Quba-Xaçmaz regionunda mehmanxana müəssisələrinin problemləri

09:00 / 05.12.2016

Quba-Xaçmaz regionunun mehmanxanalarının ən başlıca problemləri kadr çatışmazlığı, mövsümülük, əlavə xidmətlərin zəifliyi, qiymətdir.
Kadr çatışmazlığı: Quba-Xaçmaz regionunun mehmanxana müəssisələrinin üzləşdiyi ən başlıca problemlərdən biridə kadr çatışmazlığıdır. Turizm təhsili almış kadr tapmaq olduqca çətindir. Turizmin inkişafı üçün yataq sayının və daşıma tutumunun artması, infrastruktur probleminin həllə çatdırılması, marketinq işlərinin sıxlaşdırılması və dolayısı ilə turist sayı ilə turizm gəlirlərinin çoxalması lazımdır. Yataq və yerləşmə tutumunun artırılması üzərində dayanılarkən mehmanxana müəssisələrində işləyən personalın turizm təhsilli olmasına diqqət edilməlidir.
Quba-Xaçmaz regionunda mehmanxanalarda personalın seçimi, yerləşdirilməsi tətbiq olunan standartlara uyğun gəlmir. Mehmanxanalarda ən başlıca problem kadr problemidir, bu problemlər həll olunarsa digər problemlərdə öz həllini tapar. Kadr probleminin həll edilməsi üçün mehmanxanalarda idarəedilmədə lazımı səviyyədə deyil. Bu Quba-Xaçmaz regionunda yerləşən bütün mehmanxanalara aid deyil.
Mehmanxana sənayəsinin əsas tərkib hissəsi kadr və kadrlara təhsil verən ali təhsil ocaqlarıdır. Mehmanxanalarda xidmət göstərən personal ali və orta təhsil müəssisələrində, həmçinin kurslarda və treninqlərdə hazırlanırlar. Kadrların hazırlanması təhsil sistemində formalaşır, onların istifadəsi isə konkert mehmanxana müəssisəsində ixtisaslaşır. Belə kadr gələcəkdə mehmanxana sənayəsində yüksək pillələr tutaraq mehmanxanın inkişafına təsir göstərəcəkdir.
Quba-Xaçmaz regionunun mehmanxanalarında çalışan kadrların başlıca problemlərindən biri də dil problemidir. Kadrlar müxtəlir dilləri bilməlidir. 1 və 2 ulduzlu mehmanxana müəssisələrində çalışan personal 1 dil bilməlidir. 3 ulduzlu mehmanxana müəssisələrində çalışan personal isə 2 dil bilməlidir. 4 ulduzlu mehmanxana müəssisələrində çalışan personal üçün də 2 dil bilməsi vacibdir. 5 ulduzlu mehmanxana müəssisələrində çalışan personal isə 3 xarici dildə sərbəst danışmalıdır.
Mehmanxanalarda mövsümülük problemi: Turizmin böyük bir gəlir gətirdiyi ölkəmizdə mehmanxanaların ən sıx olduğu dövr iyun ayından başlayan sentyabra qədər davam edən dövrdür. Bu dövrlər arası bir çox turizm bölgəsində xüsusilə Quba-Xaçmaz regionunun mehmanxanalarında hər şey daxil (full board) sisteminin də vermiş olduğu fürsət səbəbi ilə doluluq nisbəti olduqca yüksəkdir. Ancaq geri qalan dövrdə mehmanxanaların bir qismi bağlı olub yeni mövsüm hazırlıqları ilə əlaqədar olaraq çalışırlar. Bu dövrdə gəliri olmayan mehmanxanalar təbii olaraq xərclərini də azaltmaq məcburiyyətindədirlər. Bu nöqtədə dövrəyə “mövsümlük işçilər” başqa bir sözlə “mövsümlük iş müqavilələri” girir. İşə götürən tərəfindən edilən müqavilələr bir müddət sonra mövsümlük müqavilə olmaqdan çıxıb naməlum davamlı müqavilələr halına çevrilə bilir.
Mehmanxana müəssisələrində işləyən işçilərin əhəmiyyətli problemlərindən biri də mövsümülük problemidir. Xüsusilə sahil zonasında yerləşən mehmanxanalarda işləyənlərin əhəmiyyətli bir hissəsi mövsümün bitməsi ilə birlikdə işdən çıxarılmaqda və işçi sonrakı mövsümə qədər hər hansı bir iş zəmanəti də olmadan işsiz qalmaqdadır. Uzun illər həll edilməyən bu problem mehmanxanada xidmət keyfiyyətinə birbaşa təsir edir.
Mehmanxana təsərrüfatı digər sektorlarla sıx əlaqədə olduğu kimi, xidmət keyfiyyəti ilə işçilərin problemləri arasında möhkəm bir əlaqə vardır. İşçilərin məmnuniyyətsizliyi, təcrübəsizliyi birbaşa xidmətin keyfiyyətində əks olunur. Bu səbəbdən mehmanxana təsərrüfatının xüsusiyyətli iş qüvvəsi problemi ilə bu sektorda işləyən mövsümülük məşğulluq problemi bir-biri ilə əlaqəlidir.
Mövsümlük məşğulluq problemi (və digər mənfi şərtlər) səbəbi ilə mehmanxana təsərrüfatı iş qüvvəsinin sürəti, yəni ayrılan işçilərin sayının eyni dövrdəki ortalama işçilərin sayına nisbəti olduqca yüksəkdir. Bu problemin həll edilməsi ilə mehmanxana müəssisələrində işləyən işçilərin daha nizamlı bir iş həyatları olacağından bu işçilər başqa sektorlarda iş axtarmayacaq və uzun illər əməklərini sektora verəcəklər. Digər tərəfdən, mehmanxana təsərrüfatında xüsusiyyətli iş qüvvəsi bazarı meydana gələcək və xidmət keyfiyyəti yüksələcək. Bu qarşılıqlı əlaqə göstərir ki problemin həll edilməsi gərək turizm sektorunda işləyən işçilər, gərəksə mehmanxana administratorları baxımından arzu edilən bir nəticədir.
Bu günə qədər bildiyim qədəri ilə Azərbaycanda bu problemi həllə qovuşduracaq bir addım atılmamışdır. Problemin həlli əvvəlcə mehmanxana müəssisələrindəki işçilərə hər mövsüm iş zəmanəti verilməsindən keçir. Bunun üçün hələ bizim əmək məcəlləsində olmayan ancaq İspaniyada uzun bir dövr tətbiq olunan "davamlı mövsümü iş" modeli mənimsənə bilər.
Bu modeldə işçi ilə işə götürən arasında bir ildən az olmayaraq mövsüm müddəti qədər davamlı bir iş müqaviləsi imzalanır. Bu müqavilə müddəti bitdiyində özbaşına yenilənir. İşə götürən hər mövsüm eyni qayda olaraq eyni işçini müəssisəyə qəbul edir. Əgər işçi işləmək istəmədiyini müəyyən bir müddət içərisində işə götürənə bildirsə işə götürən ancaq bu vəziyyətdə ardınca mövsümdə o iş üçün bir başqa işçi işlədə bilər.
Davamlı iş müqaviləsi ilə işləyən işçilər nizamlı bir işə sahib olacaq və işsizlik sığortası, təqaüdçülük kimi ictimai zəmanətlər baxımından indiki tətbiqə müqayisədə əhəmiyyətli üstünlüklər əldə edəcəklər. Bütün bunların sektorda işləyən işçilərin gələcəyə baxışında əhəmiyyətli müsbət təsirləri olacağını düşünürəm. İşçilərin eyni işyerində iş müddəti uzanacaq, sektorda daha təcrübəli və xüsusiyyətli işçilər olacaq. Bunun təbii bir nəticəsi olaraq mehmanxanalarda xidmət keyfiyyəti artacaq .
Mehmanxanalarda əlavə xidmətlərin zəifliyi: Animasiya xidmətinin zəifliyi ən əsas problemlərdən biridir. Mehmanxana müəssisələrində əlavə xidmət xüsusiyyəti daşıyan animasiya xidmətləri cazibə, faydalılıq, xoşca vaxt keçirtmə xüsusiyyətlərinə malikdir. Animasiya turistlərin gündəlik həyatlarında fizioloji, sosioloji mədəni təzyiqlərin nəticələrindən xilas olmaq məqsədi ilə turistik səyahətləri əsnasında qatıldıqları boş zaman qiymətləndirmə fəaliyyətlərini əhatə edir. Müştərilərin animasiya fəaliyyətlərindən gözləmələri sıravi və alışılmış fəaliyyətlərdən çox alışılmış olmayan fəaliyyətlərdir. Bu səbəblə animasiya alışılmışın xaricində davam edən alışılmış olmayan, alışılmışı dəyişdirən fəaliyyətlərlə əlaqədardır. Quba-Xaçmaz regionunda əlavə xidmət olan animasiya xidmətlərindən mehmanxana müəssisələri istifadə etmirlər. Bu xidmət turistdə xüsusi maraq yaradır. Bu problemin gələcəkdə həll edilməsi həm turistin cəlb edilməsinə, həm də turistin boş vaxtının səmərəli keçirilməsinə təsir göstərəcəkdir.
Mehmanxana müəssisələrinin baha olması: Turizm sənayəsində mehmanxana sənayəsinin inkişafına maneə olan ən əhəmiyyətli problemlərdən biri də ölkədəki qiymətdir. Quba-Xaçmaz regionunda qiymət problemi mehmanxanaya gələn turistlərin 30%-nin mehmanxananı tərk etmə problemləri arasındadır. Qiymət problemlərinin alt kateqoriyalarını aşağıdakı şəkildə qruplaşdıra bilərik:
 yüksək qiymət (təqdim edilən xidmətin qiymətinin yüksək olması);
 qiymət artımları (təqdim edilən xidmətin qiymətinin davamlı artması);
 dürüst olmayan qiymət tətbiqləri (xidmətin qarşılığı olaraq haqsız və həddindən artıq qiymət istənməsi);
 yanıldıcı qiymətləndirmə (xidmət qarşılığı söz verilən qiymətdən daha fərqli bir qiymətin tələb edilməsi) ;
Mehmanxanalarda qiymət probleminin həll edilməsi üçün ən əsas vasitə dövlətinin dəstəyinin artırılmasıdır. Digər turizm cəhətdən inkişaf edən ölkələrə diqqət etsək görərik ki, ölkədə mehmanxana təsərrüfatının daha da cəlbedici və keyfiyyətli olması üçün dövlət tərəfindən müxtəlif tədbirlər həyata keçirilir (dəyər vergisinin aşağı salınması, mehmanxana müəssisələrinin xərclərinin azaldılması və s.).
Mehmanxanalarda xidmətlərin zəif elektronlaşması: Quba-Xaçmaz regionunun mehmanxana müəssisələrinin ən başlıca problemlərdən biri də mehmanxanalarda xidmətlərin zəif elektronlaşmasıdır. İndiki vaxtda insanların çoxu tətilə və ya iş səyahətinə getmədən əvvəl internetin köməyi ilə gedəcəyi mehmanxananı özü seçir. Əgər mehmanxana axtarış sorğularında qabaq sıralardadırsa, cazibədar dizaynı və rahat istifadəli veb saytı varsa, bu vəziyyət səhifəni potensial və mövcud müştərilər üçün davamlı ziyarət edilən bir səhifə halına gətirir. Veb sayta sahib olan mehmanxana müəssisələri ümumiyyətlə veb saytı olmayan müəssisələrdən daha çox tələb edilir. Bunun üçün idarəçilər internetdə mehmanxananın yaxşı nümayişini etməlidirlər. Bu mehmanxananın həm nüfuzunun artmasına, həm də turist sayının artmasına təsir göstərir. Bunun üçün ilk növbədə mehmanxana müəssisəsənin veb saytı yaradılmalı, mehmanxananın və mehmanxanada təşkil edilən fəaliyyətlərin fotoşəkilləri nəşr edilməli, davamlı məlumatları yeniləməli və aktuallaşdırmalıdır.
Quba-Xaçmaz regionunun mehmanxanalarından əldə edilən gəlirin artması problemləri də o nisbətdə artırır. Bunları həll etmək üçün qısa və uzun vədəli tədbirləri həyata keçirmək lazımdır. Bunlar aşağıdakılardır:
 Təhsilin qeyri-kafiliyi təcili olaraq həll edilməli, turizm və mehmanxana təhsili tək bir əldən icra edilməlidir;
 Mehmanxanalarda marketinq, təqdimat, reklam makro və mikro səviyyədə koordinasiyalı reallaşdırılmalıdır;
 Mehmanxanaların infrastruktur çatışmazlığı tamamlanarkən, regionlar arasında sərmayə balanssızlığı yox edilməlidir;
 Mehmanxanalarda əlavə xidmətlərə, xüsusilə də animasiyanın inkişafına diqqət göstərilməlidir;
 Ətraf çirkliliyi yaratmayacaq və ekoloji tarazlığı pozmayacaq mehmanxana müəssisələrinin tikintisinə üstünlük verilməlidir;


ƏDƏBİYYAT
1. Əlirzayev Ə.Q., Aslanova S.İ. Turizmin inkişafının sosial – iqtisadi problemləri, Bakı, Adiloğlu, 2006,
2. Ə.Cabbarov. Turizmin inkişafının regional problemləri. Naxçıvan, 2008
3. Qurbanov F.İ. “Azərbaycanda turizmin inkişaf problemləri”,Bakı,2007
4. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi “Quba-Xaçmaz iqtisadi rayonunun pasportu” Bakı 2012
5. Məmmədov Z.S. Regionların iqtisadi inkişaf problemləri. Bakı: Elm,2007,169s

Summary
Abstract: In today’s quickly globed world in the view of provided value and deploy possibility, the importance of service industry, especially tourism industry is increasing over day. The importance of the issue can be understood better; when Azerbaijan’s deploy matter and being defective in opened-outside is considered. The main problems of manager working in tourism industry are managerial problems. The subsistence of hotel business is related to foreknow problem diagnosis and analyzing methods. This can be succeed to get qualified work force and employ long time it in business.
Key words: problems of hotel industries, managerial problems, Guba-Xachmaz region.

Ləman Rəsulova
Azərbaycan Turizm və Menecment
Universiteti


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM