Azərbaycan xalqının ümumimilli lideri H. Əliyev BMT-nin minilliyinin zirvə görüşündə demişdir: “Dünya inkişafının indiki mərhələsinin başlıca meyli qloballaşmadır. Bu mürəkkəb və heç də birmənalı olmayan prosesin prespektivləri bizim hamımızı düşündürür. O dövlətlərin sabit inkişafının, bütövlüyünün və idarəetmə sistemlərinin sabitliyinin təmin olunmasına, iqtisadi münasibətlərdə ayrı seçkiliyin aradan qaldırılmasına, xalqların rifah halının yaxşılaşdırılmasına kömək etməlidir.” [6, səh.9]
Milli təhlükəsizlik tarixi proseslərin təsiri altında dəyişir və yeni sosial-siyasi dəyərlərlə zənginləşir. Geosiyasi vəziyyət coğrafi mövqe, dövlətin kontinental ərazidə, dəniz, okean sahilində yerləşməsi, iqtisadi, sosial, siyasi və mənəvi inkişaf da milli təhlükəsizlikdə mühüm yer tutur.
Milli təhlükəsizlik beynəlxalq siyasi şəraitə uyğun qurulur. Müharibə şəraitində və dinc şəraitdə milli təhlükəsizlik siyasəti müəyyən dərəcədə fərqlənir. Ölkənin qonşuluğunda təcavüzkar dövlətin olması təhlükəlidir. Təcavüzkar dövlətin qarşısını almaq üçün hərbi müdafiə qüvvələrinin gücləndirilməsi milli təhlükənin qarşısının alınmasında mühüm rol oynayır. Təcavüzkar dövlətin özünə müttəfiqlər tapmasının qarşısını almaq, onu bitərəfləşdirmək, iqtisadi, siyasi və hərbi cəhətdən zəiflətmək milli təhlükəsizlik siaysətində başlıca yer tutur.
Cəmiyyətdə sabitliyin, sosial qruplar arasında həmrəyliyin yaranması, münaqişələrin aradan qaldırılması təhlükəsizliyin başlıca amilidir. Dövlət milli təhlükəsizlik təmin edən başlıca orqandır. Dövlət güc orqanlarının köməyi ilə cəmiyyətə zidd olan qüvvələri aradan qaldırır, onları zərərsizləşdirir. Dövlət qanunların, o cümlədən milli təhlükəsizlik haqqında qanunların aliliyini qoruyur. Milli təhlükəsizliyin qorunması hər bir vətəndaşın işidir. Buna görə də vətəndaşlar siyasi yetkinliyə, yüksək vətənpərvərlik şüuruna malik olmalıdır. Vətəndaş yetkinliyi olmadan ölkənin milli təhlükəsizliyinin qorunması qeyri-mümkündür.
Milli təhlükəsizlik sistemində milli mənafe başlıca yer tutur. Dövlət milli maraqlarının, milli hədəflərini, milli məqsədini müəyyənləşdirir. Milli mənafe milli təhlükəsizliyin aktual problemidir. Milli mənafe tələb edir ki, təhlükəsizlik şəraiti yaradılsın. Buna görə də milli mənafe ilə milli təhlükəsizlik bir-birini təmin edən qarşılıqlı siyasi prosesdir. Milli mənafe ilə milli təhlükəsizlik üst-üstə düşsə də fərqli cəhətləri də vardır. Milli mənafe millətin özünü dərk etməsi prosesidir. Milli mənafeyin əsasında idrak, milli təfəkkür dayanır. Milli təhlükəsizlik isə milli mənafeyin təşkilatlanmış formada müdafiəsidir. Milli təhlükəsizlik sistem halında formalaşdıqdan sonra milli maraqları qoruyur. Milli təhlükəsizlik şəraitində milli maraqlar reallaşır. Milli təhlükəsizlik sisteminin hərbi, siyasi, iqtisadi, elmi-nəzəri, mənəvi-psixoloji əsaslarının yaranması ilə təhlükəni törədən səbəblər aradan qaldırılır. Məhz buna görə də, təhlükəsizlik sistemi cəmiyyətin bütün sferalarını əhatə edir. Buna görə də iqtisadi, siyasi, sosial, mənəvi sahələrdə təhlükəsizlik problemləri dərindən öyrənilməlidir.
XXI əsrdə milli dövlətlərin təhlükəsizliyinin təmin olunması strateji faktor kimi çıxış edir. Çünki qloballaşma şəraitində milli təhlükəsizliyin təmin olunması üçün kompleks xarakterli vəzifələrin yerinə yetirilməsi ilə yanaşı, qlobal çağırışlara adekvat cavab verilməsi də xüsusi əhəmiyyət daşıyır. Ümumiyyətlə, daxili və xarici amillərin qarşılıqlı əlaqəsi fonunda təhlükəsizlik mühiti bir sıra strateji vəzifələrin yerinə yetirilməsi fonunda formalaşdırılır. Xüsusilə də, milli təhlükəsizliyin təmin olunması üçün başlıca istiqamət və prioritetlərin dəqiq müəyyənləşdirilməsi vacibdir. Bəs bu istiqamətlər nədən ibarətdir?
Milli təhlükəsizliyin əsas istiqamətlərindən biri siyasi təhlükəsizlikdir. Siyasi təhlükəsizlik cəmiyyətinin siyasi sisteminin daxili və xarici təhdidlərdən qorunması vəziyyətidir. Siyasi təhlükəsizlik ilk növbədə beynəlxalq münasibətlər çərçivəsində dövlətin siyasi suverenliyinin qorunmasını və təmin edilməsini nəzərdə tutur (8, səh.19).
Ölkənin siyasi suverenliyi dövlət institutlarının milli mənafeləri daha adekvat əks etməsinə şərait yaratmaqla, bütövlükdə cəmiyyətdə sabitliyin və inkişafın təmin olunmasma yönəlmiş fəaliyyətin daha səmərəli həyata keçirilməsinə imkan verir. Buna görə də beynəlxalq münasibətlərin müstəqil və aktiv subyekti kimi dövlətin fəaliyyətinə kənar müdaxilələr, suverenliyin pozulmasına, siyasi aslılığa səbəb olmaqla, bir qayda olaraq onun milli təhlükəsizliyi üçün mənfi nəticələr doğurur. Siyasi suverenliyin məhdudlaşdırılması bütövlükdə milli təhlükəsizlik sistemini böhran və dağılma təhlükəsi qarşısında qoyur. Çünki bu zaman ölkənin milli təhlükəsizliyinin əsas şərtləri olan dövlətin öz daxili və xarici siyasətini, dövlət quruculuğu və ölkənin inkişafı məsələlərini müstəqil müəyyənləşdirmək imkanları sual altında qalır. Odur ki, siyasi təhlükəsizlik problemi ölkənin milli təhlükəsizlik sistemində mərkəzi yer tutumaqla, onun başlıca struktur elementi kimi çıxış edir.
Siyasi təhlükəsizlik həmçinin milli təhlükəsizliyin mərkəzi elementlərindən biri olmaqla, onun mənasi müxtəlif cür anlaşilir. Bir qrup tədqiqatçilar onu siyasi və sosial stabilliyin, konstitusion quruluşun qorunmasi kimi, digərləri isə xalq hakimiyyətinin, demokratik dəyərlərin saxlanmasi kimi qeyd edirlər. Siyasi təhlükısizlik, ilk növbədə cəmiyyətin daxili möhkəmliyinə arxalanir. Sabit siyasi sistemə, əsas sosial qruplarin maraqlarini əks etdirən siyasi təşkilatin, bu qruplarin qarşiliqli münasib maraqlarini realizə etdirən siyasi rejimin mövcudluğu millətin birliyinə kömək edir və iqtisadi və mədəni inkişaf məsələlərinin səmərəli həllinə imkan yaradir. O, cəmiyyətin siyasi sitemi ilə bağlidir. Ölkənin siyasi təhlükəsizliyinə cəmiyyətin digər struktur elementlər sistemi, məsələn, siyasi ənənələr və normalar, siyasi mədəniyyət və s. təsir göstərir.
Siyasi təhlükəsizlik əlverişli xarici siaysət şəraitlərinin formalaşması bazasinda beynəlxalq munasibətlər sisteminin suveren subyekti kimi ölkənin qabiliyyətini və onun əsas sosial qruplarinin köklü maraqlarının balansı əsasında ümuməhəmiyyətli məqsədlərə nail olmaq üçün cəmiyyətin birliyini təmin edən siyasi sistemin yaradilmasini müəyyən edir.
Deməli, siyasi təhlükəsizlik ölkənin, xalqin, cəmiyyətin, vətəndaşin siyasi maraqlarina zərbə endirən, dövləti siyasi ölümə və siyasi reqressə aparan, eləcə də hakimiyyəti, siyasəti şüurlu-konstruktiv qüvvədən dağidici qüvvəyə çevirən, dövləti, insanlari bədbəxtlik, ziyanliqlar girdabına sürükləyən faktların aşkara çıxarılması, xəbərdarlıq edilməsi və aradan qaldırılması üçün tədbirlər məcmusudur.
Milli təhlükəsizliyin digər mühüm tərkib hissəsi iqtisadi təhlükəsizlikdir. Dünya təcrübəsi göstərir ki, iqtisadi təhlükəsizlik ölkənin müstəqilliyinin təminatı, cəmiyyətin sabilliyi və səmərəli fəaliyyətinin mühüm şərtidir. Bu ilk növbədə onunlda əlaqədardır ki, milli təhlükəsizlik son nəticədə iqtisadi təminat olmadan lazımi səviyyədə təmin oluna bilməz.
İqtisadi təhlükəsizlik termininin siyasi leksikasına daxil edilməsini bir qayda olaraq ABŞ prezidenti F.Ruzveltin adı ilə bağlayırlar. Rəsmi anlayış kimi isə “iqtisadi təhlükəsizlik” termini 1985-ci ildə BMT-nin 40-cı sessiyasında “Beynəlxalq iqtisadi təhlükəsizlik” haqqında qətnamə qəbul olunduqdan sonra geniş şəkildə istifadə olunmağa başlanılmışdır (3, səh.14).
İqtisadi təhlükəsizliyin anlayışının müxtəlif interperetasiyası mövcuddur. Lakin müasir siyasi ədəbiyyatda, iqtisadi təhlükəsizlik əsasən ölkə iqtisadiyyatının müstəqilliyini, daimi yeniləşməsi və təkmilləşməsini təmin edən amil və şərtlərin məcmusu kimi nəzərdən keçirilir.
İqtisadi təhlükəszlik milli təhlükəsizliyin mühüm tərkib hissələrindən biri olmaqla ölkənin iqtisadi qüdrəti ilə onun hərbi iqtisadi potensialı və milli təhlükəsizliyi arasındakı səbəb-nəticə əlaqələrini əks etdirir (6, səh.42).
İqtisadi təhlükəsizlik cəmiyyətin iqtisadi sisteminin bütün sferalarının elə vəziyyəti və inkişaf səviyyəsidir ki, bu zaman dövlət öz resurslarından və intelektual potensialından siyasi, iqtisadi, hərbi, elmi-texniki və mənəvi qüdrətinin inkişafında, cəmiyyətdə tarazlığın yaradılmasında, iqtisadi və siyasi müstəqilliyinin lazımi səviyyədə təmin olunmasında sərbəst surətdə istifadə edə bilir.
İqtisadi təhlükəsizlik xalqin suveren olaraq, xaricdən heç bir təzyiq və müdaxilə olmadan öz iqtisadi inkişafinin forma və yollarinin müəyyən edilməsi vəzifəsidir. İqtisadi təhlükəsizlik iqtisadiyyatın və politologiyanın sintetik kateqoriyasi olub, iqtisadi təzyiq, şantaj, məcburetmə və təcavüz, iqtisadi suverenlik və digər kateqoriyalar ilə sıx bağlıdır. İlkin olaraq qeyd etmək lazimdir ki, iqtisadi təhlükəsizlik iqtisadi avtorkiyanin eyni deyil. Uzun illər boyu keçmiş SSRİ-də iqtisadi cəhətdən ətraf dünyanin istənilən kolliziyasi (toqquşma, ziddiyyətlər) təhlükəsindən qorumaq cəhdləri olub. Ölkənin iqtisadi təhlükəsizliyi dedikdə onun elə vəziyyəti başa düşülür ki, orada zəruri maliyyə, istehsal, əmək, intellektual potensiali, onun effektiv funksiyalaşmasina təminat verən istehsalin təşkili sistemi olsun. İqtisadi təhlükəsizlik həm də əhalinin yüksək rifahı, milli, demoqrafik və s. xüsusiyyətlərlə əsaslanmiş sosial gərginlik ocaqlarinin istisnalığı deməkdir.
Milli iqtisadi təhlükəsizliyin aşağıdakı əsasları var:
1. Daxili maddi əsas.
2. Daxili sosial-siyasi əsas.
Daxili maddi əsası istehsal qüvvələrinin inkişafinin kifayət qədər yüksək səviyyəsi;
Daxili sosial-siyasi əsası isə xalqın əksəriyyəti tərəfindən dəstəklənən, çözülən sosial və iqtisadi inkişaf strategiyasinin hazırlanmasi və qəbulunu zəruri edən uzunmüddətli milli məqsədlər münasibətində ictimai razilığın kifayət qədər yüksək səviyyəsi təşkil edir.
İndi əsaslı səviyyədə- mülkiyyət, istehlak, bölüşdürmə və mübadilə səviyyəsində köklü iqtisadi islahatlar aparilmadan biz iqtisadi təhlükəsizlik sisteminin formalaşmasi və iqtisadiyyatın dirçəlməsi haqqinda danışa bilmərik. Buna görə də, təhlükəsizliyin bütün sisteminə təsir edən, iqtisadi təhlükəsizliyin möhkəmlənməsinin əsas faktoru ölkənin iqtisadi inkişafinin və istehsal tələbatlarının iqtisadi münasibətlərə olan nisbətinin nail olunmasıdır. İqtisadi münasibətlər ideoloji ifadələr üzərində olmayıb, cəmiyyətin obyektiv tələbatları üzərində qurulmalıdır. Necə deyərlər, bu fundamental səviyyənin faktorudur. Bu faktorun realizə edilməsi ilə yerdə qalanlarda- xammal resurslarinin mövcudluğu, infrastrukturun inkişafi, işçi qüvvələrin ixtisaslaşmasi, texnologiya və elmin inkişaf səviyyəsi və s. fəaliyyət göstərmir. Qetd etmək lazimdir ki, istehsal münasibətləri sistemində təhriflərin olmasi siyasətə nüfuz edib ölkənin siyasi təhlükəsizliyinə zərbə endirən və müxtəlif sosial təbəqələrin, qruplarin maraqlarinin formalaşmasina təsir edən cəmiyyətin sosial strukturundaki əyintiləri qaçilmaz surətdə zəruri edir. İqtisadi təhlükəsizliyə nail olmaq üçün iqtisadi dirçəlişə, inkişafa nail olmaq lazimdir. İqtisadi təhlükəsizlik digər problemlər ilə sıx və qarşılıqli əlaqədədir. Belə ki, həmin problemlərdən birinin kəskin təzahürü iqtisadiyyatda problemlərə gətirib çıxarır. Bunun üçün də, iqtisadi siyasət yeridilməli, hər şey doğru düşünülməli, ola biləcək təhlükələr minimuma endirilməlidir. (9, səh. 204).
İqtisadi cəhətdən inkişaf etmiş və sosial cəhətdən sabit olan ölkələrin möhkəm siyasi rejimlərin də iqtisadi təhlükəsizliyi nisbidir. Bu və ya digər əlverişsiz xarici təsirlər, həmçinin təhlükə imkanlarinin olması bu dövlətlərdə də vardır.
Milli təhlükəsizliyin mərkəzi elenmentlərindən biri də hərbi təhlükəsizilikdir. Qeyd etmək lazımdır ki, uzun müddət miIli təhlükəsizlik problemi hərbi təhlükəsizliyin təmin edilməsi çərçivəsində nəzərdən keçirilmiş və ölkənin milli təhlükəsizliyinin təmin olunmasında hərbi gücə həmişə dominant əhəmiyyət verilmişdir.
Hərbi təhlükəsizlik dövlətin suvervenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş hərbi xarakterli təhdidlərin neytrallaşdırılması və dəf edilməsini, şəxsiyyətin, cəmiyyəti və dövlətin həyati mənafelərinin hərbi vasitələrlə qorunması qabiliyyətini əks etdirir (7, səh.23).
Hərbi təhlükəsizliyin daxili və xarici aspketləri mövcuddur. Hərbi təhlükəsizliyin xarici aspekti kənardan dövlətə qarşı yönəlmiş hərbi fəaliyyətin təcavüzün qarşısının alınması və ya neytrallaşdırılması qabiliyyətini əks etdirir ki, bu da öz növbəsində müvafıq silahlı qüvvələrin mövcudluğıınun tələb edir. Hərbi təhlükəsizliyin daxili aspekti isə ölkələrin milli təhlükəsizliyinə qarşı yönəlmiş daxili hərbi fəaliyyətin qarşısının alınması və lokallaşdırılması lədbirlərini əhatə edir (10, səh.34).
Ətraf mühitin hədsiz dərəcədə çirklənməsi, insanla təbiət arasında tarazlığın pozulması ekoloji təhlükəsizliyi milli təhlükəsizliyin mühüm tərkib hissələrindən birinə çevrilmişdir. Ekoloji təhlükəsizlik ətraf mühitin biosferin, atmosferin, hidrosfer və litosferin, eləcə də təbii sərvətlərin insan fəaliyyəti nəticəsində yaranmış daxili və xarici təhdidlərdən qorunası vəziyyətidir. Ekoloji problemlər ümum bəşəri xarakter daşıdığından ekoloji təhlükəsizlik səmərəli surətdə ayrı-ayrı dövlətlərin səyləri ilə deyil, bütün dünya birliyinin səylərinin nəticəsində təmin oluna bilər. Bu baxımdan bir sıra ölkələrin öz ərazisində ekoloji təhlükəsizliyi ekoloji baxımdan zərərli istehsal
sahələrinin tullantıların digər Ölkələrə koçürməsi və təbii ehtiyyatlarda israfçılıqla istifadə hesabına təmin etməsi ekoloji təhlükəsizliyin ümumi səviyyəsinin aşağı düşməsinə səbəb olur.
İnformasiya təhlükəsizliyi isə dövlətin informasiya məkanının, onun informasiya ehtiyyatlarının və informasiya sahəsində milli mənafelərinin məqsədyönlü və ya təsadüfı təhdidlərdən və təsirlərdən qorunmasıdır. Dövlətin informasiya təhlükəsizliyi bu sahədə inkişaf etmiş infrastrukturun yaradılması, ölkənin informasiya ehtiyyatlarının qorunması və mühafızəsinin etibarlı sisteminin yaradılması və s. tədbirlərin həyata keçirilməsi ilə təmin olunur.
Milli təhlükəsizlik kontekstində dünya dövlətlərini narahat edən hadisələrdən biri beynəlxalq terrorçuluqdur. Ölkə daxilində və xaricdə terrorizmə qarşı mübarizə aprmaq dövlətin siyasi strategiyasının tərkib hissəsinə daxildir. Beynəlxalq hüquq qaydalarında terrorçuluq təhlükəli cinayət hesab edilir. II Dünya müharibəsindən sonrakı dövrdə beynəlxalq terrorizm ayrı-ayrı ölkələrdə siyasi təşkilatlar halında qruplarşırlar.Avropada sağ və sol siyasi qruplar bir-birinə qarşı mübarizədə terrordan istifadə edirlər.Müasir dövrdə geniş yayılan terror separatizm, etnik mübarizə formasında daha qabarıq üzə çıxır.”İrlandiya Respublika Ordusu”, PKK, “Tamil pələngləri”, “Hamas qrupu”, “Daşnaksütun” partiyası dünyada geniş yayılmış terrorçu təşkilatlardır.Müasir dövrdə terrorçular yeni silah növlərindən, bioloji və kimyəvi silahlardan istifadə edirlər.
Milli dövlətin yaranmasında, möhkəmlənməsində milli siyasi psixologiyanın inkişaf səviyyəsi də əhəmiyyətli rol oynayır. Siyasi psixologiya siyasi şüuru formalaşdırır, siyasi təfəkkürü, düşüncəni və siyasi mə'nəviyyatı inkişaf etdirir. Şəxsiyyətin siyasi davranışı siyasi psixoloji təmələ əsaslanır. Milli siyasi liderin psixioloji xüsusiyyətləri, iradəliliyi, dözümlülüyü, fəal siyasi fəalıyyəti, siyasi şəraitə uyğunlaşmaq bacarığı, qabiliyyəti, siyasi tələbkarlığı, məsuliyyəti siyasi intuisiyası siyasi proseslərə təsir edir.
Milli psixologiya siyasi proseslərdə özünüdəidarəetmə vasitəsilə formalaşır və milli dövlətin siyasətinin həyata keçməsində başlıca rol oynayır. Milli xarakter, milli dil, milli sima nıüstəqilliyi, suverenliyi möhkəmləndirən amillərdir. Milli psixologiya mənəvi və siyasi sərvətləri qoruyur, onu zənginləşdirir və gələcək nəsillərə verir. Bəzi millətlərə xas olan təcavüzkarlıq, zorakılıq siyasəti millətçilik psixologiyası vasitəsilə yaranır. Təcavüzkarlıq psixologiyasında milli hiss, emosiya təfəkkürü özünə tabe edir. Təcavüzkar öz millətində nöqsan görmür. Bütün günahı başqa millət üzərinə yıxır, düşmən obrazı yaradır.
Beləliklə, milli təhlükəsizliyin tərkib hissələri bir-birilə sıx qarşılıqlı əlaqədə olmaqla vəhdət təşkil edir və milli təhlükəsizliyin təmin edilməsinini bütün vasitələrinin paralel inkişaf etdirilməsini tələb edir (4, səh.34).
Milli təhlükəsizliyin təmin edilməsində hərbi gücə hər zaman dominant əhəmiyyət verilmiş və bir çox tədqiqatçılar coğrafi vəziyyət, təbii resursların mövcudluğu, iqtisadi potensial və digər bu kimi geosiyasi göstəricilərə yalnız onların dövlətin uğurlu müharibə aparılmasına nə dərəcədə imkan verməsi konstendində baxırlar. Lakin müasir şəraitdə milli təhlükəsizliyin təmin edilməsi yalnız hərbi qüvvələrin gücündən və döyüş qabiliyyətindən asılı olmayıb, eyni zamanda iqtiadi qüdrət, sənayenin rəqabət qabiliyyəti, təhsil sisteminin vəziyyəti, vətəndaşların rifahı, onların əhval ruhiyyəsi və digər bu kimi bir çox faktorlardan asılıdır.
Bu kontekstdə o da qeyd edilməlidir ki, bəzi müəlliflər qloballaşan dünyada təhlükəsizlik prioritetlərinin dəyişəcəyini ehtimal edirlər. Lakin iqtisadi və hərbi baxımdan qüdrətli dövlətlər yeniləşməni onların öz mənafeləri və maraqlanna uyğun getməsini nəzarətdə saxlamağa cəhd göstərirlər. Deməli, bu prosesdə ən vacib məqam super dövlətlərin maraqlarına xidmət edən universal təhiükəsizlik modelini əsas götürməklə, gerçək geosiyasi vəziyyəti, beynəlxalq norma və tələbləri nəzərə almaqla realist, praqmatik və spesifik təhlükəsizlik doktrinası hazırlamaqdır.
ƏDƏBİYYAT :
1. Azərbaycan Respublikasının Konstitutsiyası. B. 2003.
2. Azərbaycan Respublikasının qanunvericilik toplusu. 1999.
3. Azərbaycan Respublikasının “Milli Təhlükəsizlik haqqında” qanunu. Bakı, 2004.
4. Abbasov N. Milli Təhlükəsizlik orqanlannın 80 illik təntənəli yığıncağında məruzə // Sərhəd, 17 aprel 1999.
5. Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. B. 1997.
6. Əliyev İlham. İqtibaslar və təhlili. B. 2006
7. Həsənov Ə. Azərbaycan Respublikasının xarici siyasətini əsas vəzifələri, prinsipləri, və istiqamətləri. Bakı, 1998, s. 23
8. Nəcəfov Z. Azərbaycanın Milli Təhlükəsizlik problemləri: nəzər məsələlər. Beynəlxalq həyat. N-4, 1998, s.14
9. Piriyev A. Siyasi strategiya və milli təhlükəsizlik problemi. Bakı-BDU-2005. səh, 544
10. Hans J. Morgentau. Politics Among Nations: The Struggle for Powerand Peace. Fifth edition. New-York, 2003, p.34
RESUME
The candidate for a degree at Baku State University –
Abdullayeva Maftuna Rashid
The main directions of national security: the priorities and conceptual mechanisms
In the article has been mentioned the main directions and priorities of national security. It was noted that some authors assume changes the priorities of security in a globalized world. However, in terms of economic and military interests and in the interests of powerful states to go their own innovation are trying to keep under control. Therefore, the most important point in the process to prepare realistic,
pragmatic and specific security model that serves the interests of the real geopolitical situation, taking into account international norms and requirements.
In the article were discussed political, economic, ecological (environmental), military and moral-psychological security, as well as in the article have been noted changes in the security of environment against the background of global challenges of the XXI century.
РЕЗЮМЕ
Диссертант Бакинского Государственного Университета
Абдуллаева Мафтуна Рашид кызы
Основные направления национальной безопасности: приоритеты и концептуальные механизмы
В статье речь идёт об основных направлениях и приоритетах национальной безопасности. В ней подчеркивается, что некоторые авторы говорят о вероятности изменений приоритетов безопасности в глобальном мире. Однако с экономической и военной точки зрения могучие государства пытаются, чтобы эти новшества соответствовали их интересам. Значит в этом процессе самое главное-подготовка реальной, прагматичной и специфической доктрины, в основе которой лежит универсальная модель с учётом геополитического положения, международных норм и требований, а также соответствия интересам супер-держав. В статье говорится о политической, экономической, экологической, военной, морально-психологической безопасности и подвержении изменениям безопасной среды на фоне глобальных призывов.
MƏFTUNƏ ABDULLAYEVA,
Baki Dövlət Universiteti
"Geostrategiya" jurnalı № 05 (35) SENTYABR-OKTYABR 2016
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM