XIX ƏSR-XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ GÖYÇƏ MAHALININ TARİXİ COĞRAFİYASI VƏ İNZİBATİ-ƏRAZİ BÖLGÜSÜ

09:00 / 30.01.2017

Tarixlər boyu aborigen türk tayfalarının yaşadığı Göyçə mahalında VIII əsrin əvvəllərindən başlayaraq Qara dəniz bölgəsində yaşayan türk mənşəli kimmer, iskit, sak tayfalarının axını və məskunlaşması prosesi başlamışdır. Türklərin bu etnik köç prosesi XI – XII əsrlərə qədər davam etmişdir. Müxtəlif dövrlərdə bu bölgəyə türk tayfaları olan kimmer, sak, quqar, şirak, katak, peçeneq, oğuz tayfalarının gəlişi nəticəsində yerli türk əhalisinin demoqrafik və etnik mövqeyi güclənmişdir.
Orta əsrlər dövründə də bu bölgənin azərbaycan türklərinin tarixi vətəninin bir hissəsi olması haqqında qaynaqlarda təkzib olunmaz məlumatlar mövcuddur.
Oğuz türklərinin böyük tarixi və ədəbi ensiklopediyası olan “Kitabi Dədə Qorqud” dastanında Göyçə mahalı haqqında geniş məlumatlar verilmiş, bu bölgə Oğuz türklərinin vətəni kimi təsvir olunmuşdur. Bu bölgədə olan bir çox toponimlər dastanda verilən toponim və şəxs adları ilə eyniyyət təşkil edir. Göyçə mahalında ən qədim yaşayış məskənlərindən olan Babacan kəndinin toponim və antroponim( ad bildirən) üzrə yanaşmalarda tarixinə baxsaq bu ad “Kitabi Dədə Qorqud” dastanlarında Baybecan adı çəkilən oguz igidlərindən birinin adı ilə bağlı olduğunu görə bilərik.
Eyni zamanda "Kitabi-Dədə Qorqud" dastanında Göyçə gölü çevrəsini əhatə edən Göyçə mahalı, Göyçə gölü, Ağlağan dağı, Ayğır bulağı kimi toponimlər azərbaycanlıların qədim yaddaşının və mədəniyyətinin izidir.
Göyçə mahalı ərazisi türk mənşəli Sacilərin, sonra Salari və Rəvvadilərin, Səlcuq İmperiyasının, Atabəylər, Hülaki, nəhayət XV əsrdə Qaraqoyunlu, sonralar Ağqoyunlu dövlətləri və Səfəvi dövlətinin tərkibində olub.
Qaraqoyunlu və Ağqoyunlu dövlətləri dövründə Çuxursəd vilayətinin tərkibində olan Göyçə mahalı, Səfəvi dövləti dövründə 13 bəylərbəyilikdən biri olan Çüxursəd bəylərbəyiliyinin ərazi inzibati vahidlərindən biri olmuşdur.
Qaraqoyunluların hakimiyyətinin ilk dövrlərində Çuxursəd vilayətini Sədlilər sülaləsi idarə edirdi. Lakin Qaraqoyunlu hökmdarı İsgəndərin dövründə Sədli tayfasının nümayəndələri idarəçilikdən uzaqlaşdırılmış və Çuxursədin idarəçiliyi birbaşa mərkəzi hakimiyyətə tabe edilmişdir (5, 38-39).
Azərbaycanda Səfəvilər sülaləsinin hakimiyyəti dövründə Çuxursəd bəylərbəyiliyini səfəvi şahlarının təyin etdikləri iki Azərbaycan türk tayfasının – ustaclı və rumlu tayfalarının nümayəndələri idarə edirdi (5, 40).
Çuxursəd bəylərbəyliyinin Həsən bəy Rumlunun “Əhsən-üt təvarix” əsərində 1538-ci ildə xatırlanan ilk bəylərbəyi Bədir xan Ustaclu olmuşdur. 1554-cü ildə Sultan Süleyman İrəvana hücum edərkən Hüseyn xan Rumlu Cuxursəd bəylərbəyi idi (15, 121-122).
Uzunmüddətli Səfəvi-Osmanlı müharibələri dövründə strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bu bölgə ciddi dağıntılara məruz qaldı. Nəhayət, 1590-cı il İstanbul sülh müqviləsinə görə, Cuxursəd bəylərbəyiliyinin ərazisi Osmanlı imperiyasının tabeliyinə keçdi (1, 18).
1590-cı ildə Osmanlılar tərəfindən tərtib olunmuş “Müfəssəl dəftər”ə görə Cuxursəd bəylərbəyliyinin ərazisi iki livaya – İrəvan və Naxçıvan livalarına bölünmüşdür. XVII əsrdə baş verən Səfəvi – Osmanlı müharibələri nəticəsində, 1635-1639-cu illərdə Cuxursəd bəylərbəyliyinin ərazisinin təqribən yarısı Osmanlı imperiyasının tabeliyinə keçdi. XIV-XVI əsrlərdə ona məxsus ərazilərin yalnız İrəvan və Şərqi Şörəyel bəylərbəyliyin əlində qaldı (6, 8-9).
XVII əsrin 30-cu illərindən XVIII əsrin 20-ci illərinə qədər olan dövrdə Cuxursəd bəylərbəyliyi İrəvan, Şərqi Şörəyel Naxçıvan və Maku əyalətlərini əhatə edirdi (5, 42).
XVIII əsrin 20-ci illərində Səfəvi dövlətinin siyasi böhran dövründən istifadə edən Rusiya və Osmanlı imperiyası Cənubi Qafqaza – Səfəvi dövlətinin şimal bölgələrinə hərbi müdaxiləyə başladılar. 1724-cü ildə bağlanan Rusiya-Osmanlı birgə müqaviləsinə görə, Səfəvi dövlətinin şımal bölgələri tərəflər arasında bölüşdürüldü. Bu müqavilədən sonra Azərbaycanın digər əraziləri ilə yanaşı, Cuxursəd bəylərbəyliyinin əraziləri də müharibə meydanına çevrildi.
1724-cü ilin yazında 60 minlik Osmanlı qoşunu Əhməd paşanın komandanlığında İrəvana doğru hərəkətə keçdi. Çuxursəd əhalisi bəylərbəyi Əliqulu xanın rəhbərliyi ilə ciddi müqavimət göstərsədə, çoxsaylı osmanlı qoşunlarının təzyiqi, əlavə hərbi kömək və müntəzəm top atəşi nəticəsində 92 günlük qəhrəmancasına müdafiədən sonra İrəvan qalası böyük çətinliklə ələ keçirildi. İrəvan qalasının mühasirəsi zamanı fitnəkar erməni katalikosu həmədanlı I Astvasaturunun irəvanlılara xəyanət edərək osmanlılara yardım etdiyi üçün, osmanlı paşası ona hədiyyələr vermiş və böyük ehtiram göstərmişdir (5, 46).
XVIII əsrdə Azərbaycan Səfəvi dövlətinin süqutundan sonra bu bölgə Əfşarlar imperiyasının hüdudları daxilində Azərbaycan inzibati ərazisinin tərkibində olmuşdur.
Nadir Şahın ölümündən sonra Göyçə mahalı çevrəsində İrəvan xanlığı yaranmışdır. Nadir Şah Əfşarın İrəvan xanlığı Çuxursəd bəylərbəyiliyi əsasında təşəkkül tapmışdı. Nadir Şah qətlə yetirildikdə İrəvan bəylərbəyi Pir Mahmud xan hakimiyyəti əldən verməməyə cəhd göstərmişdisə də, İrəvanda İran ağalığına qarşı üsyana başçılıq edən yerli feodal Mir Mehdi xan özünü xan elan edərək, müstəqil İrəvan xanlığının əsasını qoydu.
Lakin İrəvan xanlığı keçmiş bəylərbəyiliyin bütün ərazisini əhatə edə bilmədi. Onun bir hissəsi Naxçıvan və digər xanlıqların tərkibinə daxil edildi. İrəvan xanlığı Azərbaycanın qərbində Göyçə gölü ətrafında yerləşmiş və 15 mahaldan ibarət idi: Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, Şərur, Üzməli, Dəzəkənd-Parçenis, Səədli, Talın, Seyidli-Asaxlı, Sərdarabad, Qərbibasar, Abaran, Dərəçiçək və Göyçə. Xanlığın mərkəzi İrəvan şəhəri idi.
Tarixşünaslıqda Göyçə adının etimologiyası ilə bağlı müxtəlif fikirlər mövcuddur. Əksər alimlərin fikrincə bu ad hidronimdir və Göyçə gölünün adından götürülmüşdür. Göyçay sözünün tədricən dəyiçilərək Göyçə formasına düşməsi əsasında əmələ gəlmişdir. Gölün suyunun rəngi göy (təmiz, duru) olduğu üçün Göyçay adlandırılmışdır. Müxtəlif illərdə nəşr olunan “Kitabi-Dədə-Qorqud” dastanlarında Göyçə gölünün adı Göyçə dəniz, Gökcə dəniz, Gökçe dəniz formalarında qeyd edilmişdir (3, 433)
Orta əsr Azərbaycan tarixçisi İsgəndər bəy Münşi Türkmanın “Tarixe-aləmaraye-Abbasi” əsərində də Göyçə gölü haqqında olduqca maraqlı məlumatlar vardır. Bu əsərdə gölün adı Gökcə (Göycə) dənizi və ya Gökcə Təngiz kimi əks olunmuşdur (8, 56; 9, 1201-1205, 1299, 1654).
İsgəndər bəy Münşi öz əsərində Göycə dənizinin təbiəti haqqında yazır: “... Təbiətin paklıq və xürrəmilik vaxtı olan bahar günlərində əlhəzrət zilləlah şah (I Şah Abbas-M) havasının lətafəti, suyunun bolluğu, gül-çiçəyinin çoxluğu, çay və bulaqlarının göz oxşaması ilə göz oxşayan və cənnət gülzarına bənzəyən Göycə dəniz yaylağında işrətlə məşğul olub ov edirdi” (9, 1204).
Səfəvi dövrü Anonim müəllifi “Tarix-i aləmara-yi Səfəvi” əsərində də bu gölün adını “Göyçə dəryası” adlandıraraq yazır: “İsmayıl (Səfəvi-M) Ərdəbildən “Göyçə dəryası kənarına getmək, oradan isə Şərqi Anadoluya keçmək fikrində idi” (7, 124).
Erməni və rus mənbələrində bu göl Göyçay (Sinaya-Voda), Sevank, Qeqam, Qeqarkuni fomasında qeyd edilir (16, 395-396). Rus işğalından sonra məkrli siyasətini davam etdirən erəmənilər Göyçə gölünün adını dəyişdirib Sevank (Qarakilsə) qoymuşlar. Bu ərazidə qədim albanlar tərəfindən qara daşdan tikilmiş kilsə mövcuddur və Göyçə adının Sevank adlanadırılması da bununla əlaqədardır. Bu yolla ermənilər ərazinin tarixi adını saxtalaşdırmaq məqsədi güdmüşlər. Bir çox müəlliflərə görə isə qədim erməni mənbələrində ümumiyyətlə Sevan adına rast gəlinmir. Bu ad Urartu dilindən erməni dilinə keçmiş sue- “su” sözündəndir. Göyçə gölünün Sevan adlandırılması 1930-cu ilə aiddir. Göyçə adının əmələ gəlməsini “gözəl”, “göyçək” termini ilə əlaqələnldirən bir xalq deyimi də var. Guya Əmir Teymur bu ərazilərə yürüş etidyi vaxt Məlik Mənüçöhrdən sərvətinin nə qədər olduğunu soruşub. Cavabında Mənüçöhr “Sayənizdə o qədr sərvətim var ki, bütün Məzrin düzünü kətan yağı ilə suvararam” deyə cavb verdikdə, Əmir Teymur heyrətlə “Göyçək” (Gözəl) deyə qışqırıb. Elə o vaxtdan da bu göl Göyçə adlanıb (12, 81).
XVIII əsrin ikinci yarısı-XIX əsrin əvvəllərində Göyçə gölü hövzəsi inzibati cəhətdən İrəvan xanlığının tərkibinə daxil idi. Xanlığa daxil olan 15 mahaldan ikisi Dərəçiçək və Göyçə mahalları bu ərazidə yerləşirdi.
Topoqrafik cəhətdən İrəvan xanlığının mahalları dağlıq, orta və düzən olmaqla 3 qrupa ayrılırdı. Abaran, Dərəçiçək və Göyçə mahalları bütünlüklə dağlıq ərazidə yerləşən mahallar idi.
Dərəçiçək toponimi Azərbaycan dilndə “iki dağ arasında dərin suxur” mənasında işlənən dərə sözü ilə Azərabycan idilndə “çiçəkləri olan bitki”, “gül” mənasında işlənən çiçək sözünün birləşməsindən əmələ gəlmişdir. Yaşayış məntəqəsi güllü, çiçəkli, gözəl mənzərəli dərədə yerləşdiyi üçün Dərəçiçək adlandırılmışdır 3, 277) Dərəçiçək mahalı iqliminə görə xanlığın ən əlverişli ərazisi idi. Göyçə gölündən ayrılan Zəngi çayı ilə Misxanaçayın yaratdığı dərin dərələrdə yerləşən mahal şimalda Pəmbək nahiyəsi, cənubda Qırxbulaq mahalı, qərbdə Abaran mahalı, şərqdə isə Göyçə gölü ilə həmsərəhəd idi (16, 445). Dərəçiçək mahalı indiki Dərəçiçək-Axta-Hrazdan (Tsaxkadzor-Razdan) rayonu ərazisinə uyğun gəlir (11, 16).
Göyçə mahalı İrəvan xanlığının şimal hissəsini əhatə etməklə, həm ərazisinə, həm də əhalisinin sayına görə xanlığın ən böyük mahalı hesab edilirdi. Bu mahal indiki Ermənistan Respublikası ərazisindəki Çəmbərək (Krasnoselo) rayonuna daxil olan Toxluca, Ağbulaq, Şorca, Ardanış, Cil kəndbrini, Basarkeçər (Vardenis), Qaranlıq (Martuni), Kəvər (Kamo) rayonlarının ərazilərini əhatə edirdi (11, 16).
Qeyd edildiyi kimi, Rusiya-İran müharibəsi nəticəsində imzalanan Türkmənçay (10 fevral 1828-ci il) sülh müqaviləsinə əsasən İrəvan xanlığı Rusiyanın tərkibinə daxil edildi. Çar I Nikolayın 1828-ci il martın 21-də verdiyi fərmana görə İrəvan və Naxçıvan xanlıqları ləğv edildi. Azərbaycanın qədim və tarixi torpaqlarında yeni inzibati bölgü - “Erməni vilayəti” yaradıldı.
Rus tarixçi-statistiki İ.Şopen tərəfindən 1828-ci ilin aprelindən 1832-ci ilin mayına qədər “Erməni vilayəti”ndə kameral siyahıyaalma həyata keçirilmişdir. Həmin siyahıyaalmanın nəticəsinə görə 2 mahalda (Dərəçiçək və Göyçə) ümumilikdə 179 kənd mövcud olmuşdur. Bunlardan 83-ü tamamilə dağıdılmış və viran edilmiş, 96-sı isə yaşayışüçün yararlı, qismən dağılmış kəndlər idi. XIX əsrin 30-cu illərinə doğru Göyçə mahalında dağıdılmamış 59 kənddən 36-sında, Dərəçiçək mahalının 37 kəndindən 20-sində yaşayış olmuşdur.
1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Dərəçiçək mahalında 16, Göyçə mahalında isə 67 kənd dagıdılmış və əhalisi didərgin salınmışdır. Həmin kəndlərə Dərçiçək mahalında Keğam və ya Sevank monastrı, Kiçik Ördəkli, Alaparaq, Barat, Günahgörməz (Kunah-qermas), Eşşəkquduran, Çobangölü, Kəqac, Məmən, Aydın, Şəkərbaşı, Misxana, Sütüqülyan, Çiçəkli, Pirpalıd, Zeynalağa, Göyçə mahalında isə Buğdatəpə, Hacı Mumuxan, Aallahverdibəy, Üçtəpə və onunla qonşuluqda yerləşən adı unudulmuş bir kənd, Kərim kəndi və onunla qonşuluqda yerləşən adı unudulmuş dörd kənd, Yuxarı Altıntaxt, Aşağı Altıntaxt, Dəmirçi-poqos və onlarla qonşuluqda yerləşən adı unudulmuş beş kənd, Ağrıca, Atdaş, Ağsağtovuz, Karvansaray və onunla qonşu olan adı unudulmuş bir kənd, Qasımbaşı, Mədinə və adı unudulmuş 6 kənd, Baş Gözəldərə, Xan-Çingizoğlu və adı unudulmuş 4 kənd, Qızılkilsə və adı unudulmuş 5 kənd, Böyükağa və adı unudulmuş 9 kənd, Ağakilsə və adı unudulmuş 2 kənd, Göyçay (Göyçə), Sultanəli, Sultanağac, Karvansaray, Ağrıca və adı unudulmuş 2 kənd, Kərimağa kəndi, Dəli-Arutuyun, Qamasar kəndləri daxil idi (16, 515-517).
XIX əsrin 30-cu illərinə doğru Göyçə mahalının inzibati ərazisində 59, Dərəçiçək mahalının inzibati ərazisində 37 dağıdılmamış kənd mövcud olmuşdur. BuraDərəçiçək mahalında Allah-pars, Rövzanlar, Gümüş, Arzakənd, Dəllər, Qabar Əli, Dərəçiçək (Bjini), Solaq, Qaxsı, Ağpara, Makravəng, Aşağı Axta, Yuxarı Axta, Gərniyov, Rəndəməl, Zəncirli, Faruq, Babakişi, Dəlipaşa, Sərincan, Taycarıx, Qorçulu, Çopur Əli, Dədəqışlaq, Təkəlik, Üləşik, Qaraqala, Qoruqgüney, Yaycı, Tutmaşen, Tsaxkunq, Şahruz, Çer-çer, Böyük Ördəkli, Qomadzor, Çaxmaberd,Çubuxlu kəndləri, Göyçə mahalında isə Bığlı Hüseyn, Zeynalağalı, Rəhmankənd, Ağqala, Əyrivəng, Qızılçıq (Əbülkənd), Noradüz, Qışlaq, Kəvər, Qul-Əli, Kosa Məmməd, Paşakənd, Dəliqardaş, Kuzəcik, Başkənd, Heyranıs, Atamxan, Vəli Ağalı, Təzəkənd, Dəlikdaş, Gölkəndi, Aşağı Adyaman, Yuxarı Adyaman, Əbdul Ağalı, Gözəldərə, Ağqıraq, Aşağı Qaranlıq, Yuxarı Qaranlıq, Zolağac, Kolanı Qırılan, Alçalı, Qarasaqqal qışlağı, Yarpızlı, Zağalı, Qızılbulaq, Qırxbulaq, Qanlı Allahverdi, Basarkeçər, Qoşabulaq, Aşağı Keyti (Salman kənd), Baş Keyti, Yellicə, Daşkənd, Daş Keyti, Tatul Qışlağı, Zərzibil, Zod, Ağyoxus, Əyriçə (Ogruca), Böyük Məzrə, Kiçik Məzrə, Kəsəmən, Şisqaya, Cil, Ardanış, Adatəpə, Şor Əli, Ağbulaq, Toxluca kəndləri daxildir (16, 515-517).
10 aprel 1840-cı il tarixli qanununa əsasən “Erməni vilayəti” ləğv edildi. Cənubi Qafqaz 2 böyük inzibati əraziyə - Gürcüstan-İmeretiya quberniyasına və Xəzər vilayətinə bölündü.Bu qanuna əsasən Göyçə gölü hövzəsi İrəvan qəzasının tərkibində Gürcüstan-İmeretiya quberniyasının tərkibinə daxil edildi.
1849-cu il iyunun 9-da çar Rusiya çarı II Nikolayın fərmanı ilə İrəvan quberniyası yaradıldı. 1850-ci yanvarın 1-dən qüvvəyə minən həmin fərmanla İrəvan quberiyası 5 qəzaya- İrəvan, Aleksandropol, Naxçıvan, Ordubad və Yeni Bəyazid (Nor Bəyazid) qəzalarına bölünürdü. Elə həmin tarixdən etibarən İrəvan quberniyası tərkibində təşkil olunan qəzalardan biri də Nor-Bayazit (Yeni Bəyazit) qəzası idi ki, Göyçə gölü hövzəsi bütövlükdə bu qəzanın tərkibinə daxil idi. Buraya sonralar Hrazdan, Sevan, Nor-Bayazet, Martuni, Vardenis adlandırılmış rayonların, Kotayk rayonu Qırxbulaq bölgəsinin azərbaycanlılar yaşayan kəndləri, habelə Krasnoselsk rayonunun Göyçə gölü ətrafı əraziləri daxil idi.
Beləliklə XIX əsrin ortalarından etibarən əhalisinin mütləq əksəriyyətini- (98%)-ni azərbaycanlılar təşkil edən Göyçə gölü hövzəsi torpaqlarında tamamilə yeni inzibati ərazi vahidi- Nor-Bayazit (Yeni Bəyazit) qəzası təşkil edildi. Əslində bu addımı atmaqda çar hökumətinin əsl məqsədi heç də inziabti-idarəçilik sistemini təkmilləşdirmək deyildi. Hökumət bu tədbirlə dah çox, Azərbaycanın tarixən formalaşmış ərazi bütövlüyünə növbəti dəfə qəsd etmək, azərbaycanlıların əksəriyyət təşkil etdiyi əraziləri ermənilər yaşayan ərazilərlə birləşdirib birincilərin təsir dairəsini azaltmaq, idarə aparatında ermənilərin nümayəndələrini yerləşdirmək, beləliklə, ərazini tədricən, planlı şəkildə erməniləşdirmək niyyəti güdürdü.
Yeni Bəyazid qəzası (4239 kv. verst) ərazisinə görə quberniyanın ən böyük qəzası idi. Göyçə gölü ilə birlikdə ərazisi İrəvan və Şərur-Dərələyəz qəzalannın ərazisindən böyük olmuşdur (13, 40-42). Qəza inzibati cəhətdən 4 nahiyəyə bölünürdü: I.Dərəçiçək II.Göyçə III.Gözəldərə IV.Məzrə.
Ümumilikdə, Yeni Bəyazid qəzasının 4 nahiyəsinə 16 kənd icması, bu kənd icmalarına da 127 kənd daxil idi.
XIX əsrin sonunda İrəvan quberniyasında dövlət kəndlilərinin iqtisadi həyatını tədqiq edən V.A. Parvitskinin əsərlərində Göyçə hövzəsinin coğrafi mövqeyini əks etdirən qiymətli məlumatlara rast gəlinir. Qeyd edək ki, tədqiqatçının Yeni Bəyazid qəzasında apardığı müşahidələr və tədqiqatlar 1862-ci və 1893-cü illərdə Tiflisdə nəşr olunan “Cənubi Qafqaz dövlət kəndlilərinin iqtisadi həyatının öyrənilməsi üçün materiallar” adlı topluda çap olunub. V.A. Parvitskin Yeni Bəyazid qəzasının şimal-şərq və cənub-qərb ərazilərini ayrı-ayrılıqda tədqiq edib. Onun araşdırmalarından aydın olur ki, Yeni Bəyazid qəzasının şimal-şərq hissəsi şimal, qərb və cənub qərbdən İrəvan quberniyasının Aleksandropol, Eçmiədzin, İrəvan qəzaları ilə, şimal və şimal-şərqdən Yelzavetpol quberniyasının Qazax, Yelizavetpol, Cavanşir qəzaları ilə qərbdən isə Yeni Bəyazid qəzasının cənub-qərb əraziləri ilə həməsrhəd idi. Rayonun sərhədləri Aleksandropol qəzasından Pəmbək dağları ilə, Eçmiədzin qəzasından Əlibəy silsiləsi və Zəngi çayı ilə, İrəvan qəzasından Ağmanqan dağları ilə, Qazax və Yelizavetpol qəzalarından Güneydağla, Cavanşir qəzasından isə Məzrə dağları ilə ayrılırıdı. Göyçə gölü və gölün sahilyanı əraziləri qəzanın şimal-şərq və cənub-qərb əraziləri bir-birindən ayırırdı (14, 2).
Yeni Bəyazid qəzasının cənub-qərb hissəsi isə Kavarçayın mənsəbindən başlayaraq Ağmanqan dağlarına qədər, qərbdən və cənubdan Paltəpə dağlarından Alağöllərinbaşı dağlarına qədər uzanmaqla İrəvan və Şərur-Drələyəz, Cavanşir qəzaları ilə, şərqdən Gilli və Göyçə göllərini birləşdirən çaylara qədər, şimal və şimal-çərqdə isə Göyçə gölü sahili və Şorgöl meşələrinə qədər uzanırdı (14, 315).
XIX əsrin II yarısı XX əsrin əvvəllərində də İrəvan bölgəsinin inzibati- ərazi bölgüsündə nəzərə çarpacaq əhəmiyyətli dəyişikliklər baş vermədi. Bütün bu dövr ərzində Göyçə mahalı Nor Bəyazid (Yeni Bəyazid) qəzasının tərkibində qaldı.
XX əsrin 20-ci illərinə doğru bütün Rusiya imperiyası ərazilərində və o cümlədən də Cənubi Qafqazda baş verən inqilabi çıxışlar, milli-azdlıq hərəkatları gedişində çar üsul-idarəsinin devrilməsi və yeni müstəqil milli dövlətlərin yaranması bütün sahələrdə olduğu kimi bölgənin tarixi coğrafiyasında da yeni reallıqlar yaratdı. 90-illik fasilədən sonra milli dövlətçilik ənənələrimizin yenidən bərpa olunması və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra milli dövlətimizin xarici siyasətinin əsas prioritet kəsb edən hədəflərindən biri də tarixi torpaqlarımızın yenidən milli dövlətimizin tərkibinə qatılması məsələsi oldu. 1918-ci ilin yazında Cənubi Qafqazda üç dövlətin- Azərbaycan, Ermənistan və Gürcüstan respublikalarının təxminən eyni vaxtda öz müstəqilliklərini elan etməsi bu dövlətlərin təcili öz sərhədlərini müəyyən etmək zərurətini də meydana çıxardı. İrəvan şəhərinin Ermənistanın paytaxtı elan edilməsinə icazə verilməsi barədə Erməni nümayəndələrinin Azərbaycan hökumətinə israrlı müraciətindən sonra Batumda 1918-ci ilin mayın 29-da iki dövlətin nümayəndələri arasında danışıqlar keçirildi. Osmanlı dövlətinin ciddi təzyiqlərindən sonra Azərbaycan tərəfi İrəvanın, eləcə də, Eçmiədzin qəzasının Ermənistana verilməsinə razılaşdı və bununla bağlı Azərbaycanın Müvəqqəti Milli Şurasının iclasında qərar qəbul edildi. Lakin bunun əvəzində ermənilər Qarabağın dağlıq hissəsinə olan iddialarından əl çəkməli idilər.
Elə həmin qərarla da tarix boyu Azərbaycanın tərkib hissəsi olmuş, sonralar İrəvan xanlığının ərazisi olan torpaqlar- Göycə mahalının qərb hissəsi faktiki olaraq əldən çıxdı. Azərbaycanın qərb sərhədləri Göycə gölü ilə məhdudlaşdı. Göycə gölü iki respublika– Azərbaycan və Ermənistan arasında sərhəd zonasına çevrildi. Gölün şərq hissəsi “Göycə dairəsi” statusu ilə Azərbaycan Cümhuriyyətinin tərkibində qaldı. Onun ərazisi əsrin ilk illərindəki Yeni Bayəzid qəzasının şərq torpaqlarını əhatə edirdi və Göycə gölünün şimalındakı Maralicə dağın qərbindən başlayaraq gölün şərq tərəfi ilə cənuba doğru uzanır və Maraldağın qərbinə çatırdı (10, 57).
Hal-hazırda Azərbaycan Milli şurasının bu addımını “kobud səhv və ümummilli mənafeyə vurulmuş ağır zərbə kimi qiymətləndirmə cəhdləri” olsa da bizcə bu o zamankı milli hökumətimizin mövqeyinə ədalətli yanaşma deyil. Çünki, 23 aylıq fəaliyyəti dönəmində milli hökumət bütün istiqamətlərdə olduğu kimi qonşu dövlətlərlə ərazi problemləri məsələsinin həllində də ardıcıl və qətiyyətli şəkildə yalnız milli mənafelərimizi nəzərə almaqla fəaliyyət göstərirdi. Gərgin proseslər fonunda cümhuriyyət rəhbərliyinin Göyçə gölünün heç olmazsa şərq hissəsinin əlimizdə saxlamasına nail olması və burada Göyçə dairəsi adlı inzibati vahidin yaradılması özü böyük bir uğur idi. Bölgəyə nəzarətə tam nail olunmamasının səbəbini isə heç də milli hökumətin qətiyyətsiz mövqeyi ilə yox, o zamankı gərgin beynəlxalq siyasi vəziyyət, Cənubi Qafqazda cərəyan edən proseslər, Osmanlı dövlətinin ziddiyyətli mövqeyi, ən əsası isə Çar Rusiyasının yüz illik məqsədyönlü fəaliyyətinin nəticələrində axtarmaq daha doğru olardı.
Mübahisəli ərazilər nəzərə alnmasa Azərbaycan Cümhuriyyətinin qərb sərhədləri Naxçıvanın cənubi-qərbində Sədərək yaşayış məntəqəsinə çatır və buradan şimali-şərq istiqamətində, Soğanlı məntəqəsindən isə birbaşa şimala gedərək Göycə gölünə qovuşurdu. Göycə gölü Azərbaycan Cümhuriyyəti ilə Ermənistan arasında sərhəd idi və Göycə mahalının şərq hissəsi Azərbaycanın, gölün qərbi isə Ermənistanın tərkibində idi (10, 59).
Azərbaycan Cümhuriyyətinin mübahisəsiz sahələrinin inzibati-ərazi bölgüsü- quberniyalar, qəzalar, dairələr demək olar ki, əvvəlki kimi qalmışdı, yeganə dəyişiklik Göycə gölünün şərq hissəsində təsis olunmuş “Göycə dairəsi” idi (10, 59).
Azərbaycan Xalq Cümhuriyyəti dövründə ümumi sahəsi təxminən 16,6 min kv. km olan mübahisəli ərazilərin əsas hissəsi Ermənistanla mübahisələrin obyektinə çevrilmişdi. 1920-ci ildə tərtib olunmuş xəritədən göründüyü kimi, Ermənistanla mübahisəli ərazilər İrəvan quberniyasının qərb hissələri- xüsusilə Göycə gölünün bir az cənubundan və Naxçıvan və Şərur-Dərələyəzin qərbindən tutmuş Kasak çayına kimi Arazın hər iki sahili- Böyük Vedi, Eçmiədzin, İqdır və s. ərazilər idi.
Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra ərazi məsələsinə baxıldıqda, Yeni Bəyazid qəzasının 1 -ci və 2-ci polis sahələri mübahisəsiz Azərbaycan ərazisi, 3-cü polis sahəsinin bir hissəsi isə mübahisəli ərazilər sırasına daxil edilmiş, Azərbaycan daxilində Göyçə dairəsi yaradılmışdı. Xarici işlər nazirliyinin məlumatına görə, "Göyçə rayonu" adı altında Göyçə gölü və Kiçik Qafqaz dağları arasında yerləşən İrəvan quberniyası Yeni Bəyazid qəzasının şərq hissəsi nəzərdə tutulurdu. Göyçə mahalının əhalisi özünü Azərbaycan Xalq Cümhuriyyətinin tərkib hissəsi hesab edir və onun hakimiyyətinin möhkəmləndirilməsi uğrunda mübarizə aparırdı (2, 429).
Azərbaycan hakimiyyətinin son günlərində parlamentin qəbul etdiyi sonuncu qanun da bu qəbildən əhəmiyyətli məzmun daşıyır. 1920-ci il aprelin 22-də Şamxor qəzasının yaradılması barədə 5 bənddən ibarət xüsusi qanun qəbul edildi. Şamxor qəzası Gəncə qəzasının qərb hissəsində və keçmiş İrəvan quberniyasının Novobəyazid (Yeni Bəyazid) qəzasının ona bitişik hissələrində yaradılırdı. 34 kənd icmasının daxil edildiyi Şamxor qəzasına İrəvan quberniyasının Novobəyazid qəzasının, yəni tarixi Göyçə mahalının kəndləri də daxil idi: Cil, Məzrə, Zod, Basarkeçər, Sarıyaqub... Lakin 5 gün sonra cümhuriyyət hakimiyyətinin devrilməsi bu qanunun gerçəkləşməsinə imkan vermədi (4, 63).
Bu faktlardan da aydın şəkildə göstərir ki, bütün beynəlxalq təzyiqlərə və daxili gərginliklərə baxmayaraq Cümhuriyyət rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və qorunub saxlanmasında nə dərəcədə böyük israrlı mövqe nümayiş etdirirdi.
Ümumiyyətlə, tarixi Azərbaycan torpağı olan İrəvan quberniyası XIX əsr-XX əsrin əvvəllərində tarixi coğrafi və siyasi vəziyyətinə görə öz strateji əhəmiyyətini saxlayırdı. İrəvan bölgəsi Rusiya imperiyası tərəfindən işğal olunduqdan sonra, bu ərazilərə ermənilərin köçürülməsi belə bölgənin tamamilə erməniləşməsi ilə nəticələnməmişdir. Lakin erməni-rus siyasi və hərbi birliklərinin sistemli şəkildə bu bölgədə yerli türk əhalisinə qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində İrəvan bölgəsində “Erməni dövləti” yaradılmış və bu ərazilər Azərbaycanın siyasi və hüquqi ərazilərindən zorla qoparılmışdır.

Ədəbİyyat
1. Ağalarov M.Z. XV-XVI əsrlərdə Azərbaycan beynəlxalq münasibətlər sistemində. Avtoreferat, Bakı, 2013, 26 s.
2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.iki cilddə. I cild. Bakı, 2009.
3. Bayramov İ. Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Bakı, 2002.
4. Əhmədova F. Cümhuriyyət parlamentinin sonuncu qanunu: Gerçəkləşməyən qanunda itiriləcək Azərbaycan torpaqlarına sahiblik təsbit olunmuşdu. Füyuzat jurnalı N:5(49), Bakı, 2009.
5. İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" Bakı, 2009.
6. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, 1996.
7. Musalı N.Azərbaycan Səfəvilər dövləti I Şah İsmayılın hakimiyyəti dövründə. Bakı, 2008.
8. Münşi İsgəndər bəy Dünyanı bəzəyən Abbasın tarixi, I cild, Bakı, 2010.
9. Münşi İsgəndər bəy Dünyanı bəzəyən Abbasın tarixi, II cild, Bakı, 2014.
10. Piriyev V.Z. Azərbaycanın tarixi-siyasi coğrafiyası. Bakı, 2006.
11. Rəhimoğlu H. Silinməz adlar, sağalmaz yaralar. Bakı, 1997.
12. Известия Кавказсково Отдела Императорского Русского Географического Общество. Том XIII. 1900.стр 80-81
13. Пагирев Д.Д. Эриванский сборник. Выпуск 1. Эриван. 1892.
14. Парвицкий В.А. Eкономическии 6ыть государственных крестян северо-восточнои части Новобаязетского уезде, Эриванской губернии. Материалы для государственных крестян Кавказского края, т., I, ч. 2, Тифлис, 1886.
15. Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI –начале XIX вв. Л., 1949.
16. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху его присоединения к Российской империи, СПб. Типографин императорскии Академии Наук, 1852.

Açar sözlər: Azərbaycan, İrəvan xanlığı, Göyçə mahalı, tarixi-siyasi coğrafiya, inzibati-ərazi bölgüsü.
Keywords: Azerbaijan, Iravan khanate, Goycha mahal, historical and political geography, administrative-territorial division.
Ключевые слова: Азербайджан, Иреванское ханства, магал Гейча, историко-политическая география, админстративно-территориальное деление.

Summary
Goycha mahal of Iravan province, one of the most ancient territories of Azerbaijan is part of a single and big political geographcal area where the Azerbaijani people had been formed. The indigenous Turkish population living in these areas since ancient times, in terms of language, material and spiritual, cultural, economic living conditions and the characteristics of traditional economic sectors have had the same cultural community with the population of Turkish origin living in other regions of Azerbaijan and has played an important role in the formation of centuries-old historical traditions.
Under the Turkmenchay (10 February 1828) peace treaty signed as a result of Russian-Iranian war the Iravan khanate was annexed by Russia. By the decree of Tsar Nicholas I from March 21, 1828, the Iravan and Nakhchivan khanates were abolished. On the ancient and historical lands of Azerbaijan a new administrative unit – “Armenian province” was created.

Резюме
Магал Гейча Иреванской губернии является одной из древнейших территории Азербайджана. Эта территория входит в историческую и политическую географию нашей страны. Это регион, где сформировалась часть азербайджанского народа. Азербайджанские тюрки являются автохтонным населением указанного региона и тесно связаны социально-экономическими, политическими, культурными узами с остальными азербайджанцами, живущими в остальных регионах нашей страны.
По условиям Туркманчайского договора, заключенного 10 февраля 1828 г. Между Российской империей и державой Гаджаров, территория Иреванского ханства была включена в состав Российской империи. По указу императора Николая I от 21 марта 1828 г. Иреванское и Нахичеванское ханства выли ликвидированы и на этих территориях была создана новая административная единица «Армянская область».

 Bəxtİyar Əhmədov AMEA Tarix İnstitutu

"Geostrategiya" jurnalı № 06 (36) NOYABR-DEKABR 2016


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM