Sosial mobillik mövzusunun araşdırılması istiqamətində dünyanın müxtəlif ölkələrində, müxtəlif dörvlərdə bir sıra sosioloqlar elmi tədqiqatlar aparmışdır. Cəmiyyətin sosial strukturunun, sosial təbəqələrin, bu təbəqələrdə fərdi yerdəyişmənin öyrənilməsinin nəzəri sosiologiya üçün əhəmiyyətli olduğu qədər, bu sahədəki tədqiqatların cəmiyyətin öyrənilməsi və idarə olunması nöqteyi-nəzərdən də sosial-siyasi əhəmiyyəti kifayət qədər böyükdür.
Fərdlərin sosial stratifikasiya sistemində bir qrupdan digərinə keçməsi sosial mobillik adlanır. “Sosial mobillik” anlayışı elmə rus-amerikan sosioloqu Pitirim Sorokin tərəfindən 1927-ci gətirilmişdir [9,s.373]. Fərdi və ya qrup halında, sosial strukturda sosial yerdəyişmə olaraq qəbul edilən sosial mobilliyin iki əsas növü olduğu fikri də ilk dəfə olaraq məhz Sorokin tərəfindən irəli sürülmüşdür. Fərd və sosial qrupun öz sosial statusunu, cəmiyyətin sosial strukturunda tutduğu yeri dəyişməsi kimi qəbul edilən sosial mobilliyin üfüqi və şaquli formaları bir-birindən fərqləndirilir. P.Sorokin sosial mobillik dedikdə, yalnız fərdlərin və ailələrin bir sosial qrupdan digərinə keçməsini deyil, bütövlükdə sosial vəziyyətin dəyişməsini başa düşürdü. Sorokinə görə, sosial mobillik cəmiyyətin təbii, normal vəziyyətidir və özündə təkcə fərdlərin, qrupların deyil, həm də sosial obyektlərin (dəyərlərin), insan fəaliyyəti prosesində hazırlanan və modifikasiya olunan hər şeyin bir sosial mövqedən başqasına mütəmadi olaraq keçməsini birləşdirir [6,s.626].
Sosial mobillik probleminə müasir yanaşmalar içərisində ən diqqət çəkən M.Bendiksin sənaye cəmiyyətinin inkişafını şaquli mobilliklə bağlayan konsepsiyasıdır. Lipset və Bendiksin tədqiqatlarına görə, bütün sənaye cəmiyyətləri yüksələn mobilliklə səciyyələnirlər [1,s.58]. Çünki bir tərəfdən qeyri-məhdud sosial inkişaf üçün geniş imkanlar sanki aşağı sosial təbəqələrin daha enerjili və istedadlı nümayəndələrinin enerjisini başqa istiqamətə yönəldən və inqilabi dəyişikliklərin baş vermə ehtimalını azaldan bir “qoruyucu klapan” kimi çıxış edir. Başqa sözlə, mobillik cəmiyyətin stabilləşdirilməsi funksiyasını yerinə yetirir. Nəticədə müəlliflər bu qənaətə gəlirlər ki, sosial quruluşundan asılı olmayaraq, bütün sənaye ölkələrində sosial mobillik göstəriciləri bir-birinə yaxındır.
Şaquli mobilliyi, Sorokinin fikrinə görə, sosial stratifikasiyanın üç formasına uyğun olan (siyasi, iqtisadi, professional) üç aspektdə nəzərdən keçirmək lazımdır: daxili və ya peşələrarası yerdəyişmələr, siyasi sirkulyasiya, iqtisadi nərdivan ilə hərəkət. Mobilliyin yüksələn xəttini müəllif iki cür qiymətləndirərək, təkcə fərdi yüksəliş və ya, Sorokinin öz ifadəsinə görə, “fərdi sızma”, infiltrasiya kimi yox, həm də daha yüksək zirvədə fərdlərin yeni qrupu yaranan zaman kollektiv yüksəliş kimi qəbul etməyi təklif edir. “Romanovlar, Habsburqlar və ya Qoqensollerlərin sarayında yüksək vəzifə tutmaq, inqilaba qədər ən yüksək sosial rütbədə olmaq demək idi. Sülalələrin “süqutu” onlarla bağlı bütün rütbələrin “sosial süqutuna” səbəb oldu. Bolşeviklər inqilaba qədər Rusiyada heç bir xüsusi, yüksək mövqe tutmamışdılar. İnqilab zamanı onlar sosial distansiyanı qət etmiş və rus cəmiyyətində ən yüksək mövqeyə yüksəlmişdir. Nəticədə onun bütün üzvləri əvvəllər çar aristokratiyasının tutduğu statusa malik olmuşlar [6,s.616-617].
Sosial mobillik sənaye və postsənaye cəmiyyətlərdə istər hökumətin, istərsə də tədqiqatçıların daim diqqət mərkəzində duran mühüm sosial proseslərdən biridir. Yuxarıda da qeyd edildiyi kimi, sosial mobilliyin ləng baş verdiyi, şaquli mobillik kanallarının “qapalı” olduğu cəmiyyətlərdə sosial stabillik daim təhlükə altında qalır. Xüsusilə siyasi elitanın formalaşması prosesində aşağı təbəqələrin nümayəndələrinin yer almaması və iqtisadi sferada mobillik prosesinin ciddi maneələrlə üzləşməsi halları sosial yerdəyişmənin qarşısında ciddi klapanların olduğundan xəbər verir. Məsələn, son dövrlərdə Böyük Britaniyada sosial mobilliklə bağlı tənqid xarakterli müzakirələr davam edir. Məsələ ilə bağlı Britaniya hökümətinin keçmiş üzvü Alan Milbön ölkədə sosial mobilliklə bağlı vəziyyətin heç də yaxşı olmadığını bildirərək, hələ də bəzi təbəqədən olan insanlar üçün müəyyən məhdudlaşdırıcı hədlərin qaldığını diqqətə çatdırır. O, həmçinin ölkədə sosial mobillik prinsiplərinin pozulmasına aid bir neçə faktı da diqqətə çatdırıb. Belə ki, Britaniyada yüksək instansiya məhkəmələrinin 114 hakimindən 83-ü, ali məhkəmənin isə 17 hakimindən 15-i xüsusi ödənişli məktəblərdə təhsil almış şəxslərdir və onlardan 82-si Oksford və Kembric universitetlərini bitirib. Vəkillərin 43%-i, tanınmış jurnalistlərin isə 54%-i, hökümət kabineti üzvlərinin 59%-i, İcmalar Palatasın üzvlərinin 35%- i, Lordlar Palatası üzvlərinin isə 62%-i ümumi, hamı üçün nəzərdə tutulmuş təhsil müəsissələrində deyil, xüsusi ödənişli məktəblərdə təhsil almış şəxslərdir [3].
Sosial mobillik, Azərbaycan kimi keçid dövrünü yaşayan və sürətlə inkişaf edən cəmiyyətlərin yaşadığı əsas sosial proses kimi tədqiq edilməsi vacib olan məsələlərdən biridir. Qloballaşma dövrünün bütün təsirlərini üzərində hiss edən Azərbaycanda əhalisinin böyük əksəriyyəti şəhərlərdə cəmləşdiyi halda, onların hələ tam mənada “şəhərləşə” bilmədiyi bir həqiqətdir. Buna bənzər çətinliklərə cəmiyyətin digər sferalarında da rast gəlmək mümkündür. Sosialist cəmiyyət modelini bütün ağırlığı ilə 70 ildən artıq bir müddət öz çiyinlərində daşıyan Azərbaycan xalqı, Sovet İttifaqının dağılmasından sonra yenidən öz müstəqilliyini əldə edərək, təbii inkişaf yoluna yenidən qədəm qoydu. Lakin 25 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, sosialist rejimin cəmiyyətin üzərindəki neqativ təsirləri hələ də tam mənası ilə aradan götürülə bilməmişdir. Bu faktorlar, müasir cəmiyyətin tələblərinə adaptasiya ola bilməmiş əhalinin bütün qərar və davranışlarına təsir etdiyi kimi, peşə seçiminə, təhsil və həyat tərzinə də təsir etməkdədir. Bir tərəfdə iqtisadi dəyişiklik ilə yanaşı, kənd mühitindən uzaqlaşan, şəhərə işləməyə gələn hazır iş qüvvəsi, digər tərəfdə iqtisadi inkişafın ortaya çıxardığı yeni peşələr və imkanlar sosial status tələblərini artırmaqdadır. Sosial status əldə etməyin ən asan yollarından biri təhsil olduğu üçün, təhsillə mobillik arasında düz mütənasib əlaqə var. Sosial mobillik sadəcə yeni sosial statuslar tələb etməklə məhdudlaşmır. Şəhərlərin sürətlə inkişaf etməsi, urbanizasiya prosesinin də sürətini göstərir. Sosial mobilliyə təsir edən faktorlar arasında təhsil ilə yanaşı, peşə statusu da önəmli rol oynayır.
Sosial strukturda baş verən sosial proseslərdən biri olan sosial mobillik, əsas olaraq fərdlərin və mədəni ünsürlərin bir sosial vəziyyətdən digərinə keçməsi olaraq göstərilsə də, daha çox onun fərdi forması əsas götürülür. Yəni həm nəzəri cəhətdən, həm də praktik cəhətdən, sosial mobillik deyərkən, fərdlərin bir sinifdən digərinə, bir statusdan digərinə keçməsi nəzərdə tutulur [2,s.33]. Fərdlərin köhnə və yeni sosial mövqeləri arasındakı fərq sosial mobilliyin istiqamətini müəyyənləşdirir. Bundan əlavə, zaman baxımından sosial mobilliyin iki növünü ayırd edirlər: nəsillərarası və nəsil daxili sosial mobillik. Birincidə fərqli nəsillərin sosial yerdəyişməsi, ikincidə isə bir fərdin həyatı boyu yaşadığı sosial yerdəyişmə nəzərdə tutulur.
Sosial mobilliyin səviyyəsini təsbit etmək surətilə, müəyyən bir cəmiyyətin strukturunun xüsusiyyətlərini, sosial təbəqələşmə sistemini və təbəqələrin tiplərini müəyyən etmək mümkündür. Sosial mobilliyin olmadığı, hər fərdin dünyaya gəldiyi sosial təbəqədə həyatı boyu qaldığı təbəqələşmə sistemi tam mənası ilə qapalı sistem olaraq müəyyənləşdirilir. Digər tərəfdən, sosial mobilliyin tam mənası ilə sərbəst olduğu və heç bir maneə ilə qarşılaşmayan sosial yerdəyişməyə də rast gəlmək mümkün deyil. Bu ideal tipə ən yaxın olan isə sinif əsasındakı təbəqələşmə sistemidir. Təbəqələrə ayrılmış bütün cəmiyyətlərdə sosial mobilliyi bütünüylə və mütləq mənada sərbəst buraxmağa mane olan müəyyən faktorlara həmişə rast gəlinir. Əks halda, sosial struktur təbəqələşməkdən məhrum qalar. Sadəcə anarxiya və böyük ictimai böhranlar vaxtı bütün sosial struktur alt-üst olur və sosial təbəqələşmə sistemi çökür, belə hallarda müvəqqəti və çox qısa müddətli xaotik yerdəyişmə baş verir. Bununla birlikdə, sosial nizam yenidən bərpa olduqdan sonra, tam mənası ilə sərbəst sosial mobillik mexanizmi formalaşmır.
P. Sorokinə görə, sosial mobilliyə təsir edən faktorları iki əsas qrupa ayırmaq olar. Bu faktorların bir hissəsi ikinci dərəcəli faktorlar olub, lokal və müvəqqəti xarakter daşıyır. Universal və əsas faktorlar isə aşağıdakılardır: 1. Demoqrafik faktorlar; 2. Nəsillər arası müxtəliflik; 3. Sosial mühitin dəyişməsi; 4. Qabiliyyət və imkanların sosial təbəqələr arasında qeyri-bərabər dağılması [5,s.79-92].
İstər Qərbdə aparılan tədqiqatlar, istərsə də ölkəmizdə aparılan araşdırmalar üst təbəqələrdə yer alan ailələrin daha çox nuklear ailələr olduğunu göstərir ki, bu, sosial mobilliyə təsir edən faktorlar arasında əsas yerlərdən birini tutur. Valideynlər ilə onların övladlarının öz qabiliyyət və imkanlarına görə bir-birindən fərqli olmaları da sosial yerdəyişməyə təsir göstərir. Üst təbəqələrdə yer alan fərdlərin qabiliyyətsiz övladları aşağıya tərəf hərəkət edərkən, alt təbəqələrdəki fərdlərin qabiliyyətli uşaqları şaquli yüksələn xətt üzrə yerdəyişmə edir. Sosial dəyişiklik mobilliyi asanlaşdırır. Mobilliyi asanlaşdıran bütün faktorlar şaquli sosial mobilliyi asanlaşdıran faktorlardır.
Lipset və Bendiksə görə bütün cəmiyyətlərdə sosial mobilliyin mövcud olmasının iki əsas səbəbi var [7:səh.3-73]. Bunlar:
1. Peşə strukturundakı və funksional fərqliliklərdəki dəyişikliklərə bağlı olaraq qabiliyyət tələblərindəki dəyişikliklər.
2. Yaradıcılıq və digər qabiliyyətlərin istehsalındakı dəyişikliklər.
Bu əsas səbəblərə bağlı olaraq, sosial strukturdakı müxtəlif proseslərin sosial mobillik üzərində bilavasitə təsirləri olur:
1. Peşə strukturundakı dəyişikliklərə bağlı olaraq, iş qüvvəsi içində peşə növlərinin faizinin dəyişməsi böyük yerdəyişməyə səbəb olur. Bu dəyişmə əsasən fiziki əməyin azalması və zehni əməyə olan tələbatın artması istiqamətində olduğu üçün, peşələr nisbi etibarlarını və gəlir səviyyələrini qoruduqları müddətdə, mobillik yuxarı istiqmətdə olur.
2. Əhalinin artım sürəti ilə təbəqələr arasında bu artımın qeyri-bərabər bölünməsi yuxarı doğru sosial mobilliyə təsir edən əsas amillərdən biridir. Yüksək statuslu peşələrin işgücü içindəki miqdarının getdikcə artmasına rəğmən, bu peşə sahələrində çalışanların sayının az olması üst təbəqələrdə böyük boşluqlar meydana gətirir. Aşağı təbəqələrdən gələnlərin bu peşə sahəsində çalışmağa başlaması ilə yuxarı doğru sosial mobilliyə səbəb olur.
3. Qısa müddət ərzində çox da diqqəti cəlb etməməklə birlikdə, uzun müddətdə bəzi peşələrin dəyərləri və etibarlılığında artma və ya azalma meydana gəlir. Beləliklə, bu peşə sahələrində çalışanlar sosial mobilliyə məruz qalırlar.
4. Müasir sənəye və post-sənaye cəmiyyətlərdə əldə edilən mövqe, status və imtiyazların artmasına bağlı olaraq sosial yerdəyişmə də dinamik hal alır.
5. Potensial fürsətlərlə bağlı olaraq hüquqi məhdudiyyətlərin aradan götürülməsi də sosial mobilliyə təsir edir.
6. Ağıl və digər qabiliyyətlərlə birlikdə, motivasiya da sosial mobilliyə təsiretmə gücünə malikdir. Sosial mobillik motivasiyasının müəyyən edilməsi və inkişaf etməsində valideynlərin böyük təsir gücü vardır. Kütləvi informasiya vasitələri, xüsusilə televiziya, insanlara təqdim etdiyi rəngli həyatlarla mobillik motivasiyasına təsir edən əsas amillər arasında yer alır.
Sosial mobillik mövzusunu tədqiq edərkən, sosial normalar və dəyərlər sisteminin önəmini də qeyd etmək lazımdır. Sosial normalar və dəyərlər sistemi, təbəqələr arasındakı hüdudları və təsirləşmə prosesini müəyyənləşdirməkdə olduqca vacib faktordur. Sosial təbəqələri qəti bir şəkildə müəyyənləşdirib, hüdudlarını çəkən, onlar arasındakı qarşılıqlı təsiri məhdudlaşdıran normalar və dəyərlər sisteminin sosial mobilliyi də məhdudlaşdırdığı bir həqiqətdir. Normaların və dəyərlərin sosial təbəqələşmə və mobilliyə təsirini kasta və silki üsullu təbəqələşmə sistemlərində daha açıq formada görmək mümkündür. Sosial fikrin əsas baxış tərzlərindən biri də, feodalizmdən kapitalizmə, statusdan müqaviləyə və yaxud feodal silklərdən sinfi cəmiyyətə keçişin izahı olmuşdur. Bu izahlarda ortaya qoyulan əsas cəhətlərdən biri, böyük orta sinif inqilabından bəri, feodalizmin və mütləqiyyətin imtiyazlı və imtiyazsız silkləri ləğv edilmiş, “qanun qarşısında bərabərlik” prinsipi status maneələrini aradan qaldırmışdır [10,s.322]. Status maneələrinin ortadan qalxması, sosial mobilliyi məhdudlaşdıran norma və dəyərlərin dəyişməsi nəticəsində meydana çıxmışdır.
Sosial mobilliyi məhdudlaşdırıb, onun təbii inkişafına mane olan norma və dəyərlər sisteminin olmadığı, buna qarşılıq cəmiyyətdə hər kəsin fərdi qabiliyyətləri və bacarıqlarına görə yerini tapmasının daha düzgün olduğu fikrinin aparıcı olduğu demokratik cəmiyyətlərdə sosial mobillik stimullaşdırılır. Bu cəmiyyətlərdə nəzəri olaraq sosial mobilliyi məhdudlaşdıran norma və dəyərlərə rast gəlinmir. Bu nəzəri müddəanın tətbiqində bəzi kənaraçıxmalara da rast gəlinir. Bu kənaraçıxmaları, R.Linton tərəfindən inkişaf etdirilən və E.Şilz və T.Parsons tərəfindən sistematik olaraq formulə edilən istinad qurumu ilə izah etmək olar [5,s.85]. Parsons və Şilzin qarşılıqlı təsir nəzəriyyəsinə görə, bir sosial hadisəni izah edən fərd iki üsuldan birinə görə reaksiya verə bilər. Fərdlər, müşahidə etdiyi hadisənin ya baş vermə üsuluna ya da hadisənin istinad etdiyi obyektə reaksiya göstərir. Müasir cəmiyyətlərdə, status iyerarxiyasında üst pillələrdə yer alanların sosial statusları izah edilərkən, nəzərə alınan dəyərlər və bu dəyərlərlə əlaqəli normalar cəmiyyətdəki fürsət bərabərliyi və ya bərabərsizliyinin izahında da nəzərə alınmalıdır. Yuxarı statuslara malik olanlar, statusları, sosial mövqeləri və bunlarla bağlı olan digər sosial məsələləri izah edərkən, “qohumbazlıq”, “yerlibazlıq”, “ideologiya birliyi”, “dini icma ortaqlığı” və “varislik” kimi anlayışlara istinad edərək izah edərlərsə, qanun qarşısında hamının bərabər olduğuna dair prinsip praktik cəhətdən əhəmiyyət kəsb etməz və fürsət bərabərsizliyi yaranar.
Mobilliklə bağlı mübahisələrin mərkəzində, cəmiyyətin ən alt təbəqəsində yer alan fərdlərin cəmiyyətin ən qabiliyyətsiz fərdləri olduğu məsələsidir. Bu durum, daha qabiliyyətli fərdlərin yer aldığı yuxarı və orta təbəqəyə nisbətən aşağı təbəqədə yer alan ailələrin çoxuşaqlı olması ilə də dəstəklənir. İqtisadi inkişafla birlikdə, sosial strukturdakı dəyişikliklər yeni statusların ortaya çıxmasına səbəb olarkən, digər tərəfdən dəyişmə, status iyerarxiyasının da fərqliləşməsinə yol açır. Yuxarı statuslarda meydan gələn boşluq, aşağı təbəqədən gələnlər vasitəsilə doldurulur. Bu prosesdə yuxarı
sinif təcrübəsi yenidən yaşanır, fərd özünü mənəvi cəhətdən yenidən istehsal etməyə başlayır və ən qısa müddətdə aşağıdan yuxarı təbəqəyə yüksələn bir digər qrup ortaya çıxar. Beləliklə cəmiyyət, əvvəlkinə nisbətən daha az qabiliyyətli olan qrupların yüksəlişini zehni və ictimai cəhətdən qəbul edir.
Sosial mobilliklə bağlı aparılan tədqiqatlarda ən çox nəzərə alınan faktor peşə strukturundakı dəyişmələrdir. Sosial mobilliyi təkcə peşə strukturu və bu strukturdakı dəyişikliklərə dayanaraq izah etməyə çalışan baxış tərzi mövcuddur. Xüsusilə, müasir sosiologiyada bu meyl daha çox diqqəti cəlb edir. Məsələn, U.Mure, sənaye cəmiyyətlərində mobilliyin səviyyəsi qədər, sürəti və əhatə dairəsi baxımından əsas səbəbinin peşə strukturundakı dəyişikliklər olduğunu müəyyənləşdirir [4,s.412-420]. Bu baxış tərzinə malik sosioloqların əksəriyyətinə görə, eyni və ya yaxın peşələr içindəki yerdəyişmə üfüqi, fərqli peşələr arasında yerdəyişmə isə şaquli mobillikdir. Sosial mobillik araşdırmalarında şaquli mobillik müəyyən bir peşənin fərqli mərtəbələri arasında və ya fərqli mərtəbədən peşələr arasında yuxarı və ya aşağıya istiqamətlənən yerdəyişmə prosesi nəzərdə tutulur. Əsasən, bu iki mobillik növü bir-biri ilə müəyyən əlaqəyə malikdir. Çox vaxt şaquli mobillik eyni zamanda üfüqi mobilliyə də səbəb olur. Sosial mobilliklə bağlı aparılan tədqiqatlarda diqqətə alınması vacib olan amillərdən biri də zaman amilidr. Xüsusilə, nəsil daxili və nəsillərarası yerdəyişmə ilə bağlı aparılan tədqiqatlarda zaman faktoru müəyyənedici xüsusiyyətə malikdir.
Anoloji olaraq mobilliyin deqradasiyasının da iki əsas forması vardır: birincisi, ayrı-ayrı fərdlərin yüksək sosial vəziyyətdən aşağıya doğru enməsi; ikincisi, qrup halında sosial vəziyyətin itirilməsi.
Bir qədər aşağı mənsəbli vəziyyətdə olan qrupda fəaliyyət göstərən fərd yüksək statuslu vəziyyətə nail olmaq üçün qrup və ya təbəqələrarası maneələri dəf etməlidir. Daha yüksək qrupa mənsəbli qrupa doğru irəliləmək istəyən fərdin yuxarıda dediyimiz maneələri dəf etməsi üçün müəyyən enerjisi vardır.
Cəmiyyətin strukturunda dəyişikliklər mobilliyin inkişafı üçün yeni imkanlar açır. Məsələn, müasir elektron hesablama sənayesində yüksək peşəkarlığa malik olan mütəxəssislərə böyük ehtiyac vardır. Yaxud xidmət sahələrində həm əmək haqqı, həm də status fiziki əmək işçilərindən yüksək olduğu üçün adamlar bu sahəyə axışırlar və deməli yüksək mobillik nümayiş etdirirlər [8,s.100].
Bizim cəmiyyətə oxşar cəmiyyətlərdə siniflər daha açıqdır. Sosial nərdivan üzrə qalxmaq və enmək mümkündür, bu hallarda yüksələn və ya enən mobillik haqqında danışırlar. Açıq tipli cəmiyyətlər sosial qruplar arasında insanın sosial vəziyyətinin yüksəlməsinə daha çox imkan verir, lakin sosial mobilliyin deqradasiyası qorxusunu da yaradır. Belə ki, fərd öz aşağı vəziyyətinə görə cəmiyyəti məzəmmət edə bilmir, amma aşağı vəziyyətin bütün məsuliyyətini özü daşıyır. İstənilən müasir demokratik cəmiyyətdə sosial mobillik imkanının olması əhəmiyyətlidir, lazımdır və mədəniyyətin ayrılmaz hisəsidir. Qapalı sinifli cəmiyyətlər sosial qrupların istedadlı nümayəndələrinə sosial həyatda daha fəal iştirak etmək imkan vermir. Yüksək statuslu sosial mobillik yalnız mürəkkəb strukturlu cəmiyyətlərdə əhəmiyyətli və münasibdir.
Социальная мобильность как показатель демократического общества
РЕЗЮМЕ.
В статье отмечается, что во время исследования социальной мобильности, социальной структуры и социальное развитие должны быть приняты во внимание. Кроме того, отмечается, что урбанизация, изменения в структуре занятости и уровня образования, а также изменения в социальной структуре являются факторами, которые влияют на социальную мобильность. В итоге, отмечается, что экономические, политические, социальные и др. изменения, происходящие в социальной структуре, завершается вертикальной и горизонтальной мобильности в этой области.
Social mobility is an indicator of a democratic society
SUMMARY.
The article notes that during the investigation of social mobility, social structure and social development should be taken into account. In addition, it is noted that urbanization, changes in the structure of employment and education, as well as changes in the social structure are the factors that affect social mobility. As a result, it is noted that the economic, political, social and others. Changes taking place in the social structure, completed the vertical and horizontal mobility in the field.
ƏDƏBİYYAT
1. Ağayev T.B., Vahidov F.Q. Sosiologiya. Dərs vəsaiti. Bakı: Təknur, 2008.
2. Ficher J. Sosyoloji nedir. Konya: Toplum, 1990.
3. http://www.aztv.az/readnews.php?lang=az&id=5347. Böyük Britaniya hökümətinin keçmiş üzvü ölkədə sosial mobilliklə bağlı vəziyyəti ciddi tənqid edib. 31-05-2012
4. Kemerlioğlu E. Erzurumda Meslekler ve Sosyal Tabakalaşma, Erzurum Universiteti, Çap olunmamış Doktorantura Dissertasiyası, Erzurum, 1973.
5. Korkmaz A. Sosyal hareketlilik: eğitim ve mesleğin sosyal hareketliliğe etkisi, Sosioloji konfransları, № 1, 2011.
6. Qərbi Avropada və ABŞ-da sosiologiya tarixi. Bakı: Turan, 2010.
7. Lipset S.M., Bendix R. Social Mobility in Industrial Society, Published by University of California Press, California, 1967.
8. Sosiologiya, Dərs vəsaiti, Bakı: İqtisad Universiteti, 2006.
9. Сорокин П. А. Человек, Цивилизация, Общество, Мockвa, 1992.
10. Wright M., Gerth H. Charecter and Social Structure, London, 1969
Açar sözlər: Sosial struktur, sosial mobillik, şaquli mobillik, üfüqi mobillik
Ключевые слова: социальная структура, социальная мобильность, вертикальная мобильность, горизонтальная мобильность
Key words: social structure, social mobility, vertical mobility, horizontal mobility
VÜQAR İSMAYILOV,
İqtisadiyyat üzrə fəlsəfə doktoru
"Geostrategiya" jurnalı № 05 (35) SENTYABR-OKTYABR 2016
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM