Təhlükəsizlik - mümkün zərərlərdən müdafiə olunma imkanları, ziyanlı təsirlərin qarşısının alınması, həmçinin kompensassiya olunması imkanlarının məcmusudur.[6, 91] Qeyd edək ki, “Təhlükəsizlik” anlayışı 1940-cı illərin sonu – 1950-ci illərin əvvəlində geniş yayılmışdır. Soyuq müharibə şəraitində, xüsusilə yeni nüvə məkanında hərbi qarşıdurmanın beynəlxalq münasibətlərin başlıca sahəsinə çevrildiyi bir dövrdə bu termindən silahlara nəzarət, strategiya və texnologiyalara dair aparılan hərbi-mülki tədqiqatlar sahəsinin göstərilməsi və ifadə olunması üçün istifadə edilməyə başlandı.
İndi bir sıra alimlər təhlükəsizlik anlayışının genişləndirilməsinin, yəni insanların həyat fəaliyyətinin hərbi, iqtisadi, mədəni, ekoloji və digər tərəflərinin kompleks şəklində öyrənilməsi və tədqiq edilməsinin tərəfdarı kimi çıxış edir. Söhbət təhlükəsizliyin geniş təfsirindən gedir. Bununla belə nəzərə almaq lazımdır ki, bu sahələrin bir-biri ilə sıx əlaqə təşkil etməsi ilə yanaşı onların hər biri təhlükə xarakterindən, onlara müqavimət instrumentlərindən və digər sahələrdəki qanunauyğunluqlardan fərqlənən özünəməxsus təhlükə formaları, onlara göstərilən müqavimət vasitələri, təhlükə və ondan müdafiə vasitələri arasındakı qarşıdurmanın özünəməxsus məntiqinə malikdir.
Təhlükəsizliyin bir neçə növü vardır. Bunların arasında siyasi, iqtisadi, hərbi, ekoloji, mədəni təhlükəsizliyi və s. göstərmək olar. [8, 166]
Dövlətin milli təhlükəsizlik istiqamətləri arasında hərbi təhlükəsizliyin mərkəzi yeri vardır. Təbii ki, özünün səciyyəvi xüsusiyyətlərinə görə hərbi təhlükəsizlik digər təhlükəsizlik istiqamətlərindən ciddi şəkildə fərqlənir. Bu fərqlər haqqında təsəvvürlərə malik olmaq üçün hərbi təhlükəsizliyin səciyyəvi xüsusiyyətlərini müzakirə etmək və bu istiqamətdə politoloji təhlillərin aparılması məqsədəuyğundur. Hər şeydən öncə qeyd edək ki, elmi və hüquqi ədəbiyyatlarda hərbi təhlükəsizliyin mahiyyətinə dair müxtəlif yanaşmalar mövcuddur. Kifayət qədər çoxsaylı və fərqli yanaşmaların olmasına baxmayaraq, yanaşmalarda ümumi məqam ondan ibarətdir ki, hərbi təhlükəsizlik dedikdə, dövlətin həyati vacib maraqlarının təhlükəsizliyi səviyyəsi nəzərdə tutulur. Burada nəzərdə tutulan əsas məqamlar dövlətin konstitusiya quruluşu, müstəqilliyi, suverenliyi, və ərazi bütövlüyündən ibarətdir. Təbii ki, qeyd etdiyimiz istiqamətdə təhlükəsizliyin təmin edilməsində əsas güc dövlətin hərbi strukturlarının üzərinə düşür.
Dövlətin hərbi təhlükəsizlik probleminin politoloji nöqteyi-nəzərdən təhlil etdikdə, bəzi məqamlara xüsusi diqqət yetirmək vacibdir. Hər şeydən öncə qeyd etmək lazımdır ki, hərbi təhlükə daxili və xarici amillərlə bağlı ola bilər. Dövlətin ümumi təhlükəsizliyinin əsas məqamı hər şeydən öncə onun olduğu vəziyyətdə qorunub saxlanılmasından ibarətdir. Belə ki, dövlətin bütün mənalarda mövcud vəziyyətinin dəyişdirilməsinə daxili və xarici amillər təsir etməməlidir. Dövlət həmişə müəyyən dəyərləri özündə daşıyan obyekt rolunda çıxış edir. Bu xüsusiyyət dövlətin qorunmasına olan marağın ilkin şərti rolunda çıxış edir. Bildiyimiz kimi, politoloji müstəvidə dövlətin daşıdığı əsas dəyər onun müstəqilliyindən, suverenliyindən, dövlət və ərazi bütövlüyündən, insan hüquq və azadlıqlarının qorunmasından və s. ibarətdir. Dövlətin müstəqilliyinin və suverenliyinin, ərazi bütövlüyünün etibarlı qorunması məhz hərbi təhlükəsizliyin bibaşa prioritetidir.[4, 40]
Bu məqamda xüsusi qeyd etmək lazımdır ki, hərbi təhlükəsizlik baxımından insanın, cəmiyyətin və dövlətin maraq və dəyərləri bir sıra mühüm əsaslara görə üzvi şəkildə əlaqəlidirlər. Bu əsasları aşağıdakı kimi nəzərdən keçirmək mümkündür:[5, 317]
– birincisi, dövlətin konstitusion quruluşu, suverenliyi və ərazi bütövlüyü onun əsas maraq və dəyərləri kimi nəzərdən keçirilməklə, cəmiyyətin maraqları ilə üst-üstə düşür və bu istiqamətdə təhlükəsizliyin təmin olunması bütövlükdə cəmiyyət üzvlərinin təhlükəsizliyi anlamına gəlir. Deməli, cəmiyyətin üzvünün ümumilikdə maraqlarının təmin olunması hərbi təhlükəsizliyin səmərəli təmin olunmasından birbaşa asılıdır;
-İkincisi, cəmiyyət üzvünün şəxsi təhlükəsizliyinin təmin olunması ilə bağlı maraqları, cəmiyyət hüquqi dövlət qurmaq və dövlətin qanunçuluğun təmin edilməsi maraqları ilə tamamlanır.
Qeyd etmək lazımdır ki, milli təhlükəsizliyin bütün istiqamətləri biri-birilərilə ciddi şəkildə sıx bağlıdırlar. Həmçinin cəmiyyət üzvlərinin şəxsi təhlükəsizlikləri ümumi dövlət maraqlarının hansı səviyyədə qorunmasından birbaşa birbaşa asılıdır. Bütün təhlükəsizlik trendləri ümumilikdə dövlətin təhlükəsizliyinin təmin olunmasına xidmət etdiyi kimi, hərbi təhlükəsizlik də cəmiyyət üzvlərinin hüquq və azadlıqlarının və ümumi təhlükəsizliklərinin qarantı rolunda çıxış edən dövlətin mövcudluğunun təminin əsas şərti kimi qəbul olunur. Beləliklə, hərbi təhlükəsizlik səmiyyət üzvünün mövcudluğunun ilkin şərti kimi nəzərdən keçirilə bilər.
Hərbi təhlükəsizliyin maraqların daxili və xarici hərbi təhlükələrdən qorunması prizmasından nəzərdən keçirilmsi zamanı qeyd etmək lazımdır ki, belə təhlükəsizliyin sistemyaradıcı elementi rolunda hərbi sahədə dövlətin milli maraqlarının məcmusu çıxış edir. Burada təbii ki, qorunmasına ehtiyac duyulan maraqlar nəzərdə tutulur. Əksər tədqiqatçılar politoloji prizmadan dövlətin hərbi müstəvidə milli maraqlarının qorunmasını onun müstəqilliyinin, suverenliyinin, dövlət və ərazi bütövlüyünün təmin olunması kimi nəzərdən keçirirlər. Bundaqn başqa, hər hansı bir subyektin dövlətə qarşı hərbi müdaxiləsinin qarşısının alınması və ya bu istiqamətlərdə preventiv tədbirlərin həyata keçirilməsi hərbi təhlükəsizliyin bazisi təşkil edir. Hər bir müasir sivil dövlət özünün dinc və demokratik inkişafı üçün hərtərəfli hərbi təhlükəsizliyini təmin etməyi prioritet kimi müəyyənləşdirir.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, hazırkı məqamda dövlətin hərbi təhlükəsizliyinin imperativlərindən birini mümkün müharibənin qarşısının alınması təşkil edir. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, dövlətin dinc, demokratik inkişafı yalnız silahlı münaqişənin olmadığı sülh şəraitində mümkündür. Müharibə bütün dəyərlərin qorunmasını təhlükə altına almaqla, həm də dövlətin özünün bütövlükdə mövcudluğunu ciddi sual altına alır. Qeyd edək ki, müharibə bəşəriyyətin, insanların həyatının qaçılmaz bir hissəsi kimi, çox vaxt pislik, lakin qaçılmaz pislik kimi qiymətləndirilirdi. Təhlükəsizlik termini Birinci Dünya müharibəsindən sonra geniş şəkildə istifadə edidi. O zaman ilk dəfə olaraq, müharibələrin son dərəcə dağıdıcı olması səbəbindən beynəlxalq səylərin müharibələrin qarşısının alınmasına, yəni onlara qarşı təhlükəsizliyin təmin edilməsinə xidmət edən məsələlərə dair geniş beynəlxalq konsensus formalaşmışdı. Bu termindən Millətlər Liqasının sənədlərində, məsələn Avropada kollektiv təhlükəsizlik konsepsiyasının işlənib hazırlanması ilə əlaqədar istifadə olunmağa başlandı. Bu tərəfdən o, ənənəvi olan sülh və müharibənin olmaması terminlərinin sinonimi kimi işlənirdi. Digər tərəfdən isə sülhün qorunmasına xidmət edən, müharibəyə gətirib çıxara bilən şəraitlərin qarşısın alan sazişlərin imzalanmasından, prinsiplərin institut və prosedurların yaradılmasından ibarət olan geniş bir sahəni əhatə edir, başqa sözlə desək, müharibənin qarşısını alan profilaktik tədbirlərdən ibarət idi.[7, 3]
Daha dağıdıcı olan İkinci Dünya müharibəsindən sonra bu məsələ daha da aktual oldu. Ən ümumi şəkildə beynəlxalq təhlükəsizliyin müasir izahı BMT-nin yaradılması zamanı, təşkilatın Nizamnaməsinin birinci fəslində tərtib edilmişdi. Onun başlıca məqsədi belə müəyyənləşdirilir:
- Beynəlxalq sülh və təhlükəsizliyi qorumaq və bu məqsədlə sülhün təmin edilməsi işində yaranan təhlükənin qarşısını almaq və onu ləğv etmək, təcavüz aktlarını yatırtmaq üçün səmərəli kollektiv tədbirlər keçirtmək. Ədalət və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq sülh vasitələrilə beynəlxalq münaqişələrin və sülhün pozulmasına gətirib çıxara bilən halların həll edilməsi və ya yoluna qoyulması.
Nəzərə çatdırmaq lazımdır ki, XXI əsrin əvvəllərində soyuq müharibədən uzaqlaşan dövlətlər qarşısında yeni təhlükələr baş qaldırmayana kimi belə davam edirdi. Bu zaman dərk edildi ki, beynəlxalq təhlükəsizlik sahəsində dərin “tektonik” miqyaslı hərəkətlər baş verir, onun təmin edilməsi isə yeni maddi-texniki baza, yeni hərbi-siyasi instrumentlər və beynəlxalq hüquqi-təşkilat strukturunun olmasını tələb edir.[1, 214]
Dövlətlərin hərbi təhlükəsizlik probleminin politoloji təhlilini apararkən həm vurğulamaq lazımdır ki, XXI əsrin əvvəlində hərbi sahədə təhlükəsizlik üçün yeni təhlükələr formalaşdı. Hərbi cəhətdən qüdrətli olan dövlətlər arasında rəqabətdən doğan köhnə təhlükələr arxa plana çəkilməyə başladı. Demək olar ki, “köhnə” təhlükələrin əksəriyyəti bu gün “yuxulu” vəziyyətdədir. Nüvə qarşıdurmasına və adi silahların istifadəsi ilə aparılacaq müharibələrə gətirib çıxara bilən təhlükələr “köhnə” hesab edilir.
“Yeni” təhlükələr beynəlxalq terrorizm, kütləvi qırğın silahlarının yayılması, onların çatdırılması vasitələri və daxili hərbi münaqişələrdən ibarət üçlük aid edilir. [5, 290] “Beynəlxalq hərbi müdaxilə” fenomeni də onlara yaxındır. Beynəlxalq təhlükəsizlikəzi hallarda bu fenomen yaranmış beynəlxalq təhlükənin neytrallaşdırılması kimi çıxış edir, digər hallarda isə özüdə ciddi təhlükə yaradır. Bu təhlükələr əvvəllər də mövcud idi. Lakin o zaman onlar “köhnə” təhlükələrin kölgəsində qalırdı. Son illər onların prioritetinin artması bu təhlükələrin daxili potensialının və yetriə biləcəyi xətərin inkişafı ilə izah edilir.
Ön plana çəkilən və yeni xüsusiyyətlər qəbul edən digər təhlükə kütləvi qırğın silahlarının real və potensial yayılma kompleksi ilə bağlıdır. Bu təhlükənin aktuallığının kəskin dərəcədə artması onun beynəlxalq terrorizmlə birləşmə ehtimalı ilə izah edilir. Bununla əlaqədar bu təhlükənin və onunla aparılan mübarizənin sahəsi də dəyişmiş və genişlənmişdir.[3, 76]
Əgər əvvəllər belə təhlükə dövlətlərdən irəli gəlirdisə, indi bu təhlükənin mənbəyi qeyri-dövlət iştirakçı şəxsləridir. Əvvəllər dövlətlər arasında fəaliyyət göstərən beynəlxalq terrorizmlə bağlı həvəsləndirmə və cəzalandırma tədbirləri qeyri-dövlət iştirakçılarına təsir edə bilmirdi. Terroristlərə hansısa üstünlüklər təklif edib onlarla bu cür silahların istifadəsindən imtina etmək barədə razılıq əldə etmək olmur. Onlar bu silahlara yiyələnməklə siyasi məqsədlərə nail olmaq marağındadır. Bir sözlə, əvvəllər dövlətlərarası formatda işləyən yayılmanın qarşısının alınmasının rasional məntiqi bu sahədə artıq işləmir.
Kütləvi qırğın silahlarının qeyri-dövlət şəxsləri tərəfindən əvvəllər cüzi olan oğurlanma təhlükəsi kəskin şəkildə artdı, bunun nəticəsində isə belə silah və onun komponentlərinin fiziki müdafiəsi problemi ortaya çıxdı. Əgər əvvəllər söhbət belə silahlara yiyələnməkdən gedirdisə, bu gün bu problemin nəticələri kütləvi qırğın silahlarının istifadəsinin nəticələrinə yaxın olan sülh vaxtında nüvə, kimyəvi və digər obyektlərin dağıdılmasına gətirə biləcək təhlükə ilə tamamlanır. Eyni zamanda ənənəvi nüvə yayılmaması sistemi sərhədlərinin açılması baş verdi. Yeni dövlətlər nüvə silahlarına yiyələnməyə başladı. Bu regional nüvə silahlanmasına təkan verir, əvvəllər nüvə silahı istehsalını planlaşdırmayan dövlətlər qarşısında belə silahların istehsalı haqqında məsələ qaldırırdı. Bununla yanaşı yeni sahib tapmış nüvə silahlarının taleyi nigarançılıq doğurur. Məsələn, Pakistandakı siyasi qeyri-sabitlik qanuni bir sual doğurur: ölkədə hakimiyyət beynəlxalq terrorizmə yaxın olan radikal islamçı müxalifətin əlinə keçsə, nüvə silahı kimin əlinə keçəcək? Bəzi dövlətlər öz irrasional davranışı ilə (bu kütləvi qırğın silahlarının yayılması məsələsinə də aid edilə bilər), beynəlxalq terrorizmə göstərdikləri simpatiyaları ilə məlumdurlar. Bəzi dövlətlər isə hətta terroristlər ilə əməkdaşlıq da edir. Son illər kütləvi qırğın silahlarının yayılmasına xidmət edən yarıdövlət, yarımictimai gizli transmilli şəbəkələrin formalaşması təhlükəsi var.[4, 45]
Soyuq müharibədən beynəlxalq təhlükəsizliyin müasir vəziyyətinə keçid əvvəllər Moskva və Vaşinqton tərəfindən qidalandırılan bir sıra konfliktlərin sönməsi ilə müşayiət edilir. Xarici stimullardan azad olmuş digər konfliktlər öz daxili lokal dinamikasını qoruyub saxlamışdılar. Daxili silahlı münaqişələrin prinsipial şəkildə yolverilməz olması haqqında geniş beynəlxalq konsensus formalaşmağa başladı. Bunun bir sıra səbəbləri var. Başqa təhlükələrdən gələ biləcək xətərlə yanaşı daxili silahlı münaqişələr qlobal miqyasda ən çoxsaylı insan qurbanlarının səbəbidir. Son dövrdə onlar digər aparıcı təhlükələrlə, ilk növbədə beynəlxalq terrorizmlə, qeyri-qanuni narkotik daşınması, qeyri-qanuni silah alveri, mütəşəkkil beynəlxalq cinayətkarlıqla daha sıx birləşməyə meyl göstərir.
Onu da qeyd etmək lazımdır ki, digər təhlükəsizlik növlərindən hərbi təhlükəsizlik bir sıra səciyyəvi xüsusiyyətlərinə görə fərqlənir. Hərbi təhlükəsizliyin səciyyəvi xüsusiyyətlərindən biri də onun olduqca mürəkkəb struktura malik olması ilə bağlıdır. Hərbi təhlükəsizliyin strukturu aşağıdakı formada nəzərdən keçirilə bilər:
-hərbi təhlükəsizliyin obyekti: şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqları. Bildiyimiz kimi, bu maraqlar müxtəlif hərbi təhdidlərə və təhlükələrə məruz qala bilərlər;
-hərbi təhlükəsizliyin təmin olunması subyektləri. Burada hərbi təhlükəsizlik sistemində fəaliyyət göstərən konkret şəxslər, rəsmi və qeyri-rəsmi institutlar, orqanlar və təşkilatlar nəzərdə tutulur;
-Hərbi təhlükəsizliyin təmin olunması predmeti. Burada hərbi təhlükəsizliyin şəxsiyyətin, cəmiyyətin və dövlətin mövcudluğuna təhdid yaradan istənilən hərbi təhlükənin müəyyən edilməsi və neytrallaşdırılması istiqamətində məqsəd, vəzifə və funksiyalar nəzərdə tutulur;
-hərbi təhlükəsizliyin təmin edilmənin metod və vasitələri hərbi təhlükəsizliyin təmin olunması subyektləri tərəfindən hərbi təhlükəsizlik sisteminin fəaliyyəti prosesində istifadə edilir.
Hüquqi nöqteyi-nəzərdən hərbi təhlükəsizlik səciyyəvi məzmuna və struktura malik oaln kompleks hüquqi institutu ifadə edir. Hərbi təhlükəsizliyin hüquqi təhlükəsizliyin hüquqi institutu milli təhlükəsizlik sisteminin qurulmasında ilkin hüquqi vasitə rolunda çıxış edir. Yəni, o, dövlətin özünün fəaliyyət göstərməsini şərtləndirən başlıca hüquqi material rolunda çıxış edir.[6, 83]
Təhlillərimizə yekun vuraraq qeyd edə bilərik ki, dövlətin hərbi təhlükəsizlik dedikdə dövlətlərarası münasibətlərin və müdafiə qabiliyyətinin elə vəziyyəti başa düşülür ki, bu zaman müharibə ehtimalı minuma enmiş olur. Dövlətin müdafiə qabiliyyəti onun müstəqilliyinə, suverenliyinə, dövlət və ərazi bütövlüyünə, vətəndaşlarının həyatlarına qarşı mümkün xarici təhlükələrin vaxtında müəyyənləşdirilərək aradan qaldırılması imkanları ilə uzlaşır. Dövlətin hərbi təhlükəsizlik probleminin politoloji təhlili belə nəticə çıxarmağa imkan verir ki, dövlətin və cəmiyyətin bütövlükdə mövcudluğu və inkişafının ilkin qarantı rolunda hərbi təhlükəsizliyinin etibarlı təmin olunması çıxış edir.
Ədəbiyyat
1. Babaoğlu Hikmət. Azərbaycan beynəlxalq münasibətlərin aktoru kimi. Bakı, ELM, 2007, səh. 515
2. Piriyev Abbas. Siyasi strategiya və Azərbaycanın milli təhlükəsizlik problemləri. Bakı 2002, səh. 530
3. Барабин В.В, Военно-политическая деятельность государства в системе национальной безопасности. М., 1997, 231c.
4. Егоров А.Д. О национальной безопасности и военно-политической стратегии государства // Социологические исследования. -1994, -№3, стр. 40-45.
5. Кулагин В.М. Международная безопастностъ. Москва Аспект пресс 2006, стр. 317
6. Ричард Коэн и Майкл Михалка, Безопастностъ на базе сотрудничества: новые перспективы международного порядка. Публикация № 3 Центра им. Маршалла 2001, стр. 91
7. Арбатов А. Главная проблема международной безопастности//Бак. Рабоций 2004, 13 август, стр. 3
8. Философские основания теория международных отношений. I-II тт. Москва 1998 s.166
Açar sözlər: təhlükəsizlik, hərbi təhlükəsizlik, dövlət, müdafiə, milli maraqlar.
Keywords: safety, military safety, state, defense, national interests.
Ключевые слова: безопасность, военная безопасность, государство, оборона, национальные интересы.
Резюме
В представленной научной статье рассматривается содержание, структура, цели и задачи военной безопасности государства. Проводится политологический анализ проблемы военной безопасности государства. Отмечается, что военная безопасность главным образом обеспечивает существование самого государства в целом и общества. По сравнению с другими направлениями безопасности, военная безопасность имеет более сложную структуру. В статье анализируется структура военной безопасности. Также обращается внимание на новые угрозы в военной сфере. Особенно отмечается, что ОМУ и международный терроризм являются на современном этапе главной угрозой для военной безопасности каждого государства. Все эти и другие вопросы всесторонне анализируются в данной научной статье.
SUMMARY
In the presented scientific article the contents, structure, the purposes and problems of military safety of the state is considered. The politological analysis of a problem of military safety of the state is carried out. It is noted that military safety mainly provides existence of the state as a whole and societies. In comparison with other directions of safety, military safety has more difficult structure. In article the structure of military safety is analyzed. Also the attention to new threats in the military sphere is paid. It is especially noted that to OHM and the international terrorism are at the present stage the main threat for military safety of each state. All these and other questions are comprehensively analyzed in this scientific article.
Etibar Əsədov
Siyasi elmlər üzrə fəlsəfə doktoru
"Geostrategiya" jurnalı № 03 (33) MAY - İYUN 2016
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM