Müasir dövrdə siyasi jurnalistika cəmiyyətin inkişafına ciddi təsir göstərir. Belə ki, məhz siyasi jurnalistika sayəsində sosial əhəmiyyətli siyasi informasiya kütləvi miqyasda yayılır. Siyasi jurnalistika ilə cəmiyyət arasında müxtəlif qarşılıqlı asılılıq və qarşılıqlı təsir mövcuddur. Siyasi elmdə siyasi jurnalistikanın cəmiyyətlə qarşılıqlı əlaqəsini, onun fəaliyyətinin forma, metodlarını, məqsəd və vəzifələrini müəyyən edən konkret mətbuat nəzəriyyələri, konsepsiyaları yaranmış, siyasi jurnalis- tikaya dair müxtəlif yanaşmalara təsadüf olunur.
Siyasi jurnalistikanın toxunduğu problemlər insan hüquq və azadlıqlarının müdafiəsi, beynəlxalq informasiya mübadiləsi problemi, daxili siyasi proseslər və s.dir. Siyasi jurnalistika beynəlxalq səviyyədə gedən kəskin ideoloji, ideya-siyasi mübarizədə fəal iştirak edir.
Qərbdə siyasi jurnalistikaya dair doktrinalar, konsepsiyalar, nəzəriyyələr və yanaşmalarda siyasi proseslərlə, massmedianın insanların həyatına təsirilə bağlı hadisələrin təhlili verilir. ABŞ tədqiqatçıları Shanto İyengar və Donald R.Kinder siyasi jurnalistikanın bir növü kimi televiziyanın siyasi istiqamətini göstərirlər: "Televiziya verilişləri siyasi anlayışı və təcrübəsi məhdud olan vətəndaşların mühakimələrinin formalaşmasında daha böyük təsirə malikdir. Siyasət dünyası ilə nadir hallarda maraqlananlar xəbərlərin şəbəkə vasitəsilə çatdırılmasını xüsusilə əvəzolunmaz hesab edirlər"[13].
Siyasi jurnalistika cəmiyyətdəki siyasi müxtəlifliyi əks eilirir. Məşhur Amerika mətbuat tarixçiləri və nəzəriyyəçiləri İllinoy Universitetinin professorları Fred Sibert, Teodor Peterson və Stenford Universitetinin professoru Uilbur Şram "Mətbuatın dörd nəzəriyyəsi" adlı məşhur və Qərbdə klassik hesab olunan fundamental bir əsər yazdılar. Müəlliflər həmin əsərdə göstərirlər ki, ictimai həyatdakı siyasi müxtəlifliklər "ölkənin öz mətbuatının haqqını vermək qabiliyyətini, kütləvi kommunikasiyanın məqsədlərinə yönəlmiş texniki nailiyyətlərin və ehtiyatların səviyyəsini və kütləvi informasiya vasitələrinin yayılmasını daha yüngül və zəruri edən urbanizasiyanın nisbi dərəcəsini əks etdirir...
Bu müxtəlifliklər üçün daha mühüm, fundamental səbəblər var... Mətbuat (o cümlədən, siyasi jurnalistika - B.Q.) çərçivəsində fəaliyyət göstərdiyi sosial və siyasi strukturun forma və məzmununu qəbul edir, daha çox ayrı-ayrı insanlar və ictimai qaydalar arasında münasibətlər vasitəsilə sosial nəzarət sistemini əks etdirir" [8, 15-16].
Kitab müəllifləri cəmiyyətin göstərilən aspektlərinin dərk edilməsini mətbuatın problemlərinin hər cür sistemli anlaşılmasının əsası hesab edirlər. Eyni zamanda, onu qeyd etmək lazımdır ki, mətbuatın fəaliyyətinin təhlilinə bütün yanaşmalar dörd nəzəriyyəyə müncər olunmur. Xarici siyasi elmdə mətbuat, siyasi təsisatlar və proseslərin qarşılıqlı əlaqəsinə dair bir sıra nəzəriyyələr və konsepsiyalar mövcuddur. Onlar ümumiləşmiş formada aşağıdakı əsas istiqamətləri təmsil edirlər:
Bir qrup Qərb konsepsiyaları mətbuatın idarəetmə-manipulyator funksiyasına üstünlük verir. Bu istiqamətin əsas nümayəndələri Uolter Lippman, Q.Şiller, Q.Qlyasberq, T.Sorensen və başqalarıdır.
Digər qrup tədqiqatçılar E.Meyo və başqaları mətbuatın kommunikativ funksiyasını ön plana qoyurlar. Onların fikrincə, kütləvi kommunikasiya vasitələrinin əsas vəzifəsi üfiqi və şaquli əlaqələri həyata keçirməkdir.
Üçüncü istiqamət - "dördüncü hakimiyyət" konsepsiyasıdır. U.Rostou, D.Bell, E.Baqerstam kimi alimlər belə hesab edirlər ki, cəmiyyət mətbuat vasitəsilə hakimiyyətin bütün qollarına: qanunverici, icraedici və məhkəmə hakimiyyətinə təsir edir. Bu mənada J.Mermenin irəli sürdüyü "demokratura" konsepsiyası diqqəti cəlb edir. "Demokratura" konsepsiyasına görə mətbuat ( o cümlədən siyasi jurnalistika da - B.Q.) demokratik proseslərdən istifadə edərək öz diktaturasını quran fenomen kimi təsəvvür edilir. F.A.de Virye buna yaxın olan "Mediakratiya - medianın hakimiyyəti" konsepsiyasını irəli sürmüşdür.
Dördüncü istiqamət marksistlərin siyasi mətbuat haqqında konsepsiyasıdır. Marksistlərə görə siyasi mətbuat sinfi mübarizə, kollek- tiv təbliğatçı, təşviqatçı və təşkilatçı vasitəsidir. ABŞ tədqiqatçıları R.E.Hiebert, D.F.İngurait və T.W.Bohn yazdıqları fundamental "KİV və müasir kommunikasiyaya giriş" əsərində göstərirlər ki, marksistlər "Marks və Engelsin (o cümlədən, digər marksistlərin) ideyalarını mətnlərə və ümumiyyətlə mediaya tətbiq edirlər" [3, 447]. Müəlliflər marksistlərin dialektik materialist və sinfi mübarizə ideyalarına öz münasibətlərini bildirirlər. "Amerikada olduğu kimi, idarəedici sinif kütləni inandırır ki, hər kəs "bir az çox, yaxud bir qədər az orta sinfə məxsusdur və biz hamımız sinifsiz cəmiyyətdə (hamı orta sinfə məxsusdur) yaşayırıq. Bu necə baş verir? Böyük bir hissəsi hakim sinfin nəzarət etdiyi və onun vasitəsilə "yanlış şüur" yaydığı KİV hesabına həyata keçirilir" [3, 448]. Burada marksistlərin sinfi mübarizə ideyasına qarşı sinifsiz cəmiyyət (orta sinfə məxsusluq) ideyası qoyulur və həm də siyasi mətbuatın da "yanlış şüur" təbliği vasitəsilə mühüm rol oynadığı diqqətə çatdırılır. Bu məsələ bu cür izah olunur: marksistlərə görə cəmiyyətdə hakim olan sinif eyni zamanda intellektual hökmranlığa malikdir. "Bu, o deməkdir ki, mediaya nəzarət etməklə kütlə ideyalarına dərin təsir göstərilir. Marksistlər cəmiyyətin necə idarə olunmasını izah edən aydın sosial və siyasi inancları təqdim etmək üçün ideologiyadan istifadə edirlər. Media həmişə hakim sinfin mənafeyini güdən ideologiya yayır" [3, 448].Müəlliflər aydın izah edirlər ki, marksistlər KİV-dən istifadə etdikdə insanların ideologiya təbliğinə məruz qaldıqlarını göstərirlər. Onlar KİV vasitəsilə Amerika kapitalist ideologiyasının yayıldığını iddia edirlər. "Bu, marksist media tənqidinin fnuksiyasıdır. O, insanlara təbliğə məruz qaldıqlarını və hiyləgər prosesin mətnlərdə necə işlənməsini göstərir. Onlar... çox vaxt tənqid zamanı müxtəlif təhlil metodlarından - semiotika və psixoanalitik düşüncədən faydalanırlar" [3, 449].
Bir sözlə, marksistlər KİV-in və bütün mətnlərin insanlar üçün ideoloji əhəmiyyət kəsb etdiyini, "bunun, hətta yaradıcı şəxslərin gördükləri işdən xəbəri olmasa, auditoriyanın istifadə etdiyi media növünün ona burjua ideyalarını və dəyərlərini təbliğ etdiyini bilməsə də baş verməsini" iddia edirlər. Marksistlər siyasi jurnalistikanı totalitar rejimə, kommunist ideologiyasınqa xidmət edən əsas vasitə hesab edirlər.
Beşinci istiqamətli konsersiyalar jurnalistikaya sosial və siyasi proseslərdə müstəqil hadisə kimi baxırlar. Bu sahədə P.Lazarsfeld və P.Qodenin konkret-sosioloji tədqiqatları tətbiqi xarakter daşıyır. U.Framm, C.Merrill, C.Tanstell və başqaları ictimai hadisələrin təhlilinə "jurnalist yanaşması"nı xüsusiləşdirirlər. Bu istiqamətdə olan konsepsiyalarda demokratiya plüralist nəzəriyyənin tərkib hissəsi kimi çıxış edir [14].
Dünyanın bir çox ölkələrində demokratiyanın bərqərar olması prosesi siyasi jurnalistika ilə qarşılıqlı əlaqədədir. "Həqiqi xalq hakimiy-yətini təmin etmək üçün arasında mətbuat azadlığının əhəmiyyət kəsb etdiyi demokratik prinsiplərin kompleks həyata keçirilməsi lazımdır. Nə qədər ki, real cəmiyyətdə siyasi hakimiyyətin əldə edilməsi və qorunub-saxlanılmasında siniflər, qruplar və əhalinin təbəqələri maraqlıdırlar, onlar bir o qədər bərabər şəraitdə olmurlar. Bu zaman kütləvi informasiya vasitələri üzərində nəzarət səviyyəsi birinci dərəcəli maraq kəsb edir" [14].
Bütün KİV kimi siyasi jurnalistika da məlumatlandırma, maarifləndirmə, dövlətin fəaliyyətinə nəzarət və müşahidə, siyasi məkanın formalaşdırılması vəzifələrini yerinə yetirir.
Məlum olduğu kimi, hakimiyyət strukturları daim siyasi jurnalistikaya diqqət yetirirlər. Bu baxımdan, mətbuatın manipulyativ imkanlarının öyrənilməsi diqqəti cəlb edir. Həmin imkanları Amerika tədqiqatçısı Herbert Şiller ətraflı tədqiq etmişdir. O, siyasi jurnalistikanın kütləvi şüura təsiri, informasiya təbliğat aparatı vasitəsilə cəmiyyətin idarə olunması məsələlərini araşdırmış, sosial-iqtisadi təsisatlar içərisində informasiya-təbliğat kompleksini təhlil edib, onun şüurun manipulyasında, insan davranışında rolunu göstərmişdir.
Şiller beş əsas mif göstərir ki, onların köməyilə şüuru manipulyasiya etmək olar. Bunlar aşağıdakılardır:
* fərdiyyətçilik və şəxsi seçim haqqında mif;
* neytrallıq haqqında mif;
* insanın dəyişməz təbiəti haqqında mif;
* sosial münaqişələrin olmaması haqqında mif;
* kültəvi informasiya vasitələrinin (o cümlədən, siyasi jurnalistikanın –B.Q.) plüralizmi haqqında mif [14].
Digər Qərb tədqiqatçısı - alman alimi Qerhard Qlyassberq haqlı olaraq göstərir ki, "mətbuatın təmərgüzləşməsi şüurun təkmilləşdirilmə- sini yaxşılaşdırır, sadələşdirir, onun məqsədyönlülüyünün tam və effektiv olmasına imkan verir [5, 52].
Tədqiqatçılar kütləvi informasiya vasitəsinə diqqət verərək kommunikasiya mənbələrinin üç səciyyəvi xüsusiyyətlərini - həqiqətə- bənzərliyi, cazibədarlığı və hakimiyyəti göstərirlər. Digər xarakteristi- kalar dinamizm, ünsiyyətlilik, avtoritarlıq, KİV-in fəaliyyətinin jurnalist aspektlərinin öyrənilməsidir. Məqalələrin dil və üslubu mənbələrin effektivliyinə təsir edir" [9, 110].
Siyasi jurnalistikanın xalqın, cəmiyyətin siyasi həyatında, siyasi prosesdə oynadığı rolundan danışan fransız tədqiqatçısı Jan-Lui Servan-Şraiber özünün "İnformasiya hakimiyyəti" kitabında yazır: "Beləliklə, informasiya sahəsində partlayış üçün nəhayət, maddi və siyasi şəraitin bütün məcmuusu yetişdi və insanların düşüncə və hərəkət tərzində çevriliş baş verdi [7, 23].
İsveç tədqiqatçısı Erik Baqerstam haqlı olaraq qeyd edir ki, "ciddi jurnalistika hakimiyyət məsələləri və onun istifadə etdiyi praktika ilə məşğul olur, özü də nəzarətedici və bərabərləşdirici hakimiyyətə çevrilir" [4, 3]. Şübhəsiz ki, burada "ciddi jurnalistika" dedikdə müəllif "dördüncü hakimiyyət" funksiyasını yerinə yetirən siyasi jurnalistikanı nəzərdə tutur.
İraniı tədqiqatçı Abbasi Saedabad göstərir ki, Lornerin inkişaf modeli əsasında Donald Makkron kommunikasiya və siyasi inkişaf modelini hazırlamışdır. O, təhsil, urbanizasiya, demokratiya və vasitəli kommunikasiyanı inkişafın əsası hesab edir. "Bu modeldə mediadan istifadənin demokratiya və siyasi inkişafla əlaqəsi göstərilir...
Medianın cəmiyyətin sosial-siyasi inkişafına təsiri kimi bir mürəkkəb prosesin təhlilində əsasən nəzərə almaq lazımdır ki, medianın inkişafa təsiri hər bir cəmiyyətdə sosial struktur və siyasi sistem ilə məhdudlaşır" [1, 40].
Müəllif haqlı olaraq göstərir ki, sosial struktur və inkişaf arasında yaranan ziddiyyətlər medianın təsir imkanlarını məhdudlaşdırmaqla yanaşı, həm də onun senzura və totalitar nəzarət vasitəsinə çevrilməsini zərurətə çevirir. S.Abbasi medianın inkişafa təsirinə dair Qərbdə texnoloji determinizm, üçlü nəzəriyyə və siyasi-iqtisadi nəzəriyyənin geniş yayıldığını qeyd edir.
Texnoloji determinizm nəzəriyyəsinin nümayəndələrindən olan Harold İnnis göstərir ki, "informasiya inhisarı siyasi gücün təməküzləşməsinə və qorunub-saxlanılmasına xidmət edir" [11, 645].
Bu nəzəriyyənin digər nümayəndəsi Marşal Makluhan belə hesab edir ki, kommunikasiya dövrlərinin dəyişməsi "cəmiyyətdə homogen- ləşmə prosesini sürətləndirir" [12, 246].
Qərbdə geniş yayılmış üçlü nəzəriyyədə kütləvi cəmiyyət, kütləvi kommunikasiya vasitələri və kütləvi mədəniyyətin qarşılıqlı əlaqələri təhlil edilir, siyasi iqtisadi nəzəriyyəsi isə sol təmayüllü-sosialist və noemarksist nəzəriyyə olub kütləvi kommunikasiya vasitələrinin (o cümlədən, siyasi jurnalistikanın - B.Q.) "maraqlar ziddiyyətinin zəiflətdiyinin, sinfi ziddiyyətləri həll etdiyinin və bununla da medianı müsbət və mənfi təsiri arasında hüdudların müəyyən olunmadığının aşkar olduğunu" iddia edir.
Bundan başqa mediaya, onun siyasi aspektlərinə dair Qərbdə "sosioloji tənqid" konsepsiyaları da mövcuddur. Onlar mediadakı qeyri-normal, status, stereotiplər, təhlil mövzularını, dəyərləri və s. məsələləri tənqidi təhlil edir. ABŞ-lı müəlliflər Hiebert, Unqurayt və Bohn bu konsepsiyalarla əlaqədar onu diqqətə çatdırırlar ki, "semiotiklər, marksistlər, psixoanalitiklər və sosial tənqidçilər tərəfindən müzakirə olunan bu tip məsələlər adamlara qəribə görünür. Lakin bizim aşkar etdiyimiz konsepsiyalar sizi ən azı xüsusi işlərdə perspektivli olmaq üçün silahlandıra bilər" [3, 452]. Biz sözlə, bu konsepsiya insan qruplarının media tərəfindən təsvir olunduğunu təhlil edir və bu problemləri dərk etmək üçün biliklərlə zənginləşdirir, media əsərlərinə reaksiyanı şəxsi zövqlərdən asılı olaraq formalaşdırır.
Bir çox Qərb konsepsiyaları bilavasitə siyasi jurnalistikanın predmeti olan məsələlərə- insanların siyasi baxışlarının dəyişilməsi və siyasi sosiallaşma prosesinə diqqəti yönəldirlər. Onlar bu problemlərin iki formada bilavasitə və bilvasitə formalarda baş verdiyini qeyd edirlər. Biləvasitə formaya siyasi jurnalistikanın təsiri altında yaranan siyasi təcrübə, siyasi təşkiletmə və bənzəmə daxildir. Siyasi sosiallaşmanın bilvasitə formalarına şəxsiyyətlərarası ünsiyyətlər, müxtəlif qeyri-siyasi təşkilatlar və hərəkatlarda iştiraklar, ictimai həyatın digər sahələrində işlənən dəyər və normaların siyasi obyektlərə və münasibətlər prosesinə k yayılması daxildir [10, 21].
Bir çox ölkələrdə, xüsusən ABŞ-da məhz siyasi jurnalistikanın təsiri altında kütləvi şüurun siyasiləşməsi müşahidə olunur. Müasir Qərbdə qlobal prosesləri istiqamətləndirən infoelita və yeni hakimiyyət növü kimi "netokratiya" ("şəbəkə hakimiyyəti") də geniş yayılmışdır. Tədqiqatçıların fikrincə, şəbəkə hakimiyyəti informasiya ehtiyatları vasitəsilə formalaşan hakimiyyət növüdür. Bu hakimiyyət daha çox internet və digər virtual vasitələrlə qlobal informasiya məkanını idarə edir. Burada siyasi netokratiyanın mənfi təsiri də üzə çıxır. Belə ki, "netokratların ideoloji siyasəti dünya siyasətində yeni və müəyyən qədər də təhdidedici tendensiyaların meydana çıxmasını şərtləndirir. Daha da dəqiqləşdirsək, informasiya silahı vasitəsilə insanların analitik təfəkkürü, düşüncə qabiliyyəti sıradan çıxarılır, manqurtlaşdırma prosesi davam etdirilir. Eyni zamanda, "şəbəkə hakimiyyəti" informasiyadan inzibati resurs kimi istifadə edir, yeni lokal və qlobal informasiya şəbəkələri formalaşdırır" [2, 82].
Netokratiya sosial media, sosial şəbəkə vasitəsilə qlobal səviyyədə ideoloji - siyasi təsir gücünə malik olur. Bütün bunlar isə siyasi qloallaşmaya gətirib çıxarır. Qərb təhqiqatçıları İ.Vallerstayn, R.Samuelson, C.Neybit, M.Ross, H.Bekker, U.Kristofer və başqalarının fikrincə, siyasi qloablaşma bir növ "qlobal imperatorluq" qurmaq uğrunda ortaya çıxarılmış ssenaridir" [2, 95].
Qərbdə bir çox konsepsiyalar da mövcuddur ki, jurnalistikanı siyasi proseslərə daxil olmuş institut kimi, massmedianın fəlsəfi konsepsiyasını, jurnalistikanın "iqtisadi" əsaslarını öyrənməyə cəhd edirlər. Bundan başqa Qərbdə jurnalistikanın tarix, ədəbiyyat, dilçilik, sosiologiya, psixologiya, o cümlədən politologiya ilə (siyasi jurnalistika-B.Q.) kimi qarşılıqlı əlaqəsi araşdırılıb.
Çoxpartiyalı, demokratik ölkələrdə siyasi partiyalar və KİV-nin qarşılıqlı münasibətləri, daha doğrusu, siyasi mətbuatın partiyalılığı təhlil edilib. Siyasi jurnalistikanın dövlətin təbliğat fəaliyyətində yüzə çıxan xarici siyasi istiqaməti, hər bir ölkədə müxtəlif diasporlara aid xarici dildə nəşr olunan mətbuat orqanları da tədqiqata cəlb olunur.
Bir sözlə, müasir siyasi jurnalistikaya aid çoxsaylı Qərb konsepsi-yaları onun praktik tələbatlarının ödənilməsinə də xidmət edir. Bu praktika ideya - konseptual təcrübə kimi həmin konsepsiyalardan çox şeyi əxz edir, fasiləsiz olaraq nəzəriyyə və praktikanın həyata keçirilməsi reallaşır.
ƏDƏBİYYAT
Azərbaycan dilində
1. Abbasi S.M. Medianın sosial inkişafa və dinamikaya təsiri//BDU-nun təşkil etdiyi "Mədəni müxtəliflik: dünya və Azərbaycan" mövzusunda Beynəlxalq elmi-praktik konfransın (29 aprel 2016-cı il) materialları. Bakı: Bakı Universiteti Nəşriyyatı. 2016, s. 40-42
2. Babaoğlu H.B.İnfoimperiailzm və media.Bakı:MSA,2013,192 s.
3. Hiebert R.E., Ungurayt D.F., Bohn T.M. Kütləvi İnformasiya Vasitələri VI Müasir kommunikasiyaya giriş. / İngilis dilindən tərcümə. Red. H.İsaxanlı. Bakı: XUN, 2005, 603 s.
Rus dilində
4. Багерстам Э. Свободы прессы в демократическом обществе /Пер. с. Эст. Тарту: Вяллингби, 1992, 260 с.
5.Гляйссберг Г. О концентрации печати и манипулировании общественным мнением / Пер с.нем. Предисловие и редакция П.А.Наумова, Москва: Мысль, 1974, 350 с.
6.Доль Р. Введение в теорию демократии. Москва: Квадрат 1992, 480 с.
7.Кашлев Ю. Массовая информация и международные отно- шения. Москва: Политиздат, 1981, 360 с.
8. Сиберт Ф.С., Шрамм У., Петерсон Т. Четыре теории прессы. Москва: Вагриус, 1998, 224 с.
İngilis dilində
9. Griffin K. The Contribution of Studies of Source Credibility to a Theory of İnterpersonal Trust in the Communikation Precess // Psychological Bulletin, 1967, p. 104-120
10.Dawson R., Prewtitt K. Politikal Sosialaization. Boston, 1969, 320 p.
11. Epcuclopedia of Communication Theopy//Editors sterhen W. Littlejohn and Karen A. Foss SAGE, Washington DC, 1981, 1105 s.
12. Marshal McDuhan. Undrestanting Media: The extensions of mann New York: McGraw-Hilb, 1995, 395 s.
13.Shanto İyengar and Donald R.Kinder.News That Matters:Television and American Opinion.Chicago:Univerdity of Chica- go Press,1987,458p.
İnternet resursları
14. Журналистика и общество. // htps:www.evartlst.narod. ru/texst 3/93 htm
Açar sözlər: siyasi jurnalistika, mətbuat nəzəriyyələri, konsepsiya ları, informasiya mübadiləsi, massmedia, siyasi müxtəliflik, demokratura, mediakratiya
Ключевые слова: политическая журналистика, теории и концепции печати, обмен информацией, масс-медия, политическое разнообразие, демократура, медиакратия
Key words: political journalism, theory and concepts of print, the exchange of information, mass media, political diversity, demokratura, mediacracy
BƏHRUZ QULİYEV
AMEA-nın Fəlsəfə İnstitutunun doktorantı,
fəlsəfə üzrə fəlsəfə doktoru
SİYASİ JURNALİSTİKAYA DAİR MÜASİR QƏRB KONSEPSİYALARI
XÜLASƏ
Məqalədə siyasi jurnalistikaya dair müxtəlif istiqamətli Qərb kon- sepsiyaları politoloji aspektdən tədqiq olunur. Bu konsepsiyalarda siyasi mətbuat, siyasi təsisat və proseslər arasında qarşılıqlı münasibətləri, onun manipulyator, kommunikativ funksiyalarını, "dördüncü hakimiyyət", demokratura, mediokratiya kimi mahiyyətini, tətbiqi xüsusiyyətlərini, siyasi mətbuatın plüralizm, demokratiya üçün əhəmiyyətini araşdırılır. Müəllif siyasi jurnalistikaya dair müxtəlif yanaşmaları təhlil edərək onla- ra öz münasibətini bildirir, maraqlı nəzəri ümumiləşdirmələr və praktiki tövsiyələr irəli sürür.
Бахруз Гулиев
Докторант института Философии НАНА,
доктор философии по философии Современные западные концепции о политической журналистике
Резюме
В статье исследуются западные концепции различного направления о политической журналистике с политологического аспекта. Эти концепции раскрывают взаимоотношения между политической печатью и политическими учреждениями и процессами, манипулятивные и коммуникативные функции прессы, сущности понятий «четвертая власть», демократура, медиократия, изучают прикладные особенности политической прессы а также значение для демократии и плюрализма. Автор анализирует различные подходы к политической журналистике, делает интересные теоретические обобщения, выдвигает практические рекомендации.
Behruz Guliyev
Doctoral of Philosophy Institute
of ANAS, PhD in philosophy
The modern Western concept of political journalism
Summary
The article investigates the Western concepts of various directions of political journalism from political science aspect. These concepts reveal the relationship between the political press and political institutions and processes, manipulative and communication functions of media, the essences of the concepts of "fourth power", demokratura, mediaracy, study applied features of political press and its influences on democracy and pluralism. The author analyzes various approaches to political journalism, makes an interesting theoretical generalizations put forward practical recommendations.
BƏHRUZ QULİYEV,
AMEA-nın Fəlsəfə İnstitutunun doktorantı, fəlsəfə üzrə fəlsəfə doktoru
"Geostrategiya" jurnalı № 04 (34) İYUL-AVQUST 2016
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM