Bu gün dünyada gedən proseslər, torpaqlarımızın bir hissəsinin işğal altında olması, ölkəmizə qarşı fəaliyyət göstərən erməni diasporunun mövcudluğu dünya azərbaycanlılarının birliyini zəruri edən başlıca amillərdən biridir. Dünyanın 70-dək ölkəsində yaşayan 50 milyona qədər azərbaycanlının bir qismi XIX əsrin ilk onilliklərindən başlayaraq müxtəlif səbəblər üzündən vətənini tərk etmək məcburiyyətində qalanlardır. Çar Rusiyasının Qafqazda apardığı antimüsəlman və antitürk siyasəti, 1905-1906, 1918-ci illərdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri qanlı qırğınlar insanları yurd-yuvasından didərgin salmağa, regionda azərbaycanlı əhalinin üstün mövqeyinin zəiflədilməsinə yönəldilmişdir. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra mühacirətin növbəti mərhələsi başlanıb. Otuzuncu və II Dünya müharibəsindən sonrakı illərin mühacirəti repressiyalar, siyasi təqiblər, qətllərlə bağlı olub. Müstəqillik dövrünün ilk illərində sosial-iqtisadi məsələlər səbəbindən xarici ölkələrə üz tutanlar da mühacirətdə yaşayan azərbaycanlıların sırasındadır.
Son illərdə xaricdə yaşayan həmvətənlərimiz yeni tarixi şəraitin tələbinə uyğun olaraq milli-mədəni yöndə təşkilatlanmağa başlayıblar. Hazırda azərbaycanlıların dünyanın 30-dan çox ölkəsində 150-dən artıq ictimai, milli-mədəni cəmiyyətləri, təşkilatları fəaliyyət göstərir. Azərbaycan diasporu Rusiya, ABŞ, Türkiyə, Almaniya, Fransa kimi ölkələrdə daha çoxsaylı və fəaldır.
Amerika Birləşmiş Ştatlarında Azərbaycan lobbisi varmı? Ümumiyyətlə ABŞ-da Azərbaycan diasporu lobbiçiliklə məşğul olurmu suallarına cavab tapmaq üçün növbədə ABŞ-da lobbiçilik nədir ona qısa nəzər salaq;
Bildiyimiz kimi müasir anlamda qloballaşma mənasını ifadə edən proses yeni hadisə sayıla bilməz. F.e.d. professor R.Mehdiyev hesab edir ki, bəşəriyyət tarix boyu həmişə inteqrasiyaya, vahid siyasi, iqtisadi, yaxud sosio mədəni məkanın bir hissəsi olmağa can atmalıdır. (1, s.69-77)
Bu cəmiyyətdə isə güclü olmaqda maraqlı tərəf kimi çıxış edən inkişaf etməkdə olan üçüncü dünya ölkələri iri dövlətlərdə təmsil olunmaq məqsədi ilə müxtəlif təbliğat və tanınma vasitələrinə əl atırlar. Bunlara PR, lobby və advocacy (müvəkkilik) kimi anlayışlar daxildir ki, biz onları bir-birindən fərqləndirən xüsusiyyətləri aşağıdakı qaydada təqdim edə bilərik:
Sovetlər çağında Qərb cəmiyyətində çox geniş yayılmış bu təcrübəni, yəni Lobbizmi birtərəfli və təhrif olunmuş şəkildə təqdim edən kitablarda və məqalələrdə insanların şüuruna “Lobbizm korrupsiyanın sinonimidir” kimi həkk olunmuşdur. O, hər hansı bir qrupun maraqlarının nəzərə alınması məqsədilə hökumət qurumlarına birbaşa, yaxud dolayı yolla təsiretmə fəaliyyəti kimi adlandırıla bilər. Bu cür adlandırma ümumi mahiyyətli olduğu üçün hər hansı siyası, yaxud ictimai fəaliyyəti bura aid etmək olar. Ona görə də bir sıra dəqiqləşmələr aparmaq zərurəti yaranır.
Azərbaycan lobbisinin yaranması, formalaşması ilk növbədə diasporun fəaliyyətindən asılıdır. Avropanın, eləcə də dünyanın elə dövlətləri var ki, burada mövcud olan diaspor təşkilatları çox güclüdürlər. Onlar artıq bu ölkələrdə lobbi kimi çıxış edib Azərbaycanın milli mənafelərini yüksək səviyyədə müdafiə və təmsil etmək qabiliyyətinə malikdirlər. Lakin elə ölkələr də var ki, orada yaşayan həmvətənlər hələ heç diaspor halında birləşə bilmirlər. Əlbəttə belə ölkələrdə nəinki lobbiçiliyin formalaş-masından, hətta diaspor halında mövcudluğundan belə söhbət gedə bilməz. (2)
Bəzən Azərbaycan diasporunun tarixini çox qədim dövrlərə aparıb maraqlı tədqiqatlara rast gəlirik. Şübhəsiz ki, müxtəlif dövrlərdə müəyyən azərbaycanlılar öz tarixi Vətənləri olan Azərbaycan ərazisindən uzaqlarda yaşamışlar, böyük çətinliklərlə qarşılaşmışlar. Lakin bir cəhəti nəzərə almaq lazımdır ki, istər qədimdə, istərsə də orta əsrlərdə dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi orada yaşamağa məcbur edən qüvvələr yox idi. Onların əksəriyyəti öz xoşları ilə həmin ölkələrə gedib çıxmışdılar. Yalnız Sovet höküməti qurulduqdan sonra Vətəndən didərgin düşmüş şəxsləri bir diaspor kimi qəbul edirik. Çünki onların geri qayıtmaq, Vətən ilə əlaqə saxlamaq imkanları olmamışdır. Onların böyük əksəriyyəti Vətən ilə əlaqə saxlamadan dünyalarını dəyişmişlər. 70-ci illərdə İran rejimindən qaçanlar da bu gün xaricdəki diasporun fəal qüvvələri hesab olunurlar.
Çoxları Azərbaycan lobbisi deyiləndə məhz, müstəqillikdən sonrakı dövrü əsas götürürlər. Lakin tarixi sənədlər və faktlar lobbimizin hələ ötən əsrin əvvəllərindən formalaşmasını inamla söyləmək olar. 1920-cü ildə Azərbaycan Demokratik Respublikasının süqutundan sonra, xarici ölkələrə səpələnən soydaşlarımızın siyasi fəaliyyətini lobbi adlandırmaq olar. Əlimərdan bəy Topçubaşovun 1922-ci ildə Genuya və London, 1923-cü ildə Lozanna konfransındakı fəaliyyət işi M. Ə. Rəsulzadə, C. Hacıbəylinin, sonradan "Azadlıq" radiosunda çalışan azərbaycanlıların siyasi fəaliyyətin lobbiçilik kimi qiymətləndirmək olar. (3,s. 89-92)
O zamanlar lobbiçilik qanunla tənzimlənmirdi və lobbiçilik termini elmi və hüquqi sənədlərdə qeyd edilmirdi. 1991-ci ildən sonra qeyd etdiyim kimi lobbi anlayışında dərin boşluq var idi və qeyri-peşəkarların lobbi yaratmaq cəhdləri uğursuz
nəticələnirdi. Bu hadisələrin gedişində Azərbaycan ilə Birləşmiş Ştatlar arasında olan anlaşılmaz və ziddiyyətlərdən məharətlə istifadə edən erməni lobbisi 1992-ci ildə oktyabrın 24-də konqresin 102-ci sessiyasının qəbul etdiyi və keçmiş Sovetlər Birliyi Respublikalarından Azərbaycandan savayı digər 12 respublikasına (Ermənistan, Ukrayna və s.) demokratiyanın inkişafı və bazar iqtisadiyyatına keçid məqsədilə 460 milyon dollar həcmində yardım nəzərdə tutan "Azadlığı Müdafiə Aktı" və ona 907-ci əlavənin (Kerri düzəlişi) qəbul edilməsi oldu. Ölkə prezidenti Corc Buş Senatın ona təqdim etdiyi "Freedom Support ACT-S2532; P.L. 102-SN23" saylı qanun layihəsini tərəddüd etmədən imzalaması Azərbaycan lobbisinin zəifliyinin nəticəsi idi. (3,s. 111-113)
Massaçuçest ştatından seçilən Con Kerrinin təqdim etdiyi layihənin qəbul olunmasına Kapitoli zirvəsində 535 nümayəndədən Mak Konnel, Luçar xanım Ksembium, Skenford və bir neçə şəxs etiraz bildirsə də, onların sayının az olması öz işini gördü.
Əlbəttə ki, real Azərbaycan həqiqətləri barədə məlumatlandırılmayan Amerika ictimaiyyətini yanlış informasiya ilə təmin edən ermənilərin güclü fəaliyyəti dövründə pərakəndə halda adda-budda fəaliyyət göstərən, tərkibi əsasən cənublu soydaşlarımızdan ibarət olan və ən başlıcası isə, Azərbaycan respublikası ilə sabit əlaqəyə malik olmayan və özü də mərkəzdən heç bir real dəstək almayan Azərbaycan diaspor təşkilatlarının lobbiləşdirmə kompaniyası barədə danışmağa dəyməz.
Bu proseslər Azərbaycanı beynəlxalq ictimaiyyətdən ayırdı. Cəmiyyətin fikrilə böyük təsir qüvvəsi olan 907-ci əlavənin qüvvədə qalması, Azərbaycanın müharibə şəraitində olması, daxili çəkişmələr Qərbdə ölkənin dəstəklənməsi işində boşluq yaratdı. Amerika Dövlət Departamentinin əleyhdarı olduğu 907-ci əlavənin yumşaldılmasında maraqlı olduğundan qeyri-rəsmi olaraq geosiyasi torpaqlar baxımından Azərbaycanı dəstəkləyir.
1993-cü ilin məlum hadisələri, hakimiyyət dəyişikliyi, atəşkəs imzalaması, hərbi əməliyyatları dayandırmaq, diplomatik münasibətlərə yer verilməsi səbəbi ilə ciddi nöqsanların aradan qaldırılması istiqamətində strateji xətt çəkildi.
Azərbaycan lobbisinin ABŞ-da və digər ölkələrdə fəallaşması prosesinin əsası Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə gəlişindən sonra başlayıb. Məhz bu dövrdən diasporun təşkilatlanması və institutlaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. (4,s.4)
Bu gün dünyanın 70-ə yaxın ölkəsindəki 250-dən çox Azərbaycan mədəniyyət mərkəzi və cəmiyyətlərində böyük bir diaspor ordusu toplaş-mışdır. Onların qüvvəsindən səmərəli istifadə etmək sahəsində məqsədyönlü iş aparmaq üçün artıq bir neçə ildir ki, müstəqil Azərbaycan Respublikası öz fəallığını artırmışdır.
Belə ki, dünya azərbaycanlılarının ümmumli lideri Heydər Əliyev özü bilavasitə xaricdə yaşayan azərbaycanlılarla tez-tez görüşür, onların qarşısında nitq söyləyir, qayğı və ehtiyacları ilə maraqlanır, proqram xarakterli vəzifələr irəli sürür, bir qurum halında daha mütəşəkkil birləşmələri üçün konkret təkliflər verirdi. Ümummili liderin fikrincə, siyasi bir qüvvə kimi diaspor halında çıxış edən həmvətənlərimiz öz fəallıqlarını artıraraq dünya siyasət meydanında lobbiçilik hərəkatında özlərinə mühüm bir yer tutmağa çalışmalıdırlar. Doğrudur, bu uzun sürən tarixi bir prosesdir. Amma nəzərə almalıyıq ki, Azərbaycan diasporu artıq əvvəlki diaspor deyil.(5,s. 245-246)
Bu strateji xəttin özəlliklərindən birini dünya siyasətində böyük çəkiyə malik olan ölkələrdə Azərbaycan icmalarını formalaşdıraraq dövlət strukturlarına müsbət istiqamətdə təsir göstərə biləcək kütləvi təşviqat kompaniyasının Azərbaycan lobbisinin formalaşdırılması daxil idi. Bu isə xaricdə güclü Azərbaycan diasporunun yaradılmasından sonra mümkün ola bilər.
Bu dövrdə Azərbaycanın enerji sektoruna Qərb ölkələrinin investisiyaları davamlı şəkildə qoyulmağa başlanmışdı. Dövlət Departamentinin Azərbaycana münasibətlərinin normallaşdırılması istiqamətində apardığı işlər çərçivəsində özəl Amerika neft şirkətləri Xəzərin Neft ehtiyatlarını kəşf etməkdə idi. Xəzər neftinin əhəmiyyətinin artması Azərbaycan regionunun geosiyasi cəhətdən nüfuzunu artırdı. Azərbaycan neft istehsalçısı olmaqla yanaşı, regiondan - Qazaxıstan və Türkmənistandan Transqafqaz neft kəmərilə neft və qazın Qərbə daşınması üçün əlverişli coğrafi şəraitə malik olması Azərbaycan neft lobbisinin formalaşmasına təkan verdi. Xüsusilə, 1994-cü il 20 sentyabr "Əsrin müqaviləsi" - adlandırılan neft kontraktlarının ABŞ, Rusiya, Türkiyə, İran, Avropa dövlətləri, Yaxın Şərq və Yaponiyanın transmilli korporasiyaları ilə imzalanması bu prosesləri gücləndirdi.
ABŞ-da yaşayan etnik azərbaycanlıların da sayı az deyildir, təəssüf ki, onların bir-birilə sıx əlaqələri olmadığına görə güclü diaspor təşkil etmirlər. Onların bir qismini Cənubi (İran) Azərbaycandan olan mühacirlər təşkil edir ki, bunların da çoxu özlərini fars hesab edirlər. ABŞ-da fəaliyyət göstərən çoxsaylı erməni təşkilatlarının müqabilində cəmi 2 Azərbaycanpərəst təşkilat-“Amerikan-Azərbaycan Şurası” və “Amerikan-Azərbaycan Cəmiyyəti” mövcuddur.
Azərbaycanın hökümət orqanları ABŞ-da fəaliyyət göstərən azərbaycanlı və türk icmasının nümayəndələri ilə əməkdaşlıq şəraitində bu energetika kampaniyaları “907-ci düzəlişin” yumşaldılması və Azərbaycan –Ermənistan münasibətlərinin keyfiyyətcə fərqli olan strateji mərhələyə keçməsi istiqamətində əhəmiyyətli nəticələrə nail oldular. Öz lobbist fəaliyyətlərində adları çəkilən energetika kampaniyaları Amerikanın siyasi, elmi və işgüzar elitasının Bjezinski (C.Karter dövründə prezidentin milli təhlükəsizlik üzrə müşaviri), Kaspar Uayk Berqer (R.Reyqan dövründə müdafiə naziri), Ceyms Beyker (C.Buş dövründə dövlət katibi) və s. kimi nüfuzlu nümayəndələrinin xidmətlərindən geniş istifadə edirlər. Sözsüz ki,
bu cür nüfüzlu və təcrübəli şəxslərin Azərbaycanpərəst düşərgəyə cəlb olunmaları ABŞ-da Azərbaycan lobbisinin yaradılması istiqamətində atılmış mühüm addımdır. Lakin ümidlər yalnız energetika korporasiyasilarına bağlanmayıb. Bu mənada ABŞ-ın Yəhudi diasporunun nümayəndələri Azərbaycana böyük kömək göstərə bilər. 1994-95 illərdə belə əməkdaşlığın təşəbbüsçülərindən biri BMT-nin Baş Məclisinin işində iştirak edərkən və 1997-ci ildə ABŞ-a rəsmi səfəri zamanı yəhudi icmalarının nümayəndələri ilə görüşlər keçirmiş H.Əliyevdir. (6,s. 3)
Azərbaycanın mövcud diasporunun lobbiçilik fəaliyyətləri neçə illərdir dünyanın bir çox ölkəsində mövcuddur. Buna baxmayaraq, keçmişlə müqayisədə, dünyanın bir çox əhəmiyyətli ölkəsində formalaşan Azərbaycan diasporu potensialı ilə müqayisə edildiyi zaman lobbi fəaliyyətlərinin çox zəif olduğu diqqət çəkir. Diaspor təşkilatlarımızın Azərbaycanın milli problemlərinə qarşı hər zaman həssas olmasına rəğmən, yaşadıqları ölkənin siyasi strukturlarında həddən artıq zəif təsir gücünə sahibdir. Vəziyyətin belə olmasının əlbəttə ki, bir çox siyasi, sosial və iqtisadi səbəbləri vardır. Ancaq, problemlərin başında uzun müddətli strategiya və buna uyğun taktikaların təyin edilməməsini də göstərə bilərik.
ƏDƏBİYYAT
1. Mehdiyev R. Azərbaycan: qloballaşma dövrünün tələbləri. Bakı, XXI–Yeni nəşrlər evi, 2003, 464 s.
2. Azərbaycan lobbisinin inkişafı dahi Heydər Əliyevin vəsiyyətidir. http://www.meqam-m.com
3. Əliyev Z. Dünya diasporları, Bakı, Qismət, 2005, 349 s.
4. Azərbaycan diaspor təşkilatları Amerika qitəsində “Olaylar”.-2013.-25 may.-№93.-
5. Arzumanlı V. Azərbaycan diasporu: reallıqlar, qayğılar, problemlər. Bakı: Qartal, 2001, 800 s.
6. Əliyev, Vüqar. ABŞ xarici siyasətində lobbi fəaliyyəti / V. Əliyev // Dirçəliş XXI əsr. - 2006. - N98/99.
Açar sözlər: ABŞ, Azərbaycan, diaspor, maraq qrupları, lobbizm, tarix, siyasət
Key words: USA, Azerbaijan, diaspora, interest groups and lobbying, history, politics
Ключевые слова: США, Азербайджан, диаспор, группа интересов, история, политика, лоббизм
RESUME:
Relations between the United States and Azerbaijan center on the energy sector and regional security issues. In regard to regional security, Azerbaijan fully supported the United States, and now expects the same in return. The United States understands that Azerbaijan is a strategic partner. It is one of the few Muslim countries that supported the coalition against terrorism and sent peacekeeping forces to Iraq and Afghanistan to contribute to those efforts. In addition, Azerbaijan is a critical supply point for U.S. troops in Afghanistan. The United States recognized the independence of Azerbaijan on December 25, 1991, right after the affirmation of the Azerbaijani Declaration of Independence by a nationwide referendum. In March 1992, the United States opened an embassy in Baku; a few months later, Azerbaijan opened an embassy in Washington, D.C. The initial stage of relations between the United States and Azerbaijan can be summarized as high expectations on the Azerbaijani side, and lack of interest in the former Soviet republics on the United States side. As a consequence, relations between the two countries were limited to a formal exchange of diplomatic missions.
РЕЗЮМЕ:
Отношения между Соединенными Штатами и Азербайджаном сосредотачиваются на энергетическом секторе и региональных вопросах безопасности. В отношении региональной безопасности Азербайджан полностью поддержал Соединенные Штаты, и теперь ожидает то же самое в ответ. Соединенные Штаты понимают, что Азербайджан - стратегический партнер. Это - одна из нескольких мусульманских стран, которые поддержали коалицию против терроризма и послали миротворческие силы в Ирак и Афганистан, чтобы способствовать тем усилиям. Кроме того, Азербайджан - критический пункт поставки для американских войск в Афганистане. Соединенные Штаты признали независимость Азербайджана 25 декабря 1991, прямо после подтверждения азербайджанской Декларации независимости общенациональным референдумом. В марте 1992 Соединенные Штаты открыли посольство в Баку; несколько месяцев спустя Азербайджан открыл посольство в Вашингтоне, округ Колумбия, начальная стадия отношений между Соединенными Штатами и Азербайджаном может быть получена в итоге как большие ожидания
на азербайджанской стороне и отсутствие интереса к бывшим советским республикам на стороне Соединенных Штатов. Как следствие отношения между этими двумя странами были ограничены формальным обменом дипломатическими миссиями.
İSA HÜSEYNOV,
A.Bakıxanov adına Tarix İnstitutunun doktorantı
"Geostrategiya" jurnalı № 05 (35) SENTYABR-OKTYABR 2016
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM