XIX əsrin əvvəllərində Çar Rusiyası Cənubi Qafqazı o cümlədən Şimali Azərbaycan ərazilərini işğal etdikdən sonra bu ərazilərdə özünə etnik dayaq yaratmaq üçün bir Şimali Azərbaycanın bir çox bölgələrinə, o cümlədən Qarabağ regionuna kütləvi şəkildə xristian mənşəli, xüsusilə də erməni əhalisini köçürməyə başladı. Müstəmləkəçi İmperiyanin öz siyasi maraqlarına uyğun həyata keçirdiyi bu siyasət haqlı olaraq ərazidə qədim dövrdən yaşayan yerli azərbaycanlı əhalinin narazılığına səbəb olurdu. Bu da bu ərazilərdə imperiyanın öz siyasi maraqlarını istədiyi şəkildə həyata keçirməyə mane olurdu. Cənubi Qafqazda həmçinin Qarabağ regionunda öz siyasətini maneəsiz həyata keçirmək istəyən imperiya birinci səbəb kimi yerli müsəlman əhalisini bölgədən sıxışdırıb çıxarmaq və bu bölgəyə xristian dininə mənsub olan əhalini yerləşdirməyə nail olmağa çalışırdı.
Hələ 1828-ci il Türkmənçay, 1829-cu il Ədirnə sülh müqavilələrinin şərtlərinə görə çar Rusiyası işğal etdiyi Şimali Azərbaycan xanlıqlarının ərazisinə ermənilərin kütləvi surətdə köçürülüb gətirilməsi prosesini sürətləndirdi və qriqorianlaşdırılmış yerli alban əhalisinin erməniləşdirməsini başa çatdırdı. 1836-cı ildə Alban katolikosluğu ləğv edildi (4, s.34).
Çar Rusiyası bu müqavilələri bağlamaqla Qafqaza xristian mənşəli əhalinin köçürülməsi layihəsinə start vermiş oldu. İşğal etdiyi əraziləri tezliklə xristianlaşdırmağa çalışan müstəmləkəçi imperiya ilk növbədə müqavilələr bağladığı Qacarlar dövləti və Osmanlı dövlətində yaşayan mənşəcə xristian olan hayları (indiki erməniləri) bu ərazilərə köçürməyə başladı. Bu dövrə qədər Qafqaza gələrək yaşayan ermənilər, rus və erməni müəlliflərinin yazdığı kimi çox az idi.
Erməni-türk münasibətlərinə obyektiv yanaşan ABŞ professoru Castin Makkarti “Genosid olmuşdurmu”? kitabında çar Rusiyasının müstəmləkə siyasətini xarakterizə edərək yazır ki, 1828 və 1854-cü illərdə ruslar iki dəfə Şərqi Anadoluya hücum etmiş və hər iki dəfə yerli ermənilər onların tərəfini saxlamışdılar. Hər iki halda ruslar çıxıb getməli olanda özləri ilə 100 min erməni tərəfdarını Qafqaza gətirmiş, onları qovulmuş müsəlmanların evlərində yerləşdirmişlər. Professor sözünə davam edərək yazır: “...biz dəqiq bilirik ki, 1820-ci ildən 1920-ci ilədək təxminən 600 min erməni rus imperiyasının ərazisinə köçürülmüşdür. 2 milyon müsəlman isə Rusiyadan getmişdir” (3, s.166).
Qarabağ regionuna köçürülən ermənilərin çox hissəsi Təbriz erməniləri idi. Onlar Qafan, Gorus, Şuşa istiqamətində Tərtər çayına və Gülüstana qədər Qarabağ regionunun qəzalarında yerləşdirildilər (7, s.25).
Ermənilərin köçürülməsinin əsas istiqamətlərindən biri Qarabağ torpaqları idi. Qarabağ xanlığının ləğv edilməsi zamanı onun əhalisinin etnik tərkibi Qafqazdakı rus qoşunlarının baş komandanı A.P.Yermolovun (1816-1827) göstərişi ilə tərtib olunan“Təsvir”də öz əksini tapmışdır (10, s.382).
Bu sənədin tərtibinə qədər (1805-1822) Qarabağda regionunda aparılmış erməniləşdirmə siyasətinə baxmayaraq, statistikanı (1593-cü ildən başlayaraq) müqayisə edərkən, burada əhalinin əksəriyyətini yenə də azərbaycanlılar təşkil etdiyini görürük.
“Təsvir”ə görə Qarabağ əyalətində olan 20.095 ailədən 15.729-u azərbayanlı (1.111-i şəhərdə, 14.618-i kənddə), 4366-sı erməni”, o cümlədən alban idi (421-i şəhərdə, 3.945-i kənddə)(14, s.17).
Yeri gəlmişkən, bu ermənilərin böyük əksəriyyəti qriqorianlaşdırılmış və erməniləşdirilmiş keçmiş albanlar idilər.
Bu faktı rus tədqiqatçısı Veliçko V.L. Qafqaz əsərində belə qeyd edir. Qarabağın (Alban, yaxud Aqvan) əhalisin erməni adlandırırlar, bu heç də belə deyil, baxmayaraq ki, onlar erməni-qriqorian məzhəbinə inanırlar, bu əhali, dağlı və türk tayfalarından əmələ gəlmişlər və 3-4 əsr bundan qabaq erməniləşmişlər (9, s.154-155)
Verilən məlumatları təsdiqləyən sənədlərdən biri də bu dövrə aid Osmanlı dəftərləridir ki, bu dəftərlərdə verilən məlumatlar azərbaycanlıların bölgənin əsas əhalisi olduğunu sübut edir. Hesablamalara görə, 1727-ci ildə Gəncə-Qarabağ əyalətindəki 122 min nəfərədək əhalinin 80,3 min nəfəri (66%) azərbaycanlılar, 37,8 min nəfəri (31%) qriqorianlaşmış albanlar idi (5, s.15).
Qafqazda araşdırmalar aparmış rus tədqiqatçısı Zelinski XVIII əsrdə İrəvanda, Qarabağda ermənilərin həm sayca, həm də yaşadıqları ərazi baxımından çox az olduğunu qeyd edirdi. O yazırdı ki, “Zəngəzurda XIX əsrə qədər cəmi üç erməni kəndi olmuşdu” (11, s.10).
İndiki Ermənistan ərazisində (Qərbi Azərbaycan) erməni dövlətinin olmadığını erməni alimi B. İşxanyan da etiraf edərək yazır ki, “ermənilər həmçinin Qafqaz ərazisinin müxtəlif hissələrində yalnız son əsrlər ərzində yayılmışlar... Dağlıq Qarabağda yaşayan ermənilərin bir hissəsi aborigendirlər, qədim albanların nəsilləridir..., bir hissəsi isə Türkiyədən və İrandan qaçıb gəlmələrdir” (12, s.16).
XX əsrin əvvəllərində Tiblisdə nəşr olunan Qafqaz təqviminin 1904-cü il buraxılışında Şimali Azərbaycanın Qarabağ regionunun qəzalarında əhalinin tərkibi aşağıdakı kimi verilmişdi. “Şuşa qəzasının - ərazisi 4423,28 kvadrat vers, provaslav slavyanlar 3089 kişi, 2077 qadın, slavyan sektantlar 8 kişi, 10 qadın, avropalılar polyaklar, germanlar və b. 83 kişi, 48 qadın, gürcü provaslavlar, 79 kişi, 27 qadın, erməni qriqoryanlar 52758 kişi, 42012 qadin, erməni provaslavlar 5 kişi, 4 qadın, erməni digər təriqətçilər 256 kişi, 227 qadın, Qafqaz dağlıları islam 49 kişi, 7 qadın, yezidilər 20 kişi, 1 qadın, kürdlər islam 82 kişi, 44 qadın, islam dininə mənsub şiələr 38225 kişi, 34215 qadın, islam dininə mənsub sünnilər 2624 kişi, 2125 qadın, yevreylər 9 kişi, 2 qadın, qəza üzrə 97282 kişi, 80799 qadın cəmi 178081 nəfər olmuşdur” (13, s.230-233).
Şuşa şəhəri üzrə isə - provaslav slavyanlar 853 kişi, 335 qadın, avropalılar polyaklar, germanlar və b. 18 kişi, 12 qadın, gürcü provaslavlar, 28 kişi, 9 qadın, erməni qriqoryanlar 12973 kişi, 8986 qadin, erməni provaslavlar 5 kişi, 4 qadın, erməni digər təriqətçilər 236 kişi, 212 qadın, Qafqaz dağlıları islam 21 kişi, 4 qadın, islam dininə mənsub şiələr 10324 kişi, 8512 qadın, islam dininə mənsub sünnilər 17 kişi, 12 qadın, yevreylər 5 kişi, 2 qadın, Şuşa şəhəri üzrə 24448 kişi, 18088 qadın cəmi 42568 nəfər olmuşdur” (13, s.230-233).
“Cavanşir qəzasının ərazisi 4654,06 kvadrat vers, provaslav slavyanlar 373 kişi, 335 qadın, slavyan sektantlar 8 kişi, 7 qadın, gürcü islam dininə mənsub olanla 120 kişi, 81 qadın, erməni qriqoryanlar 10855 kişi, 9219 qadin, Qafqaz dağlıları islam 289 kişi, islam dininə mənsub şiələr 19073 kişi, 15375 qadın, islam dininə mənsub sünnilər 2755 kişi, 1654 qadın, qaraçılar 15 kişi, 11 qadın, yevreylər 2 kişi, qəza üzrə 33494 kişi, 26682 qadın cəmi 60176 nəfər olmuşdur” (13, s.230-233).
“Qafqaz təqvim”lərində verilən məlumatlara görə, (1917) Cavanşir qəzasında əhalinin orta sıxlığı 16,4 yəni hər kvadrat versə (bir kvadrat kilometrə 29,4 adam) düşür. Sıxlığın yenib qalxması 1 kvadrat versdə 20,2 və 43 adam təşkil edirdi (8, s.16).
Qarabağı digər qəzası Zəngəzurda isə “Zəngəzur qəzası üzrə - ərazisi 6742,92 kvadrat vers, provaslav slavyanlar 336 kişi, 258 qadın, slavyan sektantlar 518 kişi, 564 qadın, polyak və germanlar 3 kişi, 1 qadın, gürcü provaslavlar 42 kişi, 18 qadın, erməni qriqoryanlar 47517 kişi, 42389 qadin, Qafqaz dağlıları islam 42 kişi, 28 qadın, yezidilər 88 kişi, 1 qadın, islam dininə mənsub şiələr 39276 kişi, 37496 qadın, islam dininə mənsub sünnilər 21031 kişi, 20343 qadın, qəza üzrə 108853 kişi, 101098 qadın cəmi 209951nəfər olmuşdur, qəza üzrə 1 kvadrat metrə 31,1 nəfər düşürdü” (13, s.230-233).
Qaryagin (Cəbrayıl 1904-cü ilə qədər) qəzasında isə “Qaryagin qəzası üzrə - ərazisi 3276,31 kvadrat vers, provaslav slavyanlar 1058 kişi, 228 qadın, slavyan sektantlar 219 kişi, 202 qadın, polyak və germanlar 62 kişi, 36, erməni qriqoryanlar 13809 kişi, 10790 qadin, islam dininə mənsub kürdlər 24 kişi, 18 qadın, islam dininə mənsub şiələr 25007 kişi, 21867 qadın, islam dininə mənsub sünnilər 9506 kişi, 9017 qadın, yevreylər 2 kişi, qəza üzrə 49687 kişi, 42158 qadın cəmi 91645 nəfər olmuşdur, qəza üzrə 1 kvadrat metrə 28,0 nəfər düşürdü” (13, s.230-233).
1914-cü il Qafqaz təqviminin məlumatına görə qəzalar üzrə əhalinin ümumi tərkibi aşağıdakı kimi verilmişdir. Şuşa qəzasında ruslar 5184 nəfər, gürcülər 237 nəfər, ermənilər 95262 nəfər, dağlılar 56 nəfər, yezidilər 21 nəfər, kürdlər 126 nəfər, müsəlmanlar (azərbaycanlılar H.B) 77189 nəfər, yevreylər 11 nəfər, cəmi 178081 nəfər, Şuşa şəhəri üzrə ruslar 1188 nəfər, polyaklar və germanlar 30 nəfər, gürcülər 37 nəfər, ermənilər 21429 nəfər, müsəlmanlar (azərbaycanlılar H.B) 18865 nəfər, yevreylər 7 nəfər, cəmi 42568 nəfər olmuşdur.
Cavanşir qəzasında ruslar 723 nəfər, polyak və germanlar 4 nəfər, gürcülər 201 nəfər, ermənilər 20074 nəfər, dağlılar 289 nəfər, kürdlər 31, ayrı-ayrı asiya xristianları 125 nəfər, müsəlmanlar (azərbaycanlılar H.B) 139767 nəfər, yevreylər 265 nəfər, cəmi 60176 nəfər, Zəngəzur qəzasında ruslar 1676 nəfər, polyak və germanlar 4 nəfər, gürcülər 60 nəfər, ermənilər 89906 nəfər, dağlılar 70 nəfər, yezidilər 89 nəfər, müsəlmanlar (azərbaycanlılar H.B) 118146 nəfər, cəmi 209951 nəfər, Gorus şəhəri üzrə ruslar 186 nəfər, polyak və germanlar 4 nəfər, gürcülər 24 nəfər, ermənilər 1699 nəfər, dağlılar 49 nəfər, müsəlmanlar (azərbaycanlılar H.B) 214 nəfər, cəmi 2176 nəfər, Qaryagin (Cəbrayıl H.B) qəzasında ruslar 1704 nəfər, polyak və germanlar 98 nəfər, ermənilər 24599 nəfər, kürdlər 42 nəfər, müsəlmanlar (azərbaycanlılar H.B) 65397 nəfər, yevreylər 2 nəfər, cəmi 91845 nəfər əhali var idi (13, s.230-233).
Yenə də Qafqaz təqvimlərinin 1914-cü il buraxılışında Şimali Azərbaycanın Qarabağ regionunun qəzaları üzrə bağlanmış nigahların, doğulmuş uşaqların, rəhmətə gedən insanların, daxili və xarici miqrantların və dininə və milliyyətinə görə yaşayan əhalinin sayı haqqında da məlumatlar verilmişdir. Verilmiş bu məlumatlardan məlum olur ki, “Şuşa qəzası üzrə839 nigah bağlanmış, 2225 oğlan, 1907 qız uşağı, cəmi 4132 uşaq doğulmuş, rəhmətə gedənlər 1306 kişi, 1225 qadın, cəmi 2531 nəfər, miqrantların sayı 1601 nəfər olmuşdur” (13, s.216).
Qəzanın mərkəzi “Şuşa şəhəri üzrə isə 176 nigah bağlanmış, 427 oğlan, 283 qız uşağı doğulmuş, cəmi 710 uşaq, rəhmətə gedənlər 207 kişi, 165 qadın, cəmi 372, miqrantların sayı isə 338 nəfər olmuşdu” (13, s.215).
Verilmiş məlumatlara görə“Zəngəzur qəzası üzrə- 1166 nigah bağlanmış, 2081 oğlan, 1535 qız, cəmi 3616 uşaq doğulmuş, rəhmətə gedənlər 1168 kişi, 889 qadın, cəmi 2057 nəfər, miqrantlar sayı isə 1559 nəfər olmuşdu” (13, s.216).
“Cavanşir qəzası üzrə585 nigah bağlanmış, 974 oğlan, 735 qız, cəmi 1709 uşaq doğulmuş, rəhmətə gedənlər 532 kişi, 395 qadın, cəmi 927, miqrantlar 782 nəfər olmuşdur” (13, s.215).
“Qaryagin (Cəbrayil 1904-cü ilə qədər-H.B) qəzası üzrə1136 nigah bağlanmış, 1420 oğlan, 1391 qız, cəmi 2811 uşaq doğulmuş, rəhmətə gedənlər 1210 kişi, 1180 qadın, cəmi 2390 nəfər, miqrantların sayı 421 nəfər olmuşdur” (13, s.216).
Qafqaz təqviminin yuxarıdakı məlumatlarından məlum olur ki, Şimali Azərbaycanın Qarabağ regionu üzrə
Ümumiyyətlə 1897-1903-cü il Qavqaz təqvimlərinin məlumatları ilə 1914-cü il məlumatların müqayisə etdikdə görürük ki, Şimali Azərbaycanın Qarabağ regionunda Çar Rusiyası məmurlarının əhalinin tərkibi ilə bağlı verdikləri məlumat həqiqəti əks etdirmir və bu məlumatlar xristiyan əhalinin xeyrinə saxtalaşdırılmışdır. Bu saxtalaşdırılmanı aşağıdakı faktlarda aydın görmək olur. Ümumilikdə Şimali Azərbaycanın Qarabağ regionunda 1987-ci ilin siyahıyaalmasına görə 416.027 nəfər əhali yaşamışdı. 1903-cü ildə isə polis məntəqələrinin verdiyi məlumata görə Qarabağ regionunda 498.218 nəfər, 1914-cü il Qafqaz təqvimlərinin məlumatlarına görə isə Qarabağ regionunda 542229 nəfər əhali yaşamışdır. Yəni altı il müddətinə 82191 nəfər, on il müddətinə isə 44011 nəfər əhali artımı olmuşdur. Bu rəqəmlərə baxanda məlumatın ikincisi daha düzgündür. Çünki, Qafqaz təqviminin 1914-cü il buraxılışında Şimali Azərbaycanın Qarabağ regionunun qəzalarında doğulan uşaqların və rəhmətə gedən insanların sayı haqqında məlimatlar verilmişdir. Bu məlumatlarda bir il müddətində Qarabağ regionunda 3902 nigah bağlanmışdı ki, bu nigahlardan 12978 uşaq doğulmuşdu. Qarabağ regionu üzrə rəhmətə gedənlərin sayı isə 8277 nəfər olmuşdu. Yəni bir il müddətindəŞimali Azərbaycanın Qarabağ regionunda 4701 nəfər artım olmuşdur. Yəni 10 il müddətində Qarabağ regionunda əhalinin sayı 47010 nəfər artmışdı. Bu rəqəmləri müqayisə etdikdəgörürük ki, əsrin əvvəllərində altı il müddətində Şimali Azərbaycanın Qarabağ regionunda əhalinin sayının təbii artımla 82191 nəfər artması real görünmür.Bü müqayisədən aydın olur ki, bu illər ərzində Qarabağ regionuna ya 60.000 (altmış min)-ə yaxın erməni əhalisi köçürülüb yerləşdirilmiş, yaxud 1905-1906-cı illərdə Qarabağ regionunun qəzalarında erməni terror dəstələri 60.000 (altmış min)-ə yaxın azərbaycan türkünü qətlə yetirmişlər.
Yuxarıda verilən məlumatlardan aydın görünür ki, Çar Rusiyası imperiyasının XIX əsr boyu və XX əsrin əvvəllərində xaricdən Şimali Azərbaycanın Qarabağ regionunun qəzalarına köçürüb gətirdiyi ermənilərlə birlikdə ümumi xristian əhalisinin sayı azərbaycanlıların sayına nisbətən çox az olmuşdur.
Hələ XIX əsrdə Qarabağın xəritəsini tərtib etmiş rus tədqiqatçısı M.A.Skibitskinin 1899-cu ilə aid məlumatına görə, əsrin sonunda azərbaycanlılar Qarabağın 338 kəndində yaşayırdılar. 1899-cu ildə burada azərbaycanlıların sayı ümumi əhalinin 70%-ni, ermənilər 16,6%-ni, təşkil etmişlər (1, s.28).
Qeyd olunduğu kimi, XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilən soyqırım əhalinin demoqrafiq vəziyyətinə də ciddi təsir etmişdir. Belə ki, bu dövrdən etibarən azәrbaycanlıların xüsusi çәkisi vә tәbii artım sürәti azalmağa doğru getmişdi. 1905- 1906-ci illәrdәki hadisәlәrin təsiri bunda özünü kәskin surәtdә göstәrmişdir. Әhalinin bir hissәsi yaşayış yerlәrini tәrk etmiş, doğum azalmış, ölüm halları isә çoxalmışdır. Bu kimi sәbәblәr üzündәn 1905-ci illә 1916-cı il arasında artım 107,5 faiz, illik orta artım isə 0,7 faiz təşkil etmişdir. 1886-cı ildən 1897-ci il arasındakı müddәtdә azәrbaycanlı әhalinin mütlәq artımı tәqribәn 40 min nәfәr təşkil etdiyi halda, 1905-ci illә 1916-cı il arasındakı müddәt әrzindә mütlәq artım 17 min nәfәr olmuşdur. Halbuki 1905-ci ildә azәrbaycanlı әhalinin sayı 1886-cı ildәkindәn 61 min nәfәr çox idi. Ermәnilәrin mütlәq artımı isә 1905-ci illә 1916-cı il arasında 139 min nәfәrә çatmış, 132,1 faiz təşkil etmişdir (7, s.30).
XX əsrin əvvəllərində Azərbaycanın ümumi əhalisi “Kavkazskiy kalendarın”ın (1917) və Azərbaycan Respublikası (1920 H.B.) təqviminin məlumatlarına görə 2.861.862 nəfər olmuşdur. Kənd əhalisinin sayı 76,8 faiz, yaxud 2 milyon 193 min, qalan 23,2 faizi, yaxud 669 min şəhər əhalisinin, qəsəbə və şəhərətrafı qəsəbələrə düşür (8, s.14-15).
1917-ci ilin statistikasına görə, keçmiş İrəvan quberniyası əhalisinin 38 faizini müsəlmanlar, 60 faizini ermənilər təşkil edirdi. Şərur-Dərələyəz mahalında ümumi əhalinin 66,7 faizi, Sürməlidə 63,6 faizi müsəlmanlar idi. İrəvan şəhərinin özünün əhalisi 43,4 faiz müsəlmanlardan ibarət idi. Keçmiş Yelizavetpol (Gəncə-H.B) quberniyasında 1915-ci ildə əhalinin ən çox qarışıq olduğu Şuşada 46 faiz müsəlman və 54 faiz erməni (çar Rusiyası tərəfindən erməniləşdirilmiş xristian albanlarla birlikdə-H.B.), Zəngəzurda 55 faiz müsəlman və 44,3 faiz erməni, Qazax (Göyçə ilə birlikdə) 49 faiz müsəlman və 46 faiz erməni, Cəbrayıl (Qaryagin) 74,5 faiz müsəlman və 24,9 faiz erməni, Cavanşir 67,5 faiz müsəlman və 31,6 faiz ermənilər təşkil etmişdir (6, s.107).
1917-ci ilin statistik məlumatlarına görə Şimali Azərbaycanın Qarabağ regionunun qəzaları üzrə əhalinin ümumi sayı belə idi. Şuşa qəzasında 74.634 nəfər 52,8 faiz erməni, 64.216 nəfər 45,5 faiz müsəlmanlar və başqa xalqlar 2.477 nəfər, 1,7 faiz olmaqla ümumilikdə 141.727 nəfər, Şuşa şəhərində 22.370 nəfər, 54,0 faiz erməni, 18.732 nəfər, 46,0 faiz müsəlman olmaqla ümumilikdə 41.102 nəfər, Zəngəzur qəzasında 99.257 nəfər 44,3 faiz erməni, 123.095 nəfər, 55,0 faiz müsəlmanlar və başqa xalqlar 1.492 nəfər, 0,7 faiz olmaqla ümumilikdə 223.844 nəfər, Gorus şəhərində 1.625 nəfər, 100,0 faiz erməni olmaqla ümumilikdə 1.625 nəfər, Cavanşir qəzasında 21.290 nəfər 31,6 faiz erməni, 46.947 nəfər 67,5 faiz müsəlmanlar və başqa xalqlar 600 nəfər, 0,9 faiz olmaqla ümumilikdə 69.467 nəfər, Qaryagin (Cəbrayıl 1904-cü ilə qədər-H.B) qəzasında 21.405 nəfər 24,9 faiz erməni, 64.271 nəfər 74,5 faiz müsəlmanlar və başqa xalqlar 521 nəfər, 0,6 faiz olmaqla ümumilikdə 86.1977 nəfər olmuşdur (15, s.58). Bu rəqəmlərə istinad edərək bu dövrdə Qarabağ regionunda yaşayan əhalinin ümumi sayının 563.962 nəfər olduğunu deyə bilərik. Yelizavetpol (Gəncə-H.B) quberniyası üzrə isə əhalinin ümumi sayı 1.213.626 nəfər olmuşdu (15, s.58).
Ümumiyyətlə, qeyd olunan rəsmi məlumatlara istinad edərək, bu qənaətə gəlmək olar ki, Şimali Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra ermənilərin Qarabağ regionuna köçürülməsi nəticəsində bölgənin demoqrafik vəziyyəti kökündən dəyişmiş, erməni əhalisinin sayı dəfələrlə artmışdır. Baxmayaraq ki,Şimali Azərbaycanın Qarabağ regionunda imperiyanın erməniləşdirmə siyasətinə rəğmən bu regionun Zəngəzur, Cavanşir, Cəbrayıl qəzalarında əhali nisbəti hələ də azərbaycanlıların xeyrinə idi.Təkcə Qarabağın dörd qəzasından birində Şuşa qəzasında bu nisbət az faizlə ermənilərin xeyrinə dəyişmişdir.
Qeyd edək ki, XIX-XX əsrin əvvəllərində Qarabağ regionunda demoqrafik vəziyyətin ermənilərin xeyrinə dəyişməsinin bir səbəbi, ermənilərin bu bölgəyə kütləvi şurətdə köçürülməsi olmuşdusa, digər səbəbi isə Rusiya hakim dairələrinin himayə etdiyi erməni terror dəstələri və hərbi birləşmələrinin bu bölgədə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı siyasəti idi. Çar hökuməti tərəfindən himayə edilən ermənilərin törədikləri bu dözülməz vəziyyət ərazidə yaşayan azərbaycanlıların ya məhv edilməsi, ya da ərazini tək etməsi ilə nəticələnirdi. Erməni terror dəstələrinin Azərbaycanlı əhaliyə qarşı törətdiyi soyqırımı Qarabağ regionunda demoqrafik vəziyyətin kökündən dəyişməsinə hesablanmışdı ki, bu da müstəmləkəçi Rus imperiyasının Cənubi Qafqazda həyata keçirdiyi xristianlaşma siyasətinin tərkib hissəsi idi.
ədəbİyyat
1. Cavadov Q.C. XIX əsrdə Azərbaycanın etnik xəritəsinə dair - “Elturan” jur., № 1-2, 1994, s. 26-30.
2. Xəlilov X.D. Qarabağın elat dünyası. Bakı, 1992.
3. Qazıyev Y. Erməni məsələsi.Yalanlar və gerçəklər. Bakı: Nurlar, 2009, 344 s.
4. Mahmudov Y., Şükürov K. Qarabağ. Real tarix,faktlar, sənədlər. Təhsil Nəşriyyatı. Bakı: 2009, 143.s.
5. Muradov V. Azərbaycan xalçaları. Qarabağ qrupu. Bakı: Elm, 2010, 272 s.
6. Nəsibzadə N. Azərbaycanın xarici siyasəti (1918-1920). Bakı: Ay-ulduz, 1996, 304 s.
7. Rəhimoğlu H. Silinməz adlar, sağalmaz yaralar. Bakı: Azərnəşr, 1997, 257 s.
8. Vəliyev M.H. (Baharlı). “Azərbaycan” (Fiziki-coğrafi, etnoqrafik və iqtisadi oçerki). Bakı: Azərbaycan nəşriyyatı, 1993, 192 s.
9. Величко В. Л. Кафказъ. Русское дело и междуплеменные вопросы. Баку: Элм, 1990, 224 с.
10. Записки А.П. Ермолова. 1798-1826. М., 1991, 382 с.
11. Зелинский С.П. Экономический быт государственных крестьян Занга- зурского уезда Елизаветпольской губернии. т. 4., СПб., 1886.
12. Ишханян Б. Народности Кавказа (Статистике - экономическое исследо- вание). Петроград: 1916, с. 16.
13. Кавказский календарь на 1915 год: (LX г.). /Под ред. А.А.Эльзенгера, Н.П.Стельмащука; Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе.Тифлис:ь: Типография Канцелярии Наместника Е.И.В. Кафказъ, казенный дом, 1914, 896 с.
14. Описание Карабахской провинции, составленное в 1823 г. Тифлис:1866.
15. Щепотьев А. Доклад о спорных территорияхКавказа, на которые имеет права Азербайджанская Республика со статическими данными о народонаселении. Баку: 2016, 88 с.
Açarsözlər: Azərbaycan, Qarabağ regionu, əhali,nigah, doğum, ölüm
Ключевые слова: Азербайджан, Гарабагского регион, население, брак, рождаемость, смерть
Keywords:Azerbaijan, Garabagh region, population, marriage, birth rate, death
Xülasə
Məqalədə, XX əsrin əvvəllərində Şimali Azərbaycanın Qarabağ regionunun qəzalarında əhalinin artımı ilə bağlı məlumatlar mənbələr əsasında müqayisəli şəkildə təhlil olunmuş və nəticələri müəyyən edilmişdi.
Həmçinin bu dövrdə Çar hökuməti məmurlarının İranvə Türkiyədən Qarabağ regionuna gətirib yerləşdirdikləri xristian erməni əhalisinin say tərkibi haqqında verdikləri yanlış məlumatlar, müxtəlif xarakterli mənbələrlə müqayisə edilərək dəqiqləşdirilmiş və regionun yerli əhalisi olan azərbaycanlılarla müqayisə edilib göstərilmişdir.
Статистические показатели количестванаселении в уездах Гарабагского региона Азербайджана в начале ХХ вв.
В статье на основе источников проведен сравнительный анализ и даны итоги, отражающие рост населения уездов Гарабагского региона Азербайджана в начале ХХ века. Здесь же приводятся сведения о переселении в этот период властями царской России в Гарабагский регион армян из Ирана и Турции, указывается их отношение с местным азербайджанским населением региона на основе сравнения различного характера источников, выявив тем самым факты несоответствия по этим материалам количественных данных армянского населения.
Statistical data on the population number in the uyezds of Azerbaijan’s Garabagh region at the beginning of the 20th century
Abstract
In the article on the basis of sources is carried out the comparative analysis and given the results reflecting growth of the population in Garabagh region of Azerbaijan at the beginning of the XX century. Here is provided data on the resettlement of Armenians from Iran and Turkey at this period by the authorities of imperial Russia to the Garabagh region, on the basis of comparison of various sources is shown their attitude towards the local Azerbaijani population of the region, having elucidated thereby the discrepancy of facts on these materials of the quantitative data of the Armenian population.
Bəxtİyar Həsənov,
AMEA-nın Tarix İnstitutunun
“Qarabağ tarixi” şöbəsinin elmi işçisi
"Geostrategiya" jurnalı № 04 (34) İYUL-AVQUST 2016
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM