XIX əsrin sonu – XX əsrin əvvələrində “Daşnaksütyun” (“İttifaq”) partiyası Türkiyədə və Azərbaycanda türk-müsəlman əhalisinə qarşı soyqırım və terror aktları törətmişdir. Daşnaklar “Böyük Ermənistan” yaratmaq məqsədi ilə bəhs edilən dövrdə Azərbaycan xalqına qarşı öz məkirli siyasətini həyata kecirmək məqsədi ilə terror dəstələri yaradmağa başladılar. Bu terror dəstələrinin silahlandırmaq üçün güclü maliyyə mənbələri müəyyən olundu. “Daşnaksütyun” partiyasının proqramında dinc müsəlman əhaliyə qarşı terror aktlarının törədilməsi, tanınmış ziyalılara və rəsmi dövlət adamlarına qarşı sui-qəsdlərin təşkili əsas məqsəd kimi qarşıya qoyulurdu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Daşnaksütyun” partiyası haqqında dedikləri də bunu təsdiq edir: “...Yeri gəlmişkən, “Daşnaksütyun” beynəlxalq aləmdə ekstremist kimi tanınan paytiyalardandır. Əgər sivil ölkələrdə belə partiyaları yalnız böyük siyasət düşündürürsə, Ermənistanda isə əksinə, onlar nüfuzlu mühitin, hökumət koalisiyasının və həmçinin ciddi maliyyə mənbələrinin təməlini təşkil edirlər” [6, s.220].
Bütünlükdə erməni millətinin təmsilçisi adına iddia edən erməni millətçi partiyası “Daşnaksütyun” obyektiv olaraq müstəqil mövqeyə malik olmaq uğrunda mübarizə aparan erməni ticarət burjuaziyasının iqtisadi mənafeyini əks etdirirdi. “Daşnaksütyun”nun özünü Ermənistanın milli azadlığı uğrunda mübarizə aparan döyüşçü qismində təqdim etməsi, ona xırda erməni burjuaziyasının demək olar ki, bütün təbəqələrinin ideoloji lideri olmaq imkanı verir. “Daşnaksütyun” partiyasının 1894-cü ildə qəbul olunmuş ilk proqramı vulqar marksizmin, liberalizmin, xalqçılığın və xırda burjua millətçiliyinin qarışığından ibarət idi. Proqramının mərkəzində dayanmış əsas ideya Türkiyə Ermənistanının “azad edilməsi” idi. “Daşnaksütyun” bu ideayanın həyata keçirilməsi üçün erməni məsələsinin həllinə yardımçı ola biləcək bütün mümkün qüvvələrə söykənməyə çalışırdı. Öz mübarizəsində daşnaklar aşağdakı güvvələrə arxalanmağa çalışırdılar: 1) İngiltərə və Rusiya diplomatiyası başda olmaqla Avropa diplomatiyasına; 2) Avropanın inqilabi və sosialist hərəkatlarına; 3) Rusiyanın inqilabi hərəkatına; 4)Türkiyənin müxalif və inqilabi hərəkatına [ 14, s.25].
Yuxarıda qeyd etdiklərimizi 1894-cü ildə “Daşnaksütyun” partiyasının qəbul edilmiş proqramının ayrı-ayrı bəndləri təsdiq edir. Proqramın 4-cü bəndi xalqı silahlandırmağı, 5-si onların arasında sıx əlaqələr qurmaq və inqilabi komitələr təşkil etməyi, 8-si isə hakimiyyət nümayəndələrinə, satqınlara, xəyanətkarlara, sələmçilərə və hər cür istismarçılara qarşı terror təşkil etməyi nəzərdə tutur [7] .
Beləliklə, biz görürük ki, daşnakların 1894-ci ildə qəbul olunmuş proq-ramında ərazi işğalları, onların maliyə vəsaitlərinin mənbəyi və terror mühüm yer tutur. Bu proqramda, ermənilərin Cənubi Qafqazdakı mövqeyinə təsir göstərən daxili və xarici amillər açıqlanır. Rus tarixçisi Oleq Kuznetsovun qeyd etdiyi kimi, inqilabçı erməni cəmiyyəti olan “Daşnaksütyun” guya bir zamanlar turk vətəndaşlığında olan erməniləri türk zülmündən (hakimiyyətindən) azad etmək məqsədilə yaradılmış, lakin Rusiya ərazisində özünü yalnız pul toplamaq, silah almaq və Turkiyəyə göndərmək üçün könüllülərin toplanması ilə göstərmişdir [12, s. 58].
“Daşnaksütyun” təşkilatının fəaliyyətinin tədqiqi göstərir ki, 1904-cü ildə Vyanada tam məxfi şəkildə “Daşnaksütyun” partiyasının III qurultayı keçiril-mişdir. Qurultayda partiyanın Qafqaz şöbəsinə baş verəcək inqilabda, həmçinin Rusiya-Yapon müharibəsi ilə əlaqədar hadisələrdə tam azadlıq və müxtariyyət hüququ verildi. Məhz bu görüşdə kəşfiyyat funksiyaları olan gizli “Deli” terror təşkilatı yaradıldı [ 8, s.11].
Dövrün arxiv materiallarının təhlili partiyanın geniş terror fəaliyyətini həyata keçirdiyini bir daha sübut edir. Sənədlər və xüsusən də polis şöbələri tərəfindən tərtib olunan şahidlərin ərizələri təsdiq edir ki, daşnaklar 1903-ci ildən etibarən Cənubi Qafqazda qatı terror əməlləri həyat keçirmişlər.
Polis agentliyi daşnakların fəaliyyəti barədə yazırdı: “ .... Cənubi Qafqazda və ümumiyyətlə Rusiyada hal-hazırda heç bir müstəqil erməni inqilabi komitələri yoxdur, lakin Cənubi Qafqazın bütün iri şəhərlərində xarici erməni inqilabi mərkəzlərindən olan “Hncaq” və “Droşak” şöbələri fəaliyyət göstərir. Bu şöbələrin Bakı, Tiflis, Şuşa, Qarakilsə, Aleksandropol və Qarsda təşkilatlarının olması agentliyə məlum idi ”[1, v.17].
Xaricdə yerləşən komitənin xüsusi razılığı ilə yerli şöbələr (və ya təşkilatlar) tərəfindən soyğunculuq, dələduzluq və qətllər həyata keçirilirdi. Xarici komitə bu cür əməlləri əsasən Cənubi Qafqaza ezam etdiyi xüsusi angentləri vasitəsilə həyata keçirirdi. Baş komitə tərəfindən xüsusi səlahiyyətlər verilmiş bu şəxslər (agentlər) ezam olunduqları şəhərə gələr-gəlməz yerli təşkilatlarla əlaqə yaradır, yerli təşkilat isə ona verilən tapşırığı yerinə yetirmək üçün əlindən gələn köməyi göstərməli idi [1, v.17].
Bankir Camaqarov Xaricdəki “Droşakçı” partiyasının mərkəzi komitəsinin qərarına əsasən Bakı “Daşnaksütyun” gizli komitəsinin köməyilə xaricdən göndərilən nümayəndə tərəfindən qətlə yetirilmişdir [1, v.17]. Buradan belə nəticə çıxır ki, daşnakların gizli təşkilatları 1903-ci ildə Cənubi Qafqazda “fəal” terrorçuluq fəaliyyəti ilə məşğul idi. “Daşnaksütyun” partiyası Bakıdakı gizli təşkilatın üzvlərinin əli ilə pul tələb edərək yüksək vəzifəli şəxslərin öldürülməsi kimi terror aktları həyata keçirirdi.
1907-ci ildə “Daşnaksütyun”un siyasi proqramında döyüşçü dəstələrə aid aşağıdakı bəndlər var idi: “.. 147. Təşkilat öz inqilabi tədbirləri üçün daşnakların sırasından döyüşçü dəstələr təşkil edir; 148. Hər dəstə 10 nəfər silahlıdan ibarət olmalı; 149. Hər bir döyüşçü İttifaq layihəsi ilə mütləq tanış olmalı və onun həyata keçirilməsinə xidmət etmək üçün hazır olmalı; 150. Döyüşçü dəstələr büro və yerli orqan tərəfindən nəşr edilmiş təlimatlara əsaslanmalı; 151. Hər döyüşçü öz işi ilə məşğul olmalı, şəxsi silahı varsa inqilabi cəmiyyətə daxil olmalıdır” [10, s.25].
Göründüyü kimi, “Daşnaksütyun”nun strukturlarının ən mühüm elementləri hərbi-terror təşkilatları idi. Onlara müxtəlif adlar verilirdi. Onlardan 1904-1905-ci illərdə əsas “Özünümüdafiə”, “Qorxutma təşkilatı”, “Terrorçu hazırlıq komitəsi” və “Deli” olmuşdur [13, s.67].
Daşnaklar tərəfindən əsas mübarizə üsulu kimi terrorun seçilməsi və bunun partiya tərəfindən qəbul edilmiş metod olduğunu, 1907-ci ildə qəbul edilmiş partiya proqramının ayrı-ayrı maddələri də sübut edir. “Daşnaksütyun” qurultayının 1907-ci ildə təsdiq edilmiş nizamnaməsinin 155-ci maddəsində deyilir: “.. Terror iki cür ola bilər a) siyasi; b) təşkilati. Maddə 156: Yalnız Mərkəzi komitə və məsul təşkilatlar terror haqqında qərar verə bilər. Bu qərarlar həmrəy olmalıdır. Maddə 157: Ağır təşkilati pozuntulara (silah və pul mənimsəmə) və cinayətlərə (satqınlıq, xəyanət, yoldaşının qətli) görə terror yalnız o zaman mümkün ola bilər ki, digər orqanın (Mərkəzi komitə üçün – məsul orqanın və ya Büronun razılığı, məsul orqan üçün isə - Büronun razılığı) razılığı alınsın [10, s.26].
1907-ci ilin arxiv sənədində “Polis Departamentinin Direktoru”na ünvanlanmış məktubda “Daşnaksütyun” partiyasının Bakı və Şamaxıda silah anbarlarının olması haqqında məlumat verilir. Axtariş məntəqəsinin müdirinin verdiyi məlumatlara əsasən Bakı şəhərində və Bakı quberniyasının müxtəlif yerlərində “Daşnaksütyun”a məxsus olan silah anbarları aşkar olunmuşdur. “Bu anbarlara şərti dildə “şarjanapet” deyilən yerli təşkilatların başçıları rəhbərlik edirdi. Şamaxı şəhərində də rayon daşnak komitəsi “şarjanapet” yerləşirdi. Onun başçısı Minas Ayvazyan hal-hazırda Bakıda Pitoyevin neft mədənlərində işləyir. Onun komitədəki vəzifəsini müvəqqəti olaraq “Karo” /Karapet / yerinə yetirir. Komitənin sərancamında 150 ədəd odlu silah var. Bunlardan 50-si təşkilata, digərləri isə ayrı-ayrı şəxslərə aiddir. 1) Mədrəs kəndində - 400 tüfəng, bunun yarısı təşkilatlara məxsusdur. Təşkilatın “şarjanapeti” Moses Qulalovdur; 2) Gürcivan kəndində - 50 tüfəng, bundan 20% partiyaya aiddir.. "Şarjanapet" – Balaci Əli Muratovdur” [2, v. 1 ].
“Daşnaksütyun” partiyasının Qafqaz rayon şöbəsinin sənədlərini öyrə-nərkən daşnak terrorçularından birinin tərcümeyi-halı maraq doğurur: “Daşnaksütyun” partiyasının nəzdində fəaliyyət göstərən inqilabi təşkilatın Tiflisdəki Mərkəzi Komitəsində “Baxşı” adlı bir terrorçu var. Bu adı çəkilən terrorçuya komitə tərəfindən terrora məruz qalacaq insanlar barədə məlumat toplamaq tapşırığı verilmişdi. O, həmçinin pul toplanması işinə də nəzarət edirdi. 7 iyul 1907-ci il tarixində Bakıda Arutun Maylyas ilə birgə yaşayan bu “Baxşı” adlı şəxs terror aktları həyata keçirmək üçün Bakıdan Pyatiqorsk şəhərinə yola düşür. Bu terror aktlarından biri 22 iyul tarixində general Qaragözova qarşı törədilmişdir [2, v. 1 arx].
1908-ci ildə “Daşnaksütyun” partiyasının üzvlərinin həbs olunması ilə partiyanın fəaliyyətində məhdudiyyətlər nəzərə çarpır. Bu barədə daşnakların 1908-ci ildə keçirdikləri tədbilərlərlə bağlı sənədlərdə məlumat verilir: “Axtarışlar dayanmadan, fasiləsiz davam etməkdədir. Yoldaşlar, sizə xəbərdar edirik: 1) Daşnak sərəncamlarının inqilabi ruhunu daim yüksək saxlayın; 2) yalnız yerli qrupun yoldaşları ilə deyil, həm də qonşu rayonların nümayəndələri ilə sıx əlaqə saxlayın; 3) hər yerdə məxfi fəaliyyəti möhkəmləndirmək və poçtla məktub göndərilməsindən imtina edin” [3, v. 3].
Növbəti arxiv sənədində Tiflis quberniyası Jandarm idarəsinin rəisinə Novoçərkəs dairəsinin məhkəmə palatasının xüsusi işlər üzrə məhkəmə müstəntiqinin 28 mart 1909-cu il tarixli məktubu var. Məktubda müxtəlif cinayətlərdə ittiham olunan daşnak partiyasının üzvlərinin siyahısı movcudur. Məktubda qeyd edilir: “Tiflis quberniyası Jandarm idarəsinin rəisinə, mənim tərəfimdən “İnqilabi erməni təşkilatı olan “Daşnaksütyun” işi ilə bağlı ittiham olunan şəxslərin siyahısını təqdim etmək.” 1-ci siyahıda adı keçən hər kəsin evində çox ciddi axtarışlar aparılmalıdır. Dini rütbəsi olan şəxsləri çıxmaq şərtilə siyahıda adı sadalanan hər kəs həbs edilməlidir. Daha sonra dini rütbəsi olanlar da həbs ediləcəkdir. Həbsi nəzərdə tutulan şəxslərin adlarının çox olması onu göstərir ki, bu çox ciddi işdir. İlk növbədə bu şəxslər saxlanılmalı idi, ona görə ki, axtarış zamanı əldə olunacaq sənədləri qaydaya salmaq üçün imkan olsun. Bundan əlavə cinayət işi üçün bu həbslərin mümkün qədər tez bir zamanda həyata keçirilməsi vacib idi [4, v. 3]. Həbs olunması nəzərdə tutlan daşnakların siyahısı 155 terrorçudan ibarətdir: 14. Аzarik Azaryan - Batumi Komitəsinin üzvü, mərkəzi komitənin sərəncamına əsasən terroçuların axtarılması, işə cəlb olunması və lazımi yerlərə göndərilıməsi işinə nəzarət edir. Batumi Mərkəzi Komitəsinin qərarları onun vasitəsilə yerinə yetirilir [4, v. 4 arx]. 15. Аvdican /Avdcanov/ - Batumda yaşayır. Onun vasitəsilə müxtəlif şəhərlərdəki terrorçuların rəhbərlərinə və üzvlərinə pullar yollanılırdı [4, v. 5]. 16. Avetis Barakov Аznazurov /ləqəbi “Аramais Şapu”/ – Qarsda yaşayır, Qars komitəsinin ayrı-ayrı tapşırıqlarının icrasını həyata keçirən üzvüdür [4, v. 5]. “Arsen” - İrəvan komitəsi yanında terrorçuların rəisi və partiya silahının qoruyucusudur [4, v. 5].
Erməni tarixçilərinin “Daşnaksütyun” partiyasının terrorçuluq fəaliyyətiilə bağlı etiraflarina nəzər salaq. Daşnakların ideologiyasının banislərindən biri olan Jan Loris-Melikoff yazırdı: “Həqiqət odur ki, daşnak partiyasında oliqarxiya hökm sürür, hansı ki, onlara görə partiyanın xüsusi maraqları xalqın və millətin maraqlarından üstündür” [16]. Erməni müəllifi К.S.Papazyan qeyd edir: “Terror aktları törədən daşnak partiyasını, İtaliya mafiyası, qanqsterlərlə müqayisə etmək olar. Erməni cəmiyyəti tərəfindən bu partiya lənətlənib”. О.V.Kaçaznuni isə yazırdı: “Biz gizli əlaqələr yaradıb Sunik və Dərələyəzdə silahlı “хumblar” saxlaya bilərik, Osmanlı bankını tuta bilərik, bu və ya hər hansı bir başqa binanı partlada bilərik, xüsusi şəxslərin qətlini təşkil edib yerinə yetirə bilərik, bir neçə bolşeviki məhv edə bilərik, necə ki, çar və sultan məmurlarını məhv etmişik, hətta Мyasnikovun, Sultan Əbdülhəmidin ayaqları altında bomba da partlada bilərik” [11, s.53] Göründüyü kimi, “Daşnaksütyun” partiyasının proqramında nəzərdə tutulan terror metodunun həyata keçirilməsi erməni tarixçiləri tərəfindən bir daha etiraf edilir.
“Daşnaksütyun” partiyasının 1914-ci ildə göstərdiyi uzun “fəaliyyəti” təsdiqləyən daha bir arxiv sənədinə nəzər yetirək. Bildiyimiz kimi inqilabi komitələrin erməni məsələsinin təbliği ilə məşğul olan Amerikadakı fəaliyyətləri hamıya məlumdur. Bundan başqa, onların orada öz hərbi dəstələri var. Bu barədə oxunan mühazirələr və təşkil olunan oyunlar Amerika cəmiyyətində erməni xalqına qarşı maraq doğurur [5, v.15 arx].
1918-ci ilə aid olan daşnakların soyqırım siyasətinin qiymətli arxiv sənədləri AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən nəşr olunmuş “1918-ci il Azərbaycan xalqının Soyqırımı: Təşkilatçılar və cəlladlar” kitabında geniş təhlil olunub. Görkəmli tarixçi Yaqub Mahmudov əsərdə qeyd edir: “Şaumyan şəxsən 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı soyqırımı həyata keçirilməsini açıq etiraf edirdi. O, 1918-ci ilin faciəvi mart hadisələrindən sonra bu barədə Sovet Rusiyası hökumətinə verdiyi hesabatında xəbər verirdi: “Əgər (yəni azərbaycan siyasi qüvvələr – Y.M). Bakıda üstünlüyü ələ keçirsəydilər, şəhər Azərbaycanın paytaxtı elan ediləcəkdi. .... Biz bu bəhanədən istifadə etdik.... və bütün cəbhə boyu hücuma keçdik.... bizim artıq təxminən 3-4 minlik milli hissələrdən ibarət silahlı qüvvəmiz var idi və onlar tamamilə ixtiyarımızda idi. Daha bir sənəddə sübut olunur ki, S.Şaumyan uzun müddət sovet elmində bolşevik-beynəlmilərçi kimi təqdim olunsa da, əslində “Daşnaksütyun” partiyasının Bakı komitəsinin üzvü idi” [9, s. 6].
Biz “Daşnaksütyun” partiyasının proqramlarının iki bəndini: silah anbar-larının yaradılması və erməni zinvorlar, fədailərinin terrorçuluq fəaliyyətini əhatə etdik. Erməni terrorizmi Cənubi Qafqazın müxtəlif şəhərlərində geniş fəaliyyəti ilə secilirdi. Arxiv materiallarının təhlil edərkən görürük ki, daşnak partiyası sərt struktura, rəhbər və fəaliyyət komitələrinə malik olmuşdur. Şübhəsiz ki, terrorçuların hazırlanmasında iqtisadi və maliyyələşdirmə məsələləri böyük əhəmiyyət daşıyırdı. Məhz bu dövrdən etibarən erməni cinayətkar terrorizmi geniş forma almağa başlayır. Günahsız insanların ölümü və onların əmlakının məhv edilməsi ilə nəticələnirdi. “Daşnaksütyun” siyasi partiya kimi fəaliyyətə başlamasına baxmayaraq, partiyanın əsas qayəsi türk-müsəlman xalqlarına qarşı terror və soyqırım aktları törətmək idi.
Ədəbiyyat
1. ARPİİSSA, f. 276 siy. 8, iş 37a.
2. ARPİİSSA, f. 276 siy. 8, iş 232.
3. ARPİİSSA, f. 276, siy. 8, iş 275.
4. ARPİİSSA, f. 276, siy. 8, iş 330.
5. ARPİİSSA, f. 276şiy. 8, iş 513.
6. Алиев И.Г. Я верю в мой Азербайджан. М.: 2007.
7. Армянская Революционная Федерация «Дашнакцутюн» //http://www.libfront.org /2013/ natsionalizm-i-levoe-dvizhenie
8. Багирова И.С. Политические партии и организации Азербайджана в начале 20 века. (1900-1917). Б.: Элм, 1997.
9. Геноцид азербайджанского народа 1918 года: организаторы и палачи. Баку, ИПО «Турхан», 2013, c. 6).
10. Дашнаки. Военно-исторический журнал, № 8, 9. – 1990.
11. Качазнуни О.В. Дашнакцютун больше нечего делать. Тифлис: Красный воин, 1927.
12. Кузнецов О.Ю. Армянский национально-религиозный экстремизм в Российской империи вначале ХХ века ( по материалам периодической печати Кавказа) международный азербайджанский журнал Ирс-№4(70) 2014.
13. Наджафов Б. И. Лицо врага. История армянского национализма в Закавказье в конце XIX - начале XX в. ч. I.,Баку: Элм, 1992.
14. Перинчек М. Армянский вопрос в 120 документах из российских государственных архивов. М.: Лаборатория Книги, 2011.
16. Armenian issue, claims and historical facts historical background //www.turk.org.au /welcome-en/armenian-issue/ermeni-sorunu.
Açar sözlər: terror, əhali, Azərbaycan, siyasət, daşnaklar
Keywords: terror, population, Azerbaijan, police, dashnaks
Ключевые слова: террор, население, Азербайджан, политика, дашнаки
Алиева Мехрибан
Террор и террористическая деятельность в программе партии «Дашнакцутюн»
Резюме
В конце XIX века - в начале XX века дашнаки проводили политику террора и геноцида против мирного мусульманского населения Азербайджана и в его регионах. Партия «Дашнакцутюн» c целью создания «Великой Армении» совершала террористические преступления против азербайджанского народа.
Mehriban Aliyeva
Terror and terrorist activities in theproqramm of «Dashnaktsutyun» party
Summary
At the end of the 19th century – at the beginning of the 20th century the “Dashnaktsyutun” party conducted genocides and terrorist attacks against the peace muslim population of Azerbaijan and in its regions. Dashnaks for the purpose of creation of “Great Armenia” order a cruel terror against the Azerbaijani people.
Mehriban Əliyeva,
Tarix üzrə fəlsəfə doktoru
"Geostrategiya" jurnalı № 04 (34) İYUL-AVQUST 2016
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM