Azərbaycan Respublikasının xarici siyasətinin mühüm proinsiplərindən biri də dünya dövlətləri ilə hərtərəfli əlaqələrin qurulmasından və inkişaf etdirilməsindən ibarətdir. Müstəqillik əldə etdikdən sonra, xüsusilə ümummilli lider Heydər Əliyevin ali siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətinin xarici siyasətində əhəmiyyətli çeviklik müşahidə olunmağa başladı. Malik olduğu zəngin karbohidrogen ehtiyatları və əlverişli geosiyasi mövqeləri həm region ölkələrini, həm də digər dünya ölkələrini Azərbaycanla siyasi və iqtisadi əməkdaşlığın inkişaf etdirmələri üçün ciddi zəmin yaratmışdır. Bu baxımdan, Azərbaycan müstəlliyinin elə ilk illərində beynəlxalq münasibətlər müstəvisində uğurlu fəaliyyət göstərməyə nail olmuşdur və dünya dövlətləri ilə konstruktiv münasibətlər qura bilmişdir. Dünya dövlətləri ilə ikitərəfli diplomatik əlaqələrin qurulması müvafiq olaraq iqtisadi və mədəni əlaqələrin inkişafını şərtləndirmişdir.[1, 213]
Dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi ilə yanaşı, Azərbaycan dövləti beynəlxalq və regional təşkilatlar çərçivəsində də fəallıq nümayiş etdirərək müxtəlif xarakterli əməkdaşlığını genişləndirmişdir. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Azərbaycan dövləti beynəlxalq və regional təşkilatlar çərçivəsində müxtəlif istiqamətlərdə əməkdaşlığın qurulmasını və inkişaf etdirilməsini xarici siyasətinin prinsiplərindən biri kimi nəzərdən keçirməkdədir. Belə təşkilatlar formatında fəallıq nümayiş etdirməsi onların çərçivəsində ayrı-ayrı ölkələrlə siyasi, iqtisadi və mədəni əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün unikal imkanlar açmışdır. Bugünkü reallıqlarımız aydın göstərir ki, Azərbaycan bu imkanlardan maksimum yararlanmağa nail olmuşdur. Azərbaycan bütün beynəlxalq və regional təşkilatlar çərçivəsində eyni dərəcədə konstruktiv əməkdaşlıq etməkdə maraqlıdır. Azərbaycanın sıx münasibətlər qurduğu və çərçivəsində uğurlu əməkdaşlıq etdiyi regional təşkilatlardan biri də GUAM-dır. Hər şeydən öncə qeyd edək ki, GUAM-ın yaradılması ilə MDB ölkələrinin bir qisminin inteqrasiyası prosesinin yeni səhifəsi açılmış oldu. Postsovet ölkələrinin MDB-də formatında uğurlu iqtisadi əməkdaşlığı baş tutmadığından yeni inteqrasiya imkanlarına ciddi ehtiyacın olduğu özünüə qabarıq şəkildə biruzə vermişdir. Bu imkanları isə GUAM-ın təqdim edəcəyinə ümidlər olduqca böyük idi. Beləliklə, 1997-ci ildə yaranmış zərurətdən çıxış olunaraq Azərbaycanın, Gürcüstanın, Ukraynanın və Moldovanın iştirakı GUAM təsis edilmişdir. Bununla da qeyd etdiyimiz postsovet ölkələrinin yeni siyasi, iqtisadi və mədəni əməkdaşlıq arealı meydana gəlmiş oldu. Gürcüstan, Azərbaycan, Ukrayna və Moldova arasında GUAM çərçivəsində əməkdaşlığın əsası 1997-ci ilin oktyabrında Avropa Şurasının Strasburqda həmin ölkələrin prezidentlərinin görüşü zamanı qoyulmuşdur. Bu zaman GUAM-ın məşvərətçi forum statusu təsdiq olunmuşdur.[2, 12] 2000-ci ilin sentyabrında BMT-də minilliyin sammiti çərçivəsində GUAM-ın yaradılması məqsədlərini və fəaliyyətini tənzimləyən memorandum qəbul edilmişdir. Elə həmin ilin iyulunun əvvəllərində Yalta şəhərində GUAM-ın sammiti keçirilmişdir və iştirakçı ölkələr tərəfindən Hartiya imzalanmışdır. Məhz bundan sonra məşvərətçi forum beynəlxalq regional təşkilat statusunu almışdır. Müvafiq olaraq üzv ölkələrin rəhbərləri tərəfindən imzalanmış Hartiyada təşkilatın məqsədləri ilə yanaşı, təşkilati strukturu da təsdiq edilmişdir. Qeyd edək ki, 1998-ci ildə GUAM-a Özbəkistan qoşulsa da, 2005-ci ildə qurumu tərk etmişdir.[1, 639] Hələ 2002-ci ildən Özbəkistan GUAM-dan çıxmaq istəməsilə bağlı niyyətini bildirməyə başlamışdır.Bu dövrdən başlayaraq Özbəkistan artıq təşkilatın tədbirlərində iştirakdan imtina etmişdir. Özbəkistan tərəfi GUAM-dan çıxmasının əsas səbəbi kimi təşkilatın ilkin məqsədlərindən kənara çıxmaların olması ilə izah etmişdir. Belə ki, Özbəkistan prezidenti bildirmişdir ki, təşkilatın dondurulmuş münaqişələrin həlli istiqamətində fəallıq nümayiş etdirməsi, birgə hərbi blokların yaradılmasını və mövcud təhlükəsizlik sisteminin dəyişdirilməsi istəklərinin olması onun ölkəsini qane etmir. Təbii ki, Özbəkistanın belə bir mövqe nümayiş etirməsi kənar qüvvənin təsiri altında baş verdiyini müəyyənləşdirmək çətin deyildir. Özbəkistanın təşkilatı tərk etməsinə baxmayaraq, digər üzv ölkələr GUAM çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində ciddi fəallıq nümayiş etdirmişlər.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, GUAM-ın yaradılması motivləri haqqında tədqiqatçılar arasında vahid mövqe mövcud deyildir. Bir qrup tədqiqatçının fikrincə, GUAM-ın yaradılması təşəbbüsü Qərbdən gəlmişdir. Məqsəd ondan ibarət idi ki, Rusiyanın patronajlığı altında yaradılmış MDB və KTMT-yə alternativ olan bir təşkilat (GUAM) mövcud olsun. Bununla SSRİ-nin reanimasiyasının qarşısının alınması düşünülürdü.[3] Digər tədqiqatçıların fikrincə, GUAM ABŞ-ın layihəsidir və məqsəd Xəzər hövzəsinin enerji ehtiyatlarının dünya enerji bazarına çıxarılmasının yeni marşurutlarının tapılması və reallaşdırılması istiqamətində daha səmərəli fəaliyyəti təmin etməkdən ibarətdir. Burada əsas diqqət yetirilən məqam ondan ibarətdir ki, enerji marşurutlarının Rusiyadan yan keçməsi təmin olunsun. Bununla həmçinin, GUAM üzv ölkələrin Rusiyanın təsir orbitindən tam uzaqlaşdırılması başlıca məqsəd kimi müəyyənləşdirilmişdir.[8, 16] Sözsüz ki, GUAM-ın bir təşkilat olaraq formalaşmasında və müasir beynəlxalq münasibətlərin fəal iştirakçısına çevrilməsində ABŞ-ın həlledici rolu olmuşdur. Hesab etmək olar ki, Özbəkistanın təşkilata qoşulmasında da ABŞ-ın təsirli rolu olmuşdur. Tədqiqatçıların fikrincə, bununla ABŞ Orta Asiya ölkələrini GUAM çərçivəsində əməkdaşlığa cəlb etməyə nail olmaq istəyirdi.[9, 138]
GUAM-ın yaradılması üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi strategiyasına söykənir. Bundan başqa, beynəlxalq maliyyə instansiyaları tərəfindən maliyyələşdirilən proqramların reallaşdırılması təşkilatın fəaliyyətinin prioritetlərindən biri kimi nəzərdə tutlmuşdur. Məsələn, TACİS proqramı çərçivəsində GUAM çərçivəsində TRACEKA layihəsinin inkişaf etdirilməsi istiqamətində fəaliyyət genişləndirilmişdir. Həyata keçirilməsi planlaşdırılan il layihələr GUAM-a üzv olan ölkələr arasında ticarət və nəqliyyat sahəsində təmasların inkişaf etdirilməsinə hesablanmışdır.[10] Qeyd etdiyimiz istiqamətlərdə fəaliyyətin genişləndirilməsi həmçinin, Azərbaycanla Gürcüstan arasındakı əməkdaşlığı əhatə etmişdir.
Ümumiyyətlə, GUAM çərçivəsində Azərbaycanla Gürcüstanın xüsusi fəallıq nümayiş etdirdiyini xüsusi qeyd etmək lazımdır. Hər şeydən öncə qeyd edək ki, CUAM çərçivəsində Azərbaycanla Gürcüstan arasında fəal əməkdaşlığını tərəflərin bir sıra ortaq maraqları şərtləndirmişdir. Bildiyimiz kimi, həm Gürcüstan, həm də Azərbaycan uzun illərdən bəri həllini tapmamış münaqişəyə malikdirlər. Azərbaycan və Gürcüstan bu münaqişələrin həlli istiqamətində GUAM çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar. Təbii ki, tərəflərin həmçinin iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində də təşkilat çərçivəsində yeni imkanların yaradılmasında maraqlı olduqlarını qeyd etmək lazımdır. GUAM çərçivəsində Azərbaycan-Gürcüstan münasibətlərinin dinamik inkişafını şərtləndirən məqamlardan biri də ondan ibarətdir ki, iki ölkə arasında tarixən sıx əlaqələr mövcud olmuşdur. Belə ki, iki ölkə arasında sıx əlaqələrin mövcudluğunu onların coğrafi yaxınlığı şərtləndirmir, həmçinin, tarixi dostluq əlaqələri Gürcüstanla Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə xüsusi dinamiklik vermişdir. İki ölkə arasında sıx əlaqələrin qurulmasında Gürcüstanda olan Azərbaycan diasporunun və Azərbaycandakı Gürcüstan diasporunun ciddi fəaliyyəti olmuşdur.
Müstəqilliklərini əldə etdikdən sonra Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələr 1992-ci il noyabr ayının 18-də qurulmuşdur. Qeyd edək ki, iki ölkə arasında əlaqələrin xüsusi dinamikliklə inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin ciddi rolu olmuşdur və regionda cərəyan edən siyasi və iqtisadi prosesləri Gürcüstanla birgə nəzarətdə saxlamaqda maraqlı olmuşdur. Hələ 1993-cü ilin 15 iyununda ümummilli lider Heydər Əliyev Gürcüstanla münasibətlərin qurulmasının və inkişaf etdirilməsinin vacibliyini qeyd etmişdir. Həqiqətən də, regionda ümumi vəziyyət Gürcüstan-Azərbaycan münasibətlərinin xarakterindən birbaşa asılıdır. 1995-ci ilin fevralında Bakıda Gürcüstanın, 1996-cı ilin martında isə Azərbaycanın Tbilisidə səfirliyi açılmışdır. İki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə xüsusi impulsu hər iki ölkənin Prezidentlərinin qarşılıqlı rəsmi səfərləri vermişdir. 1996-cı ilin martında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Gürcüstana ilk rəsmi səfərini etmişdir. Ümummilli lider bu rəsmi səfəri zamanı iki vacib sənəd imzalanmışdır. Bütövlükdə region üçün mühüm əhəmiyyət kəsb edən bu sənədlər aşağıdakılardan ibarət olmuşdur:
-“Dostluğun, əməkdaşlığın və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında” müqavilə;
-“Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq haqqında” deklarasiya.[11]
1996-cı ilin mart ayının 9-da Gürcüstan parlamentinin xüsusi iclasında Heydər Əliyevin çıxış olmuşdur. Heydər Əliyev çıxışında əsas diqqəti Azərbaycan Respublikasının xarici siyasətinə, iqtisadi inkişafına, Ermənistanın ölkəmizə qarşı irəli sürdüyü əsassız ərazi iddiaları nəticəsində meydana gəlmiş Dağlıq Qarabağ münaqişəsinə yönəltmişdir. Heydər Əliyev qeyd etmişdir ki, ərazi erməni işğalı altında olan bir dövlət kimi Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Bundan sonra da prezidentlərin qarşılıqlı səfərləri baş tutmuşdur. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyev Gürcüstanla əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət yetirmişdir və enerji, nəqliyyat, təhlükəsizlik və s. istiqamətdə iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi istiqamətində ciddi addımlar atmışdır.
GUAM-ın yaranmasında sonra Gürcüstan-Azərbaycan əlaqələri bu təşkilat çərçivəsində daha inkişaf etdirilmişdir, iki ölkə arasında təmaslar intensiv xarakter almışdır. Qeyd etmək lazımdır ki, GUAM çərçivəsində Azərbaycan-Gürcüstan münasibətlərinin inkişaf etdirilməsi Avropa İttifaqının da ciddi maraq dairəsindədir. Avropa GUAM çərçivəsində əməkdaşlığın genişləndirilməsini bu formatda fəaliyyət göstərən ölkələrin Avropa inteqrasiyasının səmərəliliyini təmin etmək üsulu kimi nəzərdən keçirir. GUAM çərçivəsində əməkdaşlığın genişləndirilməsi həm Azərbaycanın, həm də Gürcüstanın strateji maraqlarına cavab verir. Belə ki, bildiyimiz kimi, Azərbaycan enerji xətlərinin şaxələndirilməsində maraqlıdır və Gürcüstan əsas tranzit ölkə kimi bu istiqamətdə ciddi töhfə verməkdədir. Çünki, Azərbaycandan birbaşa Türkiyəyə enerji xəttlərini çıxarmaq imkanı mövcud deyildir. Bu baxımdan, Azərbaycan GUAM çərçivəsində Gürcüstanla iqtisadi sahədə, xüsusilə də energetika sahəsində sıx əməkdaşlığa üstünlük verir. Həmçinin, Gürcüstan da Xəzər hövzəsinin enerji ehtiyatlarının Avropa bazarına çıxarılmasında tranzit imkanlarını təklif etməklə, iqtisadi inkişafını təmin etmiş olur. Bu baxımdan, Gürcüstan Azərbaycanın enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək təşəbbüslərinə ciddi müsbət reaksiya nümayiş etdirir. İqtisadi sahədə əməkdaşlığın dinamik inkişafı müvafiq olaraq siyasi təmasların da sıxlaşdırılmasını təmin edir. Həqiqətən də GUAM çərçivəsində əməkdaşlıq iki ölkə arasında əməkdaşlığın genişlənməsində təsirli iz buraxmışdır. Təsadüfi deyildir ki, Azərbaycan Türkiyədən sonra Gürcüstanın ikinci böyük ticarət tərəfdaşıdır. Son illər iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin səviyyəsi 1,2 milyard ABŞ dolları həcminə yüksəlmişdir.[12] Azərbaycan hazırda Gürcüstanın təbii qaza olan təlabatının 80%-ni təmin edir. SOCAR Gürcüstanda ən iri vergi ödəyicisidir ki, bu da iki ölkə arasında iqtisadi əməkdaşlığın böyük potensialından xəbər verir. Qeyd edək ki,2002-ci ildə GUAM çərçivəsində əldə olunmuş razılaşmaya əsasən Azərbaycanla Gürcüstan arasında azad ticarət münasibətləri formalaşmışdır. [12]
Artıq qeyd etdiyimiz kimi, GUAM çərçivəsində Azərbaycan-Gürcüstan əlaqələrinin mühüm istiqamətlərindən birini də mövcud münaqişələrin həll olunmasına yönəldilmiş cəhdlər təşkil edir. Xüsusilə 2006-cı ildə münaqişələrin tənzimlənməsi istiqamətində siyasi fəallıq GUAM çərçivəsində əməkdaşlığın əsas trendinə çevrilmişdir. Bu istiqamətdə əməkdaşlığın intensivləşməsi xüsusilə də, Azərbaycan-Gürcüstan münasibətlərində aydın müşahidə olunurdu. Bundan başqa, Ukraynada məhz həmin dövrdə tərəflərə münaqişənin tənzimlənməsi istiqamətində yaxından dəstəyini təklif etməyə başlamışdır. Bu da ondan xəbər verirdi ki, GUAM çərçivəsində münaqişələrin tənzimlənməsi istiqamətində əməkdaşlıq müəyyən perspektivlərdən xəbər verirdi.[5, 37]
Artıq qeyd etdiyimiz kimi, Gürcüstan və Türkiyə Azərbaycan neftinin Avropa bazarına çıxarılması üçün mühüm tranzit rolunu oynayırlar. GUAM çərçivəsində bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsi həm Azərbaycanın, həm də Gürcüstanın ciddi maraq dairəsindədir. 2006-cı ilin mayında GUAM-ın Kiev sammitində yanacaq energetika şurasının yaradılması haqqında qərar qəbul olunmuşdur. Bu da ondan xəbər verirdi ki, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində prinsipiallıq mövcuddur.[4] Sammitdə Azərbaycandan karbohidrogen ehtiyatlarının Avropa bazarına çıxarılması imkanları geniş müzakirə olunmuşdur. Bu zaman Azərbaycanın Gürcüstanla yaxından əməkdaşlığının vacibliyi önə çəkilmişdir.
GUAM çərçivəsində Azərbaycanın və Gürcüstanın bir sıra ümumi maraqlarının olduğunu artıq qeyd etdik. Hər iki ölkə ərazi bütlüklərinin bərpa olunması istiqamətdə GUAM çərçivəsində əməkdaşlıq etməkdə maraqlıdırlar. Bildiyimiz kimi, dövlətlərin milli maraqları, təhlükəsizliyi onlar arasında hərbi əməkdaşlığın başlıca motivi rolunda çıxış edirlər. Beynəlxalq hərbi əməkdaşlığın təhlili göstərir ki, dövlətlər milli maraqlarını əksər hallarda geosiyasi qarşılıqlı fəaliyyət müstəvisində qoruyurlar və təmin edirlər. GÜAM çərçivəsində Azərbaycan-Gürcüstan əməkdaşlığının digər istiqamətləri ilə yanaşı həmçinin, hərbi əməkdaşlığın inkişaf etdirilməsi də xüsusi diqqət mərkəzindədir. Bunu şərtləndirən bir sıra mühüm məqamlar mövcuddur. Azərbaycanla Gürcüstan arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsini obyektiv reallıqlar şərtləndirir. Həm Azərbaycan, həm də Gürcüstan ərazilərində mövcud olan münaqişələrin həllinə nail olmaqla yanaşı, həm də kifayət qədər kövrək olan regional təhlükəsizliyin etibarlı təmin olunmasına çalışırlar. Yəni, regional təhlükəsizlik sisteminin yaradılması hər iki ölkənin hərbi-siyasi prioritetlərindən biridir. GUAM çərçivəsində hərbi əməkdaşlıq xüsusilə dövlət sərhədlərinin etibarlı qorunması üçün hərbi quruculuq, hazırlıq və hərbi güvvələrin tətbiq olunması məsələlərini əhatə edir. Qeyd edək ki, regional təhlükəsizliyin təmin olunması istiqamətində Azərbaycan-Gürcüstan əməkdaşlığına Türkiyə də yaxından qoşulmaqdadır. Ümumiyyətlə, son illər Azərbaycan, Gürcüstan və Türkiyə demək olar ki, bütün istiqamətlərdə qarşılqlı əlaqələrini inkişaf etdirməkdədirlər. Regionda yaranmış geosiyasi, geoiqtisadi və hərbi-siyasi vəziyyət hər üç ölkənin strateji tərəfdaşlığını tələb edir.
Yuxarıda nəzərdən keçirdiyimiz məqamlardan da aydın olduğu kimi, GUAM-ın yaradılması üzv ölkələrin müxtəlif istiqamətlərdə əməkdaşlıqlarının inkişafının yeni formatını təklif etməklə mühüm əhəmiyyət kəsb edirdir. GUAM çərçivəsində üzv ölkələr, xüsusilə də, Azərbaycanla Gürcüstan arasında vacib istiqamətlərdə əməkdaşlığın yeni inkişaf tendensiyası müşahidə olunmuşdur. Bi sıra oxşar maraqlara malik olan Azərbaycan və Gürcüstan təşkilat çərçivəsində enerji, nəqliyyat, hərbi sahələrdə daha intensiv əməkdaşlıq imkanları əldə etmişlər.
ədəbİyyat
1. Həsənov Ə.M. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı, “Azərbaycan” nəşriyyatı, 2005, 752s.(s.213)
2. Абашидзе А.Х., Эмин В.Г. Членство в международной организации. - Международные организации / Под ред. И.П. Блищенко. М., 2004, c.12
3. Воскрешение ГУАМ//Информационный Интернет-портал Вовремя.info.http//www.vovremya.info/?art=35331
4. В Киеве прошел саммит ГУАМ//http://podrobnosti.ua/315346-v-kieve-proshel-sammit-guam.html
5. Григорьев Л. М., Салихов М. Р. ГУАМ — пятнадцать лет спустя: Сдвиги в экономике Азербайджана, Грузии, Молдавии и Украины, 1991–2006. М.: REGNUM, 2007. 218 с.
6. Геополитическая борьба и азербайджано-грузино-турецкий союз//http://kavkasia.net/Azerbaijan/article/1401392972.php
7. ГУАМ//http://www.centrasia.ru/cnt2.hp?st=1192551008(müraciət tarixi:14.01.16)
8. Прейгер Д., Новикова А., Нижник Е. Экономические интересы ГУАМ в лабиринтах Великого шелкового пути//Центральная Азия и Кавказ, 2001, №3(15), с.16
9. Полухов Э.ГУАМ: взгляд из Азербайджана//Центральная Азия и Кавказ, № 3-4 (57-58), 2008, с.134-144
10. http://lib.aliyev-heritage.org/ru/5509377.html(müraciət tarixi: 14.01.2016)
11. http://lib.aliyev-heritage.org/ru/1407885.html(müraciət tarixi:13.01.16)
12. http://www.verelq.am/ru/node/306(müraciət tarixi:13.01.16)
Açar sözlər: GUAM, Azərbaycan, Gürcüstan, əməkdaşlıq, xarici siyasət.
Ключевые слова: ГУАМ, Азербайджан, Грузия, сотрудничество, внешняя политика.
Keywords: GUAM, Azerbaijan, Georgia, cooperation, foreign policy.
РЕЗЮМЕ
Азербайджано-Грузинские отношения в рамках ГУАМ.
В научной статье рассматривается тенденция развития и приоритетные направления сотрудничества между Азербайджаном и Грузией. Прежде всего, отмечается, что Азербайджанская Республика реализует свою внешнюю политику по определенным принципам. Так как Азербайджанская Республика заинтересована в установлении конструктивных отношений со всеми государствами мира. После возвращения Гейдара Алиева к власти внешняя политика Азербайджана приобрела большую активность. Общенациональный лидер Гейдар Алиев придавал особое значение Азербайджано-Грузинским отношениям. Грузию и Азербайджана связывают некоторые общие интересы. Так как оба государства заинтересованы в справедливом урегулировании неразрешенных конфликтов на своей территории. Азербайджан и Грузия рассматривают ГУАМ в качестве нового эффективного формата для сотрудничества. В рамках ГУАМ сотрудничество между Азербайджаном Грузией приобрело более активный характер. Сотрудничество между Грузией и Азербайджаном охватывает различные направления экономики. Все эти и другие вопросы рассматриваются в рамках представленной научной статьи.
SUMMARY
The Azerbaijani-Georgian relations within GUAM.
In the scientific article the tendency of development and the priority directions of cooperation between Azerbaijan and Georgia is considered. First of all, it is noted that the Azerbaijan Republic realizes the foreign policy by certain principles. As the Azerbaijan Republic is interested in establishment of the constructive relations with all states of the world. After Heydar Aliyev's return to the power the foreign policy of Azerbaijan gained big activity. The national leader Heydar Aliyev attached special significance to the Azerbaijani-Georgian relations. Georgia and Azerbaijan is connected by some common interests. As both states are interested in fair settlement of not resolved conflicts in the territory. Azerbaijan and Georgia GUAM regard GUAM as a new effective format for cooperation. Within GUAM cooperation between Azerbaijan by Georgia gained more active character. Cooperation between Georgia and Azerbaijan covers various directions of economy. All these and other questions are considered within the presented scientific article.
Hicran Xəlilova,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının
Siyasi Araşdırmalar İnstitutunun doktorantı
"Geostrategiya" jurnalı № 04 (34) İYUL-AVQUST 2016
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM