BİZNESDƏ İŞ VAXTINDAN SƏMƏRƏLİ İSTİFADƏNİN İQTİSADİ EFFEKTİVLİYİNİN TƏHLİLİ

09:00 / 21.12.2016

Cəmiyyətimizin inkişafının müasir şəraitində əmək məhsuldarlığının və istehsalın səmərəliliyinin yüksəldilməsinin, deməli, işçi insanların maddi və mənəvi rifah halının yüksəldilməsinin mühüm amillərindən biri kimi iş vaxtından səmərəli istifadə edilməsi barədə məsələ qarşıda duran ən mühüm cəhətlərdən biridir. Bazar iqtisadiyyatı şəraitində iş vaxtının qanunvericiliklə nizama salınması iş gününün və iş həftəsinin müddətinin müəyyən edilməsinə, onlara riayət edilməsinin və onlardan səmərəli istifadə olunmasının təmin edilməsinə yönəldilmişdir.

İş vaxtının hüquqi tənzimlənməsi və onun təşkilinin formalarına təsir edən amillərin nəzəri təhlili göstərir ki, əmək münasibətləri iştirakçılarının davranış strategiyalarının formalaşmasına müxtəlif institutların müsbət təsiri vardır. Müxtəlif institutlatın təsiri forması dedikdə, formal və qeyri – formal normalar və qaydalar nəzərdə tutulur. Əmək müqaviləsinin əsas tərəfləri olan işəgötürənin və işçinin fəaliyyət göstəriciləri institusional mühit içərisində iş vaxtının hüquqi tənzimlənməsində dövlətin və həmkarlar ittifaqının beynəlxalq təcrübəyə əsaslanan rolunu müəyyənlə.dirmək xüsusi əhəmiyyət kəsb edir. Məhz onların fəaliyyəti əsasında əmək hüquq münasibətlərinin bu və ya digər milli modelinin spesifikliyi müəyyən edilə bilər. Əmək münasibətlərinin hüquqi tənzimlənməsi üzrə ayrı-ayrı elementlərin inkişaf etmiş ölkələrdən götürülməsi və sınaqdan keçmiş təcrübədən istifadə edilməsi daha faydalı elementləri ilə fərqlənir. Lakin, bu yip təcrübələr Azərbaycan reallıqlarına uyğunlaşdırılmalı və belə qərarlar qəbul edilməzdən əvvəl onun nəticələri barədə düşünmək zəruri cəhətlərdən biridir.

İş vaxtının hüquqi tənzimlənməsi üzrə dövlətin rolu. Əmək münasibətlərinin hüquqi tənzimlənməsi sahəsində dövlətin üzərinə düşən əsas vəzifələri aşağıdakı kimi təsnifləşdirmək olar:

1) əmək münasibətlərinin əsas iştirakçıları üçün hüquqi bazanın formalaşdırılması;

2) əmək münasibəti iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən siyasətin aparılması;

3) hüquq normalarının yerinə yetirilməsinə nəzarət.

Dövlət əmək bazarının əsas iştirakçılarının fəaliyyət göstərdiyi institusional mühiti yaradır, yəni iqtisadiyyatın normal fəaliyyətinin hüquqi və siyasi şəraitini təmin edir, onu qanunvericilik vasitəsilə tənzimləyir, mülkiyyətin müdafiəsini, müqavilələrin şərtlərinə riayət edilməsini təmin edir və.s eyni zamanda sosial-əmək münasibətlərinin fəal iştirakçısı, əmək münasibətlərində nəzarətçi və vasitəçi olur. İqtisadi inkişafın bir mərhələsindən digərinə keçid dövlət siyasəti vasitəsi ilə həll edilən məsələlərin dairəsinin dəyişməsi ilə nəticələnir. Əvvəllər dövlətin əsas məqsədi sosial sülhün dəstəklənməsi, işəgötürənlərin və işçilərin çox zaman bir-birinə əks olan maraqlarının uyğunlaşdırılması olmuşdur. Həmin mərhələlərdə də iş vaxtının hüquqi tənzimlənməsinin əsas məqsədi əəyin mühafizəsindən ibarət idi. Sonralar, XX əsrin ikinci yarısında inkişaf etmiş ölkələrdə iş vaxtının hüquqi tənzimlənməsinin daha bir məqsədi - əmək bazarının tənzimlənməsinin zəifləməsi, onların çevikliyinin artırılması meydana çıxdı. Belə ki iş vaxtının hüquqi tənzilənməsi XIX əsrin 2-ci yarısından başlayaraq bir yarım yüzillik ərzində ayrı-ayrı istiqamətlərə yönəlmişdir. Fikrimizcə, iş vaxtının hüquqi tənzimlənməsi üzrə dövlət siyasətinin əsas məqsədi aşağıdakılardan ibarətdir:

1) əməyin mühafizəsi;

2) işsizliyin azaldılması;

3) əmək bazarının çevikliyinin gücləndirilməsi;

Dövlət siyasətinin yuxarıda göstərilən əsas məqsədlərini həyata keçirməyin mümkünlüyünü təmin etmək üçün müəyyən vasitələrdən istifadə etmək lazımdır. Bu vasitələri isə müvafiq olaraq aşağıdakı kimi təsnifləşdirmək olar:

1. Əməyin mühafizəsini təmin etmək məqsədilə:

- İş vaxtı müddətinin qısaldılması;

- İş vaxtından artıq işə görə əmək haqqının ödənilməsi;

- Ayrı-ayrı iş rejimləri şəraitində əməkdən istifadə edilməsinə məhdudiyyətlərin qoyulması (növbəli iş) vasitələrindən istifasə etmək lazımdır.

2. İşsizliyin azaldılmasını təmin etmək məqsədi ilə:

- İş yerləri yaradılmasının stimullaşdırılması məqsədilə iş vaxtının normal müddətinin qısaldılması;

- Vaxtından əvvəl əmək pensiyasına çıxma proqramının inkişafı;

- İş Vaxtının təşkilinin müxtəlif formalarının inkişafı (məsələn, bölünmüş iş yeri) vasitələrindən istifadə etmək lazımdır.

3. Əmək bazarının çevikliyinin gücləndirilməsini təmin etmək məqsədilə:

- İşəqəbul və işdən azadetmə qaydalarının nizama salınması;

- İş vaxtının təşkilinin qeyri-standart (çevik) formalarının tənzimlənməsi vasitələrindən istifadə etmək lazımdır.

İş vaxtı müddətini tənzimləyən qanunvericilik və normativ aktlar sistemini əhatə dairəsinə görə üç qrupa bölmək:

1. Beynəlxalq;

2. Milli- ölkədaxili;

3. Müəssisədaxili.

Bir qayda olaraq, BƏT –nın konvensiyaları və tövsiyyələri ilə təqdim olunan beynəlxalq normativ – hüquqi aktlar və ümummilli səviyyədə qəbul edilmiş qanunlar iş vaxtının hüquqi tənzimlənməsinin ümumi prinsipərini müəyyən edir. İş vaxtının hüquqi tənzimlənməsi məsələləri sosial tərəfdaşlıq sistemində, habelə əmək müqavilələri çərçivəsində daha mükəmməl qaydaya salınır.

Avropa ölkələrinin əksəriyyətində iş vaxtının hüquqi tənzimlənməsi üzrə normativ qanunvericilik aktları ilə əmək qanunları sırasına daxil edilmişdir. XXəsrin 70-ci illərinə kimi dövlətin, iş vaxtını hüquqi cəhətdən tənzimləyərkən rəhbər tutduğu əsas məqsəd işçinin müdafiəsi olmuşdur.

İş vaxtının müddətini tənzimləyən hüquqi normalar həm milli, həm də beynəlxalq normativ hüquqi aktlara daxil edilmişdir. İş vaxtının beynəlxalq hüquqi tənzimlənməsi tövsiyyəedici normalar vasitəsilə həyata keçirilir. Baş Konfrans iş vaxtı normasına aid Tövsiyyə də qəbul etmişdir (“İş vaxtının müddətinin qısaldılması haqqında”, 1962, №-li116). Orada “iş vaxtının normal müddətinin 40 saat təşkil edən sosial normaya nail olması məqsədilə əməkçilərin aldığı əmək haqqının hər hansı azaldılmasına yol verməməklə tədricən qısaldılması” prinsipi müəyyən edilmişdir. BƏT-nın həyata keçirdiyi iş vaxtının beynəlxalq- hüquqi tənzimlənməsi xeyli çevikliyi ilə səciyyələnir: əvvəla, milli şərait və təcrübə, həmçinin müxtəlif sahələrə, regionlara, işçilərin müvafiq kateqoriyalarına aid konkret hallar nəzərə alınır ikincisi, işçilərin nümayəndələrinin bəyəndiyi iş vaxtı müddətinin optimal normaları elan edilir və tövsiyyə olunur.

Qərbi Avropa ölkələrinin müasir əmək qanunvericilikləri ümumi firavan dövlət konsepsiyasının bərqərar olunması çərçivəsində formalaşmışdır. Emumi firəvan dövlətin ən mühüm vəzifəsi sosial bərabərliyin dəstəklənməsi olmuşdur. İşçinin işəgötürənlə münasibətdə zəif tərəf olduğu şəraitdə qanunverici, icra və məhkəmə sistemi şəxsində dövlət institutları əmək bazarının əsas iştirakçıları üçün normaları müəyyən edən orqan rolunu öz üzərlərinə götürdülər və əsasiştirakçıların üzərinə düşən funksiyaların yerinə yetirməsinə nəzarət edən arbitr kimi çıxış etdilər.

Əmək sahəsində dövlətin bilavasitə tənzimləmə obyekti standart normalardır. Həmin normalar eyni zamanda işçilərin həyat səviyyəsinin təminatıdır. Beləliklə, əmək şəraitinin mühafizəsi üzrə sitasət işçi üçün məşğulluq sahəsində minimal təminatların müəyyən edilməsinə istiqamətlənmişdir. Milli qanunvericiliyə daxil edilmiş və iş vaxtının qısaldılması sistemini ifadə edən tənzimləyici normalar ölkələr arasında fərqlənir. Lakin belə sistemlərin hamısında aşağıdakı ümumi elementlər mövcuddur:

1. Normal iş vaxtları üçün müəyyən edilən hədlər – onlardan kənara çıxanda işəgötürən işçinin əməyini yüksək tariflə ödənilməlidir;

2. İş vaxtından artıq işin maksimum mümkün olan saatları;

3. Bir qayda olaraq, ilk iki göstəricinin cəminə bərabər olan maksimum hədd;

4. İş vaxtından artıq işin ödənilməsinin tarif dərəcəsi və minimal istirahət dövrü razılaşdırılır.

İş vaxtından artıq iş saatları, bir qayda olaraq, artırılmış tariflə kompensasiya edilir. Eyni zamanda bəzi ölkələrdə (Fransa, AFR, İtaliya, Belçika, Niderland, Danimarka, İsveçrə, Lüksemburq, Rusiya və.s) Qanunla, yaxud kollektiv müqavilələrlə müəyyən edilmişdir ki, müəyyən şəraitdə iş vaxtından artıq işlər əlavə istirahət vaxtı (əvəzgünü) ilə kompensasiya edilə bilər. Bəzi hallarda isə nəzərdə tutulmuşdur ki, iş vaxtından artıq iş saatları qəti pul məbləğləri ödənilməsi kompensasiya edilir.

Bəzi ölkələrdə məzuniyyətlər haqqında qanunvericilik aktları yoxdur (ABŞ, Böyük Britaniya) və işçilərin əksəriyyəti üçün bu məsələ müstəsna olaraq kollektiv və fərdi müqavilələrlə tənzimlənir, digərlərində (İtaliya)

işçilərin ayrı-ayrı kateqoriyalarına (məsələn, xüsusi müəssisələrin işçilərinə) aid məzuniyyətlər haqqında qanunlar vardır, işçilərin əsas hissəsi üçün isə məzuniyyətlər kollektiv müqavilələrlə müəyyən edilir. Bir sıra ölkələr də isə (Fransa, Almaniya) işçilərin əsas həssəsi üçün məzuniyyətlər xüsusi qanunvericilik aktları ilə qaydaya salınır.

Qərb ölkələrində həm qanunvericilik səviyyəsində, həm də kollektiv müqavilələr vasitəsilə istirahət üçün illik ödənişli məzuniyyətlə yanaşı müxtəlif məqsədlər üçün ödənişli və ödənişsiz məzuniyyətlər, məsələn, ailə vəziyyətilə əlaqədar məzuniyyətlər, tədris məzuniyyətləri, sosial məzuniyyətlər də nəzərdə tuturlar.

Son onilliklər ərzində işçilərin həyat səviyyəsini yaxşılaşdırmaq məqsədilə bir sıra ölkələr iş vaxtının məhdudlaşdırılması sahəsində əmək qanunvericiliyinə müvafiq dəyişikliklər edilmişdir. Məsələn, Yaponiyada Nazirlər Kabinetinin 1992-ci ilin iyulunda qəbul etdiyi “Həyat səviyyəsinin yaxşılaşdırılması haqqında 5 illik plana” uyğun olaraq 1997-ci ildən iş vaxtının normal müddəti həftədə 40 saata qədər, Fransada (2000-ci ildən) həftədə 35 saata qədər aşağı salınmışdır. Niderlandda (1996-cı ildən) həftədə 48 saatdan 45 saata qədər, Portuqaliyada (1996-cı ilin dekabrından) 42 saatdan 40 saata qədər azaldılmışdır. Dövlətlərarası səviyyədə qərarlar baradə isə AŞ Nazirlər Sovetinin qərarını (noyabr 1993-cü il) xatırlatmaq olar. Həmin qərara uyğun olaraq iş vaxtının orta uzunluğu 7 günlük dövr üçün, iş vaxtından artıq işlər daxil olmaqla 48 saatdan artıq olmamalıdır. Lakin yalnız Yaponiya qanunvericiliyindəki dəyişikliklər işlənən saatların həqiqi miqdarının azaldılmasına real səbəb olmuşdur.

Beynəlxalq Əmək Bürosu iş vaxtının təşkili üzrə əməli tövsiyyələr qəbul edilmişdir ki, buna iş vaxtının təçkilinin: səpələnmiş qrafiklər, qısaldılmış iş həftəsi, natamam iş vaxtı qrafikləri, növbəli iş zamanı müxtəlif qrafiklər kimi formaları aiddir.

İş vaxtının hüquqi tənzimlənməsi üzrə dövlət siyasətinin məqsədlərinə və əmək hüququnun funksiyalarına müasir dövrün tələbləri səviyyəsində baxmaq lazımdır. Yeni şəraitdə əmək hüququnun funksional istiqaməti birtərəfli olmalı deyil və müstəsna olaraq işçilərin bir qrupunun müdafiəsinə istiqamətlənməlidirlər. Bir tərəfli istiqamətlənmə olduqda dövlət siyasəti əks məhsuldar xarakterə malik ola bilər, işçilərin özlərinin ehtiyaclarına və mənafelərinə, son nəticədə isə iqtisadi inkişafa, bazar iqtisadiyyatının normal fəaliyyətinə zərər vurar.

Hazırda Qərb ölkələrinin əmək qanunvericiliklərinin “aktuallaşması” əmək rejiminin fərdiləşdirilməsi və şəxsiləşdirilməsi yolu ilə gedir. Bu zaman əmək hüququnun bütün “piramidası”: milli səviyyə, kollektiv sazişlər və fərdi müqavilələr səviyyəsi islahata məruz qalır. İdeal halda bu şəxsiyyətin spesifikasiyasının (konkret işçinin yaşı, ailə vəziyyəti, ruhi aləmi, şəxsi meylləri, bioloji ritmi) nəzərə alınması deməkdir. Buna görə də, hər bir işçinin əmək funksiyası həmin əsasda müəyyən edilməlidir. Bu da öz növbəsində istehsalın artırılmasına imkan yaradacaq və işçilərin tələblərinə cavab verəcəkdir.

İş vaxtının hüquqi tənzimlənməsi siyasətinin obyekti kimi, məşğul əhali getdikcə daha az bircinsli olur. Odur ki, həmin sahədə dövlər siyasətinin səmərəliliyinin artırılması üçün bütün əmək bazarına deyil, onun işçilərinin və müəssisələrinin müəyyən xarakteristikaları (məsələn, həmin sahədə, yaxud ixtisas üzrə üstünlük təşkil edən məşğulluq modelləri) üzrə seçilən ayrı-ayrı ünsürlərinə təsir etmək lazımdır. Bu halda iş vaxtının hüquqi tənzimlənməsi siyasətinin məqsədləri arasındakı ziddiyyəti minimuma endirmək mümkün olacaqdır, çünki prioritetlər, ümumiyyətlə, bütün işçilər üçün deyil, ayrıca qrup üçün müəyyən ediləcəkdir. İnkişaf etmiş ölkələrdə məşğulluq münasibətinin qanunvericilik vasitəsilə tənzimlənməsi dövlət və kollektiv müqavilə sistemindən əlavə daha bir institut – məhkəmə sistemi tərəfindən həyata keçirilə bilər.

İş vaxtından səmərəli istifadənin əsaslarında biri də əməyin təşkilinin və stimullaşdırılmasının briqada formasıdır. İstər dövlət, istərsə də qeyri-dövlət sektorunda istehsalın intensivliyinə, onun səmərəliliyinin hərtərəfli yüksəldilməsinə doğru inkuşaf kursu yüksək təşkilatçılıq, işgüzarlıq və intizam, idarəetmə sisteminin dəqiq və dürüst fəaliyyət göstərməsini, işçilərin yaradıcı təşəbbüsünün inkişafını tələb edir. Cəmiyyətin inkişafının müasir mərhələsində əməyin təşkilinin və stimullaşdırılmasının briqada forması elmi-texniki tərəqqinin və müəssisələrin kollektivlərinin sosial inkişafının müasir tələblərinə tam cavab verir. Zavodun, istehsalat birliyinin, tikiş fabrikinin və bir çox digər müəssisələrin təcrübəsi əməyin təşkilinin və stimullaşdırılmasının briqada formasının şübhəsiz üstünlüyünü göstərir. Həmin formanın yüksək səmərəliliyi və üstünlükləri texnikadan, materiallardan daha yaxşı istifadə olunması, iş vaxtının itkilərinin və qeyri-məhsuldar sərfinin azaldılması, peşələrin, funksiyaların və işlərin geniş əvəz edilməsi, habelə əməyin kooperasiyasının bütün digər üstünlüklərinin əldə edilməsi imkanları ilə ifadə edilir.

  

ƏDƏBİYYAT

 

[1] Azərbaycan Respublikasının Konstitusiyası. B .,Hüquq ədəbiyyatı,2009

[2] Azərbaycan Respublikasının Əmək Məcəlləsi . B .,Hüquq ədəbiyyatı, 2012

[3] O.C.Məmmədov “İş vaxtı” Dərs vəsaiti Bakı 2012

[4]O.C.Məmmədov “İş vaxtının hüquqi tənzimlənməsi” Monoqrafiya. Bakı 2010

[5] O.C.Məmmədov “İş vaxtından səmərəli istifadənin hüquqi təminatları” Monoqrafiya. Bakı 2008

[6] A.M.Qasımov “Əmək hüququ” Dərslik Bakı 2007

[7] Киселев И.Я. Сравнительное трудовое право. М.2005

[8]Ковальская Г. Рабочие дни. Мемориал. М. 2003

[9]Александров Н. Г. Трудовое правоотношение. М. Юриздат, 2009

 

Açar sözlər:iş vaxtının təşkili, əmək qanunvericiliyi, iş vaxtının hüquqi tənzimlənməsi, iş vaxtından artıq iş, dövlət siyasəti Анализ экономической эффективности бизнеса рабочих часов.

 

РЕЗЮМЕ

 

Повышение производительности труда и эффективности производства в условиях развития современного общества, и, следовательно, является важным фактором в улучшении рабочего материала людей и духовного благополучия вопроса в качестве одного из эффективного использования рабочего времени является одной из главных особенностей. Урегулирование работы в условиях рыночной экономики в законодательстве, чтобы определить продолжительность рабочего дня и рабочей недели, они направлены на обеспечение соблюдения и эффективное их использование.

 

Ключевые слова: Организация рабочего времени, трудовое право, правовое регулирование рабочего времени, сверхурочная работа, государственная политика

 

The analysis of the economic efficiency of the business working hours.

 

SUMMARY

 

Increasing labor productivity and production efficiency in terms of development of the modern society, and therefore an important factor in improving the working people's material and spiritual welfare of the issue as one of the efficient use of working hours is one of the main features. Settlement of work in a market economy in the

legislation to determine the length of the working day and working week, they are directed to ensure compliance and their effective use.

Keywords: The organization of working time, labor law, legal regulation of working time, overtime work, state policy

 

ALBİNA HƏŞİMOVA ,

Magistr Azərbaycan Dövlət İqtisad Universiteti



"Geostrategiya" jurnalı № 05 (35) SENTYABR-OKTYABR 2016


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM