XX əsrin sonlarında iqtisadiyyatı zəifləyən və inzibati-amirlik metodlarına əsaslanan Sovet hakimiyyətinin iqtisadiyyatı etnik münaqişələr səbəbindən süquta uğrayırdı[30, s.197-198; 25]. Mövcud ideologiyanın məhv olması Sovet hakimiyyətinin süquta uğramasında mühüm rol oynayırdı. XX yüzilliyin 80-ci illərində “sosialist ideologiyası” ilə “arzu olunan gerçəklik”, nəzəriyyə ilə təcrübə, sözlə iş arasında uçurumun yarandığı çox aydın nəzərə çarpırdı”[3, s.14]. Akademik Ramiz Mehdiyevin “XXI əsrdə Milli dövlətçilik” adlı kitabında SSRİ-nin dağılması ilə bağlı fikirləri diqqəti cəlb edir: “Dağlıq Qarabağ probleminin doğurduğu, Bakıda 1990-cı il yanvar hadisələrindən daha sonra milli-demokratik ideologiya və təcrübədən qidalanan antikommunist çıxışlara çevrilmiş ümumxalq etirazı, sovet rejimi ilə ideoloji əlaqənin kəsilməsi kütləvi psixologiyaya və insanların sosial ovqatına konstruktiv təsir göstərmədi”[6, s.19; 7, s.179]. SSRİ dövlət rəhbəri M.S.Qorbaçovun yenidənqurma siyasətinə başlaması ilə vahid sovet cəmiyyətinə, eləcə də sosializm ideologiyasına ağır zərbə vuruldu. Nəticədə, millətçilik təmayülü ön plana keçdi və bununla da, “ideoloji boşluq” yarandı. Sosializm və liberalizm ilə yanaşı “yenidənqurma dövründə millətçilik insanların siyasi-mənəvi varlığının formalaşdığı bütün ideoloji məkanda fəaliyyət göstərmişdir. Kütləvi əhval-ruhiyyə həmin demokratik hərəkatın köməyi ilə özünün milli-istiqlal idealının həyata keçəcəyinə inanırdı”[7, s.17]. Totalitar bir dövlətin dağılması üçün də demokratiyanın olması vacib şərt idi. Sosialist sistemində, o cümlədən Sovet hakimiyyətinin tərkibində olan respublikalarda “milli ideologiyalar meydana gəlirdi” ki, bu da, nəhəng bir imperiyanın dağılması ilə nəticələndi[7, s.18]. Kissincer “Diplomatiya” əsərində R.Reyqanla M.Qorbaçovu müqayisəli təhlil edərək yazır: “Həm Reyqan, həm də Qorbaçov son nəticədə öz tərəflərinin qalib gələcəyinə inanırdı. Amma bu iki partnyor arasında gözlənilməz fikir ayrılığı mövcud idi: Reyqan hansı qüvvələrin onun cəmiyyətinin hərəkətverici qüvvəsi olduğunu başa düşdüyü halda, həmin vaxt Qorbaçov onlarla əlaqəni tamamilə kəsmişdi”[22, s.695]. Qeyd etmək lazımdır ki, 1985-ci ilin noyabrın 19-21-dəABŞ prezidenti Reyqanla Cenevrədə baş tutmuş yüksək səviyyəli ilk rəsmi görüşdə M.S.Qorbaçovun demokratiya və aşkarlıq şəraitində yenidənqurma siyasətinə start verməsi barədə geniş müzakirələr aparmışdılar[29, s.69]. 1986-cı il yanvarın 15-dən Sovet İttifaqında start verilmiş “nüvəsiz dünya” proqramının inkişafı bəşəriyyət üçün pozitiv əlamət kimi dəyərləndirilmişdir[18, s.25]. Dövlətlərarası münasibətlərin yaxşılaşdırılmasında, həmin görüşün müstəsna əhəmiyyətini vurğulamaqla yanaşı, “Cenevrə ruhu”nun olmasını iddia edənlər də var idi[29, s.70]. Sov. İKP MK-nın 18 fevral plenumunda SSRİ-nin daxili-siyasi vəziyyətindən, onun iqtisadiyyatının çökməsindən, eləcə də büdcə kəsirlərindən kəskin danışıldı. Dövlət başçısı yenidənqurmanın geniş miqyas alacağını və on milyonlarla insanın həyatına təsir edəcəyini vurğuladı. Digər tərəfdən isə, o, demokratiyaya qarşı olan qüvvələrin mövcudluğunu qeyd edərək, marksizm-leninizm ideyalarının tərəfdarlarını hədəfə almışdı. XIX partiya konfransında milli məsələlərə dair fikrini cəmi bir neçə cümlə ilə bildrirən Qorbaçov Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində başlamış nümayişlərə qısaca diqqət çəkmiş və bunun ölkə üçün narahatlıq yarada biləcəyini vurğulamışdı[29, s.158-159]. 1988-ci il dekabrın 6-da BMT-nın 43-cü sessiyasına qatılmaq üçün SSRİ Xaici İşlər Naziri E.A.Şevarnadze, Sov.İKP.MK-nın katibi A.N.Yakovlev, SSRİ Nazirlər Sovetinin sədr müavini V.M.Kamentsevdən ibarət heyətlə ABŞ-ın Nyu-York şəhərinə səfər etdilər. Müxtəlif görüşlərdə iştirak etmiş SSRİ dövlət başçısı jurnalistlərlə söhbətində bildirmişdir ki, Cenevrə görüşündən sonra bütün planlarımıza dair pozitiv istiqamətdə irəliləyişlər əldə olunmuşdur[24, s.3-16]. Ermənilərə simpatiyası olan SSRİ dövlət başçısı M.S.Qorbaçov ABŞ-da səfərdə olarkən 1988-ci dekabrın 7-də Ermənistanın Spitak şəhərində baş vermiş təbii fəlakətlə bağlı Nyu-Yorkdan geri qayıdaraq Kubaya planlaşdırdığı rəsmi səfəri təxirə saldı. İqtisadiyyatın çökməsi və eyni zamanda, təbii fəlakətin baş verməsinə görə əlavə 10 milyard rubla ehtiyacın olması haqqında iqtisadi məsələlər üzrə müşavir Ağanbekyan “təəssüflə” bildirirdi[29, s.204-212]. SSRİ-də geosiyasi dəyişikliklərə üstünlük verilməsi ilə hərbi xərclərin azaldılması məsələsinə önəm verən ABŞ prezidenti Reyqan Qorbaçovun müharibə əleyhdarı olmasını, Sovet taktiki-strateji planlaşdırmasında “hücum” xarakteri daşımasında zəruri addım atmasını önə çəkmişdir [14, s.392]. BMT aparıcı dünya təşkilatı kimi dünyanın siyasi kursunun dəyişdirilməsində, beynəlxalq əlaqələrin dövlətlərarası münasibətlərdə və təhlükəsizlik prizmasından yaxınlaşmasında, silahların kütləvi məhvində əsas istiqamət kimi mühüm yer tuturdu[13, s.3].
“Sovet İttifaqının coğrafi-siyasi və ideoloji hikkələrinin” qarşısını almağın zəruriliyini açıq şəkildə müzakirə edən Amerika strateqləri, əslində, SSRİ-ni iqtisadi cəhətdən əldən salmaq və dünyada onun təsirini sarsıtmaq məqsədi güdürdülər” [4, s.11]. ABŞ siyasətçiləri və ideoloqları baş verən hadisələrin gedişatını diqqətlə izləyir və ehtiyatlı davranırdılar.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlanmasına qədər SSRİ-də milli məsələlərdə mərkəzi hökumətin yeritdiyi siyasətin bəzi nüanslarının təhlilə ehtiyac olduğu məlum olur. Faktlar göstərir ki, M.S.Qorbaçovun hakimiyyətə gəlişindən sonra bütün sahələrdə acınacaqlı vəziyyət yaranmışdır. 1986-cı il SSRİ hökumətinin Qazaxıstan SSR-də yeritdiyi hakimiyyət dəyişikliyi də ideoloji xəttin mənfi tərəflərini üzə çıxarırdı. Ancaq mətbuatın senzura təsirində olması bütün bu neqativ hadisələri media səhifələrinə çıxarmağa imkan vermirdi. Müxtəlif dairələrdə xüsusi çəkiyə malik olan Kunayevin Kolıbinlə əvəzlənməsi açıq şəkildə hakimiyyətin kadr siyasətinin də iflasa uğradığını aydın surətdə göstərirdi. Kunayev Qazaxıstan KP MK-nin birinci katibi vəzifəsinə gəlməmişdən əvvəl SSRİ-nin hakimiyyət dairələrində bir sıra mühüm vəzifələrdə çalışmışdı[29, s.51]. Ərazi iddiaları ilə müşayiət olunan etnik münaqişələr - Moldaviya SSR-də Dnestryanı regionu[28, s.580-581], eləcə də Gürcüstan SSR-də Ab-xaziya və Cənubi Osetiyada baş verən qarşıdurmalar [31, s.463], Şimali Qafqazda mərkəzdənqaçma meylləri ilə cərəyan edən döyüşlər ermənilərin Azərbaycan SSR-nin Dağlıq Qarabağ bölgəsinə ərazi iddialarının qarşısının alınmamasından sonra baş verdiyi bəllidir. Moskvada M.S.Qorbaçovla görüşü zamanı Türkiyə Prezdenti Turqut Özal Dağlıq Qarabağda baş verən hadisələrə munasibət bildirərək qeyd etmişdir ki, erməni separatizmi Sovet İttifaqının taleyini ağlamalı vəziyyətə salacaqdır[17, s.347].
Moskvada hazırlanmış və SSRİ hökumətinin birinci şəxsinin yaxın ətrafı Ağanbekyanın 1987-ci il noyabr ayında Fransada “Humanite” qəzetinə verdiyi müsahibəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlanmasına təkan vermişdi[5]. A.Ağanbekyan Fransa erməni institutunun və erməni Veteranları Assosasiyasının təşkil etdiyi qəbulda bildirmişdir: “Mən istərdim ki, ... Qarabağ Ermənistanın olsun, o Azərbaycana nisbətən Ermənistana daha çox bağlıdır. Mən bu istiqamətdə bir təklif irəli sürmüşəm. Ümidvaram ki, yenidənqurma, demokratiya şəraitində həmin problem öz həllini tapacaqdır”[8, s.29-30;23, s.11]. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ləiqtisadi, yaxud siyasi bağlılığının olmamasını A.Ağanbekyan və digər ideoloqlar yaxşı bilirdilər. Əslində ərazi iddiası ilə məsələni gündəliyə gətirmək mövcud tarixi şəraitdə mümkün olduğundan separatçılar ondan yararlandılar.
Ermənilərin 1988-ci ildə qanunsuz olaraq Topxanada başladıqları tikinti işləri azərbaycanlılar arasında Sovet hökumətinə qarşı narazılığı artırmaq üçün əsas səbəblərdən biri kimi göstərilirdi[9]. Bakıda əhalinin ayağa qalxaraq öz etirazlarını bildirməsi halları da siyasi sabitliyin pozulmasına, xaosun dərinləşməsinə hesablanmışdır. Topxana ssenarisi Ermənistan SSR-də hazırlanmış və müxtəlif planları həyata keçirmək üçün Dağlıq Qarabağda gerçəkləşdirilmişdir. Etiraz əlaməti olaraq ayağa qalxan xalqın istəyini imperiyanın yuxarı dairələrində başqa istiqamətə yönəltməyə çalışdılar. Rəsmi sənədlərdə göstərilir ki, Ermənistanın Konaker zavodunun filialı 1988-ci ilin yayında Dağlıq Qarabağın Vilayət İcraiyyə Komitəsi Əsgəran rayonundakı Engels adına kolxozun ərazisində ekoloji cəhətdən təmiz mexaniki istehsalatın və pansionatın tikilməsi üçün torpaq sahəsi ayrılması barədə qərar çıxarmış və həmin qərarı təsdiq etməyi Azərbaycan SSR Nazirlər Sovetindən xahiş etmişdi. Lakin Bakıdan təsdiq cavabı alınmadan, Vilayət İcraiyyə Komitəsi tikintiyə başlamağa icazə vermişdi. “Topxana”da baş vermiş hadisələrin əks-sədası zamanı SSRİ dövlət təbiəti mühafizə komitəsinin və SSRİ dövlət tikinti komitəsinin ekspertləri respubilkamızın əlaqədar təşkilatlarının nümayəndələri ilə birlikdə hadisə yerinə getmiş və müəyyənləşdirmişdilər ki, tikinti işləri meşə qoruqları yox, rəsmi olaraq “kol-kos basmış örüş yeri” adlandırılan sahədə aparılmışdır[11]. SSRİ Dövlət təbiəti mühafizə idarəsinin əməkdaşlarının belə biganəliyi separatçılara olan siyasi münasibətdən irəli gəlirdi.
M.Qorbaçov “demokratik dəyərlər” əsasında islahatlara məhz belə şəraitdə başlamış və H.Kissincerin də qeyd etdiyi kimi, “Qorbaçov islahatlara çağırışı ilə onu həyata keçirməyi bacara bilmədi və bununla da, kəskin şəkildə təmsil etdiyi sistemin məhvini sürətləndirdi”[22, s.695]. İslahat əvəzinə etnik konfliktlər meydana gəldi. Tədqiqatçılar doğru olaraq qeyd edirlər ki, “SSRİ-nin dağılmasına az qalmış M.Qorbaçov avantürüst “yenidənqurma” siyasətini pərdələmək üçün erməniləri hakimiyyətin yüksək postlarına çəkməklə onların Azərbaycan torpaqlarına iddialarının dirçəlməsinə”, eləcə də “millətçilik və separatçılığa” şərait yaranmış oldu[16, s.121; 15, s.139-140, 27, s.103].Azərbaycana qarşı ermənitəhrikedici saxta alimləri və təcavüzkar təşkilatlarının varisləri arasında erməni separatizminin ilk “ideoloqları” Ağanbekyan, Qorbaçovun casusları – Osipyan, Çubaryan, eləcə də qatı millətçi və təxribatçı Şahnəzərov da var idi. Qarabağda baş verən çaxnaşmalar zamanı Yeltsinin ətrafında olan saxta, yalançı demokratlar və yaltaqlar arasında – Miqranyan və Ambartsumov, həmçinin etibarsız, fırıldaqçı Çilinqarov və b. var idi[20, s.8].
SSRİ hökumət rəhbərinin ətrafını bürümüş erməni ideoloqlarının fəallığı nəticəsində bölgələrdə baş verən proseslərə erməni millətçilərinin müdaxiləsi artmış və Sov. İKP MK-nın Baş Katibinin hadisələrə ikili münasibəti özünü daha bariz şəkildə göstərməyə başlamışdır. Ermənistan SSR-dən hələ 1987-ci ildən başlanan antiazərbaycan hərəkatına lazımınca diqqət ayrılmamış, hadisələrin təhrikçilərinə qarşı lazımi tədbir görülməmiş və nəticədə, azərbaycan xalqı min illər boyu yaşadığı Qərbi Azərbaycan torpaqlarında işgəncələrə məruz qalaraq öz doğma yurdlarından didərgin düşmüşlər[19]. Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları təkcə səs-küylü çıxışlarla deyil, eləcə də mətbuat vasitəsilə insanların beyninə yeridilirdi. “Qarabağ poeması” və digər bir-birini təkrarlayan uydurma, heç bir elmi əsası olmayan fantastik fərziyyələrlə dolu əsərlər də onların əsas “təbliğat vasitəsi” idi[12]. Elmi nəşrlərdə düşmənçilik, dini ayrııseçkilik zəmində hazırlanmış məlumatların erməni xalqına çatdırılması planlı şəkildə həyata keçirilirdi.
Hadisələrin baş vermə ardıcıllığının və digər amillərin tədqiqata cəlb edilməsi faktları onu göstərir ki, ərazi iddiaları ilə müşayiət olunan milli qarşıdurmalar müəyyən bir ssenari üzrə həyata keçirilirdi. 1988-ci ildə Ermənistandan azərbaycanlıların qəddarcasına qovulması ilə yanaşı, DQMV-də də erməni əhalisinin mitinqlərinin təşkili erməni millətçilərinin Moskvadan dəstəkləndiyini bir daha sübut edirdi. Həmçinin, əhalinin Dağlıq Qarabağda yerləşdirilməsinin qarşısını almaq üçün müti rəhbər Ə.Vəzirov da birmənalı şəkildə Moskvanın göstərişlərini yerinə yetirirdi[10, s.27]. Separatçı çıxışları sakitləşdirmək üçün 1988-ci il fevralın 12-də bir qrup Azərbaycan SSR partiya və hökumət nümayəndələrininXankəndində yerli orqanlarla görüşlər keçirməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Siyasi büroda Dağlıq Qarabağ hadisələrinə aid 1988-ci il 21 fevralda verilən qərarlarda hadisələrin “mürəkkəb” olması göstərilirdi[1]. Həmin günlər Dağlıq Qarabağ Muxtar Vilayətində Vilayət Partiya komitəsinin qarşısına toplaşan 5000-dək əhalinin haradansa idarə olunduğu aydın görünürdü və belə bir məqamda, Moskva yenə də Azərbaycan hökumətinə lazımi dəstək vermədi. Baxmayaraq ki, müəyyən səlahiyyətli şəxslər, o cümlədən SSRİ Daxili İşlər Nazirinin müavini B.K.Yelisovun da Muxtar Vilayətə gəlişi heç nəyi dəyişə bilmədi və əksinə vəziyyəti daha da kəskinləşirdi[26]. Çünki, ermənilər mərkəzdən onlara qarşı güc tətbiq edilməyəcəyinə dair əmin oldular. Hələ fevralın 15-dən etibarən Stepanakertdə (Xankəndi-Ə.M) azərbaycanlı şagirdlərin məktəblərə getməsi qadağan edilmişdi[21, s.41-42].
Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində baş verən hadisələri nəzarət altında saxlayaraq, buraxılan nöqsanları aradan qaldırmaq üçün 1988-ci il fevralın 25-də Partiya komitəsinin birinci katibi B.S.Gevorkovun işdə yol verdiyi səhlənkarlıq və buraxdığı ciddi nöqsanlara görə işdən azad edilməsi və sonradan yerinə daha qatı millətçi olan Q.A.Poqosyanın gətirilməsi barədə göstəriş verilir[1]. Separatçı çıxışları ilə diqqəti cəlb edən Qarabağ ermənilərinin silahlı münaqişələrə və qarşıdurmalara səbəb olmalarına çox laqeydcəsinə yanaşılırdı. 1988-ci il 26 fevralda KP MK 25 fevral qərarı əsasında M.S.Qorbaçov Ermənistan və Azərbaycan xalqına müraciət edir, eləcə də o, əhalini səbir və təmkin nümayiş etdirməyə çağırırdı[1]. Azərbaycan KP MK-nin bürosunda belə hesab edilir ki, Sov. İKP MK-nın birinci katibi M.S.Qorbaçovun Ermənistan və Azərbaycan zəhmətkeşlərinə müraciəti “nəhəng siyasi gücü olan sənəd” kimi qiymətləndirilirdi. Həmin müraciət onların zənnincə, Dağlıq Qarabağda vəziyyətin stabilləşməsinə yönəldilmişdi[1]. Ermənistan tərəfindən ciddi şəkildə qızışdırılan Sov İKP MK-nın birinci şəxsi, həmçinin ermənipərəst qüvvələr tərəfindən himayə olunan
ekstremist qüvvələrə münasibətdə Azərbaycan SSR hökumətinin siyasəti tam mənada mədəni səviyyəni qaldırmağa, Dağlıq Qarabağda mətbuatı inkişaf etdirməklə problemin qarşısını “almağa çalışırdılar”. Azərbaycan KP MK-nın təşkilati-siyasi tədbirlərini həyata keçirmək, ilk növbədə, vilayət qəzetlərinin, xüsusilə, “Sovetakan Karabax”-“Sovetskiy Karabax” redaksiyasına praktiki kömək lazım gəldiyi vurğulanırdı. Həmçinin qeyd olunurdu ki, vilayət nəşriyyat şöbələrinə respublikanın təcrübəli jur-nalist heyətini göndərməklə, vilayət nəşriyyat şöbələrində redaksiya kollektivində mənəvi-mədəni, psixoloji mühit yaratmaq mümkün olacaqdır[2]. Azərbaycanlılara qarşı başlamış təqib və təhdidlərə baxmayaraq, respublika rəhbərliyi təsirli tədbirlər görmək əvəzinə növbəti kütləvi tədbirlərin proqramlarını işləyib həyata keçirməyi, Sovet kinofilmlərinin festivalını, teatrda “dostluq” çıxışları ilə məktəblilər üçün xüsusi proqramlar təşkil etməyi, “beynəlmiləl” dostluq klublarının təşkili və digər respublikardan məktəblilərlə görüşə nümayəndələr dəvət etməyi planlaşdırırdı[1]. Ermənistan SSR-dən azərbaycanlıların kütləvi şəkildə qovulması və ağır işgəncələrə məruz qalması nəticəsində Azərbaycan SSR-də gərginliyin artmasını nəzərə alan erməni lobbisi baş verənlərdən məharətlə istifadə edərək hədəf kimi Sumqayıt şəhərini seçmişdilər. Bununla da, qısa bir zamanda, bu hadisələr barədə dünyaya car çəkən ermənilər “türk vəhşiliyi”ni daha da qabardaraq, böyük dövlətlərin geosiyasi maraqlar çərçivəsində neqativ siyasətlərinin həyata keçirilməsinə şərait yaratmış oldular.
ədəbİyyat
1. ARPİSSA.fond 1.y. 83, iş 33.
2. ARPİSSA.fond 1.y. 83, iş 33. V 36, prot №67
3. Həsənov A.Ş. Milli ideologiya və milli-mənəvi dəyərlər. Bakı: Təknur, 2013, 175 s.
4. Həsənov M. Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə Helsinki müşavirəsi : Yekun aktının həyata keçməsi problem. Bakı, 2007
5. “Humanite” 18 noyabr, 1987-ci il; http://www.ia-centr.ru/expert/10174/
6. Mehdiyev R. 2005-ci il parlament seçkiləri: ilkin təhlil (Mülahizələr, nəticələr və proqnozlar) Bakı, “XXI- Yeni Nəşrlər Evi”, 2006
7. Mehdiyev R. Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi. Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı, 2001
8. Məmmədov E. “Ermənilərin Sumqayıtda qanlı aksiyası”. Sumqayıt, 2010
9. Məmmədov M. Azərbaycan Respublikası Milli Məclisinin üzvü. Azərbaycan qəz. №221 (733) 13 noyabr 1993. Günümüzün başlıca şüarı “hər şey cəbhə üçün, hər şey qələbə üçün” olmalıdır.
10. Quliyev İ, Nəbiyev F.N. Kremli fəth etmiş türk oğlu. Bakı-2008, 160 səh.
11. Rəsulov F. (Kommunistin xüsusi müxbiri) Topxananın harayı. Kommunist qəzeti. 1988-ci il 12 noyabr. №263 (20731)
12. Şükürov S. Şərq oyanır… Respublika qəzeti. 1990-cı il 29 sentyabr. №13
13. АкадемиянаукСССР. ООН и проблемы перестройки международных економических отношений. Издательства «Наука». Москва 1987. 216 с.
14. Андреотти Дж. СССР, увиденный вблизи: Пер. с итал.\ Под общ. ред. И.Б.Ленина.- М.: Прогресс, 1989.-с.392
15. Вердиева Х, Гусейнзаде Р. «Родословная» армян и их миграция на Кафказ с Балкан.Уессе Издание второе, исправленое. Баку 2013, 216 стр.
16. Гаджиев Г.А.: Иреванский «академический» етап сезона Горисского театра абсурда С. Саркисяна . Баку, «Текнур» 2013, 128 стр.
17. Гасымлы М.Дж. Турция – СССР: от переворота до распада. 1980-1991.-М., Изд-во Инсан, 2010
18. Горбачев М.С. Выступление Объединенных Наций, 7 дек.1988 г.-М.;Политиздат, 1988
19. Горянин А.Ё Севастянов А. Русскому об Азербайджане и азербайджанцах. Москва, Известия, 2009. // http://www.sevastianov.ru
20. Дашдамиров Ф. Д 25 Армянский терроризм и сепаратизм. «Покровители и двойной стандарт» Баку, “Гянджлик”, 2005, 56 стр.
21. Квяткевич П. Азербайджан: рожденийе республики. Торун 2003 377 стр.
22. Киссинджер Г. Дипломатия. Пер. с англ. В.В.Львова / Послесл. Г. А. Арбатова. Москва: Ладомир, 1997, 848 стр.
23. Люкимсон П. Нагорный Карабах: хроника конфликта. Записки Бакинского Уеврея. Баку, издательство «Азербайджан»,1992
24. М.С.Горбачов в Нью-Йорке, 6-8 декабря 1988 г.; Документы и материалы,- М.; Политиздат, 1988, 31 стр.
25. Медведев Р. А. Советский Союз. Последние годы жизни. Конец советской империи. Москва: Полиграфиздат, 2010, 640 с.
26. Млечин Л. Горбачев и Ельцин. Революция, реформы и контрреволюция. http://southcaucasus.com/index.php?p=kerimkerimli;http://www.proza.ru/2011/12/13/435;http://zvezda-r.ru/vspomogatelnoe-2012/560-vezde-i-vo-vsem-dolzhen-byt-lichnyj-primer.html;http://www.zvezda-.ru/vspomogatelnoe-2012/2028-shumilin.html
27. Пашайев А.А. Геноцид, депортации и территориальные претензии армян к азербайджанскому народу (ХIХ-ХХ вв.) Баку, 2013, 152 стр.
28. Россия и СССР в воуны XX века. Книга потерь . К.И.Кривошейев, В.М.Андроников.Р.Д.Буриков и др,-М:Вече, 2010
29. Рубби А. Встречи с Горбачовым: Пер. С ит,-М.: Политиздат, 1991. 302 стр.
30. Сухоруков А.В. Трагедия великой державы: национальный вопрос и распад Советского Союза // Отечественная история, Москва: Наука, 2006, № 4
31. Шнирельман В.А. Войны памяти: мифы, идентичность и политика в Закав-казье. — М.: ИКЦ «Академкнига», 2003.
Адалет Мустафаев
Началный этап Армяно-Азербайджанского Карабахского конфликта: научно-теоретический взгляд в контексте геополитических интересов.
РЕЗЮМЕ
Ключевые слова:национальная государственность, территориальные претензии, национальные противостояния, Армяно-Азербайджанский Нагорно-Карабахский конфликт, Советское руководство.
В статье нашло свое отражение влияние геополитических процессов, протекающих в СССР на межнациональные конфликты, неадекватная оценка официальных лиц государства происходящих общественно-политических событий и не принятие действенных мер для подавления сепаратизма, приведшие к осложнению последующих процессов.
В статье так же исследуются причины возникновения Армяно- Азербайджанского, Нагорно-Карабахского конфликта в условиях идеологической деградации, отсутствие принципиально верных шагов для урегулирования данного конфликта, а так же наличие двойных стандартов со стороны советского руководства в решении региональных конфликтов в целом.
Adalet Mustafayev
The first stage of the Nagorno-Karabakh conflict: scientific view in the context of geopolitical interests
SUMMARY
Key words: national statehood, territorial claims, national resistances, Armenians-Azerbaijan Nagorno Karabakh conflicts.
20th century conflicts, the influence of the USSR, the political processes going on, as well as government officials and separatism against the socio-political events it valued next course of political processes as a result of the complexity of effective measures to establish the facts on the ground confirmed its article. The current ideology of the Armenian-Azerbaijani Nagorno-Karabakh conflicts bankruptcy start conditions, the settlement of the decisions adopted in accordance with the principle of the Soviet leadership in the resolution of regional conflicts and the unsatisfactory investigation is dual policy.
Ədalət MUSTAFAYEV,
Böyük elmi işçi, Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan-Rusiya əlaqələri tarixi” şöbəsi
"Geostrategiya" jurnalı № 04 (34) İYUL-AVQUST 2016
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM