SUMQAYIT ÜSYANI (7 noyabr 1963-cü il) MƏXVİ QRİF ALTINDA SAXLANILMIŞ SƏNƏDLƏRDƏ

09:00 / 26.01.2017

Sovet hakimiyyəti illərində mövcud olan totalitar sistem bu rejimə qarşı baş verən etiraz aksiyalarını, üsyanları daim xalqdan gizli saxlamışdı. Belə hadisələrdən biri uzun müddət xalqdan gizli saxlanılan 7 noyabr 1963-cü ildə baş vermiş Sumqayıt üsyanıdır.
83 millət və xalqın yaşadığı Sumqayıt şəhərində bu günə qədər bir sıra mühüm hadisələr baş vermişdir ki, bunlardan 7 noyabr 1963-cü il və 27-29 fevral 1988-ci il tarixlərində baş vermiş hadisələr daha çox diqqəti cəlb edir. Bu hadisələrin hər ikisi Sumqayıtda baş versə də, mahiyyət etibarilə bir-birindən kəskin fərqlənirlər. Əgər 7 noyabr 1963-cü il üsyanı şəhər əhalisinin sovet rejiminə qarşı, o dövrdə yeridilən siyasətə qarşı çevrilmişdisə, 27-29 fevral 1988-ci il hadisəsi erməni mərkəzləri tərəfindən Azərbaycana qarşı planlı şəkildə qabaqcadan hazırlanmış bir təxribat idi. Erməni mərkəzləri təxribatları gücləndirmək, düşmənçiliyi qızışdırmaq və azərbaycanlıların DQMV və Ermənistandan qovulmasının sürətləndirmək məqsədi ilə bu hadisəni törətmişlər.
7 noyabr 1963-cü il üsyanı XX əsrin 50-ci illərin axırı-60-cı illərin əvvələrində iqtisadiyyatda buraxılan kobud səhvlərə, sovet rəhbərliyinin yeritdiyi səhv siyasətə qarşı çevrilmişdir.
Şəhər partiya təşkilatının orqanı olan “Sosialist Sumqayıtı” qəzetinin 12 noyabr 1963-cü il tarixli sayında həmin hadisənin baş verdiyi günlə bağlı “Sumqayıtlıların bayram nümayişi” başlıqlı geniş reportaj verilmiş, hadisə haqqında susmağa üstünlük verilmiş və bu hadisə 30 ilə yaxın xalqdan gizlədilmişdir. Hadisə ilə bağlı sənədlər tamamilə məxvi qrifi altında arxivlərdə saxlanılmış, son zamanlara qədər tarixçilərin istifadəsinə verilməmişdir. Buna görə də hadisə haqqında hər hansı tədqiqatların aparılması mümkün olmamışdı.
Qeyd etmək lazımdır ki, Sumqayıt hadisəsinə qədər SSRİ-nin digər ərazilərində, 1957-ci ildə Rusiyada Moskva ətrafında Podolsk şəhərində, 1959-cu ildə Qazaxstanın Temirtau şəhərində,1961-ci ildə Azərbaycanın Kirovabad (indiki Gəncə) şəhərində,1961-ci ildə Rusiyanın Altay vilayətinin Biysk şəhərində, 1961-ci ildə Rusiyanın Krasnodar şəhərində,1961-ci ildə Rusiyanın Murom və Aleksandrov şəhərlərində, 1961-ci ildə Osetiyanın Beslan şəhərində, 1962-ci ildə Rusiyanın Novoçerkassk şəhərində və digər ərazilərdə sovet hakimiyyəti əleyhinə etiraz aksiyaları, üsyanlar, iğtişaşlar baş vermişdir.
SSRİ-nin digər ərazilərində baş vermiş anti-sovet üsyanlar, etiraz aksiyaları ilə yanaşı Sumqayıt üsyanı haqqında da məlumatlar XX əsrin 80-ci illərin axırlarında aşkara çıxarılmağa başlanmışdı.
Sov.İKP MK Baş katibi M.S.Qorbaçov1988-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri V.Çebrikova SSRİ-də 1957-1988-ci illərdə baş vermiş kütləvi ixtişaşlar haqqında məxvi arayış hazırlanmağı tapşırmış və bundan sonra digər hadisələrlə yanaşı Sumqayıt hadisəsi barəsində də məlumatlar işıq üzü görməyə başlamışdı. Bu arayışda yazılmış məlumatlar yalnız SSRİ dağıldıqdan sonra xalq məlum olmuşdur. Arayışda 7 noyabr 1963-cü il tarixdə baş vermiş Sumqayıt hadisəsi haqqında qısa olaraq qeyd olunur ki, 800 nəfərin iştirakı ilə baş vermiş kütləvi ixtişaşda bir nəfər yaralanmış, 6 nəfər həbs olunmuşdur. [1]
Sovet tarixşünaslığında Sumqayıtın 60-cı illər tarixinə aid çoxlu sayda kitab və məqalələr nəşr olunsa da bunların heç birində 7 noyabr 1963-cü il hadisəsi haqqında məlumata rast gəlmək mümkün deyil.
A.A.Abbasov və A.Q.Səlimzadənin 1987-ci ildə rus dilində nəşr olunan “Qardaşlıq şəhəri. Sumqayıtın yaranması və əhalisinin formalaşmasının etnoqrafik xüsusiyyətləri” kitabı faktların zənginliyi baxımından özündən əvvəl yazılan kitablardan fərqlənsə də hadisə haqqında heç bir məlumat yoxdur. Müəlliflər Sumqayıtın yaranmasında müxtəlif millət və xalqların nümayəndələrinin iştirak etdiyini, orada 83 millət və xalqın yaşadığını xüsusi qeyd ediblər. Onlar 1959, 1970 və 1979 - cu illərdə keçirilən əhalinin Ümumittifaq siyahıya alınmasının materiallarından, sosioloji tədqiqatlardan, şəhərin infomasiya-hesablama stansiyası, VAQ idarəsi, şəhər, zavod qəzetləri, yerli arxivlərin materialları və s. mənbələrdən istifadə ediblər.
Kitabda qeyd olunur ki, şəhərin yaranmasında Bakı sənaye mərkəzinin elektiriklə təmin olunmasını yaxşılaşdırmaq üçün 1935-ci ildə bu ərazidə istilik elektirik stansiyasının yaradılması haqqında çıxarılmış qərar mühüm rol oynayıb. Bundan sonra 1939-cu ildə Sumqayıt boru-yayma zavodunun tikilməsi haqqında qərar qəbul olunub və zavod 1952-ci ildə ilk məhsulunu verməyə başlayıb. Kitabda Sumqayıtın metallurgiya və kimya müəssisələrinin tikintisi üçün SSRİ-nin müxtəlif şəhərlərində yerləşən 300-dən artıq zavodun öz məhsullarını göndərməsi, şəhərin ilk 500 inşaatçısının 1944 - cü ilin martında Krasnovodskdan, sentyabrda isə Barnauldan gəlməsi xüsusi qeyd olunub. Bundan başqa kitabda komsomol xətti ilə 1964-cü ilin üç ayı (feral, mart, aprel) ərzində Sumqayıta 48 millət və xalqı təmsil edən 4000 gənc gəlməsi müsbət hal kimi dəyərləndirilib.
H.Ş.Sadıxovun 1984-cü ildə rus dilində nəşr olun­muş “Azərbaycanın gənc şəhərlərinin beynəlmiləl əlaqələri” kitabında müəllif Azərbaycanın gənc şəhərləri, Sumqayıt, Mingəçevir, Əli-Bayramlının (Hazırda-Şirvan) başqa respublikaların və xarici ölkələrin şəhərləri ilə dostluq və mədəni əlaqələrindən, bu şəhərlərin salınmasında digər sovet respublika mütəxəssislərinin rolu, həmin şəhərlərin əhalisinin milli tərkibi, qarışıq nikahların sayı və bu cür nikahların müsbət nəticələrindən bəhs edilmişdir. Kitabın 19,38,47,102,115,123,134 və s. səhifələrində faktların mənbələrinin göstərilməməsi bunların həqiqiliyinə şübhə yaradır. Bundan başqa müəllif 14-cü səhifənin birinci abzasında heç bir mənbəyə əsaslanmadan Sumqayıt şəhərinin salınmasında 72 millət və xalqın nümayəndələrinin iştirak etdiyini göstərdiyi halda, həmin səhifənin ikinci abzasında “Pravda” qəzetinin 6 yanvar 1961-ci il tarixli sayına istinadən bu rəqəmin 45 olduğunu bildirir. Bu faktlar onu göstərir ki, bir çox müəlliflər kommunist partiyasının milli siyasətini təbliğ edərkən onlar üçün yaradılmış şəraitdən sui-istifadə edərək, kitab və məqalələr yazarkən mövcud olmayan faktlardan istifadə etməkdən belə çəkinməmişlər. Müəlliflər öz əsərlərində sovet rejiminə sərf edən, lakin realıqda mövcud olmamış faktlardan istifadə etdikləri halda, sovet rejiminə qarşı baş vermiş real hadisələr barədə susmağa üstünlük vermişlər.
Sovet tarixçilərinin əksinə olaraq burjua alimləri bu dövrdə Azərbaycanda yeni sənaye mərkəzlərinin yaradılması ilə bağlı daha real faktlara əsaslanaraq, bunu Azərbaycana qayğı deyil, yeni müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi baxmışlar. Məsələn, burjua alimi Kolars o zaman yazırdı: “Azərbaycanda rus müstəmləkəçiliyi... davam edəcəkdir, ona görə ki, sənaye Bakıdan başqa yerlərə: Kirovabada - qədim Gəncəyə, Daşkəsənə, Mingəçevirə, Sumqayıta keçirilmişdir. Daşkəsənin ilk mədənçiləri Ukraynadan gəlmişdir. Sumqayıt inşaatçıları Xarkovdan, Moskvadan, Leninqraddan və Çelyabinskdən çağrılmışlar.”
Əslən Azərbaycanlı, o zaman Türkiyədə mühacirətdə yaşayan, tarixçi H.Baykara isə demişdi: “Rusiyadan Azərbaycana rus kəndlisini zorla köçürmək yetməyirmiş kimi, Azərbaycanda tikilən hər bir fabrikaya minlərlə rus, ailələri ilə birlikdə köçürülməkdədir. Buna da Azərbaycanda sənaye yüksəlişi adı verilir.”(6, s.172-173)
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra da tədqiqatçılar bu hadisəyə demək olar ki, diqqət verməmişlər. Lakin M.Zülfüqarovun “Sumqayıt siyasi mübarizə burulğanında” məqaləsi [3,17 avqust 1996] və Surxay Hüseynli, Azər Hüseynbalanın hadisənin şahidlərinidən birindən götürdükləri “Sumqayıtda 1963-cü il 7 noyabr nümayişi niyə iğtişaşa çevrilib?” başlıqlı müsahibələri [2, 19 yanvar 2011] bu məslədə istina təşkil edir. Bundan başqa 2008-ci ildə “İctimai TV”-nin sifarişi ilə çəkilmiş, ssenari müəllifi Müqəddəs Şahbazov olan “Danışan tarix. Sumqayıt ...1963” sənədli filmi də hadisənin obyektiv öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.
“Sumqayıt siyasi mübarizə burulğanında” məqaləsində müəllif Türkiyədə siyasi mühacir həyatı yaşamış, tarixçi H.Baykaraya istinadən 60-cı illərdə Sumqayıtı idarə edənlərin 95 faizinin rus, erməni və başqa türk olmayan millətlərdən ibarət olması göstərilmişdir. Məqalədə SSRİ-nin Novoçerkassk və s. şəhərlərində olduğu kimi Sumqayıtda da 60-cı illərdə sovet rejimi əleyhinə çıxışların baş verdiyi qeyd olunmuşdur. Məqalədə deyilir: “...kommunist rejiminə qarşı 60-cı illərdə genişlənən mübarizə mərkəzlərindən biri Sumqayıt şəhəri idi. 1963-cü il noyabr ayının 7-də şəhərin əsas meydanında bayram nümayişi zamanı hökümətin siyasətindən narazı əhali ilə milis arasında ciddi toqquşma baş vermiş və bu hadisə iqtisadi vəziyyəti dözülməz olan əhalinin kortəbii qiyamının başlanması üçün qığılcım olmuşdur. Əhali S.Vurğun adına mədəniyyət sarayının qarşısında asılmış N.Xuruşşovun portretini daş kəsəklə dağıtdıqdan sonra, mağazaların vitrinlərini sındıraraq milis idarəsinə hücum etmiş, milisin atəş açması nəticəsində bir neçə nəfər yaralanmışdır. Əhali buna dözməyərək iki milis motoskletini yandırmış və şəhər hərbi komissarını döyərək ölümcül hala salmışdır.” [4,17 avqust 1996]
Məqalədə həmçinin 60-cı illərin əvvəllərində, məqsədi müstəqil və vahid Azərbaycan olan, lakin diqqəti yayındırmaq üçün “ Ümumi Azərbaycan zəhmətkeş və kəndli partiyası ” adlandırılan gizli təşkilat haqqında da məlumat verilib. Həmin dövrdə Gəncə, Xanlar kimi Sumqayıt da bu təşkilatın əsas mərkəzlərindən birinə çevrilib. Təşkilatın üzvləri təbliğat işində millətlərin öz müqəddəratını təyin etmək hüququndan geniş istifadə edirdilər. 1967-ci ildə DTK bu təşkilatın izinə düşərək 20 nəfər üzvünü həbs etmişdir ki, bunlardan da 6-sı Sumqayıtdan idi.” (4, 17 avqust 1996)
“Danışan tarix. Sumqayıt ...1963” sənədli filmində hadisə ilə bağlı daha geniş məlumat verilir. Filmdə qeyd olunur ki, Sumqayıtda əhalinin etiraz aksiyaları əvvəlki illərdə də olmuşdu. Sovet rejimində narazı fəhlələr 1961 və 1962-ci illərdə Boru Yayma və Üzvi Sintez zavodunda oturaq aksiyalar keçiriblər. Azərbaycan SSR-in Daxili İşlər Naziri Xəlil Məmmədovun Azərbaycan KP MK-ya 8 noyabr 1963-cü il tarixdə hazırladığı məxvi məlumatda deyilirdi: “7 noyabr 1963-cü il saat 10.00-da nümayiş başlayıb. Saat 10.30-da 1 nömrəli trestin emal zavodunun kolonunda kütləvi iğtişaş baş verib. Şəhər milis Şöbəsinin rəisi Krol, onun müavini kapitan Didiaşvili, sahə müvəkkili leytenant Nəsibov döyülüb. Milis binasına hücüm olub, şüşələr sındırılıb, iki motoskl yandırılıb. Bakıdan kömək gəldikdən sonra bayram nümayişindən keçməmiş 3 müssisə fəhlələrinin qarşısı alınıb. İğtişaşda iştirak edən fəhlələr Xruşşovun portreti aşağı salaraq, Stalinin portiretini qaldırıblar. Stalinin şəklinin bir cavan oğlan tərəfindən kartonun üstündə əl ilə çəkdiyi bildirilir. Narazı kütlə tribunaya yaxınlaşanda oradakı rəhbər işçilər hamısı qaçmağa məcbur olublar. Hətta “Stalin” deyə-deyə irəliləyən nümayişçilər Şəhər İcra sovetini sədri Kamal Axudovun (Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundovun qardaşı) əlinə Stalinin şəklini verərək ondan “Yaşasın Stalin” deməsini tələb etmiş, o bu şüarı deməyə məcbur olduqdan sonra ondan əl çəkmişlər. Cavan gəlin qucağında uşaq dəstəyə qoşulub. Deyib aclıq olan yerdə uşaq mənim nəyimə lazımdır. Çörək dükanları dağıdılıb. Rabitə idarəsinə daxil olub kabelləri kəsiblər. İğtişaş milis idarəsinin qarşısında davam edib. Lakin silahların götürlməməsi bunun arxasında hər hansı təşkilatın durmadığını sübut edir.”[3, 2008]
Hadisənin şahidlərindən birinin dedikləri: “Meydanla milis idarəsinin arası təxminən iki kilometr olardı. İdarənin binası qarşısında iki-üç motosiklet, bir ədəd də “Alabaş” adlanan avtobus vardı. Milislər yaralı yoldaşlarını içəri keçirib qapıları bağlamışdılar. Bura yığışan nümayişçilər həmin avtobusu dala-qabağa itələyib milis idarəsinin binasına vurur, qapını qırıb içəri keçməyə cəhd göstərirdi. Bir dəstə nümayişçi isə binanın pəncərələrinə daş atırdı. Vəziyyətin çıxılmaz olduğunu görən milislər içəridən camaata tərəf atəş açmağa başladılar. Bu zaman 12-13 yaşlı bir oğlan uşağına güllə dəyməsi kütləni daha da coşdurdu. Onu ağır vəziyyətdə götürüb yaxınlıqdakı xəstəxanaya apardılar, sağ qalıb-qalmaması barədə məlumat almaq mümkün olmadı. Güllə atılandan sonra etirazçılar motosikletləri yandırdılar, binada bütün pəncərələrin şüşələri artıq çilik-çilik etdilər. Amma atəş açılandan sonra iğtişaşçılar binanın içərisinə girmək niyyətindən çəkindilər. Biz oradan yenidən meydana qayıtdıq. Burada aksiya davam edirdi, hakimiyyət nümayəndələrindən, milis əməkdaşlarından heç kəs orada yox idi. İğtişaş zamanı meydanda ən azı 30-40 min adam olardı. Meydanda çıxış edənlər vardı, hakimiyyətin, Xruşşovun əleyhinə danışırdılar. Amma nə Vəli Axundovun, nə də qardaşının əleyhinə bir kəlmə söylənilmirdi... Şəhər partiya komitəsinin qarşısında çıxış edənlər Xruşşovun əleyhinə şüarlar səsləndirirdilər. Onlar deyirdilər ki, Xruşşov ölkədə aclığa, çörək qıtlığına səbəb olub. O zaman SSRİ-də, eləcə də Azərbaycanda çörək qıtlığı yaranmışdı. Təxminən 1963-cü il yayın axırlarından Sumqayıtda da çörək qıtlığı başlamışdı. Arada bir-iki gün demək olar ki, ümumiyyətlə, çörək tapılmırdı.” [2, 19 yanvar 2011]
Hadisə baş verərəkən Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi Nadir Balakişiyev olmuşdu. O, 1962-1971-ci illərdə şəhərə rəhbərlik etmişdi. O, sonradan şəhərin sosial problemlərinin həll olunmamasını hadisənin baş verməsində əsas amil olduğunu qeyd etmişdi. N.Balakişiyev şəhərin 60-cı illər problemləri haqqında deyirdi: “Sumqayıta axın çox idi. Gənclərin mənalı istirahəti üçün bir sıra tədbirlərin həyata keçirilməsi zərurətdən doğurdu. Təəssüflər olsun ki, vəsait olmadığından istəyimiz çox vaxt kağız üzərində qalırdı. Sumqayıtda əhalinin orta yaş həddi 24 idi. Deməli, gənclərin tələbinə uyğun olaraq onları bir sıra obyektlərlə sevindirməli idik. Nəsimi adına parkda böyük sağlamlıq-idman bazası yaratmaq fikrimiz vardı. Kompleksin ən böyük obyekti isə stadion olmalı idi. Bütün layihələr hazırlanmışdı. Lakin vəsaitimiz çatışmırdı. Azərbaycan Respublikası Nazirlər Soveti bizə pul ayırmaqdan imtina etmişdi. Bir neçə dəfə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin məsul işçiləri ilə görüşdüm. Bu işdə bizə kömək etmələrini xahiş etdim. Hərdən mübahisələrimiz də olurdu.“Çalışın, öz gücünüzə tikin, büdcədə istədiyiniz qədər vəsait yoxdur”, deyirdilər.” [5, 30 aprel 2015]
Bu cür faktlar sübut edir ki, hadisə baş verən dövrdə şəhərin iqtisadi vəziyyəti, o cümlədən şəhər əhalisinin sosial vəziyyəti acınacaqlı vəziyyətdə idi. İ.Stalinin ölümündən sonra 1953-cü ilin martında hakimiyyətə gəlmiş N.S.Xruşşovun yeritdiyi siyasət 60-cı illərin əvvələrində SSRİ-nin hər yerində olduğu kimi Azərbaycanda da ərzaq qıtlığına səbəb olmuşdur. Bu dövürdə əhaliyə aşağı keyfiyyətli qara çörəyin belə talonla verilməsi vətəndaşların rejimdən haqlı narazılığına gətirib çıxarmışdı. Fikrimizcə Sumqayıt hadisəsinin baş verməsində bu amil mühüm rol oynamışdı.
“Kommunuzm quruculuğu” planı adlandırılan, 1959-cu ildə qəbul olunmuş yeddi illik (1959-1965) planın uğursuzluğu ölkəni dərin iqtisadi və sosial böhrana sürükləmişdi. Sonradan N.Xruşşovun bu siyasəti subyektivizm və volyuntarizmin təzahürü kimi kəskin tənqid olunmuşdur. Sovet hakimiyyəti illərində səhvlərin vaxtında deyil, üstündən uzun illər ötdükdən sonra etiraf edilməsi, hər hansı rəhbərin səhvləri hakimiyyətdə olduğu vaxtda deyil, öləndən və ya hakimiyyətdən devrildikdən sonra tənqid olunması sovet sisteminin anti-demokratik mahiyyət daşıdığını sübut edir.
Hadisədən sonra, 16 noyabr 1963-cü il tarixdə Azərbaycan KP Sumqayıt şəhər təşkilatının plenumunda hadisə geniş müzakirə olunsa da hadisəyə düzgün siyasi qiymət verilməyib. Plenumda Sumqayıt Şəhər partiya komitəsinin birinci katibi Nadir Balakişiyev, katib Ramiz Məmmədzadə, Sosialist Əməyi Qəhrəmanı Məzahir Abdullayev və digər iştirakçılar çıxış edərək hadisənin bir qrup sərxoş gənc tərəfindən törədildiyini qeyd etmiş, hadisənin baş verməsinə əsas səbəb kimi şəhərdə ideoloji işin zəif olmasını göstərmişlər. Qocaman kommunist Salman Salmanov öz çıxışında şəhər rəhbərliyinə üzünü tutaraq “hadisə vaxtı tribunadan qaçdığınıza görə sizə ayıb olsun” demişdi. [3, 2008]
Sumqayıtda baş verənlər daha sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 19 noyabr 1963-ci il tarixdə keçirilmiş geniş tərkibli iclasında müzakirə olunub. Bu iclasda da şəhərdə baş verənlərin əsil səbəblər göstərilməyərək, ümumi müzakirələr aparılıb.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundov öz çıxışında qeyd edib ki, “Şəxsiyyətə pərəstiş tənqid olunandan sonra Sumqayıtda Stalinin portireti ortaya çıxır. Bu hamımıza böyük zərbədir”.
Azərbaycan KP Sumqayıt şəhər təşkilatının birinci katibi Nadir Balakişiyev isə Stalinin portretinin 1963-cü ilin 1 may nümayişinə də gətirildiyini, lakin bunun qarşıdurmaya səbəb olmadığını göstərmiş, 7 noyabrda baş verənləri bir qrup vlasovçunun, millətçinin törətdiyini qeyd edərək, yeni insanın tərbiyəsi işində şəhərdə böyük nöqsanların olduğunu xüsusi vurğulamışdır. [3, 2008]
Sumqayıtda baş verənlərlə bağlı 11 noyabr 1963-cü il tarixdə açılmış çinayət işi müstəntiq Arutyunov tərəfinfən yekunlaşdırıldıqdan sonra, 8-19 iyun 1964-cü il Ali Məhkəmənin qapalı iclasında təqsirləndirilənlərə hökm oxunmuşdu. Əvvələr özlərini təqsirkar bilməyən 6 nəfər Sumqayıt sakini, sonradan təcritxanada onlara verilən işgəcələrin nəticəsində sərxoş vəziyyətdə bunları etdiklərini boyunlarına aldılar. Həbs olunarkən onlardan üçünün yaşı 22, birinin 23, birinin 25, ən yaşlısının isə 36 yaşı var idi. Onlar Cinayət Məcəlləsinin 72-ci maddə ilə təqsirli bilinərək azadlıqdan məhrum edildilər.
Həbs olunanlar aşağıdakı şəxslər idi:
• 1938- ci ildə Yardımlı rayonunda anadan olmuş - Miriş Bulud oğlu Əlmirzəyev
• 1940-cı ildə Tovuz rayonunda anadan olmuş - Səməndər Adil oğlu İbrahimov
• 1941-ci ildə Astara rayonunda anadan olmuş -Yaşar Museyib oğlu Mahmudov
• 1941-ci ildə Nuxa rayonunda anadan olmuş - Ənvər Məhərrəm oğlu Mahmudov
• 1941-ci ildə Saatlı rayonunda anadan olmuş - Nikolay İvanoviç Şevçenko
• 1927-ci ildə Qubadlı rayonunda anadan olmuş - Asif Humay oğlu Bayramov
Faktlar sübut edir ki, həbs edilmiş gənclərə qarşı irəli sürülmüş ittihamların heç bir əsası olmamış, məhkəmənin qərarı yuxarıların sifarişi əsasında qəbul olunmuşdu. Çünki əhalinin sosial-iqtisadi problemlərini həll etməkdə aciz olan sovet rəhbərliyi hadisənin əsil səbələrini ört-basdır etməyə çalışırdı. Onların bunu güya bir qrup gənc tərəfinfən sərxoş vəziyyətdə, təsadüfən törədildiyini bildirməsi reallıqdan çox uzaq idi. Lakin SSRİ-nin müxtəlif ərazilərində baş verən və xalqdan gizli saxlanılan bu hadisələrə biganə qalan sovet rəhbərliyi, az sonra, 1964-cü ilin oktyabrında məhz bu hadisələrin təsiri ilə dəyişildi. N.S.Xruşşovu hakimiyyətdən devirərək, onun yerinə L.İ.Brejnevi Sov.İKP MK Baş katibi vəzifəsinə gətirildi. Lakin bununla heç də əhalinin sosial-iqtisadi problemləri həll olunmadı. Tək partiyalı, totalitar, avtoritar rejimin hökm sürdüyü Sovet İttifaqı xalqların milli-azadlıq mübarizəsi nəticəsində 1991-ci ilin dekabrında tarix səhnəsindən silindi. Bu prosesdə Sumqayıt əhalisinin də fəal iştirak etdiyi Azərbaycan milli-azadlıq hərəkatı (1988-1991-ci illər) mühüm rol oynamışdı.

 

ƏDƏBİYYAT
1. АПРФ, ф.45,оп. 1,д. 1120, лл. 48-81; Козлов В.А. МАССОВЫЕ БЕСПОРЯДКИ В СССР ПРИ ХРУЩЕВЕ И БРЕЖНЕВЕ (1953 - НАЧАЛО 1980-Х ГГ.) Издание третье, исправленное и дополненное. Москва РОССПЭН 2009.s.518
2. “Azadlıq” qəz.
3. “İctimai TV” “Danışan tarix. Sumqayıt ...1963” sənədli filmi
4. “Millət” qəz.
5. “Xeber.com”
6. Köçərli T. Tarixi saxtalaşdıranlar əleyhinə. Bakı, Azərnəşr, 1972, 183 s.

Açar sözlər: sovet rejimi, üsyan, etiraz aksiyası, tarixşünaslıq.
Ключевые слова: советский режим, забастовка, акция протеста, историография.
Keywords: Soviet regime, rebel, protest, historiography.

РЕЗЮМЕ
Статья посвящена Сумгаитским событиям (7 ноября 1963 г.) Во годы советский власти все эти событие скрывали от народа. Толька после развала СССР была возможност получить объективных информации об этих собитый. Факты доказывают что вес период котый сушестововал советский режим, можна сказать что каждый год разных регонах СССР произашло забастовки, акции протеста против режима.

Resume
Article is dedicated to Sumgait protest happened during Soviet power ( 7 November, 1963 ). During the Soviet power, such events were kept confidential from the people. Only after collapse of USSR, it was possible to gain the objective information about such events. Facts show that, during the Soviet power, almost every year the rebels or protests happened against the Soviet regime in different regions of USSR.

 

MƏHƏRRƏM ZÜLFÜQARLI , Tarix üzrə fələsəfə doktoru, dosent

"Geostrategiya" jurnalı № 06 (36) NOYABR-DEKABR 2016


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM