kosmopolit, beynəlmiləlçi və rus- laşdırmaya əsaslanan sovet mədəniyyəti formalaşdı. Hakim rejim “həm Azərbaycan yerli dar düşüncəni, həm də güclü şəkildə ruslaşdırmanı təşviq edirdi. Bu iki istiqamətdə aparılan əməliyyat keçmişlə əlaqələri kəsmək və Azərbaycanın sovet sisteminə inteqrasiya edilməsini sürətləndirmək məqsədi güdürdü” [9, 174]. Müstəqillik dövründə Azərbaycanın milli ideyası və milli-mənəvi dəyərlər sistemi müsbət və mənfi təsirlərə məruz qaldı. Keçmiş SSRİ dağıldıqdan sonra Azərbaycanın da daxil olduğu sovet dövlətçiliyi, inzibati idarəetmə, iqtisadi sistem, kommunist mədəni-mənəvi və ideoloji dəyərlər sistemi dağıldı. Sovet cəmiyyətindəki kommunist mənəvi-əxlaqi qaydalarının hökm sürdüyü, vahid “sosialist etnik məkanının” ayrılmaz hissəsi olan Azərbaycan keçid dövründə sovet totalitarizmindən irəli gələn irsi, o cümlədən, bəzi mənəvi dəyərləri özündə saxladı.Müstəqillik dövründə mənəvi dəyərlərin formalaşması prosesi zamanı keçmişə, tarixə, mədəni irsə münasibətdə ifratçılığa yol verilməsi keçmişdən və sovet dövründən müsbət mənəvi dəyərlərin qorunub saxlanmasına imkan vermədi. Sovet dəyərləri tamamilə məhv edilmədiyi kimi, Qərb dəyərləri də tənqidi süzgəcdən keçməli, milli-mənəvi xüsusiyyətlərimiz nəzərə alınaraq, azərbaycançılıq, dövlətçilik mövqeyindən qəbul olunmalıdır. Yalnız belə olduqda keçmişin və müasirliyin vəhdəti və onun azərbaycançılıqla bağlılığı mümkün ola bilər. İndiyədək formalaşmış mənəvi dəyərlər təkamül yolu ilə cəmiyyətin mənəvi sərvətinə çevrilə bilər.
Müstəqillik dövründə azərbaycançılıq ideyası reallaşmaqla yanaşı, mənəvi dəyərlər sistemində kosmopolitizmdən uzaq, Şərqlə Qərbin sintezindən ibarət mütərəqqi azərbaycançılıq təfəkkürü, şüur tipi, davranış və əxlaqı formalaşdı. İslam dəyərləri Azərbaycan xalqının mədəniyyəti tərkibində yenidən dirçəldi, ateizm, kommunist mənəviyyatı cəmiyyətdən silindi, milli və liberal demokratik dəyərlər qovuşdu, müasir azərbaycançılığa, dövlətçiliyə, tolerantlığa, multikulturalizmə əsaslanan mədəniyyət formalaşdı və inkişaf etdi. Bir sözlə, azərbaycançılıq ideyası milli-mənəvi dəyərlərlə qovuşaraq, Azərbaycan xalqının siyasi, dövlətçilik şüurunda mədəni-mənəvi inkişafında əsas amilə çevrildi.
Azərbaycançılıq ideyası Azərbaycan xalqının tarixi kökləri, özünəməxsusluğunu ifadə etməklə yanaşı, onun həyatında bəşəriyyətin ayrılmaz hissəsi kimi ümumbəşəri, multikultural dəyərlərin - azadlığın, bərabərliyin, qardaşlığın, dostluğun vəhdəti kimi çıxış edir. “Məlumdur ki, millətlərin mənəvi həyatında mühüm amil olan milli ideyaların əsas vəzifəsi millətin daxili qüvvələrini səfərbər etmək, onun həyati dəyərlərini ifadə edərək inkişafının dönüş mərhələsində keçmişini və gələcəyini bir-birinə bağlamaqdır. Milli ideyalar millətin, xalqın özünüdərkinin istiqamətlərini, bir etnos kimi bütün təbəqələrini və nəsillərini öz ətrafında birləşdirir” [3,30].
İdeya anlayışı ümumiyyətlə, ictimai, siyasi və milli ideyalara ayrılır. İdeyalar cəmiyyətin müxtəlif tərəflərinin dərki formasıdır. İdeya cəmiyyətdə özünü göstərən inkişaf meyillərinin zəruriliyini ifadə edir. “Ən parlaq ideyaların məcmusundan ibarət olan mükəmməl bir nəzəriyyə belə həyata tətbiq olunmazsa, eklektik səciyyə daşıyıb, absurd fikir yığınından uzaq gedə, beləliklə də, öz tarixi missiyasını yerinə yetirə bilməz” [10, 179].
İctimai, milli psixologiya, milli-mənəvi,ümumbəşəri, multikultural dəyərlər ilə bağlı olan milli ideyanı milli mədəniyyətin ayrılmaz tərkib hissəsi kimi Azərbaycan xalqının tarixi inkişafından və mədəniyyətinin tarixindən kənarda öyrənmək mümkün olmadığı kimi, azərbaycançılığın gücü də onun cəmiyyətimizə tətbiq olunmasıdır.
Milli özünüdərk və milli kimliklə sıx bağlı olan milli ideya millətin yaranıb inkişaf etməsi ilə birlikdə təşəkkül tapır,onun milli mənlik şüurunun formalaşmasını, özünüdərkini sürətləndirir. Azərbaycan xalqı türkdilli xalqların milli-mənəvi dəyərləri mühitində formalaşmış, yadelli işğalçılara qarşı öz azadlığı, varlığı uğrunda mübarizə aparmışdır. Ona görə də xalqımızın tarixi şüuru, onun ləyaqəti türkçülük idealı zəminində formalaşmış, tarix boyu amansız sarsıntılara, sosial deformasiyalara uğrasa da, özünün “mən”ini ictimai şüurunda qoruyub saxlaya bilmişdir.
Azərbaycanın tarixi taleyi elə olmuşdur ki, onun milli şüuru yüzilliklər ərzində daha iri dövlətlərin tərkibində olduğu sivilizasiyalarda nəyisə itirib, nəyisə qazandığı şəraitdə formalaşmışdır. Qüdrətli etnosiyasi birliklərdə xalqımız mədəniyyətlərin etnoslararası qarşılıqlı təsiri mühitində digər mədəniyyətlərin dəyərlərindən bəhrələnmiş, özünün inkişafı boyu qazandığı zəngin siyasi-mədəni təcrübəni sosial yaddaşında daşıya bilmişdir.“Azərbaycan ideologiyası, dövlətçiliyi və milli-mənəvi dəyərləri məhz güclü etnosiyasi birliklər şəraitində qarşılıqlı təsir, qarşılıqlı əlaqə, qarşılıqlı zənginləşmə şəraitində formalaşmışdır. Azərbaycan dövlətçiliyi əsrlər boyu qanuna, mənəvi prinsiplərə, cəmiyyətin mənəvi hakimi olan dinə, hərbi qüdrətə əsaslanmışdır. Sovet kommunist rejimində diktatura və kommunist ideologiyası mərhələsini keçən Azərbaycan öz milli varlığını qoruyub saxlaya bilmişdir. Azərbaycan tarixində dərin izlər qoymuş, milli dövlətçiliyi aldanış nəticəsində bolşevik hakimiyyətilə əvəz olunan bu dövr istər ideoloji, istərsə də, dövlətçilik tariximizdə “sovet dövləti”, “sosializm dövrü” adlandı. Bu dövrdə azərbaycanlılar milli mənliklərinin bəzi cəhətlərini itirsələr də, milli-mənəvi inkişafını təmin edəcək zəngin tarixi və mədəni ənənə və adətlərini qoruyub saxlaya bildilər və indi də milli ləyaqətini, milli mənlik şüurunu, milli həmrəyliyini və vətən əxlaqını inkişaf etdirmək əzmini nümayiş etdirirlər” [3,76].
A.Həsənov daha sonra göstərir ki, Şərq və Azərbaycan dövlətçiliyində başlıca ictimai əxlaq forması, idarəçilik prinsipləri kimi adət və ənənələr çıxış etmişdir. Dövlətçiliyin və milli psixologiyanın inkişafında mühüm rol oynayan Vətən əxlaqı bütün ölkəni əhatə edə bilmişdir. Vətən əxlaqı ərazi və əhalinin vəhdətini, milli-mənəvi birliyini, dövlətçiliyin əsasını təmin edən mühüm, güclü bir amildir. Buna görə də dövlətçiliyin fundamenti olan torpağı, ərazini qoruyub bərpa etmək, milli ideologiyanı formalaşdırmaq, dövlətçiliyin əsas dayağı olan vətənçiliyi təmin etmək, vətən və dövlət əxlaqını formalaşdırmaq Azərbaycan xalqının ümdə vəzifəsidir [3,76].
Azərbaycançılıq - dövlətçilik ideologiyası və məfkurəçilik kimi müstəqil Azərbaycanın suverenliyinin əsas atributudur. Xalqımızın çoxəsrlik milli-mənəvi dəyərlərinə, dini və əxlaqi ənənələrinə söykənən azərbaycançılıq məfkurəsi kökə qayıdışı, istiqlalçılığı təmin etməsilə mühüm əhəmiyyət kəsb etdi. Bu gün Azərbaycan istiqlalçılığının əsasını ittihadçılıq - birlikçilik təşkil edir. Ulu Öndər Heydər Əlyev demokratik dövlət və cəmiyyət quruculuğunun hüquqi bazasını yaratmaqla yanaşı, onun ideoloji mənəvi-əxlaqi tərbiyə sistemini də formalaşdırdı. Bu sistemə aşağıdakı prinsiplər daxildir:
• Xalqa inam və xalqın inamını qazanmaq prinsipi;
• Millətlərarası etimad, ehtiram, qarşılıqlı inam prinsipi.
Beləliklə, azərbaycançılıq ölkəmizdə milli, ümumbəşəri və multikultural dəyərlərin vəhdəti kimi reallaşdı və həyati əhəmiyyət kəsb etdi. “Azərbaycançılıq təkcə hamının Azərbaycanı yüksək səviyyədə sevməsi, onun bərəkətinə səcdə etməsi, təhlükələrdən qoruması, şərəfini yüksəltməsi və bu kimi vətənpərvərlik göstəriciləri ilə bitmir. Bu anlayış altında dərin mənəvi qatlar var.
Azərbaycançılıq ideyası altında Heydər Əliyevin özünün rəhbərliyi ilə etnik iddiaları alt-üst etdi, vahid, bölünməz, unitar quruluşlu Azərbaycan Respublikasını bərqərar etdi.
-Azərbaycançılıq ideologiyası çoxdinlilik mühitində dözümlülüyün, tolerantlığın bərpasına, inkişafına şərait yaratdı. Dinlər və bunlara etiqad göstərən insanlar, icmalar, millətlər arasında qarşılıqlı hörmət, ehtiram, inam, əməkdaşlıq, yardımlaşma ənənəsi yenidən dirçəlməyə, möhkəmlənməyə başladı. Mənəvi ümumilik imkanlarından daha geniş istifadə edilir. İnsanlar dini ayrı-seçkilik əxlaqından uzaqlaşmağa başlamışdır. Azərbaycançılıq ideologiyası çoxmədəniyyətliliyin saxlanılıb inkşaf etdirilməsi ilə yanaşı, ümumi Azərbaycan xalq mədəniyyətinin formalaşmasına imkan yaratdı. Belə ki, hər bir milli qrupa, etnikə məxsus ən yüksək mədəniyyət nümunələri Azərbaycanın xalq mədəniyyəti sistemində özünə yer tutmağa başladı. Azərbaycanda mdəniyyətlərin inkişafına bərabər şəraitin yaradılması işinə azərbaycançılıq ideologiyası müsbət təsir göstərmişdir” [5, 91-93].
Bir sözlə, ictimai həyatımızın bütün sahələrində – milli mədəniyyətimizdə, milli əxlaqımızda, mənəviyyatımızda və siyasətimizdə dövlətçilik ideologiyası kimi təzahür edən milli ideologiya – azərbay­can­çılıq istiqamətləndirici məfkurə kimi tarixi keçmişimizin məhsulu olan milli-mənəvi, ümumbəşəri və multikultural dəyərlərin varlığını qoruyub saxlayır.
Azərbaycançılıq ideologiyası dövlətçilik ideologiyası kimi müxtəlif milli, etnik ideyaların məcmusunu özündə əks etdirir. Azərbaycanda millətçiliyin əsasını bütün azərbaycanlıların - Azərbaycandakı türkdilli, irandilli və qafqazdilli xalqların vahid və bölünməz Azərbaycanın vətənçilik hissilə birləşdirməsi təşkil edir. Tədqiqatçı A.Həsənov Anarın azərbaycançılıq ideologiyasının dayaqlarının azadlıq, müstəqillik, bərabərlik, qardaşlıq və dostluqdan ibarət olduğu fikrini irəli sürdüyünü qeyd edir [3, 76-77].
Azərbaycançılığın sözdə deyil, işdə gerçəkdən əhalinin sinfi, milli, irqi, dini, cinsi bərabərliyi ilə bağlı olması və onun demokratik cəmiyyətin təməl prinsiplərindən hesab edilməsini diqqətə çatdıran Anar Azərbaycanda tolerantlığın mövcudluğunu, onun milli mentalitetimizlə bağlı olduğunu da göstərir: “Xalqımızın milli mentalitetinə xas olan dözümlülük, tolerantlıq ölkəmizdəki bütün milli və dini azlıqlara münasibətdə açıq-aydın həyata keçirilməlidir. Cinsi bərabərlik, ilk növbədə, qadının cəmiyyətdə kişilərlə bərabər mövqe tutmasını, o cümlədən, siyasət sahəsində də mühüm mövqelər qazanmasını təmin etməlidir” [1].Azərbaycanın təməl prinsiplərindən olan qardaşlıq deyəndə, müəllif türk qardaşlığını nəzərdə tutur: “Tarixi kökləri, dil qaynaqları, düşüncə və davranış tərzi, adət-ənənələri, sənət, gözəllik, əxlaq anlayışları bir olan türk xalqlarının münasibətləri dostluqdan daha artıq qardaşlıq sözüylə səciyyələnə bilər” [1].Nəhayət, Anar azərbaycançılığın başqa bir prinsipinin dostluqdan - Azər­baycanda yaşayan xalqların və Azərbaycan xalqının digər xalqlarla dostluğundan ibarət olduğunu göstərir: “Xalqlar dostluğu - həm ərazi, tarixi tale, adət-ənənə baxımından bizə yaxın olan qonşu xalqlarla mehriban münasibətlərinə, həm də Azərbaycanın öz içində yaşayan müxtəlif millətlərin doğmalıq əlaqələrinə aid edilməlidir” [1].
Müstəqillik əldə edən Azərbaycan Respublikası demokratik, hüquqi, dünyəvi, parlamentli, dövlət quruculuğu, plüralizmin, azadlığın, bazar iqtisadiyyatının hökm sürdüyü vətəndaş cəmiyyəti quruculuğu yolu tutmuşdur. Cəmiyyətdə çoxpartiyalılıq, çoxideologiyalılıq hakimdir. Ümumbəşəri, multikultural və milli-mənəvi dəyərlərin vəhdəti şəraitində vahid bir ideoloji görüş və vahid siyasi lider ətrafında xalqın birləşdirilməsi zərurəti yaranır. N.Şəmsizadə azərbaycançılığa milliliyin, multikulturallığın və ümumbəşəriliyin vəhdəti kimi baxır: “Azərbaycançılıq suveren Azərbaycanın tam tarixi istiqlalı uğrunda, bu ölkədə dünyəvi prinsiplərə malik sivill hüquqi dövlət və demokratik cəmiyyət uğrunda mübarizəni strateji məqsəd seçən türkəsilli Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi durur” [10, 171-172].
Göründüyü kimi, azərbaycançılıq milli, etnik, ümumbəşəri dəyərlərin vəhdətindən ibarət inteqrativ, birləşdirici bir fenomendir.
Bu gün azərbaycançılıq özündə təkcə milli, ümumbəşəri deyil, həm də multikultural, tolerant dəyərləri də əks etdirir. Ölkəmizdə “mədəni müxtəliflik, mədəni özünüifadə, mədəniyyətlərarası hörmət, tarazlı mədəni mübadilə, mədəni özünüifadə azadlığına hörmət, xalqlar arasında mənəvi körpülərin qurulması ruhunda mədəniyyətlərin qarşılıqlı əlaqələrini inkişaf etdirmək kimi çox zəruri məsələlər, aktual problemlər dövlət səviyyəsində öz həllini tapmaqdadır” [4, 118].
Bu baxımdan azərbaycançılığın multikultural dəyər kimi inkişaf etdirilməsində dövlətimizin başçısı, prezident İlham Əliyevin çoxcəhətli fəaliyyəti və müstəsna xidmətləri vardır. I.Əliyev qlobal arenada multikultural dəyərlərin azərbaycançılığın tərkib hissəsi kimi Azərbaycanda inkişafına diqqət verərək, ölkəmizin türk-müsəlman dövləti kimi türk, müsəlman və Qərb dünyası ilə sıx bağlılığını daha da möhkəmləndirir, multikultural və tolerant mühit formalaşdırır, multimədəni ahəngdarlığın təminatçısı və himayədarı kimi mədəni müxtəlifliyi və etnoqrafik rəngarəngliyi qoruyub saxlayır, Azərbaycanı multikultural dəyərlərin mərkəzi kimi bütün dünyaya tanıdır.


ƏDƏBİYYAT
1. Anar. Azərbaycançılıq haqqında düşüncələr // 525-ci qəzet, 25 fevral 2000-ci il.
2. Əliyev H.Ə. Dünya azərbaycanlılarının I qurultayında nitq // Dirçəliş-XXI əsr, 2003, dekabr, №70, s. 35-150.
3. Həsənov A. Milli ideologiya və milli-mənəvi dəyərlər. Bakı: Təknur, 2013, 176s.
4. İbrahimov Ə. Azərbaycançılıq ideyasının konseptual aspektləri. Bakı: Avropa, 2016, 180 s.
5. Qaralov Z. İdeologiya və mənəviyyat.Bakı:Hüquq ədəbiyyatı, 2013, 484s.
6. Mehdiyev R. Yeni siyasət: inkişafa doğru. Bakı: Şərq-Qərb, 2006, 470 s.
7. Məmmədzadə İ. Bir daha fəlsəfə haqqında. Bakı: Təknur, 2012, 216 s.
8. Tağıyev Ə.M. Milli ideya və milli ideologiya. Bakı: Təbib, 2000, 99 s.
9. Svyatoçovski T. Rusiya və Azərbaycan. Bakı: XUN, 2000, 373 s.
10. Şəmsizadə N. Azərbaycançılıq. Bakı: Nurlar, 2006, 192 s.

Açar sözlər: azərbaycançılıq, milli, ümümbəşəri dəyərlər, multikultural dəyərlər, milli-mənəvi dəyərlər, Şərq ənənələri, türkçülük, islamçılıq, müstəqillik dövrü.

Ключевые слова: азербайджанство, национальное, общечеловеческие ценности, мультикультуральные ценности, национально-духовные ценности, восточные традиции, тюркство, исламизм, период независимости.

Keywords: Azerbaijanism, national and universal values, multicultural values, national and spiritual values, the traditions of the East, Turkism, Islamism, the period of independence.

Резюме
В статье проанализировано азербайджанство, как единство национальных, общечеловеческих и мультикультуральных ценностей с этико-философского аспекта. Автор также коснулся вопроса взаимоотношений азербайджанства с национально-духовными ценностями. В работе также говорится о роли общенационального лидера Гейдара Алиева и его достойного политического приемника, главы государства Ильхама Алиева в реализации азербайджанства в азербайджанском обществе в качестве единства национальных, общечеловеческих и мультикультуральных ценностей.

Summary
The article analyzes the Azerbaijanism as unity of national, human and multicultural values from ethical and philosophical aspects. The author also discussed Azerbaijanismrelationships with national spiritual values. The paper also discusses the role of national leader Heydar Aliyev and his worthy political receiver, the head of the state IlhamAliyev in realization Azerbaijanism in Azerbaijani society as a unity of national, human and multicultural values.


VAHİD ÖMƏROV
Fəlsəfə üzrə fəlsəfə doktoru


"Geostrategiya" jurnalı № 03 (33MAY - İYUN 2016


 



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM