Yaxın və Orta Şərqin gələcək taleyini özündə əks etdirən və təməli Yeni Mühafizəkarlar (neokonservatorlar) tərəfindən qoyulmuş strateji planlar sistemi “Böyük Orta Şərq” adı ilə həm siyasi, həm də publisistik ədəbiyyatlarda özünə populyarlıq qazanmışdır. Bu layihənin meydana çıxmasına, tarixi proseslərin obyektiv inkişafı şərait yaratsa da, onun reallaşmasına təşəbbüs göstərənlər məhz “Ağ ev”in imperialist dairələrinin maraqlarını təmin etmək məqsədi güdürlər[3.səh.31].
“Böyük Orta Şərq Layihəsi” 1960-cı illərdə Yeni Mühafizəkarlıq hərəkatının aktiv nümayəndələri olan – bir qrup jurnalist və politoloqlar tərəfindən sitemləşdirilməyə başlanıldı. Bunların arasında İrving Kristol, Norman Podhorest, Midge Dekter, Ben Uattenberg, Natan Glazer, Daniel Bell kimi amerikan siyasətini nəzəriyyələşdirən adlar vardır. Daha sonra bu qrupa Nyu York əyalətinin keçmiş senatoru Daniel Patrik Mohinghan, Rixard Perle, Eliot Abrhams, Cannet Adelmann, Gene Kirkpatrik, və Ualt Ugene Restov kimi tədqiqatçılar qatılmışlar[4.səh.7].
ABŞ-ın XXI yüzillikdə təhlükəsizlik strategiyasını özündə cəmləmiş həm “Yeni Amerikan Yüzilliyi Layihəsi” (“Project New American Centry”), həm də “Milli Təhlükəsizlik Strategiyası” (“National Security Strategy”) respublikaçıların siyasi baxışlarına uyğun şəkildə qələmə alınmışdır. Mətbuatda tez – tez “şahinlər” adlandırılan yeni mühafizəkarlar əsasən Respublikaçılar Partiyasının təmsilçiləridirlər. Yuxarıda adları çəkilmiş sənədlərdə göstərilir: Terrorizmin yaranıb, dünyaya ixrac edilməsinə münbit şərait yaradan bütün qeyri - demokratik rejimlərin qəti şəkildə məhv edilməsi; Təhsilsizliyin aradan qaldırılması; Dini fanatizmlə mübarizə aparılması; Terrorizmə qarşı amansız mübarizədə heç bir danışıqlara və razılaşmaya getməmək; Amerikan liberalizminə uyğun infrastrukturun, azad bazarın, modern həyat tərzinin yaradılması; Regionda maarifləndirmə işi aparan müxtəlif qrupların fəaliyyətinin maliyyələşdirilməsi; onların dəstəklənməsinə xüsusi diqqət ayrılması; Yeni tipli təhsilin inkişaf etdirilməsi[4.səh. 13].
9 may 2003-cü ildə C.Buş öz nitqində Yaxın və Orta Şərqdə sərbəst ticarət bölgəsinin qurulmasını həyati əhəmiyyətli vəzifə kimi təqdim etmişdir. Burada onu xüsusiylə qeyd etmək yerinə düşər ki, Yaxın və Orta Şərqdə qurulacaq təsisatların ən vacibi bütün Yaxın və Orta Şərqin ümumi bankı və sərbəst ticarət zonalarıdır. 6 noyabr 2003-cü ildə “Milli Demokratiya Mərkəzi”ndə çıxış edərkən prezident C.Buş “Orta Şərqi azad etmək Strategiyası” haqqında geniş nitq söylədi[3.səh.151]. ABŞ prezidentinin o zamankı Təhlükəsizlik üzrə müşaviri Kondoleza Rays (Condolezza Rise) 7 avqust 2003-cü ildə “Vaşinqton Post” (“The Washington Post”) qəzetində yayımlanan “Orta Şərqin dəyişdirilməsi” (“Transforming the Middle East”) başlıqlı yazısında C.Buşun söylədiklərini bir daha təsdiq edərək, yazırdı: “Yaxın və Orta Şərqdə ABŞ-ın planları, Mərakeşdən Çin sərhədlərinə qədər 22 ölkənin siyasi və iqtisadi coğrafiyasının dəyişdirilməsini nəzərdə tutur”[4.səh.13].
2001-ci il 11 sentyabrda Nyu – Yorkdakı ticarət mərkəzinə, Pentaqon binasına reallaşdırılmış hücumlar ABŞ-a qarşı kin və nifrət kimi dəyərləndirilmişdir. “Ağ Ev”dəkilər 11 sentyabr hadisələrindən maksimum yararlanaraq, Yaxın və Orta Şərqə müdaxilə etmək üçün bəhanə kimi istifadə etdilər. Bu layihə ABŞ üçün Yaxın və Orta Şərqə, o cümlədən Fars körfəzi ölkələrinə tam nəzarət etmək imkanı yaratmalı idi. Yaxın və Orta Şərqdə möhkəmləndikdən sonra ABŞ rəsmiləri Avrasiyaya müdaxilə etmək arzusundadırlar. Məhz bundan sonra tam dünya hökranlığına nail olaraq “Yeni Amerikan Yüzilliyi Layihəsi”ndə (“Project New American Centry”) öz əksini tapmış məqsəd və vəzifələr yerinə yetirmiş olacaq[5.səh.11].
ABŞ-ın İslam dünyası üçün nəzərdə tutduğu dəyişikliklər rəsmi Vaşinqtonun imperialist maraqlarına xidmət edir. Əvvəla Kondoleza Raysın da dediyi kimi 22 dövlətin sərhədlərini dəyişmək birtərəfli qaydada səslənmiş fikirdir. Bu da bir daha beynəlxalq hüququn birtətəfli şəkildə pozulması deməkdir. Çünki, hər hansı sərhədin dəyişilməsi xarici müdaxilə və ya təzyiq ilə deyil, daxili referendumlarla mümkündür ki, bu da zərurət olduğu təqdirdə labüddür.
ƏDƏBİYYAT
Azərbaycan dilində:
1. Həbibə Soltanova, Cabir Məmmədov. Yaxın Və Orta Şərq ölkələrinin İqtisadi və Sosial Coğrafiyası. Bakı -2008, 301 S.
Türk dilində
2. Beyza T. Büyük Ortadoğu Projesi. Sivas: Cümhuriyyet Üniversitesi basımı, 2006, 191 s.
3. Evcioğlu K. ABD-nin Büyük Ortadoğu Projesi. Baykənt: Alfa-Kaos-Omeqa-Tapınak, 2005, 478 s.
4. Orçun Ş. 1990-2000 yillari arasinda Turkiyenin Ortadogu politikası ve ABD-nin rolu. İstanbul: Marmara Üniversitesi basımı, 2006, 125 s.
5. Sümer G. Amerikan Dış Politikasının Kökenleri ve Amerikan Dış Politik Kültürü. Ankara: Maltepe Üniversitesi basımı, 2008, 149 s.
Rus dilində:
6. Примаков Евгений. Конфиденциально. Ближний Восток на сцене и за кулисами. Москва-2008, 448 стр
İnternet resursları:
BOP Projesi
7. https://www.youtube.com/watch?v=ZUW-Tdz3Aq0
Açar sözlər: Yeni mühafizəkarlar, Yaxın Şərq, konfessional fərqlilik, Ağ ev, İslam dünyası,
Ключевые слова: новые консерваторы, Ближний Восток, конфессиональные различия, Белый дом, Исламский мир,
Key words: neoconservatives, Near East, confessional differences, White House, the Islamic world,
Суть неолиберальной внешней политики США на Ближнем Востоке
Эмин Керимов
докторант БГУ
РЕЗЮМЕ
Средний Восток изначально является колыбелью современной культуры. В конце XX и начале XXI века в США, а затем и в других странах Запада весь огромный регион от Марокко до Пакистана включительно стал рассматриваться как единое целое уже не только в культурном, но и в политическом плане. В этой статье был проведен обзор стратегических планов США, в Среднем Восточном регионе, являющихся самой кризисной областью внешней политики, и данных планов самыми ведущими государствами Запада и Востока. В этой статье пытались исследовать анализ и результаты дипломатических и недипломатических шагов, которые будут сделаны в будущем всего Среднего Востока в проекте «Великий Средний Восток», основанном на новых консерваторах «Белого Дома».
The essence of the neo-liberal foreign policy in the Middle East
Emin Karimov BSU doctoral
SUMMARY
The Middle East is known as the “cradle of civilizations and cultures”. At the end of XX and beginning of XXI century in the United States and then in other Western countries, the entire huge region stretching from Morocco to Pakistan inclusively began to be considered as a whole not only culturally, but also politically. Strategic plans in the region of the Near East, which is the most critical field of USA foreign policy and approach of leading countries of East and West to this plan are given in this article. Analyze and results of diplomatic and non-diplomatic steps to be made in the Great Middle East project based on new conservatives of White House in the future of whole Middle East are tried to be investigated.
Emİn Kərİmov,
BDU-nun doktorantı
"Geostrategiya" jurnalı № 04 (34) İYUL-AVQUST 2016
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM